Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
#16989
1   ...   4   5   6   7   8   9   10   11   12

83.2.

 

Fiziki şəxs müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq 

üçün aşağıdakı tələblərə cavab verməlidir: 

83.2.1.

 

ə

n azı 21 yaşının olması; 



83.2.2.

 

müvafiq  lisenziya  almaq  istəyən  şəxslər  üçün  sığorta  nəzarəti 

orqanının müəyyən etdiyi qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan 

keçməsi; 



83.2.3.

 

sığorta  vasitəçiliyi  fəaliyyəti  üzrə  lisenziyasının  əvvəllər  ləğv 

edilməməsi; 

83.2.4.

 

iqtisadi  fəaliyyət  və  mülkiyyət  əleyhinə  ağır  və  ya  xüsusilə  ağır 

cinayətə görə heç zaman məhkum edilməməsi; 


 

 

53 



83.2.5.

 

sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb 

etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik 

olmaması. 



83.3.

 

Hüquqi  şəxs  sığorta  agenti  fəaliyyətinə  lisenziya  almaq  üçün  onun 

ə

mək müqaviləsi əsasında işçisi olan ən azı bir şəxs fiziki şəxs kimi sığorta agenti 



lisenziyasına malik olmalıdır. 

83.4.

 

Hüquqi  şəxs  olan  sığorta  brokeri,  habelə  müstəsna  olaraq  sığorta 

agenti  olmaq  üçün  təsis  edilmiş  hüquqi  şəxs  müvafiq  sığorta  vasitəçiliyi 

fəaliyyətinə  lisenziya  almaq  üçün  onun  icra  orqanının  rəhbəri  fiziki  şəxs  kimi 

həmin lisenziyaya malik olmalıdır. 

83.5.

 

Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta 

ə

məliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur 



etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır. 

83.6.

 

Bu  Qanunun  83.2.5-ci  və  83.5-ci  maddələrində  müəyyən  edilmiş 

tələblərə uyğun gəlməyən şəxslərin kateqoriyasını sığorta nəzarəti orqanı müəyyən 

edir. 


83.7.

 

Şə

xs  sığorta  agenti  və  sığorta  brokeri  fəaliyyətləri  ilə  eyni  vaxtda 



məşğul ola bilməz. 

83.8.

 

Sığorta  agenti  və  ya  sığorta  brokeri  fəaliyyətinə  verilən  lisenziya 

müddətsizdir. 

83.9.

 

Sığorta  agenti  və  ya  sığorta  brokeri  fəaliyyətinə  lisenziya  verilməsi, 

onun qüvvəsinin dayandırılması və ya ləğvi qaydaları bu Qanunla müəyyən edilir. 

 

Maddə 84. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan 

sənədlər 

 

84.1.

 

Sığorta vasitəçisi olmaq istəyən şəxs müvafiq lisenziyanı almaq üçün 

bu  Qanunun  83.2-83.5-ci  maddələrində  nəzərdə  tutulmuş  tələblərə  uyğunluğu 

təsdiq  edən  sənədlər  və  məlumatlardan  başqa  aşağıdakı  sənədləri  sığorta  nəzarəti 

orqanına təqdim etməlidir: 

84.1.1.

 

Fiziki şəxslər: 



84.1.1.1.

 

daimi yaşayış yeri haqqında arayış; 



84.1.1.2.

 

bu  Qanunun  84.3-cü  maddəsi  nəzərə  alınmaqla,  müvafiq  vergi 

orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında təsdiq edilmiş 

surəti; 


84.1.2.

 

hüquqi şəxslər: 



84.1.2.1.

 

dövlət  qeydiyyatı  haqqında  şəhadətnamənin  notariat  qaydasında 

təsdiq edilmiş surəti; 

84.1.2.2.

 

nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti; 



84.1.2.3.

 

rəhbər vəzifəyə  təyin  edilən şəxsin  bu  Qanunun 91-ci  maddəsinin 

tələblərinə uyğunluğunu təsdiq edən sənədlər; 

84.1.2.4.

 

bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçinin müvafiq 

lisenziyaya malik olmasını təsdiq edən sənəd. 


 

 

54 



84.2.

 

Şə

xsin  bu  Qanunun  83.2.4-cü  maddəsində  nəzərdə  tutulan  tələbə 



uyğunluğuna  dair  sənədi  sığorta  nəzarəti  orqanının  sorğusu  əsasında  daxili  işlər 

orqanı təqdim edir. 



