– ABŞ-da ümumi zənginliyin 70 faizindən çoxunu
insan kapitalı təşkil edir. Bizdə bu göstərici çox
aşağıdır, əsas üstünlüyü təbii kapital təşkil edir,
ancaq bu zaman-zaman insan kapitalına çevril -
məlidir. Dünyanın aparıcı universitetlərinin birində
təhsil alan bir gənc kimi Azərbaycanda insan
kapitalının formalaşmasını necə görürsünüz? Bu
barədə hansı fikirləriniz var?
– Mən Sizinlə tam razıyam, belə bir deyim var: bütün
yumurtaları bir səbətə qoymayın, səbət getsə hər şey
gedəcək. Azərbaycan iqtisadiyyatı neftin üzərində qu-
rulub, neft gəlirləri ölkəyə daxil olur. Bunun hesabına
olan xeyli inkişafın şahidiyik. Bu gəlirlər hesabına
təhsil sisteminə fundamental yeniliklər gətirmək
lazımdı. Bəli, Xaricdə Təhsil Üzrə Dövlət Proqra -
mının olması təqdirəlayiqdir. Bu, insan kapitalının
inkişafına yönəldilən investisiyanın bir növüdür,
arzuolunan odur ki, belə investisiyaların həcmi artsın.
Yaxşı olardı ki, Azərbaycan universitetləri ilə ABŞ,
Böyük Britaniya universitetləri arasında təcrübənin
bölüşdürülməsi baxımından müqavilələr imzalansın.
Dostları ilə paylaş: |