9
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
dur. Qərar layihəsi səsə qoyularaq qəbul
edilmişdir. Daha sonra yığıncaqda elmin
müxtəlif sahələrindəki xidmətlərinə görə
fərqlənən alimlərə Azərbaycanın görkəmli
şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar
təqdim olunmuşdur. Mükafatların əhəmiy ‐
yə
tindən danışan AMEA‐nın prezidenti
akademik Akif Әlizadə bildirmişdir ki,
onların təsis olunmasında məqsəd elmin
inkişafında mühüm nailiyyətlər qazanan
alimləri daha yüksək səviyyəli tədqiqatlar
aparmağa həvəsləndirmək, həmçinin Azər ‐
bay
canın görkəmli alimlərinin xatirəsini
əbədiləşdirməkdir. Qeyd edilmişdir ki, AMEA
Rəyasət Heyəti bu il fevralın 5‐də adlı müka ‐
fatların təsis edilməsi haqqında qərar qəbul
etmiş, 9 aprel tarixli iclasında isə təltif olu‐
nan alimlərin adlarını açıqlamışdır. AMEA‐nın
7 alimi Azərbaycanın görkəmli alim
lərinin
adlarını daşıyan mükafatlara layiq görül ‐
müşdür.
AMEA‐nın prezidenti elmin müxtəlif
sahələrindəki xidmətlərinə görə fərqlənən
alimlərə Azərbaycanın görkəmli şəxsiyyət ‐
lərinin adlarını daşıyan mükafat təqdim
etmişdir.
Akademik Çingiz Qacar fizika elmi sahə ‐
sində fundamental tədqiqatlarına və nailiy ‐
yətlərinə görə Nəsirəddin Tusi adına müka f ata
layiq görülmüşdür. Kənd təsər rüfatı sahə ‐
sində fundamental tədqiqatlarına və nailiy ‐
yət lərinə görə akademik Cəlal Әli yev və
AMEA‐nın müxbir üzvü İradə Hüsey nova
Həsən bəy Zərdabi adına mükafatla təltif
olunmuşlar. Akademik Ömər Eldarov Azər ‐
baycan mədəniyyətinin və monumental
heykəltəraşlıq sənətinin inkişafındakı xid ‐
mət lərinə görə akademik Üzeyir Hacıbəyli
adına, akademik Böyükkişi Ağayev səhiyyə nin
və tibb elminin fundamental, tətbiqi sahə ‐
lərinin inkişafındakı çoxillik xidmətlə rinə və
nailiyyətlərinə görə akademik Mir əsədulla
Mirqasımov adına, akademik Mə
hər
rəm
Məm mədyarov xüsusi texnika üçün vacib
olan sintetik yağların yaradıl ması və kimya
sahəsində əldə etdiyi nailiy
yətlərə görə
akademik Yusif Məmmədəliyev adına, ge‐
ologiya‐mineralogiya elmləri doktoru Fərid
Dadaşov isə geologiya sahəsində fundamen‐
tal tədqiqatlarına və nailiyyətlə
rinə görə
akademik Musa Әliyev adına mükafata layiq
görülmüşlər.
Yığıncağa yekun vuran AMEA‐nın prezi‐
denti akademik Akif Әlizadə gələcəkdə elmin
mühüm yeniliklərinə nail olmaq üçün
müxtəlif istiqamətlərdə bir neçə elm quru‐
munun birgə tədqiqatlar aparmalarının vacib ‐
liyini vurğulamışdır. Bildirilmişdir ki, bu
məq sədə nail olmaq üçün alimlər prioritet
istiqamətlər seçərək bütün imkanlarını həmin
sahəyə yönəltməlidirlər. Akif Әlizadə Prezi‐
dent İlham Әliyevin Azərbaycan elmi qarşı ‐
sında qoyduğu hədəflərə nail olma yolunda
alimlərə uğurlar arzulamışdır.