84.3.

 

Müvafiq  sığorta  vasitəçiliyi  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  təsis 

edilmiş  hüquqi  şəxsin  icra  orqanının  rəhbəri  kimi  namizədliyi  verilmiş  fiziki 

şə

xslərə,  həmçinin  bu  Qanunun  83.3-cü  maddəsində  nəzərdə  tutulmuş  işçiyə 



müvafiq  lisenziyanın  verilməsi  ilə  bağlı  hüquqi  şəxsin  müraciətinə  baxılarkən  bu 

Qanunun  84.1.1.2-ci  maddəsində  göstərilmiş  sənədin  təqdim  edilməsi  tələb 

olunmur. 

Maddə  85.  Sığorta  vasitəçiliyi  fəaliyyətinə  lisenziya  verilməsi  üçün  müraciətə 

baxılması 

 

85.1.

 

Müvafiq  sığorta  vasitəçiliyi  fəaliyyətinə  lisenziya  verilməsi  üçün 

müraciətlə  bağlı  sənədlər  tam  həcmdə  təqdim  olunmadıqda,  yaxud  sənədlərdəki 

məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin 

tam  həcmdə  təqdim  edilməsini,  məlumatların  tamamlanmasını  və  ya 

düzəldilməsini tələb edə bilər. 



85.2.

 

Sığorta  nəzarəti  orqanı  müvafiq  sığorta  vasitəçiliyi  fəaliyyətinə 

lisenziya  verilməsi  üçün  müraciətə  bu  Qanunun  84.1-ci  maddəsinə  əsasən  tələb 

olunan sənədlərdən, 85.1-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr 

və  ya  düzəlişlər  edilmiş  sənədlərdən  sonuncusunun  təqdim  edildiyi  tarixdən 

etibarən 1 ay ərzində baxmalıdır. 



85.3.

 

Sığorta  vasitəçilərinə  lisenziya  verilməsi  üçün  ödənilən  dövlət 

rüsumunun məbləği qanunvericiliklə müəyyən edilir. 

 

Maddə 86. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi 

 

86.1.

 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  müraciət  zamanı 

təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib 

bu  barədə  müraciət  edənə  bildirdikdən  və  lisenziya  verilməsi  üçün  dövlət 

rüsumunun  ödənilməsini  təsdiq  edən  bank  sənədi  təqdim  olunduqdan  sonra 

müvafiq olaraq sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verir. 



86.2.

 

Sığorta  nəzarəti  orqanı  lisenziyanın  verilməsi  və  ya  lisenziya 

verilməsindən imtina olunması barədə məlumatı müraciət edənə bu Qanunun 85.2-

ci  maddəsində göstərilən  müddətdə  yazılı bildiriş  göndərməklə çatdırır.  Lisenziya 

sığorta nəzarəti orqanı tərəfindən fiziki şəxs olan sığorta vasitəçisinin özünə və ya 

hüquqi  şəxs  olan  sığorta  vasitəçisinin  səlahiyyətli  nümayəndəsinə  şəxsən  təqdim 

edilir. 

 

Maddə  87.  Sığorta  vasitəçilərinin  lisenziyalarının  forması,  yenilənməsi  və 

reyestri 

 


 

 

55 



87.1.

 

Bu  Qanunun  87.2-ci  maddəsi  nəzərə  alınmaqla,  sığortaçıların 

lisenziyasının  forması  ilə  bağlı  53-cü  maddəsinin,  reyestri  ilə  bağlı  54-cü 

maddəsinin  və  yenilənməsi  ilə  bağlı  60-cı  maddəsinin  müvafiq  tələbləri  sığorta 

agentlərinin  və  sığorta  brokerlərinin  lisenziyalarının  formasına,  reyestrinə  və 

yenilənməsinə də tətbiq edilir. 



87.2.

 

Sığorta vasitəçilərinə verilən lisenziyada fəaliyyət növü kimi müvafiq 

olaraq «sığorta agenti fəaliyyəti» və ya «sığorta brokeri fəaliyyəti» qeyd edilir. 

 

Maddə 88. Sığorta brokerinə dair əlavə tələblər 

 

88.1.

