182 ШиринХаным Кяримбяйли Шадиман
TƏLƏSİRƏM Baharı xəzana düşmüş lalətək,
Fələyin əlində necə əsirəm.
Dodaqçın darıxmış al piyalətək,
Yenə görüşünə mən tələsirəm.
Yolumun üstünü duman kəssə də,
Qapımın ağzında rüzgar əssə də,
Ürəyim inciyib, səndən küssə də,
Yenə görüşünə mən tələsirəm.
Qovsa da üstümə bulud yelləri,
Bəxtim tuş eləsə qürbət elləri,
Dərib qəlb bağçamdan qönçə gülləri,
Yenə görüşünə mən tələsirəm.
Unudub dünyanın qəmü-möhnətin,
Ağılı bu yoldan döndərmək çətin,
Tutub ətəyindən pak səadətin,
Yenə görüşünə mən tələsirəm.