AMEA‐nın illik ümumi yığıncağının
qərarı:
1. Azərbaycan Milli Elmlər Akade miya ‐
sının 2013‐cü ildəki elmi və elmi‐təşkilati
fəaliyyəti haqqında hesabat təsdiq edilsin.
2. AMEA Rəyasət Heyətinin 2013‐cü
ildəki fəaliyyəti qənaətbəxş hesab edilsin.
3. AMEA‐nın Rəyasət Heyətinə tapşı rıl ‐
sın:
3.1. Ümumi yığıncaqda irəli sürülən tək lifləri
və tövsiyələri öz fəaliyyətində nəzərə alsın;
3.2. AMEA‐nın 2020‐ci ilədək İnkişaf Kon ‐
sepsiyası işlənib hazırlansın və onun icra ‐
10
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
sına nəzarət edilsin. Konsepsiyada elmin
prioritet istiqamətləri müəyyənləşdirilsin;
3.3. Elmi proqramların müsabiqə əsasında
maliyyələşdirilməsi təmin edilsin. İki və
daha artıq elm sahəsinin qovşağında aparı ‐
lan multidissiplinar tədqiqatlara həsr olun muş
proqramlara üstünlük verilsin;
3.4.AMEA‐nın fəaliyyətini tənzimləyən
bir sıra zəruri normativ sənədlər təkmilləş ‐
dirilərək yenidən hazırlansın və müəyyən
olunmuş qaydada təsdiq edilsin;
3.5.«Elm haqqında» qanunun qəbulunun
sürətlənməsi barədə Azərbaycan Respub ‐
lika sının Milli Məclisi qarşısında vəsatət qal ‐
dırılsın;
3.6.Gənc alimlərin AMEA‐ya cəlb olun ‐
ması siyasətinin əsas prinsipləri işlənib hazır ‐
lansın;
3.7.Elmi fəaliyyətdə informasiya və kom‐
munikasiya texnologiyalarının tətbiqi daha
da genişləndirilsin;
3.8.2014‐cü ilin sentyabrında Bakı Elm
Festivalı və dekabr ayında Azərbaycan alim ‐
lərinin I Qurultayının keçirilməsi ilə əlaqə ‐
dar təşkilati tədbirlər həyata keçirilsin;
3.9.Azərbaycan Respublikası Preziden‐
tinin «AMEA‐nın 70 illik yubileyinin keçi ‐
rilməsi haqqında» Sərəncamının iclası ilə
bağlı tədbirlərin yüksək səviyyədə həyata
keçirilməsi təmin edilsin;
3.10. Azərbaycanda keçirilən fənn olim ‐
pi ada larında və ixtisaslaşmış məktəblərin
yaradılmasında alimlərin geniş iştirakı təmin
edilsin;
3.11. Elm və təhsilin inteqrasiyası daha
da gücləndirilsin, AMEA‐nın institutlarında
və elmi mərkəzlərində baza kafedralarının
şəbəkəsi genişləndirilsin;
3.12. 2014‐cü ilin «Sənaye ili» elan edil ‐
məsi ilə əlaqədar Akademiyada innovasiya
fəaliyyətinə diqqət artırılsın və bu sahədə
kiçik sahibkarlıq fəaliyyəti genişlən dirilsin;
3.13. AMEA‐nın beynəlxalq elmi əlaqə lə ‐
rinin genişləndirilməsi sahəsində işlər davam
etdirilsin, müştərək beynəlxalq labo ra toriya ‐
ların təşkilinə nail olunsun;
3.14. Azərbaycanın elmi diasporunun
imkanlarından istifadə etməklə alimlərin
beynəlxalq meqalayihələrdə iştirakına nail
olunsun;
3.15. AMEA‐da elmi müəssisələrin maddi‐
texniki bazasının və elmi cihaz par kı nın tək mil ‐
ləşdirilməsi və modern ləş di rilməsi isti qa mətində
işlər davam etdirilsin;
3.16. AMEA‐da nəşriyyat fəaliyyətinin
müasir tələblərə uyğun qurulması üçün xü‐
susi proqram hazırlansın;
3.17. Elmin inkişafı üzrə Milli Strate gi ya ‐
nın həyata keçirilməsi ilə əlaqədar Azər bay ‐
can Respublikasının bütün elmi müəs si sələrində
və ali məktəblərində aparılan elmi tədqiqat
işlərini vahid prinsiplər əsasında idarə etmək
məqsədilə Respublika Elmi Tədqiqatların
Təşkili və Әlaqələndirilməsi Şurasının sta‐
tusunun müəyyənləşdirilməsi üçün mü‐
vafiq dövlət orqanları qarşısında vəsatət
qaldırılsın.
4. AMEA‐nın elmi bölmə və müəs si sə ‐
lərinə tapşırılsın ki, elmi‐populyar ədəbiy ‐
yatın kütləvi nəşrinə və yayılmasına diqqət
artırılsın.
5. Qərarın icrasına nəzarət AMEA‐nın pre ‐
zidenti akademik Akif Әlizadəyə tap şırılsın.
İnformasiya şöbəsi
11
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Tofiq Nağıyev Prezident İlham Әliyev
tərəfindən «Hidrogen peroksidlə koherent‐
sinxronlaşmış oksidləşmə reaksiyaları» monoq ‐
rafiyasına görə Elm sahəsi üzrə Dövlət
mükafatına layiq görüldü.
T.Nağıyev bu diqqətə görə Prezident İlham
Әliyevə təşəkkür etmişdir:
– Çox hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bu gün mənim çox xoşbəxt günümdür.
Ona görə ki, cənab Prezident, Siz elm sahə ‐
sin də olan yüksək Dövlət mükafatını mənə
təqdim etdiniz. İcazə verin, mən Sizə öz
dərin minnətdarlığımı bildirim.
Cənab Prezident, Siz Azərbaycan elminin
nüfuzunun artmasına böyük qayğı göstə rir ‐
siniz. Bu Sizin elmə, təhsilə və yüksək
mədəniyyətə söykənən missiyanın, böyük
maarifçiliyə vurğunluğunuzun təcəssümüdür.
Biz alimlər isə Sizin etimadınızı doğrult ma ‐
ğa çalışırıq. Çox sağ olun, cənab Prezident.
Tofiq Nağıyev «Hidrogen peroksidlə ko‐
herent‐sinxronlaşmış oksidləşmə reaksi ya ‐
ları» fundamental monoqrafiyasını yazmış və
atmos fer azotunun hidrogen peroksidlə fik ‐
sasiyasını – «Nağıyev effekti»ni aşkar etmişdir.
Azotun fiksasiyası probleminin tarixi qədim
olmasına baxmayaraq, bu gün də öz aktual ‐
lığını və kəskinliyini itirməmişdir. Hazırda
azotun fiksasiya edilməsi üçün işlənib hazır ‐
lanmış ammonyak, gövsi, sianamid, plazma,
termik və s. üsulları olsa da, ammonyakın
(NH3) sintezindən başqa bu üsulların heç
biri sənayedə geniş tətbiq edilmir. T.M. Nağı ‐
yev azotun hidrogen peroksidlə azot oksi ‐
dinə (I) oksidləşdirici fiksasiyası kimi yeni
bir reaksiyanı həyata keçirmişdir. Bu reak‐
siya ilə o, faktiki olaraq hidrogen peroksidin
azotfiksəedici effektini aşkar edərək, N
2
O və
H
2
N
2
O
2
şəklində olan azotun homogen
şəraitdə, atmosfer təzyiqində və nisbətən
aşağı temperaturda (450‐6500C) yeni tip
oksidləşdirici fiksasiyasını təklif etmişdir. Bu
zaman birləşmiş azotun azot oksidi (I)
şəklində nisbətən yüksək çıxımı (19%‐dək)
təmin olunur, onun da çox hissəsi
soyudulma zonasında aktiv mərkəzlərin
iştirakı nəticəsində H
2
N
2
O
2
‐yə çevrilir. Bu ef‐
fekt «Nağıyev effekti» adlandırılmışdır.
Hazırda «Nağıyev effekti»nin digər reak‐
siyalarda yoxlanılması sahəsində funda‐
mental tədqiqatlar dünyanın bir çox elmi
mərkəzlərində davam etdirilir.
V.ABBASOV
A
Akademik Tofiq Naьыyev
«Dюvlяt mцkafatы»
na layiq эюрцлмцшдцр
12
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 6 (06) 2014
– Cənab nazir, Azərbaycanın təhsil sis‐
teminin ümumi vəziyyətini necə dəyərlən ‐
dirərdiniz?
– Dünyada və onun bir parçası olan Azər ‐
baycanda müasirləşmənin yolu yeni təhsil
fəlsəfəsinin, elmi nailiyyətlərin və innova siya ‐
ların məhsulu olan qabaqcıl texnologiyaların,
idarəetmə üsullarının tətbiqindən keçir. Bunun
üçün əsas prioritet istiqamətlər ölkə iqtisa ‐
diyyatının dünya iqtisadiyyatına inteqrasi ya ‐
sını sürətləndirməkdən, insan kapitalının
inkişafını, hər bir ölkə vətəndaşının müasir bilik
və bacarıqlara yiyələnməsini təmin etməkdən
ibarətdir. Bütün bunlara isə məhz təhsilin
inkişafı sayəsində nail olmaq mümkündür.
Azərbaycanda həyata keçirilən sosial yö ‐
nümlü islahatlar nəticəsində müasir tələblərə
uyğun infrastruktur layihələri həyata keçiril ‐
miş, yüksək standartlara cavab verən təhsil,
səhiyyə, mədəniyyət və idman obyektləri inşa
edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər
ölkədə sosial sferanın, o cümlədən təhsil sahə ‐
sində əsaslı islahatların aparılmasına təkan
vermiş, onun davamlı inkişafına stimul yarat ‐
mışdır.
Son 10 ildə ölkəmizdə təhsil infrastruktu‐
runun müasirləşdirilməsi istiqamətində böyük
işlər görülmüş, 2700‐dən çox yeni məktəb
tikilmiş, 1 milyondan artıq şagirdin təlim
şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi tərəfin ‐
dən ötən il 177 təhsil obyektində cari təmir
işləri aparılmış, 370 fizika, kimya və biologiya
laboratoriyaları müasir avadanlıqla təchiz
olun muş, 104 əmək kabineti üçün tam ava ‐
danlıq dəsti və elementlər alınmışdır.
İki Dövlət Proqramının icrası nəticəsində
2004‐cü ildə hər 1063 şagirdə bir kompüter
düşdüyü halda, hazırda hər 18 şagirdə bir
kom püter nisbəti təmin olunmuş, məktəblərin
39 faizi internet şəbəkəsinə qoşulmuşdur.
Təhsilin infrastrukturu ilə bağlı məsələlərin
əhəmiyyətli hissəsi həll olunduğu halda, bu
gün ölkənin inkişaf tempinin tələblərinə cavab
verən keyfiyyətin artırılması, təhsilin məzmu ‐
nunun yenilənməsi, müəllimlərin peşəkarlı ‐
ğının yüksəlməsi ön plana keçir.
Həyat yerində durmur, dünya hər gün
dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə hər zaman
ayaqlaşmaq, onlardan geri qalmamaq üçün
böyük zəhmət hesabına qazandığımız nailiy ‐
yət lərin qorunub saxlanılmasını və geri dön ‐
məzliyini təmin etməliyik.
Bu baxımdan Azərbaycan Respublikasının
dövlət bayrağındakı rənglərin daşıdığı məna
və onların yuxarıdan aşağı yerləşmə ardıcıllığı
ilə bu gün təhsil sistemimizin qarşısında duran
əsas hədəflərin prioritetliyi arasında müəyyən
bir paralelliyi müşahidə etmək olar: təhsil sis‐
teminin yetişdirdiyi vətəndaş, ilk növbədə, öz
köklərinə bağlı və milli mənsubiyyəti ilə fəxr
edən vətənpərvər, dərin biliyə malik müasir
baxışlı və mütərəqqi insan, öz xalqının adət‐
ənənələrinə və mənəvi dəyərlərinə sadiq bir
şəxs olmalıdır.
Bu bir reallıqdır ki, müasir dövrdə ölkə ‐
lərin inkişafı yalnız təhsil vasitəsilə əldə edilə
bilər. Dünya təcrübəsi göstərir ki, istənilən
dövlətin inkişaf səviyyəsini ölkənin təbii
sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yük ‐
sək potensiala malik insan kapitalına çev
‐
rilməsi təmin edir.
Bu baxımdan Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Әliyevin böyük uzaq ‐
görənliklə dediyi: «Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevir ‐
məliyik. Neft, qaz Tanrıdan verilən böyük
nemətdir, biz bundan uğurla və məharətlə
istifadə edirik. Amma gec‐tez bu təbii sərvət ‐
lər tükənəcək və bilik, zəka, səviyyə isə ölkə ‐
13
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
mi zin dayanıqlı inkişafını uzun illər bundan
sonra da təmin edəcəkdir. Әn inkişaf etmiş
ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o
ölkələrin inkişafında ən aparıcı rol oynayan
neft, qaz deyil, bilikdir, elmi‐texniki tərəq ‐
qidir, yeni texnologiyalardır» – konseptual
fikri nin əsasında da məhz həmin tələb, müasir
təhsil sisteminin yetişəcəyi əsas strateji hədəf
dayanır.
Ölkədə aparılan təhsil islahatlarına və
təhsilin inkişafına öz layiqli töhfələrini ver ‐
miş Heydər Әliyev Fondunun prezidenti,
UNESCO və İSESCO‐nun xoşməramlı səfiri
Meh riban xanım Әliyevanın Azərbaycanın
UNESCO‐ya üzv qəbul olunmasının 20 il‐
liyi müna sibətilə Parisdə keçirilən mərasimdə
söylədiyi: «Son 20 ildə biz ölkəmizdə təhsil sis‐
teminin inki şafına və müasirləşdirilməsinə xü‐
susi diqqət yetirmişik. Biz dərindən inanırıq
ki, yalnız yüksək səviyyəli təhsilə malik olan
ölkə uğur lar əldə edə və xalqı üçün daha yaxşı
həyat keyfiyyətini təmin edə bilər» –
sözlərinin təməlində də yüksək intellektə
malik insan kapitalının yetişdirilməsini təmin
etmək üçün beynəlxalq standartlara uyğun
müasir təhsil sisteminin qurulmasının vacib‐
liyi ideyası durur. İnanırıq ki, Heydər Әliyev
Fondunun təşəbbüsü ilə təhsil sistemində
gerçəkləşdi ri lən irimiqyaslı layihələrin davamı
olaraq UNESCO və Azərbaycan Hökuməti
arasında təhsil, elm, mədəniyyət və kommu‐
nikasiya sahəsində əməkdaşlığa dair Çərçivə
Sazişinin imzalanması Azərbaycanda təhsil
sahəsində aparılacaq islahat prosesində yeni
mərhələnin başlanmasına güclü təkan verə ‐
cək dir.
Bildiyiniz kimi, Azərbaycan iqtisadi sahədə
keçid dövrünü başa vurduğundan ölkəmizin
qarşıdakı illərdə sosial‐iqtisadi və mədəni
inkişaf yollarını müəyyənləşdirən «Azərbay ‐
can 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası
hazırlanmış və dövlət başçısının 29 dekabr
14
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
2012‐ci il tarixli Sərəncamı ilə təsdiq edil
‐
mişdir. Həmin tarixi sənəddə ənənəvi iqti‐
sadiyyatdan «bilik iqtisadiyyatı»na keçidin
əsasının qoyulması, bunun üçün həlledici amil
olan insan kapitalının adekvat inkişafının ön
plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu,
təhsil sisteminin də kökündən dəyişdiril mə ‐
sinə, əlavə təhsil, ömür boyu təhsil kimi kom ‐
ponentlərin əhəmiyyətinin artırılmasına gəti rib
çıxarır. Eyni zamanda İKT və virtual tədrisin,
kompüter şəbəkə biliklərinin rolunun artırıl ‐
ma sını nəzərdə tutur. Başlıca strateji məqsədi
davamlı iqtisadi artım və sosial rifah olan
Konsepsiyada təhsildə keyfiyyətin yüksəl dil ‐
məsi və müasir təhsil sisteminin qurulması da
əsas strateji istiqamətlərdən biri kimi ön plana
çəkilmişdir.
– Məlum olduğu kimi, Azərbaycan Res ‐
pub likasının Prezidenti cənab İlham Әliye ‐
vin 24 oktyabr 2013‐cü il tarixli Sərəncamı ilə
«Azərbaycan Respublikasında təhsilin inki ‐
şafı üzrə Dövlət Strategiyası» təsdiq olunub.
Dövlət Strategiyasının təhsilimizin inkişafı
baxımın dan rolu barədə fikirləriniz maraqlı
olardı.
– «Azərbaycan təhsilinin inkişafı üzrə
Dövlət Strategiyası» təhsil ilə bağlı olan bütün
subyektləri və fəaliyyət sahələrini əhatə edir.
Bu əhatəlilik, həmçinin Azərbaycanın gələcək
inkişafının davamlı xarakter alması üçün peşə ‐
kar bilik və bacarıqlara yiyələnən və rəqabətə ‐
davamlı insan resurslarının yetişdirilməsi
missi yasına xidmət edir, Azərbaycan təhsili ‐
nin yeni keyfiyyət mərhələsinə keçidi istiqa ‐
mətində genişmiqyaslı tədbirlərin həyata
keçi rilməsini nəzərdə tutur.
XXI əsrdə təhsilli insan anlayışı kifayət qədər
yeni meyarlarla ölçülür. Bu gün təhsilli şəxs
yeni əsrin ab‐havasına daha yaxından bələd
olmalı, düşüncə tərzi ilə yeni bilik və kommu‐
nikasiya texnologiyalarını əxz etməli, ömür‐
boyu öyrənməli və ya informasiyanı biliyə,
biliyi isə bacarığa çevirə bilməlidir. Bu yanaş ‐
ma həm də müasir təhsil paradiqma
larını
özündə ehtiva edir. Bunun üçün nə etməli? İlk
növbədə, təhsildə innovativ idarəetmənin bərqə rar
olmasına nail olmalı, hər bir təhsilalana hər ‐
tərəfli bilik və bacarıqların verilməsi məqsə dilə
təhsil sisteminin institusional əsasları, infra‐
strukturu və insan resursları inkişaf etdi ril ‐
məlidir. Təhsilin keyfiyyətinin yüksəl dil məsi
üçün isə bir daha qeyd edirəm ki, təhsili idarə ‐
etmə sisteminin yenidən qurulması, bu sahədə
insan resurslarının inkişaf etdirilməsi və müəl ‐
lim peşəsinin nüfuzunun artırılması vacibdir.
Dövlət Strategiyasında qeyd olunan əsas
parametrlər ölkədə keyfiyyət nəticələrinə və
əhatəliliyinə görə beynəlxalq aləmdə öncül
mövqe tutan, səriştəli müəllim və təhsil
menecerlərini, müasir texnologiyaya əsasla ‐
nan infrastruktura malik təhsil sisteminin
yaradılması üçün beş strateji istiqamətdə isla‐
hatyönümlü tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur. Bunları strategiyada göstəril ‐
diyi kimi sadalasaq, belə təsnif edə bilərik:
təhsilin məzmunu, müəllim və tədris metod ‐
ları, idarəetmə, infrastruktur və maliy yələşmə.
Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsi ‐
lin məzmununun yaradılmasını nəzərdə tutan
birinci istiqamət müasir təhsilşünaslığın ən
çox müraciət etdiyi məsələdir. Strategiyada
təhsilin məzmunu ilə bağlı məqam təhsil sis‐
teminin bütün pillələrini – məktəbəqədər,
ümumi, ilk peşə və orta ixtisas, ali təhsil üzrə
kurikulumların inkişaf etdirilməsi kimi vacib
hədəfləri əhatə edir.
Bildiyiniz kimi, «Təhsil haqqında» Azər ‐
bay
can Respublikasının Qanununa əsasən
ümumi təhsilin dövlət standartları və proq ‐
ramları təsdiq edilmişdir və hazırda tətbiq
olunmaqdadır. Ümumi təhsil üzrə yeni hazır ‐
lanmış fənn kurikulumları I–VI siniflərdə
tətbiq edilir. Digər siniflər üzrə də təhsilin
məzmunu ilə bağlı start götürən proseslər də
davam etdiriləcəkdir. Burada xüsusilə qeyd
olunmalıdır ki, məktəbəqədər təhsil pilləsi
üzrə kurikulumun işlənib hazırlanması çox
vacib amildir və bu, strategiyada diqqət
yetirilən məsələlərdəndir.
Mövcud ilk peşə‐ixtisas və orta ixtisas
təhsili kurikulumları da hazırda dövrün tələb ‐
lərinə cavab vermir. Müəllim hazırlığı üzrə
15
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
yeni kurikulumlar tətbiq edilsə də, bütöv ‐
lükdə ali təhsil müəssisələrinin kurikulumları
əmək bazarının müasir şərtlərinə uyğun
gəlmir. Odur ki, strategiyanın birinci strateji
istiqaməti üzrə, əsasən, kurikulumların daha
da inkişaf etdirilməsi nəzərdə tutulur və bu
prosesin davamlı xarakter alması qeyd olunur.
İkinci istiqamət təhsil sahəsində çalışan ‐
ların bilik, bacarıq və kompetensiyalarının
daim inkişaf etdirilməsini nəzərdə tutur. Bu
istiqamət müasir, innovativ təlim forma və
üsullarını öz işində tətbiq edən, təhsilin
məzmununun səmərəli mənimsənilməsinə
nail olan səriştəli müəllimlərin hazırlanmasına
xidmət edir. İndiyədək səriştəyə əsaslanma ‐
yan, əmək bazarında kifayət qədər rəqabətli
olmayan əməkhaqqı sisteminin mövcud
olması təhsildə müəllim amilinin inkişafına
mənfi təsir göstərib. Ona görə də təhsil sistemi nin
bütün pillələrində müəllimlərin bilik, bacarıq
və peşəkarlıq qabiliyyətlərinin müasir dövrün
tələblərinə uyğun yüksəldilməsi təmin
edilməlidir. Təsadüfi deyil ki, ikinci strateji
istiqamət özündə həm də müəllimlərin peşə ‐
karlığının yüksəldilməsi, təhsilalanların nailiy ‐
yətlərinin qiymətləndirilməsi üzrə yeni sis temin
qurulması, istedadlarının üzə çıxarıl ması və
inkişafı, xüsusi qayğıya ehtiyacı olan la rın inklü ‐
ziv təhsilə cəlb olunması kimi fəa liy yət sahələrini
birləşdirir. Burada xüsusi qayğıya ehtiyacı
olanların inklüziv təhsili anlayışının sərhəd ‐
lərini geniş düşünmək lazımdır. Xüsusi iste ‐
dad
lı təhsilalanların da bu anlayışa daxil
olması tamamilə yeni yanaşmalar tələb edir.
Bu yanaşmalar isə müasir, innovativ tədris
metodlarının təcrübəyə gətirilməsini, İKT‐dən
təhsildə daha geniş istifadəni də nəzərdə
tutur. Bütün bunlar olmadan müasir dərsi,
çağdaş müəllimin fəaliyyətini təsəvvür etmək
mümkün deyil.
Üçüncü strateji istiqamət təhsildə nəticə lərə
görə cavabdeh şəffaf və səmərəli idarə etmə
mexanizmlərinin yaradılmasına yö nəl mişdir.
Hazırda təhsilin idarəolunmasında başlıca
problemlərdən biri tənzimləmə, idarəetmə və
nəzarət funksiyalarının dəqiq müəyyən edil ‐
mə
məsidir. Dövlət təhsil müəssisələrinin
tabeçilik məsələlərində müəyyən uyğunsuz ‐
luq lar qalmaqdadır. Dövlət Strategiyasında
təhsilin idarəolunması ilə bağlı tamamilə yeni
mexanizm ehtiva olunur. Nəzərdə tutulur ki,
təhsil sistemində tənzimləmə və idarəetmə
qabaqcıl beynəlxalq təcrübə əsasında müasir ‐
ləşdirilsin, təhsil müəssisələrində nəticəyö ‐
nüm lü və şəffaf idarəetmə modeli tətbiq olun sun,
təhsilin keyfiyyətinin təminatı və ida rəetmə
üzrə yeni məlumat və hesabat sistemləri
yaradılsın. Bununla da təhsilin ida rə olunması
konseptində qərarvermə mexa nizmləri, səla ‐
hiyyət və məsuliyyətin çərçivəsi, hesabat lılıq
meyarları yeni mahiyyət kəsb edir. Səlahiy ‐
yətlə hesabatlılıq arasında uzlaşma, əlaqə
mütə nasibliyi təmin olunur.
Dördüncü strateji istiqamət müasir tələb ‐
lərə uyğun və ömür boyu təhsili təmin edən
infrastrukturun yaradılmasını nəzərdə tutur.
Müşahidələr göstərir ki, tədris prosesində
müasir texnologiyalar məhdud miqyasda
tətbiq edilir. Ona görə də təhsil müəssisə lə ‐
rində İKT əsaslı təlim metodologiyasına uyğun
infrastrukturun yaradılması yaxın perspek‐
tivin prioritet məsələsi hesab olunur. Burada
bir məqama diqqət yetirmək lazımdır. Bu
sənəddə ilk dəfə olaraq ömür boyu təhsil anla ‐
yı şına xüsusi əhəmiyyət verilir. Bu da ondan
irəli gəlir ki, informasiya cəmiyyəti ömür boyu
öyrənmə bacarıqlarına sahib fərdlərə ehtiyac
duyur.
Bu məqsədlə də təhsil müəssisələri şəbə ‐
kə
sinin rasionallaşdırılması, distant təhsil,
istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaq ‐
lar üçün təhsil, yaşlıların təhsili, regionlarda
təhsil məsələləri üzrə məsləhət xidmətləri
göstərən universal mərkəzlərin yaradılması,
peşə tədris mərkəzləri və komplekslərinin qu ‐
rul ması kimi tədbirlər qeyd olunan isti qamət
çərçivəsində nəzərdə tutulan əsas hədəflər ‐
dəndir.
Nəhayət, beşinci istiqamət ölkəmizdə iqti‐
sadi cəhətdən dayanıqlı və dünyanın öndə ‐
gedən təhsil sistemlərinin standartları ilə eyni
səviyyədə dura bilən maliyyələşdirmə mode ‐
linin qurulmasını özündə ehtiva edir. Bu
istiqamət çərçivəsində təhsilin mövcud maliy ‐
Dostları ilə paylaş: |