72
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Fizika üzrə Nobel mükafatı 2013‐cü ildə
Böyük Britaniyalı 84 yaşlı nəzəri fizik Piter
Xiqqsə və Belçikalı fizik Fransua Enqlerə
verilmişdir. Onların nailiyyətləri alimlərin
görüşündə dünyanın yaranması təsəvvür ‐
lərini kökündən dəyişə bilər və bəşəriyyətin
inkişafına böyük təkan verə bilər.
Hər şey uzaq 1964‐cü ildə başladı. O vaxt
iki Belçika alimi Fransua Enqler və Robert
Brautinin elmi məqaləsi çap olundu. Bu
məqalədə elementar hissəciklərin kütlə nəzə ‐
riy yəsi şərh olunmuşdu. Elə həmin ildə Piter
Xiqqs öz şəxsi məqaləsini çap etdirdi və bu
məqalədə belə bir fikir irəli sürdü ki, stan‐
dart modelə sıfır tipinə malik əlavə skalyar
hissəcik daxil olmalıdır və onun olması
bütün elementar hissəciklərin kütlə lə rinin
olmasını izah edə bilirdi.
Bu ideya aktiv olaraq bir neçə başqa fizik ‐
lər tərəfindən götürüldü və yeni, ehtimal
olu nan hissəcik 1975‐ci ildə Xiqqs bozonu
adını aldı. Bu hissəciyin əhəmiyyəti o qədər
böyükdür ki, Nobel mükafatı laureatı Leon
Lenderman onu «Allah hissəciyi» adlandır ‐
mışdır: əminliklə demək olar ki, məhz Xiq qsin
kvant sahəsi kainatda materiyanın əsa sıdır.
Bir neçə onilliklər Xiqqs bozonunun mövcud ‐
luğu təmiz nəzəri məsələ hesab olunurdu.
Çünki lazımi avadanlıqları yaratmaq üçün
texniki tərəqqi kifayət qədər deyildi, həmçi ‐
nin tədqiqatın və hissəciklərin reallı ğının
müəy yən edilməsi üsulları kifayət qədər inkişaf
etmişdi. Xiqqs bozonunun aşkarlan masına
şübhə ilə yanaşanlardan biri də dövrümü zün
nəhəng astrofiziklərindən biri olan Stiven
Xokinq idi.
Stiven Xokinqlə Xiqqsin münasibətləri
hələ 1996‐cı ildə pozulmuşdu. Xokinq Xiqqs
bozonunun heç vaxt aşkar olunmayacağını
74
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
sübut edən məqalə yazmışdı. 2000‐ci ilə qədər
Xokinqin uzaqgörənliyi təkzib olunma mış ‐
dı. Həmin illərdə Böyük elektron‐pozitron
kollayderi bağlanmışdı. Başqa sözlə, tədqi ‐
qat ların aparılması dayandırılmış və Xokinq
kolleqası olan, Miçiqan Universitetinin pro‐
fessoru Qordon Keynlə mərcləşdiyi 100 dol ‐
ları almışdı. Xokinqlə Xiqqsin mübahi sə lərinin
kəskinliyinin davam etdiyi vaxtlarda ikinci
demişdi: «Onunla mübahisə etmək çox çətin ‐
dir. O nəyisə deməyi özünə rəva bilir. Digər ‐
ləri isə ona cavab verməyə məcbur olur».
Xokinq cavabında demişdi: «Mənə belə gəlir
ki, elmi mübahisələr şəxsiyyətə toxunmadan
aparılmalıdır». Bundan sonra Xiqqs üzr istəmiş
və həmkarının onun dedik lərini düzgün başa
düşmədiyini bildirmişdi.
Böyük adron kollayderinin yaranması ilə
hər şey dəyişdi. Bu kollayder 2012‐ci il iyu‐
lun 4‐də sınaq sensasiyalı nəticələr verdi və
bu haqda sonra nüvə tədqiqatları üzrə
Avropa təşkilatı – CERN məlumat dərc etdi.
Açıqlanan məlumatlara görə, iki protonun
toqquşması zaman kollayderin CMS detek ‐
torları kütləsi 125–126 Qev/S2 olan yeni his ‐
səciyin əmələ gəlməsini qeyd etmişdir.
Təxminən yarım illik tədqiqatlardan sonra
2013‐cü ilin yazında rəsmi məlumat verildi
ki, tapılan hissəcik Xiqqs bozonudur. Onun
kəşfi standart modeldə dəyişiklik etməyə
imkan verir.
Görəsən, Stiven Xokinq udduğu 100 dolları
qaytarıb, yoxsa yox?!
75
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
İsveç yazıçısı Selma Laqerleyf Cənubi
İsveçin Vermland əyalətində hərbçi ailə sin ‐
də anadan olub. Selma 3 yaşında uşaq iflici
xəstə liyinə tutulur və ömrünün axırına qədər
axsaq qalır. Bu səbəbdən o, nənəsinin ya ‐
nında, evdə təhsil və tərbiyə alır. Müəllim
olmaq arzusunu qarşısına məqsəd qoyan
Selma Stokholmda Ali Pedaqoji Qızlar Akade ‐
miyasına daxil olur. Akademiyanı bitirdik ‐
dən sonra İsveçin cənubunda qızlar üçün
məktəbdə müəllimə işləməyə başlayır. Tez ‐
liklə şagirdlərinin sevimlisinə çevrilən Laqer ‐
leyf elə həmin illərdə yazdığı ilk romanını
«İdun» jurnalının təşkil etdiyi ədəbiyyat
müsabiqəsinə göndərir. Әsəri birinci yer tutan
gələcəyin Nobel mükafatçısı məktəbdən
məzuniyyət götürərək, «Yeste Berlinq haq ‐
qında saqa» romanını başa çatdırır. Ona
şöhrət gətirən bu əsərdən sonra Laqerleyf
məktəbi tərk edir və üçüncü – «Görünmə yən
həlqələr» adlı novellalar toplusunu yazır.
1890–1900‐cü illər yazıçısı üçün axtarışlar
və eksperimentlər dövrüdür. Bu məqsədlə
o, tarixi əsərlərinin canlı alınması üçün
müxtəlif ölkələrə uzunmüddətli səyahətlər
edir: Siciliyaya səyahəti zamanı «Antixristin
möcüzələri» kitabı üçün materiallar toplayır,
Fələstin və Misirə etdiyi səyahətlərdən sonra
2 cildlik «Qüds» romanını yazır. Selma
Laqer leyf çox böyük populyarlıq qazanan
kitablarının hesabına Morbakk malikanəsini
alır. Və həm də İsveç Akademiyasının qızıl
medalına layiq görülür. İki il sonra isə onun
«Nils Xolqerssonun İsveçdə möcüzəli səya ‐
həti» adlı məşhur uşaq romanı işıq üzü görür.
Xalq deyimləri və demokratik peda qo ‐
gika ruhunda yazılmış bu kitab məktəblilərə
doğma ölkələri haqqında parlaq obrazlı bilik ‐
lər verirdi. Kitab o dövr elminin səviyyə ‐
sində İsveçin coğrafiyası ilə bağlı populyar
tədris vəsaitinə çevrilirdi.
«Nils Xolqerssonun İsveçdə möcüzəli
səya həti» İsveç xalq nağılı və əfsanələri
üzərində qurulub. Yazıçı bu əsərinin köməyi
ilə coğrafi xəritəni canlandırmaq qərarına
gəlir. Coğrafi və tarixi materiallar burada
nağıl fabulası ilə birləşdirilib. Nils müdrik
dişi qaz Akkanın sürüsü ilə qaz Mortenin
kürəyində bütün İsveçi səyahət edir. Kitabda
bizə Andersonun nağıllarında olduğu kimi,
öz təbii xüsusiyyətlərini saxlamış və eyni za‐
manda xeyli insani cizgisi olan çoxsaylı hey‐
van və quşlar rast gəlir. Laqerleyfin heyvan
və quşları özünəməxsus «tərbiyəçi»lərdir.
Onların sayəsində Nilsdə mərhəmət hissi
oyanır, o, «başqalarının bədbəxtliyinə həyə ‐
can lanmağa, sevincinə şadlanmağa, özgə ‐
sinin taleyini özününkü kimi yaşamağa»
başlayır. Oğlanda «başqası ilə birlikdə həyə ‐
canlanmaq, əzab çəkmək və sevinmək» keyfiy ‐
yətləri meydana çıxır.
Quş və heyvanları sevərək onların müda ‐
fiəçisi və qoruyucusu olan Nils insanları da
sevir. O öz valideynlərinin dərdini, yetimlər
Ose və Matsın iztirablarını, kasıbların ağır
həyatını başa düşür. Onlara kömək etmək,
talelərini yüngülləşdirmək istəyir. Səyahətin
onun üçün son dərəcə maraqlı olmasına
baxmayaraq, o, adamların yanına qayıtmağı
arzulayır.
Әsərdə Nilsin İsveçin sənayesi ilə tanışlıq
epizodlarına da rast gəlinir. Bu səbəbdən
mədənqazanlar əsərdə məcazi fiqurlardır.
Yazıçı onların həyatının ağır olduğunu görür:
təsadüfi deyil ki, onlar qaz sürüsü ilə bir ‐
likdə «nə külüng, nə də çəkicin», «nə maşın, nə
76
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
də buxar qazanlarının» olmadığı yerə baş götü ‐
rüb getmək istəyirlər.
Kitab İsveçdə ziddiyyətli rəylər doğurdu.
Bəzi tənqidçilər əsəri «pedaqogikada inqi‐
lab» adlandırdı. Digərləri isə romanda həddən
artıq fantastik məqamlar tapdılar. Ancaq
yazıçını kitabı oxumuş adi oxucuların fikri
daha çox maraqlandırırdı. «Uşaqların həvəslə
oxuyacaqları zaman bu kitab qalib gələcək»
– deyirdi Laqerleyf. Yazıçıdan onun bəxtinə
düşmüş şərəflərdən hansını daha çox qiy ‐
mət ləndirdiyi soruşulanda o, «oxu cu ların
həyatında iştirak və onlara kömək etmək»
cavabını verir. Zaman təkcə İsveçdə deyil,
başqa ölkələrdə də uşaq və böyüklərin stol ‐
üstü kitabına çevrilmiş bu əsərin yüksək
dəyərini təsdiqlədi.
Oxucu təsdiqinin ardınca rəsmi təsdiq də
gəldi. Yazıçı 1907‐ci ildə Upsala Universite‐
tinin fəxri doktoru seçildi. Onun kitablarının
tirajı ildən‐ilə artır və tez bir zamanda satı ‐
lırdı. «Xalqın şairi» olmağı arzulayan Laqer‐
leyf həm də qadın azadlığının tərəfdarı kimi
çıxış edirdi. Onların seçki hüququ və şəxsi
azadlıqları uğrunda mübarizələrini dəstək ‐
ləyirdi.
1909‐cu ildə Selma Laqerleyf «bütün
əsərlərində idealizmə verdiyi yüksək qiy ‐
mətə görə» ədəbiyyat üzrə Nobel mükafa ‐
tına layiq görüldü. İsveç Akademiyasının
üzvü K.Annerstedt «Yeste Berlinq haqqında
saqa»nı «dövrün saxta və qeyri‐sağlam realiz ‐
mini alt‐üst edən, həm də müstəsna oriji nallığı
ilə seçilən əsər adlandırdı». Nobel komi tə ‐
sində onun haqqında deyilmiş bu sözlər
diqqəti çəkir: «Laqerleyf yaradıcı lı ğında dilin
sadəliyi və təmizliyini, üslub gözəlliyi və
zəngin təsəvvürü etik güc və dərin dini hissiy ‐
yatla birləşdirir».
1911‐ci ildə Stokholmda keçirilən Dünya
qadınlarının konqresində o, qadınları icti‐
mai həyatda iştiraka çağırdı. İsveçdə eman‐
sipasiya uğrunda hərəkatın müvəffəqiyyəti
ilk qadının İsveç Akademiyasına üzv seçil ‐
məsi ilə nəticələndi. Onun adı Selma Laqer‐
leyf idi.
Birinci Dünya müharibəsinin başlanması
xalqların sülh və qarşılıqlı anlaşmada yaşa ‐
maları üçün əlindən gələni əsirgəməyən yazı ‐
larının ümidlərinə zərbə vurdu. Yazıçı sülhün
müdafiəsi naminə açıq çıxışlar etməyə baş ‐
ladı. O, təntənəli şəkildə: «nə qədər ki, sözlər
dilimdən qopur, nə qədər ki, qəlbim döyü ‐
nür, sülh işini müdafiə edəcəyəm!» – deyə
and içmişdi.
Hələ İkinci Dünya müharibəsindən əvvəl
faşist Almaniyası onu «nord irqindən» olan
istedadlı yazıçı kimi dəstəkləməklə, ondan
ideoloji kömək istəmişdir. Laqerleyf bunun
əksinə olaraq, alman yazıçıları və mədəniy ‐
yət xadimlərini faşizmə qarşı amansız müba ‐
rizəyə çağırdı. İkinci Dünya mühari bəsi nin
başlanması yazıçını xeyli sarsıtdı. O, Nobel
medalını və pul vəsaitini Sovet – Finlandiya
müharibəsində ikinciyə yardım məqsədilə
qurban verdi.
Aynur BAĞIROVA
77
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Rəqəmlər dünyası sakit, aydın və dəqiq
elm kimi təsəvvür olunur. Aydın başa düşü ‐
lür ki, iki vahidin cəmi həmişə ikiyə bərabər ‐
dir, həndəsə qanunları isə bəzən intuisiya ilə
başa düşülməsə də, həmişə öz tərifləri çərçi ‐
vəsində dəqiq və ardıcıldır.
Avstriyalı məntiqçi, riyaziyyatçı və filo ‐
sof Kurt Fridrix Gödel (1906–1978) isbat edə
bilmişdir ki, heç bir insan biliyi hər hansı
aydın, tam və ziddiyyətsiz formada ifadə
oluna bilməz.
1931‐ci ildə 25 yaşlı Kurt Gödel sübut
etdi ki, elmi və riyazi isbatlarda real olaraq,
«iflaslar», «ağ ləkələr» mövcuddur. Hələ çox
əvvəllər bir sıra dilçilər və filosoflar insan
dilinin reallığı təsvir edə bilmək qabiliy ‐
yətini məhdudlaşdıran qanunları təyin etməyə
çalışırdılar. Məhz Gödel göstərə bildi ki, belə
məhdudiyyətlər riyaziyyatın öz daxili di ‐
lində də mövcuddur.
XIX əsrin riyaziyyatçıları həndəsə prin ‐
sip lərini ümumləşdirdilər və bizim qavra ‐
yışımızda bir çox mə umları dəyişdilər.
Nəticədə bir nöqtədən bir neçə paralel düz
xə in keçirilməsi, bu düz xətlərin sonsuz ‐
luqda birləşməsi mümkün oldu. Başqa sözlə,
yeni həndəsədə paralel düz xətlərin sadəcə
mövcudluğuna son qoyuldu.
Meydana çıxan vəziyyəti araşdırmağa
çalışaraq, bir çox aparıcı riyaziyyatçılar öz
elm sahələrinin taleyi və problemləri haq ‐
qında düşünməli oldular. Bu narahat çılığı
XX əsrin görkəmli alman mütəxəssislə rin ‐
dən biri belə ifadə edir: «Məntiq riya ziyyat
elminin ideyalarını sağlam və güclü saxla ‐
mağa imkan verən, həmin elmin gigi yena ‐
sıdır». Gözləmək olardımı ki, riya ziy yat da
həndəsə kimi bu qədər müdafiəsiz qala bilər?
Görkəmli ingilis riyaziyyatçısı və filosofu
Bertran Rassel göstərməyə çalışır ki, bəzi çox
sadə müddəalar formal məntiq nöqteyi‐
nəzə rindən qiymətləndirilə bilməz. Bunu izah
etmək üçün o, bir vərəqin hər iki tərə fində
belə bir cümlənin yazılmasını təklif edir: «Bu
vərəqin əks tərəfində yazılan müddəa
səhvdir». (Hər iki tərəfində belə bir cümlə
yazılmış vərəqi sonsuz olaraq çevirmək olar)
1900‐cü ildə görkəmli alman riyaziy yat ‐
çısı David Gilbert, öz kolleqalarına müraciət
edərək, sadaladığı 23 problemin həllinin bu
elmin gələcək inkişafından asılı olduğunu
söylədi.
Gilbertin əsas və prinsipial mövqeyi o idi
ki, riyaziyyat mükəmməl (yəni onunla bağlı
78
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
olan bütün suallara cavab verə bilən) və
daxilən uzlaşmış elm olmalıdır. O, əmin idi
ki, hər bir riyazi suala onun çətinlik dərəcə ‐
sindən və onunla bağlı olan fikir ayrılı ğın ‐
dan asılı olmayaraq, gec ya da tez dəqiq
cavab (müsbət və mənfi) tapıla bilər və tapıl ‐
malıdır.
Məhz bu müddəanı öz «natamamlıq
nəzəriyyəsi» ilə Gödel təkzib etdi. O gös tərdi
ki, həndəsənin bütün qaydalarını özündə əks
etdirən bütün uzlaşmış formal riyazi sistem ‐
lər özündə G‐təsdiqləmənin riyazi ekvi‐
valentini ehtiva edir.
Bu kəşf iki nəzəriyyə şəklində ifadə
olunmuşdur:
1. Әgər aksiomatik çoxluq nəzəriyyəsi
uzlaş dı rılmışdırsa, onda burada təsdiq edil ‐
məsi, inkar edilməsi mümkün olmayan teo ‐
remlər mövcuddur.
2. Aksiomatik çoxluq nəzəriyyəsinin uzlaş ‐
masını təsdiq edən konstruktiv prosedurlar
mövcud deyil.
Gödel göstərir ki, hər bir riyazi sistemdə
təsdiq olunması mümkün olmayan dəqiq
fikirlər var və nəticədə hər bir belə sistem
natamamdır.
Gilbert göstərdi ki, onun elmində qeyri‐
müəyyənliyə yer yoxdur və hər bir riyazi
məsələ riyazi üsulla həll oluna bilər. Gödel
isə sübut edir ki, Gilbert səhv edir və heç bir,
hə a ən çətin riyazi sistem də uzlaşmış ola
bilməz.
Rəqəmlər nəzəriyyəsi üzrə görkəmli mütə ‐
xəssislərdən biri German Veyl yazırdı: «Bir
halda ki, riyaziyyat aydın ziddiyyətli deyilsə,
Allah mövcuddur, lakin şeytan da mövcud‐
dur, çünki biz bu ziddiyyətsizliyi sübut edə
bilmirik». Gilbert daha məntiqli idi və vəsiy ‐
yət etmişdir ki, onun qəbirdaşının üstünə bu
sözlər yazılsın: «Biz mütləq bilməliyik və
biliyə yiyələnəcəyik».
Gödel uzun və çətin ömür sürür. O, çox
məhsuldar işləyirdi. Ancaq natamamlıq
nəzəriyyəsi onun əldə etdiyi ən parlaq
nailiyyəti olaraq qalır. O, 71 yaşında faktiki
olaraq acından vəfat edir. Böyük riyaziyyatçı,
yəqin ki, öz ölümünü dəhşətli və mənasız
hesab etməzdi. O, həmişə əmin idi ki,
həyatda, elmdə və hə a kainatda bütün
proseslər sıx qarşılıqlı əlaqəlidir və başa
düşüləndir.
Psixoloji cəhətdən maraqlıdır ki, məhz
riyaziyyatın ən dərin əsaslarında ciddi qeyri‐
müəyyənlikləri aşkar edən bir insan belə
fəlsəfi baxışlara malikdir. Onun kəşflərinin
insan idrakının sərhədlərini məhdudlaşdır ‐
masına baxmayaraq, Gödel ağlın fasiləsiz
inkişafına əmin idi. Adi həyatın mənasız ‐
lığını isə böyük alim belə izah edirdi: «Bu
həyat sadəcə olaraq, digər mövcudluq for ‐
ma larına keçid üçün hazırlıqdır».
Vüsalə MİRZӘBӘYOVA
79
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
MÜNDӘRİCAT
«Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzinin yeni
binası açılmışdır. Prezident İlham Әliyev açılışda iştirak
etmişdir .................................................................................................................2
Azərbaycan Milli Elmlər Akademiyasının illik
ümumi yığıncağı keçirilmişdir ..........................................................................5
Akademik Tofiq Nağıyev «Dövlət mükafatı»na layiq
görülmüşdür.........................................................................................................12
Azərbaycan Respublikasının Təhsil naziri
Mikayıl Cabbarovla müsahibə...........................................................................13
Şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında..........................................26
Kəşfül‐Həqayiq (Hacı Mir Məhəmməd Kərim əl‐Bakuvi) ............................27
Nobel mükafatından imtina etmiş dünya şöhrətli fransız
yazıçısı, filosofpublisisti və ictimai xadimi Jan Pol Sartr ...............................34
Fənlərarası tədqiqatlar: problemi dərketmə fəlsəfəsinə dair ........................38
İnsan genomu .......................................................................................................43
Nə üçün necə fikirləşirik? Jan Pier Şönjü və
Pol Rikörün dialoqu ............................................................................................47
Üzvi kimya və Həyat...........................................................................................54
Çakra: psixi enerji mərkəzi.................................................................................59
Con Sörl. «Şüur və dil» .......................................................................................66
Elmi‐sosial proseslərdə bioetik normalar
sisteminin riyazi üsullarla əsaslandırılmasına dair ........................................68
100 dollar dəyərləndirilmiş mərcin Nobel
mükafatına layiq görülməsi ...............................................................................74
Әdəbiyyat üzrə ilk qadın Nobel mükafatçısı...................................................76
Dostları ilə paylaş: |