 

Sığorta brokeri müvafiq lisenziya aldıqdan 15 gün müddətində öz peşə 

məsuliyyətini sığorta nəzarəti orqanının müəyyən etdiyi məbləğdə sığorta etdirməli 

və belə sığorta onun fəaliyyətinin bütün müddəti ərzində təmin olunmalıdır. 



88.2.

 

Sığorta  müqaviləsinin  bağlanmasında  vasitəçilik  və  ya  məsləhət 

xidməti 

göstərmiş 

sığorta 

brokerinin 

həmin 

müqavilə 



üzrə 

risklərin 

təkrarsığortalanması  zamanı  vasitəçilik  və  ya  məsləhət  xidmətinə  cəlb  edilməsi 

qadağandır. Bu tələbə riayət etməməyə görə həm sığorta brokeri, həm də müvafiq 

sığortaçı məsuliyyət daşıyır. 

 

Maddə  89.  Hüquqi  şəxs  olan  sığorta  brokerinin  və  müstəsna  olaraq  sığorta 

agenti  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  təsisçiləri  və  ya 

iştirakçılarına dair tələblər 

 

89.1.

 

Aşağıda  göstərilən  şəxslər  istisna  edilməklə,  hər  bir  şəxs  sığorta 

brokerinin  və  müstəsna  olaraq  sığorta  agenti  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi 

şə

xsin təsisçisi və iştirakçısı ola bilər: 



89.1.1.

 

bu Qanunun 89.1.2-ci maddəsinin tələblərinə cavab verməyən xarici 

hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs; 

89.1.2.

 

aşağıdakı tələblərə cavab verməyən xarici şəxs: 



89.1.2.1.

 

ə

n azı son 5 il ərzində sığorta brokeri fəaliyyəti ilə məşğul olması; 



89.1.2.2.

 

öz ölkəsində sığorta brokeri fəaliyyəti ilə məşğul olmasının 

qadağan edilməməsi. 

89.1.3.

 

siyasi partiyalar; 



89.1.4.

 

qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar). 



89.2.

 

Hüquqi  şəxs  olan  sığorta  brokerinin  təsisçisi  və  iştirakçısı  eyni 

zamanda sığortaçıda vəzifə tuta bilməz. 

89.3.

 

Xarici  sığorta  brokerlərinin  Azərbaycan  Respublikasının  ərazisində 

filial açması qadağandır. 

 

Maddə  90.  Hüquqi  şəxs  olan  sığorta  brokerinin  və  müstəsna  olaraq  sığorta 



agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı 

 

 

 

56 



90.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  adı  Azərbaycan  dilində  müəyyən 

edilməlidir. 

90.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  adında  məna  ifadə  etməyən  sözlərdən,  o 

cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır. 

90.3.  Hüquqi  şəxs  olan  sığorta  brokeri  və  müstəsna  olaraq  sığorta  agenti 

fəaliyyəti ilə məşğul olan hüquqi şəxs adının əks olunduğu lövhələrdə, blanklarda, 

möhürlərdə  və  kargüzarlıqla  bağlı  rəsmi  xarakterli  bütün  digər  ləvazimatlarda, 

reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan 

istifadə etməlidir. 

90.4. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  adında  müvafiq  olaraq  «sığorta  brokeri» 

və «sığorta agenti» sözləri olmalıdır. 

90.5. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  adında  «Azərbaycan»,  «dövlət»,  «milli», 

«mərkəzi»,  «büdcə»,  yaxud  «respublika»  sözlərindən  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada istifadə olunur. 



90.6. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  öz  adında  əvvəllər  təsis  edilmiş  və 

fəaliyyət göstərən sığorta vasitəçilərinin, habelə xarici sığorta vasitəçilərinin adları 

ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz 

birləşmələrindən istifadə etməsi qadağandır. 

90.7.  Bu  Qanunun  90.1-ci  və  90.6-cı  maddəsinin  tələbləri  öz  adında 

nizamnamə kapitalının əlli faiz və ya daha çox hissəsinə malik olan xarici hüquqi 

şə

xsin adından istifadə edən sığorta vasitəçisinə şamil olunmur. 



 

Maddə  91.  Hüquqi  şəxs  olan  sığorta  brokerinin  və  müstəsna  olaraq  sığorta 

agenti  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  rəhbər  işçilərinə 

dair tələblər 

 

91.1.

 

Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, onun müavinləri və 

baş mühasibi onun rəhbər işçiləridir. 



91.2.

 

Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin ali təhsili olmalıdır. 

91.3.

 

Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  rəhbər  işçiləri  aşağıda  göstərilən  iş 

təcrübəsinə malik olmalıdırlar: 



91.3.1.

 

icra  orqanının  rəhbəri  və  onun  müavinləri  -  maliyyə  sahəsində  ştat 

işçisi kimi ən azı 2 il; 

91.3.2.

 

baş mühasibi – mühasib kimi ən azı 2 il. 



 

 

57 



91.4.

 

Müvafiq  sığorta  vasitəçisi  lisenziyasına  malik  olmayan  fiziki  şəxs 

hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə 

məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri ola bilməz. 



 

Maddə  92.  Hüquqi  şəxs  olan  sığorta  brokerinin  və  müstəsna  olaraq  sığorta 

agenti  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  rəhbər  işçilərinin 

təyin edilməsi 

 

92.1.



 

Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  rəhbər  işçisi  vəzifəyə  sığorta  nəzarəti 

orqanının razılığı ilə təyin edilir. 



92.2.

 

Sığorta  nəzarəti  orqanının  razılığı  olmadan  hüquqi  şəxs  olan  sığorta 

brokerinin  və  müstəsna  olaraq  sığorta  agenti  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi 

şə

xsin rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar 



qəbul edildiyi andan etibarsızdır. 

92.3.

 

Sığorta  nəzarəti  orqanı  şəxsin  rəhbər  işçi  vəzifəsinə  təyinatı  ilə  bağlı 

müvafiq  sənədlər  və  məlumatlar  hüquqi  şəxs  olan  sığorta  vasitəçisi  tərəfindən 

təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 

91-ci  maddəsinin  tələblərinə  uyğunsuzluq  aşkar  etdikdə  razılıqdan  imtina  barədə 

hüquqi şəxs olan sığorta brokerinə yazılı bildiriş göndərir. 



92.4.

 

Sığorta  nəzarəti  orqanının  hər  hansı  şəxsin  hüquqi  şəxs  olan  sığorta 

vasitəçisinin  rəhbər  işçisi  vəzifəsinə  təyinatı  ilə  bağlı  bu  Qanunun  92.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  müddətdə  həmin  maddəyə  uyğun  olaraq  hər  hansı 

bir  yazılı  münasibət  bildirməməsi  qeyd  olunan  təyinata  bu  orqanın  razılığı  kimi 

qiymətləndirilir. 



92.5.

 

Razılığın  verilməsi  üçün  əsas  kimi  götürülmüş  məlumatların  yanlış 

olması  sonradan  aşkar  edildikdə  sığorta  nəzarəti  orqanı  hüquqi  şəxs  olan  sığorta 

brokerinin  və  ya  müstəsna olaraq sığorta  agenti  fəaliyyəti  ilə  məşğul  olan hüquqi 

şə

xsin  rəhbər  işçisinin  təyin  edilməsinə  verdiyi  razılığın  geri  alınması  və  onun 



ə

sasında  vəzifəyə  təyin  edilmiş  şəxsin  vəzifəsindən  kənarlaşdırılması  ilə  bağlı 

təqdimat verə bilər. 

 

Maddə 93. Sığorta vasitəçilərinin hesabatları və məlumatları 

 

93.1.



 

Sığortaçıların  hesabatları  və  məlumatları  ilə  bağlı  bu  Qanunun 

tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə də şamil edilir. 

93.2.

 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallardan  başqa  hüquqi  şəxs  olan 

sığorta  brokerlərinin  maliyyə  hesabatlarının  müstəqil  auditor  tərəfindən 

yoxlanılması tələb olunmur. 



93.3.

 

Sığorta  vasitəçilərinin  hesabatları  və  ya  məlumatları  ilə  bağlı  əlavə 

tələblər  sığorta  nəzarəti  orqanının  qəbul  etdiyi  müvafiq  təlimat  və  ya  qaydalarda 

nəzərdə tutula bilər. 



 

 

 

58 



Maddə 94. Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması 

 

94.1.



 

Sığorta  brokeri  fəaliyyəti  sığorta  brokerinin,  sığorta  agenti  fəaliyyəti 

isə  müstəsna  olaraq  sığorta  agenti  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxsin  əsas 

fəaliyyət növüdür. 



94.2.

 

Sığorta  vasitəçisi  fəaliyyəti  ilə  yanaşı  başqa  vəzifə  tutan  və  ya  başqa 

fəaliyyətlə  məşğul  olan  fiziki  şəxs,  bu  vəzifə  və  ya  fəaliyyətlə  bağlı  maraqlarının 

sığorta  vasitəçisi  kimi  qərar  qəbul  etməsinə,  səlahiyyətlərini  həyata  keçirməsinə 

xələl gətirməsinə imkan verməməlidir. 

94.3.

 

Fiziki  şəxs  olan  sığorta  brokeri  eyni  zamanda  sığortaçıda  vəzifə  tuta 

bilməz. 

94.4.

 

Hüquqi  şəxs  olan  sığorta  brokeri  və  müstəsna  olaraq  sığorta  agenti 

fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxs  əsas  fəaliyyətindən  başqa  yalnız  aşağıdakı 

fəaliyyət növləri ilə məşğul ola bilər: 



94.4.1.

 

sığorta  sahəsində  mütəxəssislərin  ixtisasının  artırılması  məqsədilə 

təlimin təşkili və keçirilməsi; 

94.4.2.

 

sığortaya  və  əlaqəli  fəaliyyət  sahələrinə  aid  xüsusi  ədəbiyyatın 

müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı; 

94.4.3.

 

sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı; 



94.4.4.

 

öz müştərilərinin sənədlərinin hüquqi ekspertizasının keçirilməsi. 



 

 

XII Fəsil 

Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti 

 

Maddə 95. Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarətinin vəzifələri 

 

95.1.

 

Sığorta  sektorunda  dövlət  tənzimləməsinin  və  nəzarətinin  əsas 

vəzifələri aşağıdakılardır: 

95.1.1.

 

Azərbaycan Respublikasında sığorta bazarının inkişaf etdirilməsi və 

sığorta sisteminin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmək; 

95.1.2.

 

sığorta  işini,  həmçinin  sığorta  bazarını  tənzimləmək  və  sığorta 

fəaliyyətinə nəzarəti həyata keçirmək; 

95.1.3.

 

sığorta  işinin  qanunvericilik  bazasının  möhkəmləndirilməsi  üzrə 

tədbirlər həyata keçirmək, icbari sığorta növlərini və beynəlxalq sığorta sistemində 

Azərbaycan Respublikasının iştirakının prinsiplərini müəyyən etmək; 



95.1.4.

 

sığortaçıların, sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin 

və  sığorta  bazarının  digər  iştirakçılarının  hüquqlarının  və  qanuni  mənafelərinin, 

habelə dövlətin maraqlarının qorunması üçün tədbirlər həyata keçirmək; 



95.1.5.

 

“Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin 

etmək.

7

 



                                                           

7

 Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmişdir. 



 

 

59 



95.2.

 

Sığorta  nəzarəti  orqanı,  onun  vəzifəli  şəxsi,  əməkdaşı,  təyin  edilmiş 

müvəqqəti  inzibatçı  sığorta  sektorunda  tənzimləmə  və  nəzarətlə  bağlı 

səlahiyyətlərini,  habelə  ləğvetmə  ilə  bağlı  funksiyalarını  həyata  keçirərkən 

qanunazidd  olması  və  qəsdən  zərər  vurmağa  yönəldilməsi  qanunvericiliyə  uyğun 

qaydada sübuta yetirilməyən hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə 

görə məsuliyyət daşımırlar. 

95.3.

 

Sığorta  nəzarəti  orqanı  sığortaçıların,  sığorta  vasitəçilərinin,  o 

cümlədən  xarici  təkrarsığortaçıların  və  xarici  sığorta  brokerlərinin,  habelə  sığorta 

sahəsində  yardımçı  fəaliyyət  göstərən  hüquqi  şəxslərin  və  müvafiq  müstəqil 

ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını sığorta nəzarəti 

orqanı müəyyən edir. 



 

Maddə 96. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi 

 

96.1.

 

Sığorta  nəzarəti  orqanının  sığorta  sektorunda  tənzimləmə  və  nəzarət 

funksiyalarını həyata keçirməsinin maliyyələşdirmə mənbələri aşağıdakılardır: 

96.1.1.

 

dövlət büdcəsinin vəsaitləri; 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin