119.1.8.
səkkizinci növbədə, qanunvericiliyə müvafiq olaraq digər
kreditorlarla hesablaşmalar.
119.2.
Bu tələblər, ardıcıllığa riayət edilməklə, hər bir əvvəlki tələb tam
həcmdə ödənildikdən sonra ödənilir.
119.3.
Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının
girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği
həddində kreditorların tələbləri növbədənkənar ödənilir.
119.4.
Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər
arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür.
119.5.
Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya)
qanunvericiliyə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə
tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər.
XIV Fəsil
Yekun müddəalar
Maddə 120. Məhkəməyə müraciət hüququ
120.1. Sığorta nəzarəti orqanının bu Qanunun tətbiqi ilə bağlı hər hansı
qərarından və fəaliyyətindən məhkəməyə şikayət edilə bilər.
120.2. Bu Qanunun 120.1-ci maddəsində nəzərdə tutulmuş şikayətin
verilməsi sığorta nəzarəti orqanının bu Qanunun tətbiqi ilə bağlı fəaliyyətini
məhdudlaşdırmır.
73
Maddə 121. Vətəndaş qüsursuzluğunun müəyyən edilməsi
Bu Qanunun məqsədləri üçün müvafiq fiziki şəxsin vətəndaş qüsursuzluğu
onun sığorta nəzarəti orqanına bu barədə ərizə təqdim etməsindən sonra həmin
orqanın sorğusu ilə səlahiyyətli dövlət orqanının verdiyi müvafiq arayış əsasında
müəyyən edilir.
Maddə 122. Əsas məlumat və göstəricilərin yayılması
122.1.
Sığortaçı adında, təşkilati-hüquqi formasında, yaxud daimi fəaliyyət
göstərən orqanının yerləşdiyi ünvanda dəyişiklik edildikdə həftədə bir dəfə
olmaqla, 1 ay ərzində Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət
qəzetində elan dərc etdirməlidir. Dərc edilən ilk belə elanın surəti sığorta nəzarəti
orqanına təqdim edilməlidir.
122.2.
Sığortaçılar və sığorta vasitəçiləri onlara müvafiq fəaliyyətlə
məşğul olmaq hüququ verən lisenziyanın notariat qaydasında təsdiqlənmiş surətini
ofis binasında görünməsi və oxunması mümkün olan yerdə yerləşdirməlidir.
Maddə 123. Sənədlərin saxlanması qaydası və müddəti
123.1.
Sığortaçılar
və
sığorta
vasitəçiləri
fəaliyyətləri
ilə
bağlı
qanunvericiliklə müəyyən edilmiş sığorta statistikasını, sənədlərin uçotunu
aparmalı və sənədlərin saxlanmasını təmin etməlidirlər.
123.2.
Sığortaçılar və sığorta vasitəçiləri onlar tərəfindən həyata keçirilən
sığorta əməliyyatlarına dair sənədləri, belə əməliyyatlar üzrə elektron
daşıyıcılarında olan məlumatları müştəri və ya digər müqavilə tərəfi ilə hüquq
münasibətlərinə xitam verildikdən sonra ən azı beş il müddətində, həmçinin bu
Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş müştərinin, benefisiarın və
səlahiyyətli nümayəndənin eyniləşdirilməsi sənədlərini qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə saxlamalı və zərurət yarandığı təqdirdə səlahiyyətli dövlət
orqanına təqdim etməlidirlər.
9
Maddə 124. Sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyət
124.1.
Hüquqi və fiziki şəxslər sığorta qanunvericiliyinin pozulmasına görə
qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
124.2. Sığortaçılar, təkrarsığortacılar və sığorta vasitəçiləri “Cinayət yolu ilə
ə
ldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan
9
Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmişdir.
74
Respublikası Qanununun tələblərinə əməl edilməməsinə görə qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
10
XV Fəsil
Keçid müddəalar
Maddə 125. İcbari sığortalarda işlərin aparılması xərcləri
İ
cbari sığorta qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, icbari sığorta
növləri üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10
faizi miqdarında müəyyən edilir.
Maddə 126. Korporativ idarəetmə ilə bağlı müddəalar
126.1.
Bu Qanunun 7.6-cı və 25-ci maddələrinin tələbləri bu Qanun
qüvvəyə mindiyi tarixdən etibarən 1 ildən gec olmayaraq bütün sığortaçılar
tərəfindən təmin edilməlidir.
126.2.
Bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 3 ay müddətində bütün
sığortaçılar bu Qanunun 126.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi ilə
bağlı tədbirlər planını razılaşdırmaq üçün sığorta nəzarəti orqanına təqdim
etməlidir.
Maddə 127. Sığortaçıların və sığorta vasitəçilərinin adı ilə bağlı tələblər
127.1.
Bu Qanunun 9.1-ci, 9.2-ci, 90.1-ci və 90.2-ci maddələrinin tələbləri
müvafiq olaraq bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl lisenziya almış
sığortaçılara və hüquqi şəxs olan sığorta brokerlərinə şamil edilmir.
127.2.
Bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl sığorta və ya sığorta
vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud lisenziya verilməsindən
imtina edilmiş, adında müvafiq olaraq “sığorta”, “təkrarsığorta” və “sığorta
brokeri” sözü olan hüquqi şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən 3 ay
müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü
qaydada ləğv edilməlidirlər.
127.3.
Hüquqi şəxslər Bu Qanunun 127.2-ci maddəsində nəzərdə tutulmuş
müddətə riayət etmədikdə sığorta nəzarəti orqanı onların məcburi qaydada ləğv
olunmaları barədə məhkəmədə iddia qaldırmalıdır.
10
Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə 124-cü maddədə “Hüquqi
və fiziki şəxslər” sözlərindən əvvəl “124.1.” nömrəsi əlavə edilmiş və yeni məzmunda 124.2-ci maddə əlavə
edilmişdir.
75
Maddə 128. Həyat və qeyri-həyat sığortası üzrə fəaliyyətin ayrılmasına dair
tələblər
128.1.
Bu Qanunun 14.1-ci maddəsinin tələbi bu Qanunun qüvvəyə
mindiyi tarixədək sığorta fəaliyyətinə lisenziya almış, habelə həm həyat, həm də
qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərməyə icazəsi olan sığortaçılara
bu Qanun qüvvəyə mindiyi tarixdən 3 il müddətində şamil edilmir.
128.2.
Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də
qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərən sığortaçılar bu Qanun
qüvvəyə mindiyi tarixdən etibarən 6 aydan gec olmayaraq öz fəaliyyətlərində
aşağıdakıları təmin etməlidirlər:
128.2.1.
tələb olunan kapitalla bağlı bu Qanuna uyğun olaraq müəyyən
edilmiş tələbləri həyat və qeyri-həyat sığortası sahələrinin hər biri üzrə ayrı-
ayrılıqda yerinə yetirməlidir;
128.2.2.
həyat sığortası müqavilələri üzrə işlərin aparılması xərclərinin,
investisiya gəlirlərinin və sair iqtisadi göstəricilərin, sığorta tələblərinin, iddiaların,
sığorta hadisələri üzrə zərərlərin və öhdəliklərin uçotu ümumi sığorta sahəsindəki
müqavilələr üzrə müvafiq göstəricilərin uçotundan ayrı aparılmalıdır;
128.2.3.
həyat sığortası üzrə sığorta ehtiyatlarının vəsaitləri ümumi sığorta
sahəsi üzrə sığorta ehtiyatları vəsaitlərindən ayrılıqda uçota alınmalı, investisiya
edilməli və saxlanmalıdır;
128.2.4.
sığorta növlərində həyat və qeyri-həyat sığortasına aid olan sığorta
sinifləri birləşdirilə bilməz.
128.3.
Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də
qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərən sığortaçının ümumi sığorta
sahəsi ilə bağlı sığorta ödənişləri üzrə öhdəlikləri yarandıqda, həyat sığortası
sahəsinə aid sığorta ehtiyatlarının üzərinə həbs qoyula, onlara məcburi müsadirənin
tələbləri və digər üsulları tətbiq oluna bilməz.
Maddə
129.
Könüllü
sığorta
qaydalarının
sığorta
qanunvericiliyinə
uyğunlaşdırılması
Sığortaçılar könüllü sığorta növləri üzrə müvafiq sığorta qaydalarını bu
Qanun qüvvəyə
mindiyi
tarixdən etibarən 1 il
müddətində sığorta
qanunvericiliyinin tələblərinə uyğunlaşdırmalı və sığorta nəzarəti orqanı ilə
razılaşdırmalıdırlar.
Maddə 130. Müddətsiz lisenziyaların verilməsi
Bu Qanunun qüvvəyə mindiyi tarixədək sığorta və ya təkrarsığorta
fəaliyyətinə lisenziya almış sığortaçıların bu Qanun qüvvəyə mindiyi tarixdən
sonra müvafiq müddətin bitməsi ilə əlaqədar sığorta nəzarəti orqanına edəcəkləri
76
müraciətlərə bu Qanunla müddətsiz lisenziyanın verilməsi ilə bağlı müəyyən
edilmiş tələblər və prosedurlar şamil olunur.
Maddə 131. İnvestisiyalara dair tələblər
Bu Qanunun qüvvəyə mindiyi tarixdən etibarən 6 ay müddətində bütün
sığortaçılar bu Qanunun VI Fəslinin müddəalarına zidd olan bütün halların aradan
qaldırılmasını təmin etməlidirlər.
Maddə 132. Əlaqəli şəxslərə dair tələblər
Bu Qanunun VII Fəslinin müddəaları bu Qanunun qüvvəyə mindiyi
tarixədək bağlanmış əqdlərə dəyişiklik edilmədiyi və müddətinin uzadılmadığı
hallarda həmin əqdlərə şamil edilmir.
Maddə 133. Sığorta agentlərinə dair tələblər
133.1.
Bu Qanunun sığorta agentlərinin lisenziya alması və bununla bağlı
digər müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il sonra tətbiq edilir.
133.2.
Bu Qanunun 133.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa
çatdıqda, fəaliyyət göstərən, lakin bu Qanunun XI Fəslinin tələblərinə uyğun
olmayan sığorta agentləri sığorta agenti fəaliyyətini dayandırmalıdır. Onlar sığorta
agenti fəaliyyətini davam etdirmək üçün bu Qanunun tələblərinə uyğun qaydada
lisenziya almalıdırlar.
133.3.
Bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il ərzində sığorta nəzarəti
orqanı sığorta agentlərinin qeydiyyatını bu Qanun qüvvəyə minənədək mövcud
olan qaydada aparmalıdır.
Maddə 134. Rəhbər işçilərə dair tələblərin tətbiqi
Bu Qanunla rəhbər işçilərə dair müəyyən edilmiş tələblər Qanunun qüvvəyə
mindiyi tarixdən əvvəl müvafiq rəhbər vəzifəyə təyin edilmiş şəxslərə şamil
edilmir.
Maddə 135. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İ
lham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2007-ci il
77
№
519-IIIQ
2008-ci il 15 mart tarixində “Xalq qəzeti”nin 58-ci (25823) nömrəsində dərc edilib.
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
2008-ci il 13 iyun tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
2.
2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti
22 iyul 2009-cu il, № 158)
Dostları ilə paylaş: |