Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə26/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

qəşəng bir qadın kimi görünüb mənim gözümə?” – Deməli, siz təsdiq eləyirsiz ki, kivi çox nadir 

quşdur, eləmi? 

 

– Əsgərov istədiyi cavabı almaqçün Aliyə xanıma bu sualı verdi. 



 

– Bəli, son dərəcə nadir quşdur. Həmyerlisi kisəli pələng kimi az tapılandır. Kisəli pələngi, 

ümumiyyətlə, heç axtarmağına dəyməz, mənasız işdir. 

 

Rauf özündən çıxdı: 



 

– Nə pələng? Mən pələng-zad görüb eləməmişəm: nə kisəli, nə kisəsiz. – Ona elə gəldi ki, 

pələngin də oğurlanmağında onu günahlandırmaq istəyirlər. – Heç dəxli var, deməli, indi nə 

vəhşi heyvanınız qaçıb, ya da, üzr istəyirəm, gəbərib, murdar olub – hamısını mənim üstümə 

yıxacaqsız? 

 

Əsgərov maraq qarışıq bir heyrətlə Aliyə xanıma baxdı və Aliyə xanım başa düşdü ki, pələng 



məsələsini mütləq aydınlaşdırmaq lazımdır. 

 

– Mən demək istəyirdim ki, kisəli pələng bir növ kimi yoxa çıxıb, yəni qalmayıb yer üzündə. 



Qırıb qurtarıblar onu. Kivi isə hələ var, amma çox az qalıb. Bu quşları qırmızı kitaba salıblar, 

onları öldürmək ən ağır cinayətlərdən hesab olunur və beş ilə kimi həbs cəzası düşür onu öldürən 

adama. 

 

– Yaxşı ki, biz Yeni Zelandiyada yaşamırıq, – deyə Əsgərov gülümsədi. – Bundan başqa, onu 



öldürməyi də hələ ki, sübut olunmayıb. 

 

– Əsgərovun Yeni Zelandiyadakı qəribə qanunlara mənfi münasibəti Raufun ürəyindən olsa da, 



bu münasibətin ifadə tərzi, onun qılığa girməyi heç xoşuna gəlmədi. – Siz kivi haqqında çox 

maraqlı danışırsız. Amma mənə bir şey aydın deyil – əgər bu belə nadir quşdursa, onda, görünür 

bahadır da? Bəlkə əksinə, nadir olmağına baxmayaraq, ucuzdur; ya da quyruqsuz pişik kimi və 

ya misalçün, qara kök kimi, lap su qiymətindədir? 

 

– Ona verilən valyutaya bir vertolyot almaq olardı. – Aliyə xanım çox obrazlı cavab verdi, amma 



bu cavab Əsgərovu qane etmədi. 

 


 

193


– Çox qeyri-müəyyən cavab oldu, – o ağız-burnunu büzdü və demək olar ki, eyni vaxtda Raufa 

göz vurub gülümsədi. – Vertolyotla vertolyotda fərq var. Mənə itmiş əmlakın dəqiq qiyməti 

lazımdır. Arayış şəklində. 

 

Aliyə xanım fikirli-fikirli: 



 

– Günü sabah çatdıraram sizə, – dedi. – Başa düşmürəm, axı kivi onu aparanın nəyinə lazımdır? 

 

Mən də başa düşmürəm, – deyə Rauf onun sözünə qüvvət verdi. 



 

Əsgərov barmaqlarını stolun üstündə oynadıb, mənalı-mənalı gülümsədi: 

 

– On il ərzində bu kabinetdə mən nələr eşitməmişəm, nələrin şahidi olmamışam, odur ki, mən 



sizə bunun yüz cür izahını verə bilərəm. 

 

Yeri gəlmişkən, sizə bir əhvalat danışım, o da quşla bağlıdır. İki il bundan əvvəl əlimə bir iş 



gəlib çıxdı. Deməli, cavan adamdır – baxırsan, özü də zahirən əməlli-başlı normal adamdır – 

Şixov tərəfdə xəlvət bir yer tapıb özünə qu quşu ovlayır; quşlar ki, cənuba uçanda gəlib burdan 

keçirlər – öldürür onları. Onun bağında biz yüzdən artıq qu quşunun baş-ayağını, sür-sümüyünü 

qazıb çıxartdıq. 

 

Soruşuram ondan: sənin ova rəsmi icazən var, vəhşi ördəkdir, qazdır, nə bilim, qaşqaldaqdır 



buyur vur, qu quşu nəyinə lazımdır, özün də yaxşı bilirsən ki, cinayətdir bu? Mənə nə cavab 

versə yaxşıdır? – Əsgərov oğlanın cavabını məmnuniyyətlə xatırlayıb, dodaqlarını yaladı. – 

Görün nə deyir! Deyir, düzdür, qu quşunun əti dadlıdır, amma qazınkı daha ləzzətlidir, di gəl hər 

dəfə qu quşu yeyəndə, bilirdim ki, məndən başqa bir kişi, nə qədər pulu olur olsun, onun ətindən 

dada bilməz. Qabaqlar ancaq padşahlar yeyirdi qu quşunu. Aliyə xanım, sizə nə oldu? – Rəngi 

qaçmış qadının göz yaşları oturduğu yerdəcə yanaqlarından axırdı. 

 

“Quşdan ötrü ki, bu arvad özünü belə öldürür, yaxın bir qohumunun pis xəbərini eşitsə, görəsən 



neylər? – Rauf istədi bunu təsəvvürünə gətirsin, bir şey çıxmadı – Hə, möhtərəm Əsgərov 

yoldaş, indi sizə aydın oldumu, bizim üçümüzdən kimin başı xarabdır?” Elə bu vaxt Aliyə xanım 

hıçqıra-hıçqıra Əsgərovdan soruşdu: 

 

– Deyirsiz, yəni bu da kivini yeyib? 



 

Rauf əvvəlcə bu sözə təkəbbürlə gülümsədi, çünki fikirləşdi ki, belə bir cəfəngiyata əhəmiyyət 

verməyinə dəyməz, amma gördü, yox, Əsgərov da baxışı ilə ondan cavab gözləyir, onda təkid 

elədi ki, elə bu saat, təxirə salmadan götürüb bir bəhanə ilə zəng vursunlar onun arvadına və öz 

qulaqları ilə eşidib əmin olsunlar ki, Rauf quş ətini – nə ev quşunun, nə də çöl quşunun ətini – 

heç dilinə də vurmur. 

 

Əsgərov qələminin düyməsini basıb: 



 

– Əla, elə belə də yazarıq, – dedi. – Deməli, ümid eləyək ki, quş sağ-salamatdır. 

 

– Bilirsiz, mən indi nə barədə düşünürəm? – deyə Rauf Aliyə xanım gedəndən sonra soruşdu. 



 

Əsgərov yazısını yaza-yaza fikirləşmədən cavab verdi: 

 

– Bilirəm. Ya mənim barəmdə, ya da quş barədə. Düzdür? 



 

 

194


– Təxminən. Mən sizin barənizdə, öz barəmdə və gələcək haqqında düşünürəm, heyvan barədə 

yox. Başa düşürsüz məni? 

 

Əsgərov yazısını saxladı və gözünü Raufa zillədi. 



 

– Hələ ki, hər şey aydındır. 

 

– Bir az bundan əvvəl məsələ agah oldu mənə – iş Aliyə xanımdadır, açar onun əlindədir. Məni 



düz başa düşün, mən sizin səlahiyyətinizi qəti şübhə altına alıb-eləmirəm, dediyim odur ki, bu 

qadın bədbəxt adamdır, yəqin onun nə əri var, nə də uşağı var, elə ona görə də bir dənə qotur 

quşun üstündə qatıb aləmi bir-birinə, sakit ola bilmir. Demək bir az pis də çıxır, amma burada 

daha kənar adam yoxdur, baxırsan – qadındır, di gəl ki, çox üzr istəyirəm, inək iyidir, yoxsa 

pələng iyidir, nədir – bilmirəm, birtəhər iy gəlir ondan. 

 

Əsgərov Raufun Aliyə xanım barədəki fikri ilə mübahisə eləmədən, guya elə belə – yeri 



gəlmişkən balaca bir düzəliş verdi, daha doğrusu, formal bir arayış: 

 

– Ailəsi var onun. 



 

– Dəxli yoxdur, dəli, ipləmənin biridir. – Rauf bayaqkı təhqirin əvəzini çıxırdı. – Görmədiz, nə 

təhər aparırdı özünü?! Bunları mən niyə deyirəm, sözümün canı nədir? Gəlin, ikimiz birlikdə 

aydınlaşdıraq məsələni, görək nə olub. Heyvanxanadan bir quş itib, düzdür? 

 

– Bəli, düzdür. – Əsgərov təsdiq elədi. – Sizin taqsırınız üzündən importnı kivi itib. Özü də, bu 



kivi çox bahalı quşdur. 

 

– Məgər mən danıram ki, mənim taqsırım üzündən itib?! Əsla danmıram. – Rauf Əsgərovun son 



sözlərini sürətlə beyninin süzgəcindən keçirib belə qərara gəldi ki, başlamağına yaxşı başlayıb, 

dalını davam etdirmək lazımdır. – Yaxşı, nə olar, gəlin bir çıxış yolu tapaq. Məgər məni 

mühakimə eləməklə quş tapılacaq? Yoxsa, dövlət bir xeyir görəcək bundan? Bax, siz ağıllı bir 

adamsız, özünüz deyin, mənim işlərim korlananda, sizin könlünüz bəlkə xoş olacaq? 

 

Əgər olacaqsa, mən razı, işi bağlayın, verin məhkəməyə. Mənimçün həqiqətən maraqlıdır ki, 



görüm, o bədbəxt qadından savayı kimə lazımdır bu? 

 

– Bəs indi siz nə təklif eləyirsiz? – deyə Əsgərov çox qısaca soruşdu və Rauf bu vaxt onun 



gözlərində canlı bir maraq və intizar gördü. 

 

O, müsahibinin sözlərinə xəyalən düzəliş verdi: “Hə” yox, “neçə”. 



 

Əlbəttə, müstəntiqin kabineti belə söhbətlərçün bir elə də münasib yer deyildi, amma Rauf, 

Əsgərovun simasında hər şeyi başa düşən bir adam görürdü və getdikcə bu qənaətə gəlirdi ki, 

onunla açıq danışmaq olar. Rauf arif adam idi, lazımlı adamlarla dil tapmağa görkəmli bir 

mütəxəssis sayılırdı. 

 

Rauf söhbəti gümrah bir səslə yekunlaşdırdı: 



 

– Ən böyük müdriklik çox sadə həqiqətlərdə üzə çıxır. – Bu fəlsəfi kəlamdan sonra Rauf hiss 

elədi ki, daha məqamdır, mətləbə keçmək lazımdır. – Siz işi bağlayırsız, mən də quşun pulunu 

nağd ödəyirəm, qəpiyinə kimi, iki min manat, vəssalam. 

 

Əsgərov gülümsəyərək etiraz elədi: 



 

195


 

– Axı heyvanxanadan hələ heç arayış gəlməyib ki, quş neçəyə alınıb. Bu iki min rəqəmi hardan 

çıxdı? 

 

Rauf xəsis adam deyildi, pul sarıdan da qəti korluğu yox idi. 



 

Onun fikrincə, pul maddi nemətlərin və insan əməyinin simvolundan daha çox faydalı bir ixtira 

idi. Amma bütün bunlara baxmayaraq, Əsgərovun sualı onun xoşuna gəlmədi. 

 

Rauf fikirləşdi: “Bu ya qiymət qaldırır, ya da utandığından özünü gicliyə qoyur”. 



 

– Əgər siz onu görsəydiz, – o, köksünü ötürdü, – ona heç iki min manat da verməzdiz. Arayış 

deyirsiz. Kim tərtib eləyir arayışı? 

 

Müdir. O da götürüb ağlına gələni yazacaq ki, nə bilim bu quş heç quş deyil, filandır, 



beşməkandır, linkor təyyarələrdən də bir beş manat bahadır. Onun sayaqlamağını özünüz 

eşidirdiz də. Düzünə qalanda, sizə mənim şəxsi hörmətim var, ona görə iki min təklif eləyirəm. 

Hörmətimə və simpatiyama görə. Götürün, can sağlığıyla, könül xoşluğuyla xərcləyin. 

 

“Əvvəla, get dişinin karonkalarını dəyiş, qızıl elətdir”, – əlbəttə, bunu Rauf ürəyində məsləhət 



gördü müstəntiqə. 

 

– Daha doğrusu, səhv eləmirəmsə, bu iki min manatı siz mənə təklif eləyirsiz? Necə deyərlər, 



bağışlayırsız? 

 

– Xırdalamağın nə mənası var? Götürün, məsələni də xətm eləyin getsin. 



 

Əsgərov qovluğu açıb ora ötəri bir nəzər salandan sonra soruşdu: 

 

Gərək ki, siz 8 nömrəli üzüm məhsulları təchizatı idarəsində işləyirsiz? Eləmi? 



 

–Bəli, orda işləyirəm. – Rauf o saat başa düşdü ki, Əsgərov bununla nə demək istəyir və bu onun 

xoşuna gəlmədi, – acgöz adamlardan zəhləsi gedirdi. 

 

– Mənə siz üç min də verə bilərdiz, axı, hər halda quşcuğaz sizin taqsırınız üzündən itib. Nədir 



ki, verə bilərdiz də, hə? Lap dörd də verə bilərdiz. Heç ruhunuz da inciməzdi. Düz demirəm? 

 

– İş siz deyən də elə bir iş deyil, dəyməz o qiymətə. – Rauf gülümsəyib güzəştə getdi. – Yaxşı. 



Eyibi yoxdur, qoy iki min yarım olsun. Amma bir şərtlə: mənim adım bu işdə heç yerli-dibli 

olmayacaq. 

 

Danışdıq? 



 

Əsgərov oturub maraqla baxırdı ona. 

 

– Sizə məlumdur ki, vəzifəli adamlara iş başında rüşvət verənin cəzası nədir? – Bunu o, çox 



ciddi soruşdu. 

 

Rauf məzəmmətlə: 



 

– Gözləməzdim, – dedi və qəlbindəki nifrət hissini boğaraq, onunla mehriban danışmağa çalışdı. 

– O, nə sözdü. Heç kim sizi məcbur eləmir, istəmirsiz – götürməyin, yox, əgər azdırsa, – 


 

196


“azdırsa” sözünü o, xüsusi vurğu ilə dedi – deyin... Uzaq başı biz də göbələk deyilik, yerdən 

çıxmamışıq, o qədər dost var, tanış var. 

 

Özü də mənə xox gəlməyin, mən qorxan oğlanlardan deyiləm. 



 

– Mənim sizi qorxutmaq fikrim yoxdur. – Əsgərov çiyinlərini çəkdi. – Sadəcə, xəbərdarlıq 

eləmək istədim ki, biləsiz, sizin mənə bayaqkı təklifiniz ən ciddi cinayətlərdən sayılır və səkkiz 

ildən on beş ilə kimi işi var. 

 

– Elədir, amma çox nadir hallarda bundan bir şey çıxır. – Rauf yumorunu işə saldı. – Bilirsiz, 



rüşvət işi ki, var, sevgililərin ZAQSdakı qeydiyyatına bənzəyir – şahidsiz kəbin kağızı etibarlı 

deyil. 


 

Gəl indi şahid tap görüm, hardan tapırsan?! 

 

Əsgərov onunla nəzəri mübahisəyə baş qoşmadı, əlini uzadıb stolun siyirtməsində gizlətdiyi 



maqnitofonun düyməsinə basdı və Rauf öz səsini eşidəndə donub qaldı, bütün söhbətləri lentə 

yazılmışdı, o, Əsgərova açıq-aşkar onun həyat şəraitinin bir qədər yaxşılaşdırmağı təklif eləyirdi. 

 

– Bu da şahid, – Əsgərov maqnitofonu söndürdü. – Amma bu lazım olmayacaq mənə, çünki sizi 



rüşvət üstündə məsuliyyətə cəlb etmək fikrində deyiləm. 

 

Raufa onun sözlərinin mənası o saat çatmadı, dili dolaşa-dolaşa soruşdu: 



 

– Onda bəs niyə yazmısız? – O, sualının cavabını, təxmini olsa da, bilirdi. 

 

– Mənim bir dostum var: uşaqlıqda biz onunla bir yerdə böyümüşük, bacarıqlı, gözəl 



mühəndisdir, amma bir qəribəliyi var: özü ağıllı-kamallı adam ola-ola “Neftçi” kimi zəif 

komandanın azarkeşidir. 

 

İyirmi beş ildən çoxdur ki, tutulub bu azara. Bilirsiz, o neyləyib? 



 

“Neftçi”nin ən parlaq qələbələrini – elə qələbələri də ki, barmaqla saymaq olar – yazıb 

maqnitofona. Hərdənbir düyməni basıb, qulaq asır özüyçün, nə təhər, məsələn, iyirmi il bundan 

əvvəl Ələkbər Məmmədov “Torpedo”nun qapısına əla bir qol vurub, ya da “Neftçi” çoxdan 

dağılıb getmiş heyətdə “Ararat”ı necə darmadağın eləyib. Mən də onun təsiri altına düşmüşəm. 

Mənə rüşvət təklif olunan lent yazılarını yığıb saxlayıram, bir növ, kolleksiya düzəldirəm. 

Təqaüdə çıxanda oturub qulaq asacağam özümçün və təsəvvürümə gətirəcəyəm ki, bu verilən 

pulların onda birini alsaydım, mən necə varlı adam ola bilərdim. – O, gülümsədi və metal dişləri 

Raufu lap çiyrəndirdi. – Odur ki, buna görə mən sizi məsuliyyətə cəlb eləməyəcəyəm. Bilirəm 

ki, qanunu pozuram, amma eləməyəcəyəm. Çünki belə-belə şeylər adamı əsas işdən yayındırır. 

 

Onda gərək apardığın bütün maraqlı, vacib işlərin özünü bir qırağa qoyub, ancaq rüşvətlə məşğul 



olasan. 

 

Rauf başa düşdü ki, qaş düzəltdiyi yerdə vurub gözünü də çıxardıb və nə qədər gec deyil, səhvini 



düzəltməlidir. Bunun da yeganə yolu özünü Əsgərova elə göstərməkdir ki, guya o, dediyi sözün 

peşmançılığını çəkir: 

 

– Səhvimi sidq-ürəklə boynuma alıram, əlbəttə, mən çox nahaq yerə sizə elə bir təklif eləmişəm. 



 

 

197


– Niyə nahaq yerə? – deyə Əsgərov razılaşmadı. – Sizin təklifinizin özü də bir etirafdır. Bu 

hərəkətinizlə siz cinayət işlətdiyinizi, düzdür dolayısı ilə, amma, hər halda, təsdiq eləyirsiz. 

 

– Nə deyirəm, eyibi yoxdur. – Rauf ayağa durdu. – Mən gedib məsləhətləşərəm dostlarımla, 



onların içində tanınmış hüquqşünaslar da var! Bəlkə bir çıxış yolu axtarıb tapdıq. Sağ olun. 

 

– Hüquqşünası siz kameraya yanınıza çağırtdıra bilərsiz, buna yüz faiz ixtiyarınız var. Əlbəttə, 



müəyyən olunmuş günlərdə və saatlarda. – Əsgərov ayağa durub əllərini stola dirədi və 

gülümsəyə- 363 gülümsəyə Raufa baxdı. – Özünüzü yenə elə aparırsınız ki, guya elədiyiniz 

cinayətin nə dərəcədə ciddi olduğunu başa düşmürsüz. 

 

Amma nahaq yerə. 



 

Rauf bir istədi ona cavab versin, amma susdu. Ona görə yox ki, fikrini dəyişdi, ya da çətin idi 

onunçün danışmaq – yox, birdən sadəcə olaraq o, harda olduğunu və söhbətin nə barədə 

getdiyini büsbütün unutdu. O dayanıb düz Əsgərova baxırdı və gözlərini ondan heç cür çəkə 

bilmirdi. İçəri çağırılmış milisionerə verilən göstərişlərdən Rauf bir kəlmə də eşitmirdi və ona 

evə zəng vurmağı təklif eləyəndə də o saat başa düşmədi ki, ondan nə istəyirlər. 

 

Məhz indi uzun müddət əzablı yorucu təşəbbüslərdən sonra, o, axırı başa düşdü ki, ilk dəqiqədən 



Ələsgərov ona nəyi xatırladırmış və bunu anlayan kimi, qəlbini dərhal dəhşətli bir qorxu və təlaş 

bürüdü. 


 

Milisionerin müşayiəti altında o, ensiz uzun koridorla gedəgedə, Əsgərovun sifətinin eyni olan o 

müdhiş balığın alışıb yanan gözlərini, dəmir dişlərini, parıldayan pulcuqlarını təfərrüatı ilə 

xatırlayır və bu yaxınlarda ona əzab verən gecə qarabasmasının dəhşətini, indi artıq yuxuda yox, 

real vəziyyətdə, bütün varlığı ilə hiss eləyirdi. 

 

Məhkəmə iki həftədən sonra oldu. Əvvəlcə hər şey yaxşı gedirdi. 



 

Hiss olunurdu ki, məhkəmə üzvləri Raufa qərəzsiz yanaşırlar. 

 

Hakimin hər iki tərəfində oturmuş xalq iclasçıları – xalça fabrikindən gəlmiş gənc toxucu qız və 



rayon poliklinikasının can həkimi, hətta hərdən ona elə gəlirdi ki, onların baxışlarında bir rəğbət 

hissi də var. Başı dazlaşmış mülayim sifətli kök hakim isə şahidlər və heyvanxananın müdiri 

ifadə verəndə bir neçə dəfə özünü gülməkdən zorla saxladı. Hətta prokurorun tələbi ilə 

müttəhim, yəni Rauf quşun ona hücumu səhnəsini təfərrüatı ilə göstərəndə bərkdən pıqqıldadı 

da. Amma o saat utandı və bu yersiz gülüşünü öskürəyə çevirib öz hərəkətini məharətlə malaladı 

və qəhqəhə çəkib gülüşən camaatı nizam-intizama çağırdı. 

 

Tənəffüsə çıxanda Rauf çalışırdı, zala baxmasın, çünki, bilirdi ki, Xalidə ilə Kamil də 



oradadırlar. Arifin məsləhəti ilə ailənin o biri üzvlərinə deyilmişdi ki, Rauf təcili ezamiyyətə 

gedib. 


 

Raufun gətirildiyi otaq sərin idi, amma onunla üzbəüz oturmuş Arif nədənsə tez-tez tərini silirdi. 

Onlar nahar eləmədilər. Arif 364 dəhlizə çıxıb tanış bir vəkildən xahiş elədi ki, üç-dörd şüşə su 

alıb gətirsin. 

 

O, Raufla demək olar ki, danışmırdı. Elə ilk görüşdə araları dəymişdi. Ailəsinin arzusu və 



Raufun özünün razılığı ilə Arif rəsmi olaraq onun vəkili təyin olunmuşdu. Elə həmin gün işlə 

tanışlıqdan sonra Arif açıq söhbət eləməkçün Raufun yanına gəldi. Onun gəlişinə Rauf açıq-

aşkar sevindi, ürək-dirək, qayğı üçün ona minnətdarlığını bildirib, heyvanxanaya gecəki səfərini 


 

198


bütün təfərrüatı ilə ona danışdı. Arif də oturub elə qulaq asdı ki, elə bil birinci dəfədir eşidir bu 

əhvalatı. Axırda isə Raufdan xahiş elədi, ona açıq desin ki, quşu niyə oğurlayıb, nəyinə lazımdır 

onun bu quş? 

 

Rauf özünü birtəhər ələ alıb: 



 

– Mən sənə axı, elə bu saat dilimlə dedim ki, heyvanxanaya niyə getmişdim, – deyə təmkinlə 

onun yadına saldı. 

 

– Başa düş, əzizim, bu, ittihamın ən əsas maddəsidir, bəs səndən mən nə soruşum? 



 

– Mən o Əsgərova yorulmuşdum deməkdən ki, quş məsələsinə heç bir dəxlim yoxdur. 

Tutduğundan əl çəkirdi bəyəm? Hərlənibfırlanıb bir də soruşurdu... Sən axı, Əsgərov deyilsən! – 

Raufun hirsli baxışına davam gətirməyib Arifin çənəsi əsdi. – Düzünü de görüm, sən mənə 

inanırsan, ya yox? 

 

– Yaxşı, əsəbiləşmə, Arif dostunun üzünə baxmadan cavab verdi. 



 

– Tutaq ki, quşu sən oğurlamamısan, tutaq ki, elə o özü qaçıb... 

 

Onda heç olmasa, məni başa sal görüm, sənin kimi abırlı, sanballı bir adam... – o, qarşısındakı 



vərəqlərə baxdı, – hanı o? Hə... Gecəyarısı hasardan xəlvəti aşıb, Bakı dövlət heyvanxanasının 

ərazisinə niyə girib? Nə məqsədlə? Özü də, əvvəla, cinayət törədilən gecə bu adam, onun özünün 

və başqalarının verdiyi ifadələrə görə, sərxoşzad da olmayıb; ikincisi isə, işdəki tibbi arayışdan 

aydın görünür ki, hər cəhətdən sağlam adamdır, heç bir ruhi xəstəliyi-zadı yoxdur... 

 

Yaxşı, tutaq ki, elə sən bu hoqqanı buynuza görə çıxartmısan. Onda de görək hara qoymusan onu 



və sənin nəyinə lazımmış o? 

 

– Sən elə bilmə ki, mən etibar eləmirəm sənə, – Rauf kədərlikədərli gülümsədi, – yox, bunun 



mənası yoxdur. Mən sənə onda da, indi də düzünü deyirəm, mənə buynuz lazım idi, buynuz! 

 

– İnanıram, sən ora buynuzçün getmisən, amma məhkəmədə səndən mütləq soruşacaqlar ki, 



neynirdin buynuzu?! Sən də, mütləq, bir söz tapıb deməlisən, başqa yolun yoxdur! 

 

– Yaxşı, tutaq ki, bir söz tapıb dedim. Axı bunun nə xeyri mənə? 



 

Soruşuram səndən, bunun mənə nə xeyri?.. Sənə qulaq assam, bilirsən axırı nə olar?.. Axırı o 

olar ki, tələb eləyərlər, buynuzu qaytarım. Mənim indiki vəziyyətimdə – o, əli ilə dəmir 

barmaqlıqlı qapını göstərdi, – bu lap fəlakət olardı. Onsuz da quşun itməyi mənim üstümdədir. 

 

– Bəs indi neyləyək? – deyə Arif stolun üstündəki kağız-kuğuzunu yığışdıra-yığışdıra soruşdu. – 



Mən axı, müdafiəmi nəsə, əsaslı bir şeyin üstündə qurmalıyam! 

 

– Fikirləş də, vəkil deyilsən?! 



 

– Fikirləşirəm, deyirəm yaxşısı budur nə qədər ki, gec deyil, bu işdən imtina eləyim. 

 

Rauf elə bil yatmışdı, birdən ayıldı: 



 

– Ay sağ ol, afərin, –dedi. – Axırı ki, insaniyyətdən, nə bilim, alicənablıqdan dəm vurmağı bir 

qırağa qoyub, əsl sifətini göstərdin. 


 

199


 

Düz eləyirsən, Raufun işləri əyilib, məqamdır! – O, Ariflə çox saymazyana, başı ilə sağollaşdı; 

heç tərpənmədi də yerindən. Onun qayıdacağına Raufun zərrə qədər də şübhəsi yox idi. 

Yanılmamışdı. 

 

Arif elə sabahı günü səhər tezdən gəlib çıxdı və o vaxtdan da bir vəkil kimi hər gün Raufa baş 



çəkməyə başladı. Amma Rauf bilirdi ki, bu gəliş-gedişin faydası yoxdur. İstintaq qurtaran kimi 

idarələrinin hüquq məsləhətçisi Qorxmaz Gürcüyev onun yanına gəldi. Bu Qorxmaz uzun illər 

idi ki, onların idarəsi ilə başqa təşkilatlar arasında yaranan irili-xırdalı bütün münaqişələri 

müvəffəqiyyətlə yoluna qoyurdu. O, dəqiqəbaşı dönüb dala baxa-baxa – bu onun adəti idi – 

Raufa tapşırdı ki, qəti darıxmasın, özü məşğul olacaq hər şeylə. Düzdür, hakimlə bir elə yaxın 

tanış deyildi, amma ona da mütləq bir yol tapacağına söz verdi. Onun fərasətinə Raufun şübhəsi 

olmasa da, işini möhkəm tutmaq, Qorxmazı şirnikləndirmək üçün ondan xahiş elədi ki, pul 

sarıdan özünə korluq verməsin, nə qədər lazımdır, gen-bol xərcləsin. Və çox keçmədi, 

Qorxmazdan xəbərlər gəlməyə başladı, amma bu xəbərlər içində ürəkaçan bir şey yox idi. 

 

Məhkəməyə bircə gün qalmış isə Qorxmaz onun yanına gəlib məğlubiyyətini etiraf etməli oldu. 



Rauf onu ömründə bu vəziyyətdə görməmişdi, başı üstündə durmurdu, elə hey o yan-bu yana 

hərlə- 366 nirdi, üzünü də tamam tük basmışdı. Həmişə sərrast danışan Qorxmazın indi dili 

topuq çalırdı. Onun dediyindən belə məlum olurdu ki, çox etibarlı, nüfuzlu yoldaşlar hakimə 

təsir göstərməyə, gözlənilən sərt hökmün mətnini heç olmasa, bir neçə kəlmə Raufun haqqında 

xoş söz əlavə elətdirib onun canını şərti işlə birtəhər qurtarmağa çalışıblar, amma bir şey 

çıxmayıb. 

 

Rauf gözəl başa düşürdü ki, bütün bunlar Əsgərovun amansız fəaliyyətinin nəticəsidir. Ona görə 



də Qorxmaz hakimin qorxaqlığını işin özünün qeyri-adiliyi ilə izah eləmək istəyəndə, acı-acı 

gülümsədi, amma bir söz demədi, mübahisə yeri deyildi. 

 

Məhkəmənin yekun iclası prokurorun çıxışı ilə başlandı. 



 

Tənəffüsdən sonra dərhal prokurora söz verilməsi, Raufun fikrincə, yaxşı əlamət idi, bu onun 

ürəyindən oldu. Çünki o, bilirdi ki, nahardan sonra adamların böyük əksəriyyətinin kefi kökəlir, 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin