Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə29/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   25   26   27   28   29   30   31   32   ...   72

 


 

213


Xalidə onun məhz bu gün gələcəyini bilmirdi, ona görə də nə saçını daramışdı, nə də üz-gözünə 

sığal vermişdi, nə də ki, ətirlənmiş penüar geymişdi əyninə, necə var – eləcə ərinin qarşısında 

uzanıb yatmışdı. Rauf Xalidənin yanında oturub əlini onun yastığa tökülmüş ipək saçlarında 

gəzdirdi və yavaşdan onu çağırdı. Xalidə ayılıb üzərinə əyilmiş Raufun doğma sifətini görəndə 

xumar gözlərində qorxu və çaşqınlığa bənzər bir ifadə yarandı və həmin anda da bu qorxu-hürkü 

çəkilib getdi – o, artıq ərinin ağuşunda idi. Az sonra özünə gəlmiş Xalidənin həyətdəkilərə bu 

xoş hadisəni, onun qayıtmasını xəbər vermək təklifini o, sözsüz, əsəbi bir gülüşlə rədd etdi və 

əyilib arvadının boyasız, isti və yumşaq dodaqlarını qızğın öpüşlərə qərq etdi. Lakin bu həsrət 

yanğısı Xalidədə cavab ehtirası doğurmadı. Rauf tələm-tələsik paltarını əynindən çıxarıb titrəyən 

barmaqlarıyla arvadının xalatının düymələrini açanda da, Xalidə təmkinini itirmədi, bircə bunu 

dedi ki, hər ehtimala qarşı qapını bağlasın... 

 

...Sonra, pəncərəyə yaxınlaşdı və gözə görünməməyə çalışaraq həyətə nəzər saldı. Rauf gözucu 



da olsa, uşaqlarını görməyə tələsirdi, lakin həyətdə gördüyü onu heyrətə gətirdi – pəncərə ilə 

üzbəüz hasarın kölgəsində onun maşını dayanmışdı. Bəli, bəli! Bu, rəngindən, markasından 

tutmuş sol qanadındakı batıq yerinəcən 386 ona son dərəcə tanış olan, qaraja salıb bağladığı 

şəxsi maşını idi. 

 

Nömrəsi də onun maşınının nömrəsi idi. Əgər bu, onun maşını idisə, necə ola bilərdi ki, eyni bir 



maşın həm orada – bağlı qarajda, həm də burda – hasarın kölgəsində durmuş olsun?! Özünü 

saxlaya bilməyib bərk həyəcan içində arvadına sarı çevrildi: 

 

– Hasarın yanında maşın dayanıb, – dedi, – mənimkidir? 



 

– Bizimkidir, – deyə şifonerin açıq qapısı arxasında geyinən Xalidə cavab verdi. – Kamil gətirib 

bizi maşınla. Heç bilməzdim ki, o belə yaxşı maşın sürür. 

 

Rauf təəccüblə soruşdu: 



 

– Bəs maşını o, necə çıxardıb? Axı mən qarajı bağlayıb, açarları da özümlə götürmüşdüm. 

 

– Qarajı sökdülər. Tək səninkini yox, həyətdəki bütün qarajları sökdülər. Dedilər ki, qanunsuz 



tikilib. – Ərinin susmağından narahat olub, qapının dalından boylandı. – Qanını qaraltma, qarajı 

onların hamısına 8-ci mikrorayonda yer veriblər. 

 

– Bəs niyə bu neçə vaxtı mənə deməmisiz bunu? 



 

– Məsləhət görülmədi sənə xəbər verək. Dedilər ki, niyə qanını qaraldırsız, öz dərdi özünə 

bəsdir, bir yandan da – qaraj, lazım deyil... heç nə itib eləməyib. Divarları, damı, nə ki vardı, 

hamısını söküb təzə yerdə qurdurduq, maşının ehtiyat hissələrini isə Kamil bura, bağa gətirdi. 

