66
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Dəyərli kitablar
Con Сюrl
mənsub olan filosofların görüşlərinə görə, yalnız
dildəki ifadələr fiziki fenomenlər sayəsində öz
təsdiqlərini tapmalıdır. Bu isə dil‐düşüncə əlaqə ‐
sinə böyük zərbə vurmaq deməkdir. Məsələn,
dildəki əmr cümlələri, yəni «icraedici» (perfor ‐
mative) cümlələri fenomenlər təsdiqləmir, əksinə
bu mahiyyətdə olan cümlələr fenomenləri və dav ‐
ranışları yönləndirir. Təsadüfi deyil ki, bu fikri
fəlsəfi aspektdən ilk dəfə təhlil edən J.L.Oustinin
əsərinin adı da belədir: «Sözlərlə əşyaları necə
yaratmaq olar?» (How to do things with words?)
Son dörd yazının ilkində Con Sörl danışma
fenomeninin hermenevtik mahiyyətini, ikinci ‐
sində analitik fəlsəfədə şüur və niyyət əleyhinə
olan görüşlərin tənqidini, son iki yazıda isə həm
nitq aktları, həm də niyyətlilik nəzəriyyəsində
zehni həqiqət formalarının olduğunu iddia
etməkdədir.
Bu məqamda qeyd etməliyəm ki, Con Sörl
şüurun mahiyyətini açıqlayarkən təbiət elmləri
ilə sosial elmlərin mahiyyətcə fərqini də bu
kontekstdə izah edir. Ona görə, təbiət elmləri
həqiqətin dünyada immanent olan xüsusiyyət ‐
lərini hər hansı bir müşahidəçidən asılı olmadan
mövcud olduğu şəkildə təsvir edir. Buna görə
də cazibə qanunu, fotosintez və elektromaqnetik
dalğalar tamamilə təbiət elmlərinin mövzula rı ‐
dır. Ancaq hamamda cakuzinin olması, beş
dolların varlığı və ya bir stulun var olma kimi
xü
susiyyətləri təbiət elmlərinin mövzularına
daxil deyil. Qeyd olunan bu əşyalar fiziki xüsu ‐
siyyətlərə malik olsalar da, hamamda caku zinin
olması və ya beş dollarlıq pul olma xüsu siy ‐
yətləri ancaq müşahidəçi və istifadəçi lərə bağlı
olaraq dəyər qazanır və var olurlar. Məhz Sörl
bunu izah edərkən şüurun, eyni zamanda niyyət
ilə əlaqəsini də quraraq təbiət elmlə rin dən fərqli
olaraq, humanitar‐sosial elmlərin niyyət daşıyan
mahiyyətlərini vurğulayır. Bu mənada da hər
hansı bir simvol ona simvolluğu aid edən
müşahidəçiyə və istifadəçiyə görə simvol sayılır.
Ümumiyyətlə, Con Sörl özünün bütün fəlsəfi
yaradıcılıq sistemində XVII əsrdən, yəni Rene
Dekartla başlayan fəlsəfi dünyagörüşünün müasir
dövrdə parçalayıcı mahiyyətinə diqqət çəkərək
texniki elmlərdən tutmuş humanitar elmlərə
qədər şüur, ictimai münasibətlər, niyyət, dil
fəlsəfəsi kimi ciddi elmi‐fəlsəfi mövzuları bu
kitabında analitik şəkildə izah edir.
Con Sörlün bu kitabda qeyd etdiyi ən əsas
məqamlardan biri şüur və beyin əlaqəsinə dair
görüşləridir. Belə ki Sörl müasir nevrobiologiya
sahəsindəki inkişafı diqqətə alaraq fəlsəfə sahə ‐
sində də bu arqumentlərin tətbiq olunma sına
çalışır. Hə a o, beyinin bir mexanizm oldu ğunu
və bir prinsip olaraq beynimiz kimi düşüncə və
zehni prosesə malik olan süni bir beyin yara ‐
dılmasını mümkün hesab edir. Məhz bu düşüncə
tərzi modern fəlsəfədə ciddi müzaki rələrə səbəb
olur. Haqlı olaraq bəzi müasir filosoflar düşün ‐
mənin beyini hərəkətə gətirdiyini və əhatə etdi ‐
yini vurğulayaraq, beyindəki neyronların hərə kətinə
istinad edilərək həyatın tam olaraq açıqlana bil ‐
məyəcəyini ifadə edirlər. Çünki insanın xarici
aləmlə qurduğu münasibət nəticəsində müxtəlif
bilik növləri meydana çıxır. Həyatın özü insanın
buraya istiqamətlənməsi və anlamaya çalışması
sayəsində ona müəyyən biliklər verir. Təfəkkür
pro sesi bu baxımdan insanı bir bütovlük çərçi ‐
vəsində qiymətləndirir.
Afət KAMALOVA,
AMEA‐nın Fəlsəfə və
Hüquq İnstitutunun əməkdaşı
67
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
XX əsr və XXI əsrin əvvəllərini əhatə edən
qısa tarixi bir dövr ərzində dünyada elmi‐ictimai
proseslər sürətlə inkişaf etmiş və insanın normal
həyat tərzinin təminatı, maddi nemətlər bolluğu
yaradılması istiqamətində bir sıra mühüm
nəticələr əldə olunmuşdur. Әyani misallarla
bu proseslərin inkişaf sürətini göstərmək müm ‐
kündür.
Elmin inkişafında insan amilinin nə qədər
mühüm əhəmiyyət kəsb etdiyini ötən əsrin
ikinci yarısında tibb sahəsində qazanılan
nailiyyətlər sübut etmişdir.
Belə nailiyyətlər sırasında əvvəllər sağal ‐
maz hesab olunan xəstəliklərdən əziyyət çəkən
insanların müalicəsinin mümkünlüyü, ağır
xəsarətlər almış şəxslərin qeyri‐müəyyən müd ‐
dətə komatoz vəziyyətdə saxlamaqla onla rın
«ölmək hüququndan» məhrum edil məsi, ciddi
fiziki qüsurlarla doğulan uşaqların həyatının
uzadılması, qanın sepa rasiyası, daxili orqanla ‐
rın transplantasiyası, eyni zamanda süni orqan ‐
ların yaradılması, süni mayalanmanı və s.
göstərmək olar.
Bu uğurlar bir tərəfdən insanların həyat
səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının
möhkəmləndirilməsi, ömürlərinin uzadılması
ilə nəticələnsə də, digər tərəfdən bir‐biri ilə
münasibətdə müəyyən ziddiyyətlərin yaran ‐
masına və elmi, ictimai, sosial, mənəvi proses ‐
lər müstəvisində köklü dəyişikliklərin baş
verməsinə səbəb olmuşdur. Həmin dəyişiklik ‐
lərin əksəriyyətinin məhz biologiyadan, xüsu ‐
silə də tibbi biologiyadan qaynaqlandığı zəru rətinə
görə elm aləmində «bioetika» adla nan yeni
anlayış və etik meyar formalaşmışdır.
Bioetika – insanın həyatla ölüm arasında
manipulyasiyası zamanı mənəvi‐etik‐hüquqi
sərhədlər haqqında olan biliklər sistemidir.
Belə ki, məhz 1965–1990‐cı illərdə elmin,
xüsusilə təbabət elminin inkişafı inqilabi nəti ‐
cə lərə səbəb olmuş, insanların nəinki müali ‐
cəsinə, sağlamlıqlarının bərpasına, eyni zamanda
onların həyatı ilə manipulyasiya edilməsinə
imkan yaratmışdır [13]. Bu isə yüzil liklər boyu
formalaşan ümumbəşəri mənəvi dəyərlərlə
kəskin təzadların meydana çıxmasına şərait
yaratmışdır.
Tibbin yeni nailiyyətləri və bu gün dün ‐
yada geniş vüsət almış genetik tədqiqatlar belə
bir vacib və insanlıq üçün taleyüklü suala
cavab axtarır: Elm, texnika sahəsində əldə olu ‐
nan yeniliklərin tətbiqi, onların insan həyatına,
ətraf mühitə nüfuz etdirilməsi hansı mənəvi‐
etik prinsiplərə söykənməlidir və ən nəhayət,
qazanılan, icrası mümkün olan ən son texno ‐
loji imkanların hər birinin həya tı mıza müda ‐
xiləsi nə dərəcədə zəruri və icazəlidir?
Әlbə ə, belə vəziyyətdə bəziləri, bir qayda
olaraq, «elmi tərəqqini dayandırmaq olmaz»
deyir, bəziləri nəzarətsiz texniki tərəqqinin
qurbanına çevrilməkdən ehtiyat edir. Bir baş ‐
qaları isə «təbiətə, ilkin yaşayışa qayıtmağa»
cəhd göstərir. Elm ilə ziddiyyət təşkil edən bu
fikirlərlə də tam razılaşmaq olmaz. Müasir elmin
inkişafına inanaraq yerdə qalanlara «pisdir»
demək də, onun səmərəsinə gözü bağlı inan ‐
maq da sadəlövhlükdür. Çünki prob lemin
kökündə duran məsələ kor‐koranə elmi təd qi ‐
qatları dayandırmaq deyil – halbuki bu, müm ‐
künsüzdür – yeni metodların ekspe
riment
mərhələsinə çatmasını, sonradan nor mal kom ‐
mersiya predmetinə çevrilməsini ciddi hüquqi
nəzarət altına almaqdan ibarətdir.
Eyni zamanda elmi və ictimai proseslərin
inkişafında böhran və təzadların qaçılmaz
olduğu göz qabağındadır.
Proseslərə təsir edə bilən insan amili elmi
təfəkkürə «ətraf mühit və dərketmə» kimi
yeni kateqoriya gətirmişdir. Bir tərəfdən insan
kosmik fəzanın fəth edilməsində fantastik
nailiyyətlərinə sevinir, gələcəkdə enerji ehti ‐
yat larının digər planetlərdən Yer kürəsinə nəqli
imkanlarına, Günəşin sonsuz enerji mənbə ‐
yinə malik olmasına inanır. Әgər dünən bu
68
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
ELMİ‐SOSİAL PROSESLӘRDӘ BİOETİK
NORMALAR SİSTEMİNİN RİYAZİ ÜSULLARLA
ӘSASLANDIRILMASINA DAİR
düşüncələr xülya idisə, bu gün reallığa çevril ‐
mək dədir. Məsələn, 2008‐ci ildə Hindis tan
alimlərinin elmin son nailiyyətləri əsasında
hazırlanmış kosmik aparatlar vasitəsilə Ay sət ‐
hindən uzunmüddətli enerji ehtiyatına malik
nümunələri Yerə gətirmələri bəşəriyyəti hey ‐
ran etmişdir.
Amma digər tərəfdən, kosmik gəmilərin,
süni peyklərin Yerin zərif ozon qatını dəfələrlə
zədələmələri və bununla da biosferdə ekoloji
tarazlığın pozulması gələcəkdə kosmik tədqi ‐
qatların hansı arzuolunmaz nəticələrə gətirib
çıxaracağını bəri başdan ehtimal etməyə əsas
verir.
Başqa bir misal. XX əsrin ikinci yarısında
atom və hidrogen bombalarının yaranması,
nüvə texnologiyalarının inkişafı, atom elektrik
stansiyalarının inşası bəşəriyyəti enerji ilə təmin
etməklə yanaşı, onu ekoloji, bioloji və huma ‐
nitar uçurum qarşısında qoymuşdur.
Bu yaxınlarda «Nature Nanotechnology»
jurnalı dünyanın 400‐dək alimi arasında
keçirilən rəy sorğusunun heyrətamiz nəticələ ‐
rini açıqlamışdır. Məlum olmuşdur ki, onların
hər biri «nano» eranın gəlişini ruh yüksəkliyi
ilə qarşılasa da, sıravi istehlakçılarla müqayi ‐
sədə nanotexnologiya və gen mühəndisliyinin
imkanlarından daha çox narahat olduğunu
etiraf etmişdir. Onların fikrincə, yeni texno ‐
logiyaların insan orqanizminə və ətraf mühitə
təsiri gözlənilməz nəticələrə səbəb ola bilər.
Әn çox təhlükə yaradan amil isə genetik modi ‐
fikasiya olunmuş ərzaq məhsullarının yayıl ‐
masıdır. Bu təhdid əvvəllər nüvə enerjisinin
yaratdığı qorxuya bərabər tutulur. Elə isə
«nano» və elmin digər ən yeni nailiyyət
‐
lərindən bəşəriyyət nəyi gözləməlidir – vəd
olunan cənnəti, yoxsa cəhənnəmi?
Alimlərin bu barədə də fikri birmənalı
deyildir. Məsələn, «Sun Microsystems» şirkə ‐
tinin təsisçilərindən olan Bill Coysun qəna ‐
ətinə görə, «əgər nanorobotlar özlərinə bənzər
yeni robotlar törətmək imkanına malik olar ‐
larsa, bu proses əvvəl‐axır insanın nəzarə tin ‐
dən çıxacaqdır. Bu zaman «azadlığa qovuş muş»
nanorobotlar xaotik şəkildə çoxalacaq, Günəş
enerjisi ilə qidalanan və sayı milyardları ötən
gözəgörünməz qiyamçılar ordusu onları əhatə
edən hər şeyi özlərinə bənzəyən məxluqlara
«çevirəcəklər». Nəticədə Yer planeti, üzərin ‐
dəki bütün canlı və cansız aləmlə birlikdə
nəhəng selikli kütlə halını alacaqdır». ABŞ‐ın
Massaçusets ştatı Universitetinin Elm və Mü ‐
hən dislik kafedrasının professoru, «Gözə gö ‐
rünməz maşınlar dövrünün müha ribəsi» adlı
kitabın müəllifi Tomas Makkarti isə əmindir ki,
«nanotexnologiyalar» yalnız föv qəl kiçik, mikro
ölçülü döyüş silahlarını yarat maqla kifa yət ‐
lənməyib, onların istehsal va sitə lərini də dün ‐
yaya gətirəcəklər. Nəticədə düşmən ölkəsinin
əhalisinə qarşı həqiqi soyqı rım törədiləcəkdir.
Bu zaman gen mühən disliyi qalibləri məğlub ‐
edilməz edəcəkdir.
Qeyd edilməlidir ki, 2002‐ci ildə ABŞ‐da
nanofəlakətlərinin qarşısının alınması məqsə ‐
dilə xüsusi mərkəz təsis edilmişdir. Bu gün
həmin mərkəz bu sahə üzrə Ümumdünya nə ‐
zarət təşkilatının yaradılması ideyasının təşəb ‐
büskarı kimi çıxış edir. Beləliklə, insana,
ümu
milikdə bəşəriyyətə təhdid məqsədilə
istifadə edilə biləcək elmi nailiyyətlərə nəzarət
(inzibati, hüquqi, etik) məsələsi bu gün
xüsusilə aktual mövzuya çevrilmişdir. Burada
həm etik, həm də hüquqi aspektlər bir‐biri ilə
sıx şəkildə uzlaşmışdır. Müasir təbabətdə, gen
mühəndisliyində, insan orqanlarının trans ‐
plan tasiyasında, biotexnologiyalarda baş verən
misilsiz texnoloji nailiyyətlər elmin bioetika
kimi zəruri sahəsinin formalaşmasına tələbat
və zəmin yaratmışdır.
Bioetika problemlərinin ilk və geniş müza ‐
kirəsi hələ 1946‐cı ildə Almaniyanın Nürnberq
şəhərində olmuşdur [1]. BMT‐nin İnsan Hü ‐
quq ları üzrə Ümumi Bəyannaməsini (1948‐ci
il), həmin qurumun iqtisadi, sosial, mədəni,
vətəndaş və siyasi hüquqlar haqqında beynəl ‐
xalq paktları (1966‐cı il), Әsas hüquqlar haq ‐
qında Xartiyanı (2000‐ci il) və ümumi xarakter
daşıyan digər beynəlxalq sənədləri də nəzərə
alaraq, bu problemlərə dair aşağıdakı xüsusi
beynəlxalq aktlar hazırlanmış və qəbul edil ‐
mişdir: Təbabət və biologiyanın nailiy yətlə ri ‐
nin tətbiqi ilə əlaqədar İnsan hüquqları və
ləya
qətinin müdafiəsi barədə Konvensiya
(1997‐cı il), İnsan hüquqları və biotəbabət
haqqında Konvensiya (1997‐ci il) və onun əlavə
protokolları, İnsanın genomu, İnsan haqları
haqqında Ümumi Bəyannamə (1997‐ci il),
69
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
İnsanın genetik məlumatları haqqında Bey nəl ‐
xalq Bəyannamə (2003‐cü il), İnsanın klon ‐
laşdırılması haqqında Bəyannamə (2003‐cü il),
Kənd təsərrüfatı və qida məhsullarının isteh ‐
salı üçün bitkilərin genetik resursları haq ‐
qında Beynəlxalq Müqavilə (2001‐ci il), İndiki
nəsillərin gələcək nəsillər qarşısında məsuliyyəti
haqqında UNESCO‐nun Bəyannaməsi (1997‐ci il),
UNESCO‐nun mədəniyyət müxtəlifliyi barə ‐
sində Ümumi Bəyannaməsi (2001‐ci il) və s.
[5,6,7,14]
Lakin bununla belə, bilavasitə bioetika
üzrə məsələləri tənzimləyən ilk hüquqi akt
yalnız 2005‐ci ilin oktyabr ayının 21‐də qüv ‐
vəyə minmişdir. Həmin vaxt UNESCO‐nun
Baş Konfransının 33‐cü sessiyasında İnsan hü ‐
quqları və bioetika haqqında Ümumi Bəyan ‐
namə qəbul edilmişdir. Sənədin mahiy yətini
əks etdirən müddəalarında (maddə 1) qeyd
edilir ki, bəyannamə təbabət və həyat elmi ilə
bağlı olaraq insana tətbiq edilən texno
lo
‐
giyaların sosial, hüquqi və ekoloji aspekt lərini
nəzərə almaqla, buradakı etik məsə lə lərə toxu ‐
nur.
Bəyannamədə əsas bioetik prinsiplər, məlu ‐
mat landırma, könüllü razılıq, şəxsi həyatın
toxunulmazlığı, informasiyanın qapa lılığı, hər
hansı bir diskriminasiyanın yolve rilməzliyi, o
cümlədən yeni müddəalar, məsə lən, sosial məsu ‐
liyyət prinsipi (maddə 14) geniş əks olun muş ‐
dur. Sənəd müvafiq prinsipləri açıq la maq la yanaşı,
onların praktikada tətbiqinə isti qamətlən diri ‐
lərək qərarların qəbulunda «peşəkarlığa, düz ‐
gün lüyə, ardıcıllığa və aşkar lığa» çağırır. O, eyni
zamanda elm və texni kanın müxtəlif sahələ ‐
rin dən olan nüma yəndələrdən ibarət etika
üzrə müstəqil plüra listik komitələrin yaradıl ‐
masını da tövsiyə edir [5].
Göründüyü kimi, son illər bioetika məsə ‐
lələrinin həllində böyük irəliləyiş əldə olun ‐
muş, beynəlxalq statusa malik ciddi sənədlər
qəbul edilmişdir.
Bununla belə, qeyd olunmalıdır ki, yuxa ‐
rıda adları çəkilən hüquq aktları forma və
məzmun etibarilə qarşıya qoyulan məqsədlər
çərçivəsində günün tələblərinə cavab vermir
və bu sahədə hüquq normalarının formalaş ‐
masını tam təmin etmir.
Məlumdur ki, bu proses öz mahiyyəti etibarı
ilə stoxastik olmaqla yanaşı, riyazi ehtimalın
statistik üsulları da onun tədqiqinə tətbiq
olunmalıdır. Deməli, inkişafda böhran və fəla ‐
kət arasında olan, insan amilini nəzərə alan yeni
hüquqi normaların yaradılmasına və elmi
cəhətdən əsaslandırılmasına böyük ehtiyac ya ‐
ranmışdır. Başqa sözlə desək, elmi‐ictimai pro ‐
sesləri idarə etmək məqsədilə yeni hüquq
normalarının işlənməsi tələb olunur.
Məntiqi (yəni S‐vari) əyri əsasında təkamül
prosesini modelləşdirən diferensial tənliyinin
həllinə nəzər salaq [4,8,9,10,15,16]:
Burada α və β parametrləri qiymətlən ‐
dirilir, yəni α inkişaf prosesinin sürətinin, β isə
prosesi tormozlaşdıran amilin göstəricisidir.
Bu tənliyin həlli nəticəsində proqram dəsti
işlənmiş və hal‐hazırda ondan istifadə olunur.
Fəlsəfi baxımdan bu, xeyir və şər qüvvələri
nəzərə almaqla prosesin nə dərəcədə təkamül
xarakteri daşıdığını göstərir.
Məqsəd isə yuxarıda qeyd olunan proses ‐
lərin tənzimlənməsinin hüquqi normalarının
işlənməsində klassik riyazi anlayışlara söykə ‐
nən üsullardan istifadə etməklə, hüquqi nor ‐
malar üçün yeni tətbiqi proqram dəstinin
yaradılmasıdır.
Әvvəlcə statistikaya nəzər salaq. XX əsrdə
elmin son nailiyyətləri əsasında yaradılmış
nüvə silahları və sonralar nano səviyyəsində
yaradılmış texnologiyaların inkişaf tempi,
yəni müəyyən zaman çərçivəsində tezliyi və
amplitudası böhran və fəlakətlərin yaranması
tezliyi ilə müəyyən mütənasibliyə malikdir.
70
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
2
d t
d x
Avtoreqressiya 19701990-cı ill r
0
0,05
0,1
0,15
0,2
0,25
0
5
10
15
20
k.1
başlanğıc
proqnoz
Şəkil 1
Avtoreqressiya 1970–1990‐cı illər
Daha doğrusu, elm inkişaf etdikcə baş
verən böhran və fəlakətlər arasında olan kor ‐
relyasiya təhlili əsasında müəyyən edilmişdir
ki, bu əmsal 0,5‐dən böyükdür. Belə vəziyyət
isə əlaqələrin inkişafının xaotiklikdən qayda ‐
laşmağa və xaotikliyə daha yaxın olduğunu
göstərir. Bu isə yenə də proseslərin yeni hü ‐
quqi normaların yaradılmasının tənzimlən ‐
məsi və idarə olunmasını tələb edir.
Hüquq normaları çərçivəsinin işlənməsi
üçün «qızıl kəsik» prinsipi adlandırılan me ‐
yar dan istifadə olunması təklif olunur. Bunu
ilk dəfə olaraq Leonardo da Vinçi «ilahi mütə ‐
nasiblik» adlandırmışdır.
Hüquq normalarının vaxtında işlənməsi
prinsipinin dünənini, bu gününü və sabahını
nəzərə almaqla, müstəqil ekspert qiymətlən ‐
dirilməsi ilə inkişafla böhran arasında prose ‐
sin elə bir kəsiyi müəyyən edilməlidir ki, bu,
ədədi olaraq 1,61 nisbətində olsun. Həmin
ədəd bu səpkidə hüquq normalarının çərçivə ‐
sini müəyyənləşdirir.
Bu məqsədlə AMEA İnsan Hüquqları İnsti ‐
tutunda müstəqil ekspertlər tərəfindən aparıl ‐
mış tədqiqatlar nəticəsində yeni normaların
işlənməsinin elmi əsası təklif edilmişdir.
Yuxarıda qeyd olunan prinsip üzrə [10]
elmin inkişafını sürətləndirən (α) və onu
«tormozlaşdıran» (hüquqi çərçivəyə salan nor ‐
mativ aktlar nümunəsində) (β) parametrləri
nəzərə alınmaqla, hüquq normalarının yeni
səpkidə işlənməsi üçün məntiqi inkişaf –
təkamül (S‐vari əyri) modeli və «qızıl kəsik»
dən ibarət yeni normativ meyar təklif olunur
və konkret statistik materialda tətbiq olun ‐
muş dur [2, 8, 11, 14].
Statistik tədqiqatlar avtoreqressiya və
logis tik (S‐vari) əyrilərini modelləşdirən xüsusi
tətbiqi proqramlar dəsti vasitəsilə kompü terdə
aparılmışdır.
Bioetika sahəsində hüquqi normaların
işlənib beynəlxalq təşkilatlar tərəfindən qəbul
olunması avtoreqressiya modeli (üsulu) üzrə
əvvəllər 1970–1990‐cı illər arasındakı dövr
(şək. 1), sonra isə 1991–2009‐cu illərdəki dövr
araş dırılmışdır.
Şəkil 1‐dən göründüyü kimi, 1970–90‐cı
illərdəki dövrdə qəbul olunmuş qanunların
inkişafında müəyyən qayda müşahidə olun ‐
mur, yəni xaotiklik hökm sürür.
Avtoreqressiya 1991–2009‐cu illər
Әksinə, 1991–2009‐cu illər dövründə qəbul
olun muş hüquqi sənədlər nöqteyi‐nəzərindən
həm ilkin (göy xə ), həm də proqnoz əyrilə ‐
rindən görünür ki, onlar daha mütərəqqi və
qaydalaşmağa meyillidirlər.
Avtoreqressiya 1991–2009‐cu illər
Şəkil 3‐də həmin qanunların məntiqi və
yaxud logistik (S‐vari əyri) modeli üzrə təhlili
bir daha sübut edir ki, bioetika sahəsində baş
verən inkişaf məntiqi təkamül xarakterə malik ‐
dir.
Bu qayda universal xarakter daşımaqla bu
və ya digər sahələrin hüquq normalarının
işlənməsində də orijinal elmə əsaslandırılmış
model kimi qəbul oluna bilər.
Eldar ŞAHBAZOV,
professor, hüquq üzrə
fəlsəfə doktoru,
Aytən MUSTAFAYEVA
71
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
0
0,01
0,02
0,03
0,04
0,05
0,06
0,07
0,08
0,09
0,1
0
5
10
15
20
0,000
0,010
0,020
0,030
0,040
0,050
0,060
0,070
0,080
0,090
0,100
0
2
4
6
8
10
12
14
16
S-
k.3
başlanğıc
proqnoz
Şəkil 2
başlanğıc
S əyrisi
Şəkil 3
NӘTİCӘ
Bu sahədə aparılmış riyazi tədqiqat üsul ‐
ları bioetik normalar sisteminin yaradılmasına
təkan verməklə, aşağıdakı elmi nəticələrin
alın masına imkan vermişdir.
1. Bioetik normalar sisteminin yaradıl ma ‐
sında keyfiyyət göstəricilərinin kəmiyyət gös ‐
təricilərinə keçidinin riyazi üsullarla analizi və
sintezi aparılmışdır.
2. Bu sahədə hüquqi normaların işlənməsi
prosesinin inkişaf sürəti α və prosesi tormoz ‐
laşdıran β parametrləri ilə təhlilin təka mül (S‐vari)
modeli ilə aparılması şərh edilmiş.
3. Riyazi avtoreqressiya modellərindən
istifadə etməklə tarixin müəyyən dövrləri
üçün prosesin keçmişini nəzərə almaqla təhlil
və proqnoz verilmişdir.
4. «Qızıl kəsik» modelindən istifadə etməklə
bu prosesin inkişafını sürətləndirən və tor ‐
mozlaşdıran parametrlərin şərhi verilmişdir.
ӘDӘBİYYAT
1. Barondess J.A.Care of the medical
ethos: reflections on social darwinism, racial
hygiene and the holocaust. Ann Intern Med,
1998, p. 91–98.
2. Акулич И.Л. Математическое прог рам ‐
мирование в примерах и задачах. Учебное
пособие для студентов экономи
ческих
специальностей вузов. М., Высшая школа,
1986, 320 стр.
3. Белоусова Ю.Б. Этическая экспер тиза
биомедицинских исследований. М., 2006.
4. Гилл Ф., Мюррей У., Райт М. Прак ти ‐
ческая оптимизация. Пер. с англ. М., Мир,
1985, 509 стр.
5. Декларация о политике в области
обеспечения прав пациента в Европе.
h p:// www.medsoc.ru /info/zakon/file/ ‐
decla raciya.doc
6. Европейская Хартия Прав Паци
‐
ентов h p://www.medlaw.kz/service
7. Конвенция о защите прав и дос
‐
тоинства человека в связи с применением
достижений биологии и медицины: Кон ‐
вен ция о правах человека и биомедицине.
h p://sudmed‐smu.narod.ru/akts/rights/
convright.html
8. Коршунов Ю.М и др. Математи чес кие
основы кибернетики. Энергоато миздат, 1972.
9. Максимов Ю.А., Филлиповская Е.А.
Алгоритмы решения задач нелинейного
программирования. М., МИФИ, 1982.
10. Максимов Ю.А. Алгоритмы линейного
и дискретного программирования. М.,
МИФИ, 1980.
11. Корн Г., Корн Т. Справочник по мате ‐
матике для научных работников и инже ‐
неров. М., Наука, 1970. — С. 575‐576.
12. Кузина С. К 2100 году мир изме ‐
нится до неузнаваемости. Чудеса и ужасы
нанотехнологий. Комсомольская правда, 3
сентября, 2009, с. 16.
13. Седова Н.Н. Основные направление
научных исследований в области меди
‐
цинского права и биоэтики// Вестник Вол ‐
гоградского Государственного Меди цинс кого
Университета, 2005, №11.
14. Фейгенбаум М. Универсальность в
поведении нелинейных систем // Успехи
физических наук. 1983. Т. 141, № 2. С. 343.
15. Хайтун С.Д. Проблемы количест вен ‐
ного анализа науки. / Под ред. Академика
А.Х. Мирджанзаде. М., Наука, 1989, 280 с.
16. Худайбергенов А.М., Захидова М.З.,
Вихров И.П. Развитие биоэтики в аспекте
защиты прав участников в исследованиях.
h p://www.avuz.uz/2007/12/19/razvitie‐
biojetiki‐v‐aspekte‐zashhity.html
Dostları ilə paylaş: |