11.2.
Sığortaçı əsas fəaliyyətindən başqa, lisenziya alınması tələb
olunmayan aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:
11.2.1.
mütəxəssislərin ixtisasının artırılması məqsədilə sığorta bazarının
peşəkar iştirakçıları üçün təlimin təşkili və keçirilməsi;
11.2.2.
sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın
müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;
11.2.3.
informasiya texnologiyaları əsasında sığorta ilə bağlı xüsusi
proqram təminatının hazırlanması və satışı;
11.2.4.
sığorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması
üzrə məsləhət xidmətlərinin göstərilməsi;
11.2.5.
müştərilərinin sənədlərinin hüquqi ekspertizasının, habelə zərərlərin
tənzimlənməsi zamanı hüquqi ekspertizanın keçirilməsi;
11.2.6.
sığorta
risklərinin
qiymətləndirilməsi,
sığorta
hadisələrinin
araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati
yardımın göstərilməsi.
11.3.
Təkrarsığortaçılar
bütün
sığorta
sinifləri
üzrə
təkrarsığorta
ə
məliyyatları apara bilərlər.
11.4.
Hər hansı bir sığorta növünü həyata keçirməyə icazəsi olan sığortaçı
həmin sığorta növünün əhatə etdiyi sığorta sinifləri üzrə təkrarsığorta fəaliyyətini
həyata keçirə bilər.
11.5.
Sığorta müqaviləsi üzrə sığortaçı sığorta etdiyi riskləri təkrarsığorta
etdirdikdə təkrarsığorta müqaviləsi üzrə təkrarsığortalı hesab olunur.
11.6.
Təkrarsığortanın təşkili üçün sığortaçılar birgə fəaliyyət müqaviləsi
ə
sasında təkrarsığorta daxılları təsis edə bilərlər.
14
Maddə 12. İnhisarın qadağan olunması
12.1.
Sığortaçıların və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara
alınmasına və sığorta bazarında rəqabətin məhdudlaşdırılmasına yönələn sazişlər
bağlaması, həmçinin bunlara səbəb ola bilən əməliyyatlar aparması qadağandır.
12.2.
Sığorta bazarında inhisara qarşı müəyyən edilən qaydaların yerinə
yetirilməsinə və tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq qanunvericiliyə
uyğun olaraq həyata keçirilir.
12.3.
Dövlət orqanlarının, onların struktur bölmələrinin, tabeliyində olan
təşkilatların, yerlərdə olan bölmələrinin inzibati binalarında və ərazilərində
sığortaçıların filial və nümayəndəliklərinin, habelə sığorta vasitəçilərinin fəaliyyət
göstərməsi, o cümlədən sığorta müqavilələrinin bağlanması qadağandır.
Maddə 13. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının
və
terrorçuluğun
maliyyələşdirilməsinin
qarşısının alınması
2
13.1.
Sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri cinayət yolu ilə
ə
ldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və
digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinqi orqanına təqdim edir,
özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan
Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.
Sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri qanunla müəyyən
olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli
nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə
məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi
və saxlanması tələblərinə əməl etməlidirlər.
13.2.
Bu Qanunun 13.1-ci maddəsində göstərilən tələblərdən başqa digər
tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə
müəyyən edilir.
Maddə 14. Həyat və qeyri-həyat sığortası, onlara aid olan sığorta sinifləri
14.1.
Sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta)
sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.
14.2.
Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan
aşağıdakı sığorta siniflərini özündə birləşdirir:
2
Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmişdir.
15
14.2.1.
sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata
keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;
14.2.2.
sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın
öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər
yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın
yaşam sığortası;
14.2.3.
sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi,
18 yaşınadək
sağlamlıq imkanlarının məhdudluğu
3
və ya xəstəliyi ilə əlaqədar əmək
qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin
azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta
şə
klində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet
sığortası;
14.2.4.
sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək
qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini
ödəmək məqsədilə
vaxtaşırı
4
sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə
tutan əmək qabiliyyətinin
itirilməsi hallarından sığorta
5
;
14.2.5.
sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan
xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan
sağalmaz xəstəliklərdən sığorta.
14.3.
Qeyri-həyat sığortası (ümumi sığorta) özündə aşağıdakı sığorta
siniflərini birləşdirir:
14.3.1.
sığorta obyektinə görə şəxsi sığortaya aid olan siniflər:
14.3.1.1.
sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə,
ümumi hallarla, yaxud peşəsi ilə bağlı əmək qabiliyyətini tam və ya qismən
itirdikdə, yaxud sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən
edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya
qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə
tutan fərdi qəza və xəstəlik sığortası;
14.3.1.2.
tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta
olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan
xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin
həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta;
14.3.1.3.
bu
Qanunun
14.3.1.1-ci
və
14.3.1.2-ci
maddələrində
göstərilməyən, sığorta obyektinə görə şəxsi sığortaya aid olan digər siniflər.
14.3.2.
Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası
üzrə aşağıdakı siniflər:
14.3.2.1.
Bu Qanunun 14.3.2.2 – 14.3.2.5-ci maddələrində sadalanmış
ə
mlak istisna olmaqla, digər əmlakın, onun ərazisində və (və ya) içərisində
yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr
nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı
3
Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 648-IIIQD nömrəli Qanunu ilə sözləri əlavə edilmişdir.
4
Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 36-IVQD nömrəli Qanunu (“Azərbaycan” qəzeti 23
yanvar 2011-ci il, № 16) ilə çıxarılmışdır.
5
Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 36-IVQD nömrəli Qanunu (“Azərbaycan” qəzeti 23
yanvar 2011-ci il, № 16) ilə dəyişdirilmişdir.
16
sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən
ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan
ə
mlakın yanğından və digər risklərdən sığortası;
14.3.2.2.
avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması,
həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak
mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında
sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin
sığortası;
14.3.2.3.
dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması,
həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak
mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında
sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı
vasitələrinin sığortası;
14.3.2.4.
hava nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin
qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən
zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata
keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.5.
su nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin
qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən
zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata
keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.6.
daşıma
üsulundan
asılı
olmayaraq
yükün
zədələnməsi,
korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində sığortalının
ə
mlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi
miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yüklərin
(nəqliyyat) sığortası;
14.3.2.7.
bu Qanunun 14.3.2.1-14.3.2.6-cı maddələrində göstərilməyən,
sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası ilə bağlı digər
siniflər.
14.3.3.
Sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki
məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər:
14.3.3.1.
sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış
avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin
ə
vəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin
ə
vəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata
keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki
məsuliyyətinin sığortası;
14.3.3.2.
sığortalıya məxsus dəmiryol nəqliyyatı vasitəsindən istifadə
olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar
onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi
miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol
nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.3.
sığortalıya məxsus hava nəqliyyatı vasitəsindən istifadə
olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar
onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi
17
miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı
vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.4.
sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən
üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak
mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında
sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri
sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.5.
sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə
edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar
onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi
miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yük daşıyanın
mülki məsuliyyətinin sığortası;
14.3.3.6.
sığortalı müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətini
sığorta etdirdiyi hallarda müvafiq sığorta hadisəsinin baş verməsi ilə əlaqədar
sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan mülki-hüquqi müqavilə
üzrə mülki məsuliyyətin sığortası;
14.3.3.7.
lazımi ixtisas keyfiyyətlərinə malik olan müxtəlif peşə
sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq,
yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi üçüncü şəxslərə dəyən zərər üzrə
öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan peşə
məsuliyyətinin sığortası;
14.3.3.8.
işçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən
xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə
bağlı olan xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar
işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan
işəgötürənin məsuliyyət sığortası;
14.3.3.9.
bu Qanunun 14.3.3.1-14.3.3.8-ci maddələrində göstərilməyən,
sığorta obyektinə görə əmlak sığortasına aid olan ümumi mülki məsuliyyətin
sığortası.
14.3.4.
Sığorta obyektinə görə əmlak sığortasına aid olan kredit sığortası
üzrə aşağıdakı siniflər:
14.3.4.1.
müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər
səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti
qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin
tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə
tutan kreditlərin sığortası;
14.3.4.2.
ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar
ipoteka müqaviləsi üzrə borclunun həmin müqavilə ilə müəyyən edilmiş
öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə
dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata
keçirilməsini nəzərdə tutan ipoteka sığortası;
14.3.4.3.
bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən,
sığorta obyektinə görə əmlak sığortasına aid olan kreditlərin sığortası üzrə digər
siniflər.
18
14.3.5.
Sığorta obyektinə görə əmlak sığortasına aid olan qarışıq maliyyə
risklərinin sığortası üzrə aşağıdakı siniflər:
14.3.5.1.
ə
mlakın bazar qiymətinin düşməsi halında ondan istifadə ilə
ə
laqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən
ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan bazar
dəyərinin düşməsi riskindən sığorta;
14.3.5.2.
sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində
baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə
xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta
ödənişinin həyata keçirilməsini nəzərdə tutan işin dayanması ilə bağlı risklərdən
sığorta.
Maddə 15. Sığorta siniflərinə dair tələblər
15.1.
Bu Qanunun 14.2.2-ci və 14.2.3-cü maddələrində nəzərdə tutulmuş
sığorta sinifləri həyatın yığım sığortasına aiddir.
15.2.
Bu Qanunun 14.3.2-ci maddəsində göstərilmiş hər hansı sığorta sinifi
üzrə sığortaçının zərərliliyi sığorta nəzarəti orqanının müəyyən etdiyi həddən artıq
olduqda o, həmin sinifə aid bir ildən çox müddəti əhatə edən sığorta müqavilələri
bağlaya bilməz. Zərərlilik dərəcəsinin müəyyən olunması qaydası sığorta nəzarəti
orqanı tərəfindən müəyyən edilir.
15.3.
Bu Qanunun 14.3.3.1-14.3.3.5-ci və 14.3.3.9-cu maddələrinə əsasən
mülki məsuliyyətin sığortasında həm sığortalının özünün, həm də üzərinə bu cür
öhdəlik qoyula bilən digər şəxsin məsuliyyəti sığortalana bilər. Mülki məsuliyyəti
bu cür sığortalanan digər şəxsin (şəxslərin) adı və ya kateqoriyası sığorta
müqaviləsində göstərilməlidir. Digər şəxsin (şəxslərin) mülki məsuliyyətinin
sığortalanması müqavilədə qeyd edilmədiyi halda yalnız sığortalının özünün mülki
məsuliyyəti sığortalanmış hesab edilir.
Maddə 16. Sığorta növü
16.1.
Sığorta növü sığortaçı tərəfindən bir, yaxud bir neçə sığorta sinifləri
ə
sasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim
olunan sığorta məhsuludur.
16.2.
Yalnız sığorta nəzarəti orqanından icazə aldıqdan sonra sığortaçı
müvafiq sığorta növü üzrə sığorta müqavilələri bağlaya bilər.
16.3.
Bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən qaydalar
mövcud olmadıqda sığortaçı könüllü sığorta növünün aparılmasına icazə almaq
üçün hazırladığı müvafiq sığorta qaydalarını sığorta nəzarəti orqanı ilə
razılaşdırmalıdır.
16.4.
İ
cbari sığortanın hər bir növünün aparılması üzrə əlavə tələblər sığorta
qanunvericiliyi ilə müəyyən edilir.
19
16.5.
Sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü
sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul
edə bilər.
Maddə 17. Həyatın yığım sığortası üzrə fəaliyyətin həyata keçirilməsinin əlavə
xüsusiyyətləri
17.1.
Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı sığorta
olunan şəxsə sığorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə,
qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə
bilər. Bu halda borc sığorta müqaviləsinin qüvvədə olma müddətinin başa
çatmasınadək qalmış vaxtdan çox müddətə verilə bilməz. Bu maddədə nəzərdə
tutulmuş borcun verilməsi qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən
edilir.
17.2.
Annuitet müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı
dövri sığorta ödənişlərinin miqdarını aktuarinin rəyi əsasında artıra bilər.
III Fəsil
Dostları ilə paylaş: |