 

– Orda başqa şeylər də vardı, – deyə Rauf sual dolu gözlərini Xalidəyə zillədi. 



 

– Butulkaları deyirsən? Butulkalar da durur, amma şirələri uşaqlar içiblər... Hə, iri bir balon da 

mürəbbə çıxdı ordan. Əvvəlcə baş açmadıq nədi, sonra gördük, mürəbbədir. 

 

– Bəs nə oldu, neylədiz onu? – Bunu Rauf elə yavaş soruşdu ki, elə bil cavabını eşitməkdən 



qorxurdu. – Hamısını yediz? 

 

– Hamısını, bir damcı da qalmadı. Davaydı üstündə. Bizimkilərin – atamgili deyirəm – özün 



bilirsən ki, şirin şeylə araları yoxdur, amma onu ləzzətlə yedilər. Bir həftəyə balonun axırına 

çıxdıq. 


 

214


 

Xalidə şifonerin qapısının arxasından çıxdı. Əyninə çəhrayı rəngli nazik parçadan qəşəng bir 

paltar geymişdi. Saçlarını yığıb qaldırmışdı: 

 

boynu, çiyinləri ağappaq idi – günəş qaraltmamışdı hələ. 



 

Qısa, yüngül paltarda və alçaq dabanlı ayaqqabıda Xalidə elə cavan görünürdü ki, elə bil lap 

yeniyetmə bir qız idi. Raufun ürəyi qısıldı; 387 hər şey – bütün ümidləri puç olmuşdu. O, 

dinməz-söyləməz durub, taleyin amansız oyunu barədə düşünürdü. Bəli, daha hər şey bitmişdi və 

indi haradansa uzaqdan elə bil tənha bir neyin yanıqlı naləsi eşidilirdi. 

 

Artıq gizlənmək də mənasız idi; o pəncərədən boylandı, amma hər iki komandanın – Raufun 



ailəsinin və bağ qonşularının başı oyuna o qədər qarışmışdı ki, onu heç kim görmədi. O, 

qayınatasını oyunçuların arasında görəndə, gözlərinə inanmadı, mat-məəttəl qaldı. O yekəlikdə 

ağsaqqal kişi uşaqlara qoşulub atılır-düşür, voleybol oynayırdı. Hətta arada Raufun oğlunu 

itələyib tullandı və torun üstündən topu rəqib meydançasına vurdu. Kişi yaşını da, ədəbərkanı da 

– hər şeyi unutmuşdu; gördüyü mənzərə Raufda ikrah hissi oyatdı – bu nə eybəcərlik idi?! Ətli 

ayaqları ilə qayınatası o iyrənc kivi quşunu xatırladırdı. Professor topu iri burnunun qabağında 

tutub oyuna daxil etməkçün tullana-tullana Raufun dayandığı pəncərəyə tərəf qaçanda isə, Raufa 

elə gəldi ki, ona tərəf qaçan adam deyil, həmən o ikiayaqlı murdar quşdur. O bu mənzərəyə baxa 

bilməyib pəncərənin qabağından çəkildi. 

 

Rauf indi tək qalmaq istəyirdi, ona görə də arvadı bu qəfil xoş xəbərin – onun həbsxanadan 



qayıtmasının şərəfinə süfrə açmaqçün aşağı düşəndə, bir yüngüllük hiss elədi və dərindən köks 

ötürdü. 


 

Rauf taxtın üstündə oturub başını əlləri arasına almışdı və təfərrüatına getmədən öz gələcək 

həyatı barədə düşünürdü. Amma o bu həyatın yalnız astanasını gözünün qabağında canlandıra 

bildi, çünki küləklə bir yerdə otağa dolmuş şən qışqırış sədaları onu xəyal aləmindən ayırdı. 

 

Ailəsinin qalib gəldiyini xəbər verən bu qışqırığı eşidincə, Rauf könülsüz də olsa, yerindən 



qalxdı, otaqdan çıxıb aşağı enməyə başladı. 

 

 



BAYQUŞ GƏLMİŞDİ 

İndi də dimdiyini şaqqıldadır şoğərib! Belə də şey olar? Adamın ödü ağzına gəlir. Bayaq elə 

uladı ki, yuxudan dik atıldım, vahimədən tüklərim biz-biz oldu, indi də dimdiyini şaqqıldadır! 

Hasarın dalındakı əncirə qonub, amma elə bil evin içindədir. Qovmasan, səhərəcən aman 

verməyəcək. Heç yerimdən durub eşiyə çıxmaq istəmirəm. Axı o bura hardan dadandı? Qayalıda 

ayrı ağac başına qəhət idi? Hə, bu daş yaxşıdır. İndi görək necə ulayacaq? Eh! Az qala 

vurmuşdum, lap yanındakı budağa dəydi. Əclaf qorxudan fışfış fışıldadı. O saat qalxıb yana 

şığıdı. Əslində o, boz olmalıdır, amma ay işığında ağappaq görünür. Görəsən hara uçub getdi? 

 

Təkcə bayquş yox, elə meynələr də, tut ağacları da, hasarın sarımtıl daşları da, dənizdəki qayalar 



da ay işığında ağappaq görünürdü. 

 

Bayquş gəlməsəydi, buralarda sakitlik olacaqdı. Bunu bayquş uçub gedən kimi hiss etdim. Hətta 



cırcıramalar da səsini kəsmişdi. 

 

Arxa tərəfimdə qapı cırıldadı: 



 

– Niyə yatmırsan? 



 

215


 

– Bayquşu qovdum. Yenə gəlmişdi. 

 

– Allah xeyrə calasın. – Nənəm köksünü ötürdü, – heç gözüm su içmir, yaxşı şey deyil. 



 

– Şənbə günü Kamil əmi gələcək. Onu tüfənglə vurar, canımız qurtarar. Gedib deyərəm ki, 

vursun. 

 

– Nəbadə elə şey eləyəsən. Bayquşu vurmazlar, günahdır. 



 

– Axı bayquş gələndə niyə pis şey olur? 

 

– Daha işim-gücüm qurtarıb, gecənin bu vaxtı bayquşdan danışacağam. Yeri yat, səhər dura 



bilməzsən. 

 

– Sabah deyərsən? 



 

– Deyərəm, deyərəm, yat. Üçün yarısıdır... 

 

Elə iş də orasındadır ki, yatmaq istəmirəm. Onsuz da saat yarımdan sonra durmalıyam. Daha 



təzədən uzanmağın nə mənası? Vasiflə danışmışıq ki, sübhdən balıq tutmağa gedək, altının 

yarısında sahildə görüşməliyik... Çarəm nədir, gərək uzanam, yatmasam nənəm rahat 

olmayacaq... Yadımdan çıxmasın, gərək sabah ondan soruşum ki, bayquş gələndə niyə 

bədbəxtlik olur? 

 

Nənəm belə şeyləri yaxşı bilir... 



 

Səhər evdən çıxanda o, qabağımı kəsdi. Dinməz-söyləməz tilovu da, vedrəni də əlimdən aldı. 

 

– Yemək istəmirəm. 



 

– Səndən soruşan var? 

 

O, süd qızdırmağa nə vaxt macal tapmışdı? Bəzən mənə elə gəlir ki, o, heç yatmır, elə belə 



mürgü vurur, şıqqıltı gələn kimi oyanır. 

 

– Hə, söz vermişdin, danış görüm bayquş gələndə nə bədbəxtlik olur? 



 

– Bayquşdan adama xeyir gələr? Ya ölən olacaq, iraq-iraq, ya da naxoşlayan. 

 

Nənəm bütün dediklərinə inanırdı. Yəqin elə buna görə də dünəndən bəri qaşqabaqlıydı... 



Doğrudan da inanırdı ki, evimizdə ya ölən, ya da naxoşlayan olacaq. İkimizdən birimiz. Onun 

qəmli sifətinə baxanda elə yazığım gəldi ki, balıq tutmaq da yadımdan çıxdı. Axı o, yaxşı başa 

düşürdü ki, mən ölməyəcəyəm. Mən ölməyəcəyəmsə, deməli... Belə çıxır ki... O gözüçıxmış 

bayquş gərək gəlib elə bu ağaca qonaydı? 

 

– Bu mövhumatdır, – dedim. 



 

Nənəm də o saat razılaşdı. 

 

– Lap yaxşı, di yeri get, səni gözləyirlər. 



 

 

216


– Daha heç həvəsim yoxdur, – dedim. – Axı sən ağıllı arvadsan, özün fikirləş, bayquş kimi qotur 

bir quşun ucbatından da adam ölər? 

 

Lap bişmiş toyuğun gülməyi gəlir! 



 

Nənəm süfrəni yığışdırdı. Əl saxlayıb diqqətlə məni süzdü. 

 

Başqa birisi belə istehzayla baxsaydı, inciyərdim. Amma doğmaca nənən sənə belə baxırsa, 



çarən nədir, susmalısan. 

 

– Mənəm mövhumatçı? Elə üç il əvvəl bayquş Şahlarbəygilə dadananda atan da mənə 



mövhumatçı deyirdi. 

 

– Axı o, xəstəydi. Özü də lap qocalmışdı. 



 

Özüm dediyimə peşman oldum. 

 

– Qoca olanda nə olar... Şahlarbəy bəlkə bir neçə il də yaşaya bilərdi. Anası Qəmər xanım öləndə 



on yaş ondan qoca idi. 

 

Düz sözə nə deyəsən? Onun ölümündən bir neçə gün qabaq gecələr bağlarına bayquş gələrdi. Nə 



olsun? Bu, hələ mənim üçün sübut deyil. Çünki Şahlarbəy doğrudan da çox qoca idi. Onu 

yoxlamaq üçün hər həftə şəhərdən xüsusi həkim gələrdi. Əvvəla, ona görə ki, Şahlarbəy rəsmi 

surətdə uzunömürlülər siyahısına daxil edilmişdi, çünki bizdə uzunömürlü adamların hamısı 

hesaba alınıb, ikincisi də o, fərdi təqaüdçü idi, keçmiş inqilabçı olduğu üçün ona fərdi təqaüd 

vermişdilər. O, səhərdən axşamacan evlərinin eyvanındakı kresloda oturardı. Bapbalaca bir kişi 

idi. Kresloda itibbatardı, başı da dümağdı, balaca bir saqqalı da vardı. Hamıya baxıb 

gülümsünərdi. – Tanıdığına da, tanımadığına da, evin yanından ötən adamların hamısına... Bu 

yerin camaatı ona hörmət elərdi. Hətta deyə bilərəm ki, onun burda yaşadığı ilə fəxr elərdilər. 

Düzünü desəm, əvvəllər ondan bir az çəkinərdim, yəqin ona görə ki, tez-tez hirslənərdi, belə 

vaxtlarda qışqırar, qızına və oğlanlarının ikisinə də bərk acıqlanardı. Adətən, onlara oyun vaxtı 

acıqlanardı, onlarla ya kart oynardı, ya da nərd. Elə bir axşam yadıma gəlmirdi ki, 

Şahlarbəygildə bir oyun oynamasınlar. Oğlanları tez-tez dostları ilə şəhərdən qonaq gələrdilər. 

Hamısı da yaşlı adamlardılar, axşamdan oturub kart oynayardılar, ya da ki, iki taxtada nərd 

vurardılar. Qonaq olmayan günlərdə o, arvadı Məryəm xanım və qarımış qızı Zərifə ilə 

oynayardı. 

 

Mən onlara gələndə Şahlarbəy mənə də gülümsəyərdi. O saat məktəbdən söz salar, sahildəki 



işlərdən, kənddəki əhvalatlardan soruşardı, hər şeylə maraqlanardı. O dəqiqə bilinirdi ki, təkcə 

ədəb xatirinə danışmır, doğrudan da maraqlıdır. Onunla son dəfə görüşdüyüm axşam yaxşı 

yadımdadır. O yenə də həmişəki kimi, kresloda oturmuşdu. Onun üçün süfrə açmışdılar. Amma 

yemirdi. Oturub fikrə getmişdi. Məni süfrəyə dəvət elədi, dedim ki, sağ olun, yemək istəmirəm. 

Doğrudan da heç yarım saat olmazdı ki, yemişdim. Sonra Pakizə adlı pişiyi göstərib soruşdu: 

 

– Sən bilən, bu Allahın heyvanı niyə yemək istəmir? – Pakizə qabağındakı xörək dolu qaba 



məhəl qoymur, gözlərini Şahlarbəyə zilləyib yazıq-yazıq miyoldayırdı. – Səhərin gözü açılandan 

ağzına bir şey almayıb. Görünür, xanım yeməyi bəyənmir. – Birdən qızını səslədi: – Zərifə! 

Zərifə! Pişiyin qabına nə tökmüsən ki, yemək istəmir? 

 

Qız atasının səsini eşidib qapıdan boylandı: 



 

– Özümüz yediyimizdən – piti. İçinə çörək də doğramışam. 



 

217


 

Üzünü mənə tutdu. – Yəqin elə bilir, onu aldadırlar. – Və hıqqıldayahıqqıldaya yerindən qalxıb 

öz boşqabını götürdü. Pakizəyə yaxın- laşıb güc-bəla ilə əyildi, az qala xörəyi dağıdacaqdı. – 

Bax, elə mənim boşqabımda da ondandır, bax! 

 

Pakizə yavaş-yavaş uzaqlaşdı, bir də dönüb ona baxdı və enib getdi bağa. 



 

Şahlarbəy onun dalınca boylanıb təəssüflə dedi: 

 

– Pişikdir də, nə deyəsən? İt olsaydı, belə şey eləməzdi. 



 

Zərifə boşqabı onun əlindən alıb əvvəlki yerinə qoydu. O da gəlib ehmalca öz kreslosunda 

oturdu. Və birdən mənə tərəf dönüb soruşdu: 

 

– Bura bax, bilyard oynamağı bacarırsan? 



 

Dedim: Yox. Dedi: Eyibi yoxdur, öyrənərsən... Sən bir dünyanın işinə bax, iki adam oturub üz-

üzə, biri oynayır, oyunu başa vurur, o biri hələ heç oynamağın təhərini də bilmir. Bu sənə 

təəccüblü gəlmir? 

 

Həmin o axırıncı axşam, mən gedəndən sonra o, yenə də qızı ilə üz-üzə oturub kart oynayırmış. 



Onlar hələ oyunu qurtarmamış, bayquş yenə ulamağa başlayıb. Kim bilir, bəlkə elə bizə dadanan 

bayquşdur... 

 

Onu elə burda, Qayalıdakı qəbiristanlıqda basdırdılar. O qədər camaat yığışmışdı ki, elə bil 



bütün Bakı ayaq tutub Qayalıya köçmüşdü, amma di gəl ki, Zərifədən başqa heç kim ağlamırdı. 

Hətta oğlanları da... Şahlarbəyin başına gələn məzəli əhvalatları yada salıb gülümsəyənlər də 

vardı. Nurani bir kişinin danışdığı əhvalatlardan biri mənim də xoşuma gəldi, o, Şahlarbəyin 

yanına kart oynamağa gələn kişilərdən idi. 

 

Şahlarbəy mərzölçən mühəndis imiş. O vaxtacan belə bir peşənin olduğunu ağlıma da 



gətirməzdim. Demə, kişi Peterburqda oxuyubmuş. 

 

İnstitutu qurtarandan sonra indiki Bakı Sovetinin binasında yerləşən quberniya idarəsində 



işləyirmiş. Özü də çox çalışqan, səliqəli işçi imiş. Buna baxmayaraq, həmişə ehtiyac içindəymiş. 

 

Ailəsi böyük, qazanan da elə bircə o. Şahlarbəyə rəğbət bəsləyən Bakı qubernatoru bir dəfə onu 



yanına çağırıb deyir: 

 

– Əziz Şahlarbəy, eşitmişəm pula ehtiyacınız var. Buna görə də sizə bir təklif eləmək istəyirəm. 



 

– Zati-alilərinizə son dərəcə minnətdaram, – deyə Şahlarbəy razılıq edir. 

 

– Mən sizi Bayıldan Qaraşəhərəcən bütün neft mədənlərinin mərz müfəttişi təyin eləmək 



istəyirəm. 

 

Şahlarbəy təəccüb eləyir: 



 

– Bağışlayın, axı, müfəttişin donluğu mənim indi aldığımdan çox aşağıdır. 

 

Qubernator ona baxıb gülümsünür. Şahlarbəyin rəngi qaçır, əsəbiliklə deyir: 



 

 

218


– Zati-aliləri məni təhqir edir? 

 

Qubernator da Şahlarbəydən bərk inciyir: 



 

– Demək istəyirsiniz ki, siz məndən də təmiz adamsınız? – Qərəz ki, bir azdan sonra Şahlarbəy 

qulluqdan getməli olur. 

 

Qubernatorla Şahlarbəyin niyə bir-birindən incidiklərini başa düşmədim, atamdan soruşdum. 



Atam məni başa saldı ki, inqilabdan əvvəl neft mədənlərinin mərz müfəttişi çox gəlirli vəzifə 

hesab olunurmuş. Hamı bu vəzifəni ələ keçirməyə çalışırmış, çünki müfəttişdən çox şey asılı 

imiş. 

 

Neft milyonçuları da çalışırmışlar ki, mərz müfəttişini razı salsınlar. 



 

O vaxtlar belə şey rüşvət hesab olunmurmuş, amma ağlım kəsmir. Madam ki, Şahlarbəy o işdən 

boyun qaçırdıb, deməli, elə rüşvət hesab olunurmuş. 

 

O öləndən sonra bağda qızı qalırdı. O vaxt Zərifənin 30 yaşı olardı, bəlkə də bir az artıq. Çox 



arıq idi, sifəti də qırış-qırış... Dünyada bircə dərdi vardı. Birtəhər ərə getmək! Tez-tez nənəmin 

yanına gələr, hey pıçıldaşıb məsləhətləşərdi. 

 

...Tilovla vedrəni götürüb qapıya tərəf getdim. Hər şey aydın idi. İndi yenə fikirləşəcək ki, 



bayquş onun üçün gəlib. Sonra birdən ölüb-eləyər! Elə bu dəm ağlıma bir fikir gəldi. 

 

– Yaxşı, elə tutaq mən inandım ki, Şahlarbəyin ölümü... 



 

Nənəm qımışdı. 

 

– Sən inandın, inanmadın. Aləm bilir ki, bayquş gələndə xeyrə gəlməz. 



 

Başqa bir məsələ də var, – deyə inad elədim: – Axı bayquş gəlib həmişəki hasarın dalındakı 

əncirdə oturur, düzdür? Ora bizim yerimiz deyil. Kamil əminin bağıdır. Deməli, bu bayquşun 

bizə heç bir dəxli yoxdur. Bizim evdə heç kəsə heç nə olmayacaq. Düz deyirəm, ya yox? 

 

Nənəm dillənmədi. Əlini yelləyib, qab-qacağı yumaq üçün quyu başına getdi. 



 

Vaxt keçmişdi. Tələsdiyimə görə Rəşid əminin çəpərindən aşmalı oldum. Hasarın daşlarını şeh 

islatmışdı, özü də buz kimi idi. 

 

Üstüm-başım batdı. Heç nə, səhəri yaxşı başladıq. 



 

Lovğalanırdım, elə bilirdim hamıdan tez mən oyanmışam. 

 

Amma Rəşid eyvanda dostu ilə söhbət eləyirdi. Deyəsən “Jiquli”si olan kişiydi. Hə, elə özüdür 



ki, var! Maşını da orda dayanıb. Rəşidin dost-aşnası çoxdur. Elə hey görürsən ki, ona baş 

çəkməyə gəlirlər. Rəşidin öz dediyinə görə, qonaq onun üçün toy-bayramdır. 

 

O, dostluğu hər şeydən vacib hesab eləyir. Deyir ki, dost dosta yaman gündə kömək olur. Deyir 



ki, elə mənim özüm nə eləmişəmsə, öz əlimin zəhməti ilə eləmişəm. Ali savad alıb. Arvadı da. 

Balaca bir rayon mərkəzindən Bakıya köçüb. Şəhərin mərkəzində üçgözlü mənzildə yaşayır. 

İctimai-təminat nazirliyində məsul işə düzəlib: 

 


 

219


özü də elə işdir ki, yaxşı adamlara yaxşılıq eləyə bilir. Ancaq Rəşidin dediyinə görə, bunlar 

hamısı öz yerində, həyatda dostların da böyük köməyi var, lazım gələndə məsləhət verirlər, 

saqqal tərpədirlər. 

 

Rəşid çox xoşsifət adamdır. Hətta təzə-təzə Qayalıda onun bu nəzakəti təəccüb doğururdu. 



Amma sonra öyrəndilər. Lap açığını desəm, onun əlinin sayəsində çoxları adam kimi durub-

oturmağa başladı. 

 

Bax, elə indi də mənnən salamlaşdı, nənəmin kefini soruşdu, hətta dedi ki, ovun uğurlu olsun. 



Halbuki dostunun sifətindən ayrı şey oxuyurdum. Söhbətlərinə mane olmuşdum, özü də deyəsən 

lap şirin yerində kəsmişdi. Rəşidin bu dostu da Qayalıya təzəlikcə köçüb. Keçən il qəsəbənin o 

başında özünə bağ alıb. 

 

Xasiyyətləri başqa-başqa olsa da, Rəşidlə arvadı çox mehriban idilər. Hətta adam arasında bir-



birinə can deyib can eşidirdilər. 

 

Onun arvadını tez-tez iynə vurmağa çağırırdılar. Heç vaxt yox deməz. Lap gecənin yarısı olsun! 



Deyir ki, bu onun həkimlik borcudur. 

 

Rəşidin arvadının dediyindən bilirəm ki, Qayalının ən nankor adamları onun iynə vurduğu 



adamlardır. Mənim ağlıma belə gəlməzdi ki, bircə kərə adamın gündəyməzini görməklə onun nə 

yuvanın quşu olduğunu biləsən. Adilənin yerinə kim olsaydı, nə qədər pul verirlərsə versinlər, 

evlərə gedib iynə vurmazdı. Amma Rəşidin arvadı öz borcunu yerinə yetirirdi. Dediyinə görə, bu 

borcun onun üçün böyük əhəmiyyəti vardı. Rəşid arvadı Adilə barədə danışanda deyir ki, 

müqəddəs adamdır. Adilə də hər dəfə bunu eşidəndə utanır-qızarır, xahiş eləyirdi ki, daha bir də 

onu belə tərifləməsin. 

 

Kamil əminin evi lap köhnəlib. Ot basmış pillələr uçulub-tökülür. 



 

Onun bağı yaxşı bağdır. Gözəl üzümlüyü var. Meynələrin də hamısı bar verir. Səkkizəcən əncir 

ağacı var, barı da var. Amma di gəl ki, evi heç nəyə yaramır. Hələ şükür ki, dammır. Kamil əmi 

neçə dəfə yığışıb ki, evi düzəltsin, di gəl ki, vaxt tapa bilməyib. 

 

 

Rəşid bir-iki dəfə Kamil əmiyə demişdi ki, icazə ver, bağını sahmana salım. Mənim üçün heç bir 



çətinliyi yoxdur. Onsuz da öz evimi təmir eləyəcəyəm. Sizin evə bir dənə artıq mismar vursam 

dünya dağılmaz ki! Amma o, razı olmamışdı. Rəşidə demişdi ki, özü vaxt tapıb birtəhər 

düzəldər. Mən Kamil əminin yerinə olsaydım, yox deməzdim, köməyə nə söz! Rəşid qonum-

qonşuya çox kömək eləyir, özü də pulnan yox, elə-belə, əvəzində bir təmənna da ummayır. Özü 

deyir ki, sidq ürəknən eləmişəm. 

 

Məsələn, elə Məmmədəlini götürək. Öz qiymətinə, bir qəpik də oyan-bu yan yox, bir dənə əla 



elektrik nasosu tapıb gətirdi vurdu quyuya. Neçə il idi Məmməd bu nasosdan ötrü avara idi. 

Başqa bir qonşuya da növbəsiz “Moskviç” almağa kömək elədi. Deyir, müəyyən yerlərdə 

dostları var. O adamlar ki, düz adamlardır, biclik bilmədikləri üçün əllərindən bir şey gəlmir, 

Rəşidin dostları onlara kömək eləməyə hazırdılar. 

 

Rəşid bəlkə də Kamil əminin bağını ona görə təmir eləmək istəyib ki, öz qonşuluğunda xaraba 



ev görməsin. Özü də öz bağına yaman qulluq eləyir, meynələr cərgə-cərgə, əncir, tut ağacları da 

çox səliqəlidir. Hətta Rəşid onları budayır da. Əvvəllər Qayalıda heç kəs belə ağacları 

budamazdı. Amma Rəşid gələn kimi aqronom, bağban çağırıb bütün bağı qaydaya saldırdı. O öz 

evinin qabağında mavi Sənubər ağacı da əkdi. Daha Qayalıda adam qalmadı, hamı gəlib bu 



 

220


ağaca tamaşa elədi. Çoxu təəccüblə baxıb deyirdi ki, buralarda belə ağac tutmaz, guya buranın 

torpağı yaramır. Amma həmin il Sənubər tutdu, di gəl ki, çox zay ağac çıxdı. Görünür, nə isə bu 

xüsusi Sənubərdir. Çünki dəniz qırağında nə qədər milçək vardısa, hamısı gəlib bu ağaca 

qonurdu. Yəni əslinə qalsa bu Sənubər müəyyən mənada xeyirli ağacdı, onun hesabına ətrafda 

bir milçək də qalmamışdı. Hamısı onun üstünə yığılmışdı. Ağaca yaxınlaşanda vızıltısından 

qulaq tutulurdu, budaqlar xışma-xışma milçəkdi. Nə yarpağı görünürdü, nə də gövdəsi. Heç nə 

kömək eləmirdi. Ağacı dərmanlayırdılar. İki gündən sonra görürdün ki, yenə yığışdılar. 

 

Özü də deyəsən çox uzaq yerlərdən uçub gəlirdilər. Çünki şəxsən mən son vaxtlarda nə dəniz 



qırağında, nə də evdə bir dənə də olsun milçəyə rast gəlməmişdim. Əvəzində ölü milçək nə qədər 

istəsən vardı, Rəşidin evində heç ayaq basmağa yer yoxdu. 

 

Axır çarəsiz qalıb ağacı kəsdilər. Rəşiddən başqa hamı ona heyifsilənirdi, çünki ağac kəsiləndən 



sonra Qayalıda yenə də milçək əmələ gəldi. Çox deyildi, elə əvvəllər nə qədər vardı, elə indi də o 

qədər. Hər halda əmələ gəlmişdi. Kamil əmi ağacın kəsildiyini eşidəndə Rəşidə dedi ki, yaman 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin