M.Füzuli insanın şəxsiyyət kimi formalaşmasında tərbiyənin roluna yüksək əhəmiyyət vermişdir. Füzuli şəxsiyyətin mənəvi inkişafını yalnız irsiyyətdən tam asılı olmasını yox, düzgün təşkil olunmuş tərbiyədə görür.
Şəxsiyyətin sosiallaşması
İnsanın sosiallaşması, onun insanlıq aləminə daxil olması ailədən başlayır. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir, ilk sosial və mənəvi təsəvvürlərin formalaşmasında , xarakterlərin təşəkkülündə vasitə rolunu oynayır.
Sosiallaşma nəticəsində fərd özünün daxil olduğu sosial qrupda olan davranış normalarını mənimsəyir, o fərddən özünə “mən” deyə bilən bir şəxsiyyətə çevrilir.