Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
#16989
1   ...   4   5   6   7   8   9   10   11   12

96.1.2.

 

sığortaçıların hər birinin daxil olan sığorta haqlarından və xaricdən 

aldığı  təkrarsığorta  haqlarından  onların  0,3  faizi  həcmində  aparılan  məcburi 

ayırmalar. 



96.2.

 

Bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş ayırmalar yalnız 

aşağıdakı məqsədlər üçün istifadə edilə bilər: 

96.2.1.

 

sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət 

funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş dövlət qulluqçusu olan işçilərinin 

ə

lavə maddi həvəsləndirilməsi; 



96.2.2.

 

sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət 

funksiyalarını həyata keçirməsi üçün maddi-texniki imkanlarının genişləndirilməsi; 

96.2.3.

 

sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət 

funksiyalarının  həyata  keçirilməsinə  cəlb  edilmiş  mütəxəssislərinin  ixtisasının 

artırılması,  o  cümlədən  sığorta  və  sığorta  nəzarəti  ilə  bağlı  beynəlxalq 

konfranslarda,  seminarlarda,  təlim  kurslarında  və  digər  tədbirlərdə  iştirakı  üçün 

ə

lavə vəsaitin təmin edilməsi; 



96.2.4.

 

sığorta sahəsində ixtisas artırma, təbliğat və təşviqat işlərinin həyata 

keçirilməsi. 

96.3.

 

Sığortaçılar  bu  Qanunun  96.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş 

məcburi ayırmaları maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20 

gün ərzində sığorta nəzarəti orqanının müvafiq hesabına köçürməlidirlər.  



 

Maddə 97. Səyyar yoxlamalar 

 

97.1.

 

Sığorta  nəzarəti  orqanı  sığortaçılar  və  sığorta  vasitəçiləri  tərəfindən 

sığorta  qanunvericiliyinə  əməl  edilməsini,  həmçinin  sığortaçının  maliyyə 


 

 

60 



sabitliyini  yerində  araşdırma  aparmaqla  yoxlamaq  məqsədi  ilə  növbəti  və  ya 

növbədənkənar səyyar yoxlama keçirir. 



97.2.

 

Sığortaçıda və sığorta vasitəçisində növbəti səyyar yoxlamalar iki ildə 

bir  dəfədən  az  olmayaraq,  sığorta  nəzarəti  orqanının  müəyyən  etdiyi  qrafik  üzrə 

aparılır.  Növbəti  səyyar  yoxlama  sığortaçının  və  ya  sığorta  vasitəçisinin  sığorta 

qanunvericiliyi ilə bağlı olan bütün fəaliyyətini əhatə edir. 

97.3.

 

Növbədənkənar səyyar yoxlama aşağıdakı hallarda aparıla bilər: 



97.3.1.

 

sığortaçının  maliyyə  sabitliyi,  o  cümlədən  ödəmə  qabiliyyəti 

göstəricilərində azalma müşahidə edildikdə; 

97.3.2.

 

maliyyə  ilinin  yekununa  görə  sığortaçının  balans  üzrə  zərəri 

yarandıqda; 

97.3.3.

 

təqdim  edilmiş  hesabatlardakı  göstəricilərlə  müvafiq  əməliyyatların 

real  xüsusiyyəti  və  ya  mövcud vəziyyəti, həmçinin  əldə edilmiş digər  məlumatlar 

arasında uyğunsuzluqlar aşkar edildikdə; 



97.3.4.

 

bu  Qanuna  əsasən  verilmiş  təqdimatların  və  ya  sanksiyaların  icra 

vəziyyətinin  yoxlanılması  məqsədilə;  bu  zaman  səyyar  yoxlamaya  müvafiq 

təqdimatın və ya sanksiyanın icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 

iş günündən gec olmayan müddətdə başlanılmalıdır; 

97.3.5.

 

daxil olan şikayətlər və qanunazidd əməliyyatlar haqqında mənbəyi 

məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə; 

97.3.6.

 

bu  Qanuna  əsasən  verilmiş  hər  hansı  təqdimata  və  ya  sanksiyaya 

səbəb  olmuş  hallar,  həmin  təqdimat  və  ya  sanksiyanın  verildiyi  tarixdən  2  il 

ə

rzində yenidən aşkar edildikdə; 



97.3.7.

 

sığorta  qanunvericiliyinin  yerinə  yetirilməsi  və  ya  hər  hansı 

təcrübənin  tətbiqi vəziyyətinin  araşdırılması  məqsədilə sığorta  bazarı  üzrə ümumi 

monitorinq keçirildikdə. 



 

Maddə 98. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərar 

 

98.1.

 

Səyyar  yoxlama  sığorta  nəzarəti  orqanının  müvafiq  qərarı  ilə  təyin 

edilir. 

98.2.

 

Səyyar  yoxlamanın  təyin  edilməsi  haqqında  qərarda  aşağıdakılar 

göstərilməlidir: 

98.2.1.

 

səyyar  yoxlanılması  təyin  edilən  sığortaçının  və  ya  sığorta 

vasitəçisinin adı; 

98.2.2.

 

səyyar yoxlamanın növbəti və ya növbədənkənar olması; 



98.2.3.

 

səyyar yoxlama növbəti olduqda yoxlanılacaq fəaliyyət dövrü; 



98.2.4.

 

səyyar yoxlama növbədənkənar olduqda onun təyin edilməsinə əsas 

verən hal; 

98.2.5.

 

səyyar  yoxlamanın  başlanma  tarixi,  müddəti  və  başa  çatdırılma 

tarixi; 

98.2.6.

 

səyyar  yoxlama  aparılması  tapşırılan  yoxlayıcının  (yoxlayıcıların) 

adı, soyadı, atasının adı və sığorta nəzarəti orqanında tutduğu vəzifə. 

 


 

 

61 



Maddə 99. Səyyar yoxlamanın müddəti 

 

99.1.

 

Səyyar yoxlama 45 iş günündən çox olmayan müddətə təyin edilir. 



99.2.

 

Səyyar  yoxlamanın  aparılması  üçün  müəyyən  edilmiş  müddət 

yoxlamanın  başa  çatdırılması  üçün  kifayət  etmədikdə  sığorta  nəzarəti  orqanının 

müvafiq  qərarı  əsasında  yoxlama  ən  çoxu  növbəti  60  iş  günü  müddətinə  qədər 

uzadıla bilər. 

 

Maddə 100. Səyyar yoxlama apararkən yoxlayıcıların hüquq və vəzifələri 

 

100.1.

 

Səyyar yoxlama aparan yoxlayıcıların aşağıdakı hüquqları var: 



100.1.1.

 

sığortaçıların və sığorta vasitəçilərinin fəaliyyəti ilə bağlı sənədləri, 

mühasibat  sənədlərini,  o  cümlədən  ilkin  uçot  sənədlərini,  mühasibat  uçotu 

registrlərini,  kitablarını,  jurnallarını,  hesablama  texnikasında,  mühasibat  uçotu 

proqramlarında və başqa məlumat daşıyıcılarında olan məlumatları yoxlamaq; 

100.1.2.

 

yoxlamaya  aid  olan  məsələlərlə  bağlı  sığorta  fəaliyyətinə  aid 

olmayan  sahələr  üzrə  xüsusi  bilik  və  təcrübəyə  malik  olan  ekspert  və 

mütəxəssisləri,  o  cümlədən  tərcüməçiləri  müvafiq  xidmət  göstərmələri  üçün  cəlb 

etmək; 

100.1.3.

 

yoxlanılan  subyektdən  sənədlərin  əslinin  təqdim  edilməsini  tələb 

etmək, müvafiq sənədlərin surətini götürmək; 

100.1.4.

 

aşağıda  göstərilən  şəxslərə  yazılı  sorğu  verməklə  yoxlamanın 

aparılması  üçün  lazım  olan  sənədləri,  məlumatları,  rəyləri,  izahatları,  arayışları 

ə

ldə etmək: 



100.1.4.1.

 

yoxlanılan  subyektin  rəhbər və adi işçilərinə,  yoxlanılan subyekt 

fiziki şəxs olduqda isə, onun özünə; 

100.1.4.2.

 

 yoxlanılan  subyektin  törəmə  cəmiyyətlərinə,  bu  subyektə 

ə

həmiyyətli  nəzarəti  həyata  keçirən  və  ya  subyektin  əhəmiyyətli  nəzarəti  həyata 



keçirdiyi şəxslərə, mühüm iştirak payının sahiblərinə, asılı cəmiyyətlərə; 

100.1.4.3.

 

 yoxlanılan subyektə sığorta vasitəçiliyi xidmətləri göstərən və ya 

göstərmiş sığorta vasitəçilərinə; 

100.1.4.4.

 

 yoxlanılan subyektin auditini aparan və ya aparmış auditorlara. 



100.2.

 

Yoxlayıcı  sığorta  sirri,  yaxud  kommersiya  sirri  hesab  edilən 

məlumatları yaymağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət 

daşıyır. 



100.3.

 

Fəaliyyəti  yoxlanılan  sığortaçı  və  ya  sığorta  vasitəçisi  sığorta 

nəzarəti  orqanına  yoxlamanın  aparılmasında  kömək  etməli,  yoxlayıcıların 

maneəsiz bütün sənədlərlə tanış olmasına və məlumat mənbələrinə daxil olmasına, 

işçilərinin tələb edilən məlumat, izahat və rəy verməsinə şərait yaratmalıdır. 

100.4.

 

Səyyar yoxlamanın davam etdirilməsi yoxlayıcının sorğusuna və ya 

müraciətinə  cavab  verilənədək,  müvafiq  rəy  təqdim  olunanadək,  yaxud  müvafiq 

mütəxəssislərin  xidməti  başa  çatdırılanadək  mümkün  olmadıqda,  sığorta  nəzarəti 

orqanının  qərarı  ilə  səyyar  yoxlamanın  müddəti  dayandırılır.  Bu  halda  səyyar 

yoxlamanın başa çatma tarixi dayandırılma müddəti qədər uzadılır. 



 

 

62 



 

Maddə 101. Səyyar yoxlamanın nəticələri 

 

101.1.

 

Yoxlayıcı  səyyar  yoxlamanın  nəticələrinə  dair  yoxlama  aktı  tərtib 

edir. Yoxlama aktı yoxlanılan subyektin icra orqanı, o fiziki şəxs olduqda isə, özü 

ilə  müzakirə  edilir,  yoxlayıcı  və  yoxlanılan  subyektin  səlahiyyətli  şəxsləri 

tərəfindən imzalanaraq rəsmiləşdirilir. 

101.2.

 

Yoxlanılan subyekt yoxlama aktı ilə və ya onun hər hansı hissəsi ilə 

razılaşmadıqda,  aktı  imzalamaqla  orada  etirazı  barədə  qeyd-şərt  edir.  Yoxlanılan 

subyekt  etirazını  əsaslandıran  sənədlərin  əlavə  olunduğu  yazılı  izahatı  sığorta 

nəzarəti orqanına verə bilər. 

101.3.

 

Sığorta  nəzarəti  orqanı  yoxlama  başa  çatdığı  tarixdən  20  iş 

günündən  gec  olmayaraq  yoxlama  sənədlərinə  baxmalı  və  bu  Qanunda  nəzərdə 

tutulmuş hallarda onun nəticələri üzrə təqdimatlar və (və ya) sanksiyalar haqqında 

qərar qəbul etməlidir. 

 

Maddə 102. Sığorta nəzarəti orqanının təqdimatları 

 

102.1.

 

Aparılan  təhlillər,  araşdırmalar  və  ya  yoxlamalar  nəticəsində 

sığortaçıların  və  sığorta  vasitəçilərinin  fəaliyyətində  sığorta  qanunvericiliyinin 

pozulması  və  ya  buna  şərait  yarada  bilən  hallar  aşkar  edildikdə  sığorta  nəzarəti 

orqanı  onlara  belə  pozuntu  və  (və  ya)  halların  müəyyən  müddət  ərzində  aradan 

qaldırılmasına,  yaxud  qarşısının  alınmasına  dair  icrası  məcburi  olan  tədbirlər 

barədə yazılı göstəriş – təqdimat verir. 

102.2.

 

Sığorta nəzarəti orqanı təqdimat verməklə, sığortaçılardan və sığorta 

vasitəçilərindən aşağıdakıları tələb edə bilər: 

102.2.1.

 

sığortaçının  maliyyə  sabitliyi  və  ödəmə  qabiliyyəti  ilə  bağlı 

normativlərə  əməl  edilməsini,  bu  məqsədlə  onun  öz  vəsaitinin  artırılmasını, 

aktivlərinin likvidliyinin təmin edilməsini; 



102.2.2.

 

yeni  filiallar  açılmasının  dayandırılmasını,  mövcud  filialların 

fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini; 

102.2.3.

 

sığortaçının  daxili  nəzarətinin  həyata  keçirilməsi  qaydalarında 

dəyişikliklər edilməsini; 

102.2.4.

 

qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait 

yarada  bilən  halların  müəyyən  müddət  ərzində  aradan  qaldırılması  üçün  tədbirlər 

planının müəyyən edilməsini; 



102.2.5.

 

aşağıdakı hallarda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə 

baxılıb  qanunazidd  hallar  və  (və  ya)  nöqsanlar  aradan  qaldırılanadək  sığortaçının 

rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını: 



102.2.5.1.

 

sığortaçının  rəhbər  işçisinin  hərəkətlərinin  bu  Qanunun 

tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda; 

102.2.5.2.

 

sığortaçının rəhbər işçisi sığortaçıdakı vəzifəsinin icrası ilə bağlı 

1 il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunduqda; 


 

 

63 



102.2.6.

 

Bu  Qanunun  96.1.2-ci  maddəsində  müəyyən  edilmiş  məcburi 

ayırmaların sığortaçı tərəfindən həyata keçirilməsini; 

102.2.7.

 

sığorta  qanunvericiliyinə  və  ya  sığorta  müqaviləsinə  əsasən 

verilməli  olan,  lakin  ödənilməsindən  imtina  edilmiş  sığorta  ödənişinin  həyata 

keçirilməsini; 



102.2.8.

 

sığorta nəzarəti orqanının, yaxud onun səyyar  yoxlayıcısının tələb 

etdiyi sənədlərin və məlumatların təqdim edilməsini; 

102.2.9.

 

sığorta  qanunvericiliyi  ilə  əlaqədar  olan  digər  nöqsan  və 

çatışmazlıqların aradan qaldırılmasını; 

102.2.10.

 

sığortaçının  bank  hesablarındakı  vəsaitləri  və  bu  vəsaitlərin 

müvafiq dövr üzrə hərəkəti və ya onlarla bağlı aparılmış əməliyyatlar barədə bank 

sənədləri ilə əsaslandırılmış məlumatların təqdim edilməsini. 



102.3.

 

Sığorta nəzarəti orqanının müvafiq təqdimatında icrası məcburi olan 

hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir. 

102.4.

 

Sığorta  nəzarəti  orqanının  müvafiq  təqdimatı  bu  Qanunun  102.2-ci 

maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə edə bilər. 

102.5.

 

Rəhbər  işçi  bu  Qanunun  102.2.5-ci  maddəsində  nəzərdə  tutulmuş 

hallarda  bir  sığortaçıda  vəzifəsindən  ən  azı  iki  dəfə  kənarlaşdırılmış  olduqda 

sığorta  nəzarəti  orqanının  iddiası  əsasında  onun  sığortaçılarda  rəhbər  işçi  vəzifəsi 

tutmaq imkanı məhkəmənin qərarı ilə 5 il müddətində məhdudlaşdırıla bilər. 

102.6.

 

Bu Qanunun 102.2.7-ci maddəsinə əsasən verilən təqdimat vaxtında 

və  (və  ya)  tam  yerinə  yetirilmədikdə  sığorta  nəzarəti  orqanı  sığorta 

qanunvericiliyində  və  ya  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  qaydada 

hesablanmış sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə 

sığortaçının  bank  hesablarından  ödənilməsi  üçün  banklara  və  ya  digər  kredit 

təşkilatlarına icrası məcburi olan icra (ödəniş) sənədi - sərəncam verə bilər. 

102.7.

 

Sığorta nəzarəti orqanı sığortaçının bank hesablarındakı vəsaitləri və 

bu  vəsaitlərin  hərəkəti  barədə  banklardan  məlumat  tələb  edə  bilər.  Bu  tələbə 

vaxtında  və  tam  əməl  etməyən  banklar  qanunvericiliklə  nəzərdə  tutulmuş 

məsuliyyəti daşıyırlar. 

 

Maddə 103. Sığorta nəzarəti orqanının sanksiyaları 

 

103.1.

 

Sığorta  nəzarəti  orqanı  bu  Qanunda  və  inzibati  qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edə bilər: 

103.1.1.

 

sığortaçını,  sığorta  vasitəçisini,  həmçinin  onların  rəhbər  işçilərini 

inzibati məsuliyyətə cəlb etmək; 

103.1.2.

 

lisenziyanın qüvvəsini məhdudlaşdırmaq; 



103.1.3.

 

lisenziyanın qüvvəsini dayandırmaq; 



103.1.4.

 

lisenziyanı ləğv etmək. 



103.2.

 

Bu  Qanunun  103.1.2-ci  maddəsi  təkrarsığortaçılara  və  sığorta 

vasitəçilərinə şamil edilmir. 


 

 

64 



103.3.

 

Bu  Qanunun  103.1.1-103.1.3-cü  maddələrində  nəzərdə  tutulmuş 

sanksiyalar  bu  Qanunun  102.2-ci  maddəsində  nəzərdə  tutulmuş  təqdimatların 

verilməsi ilə birlikdə tətbiq edilə bilər. 



 

Maddə 104. Təqdimatlar və sanksiyalar haqqında qərar 

 

104.1.

 

Təqdimatlar  və  sanksiyaların  tətbiqi  haqqında  qərarların  surəti 

sığortaçının İdarə Heyətinin sədrinə, sığorta vasitəçisinin icra orqanının rəhbərinə, 

fiziki  şəxs  olan  sığorta  vasitəçisinə  çatdırılması  təsdiq  olunan  qaydada 

göndərilməlidir.  Sığortaçıya  verilən  təqdimatın  surəti  və  (və  ya)  tətbiq  olunan 

sanksiya barədə məlumat sığortaçının Direktorlar Şurasının sədrinə də göndərilir. 



104.2.

 

Təqdimatlar  və  sanksiyalar  haqqında  qərarlar  sığortaçının  və  ya 

sığorta  vasitəçisinin  ünvanına  çatdırılması  təsdiq  edilən  qaydada  daxil  olduğu 

andan qüvvəyə minir. 



 

Maddə 105. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması 

 

105.1.

 

Lisenziyanın  qüvvəsi  sığorta  nəzarəti  orqanının  sığortaçıya  sığorta 

növünün aparılması üzrə verdiyi icazənin ləğv edilməsi yolu ilə aşağıdakı hallarda 

məhdudlaşdırıla bilər: 



105.1.1.

 

sığortaçı tərəfindən müvafiq ərizə təqdim edildikdə; 



105.1.2.

 

aşağıdakı hallarla bağlı verilmiş təqdimata vaxtında və (və ya) tam 

ə

məl edilmədikdə: 



105.1.2.1.

 

könüllü  sığorta  müqavilələrinin  şərtləri  qanunvericiliyə  uyğun 

olmamaqla sığortalıların mənafelərinin pozulmasına şərait yaradırsa; 

105.1.2.2.

 

icbari  sığorta  müqavilələri  müvafiq  qanunvericiliyə  uyğun 

olmayan  şərtlərlə  bağlanırsa,  yaxud  icbari  sığorta  növləri  üzrə  qanunvericiliklə 

nəzərdə tutulmuş məcburi ayırmalar vaxtında və (və ya) tam aparılmırsa; 



105.1.2.3.

 

sığorta  ödənişi  sığorta  qanunvericiliyində  və  müvafiq  sığorta 

qaydalarında nəzərdə tutulmuş qaydada verilmirsə. 

105.2.

 

Bu  Qanunun  105.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  halların 

aradan  qaldırılması  mümkün  olduqda  sığortaçının  lisenziyası  onların  aradan 

qaldırılmasınadək, digər hallarda isə 6 ayadək müddətə məhdudlaşdırılır. 



105.3.

 

Sığortaçının  lisenziyasının  qüvvəsinin  məhdudlaşdırılması  onun 

müvafiq  sığorta  növü  üzrə  yeni  sığorta  müqavilələri  bağlamasını,  habelə  həmin 

növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. 



105.4.

 

Sığortaçı  lisenziyasının  qüvvəsinin  məhdudlaşdırıldığı  sığorta  növü 

üzrə  əvvəllər  bağlamış  olduğu  sığorta  müqavilələrində  üzərinə  götürdüyü 

öhdəlikləri  həmin  müqavilələrin  müddəti  başa  çatanadək  və  ya  onlara  sığorta 

qanunvericiliyində  nəzərdə  tutulmuş  əsaslarla  vaxtından  əvvəl  xitam  verilənədək 

yerinə yetirməlidir. 



105.5.

 

Lisenziyanın  qüvvəsinin  məhdudlaşdırılması  haqqında  qərarda  belə 

məhdudlaşdırılmaya əsas verən hallar göstərilməlidir. 


 

 

65 



105.6.

 

Lisenziyanın  qüvvəsinin  məhdudlaşdırılması,  həmçinin  belə 

məhdudlaşdırmanın götürülməsi barədə məlumat müvafiq qərar qəbul edildikdən 3 

iş  günü  müddətində  sığorta  nəzarəti  orqanının  mətbuat  xidməti  tərəfindən 

yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir. 

 

Maddə 106. Lisenziyanın qüvvəsinin dayandırılması 

 

106.1.



 

Sığorta  nəzarəti  orqanı  aşağıdakı  əsaslarla  lisenziyanın  qüvvəsini  6 

ayadək müddətə dayandıra bilər: 

106.1.1.

 

bu  Qanunun  105.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna 

olmaqla, bu  Qanun  əsasında  verilmiş  digər  təqdimatların vaxtında  və  (və  ya)  tam 

yerinə yetirilməməsi; 



106.1.2.

 

sığorta ödənişinin verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə 

minmiş qərarının sığortaçı tərəfindən icra edilməməsi; 

106.1.3.

 

lisenziyanın  verilməsi  üçün  əsas  götürülmüş  sənədlərdə  düzgün 

ə

ks etdiriləcəyi təqdirdə sığorta nəzarəti orqanının əlavə sənəd və ya məlumat tələb 



etməsinə səbəb ola biləcək səhv və ya yanlış məlumatların sonradan aşkar edilməsi 

və  sığorta  nəzarəti  orqanının  tələbi  ilə  həmin  sənəd  və  ya  məlumatların  20  gün 

ə

rzində təqdim edilməməsi; 



106.1.4.

 

lisenziya  sahibinin  bu  Qanunla  icazə  verilməyən  fəaliyyətlə 

məşğul olmasının konkret faktlarla təsdiq edilməsi; 

106.1.5.

 

hüquqi  şəxs  olan  sığorta  vasitəçisinin  müvafiq  lisenziyaya  malik 

olan işçisi ilə əmək münasibətlərinə xitam verilərkən onu bu Qanuna uyğun gələn 

digər şəxslə əvəz etməməsi; 



106.1.6.

 

bu  Qanunun  105.3-cü  maddəsində  nəzərdə  tutulmuş  qadağaya 

riayət olunmaması; 

106.1.7.

 

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  tələblərin 

pozulması.

8

 



106.2.

 

Lisenziyanın  qüvvəsinin  dayandırılması  sığortaçıların  yeni  sığorta 

və  ya  təkrarsığorta  müqavilələri  bağlamasını,  habelə  qüvvədə  olan  sığorta  və  ya 

təkrarsığorta  müqavilələrinin  müddətini  uzatmasını,  sığorta  vasitəçilərinin  sığorta 

ə

məliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasını qadağan edir. 



106.3.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin