Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u


Maddə  44.  Lisenziya  verilməsi  üçün  ilkin  müraciət  zamanı  təqdim  olunan



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
#16989
1   2   3   4   5   6   7   8   9   ...   12

 

Maddə  44.  Lisenziya  verilməsi  üçün  ilkin  müraciət  zamanı  təqdim  olunan 

sənədlər 

 

44.1.

 

Lisenziya  verilməsi  üçün  ilkin  müraciət  edilərkən  sığortaçı  olmaq 

üçün  təsis  edilmiş  açıq  səhmdar  cəmiyyətinin  təsisçilərinin  və  ya  səhmdarlarının 

bu  Qanunun  19-cu  maddəsinin  tələblərinə  uyğunluğunu  təsdiq  edən  sənədlərlə 

yanaşı, aşağıdakı sənədlər təqdim edilməlidir: 

44.1.1.

 

sığortaçı  olmaq  üçün  təsis  edilmiş  açıq  səhmdar  cəmiyyətinin  bu 

Qanuna  uyğun  şəkildə  müəyyən  edilmiş  adı  və  ünvanı  əks  olunmaqla  lisenziya 

verilməsi barədə yazılı müraciət; 



44.1.2.

 

açıq  səhmdar  cəmiyyətinin  nizamnaməsinin  notariat  qaydasında 

təsdiq  edilmiş  surəti,  təsisçilərin  sayı  birdən  artıq  olduqda  isə,  həmçinin  müvafiq 

qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti; 



44.1.3.

 

hüquqi  şəxs  olan  təsisçilər  haqqında  məlumatlar,  o  cümlədən  belə 

təsisçilərin: 


 

 

33 



44.1.3.1.

 

hüquqi  şəxs  kimi  dövlət  qeydiyyatına  alınması  haqqında 

şə

hadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;  



44.1.3.2.

 

təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti;  



44.1.3.3.

 

son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə 

isə,  bütün  fəaliyyət  dövrü  üzrə,  o  cümlədən  sənədlərin  təqdim  edildiyi  tarixdən 

ə

vvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor 



tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;  

44.1.3.4.

 

nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli 

idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti; 

44.1.4.

 

fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi 

yaşayış  yerini,  iş  yerini  (məşğuliyyət  növünü)  göstərən  məlumatlar  və  sənədlər, 

səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər; 



44.1.5.

 

şə

xsin  təsisçilər  adından  müraciət  etmək  səlahiyyətini  təsdiqləyən, 



müvafiq qaydada təsdiq olunmuş sənəd; 

44.1.6.

 

təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər 

bir  hüquqi  şəxs  olan  təsisçi  üçün  onun  nizamnamə  kapitalında  digər  şəxslərin 

mühüm iştirak payları haqqında məlumatlar; 



44.1.7.

 

ə

n  azı  növbəti  3  il  üçün  aşağıdakı  məlumatları  əks  etdirən  biznes-



plan: 

44.1.7.1.

 

təşkilati  tədbirlər  planı  və  bu  məqsədlə  ayrılan  vəsaitin 

ə

saslandırılmış məbləği; 



44.1.7.2.

 

fəaliyyətin  ilkin  mərhələsi  üçün  nəzərdə  tutulmuş  maliyyə 

vəsaitlərinin məbləği; 

44.1.7.3.

 

sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər; 



44.1.7.4.

 

marketinq  planı,  gələcək  müştəri  bazasının  təsviri  və  ehtimal 

olunan müştəri qrupları; 

44.1.7.5.

 

təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı; 



44.1.7.6.

 

təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz; 



44.1.7.7.

 

auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat; 



44.1.7.8.

 

biznesin  inkişaf  etdirilməsi  və  ödəmə  qabiliyyətinin  artırılması 

planını  gəlir  və  xərclər  formasında  əks  etdirən,  əməliyyatların  həcminin  və 

strukturunun,  sığorta  haqlarının,  komisyon  mükafatların,  işlərin  aparılması 

xərclərinin, 

sığorta 


ödənişlərinin, 

investisiya 

gəlirlərinin 

və 


vergilərin 

proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi; 



44.1.7.9.

 

istifadə  ediləcək  ofis  binasının,  kompüter  və  telekommunikasiya 

sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri; 

44.1.7.10.

 

daxili nəzarət mexanizmlərinin təsviri; 



44.1.8.

 

rəhbər  işçi  vəzifələrinə  təyin  olunması  nəzərdə  tutulan  şəxslərin 

siyahısı  və  onların  vətəndaş  qüsursuzluğu  barədə  notariat  qaydasında  təsdiq 

edilmiş ərizəsi. 



44.2.

 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  ilkin  müraciətə 

baxarkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə 

kapitalında mühüm iştirak payını əldə etməyi nəzərdə tutan fiziki şəxs olan təsisçi 

və  hüquqi  şəxs  olan  təsisçinin  rəhbər  işçiləri  barədə  maliyyə,  vergi  və  hüquq-

mühafizə  orqanlarından  müvafiq  məlumat  ala  bilər.  Bu  tələb  sonradan  mühüm 



 

 

34 



iştirak payını əldə etmək istəyən fiziki şəxsə, hüquqi şəxs olan istənilən səhmdarın 

rəhbər  işçilərinə  də  şamil  edilir.  Maliyyə,  vergi  və  hüquq-mühafizə  orqanları 

sığorta  nəzarəti  orqanının  tələb  etdiyi  məlumatları  10  gün  müddətində  verməyə 

borcludurlar. 



44.3.

 

Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici 

ölkənin  müvafiq  dövlət  orqanı  tərəfindən  verilmiş  sənədləri  qanunvericiliklə 

müəyyən edilmiş qaydada təsdiq olunmalıdır. 



 

Maddə 45. Lisenziya verilməsi üçün ilkin müraciətə baxılması 

 

45.1.



 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  ilkin  müraciətə  bu 

Qanunun  44.1-ci  maddəsinə  əsasən  tələb  olunan  sənədlərdən,  45.2-ci  maddəsinə 

uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən 

sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır. 

45.2.

 

Lisenziya  verilməsi  üçün  ilkin  müraciətlə  bağlı  sənədlər  tam  həcmdə 

təqdim  olunmadıqda,  yaxud  sənədlərdəki  məlumatlar  tam  olmadıqda  və  ya  yanlış 

olduqda  sığorta  nəzarəti  orqanı  sənədlərin  tam  həcmdə  təqdim  edilməsini, 

məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər. 

45.3.

 

Sığorta  nəzarəti  orqanının  lisenziya  verilməsi  üçün  ilkin  müraciətə 

müsbət  cavab  verdiyi  tarixdən  etibarən  6  ay  müddətində  lisenziya  almaq  üçün 

yekun müraciət təqdim olunmalıdır. 



45.4.

 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  ilkin  müraciətə 

baxılmasının  nəticəsi  barədə  müraciət  edənə  bu  Qanunun  45.1-ci  maddəsində 

göstərilən müddətdə yazılı bildiriş göndərir. 



 

Maddə 46. Lisenziya verilməsi üçün ilkin müraciətin rədd edilməsinin əsasları 

 

46.1.

 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  ilkin  müraciəti 

aşağıdakı hallarda rədd edir: 

46.1.1.

 

bu  Qanunun  44.1-ci  maddəsində  nəzərdə  tutulmuş  sənədlər  tam 

həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar 

aşkar  olunduqda,  habelə  sənədlərdəki  məlumatlar  45.2-ci  maddəyə  uyğun  olaraq 

tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə; 

46.1.2.

 

bu Qanunun 18-ci, 19-cu və 20.1-ci maddələrinin tələbləri tam təmin 

olunmadıqda; 

46.1.3.

 

təsisçilərin  maliyyə  vəsaitləri  səhmlərin  ödənilməsi  və  təşkilati 

tədbirlər üçün kifayət etmədikdə; 

46.1.4.

 

biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə 

qabiliyyətinin,  təsis  edilən  sığortaçının  normal  fəaliyyət  göstərməsinin  təmin 

edilməsi,  habelə  sığortalıların  hüquqlarının  müdafiəsi  baxımından  qənaətbəxş 

hesab edilmədikdə; 

46.1.5.

 

sığorta  nəzarəti  orqanına  bu  Qanunun  45.2-ci  maddəsinə  uyğun 

olaraq verilmiş tələbdən sonra da sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs və 


 

 

35 



onun  təsisçiləri  barədə  yanlış  məlumatlar  təqdim  edilməsi  aşkar  və  şübhəsiz 

olduqda. 



46.2.

 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  ilkin  müraciəti  rədd 

etdikdə  bu  Qanunun  45.4-cü  maddəsində  nəzərdə  tutulmuş  bildirişdə  bunun 

səbəblərini göstərməlidir. 



 

Maddə 47. Lisenziya verilməsi üçün yeni ilkin müraciət 

 

Lisenziya  verilməsi  üçün  ilkin  müraciət  rədd  edildikdə  sığorta  nəzarəti 

orqanına  təkrarən  təqdim  edilən  lisenziya  verilməsi  üçün  müraciətə  yeni  ilkin 

müraciət kimi baxılır.  



 

Maddə  48.  Lisenziya  verilməsi  üçün  ilkin  müraciətlə  bağlı  müsbət  cavabın 

dəyişdirilməsinin əsasları 

 

48.1.

 

Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı 

müsbət cavabını aşağıdakı hallarda geri götürə bilər: 

48.1.1.

 

lisenziyanın  verilməsi  üçün  ilkin  müraciətlə  bağlı  təqdim  olunmuş 

sənədlərdə yanlış məlumatların mövcudluğu sonradan aşkar edildikdə; 

48.1.2.

 

açıq  səhmdar  cəmiyyəti  kimi  dövlət  qeydiyyatına  alınmış  hüquqi 

şə

xsin müvafiq lisenziya almadan sığorta və ya təkrarsığorta fəaliyyəti ilə məşğul 



olması faktı aşkar edildikdə; 

48.1.3.

 

təsisçilərdən  asılı  olmayan  səbəblərə  görə  dövlət  qeydiyyatının 

yubadılması  halları  istisna  olmaqla,  bu  Qanunun  45.3-cü  maddəsində  nəzərdə 

tutulmuş  müddətdə  açıq  səhmdar  cəmiyyəti  kimi  hüquqi  şəxslərin  dövlət 

qeydiyyatına alınması təmin edilmədikdə. 

 

Maddə 49. Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin dövlət 

qeydiyyatı 

 

Lisenziya verilməsi üçün ilkin müraciətinə sığorta nəzarəti orqanı tərəfindən 

müsbət  cavab  verildikdən  sonra  sığortaçı  olmaq  üçün  təsis  edilmiş  açıq  səhmdar 

cəmiyyəti  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  hüquqi  şəxslərin  dövlət 

qeydiyyatına alınır. 

 

Maddə  50.  Lisenziya  verilməsi  üçün  yekun  müraciət  zamanı  təqdim  olunan 

sənədlər 

 

50.1.

 

Sığortaçı  kimi  təsis  edilmiş  hüquqi  şəxs  dövlət  qeydiyyatına 

alındıqdan  sonra  lisenziya  verilməsi  üçün  sığorta  nəzarəti  orqanına  aşağıdakı 

sənədləri təqdim etməlidir: 



 

 

36 



50.1.1.

 

adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının 

nömrəsini  və  müvafiq  bankın  adını,  lisenziya  verilməsi  üçün  müraciət  olunan 

fəaliyyət növünün adını əks etdirən yekun müraciət; 



50.1.2.

 

dövlət  qeydiyyatı  haqqında  şəhadətnamənin  notariat  qaydasında 

təsdiq edilmiş surəti; 

50.1.3.

 

sığortaçı  olmaq  üçün  təsis  edilmiş  açıq  səhmdar  cəmiyyətinin 

müvafiq  vergi  orqanı  tərəfindən  uçota  alınması  haqqında  sənədin  notariat 

qaydasında təsdiq edilmiş surəti; 



50.1.4.

 

nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti; 



50.1.5.

 

sığortaçı  olmaq  üçün  təsis  edilmiş  açıq  səhmdar  cəmiyyətinin 

nizamnamə kapitalının bu Qanuna uyğun olaraq bank hesabına ödənilməsini təsdiq 

edən sənədlər; 



50.1.6.

 

rəhbər işçi vəzifələrinə təyin edilən şəxslərin bu Qanunun tələblərinə 

uyğunluğunu  təsdiq  edən  məlumatlar,  o  cümlədən  təhsili  və  iş  təcrübəsi  barədə 

müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri; 



50.1.7.

 

bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar 

mövcud  olmadıqda  aparılmasına  icazə  istənilən  könüllü  sığorta  növü  (və  ya 

növləri) üzrə sığorta qaydaları; 



50.1.8.

 

sığortaçı  olmaq  üçün  təsis  edilmiş  açıq  səhmdar  cəmiyyətinin 

fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin surəti; 

50.2.

 

Bu  Qanunun  50.1.7-ci  maddəsi  müstəsna  olaraq  təkrarsığorta 

fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  təsis  edilmiş  açıq  səhmdar  cəmiyyətinə  şamil 

edilmir. 



 

Maddə 51. Lisenziya verilməsi üçün yekun müraciətə baxılması 

 

51.1.



 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  yekun  müraciətə  bu 

Qanunun  50.1-ci  maddəsinə  əsasən  tələb  olunan  sənədlərdən,  51.2-ci  maddəsinə 

uyğun  olaraq  tələb  olunduqda  isə  əlavələr  və  ya  düzəlişlər  edilmiş  sənədlərdən 

sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.  

51.2.

 

Lisenziya verilməsi üçün yekun müraciətlə bağlı sənədlər tam həcmdə 

təqdim  olunmadıqda,  yaxud  sənədlərdəki  məlumatlar  tam  olmadıqda  və  ya  yanlış 

olduqda  sığorta  nəzarəti  orqanı  sənədlərin  tam  həcmdə  təqdim  edilməsini, 

məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.  

51.3.

 

Lisenziya  verilməsi  üçün  ödənilən  dövlət  rüsumunun  məbləği 

qanunvericiliklə müəyyən edilir. 

51.4.

 

Sığorta  nəzarəti  orqanı  lisenziya  verilməsi  üçün  yekun  müraciət 

zamanı  təqdim  olunan  sənədləri  və  məlumatları  bu  Qanunun  tələblərinə  uyğun 

hesab  edib  bu  barədə  müraciət  edənə  bildirdikdən  və  lisenziya  verilməsi  üçün 

dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra 

müvafiq lisenziya verir. 



51.5.

 

Sığorta  nəzarəti  orqanı  lisenziyanın  verilməsi  və  ya  lisenziya 

verilməsindən  imtina  olunması  barədə  məlumatı  bu  Qanunun  51.1-ci  maddəsində 

göstərilən  müddət  ərzində  müraciət  edənə  yazılı  bildiriş  göndərməklə  çatdırır. 



 

 

37 



Lisenziya 

sığorta 


nəzarəti 

orqanı 


tərəfindən 

sığortaçının 

səlahiyyətli 

nümayəndəsinə şəxsən təqdim edilir. 



51.6.

 

Sığorta  nəzarəti  orqanı  lisenziyanın  bu  Qanunun  54-cü  maddəsində 

nəzərdə  tutulmuş  qaydada  reyestrdə  qeydə  alındığı  tarixdən  etibarən  10  gün 

müddətində lisenziyanın verilməsi barədə müvafiq vergi orqanına bildiriş göndərir 

və lisenziya sahibinin vəsaiti hesabına Azərbaycan Respublikasında nəşr olunan iki 

dövlət qəzetində məlumat dərc etdirir. 



 

Maddə  52.  Sığorta  və  ya  təkrarsığorta  fəaliyyətinə  lisenziya  verməkdən  imtina 

edilməsinin əsasları 

 

52.1.

 

Sığorta  nəzarəti  orqanı  sığorta  və  ya  təkrarsığorta  fəaliyyətinə 

lisenziya verməkdən aşağıdakı hallarda imtina edir: 

52.1.1.

 

bu  Qanunun  50.1-ci  maddəsində  nəzərdə  tutulmuş  sənədlər  tam 

həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar 

aşkar  olunduqda,  habelə  sənədlərdəki  məlumatlar  51.2-ci  maddəyə  uyğun  olaraq 

tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə; 

52.1.2.

 

bu  Qanunun  və  rəhbər  işçilərlə  bağlı  37-ci  və  39-cu  maddələrinin 

tələblərinə uyğunsuzluqlar aşkar olunduqda; 

52.1.3.

 

bu  Qanunun  45.3-cü  maddəsində  müəyyən  edilmiş  müddət  ərzində 

bu  Qanunun  46.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslardan  hər  hansı  birinin 

yaranması aşkar edildikdə; 



52.1.4.

 

sığorta  nəzarəti  orqanına  bu  Qanunun  51.2-ci  maddəsinə  uyğun 

olaraq  verilmiş  tələbdən  sonra  da  lisenziya  verilməsi  üçün  təqdim  edilmiş 

sənədlərdə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda. 



52.1.5.

 

təsisçilərdən  asılı  olmayan  səbəblərə  görə  dövlət  qeydiyyatının 

yubadılması  halları  istisna  olmaqla,  sığortaçı  olmaq  üçün  təsis  edilmiş  açıq 

səhmdar  cəmiyyəti  lisenziya  verilməsi  üçün  bu  Qanunun  45.3-cü  maddəsində 

müəyyən edilmiş müddətdə sığorta nəzarəti orqanına yekun müraciət etmədikdə.  

 

Maddə 53. Lisenziyanın forması  

 

53.1.



 

Sığortaçıya verilən lisenziyada aşağıdakı məlumatlar göstərilir: 



53.1.1.

 

lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi; 



53.1.2.

 

lisenziya verən dövlət orqanının adı; 



53.1.3.

 

lisenziya sahibinin tam adı və hüquqi ünvanı; 



53.1.4.

 

aşağıdakı kimi fəaliyyət növlərinin adı: 



53.1.4.1.

 

lisenziya sığortaçıya verildikdə “sığorta fəaliyyəti”; 



53.1.4.2.

 

lisenziya təkrarsığortaçıya verildikdə “təkrarsığorta fəaliyyəti”. 



53.2.

 

Yeni  təsis  edilən  sığortaçıya  verilən  lisenziyada  bu  Qanunun  53.1-ci 

maddəsində göstərilənlərlə yanaşı lisenziyanın müddəti də göstərilməlidir. 

53.3.

 

Lisenziya  sığorta  nəzarəti  orqanının  rəhbəri  və  ya  onun  həvalə  etdiyi 

vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 


 

 

38 



53.4.

 

Lisenziyanın  forması  və  doldurulması  qaydaları  sığorta  nəzarəti 

orqanı tərəfindən müəyyən edilir. 

 

Maddə 54. Lisenziyaların reyestri 

 

54.1.

 

Sığorta  nəzarəti  orqanı  verilən,  qüvvəsi  məhdudlaşdırılan  və  ya 

dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır.  

54.2.

 

Reyestrə aşağıdakı məlumatlar daxil edilir: 



54.2.1.

 

lisenziya sahibinin tam adı və hüquqi ünvanı; 



54.2.2.

 

lisenziyaların  verilmə  tarixi,  müddəti,  nömrəsi  və  qeydiyyat 

nömrəsi; 

54.2.3.

 

lisenziyanın  verilməsinə  dair  sığorta  nəzarəti  orqanının  qərarının 

tarixi və nömrəsi; 

54.2.4.

 

fəaliyyət növünün adı; 



54.2.5.

 

lisenziyanı  imzalayan  məsul  şəxsin  vəzifəsi,  adı,  soyadı,  atasının 

adı; 

54.2.6.

 

lisenziyanın qüvvəsinin dayandırılması tarixi və müddəti; 



54.2.7.

 

lisenziyanın qüvvəsinin məhdudlaşdırılması tarixi və müddəti; 



54.2.8.

 

lisenziyanın ləğv edildiyi tarix. 



54.3.

 

Lisenziyanın  verilməsi,  qüvvəsinin  məhdudlaşdırılması  və  ya 

dayandırılması,  həmçinin  ləğv  edilməsi barədə  reyestrdə qeydiyyat  müvafiq  qərar 

qüvvəyə mindiyi tarixdə aparılır. 



54.4.

 

Sığorta  nəzarəti  orqanı  lisenziyaların  reyestr  məlumatlarını  özünün 

rəsmi internet səhifəsində yerləşdirməlidir. 

 

Maddə 55. Sığorta növünün aparılmasına icazə 

 

55.1.

 

Sığortaçı  könüllü  sığorta  növü  üzrə  fəaliyyətini  sığorta  nəzarəti 

orqanının verdiyi icazə əsasında həyata keçirir.  

55.2.

 

Sığortaçının  könüllü  sığorta  növləri  üzrə  fəaliyyətinə  icazə  bu 

Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydaların mövcud olması 

halı  istisna  edilməklə  müvafiq  sığorta  qaydaları  sığorta  nəzarəti  orqanı  ilə 

razılaşdırıldıqdan sonra verilir. 

55.3.

 

İ

cbari sığorta növləri üzrə fəaliyyət  sığorta nəzarəti orqanından icazə 



alındıqdan sonra həyata keçirilir. 

55.4.

 

Sığorta  növünün  aparılmasına  icazə  verilməsi  ilə  bağlı  müraciət 

lisenziya alınması üçün yekun müraciətlə birlikdə, həmçinin lisenziyanın qüvvədə 

olduğu müddət ərzində sığorta nəzarəti orqanına təqdim edilə bilər. 



55.5.

 

Könüllü  sığorta  növü  üzrə  sığorta  qaydalarına  sığortaçının  etdiyi 

dəyişikliklər sığorta nəzarəti orqanı ilə razılaşdırıldıqdan sonra tətbiq edilə bilər. 

 


 

 

39 



Maddə 56. Sığorta növünün aparılmasına icazə verməkdən imtinanın əsasları 

 

56.1.

 

Sığorta  nəzarəti  orqanı  sığortaçıya  sığorta  növünü  aparmağa  icazə 

verməkdən aşağıdakı əsaslardan biri olduqda imtina edir: 

56.1.1.

 

sığortaçının  sığorta  qaydalarının  müddəaları  mövcud  normativ 

hüquqi aktlara zidd olduqda; 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin