Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə32/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

mənimlə yanaşı oturmuşdu. Baxaq görək, təzə yerdə, təzə tilovla işi necə gedəcək? Yəqin 

fikirləşir ki, bu tilov qismətli tilovdur, zarafat deyil, nərə balığı düşüb. Maraqlıdır, görəsən belə 

əlamət də varmı? 

 

Gərək fürsət tapıb Vasifdən soruşam. Əşi, daha bəsdi uydurmalar haqda fikirləşdim. Yaxşı ki, 



mən belə şeylərə inanmıram. Heç vaxt da inanmayacağam. Belə şey olar, səhərdən o qotur 

bayquş yadımdan çıxmır! Görəsən bundan da axmaq uydurma olar? Mövhumat boş şeydir: 

keçmişin qalığıdır. Tarix dərsindən keçmişik ki, qədimlərdə, sonra da orta əsrlərdə adamlar 

quyruqlu ulduzlardan qorxarmış, deyərlərmiş bu ulduz axdımı, deməli, kimsə bu dünyadan 

köçdü. Yaxşı ki, heç olmasa indi bu əlamətə inanmırlar. Keçən il göydə quyruqlu ulduz 

görünəndə mən heç kəsdən heç nə eşitmədim. 

 

Heç nə də olmadı. Gör ha, heç yadıma düşmədi ki, bunu nənəmə danışam! Bunu desəydim, bu 



olardı əsl sübut, elmi fakt, bunun əvəzinə Kamil əminin bağını dedim! 

 

Yadıma düşdü. Bu məsələdə heç bir pislik yoxdur. Lap yəqin bilirəm. Ancaq yenə də nə isə 



ürəyimi sıxan bir şey var, mənə elə gəlir ki, Kamil əmiyə qarşı çox ədalətsiz bir iş görmüşəm. 

Bilirəm, axmaq fikirlərdi, amma özümlə bacara bilmirəm, fikrimdən çıxmır, vəssalam. Bilmirəm 

başqaları necədi. Mən fikirləşməyi bacarmıram. 

 


 

235


Hərdən istəyirəm yaxşı şeylər haqqında fikirləşim, di gəl ki, başıma axmaq fikirlər gəlir. Yəqin 

ki, Kamil əmi belə şey barədə fikirləşməz. O özünü məcbur eləyə bilir. Elə götürək onun 

işləməyini. 

 

Mən hələ onun mühəndisliyini demirəm. Aydın məsələdi: boş yerə maaş vermirlər ki... Mən 



onun evdə makinada yazmasını demirəm. Axı o, adi makinaçı kimi işləmir. Makinaçıya nə var, 

nə deyirlər, onu da yazır, nə verirlər, üzünü köçürür. Amma o, hər şeyi yazmamışdan əvvəl 

fikirləşməlidir. Məsələn, mən onun yerinə olsaydım, özümü fikirləşməyə məcbur eləyə 

bilməzdim. Darıxardım. 

 

Zənnimcə, bu, bir dərsdən dalbadal “iki” almaq kimi şeydir. 



 

Necə uşaq olur-olsun, bu onu darıxdırar, bir də bu dərsi öyrənməz. 

 

Deyəsən, Kamil əmi də belə bir vəziyyətə düşüb. Gecə-gündüz işləyir, makinada yazır, amma di 



gəl ki, yazdığını çap eləyən yoxdur. 

 

Evində beş-altı qovluq əsər yığılıb. Amma o elə hey işləyir. 



 

Hər axşam, cümə və şənbə günləri lap çox, demək olar ki, səhərəcən işləyir. Əvvəllər 

yazdıqlarını tez-tez Nailəyə oxuyardı, sonda daha gec-gec oxudu, axırda heç oxumadı. 

 

Vaxtını dürüst deyə bilmərəm. Bu gün onların evinə yaxınlaşanda eşitdim ki, Kamil əmi 



yazdıqlarını oxuyur, özü də yaxşı oxuyur, onun oxumasından çox xoşum gəlirdi. Səsi də ürəyə 

yatır, lap açığını desəm, radio və televiziya diktorlarının çoxundan yaxşı oxuyur. Kamil əmi 

oxuyurdu: Nailə də onun dizləri üstündə oturub qulaq asırdı. Diktor istəyirəm ki, belə bir 

vəziyyətdə – dizləri üstündə Nailə kimi qəşəng, boylu-buxunlu bir qadın otursun, görüm o, 

ağıllı-başlı bir şey oxuya bilər? Xüsusilə bir diktordan lap zəhləm gedir. Səsini eşidəndə başım 

ağrıyır. Sifətinə baxan kimi deyirsən nə isə çox mühüm, təntənəli bir şey oxuyacaq. Amma mən 

görən kimi bilirəm ki, heç bir təntənə-zad yoxdu, ya hava haqqında məlumat verəcək, ya da 

hardasa boş iş yeri olacağı barədə reklam oxuyacaq, ya da ki, istirahət parkındakı gəzintidən 

danışacaq. Adamın gözünə baxmır, həmişə çalışır ki, nəzərini yayındırsın. Bir dəfə, vallah düz 

deyirəm, bir iş oldu, ona lap yazığım gəldi. Düzdür, bilmirəm mən fikirləşən kimidir, ya yox, 

bunu gərək özündən soruşasan. O, nə isə oxuyub qurtardı, dayanıb gözlədi, gözlədi ki, nə vaxt 

kino kadrları göstərəcəklər. Birdən nə olsa yaxşıdır, qarnı quruldamağa başladı. Yazıq stulun 

üstündə qurcalandı. Yan-yörəsinə göz gəzdirdi, amma əlindən nə gələrdi, kino kadrları başlanana 

qədər qurultusu eşidildi. Qəribə şeydir, belə çıxır ki, onun qarnının qurultusunu bütün şəhər 

camaatı eşitmişdi! 

 

Amma Kamil əmi Nailəni dizləri üstündə oturdub bir əlilə də boynunu qucaqlayıb oxuyurdu: özü 



də rəvan, sakit... Söz yox, mən özümü görməməzliyə qoydum, Nailə məni görən kimi, ayağa 

qalxıb çay təklif elədi. İstəmədim. Kamil əmidən xahiş elədim ki, mənə fikir verməsin, oxusun. 

Elə mən də qulaq asmaq istəyirdim. O, başı ilə razılığını bildirib, stolun üstündəki kağızı götürdü 

və oxumağa başladı. Çox maraqlı idi. Özü də ən maraqlısı o idi ki, orada heç bir hadisə, macəra-

filan yox idi, amma di gəl ki, maraqla qulaq asırdım. 

 

Orda müharibə vaxtı adamın başına gələn əhvalat yadımdadır. 



 

Mən qabaqlar bilməzdim, heç demə, müharibə illərində Bakıya Ukraynadan xeyli adam 

köçürüblərmiş. Orda döyüşün qızğın çağı imiş. Ukraynalıları evlərə paylayıblarmış. Bir ailəni də 

həmin adamın mənzilinə köçürüblər – adı, peşəsi yadımda deyil... Deməli, günlərin bir günündə 



 

236


həmin adam işdən evə qayıdır, görür ki, tində pivə satırlar. O vaxtlar Bakıda belə şey çox nadir 

hadisə imiş. İşdən yorğun qayıtmağına baxmayaraq növbəyə durur, özü də bərk acmış. 

 

Növbə uzun olur, o, fürsət tapıb yaxındakı mağazaya qaçır, böyük bir şüşə alır, – “çetvernoy” 



deyirmişlər, üç litr yarım tuturmuş. İndi nədənsə elə şüşələr yoxdur. Evə gec gəlib çıxır. O 

gələndə hamı yatıbmış, bircə o ukraynalı oyaq imiş. Ukraynalı pivəni görəndə çox təəccüblənir. 

Deyir ki, iki ildir dilimə pivə dəymir. Onda ev sahibi pivəni ukraynalı ilə bölüşməyi qərara alır. 

Onlar şüşəni dibinəcən içirlər, yaman da keflənirlər. Üç litr yarım pivədən keflənirlər! 

 

Gör necə zəif imişlər, pivə içməyi də yadırğayıblarmış! Onlar pivəni içəndə ukraynalı davadan 



qabaq öz ailəsi ilə keçirdiyi güzərandan, evlərindən, bağlarından, işindən söhbət eləyirmiş. Vaxt 

gec olsa da oturub söhbət eləyirlərmiş, danışırlarmış ki, müharibə çox qorxulu şeydir, nə qədər 

bədbəxtliklər gətirib, itkilər törədib! Hələ nə qədər dəhşətli şeylər olacaq! Söhbət eləyib 

qurtarandan sonra ukraynalı soruşur ki, pivə neçəyəydi? Götürüb içdiyi pivənin pulunu verir. 

Bunun üstündən xeyli keçəndən sonra, həm müharibə vaxtı, həm də müharibədən sonra həmin 

adamın başına çoxlu qəribə işlər gəlir. Bir dəfə lap az qala öləcəkmiş. Qərəz, başına çox bəlalar 

gəlir, hamısı yadımda qalmayıb. Axır ki, ukraynalılar evlərinə qayıdırlar, hamı yerbəyer olur, 

amma o sakitləşmir, fikirləşir ki, gör müharibə insanları nə günə salır? Hər dəfə ukraynalıdan 

pivə üçün pul aldığını yadına salır. Povestdə bu barədə bir söz deyilməsə də mənə elə gəldi ki, o 

adam tutduğu işdən peşmandır, xəcalət çəkir. Birdən Kamil əmi dayandı, daha doğrusu, Nailə 

onu saxladı. Ona nəsə bir sual verdi. Povestdə nəyisə başa düşməmişdi. 

 

Görünür, Nailənin bu sualı Kamil əmiyə qəribə gəldi, hətta deyəsən ürəyindən olmadı. Rəngi 



qaçdı. Suala birdən-birə cavab vermədi. 

 

Bir az duruxandan sonra dedi ki, bunlar boş şeydir. O, görünür, xudpəsənd adamdır. Onları boş-



boş şeylərə qulaq asmağa məcbur eləyir. Onun bu cavabından Nailə özünü itirdi. Mən işi belə 

görəndə, tez ayağa qalxıb dedim, daha vaxtdı, getməliyəm. Halbuki məni nənəm çağırıb 

eləmirdi. 

 

Pillələri enəndə Nailənin səsi gəldi: 



 

– Axı sən məni ədəbiyyatı başa düşdüyüm üçün sevməmisən? 

 

Kamil əminin cavabını eşitmədim. 



 

Ertəsi gün danışdıq ki, üçlükdə dənizə gedib çimərik. Evdən təzəcə çıxmışdıq ki, Rəşid bizi 

səslədi. O da getmək istəyirdi. Eh, bu hardan çıxdı! Yaxşı ki, gözləməli olmadıq. Hamı hazır idi. 

Rəşidin əlində iri bir çanta vardı. Adilə sonbeşiyini qucağına almışdı. 

 

O biri uşaqlar da cürbəcür bağlamalar aparırdı. Birinin əlində yekə bir günlük vardı, həmişə 



özüylə aparır, ailəsini onun altına yığırdı. 

 

Qəşəng günlükdür. Çimərlikdə hamı ona baxır. Günlük belə qəşəng olmasaydı, onu heç 



aparmağa da dəyməzdi. Çünki çimərlikdə dörd böyük dəmir talvar – günlük var. Amma həmişə 

altı boş olur. Mənə nə var, qoy lap Qayalı camaatının hamısı köçüb çimərliyə gəlsin. 

 

Gərək elə bizimlə gələlər? Rəşid heç kəsə aman vermirdi. Bir dəqiqə də olsun dil-boğaza 



qoymurdu. Mən də ona bir-iki dəfə cavab verdim, sonra çəkildim kənara. Nailə ilə, Kamil əmi də 

demək olar ki, ağızlarını açmırdılar. Adətən, çimərliyə gedəndə hər ikisi zarafat eləyərdilər. 

Kamil əmi nə isə gülməli bir şey danışırdı, amma bu gün ikisi də susurdu, elə bil ağızlarına su 

almışdılar. 



 

237


 

Bu gün çimərlikdə hava çox yaxşı idi. Elə bil kimsə bilə-bilə göydən bir-iki bulud asmışdı. 

Günəşin işığı da elə bil buludlardan yox, tutqun şüşədən keçirdi, ilıqlığı adamın canına yayılırdı. 

Ləpədöyəndə ayağımla suyu yoxladım. Əla idi, ləzzət verirdi. 

 

Gördüyüm yuxudakı kimi. Mən o yuxunu bir neçə dəfə görmüşəm. 



 

Dənizin sahilində isti qum, dörd yan qayalıq, qayaların üstündə yaşıl-yaşıl ağaclar, kollar... Elə 

su da yaşıldı. Özü də isti, dumduru, baxırsan, dibi görünür. Suyun dibi elə ağdı ki, elə bil buzdu, 

şəkərdi, əriməkdədi. Bir dəfə atamla Daşkəsənə, dağ-filiz kombinatına gedəndə də belə bir 

mənzərə görmüşdüm. Bir yaşıl dərəylə bir çay axırdı. Çayın suyu göz yaşı kimi dumduru idi. 

Dibi də yuxuda gördüyüm suyun dibi kimi... Çay elə bil gen, ağ pillələrdən axırdı. Hər pillənin 

sahəsi Kamil əminin bağı boyda olardı. Su da yaman lal axırdı, bir dənə də olsun, qırışığı yox idi. 

Dumduru, büllur su... 

 

Nədənsə mənə elə gəlirdi ki, bu su çox soyuq olmalıdır. Atam da bunu təsdiq elədi, dedi ki, dağ 



çaylarının suyu çox soyuq olur. 

 

Çayın dibi də ağ mərmər yatağının üstündən axdığına görə ağdır. 



 

Hər dəfə belə yuxudan oyananda adam hayıfsılanır. Neçə dəfə çalışmışdım ki, təzədən yatıb, 

yenə də həmin dalğaların qoynuna qayıdam, üstündə qəribə ağaclar bitən qayaları görəm, amma 

heç bir şey çıxmamışdı. Düzdür, yatmışdım, ancaq təzədən o yuxuları görə bilməmişdim. İndi 

hərdən o yuxuları yadıma salanda deyirəm ki, bəlkə doğrudan da belə bir sahil var. Əlbəttə, 

burda – Qayalıda yox, harada isə başqa yerdə. Deyirəm, nə olaydı, o yerləri gözümlə görəydim. 

Bilirəm, adam yuxuda gördüyünü həyatda görə bilməz. 

 

 



Bilirəm ki, bu, quruca arzudu! Amma yenə də ümidimi kəsmirəm. 

 

Bugünkü çimmək əhvalatından da bir şey çıxmayacağını bilirdim. Nailə sudan çıxıb sahilə 



qayıtdı. Kamil əmi də onun ardınca. 

 

Nailə meduzalardan həm qorxur, həm də iyrənirdi. Onlar çox sürüşkən və yapışqanlıdır. Çox 



olanda adama elə gəlir ki, xaş bişirib suya töküblər. Nə mən, nə də Kamil əmi buna fikir 

vermirik, xoşumuza gəlməsə də çəkinmirik. Amma meduza görən kimi Nailənin əti ürpəşir. 

Kamil əmi onun ardınca çıxdı. 

 

Bu il dənizdə meduzanın sayı-hesabı yoxdur. Heç əvvəllər buralarda meduza-zad olmazdı. 



Nəinki Qayalıda, elə bütün Xəzər dənizində bir dənə də olsun meduza yox idi. İki il olardı ki, 

əmələ gəlmişdi. Zənnimcə, buna sevinənlər də vardı. Yəni bizim dənizimiz də başqa okeanlar və 

dənizlər kimi, meduzalı olub. Nə deyirəm, həftədə bir-iki meduza görünsə, buna nə var ki! 

Amma ilbəil artır. O qədər artıb ki, az qala sahilə çıxsınlar. Ancaq bərk külək əsdimi, bir neçə 

gün görünmürlər. 

 

Kamil əmidən soruşdum ki, bu meduzalar Xəzər dənizində hardan əmələ gəlib, onları birtəhər 



təmizləmək olar, ya yox? O da məni başa saldı, dedi, görünür, Qara dənizdən, ya da Aralıq 

dənizindən gələn bir gəminin altına yapışıb, Volqa-Don kanalıyla Xəzər dənizinə gəlib çıxıblar, 

burda da şəraitləri yaxşı olub, artıb törəyiblər, şəraitə uyğunlaşıblar. Görünür, əvvəlki yerlərdə 

meduzaları delfinlər, ya da başqa-başqa balıqlar yeyirmiş, burda isə onların düşməni tapılmayıb. 

Bircə fırtınadan qorxub dərinə çəkilirlər. Nə olsun, bir az keçir, təzədən qayıdırlar. Buna görə də 

belə artıb törəyiblər. 



 

238


 

Hələ ki, alim-bioloqlar bir çarə tapa bilməyiblər. Sonra Kamil əmi dedi ki, buna oxşar şeylər 

adamların arasında da olur. Əvvəl elə bildim zarafat eləyir, sonra gördüm yox, ciddi danışır, 

deyir ki, adamların arasında da elələri var ki, başqalarına nisbətən mühitə daha tez uyğunlaşırlar, 

özlərinə uyğun mühit seçməyi daha yaxşı bacarırlar. Bax, heç uzağa getməyək. O, instituta 

girəndə kim desəydi ki, bəzi müəllimlər tələbələrdən rüşvət alır, heç inanmazdı. 

 

Sonra məlum oldu ki, alan varmış. Əgər bu məsələ ilə ciddi mübarizəyə başlamasaydılar, kim 



bilir axırı hara gedib çıxacaqdı. Kamil əmi deyir ki, gendən baxanda bu rüşvətxorlar heç adi, 

normal adamlardan fərqlənmirlər. Hətta onlar iclaslarda, pedaqoji şuralarda çıxış eləyir, doğru-

düzgünlük haqqında danışırlar. O saat televizorda göstərilən bir məhkəmə yadıma düşdü. Həmin 

məhkəmədə bir institut müəlliminin işinə baxırdılar. Kamil əmi də elə həmin institutda işləyir. 

Prokuror da, şahidlər də müəllimə hər şeyi sübut elədilər. 

 

Amma onun heç eyninə deyildi. Axırda durub nə desə yaxşıdır? 



 

Durub dedi ki təqsiri-filanı yoxdur, ömrü boyu gənc nəslin tərbiyəsi ilə məşğul olub. Kamil əmi 

məni başa saldı ki, belə adamlar hər yerdə var, təkcə institutlarda deyil, hər yerdə var. Amma 

özlərini təmizə çıxartmağın yollarını elə öyrəniblər ki, onları ifşa eləmək get-gedə çətinləşir. 

Baxanda deyirsən adamdır da, üst-başı, geyimikeçimi öz qaydasında, qalstuk taxıb, teatra gedir, 

hamı necə, o da elə, qəzet oxuyur... 

 

Rəşid də bunun cavabında söhbətə qoşulub dedi: “Hamı bilir ki, mən necə ürəyinazik adamam, 



heç qarışqaya da qəsd eləmərəm. 

 

Ancaq Kamil əminin dediyi o əclafları öz əlimlə güllələrdim. Bax, divara dayayıb, güllələrdim”. 



Kamil əmi də gülümsünüb dedi ki, güllələməklə iş düzələn deyil. 

 

– Bəs nəynən düzəltmək olar? – deyə Rəşid soruşdu. 



 

Özü də çox təəccüb eləyirdi ki, Kamil əmi belələrinin güllələnməyinə razı deyil. 

 

Kamil əmi gülümsündü: 



 

– Bunu bilsəydim, onda başqa işlə məşğul olardım... Bilmirəm. 

 

Rəşid əlindəki çantanı açdı, məlum oldu ki, bu, əl soyuducusudur. 



 

Onun içindən bir şüşə şərab, bir neçə banka da portağal şirəsi çıxartdı. Hamını çətirin altına 

salınmış xalının üstünə dəvət elədi. 

 

Portağal şirəsiynən şərab çox ləzzətliydi. O, növbə ilə hamının sağlığına içdi, hamıya xoşbəxtlik 



arzuladı. Sonra da əlindəki badəni qaldırıb dedi, ən böyük arzusu odur ki, Nailənin atası buralara 

gəlsin, qızıyla, Kamil əmiylə bir stolun başında otursun. – Bircə bunu, – dedi, – görsəm, özümü 

dünyada ən xoşbəxt adam hesab elərəm. 

 

Nailə ilə Kamil əmi bir-birinin üzünə baxdılar. Ancaq daha Rəşidə bir söz deyib eləmədilər. 



 

Mən görürdüm ki, Nailəyə olan münasibət bir az yaxşılaşıb. 

 

Qonşular onu yavaş-yavaş qonaq çağırırdılar. Hətta özləri də onlara qonaq gedirdilər. Ancaq 



insafnan demək lazımdı ki, hamıdan əvvəl Adilə ilə Rəşid dəyişmişdi. İndi Adilə onu “Nelinka”, 

 

239


ya da “əzizim” deyə çağırırdı. Hər dəfə görəndə ovqatı təlx olsa da, hökmən gülümsünürdü. Tez-

tez söhbət eləyirdilər. Ancaq hər nədən danışırdılarsa danışsınlar, axırda Adilə söhbətini 

məsləhətlə qurtarırdı. 

 

Hər dəfə Adilənin “sənin yerinə olsaydım” sözünü eşidəndə o saat bilirdim ki, indi məsləhətə 



başlayacaq. Elə Rəşidin özü də... 

 

O, Kamil əmidən qırx dəqiqə tez gəlirdi. Kamil əmi şəhərdən gəlib çatanacan Rəşid bu qırx 



dəqiqəni də Nailənin xeyrinə sərf eləməyə çalışırdı. Nailəyə məsləhət görürdü ki, məzuniyyəti 

qurtarandan sonra işlədiyi memarlıq emalatxanasından çıxsın, deyirdi ki, orda heç bir perspektiv 

yoxdur, gedib layihə institutuna girsin, ordan irəliyə gedə bilər. O hətta Kamil əminin də 

qayğısına qalırdı. Elə hey Nailəyə təsəlli verirdi ki, narahat olmasın, ötəri həvəsdi onun 

məşğuliyyəti, tezliklə keçib gedər. Ağlını başına yığıb əməlli-başlı bir işlə məşğul olar, özü də 

çox böyük uğurlar qazanar. Deyirdi ki, onu başa düşürəm, elə hamı çalışır ki, məşhur yazıçı, ya 

da artist olsun. 

 

Ancaq çox təəssüf ki, bu, çətin məsələdi, çünki bunun üçün istedad lazımdır. Bax, elə mənim 



özümü götürək. Mənim istedadım yoxdur. 

 

Amma heç yenimə deyil, varsa, ailəmə də, uşaqlarıma da, elə özümə də bəsdi. Kamil əmi də, 



vaxt gələr, bunu başa düşər, onda hər şey su kimi asan olar. Şükür ki, başı üstündədir, əsas da 

budur. 


 

Adamın da başı oldu, təhsili oldu, onda daha nigarançılığa dəyməz. 

 

Xoşum gəldi Nailədən, qayıdıb Rəşidə nə desə yaxşıdır, dedi ki, Kamil nə istəyir onu da eləsin. 



Bunun mənim üçün heç bir fərqi yoxdur. 

 

Axır vaxtlar Nailə onlara çox tez-tez gəlirdi. Əvvəllər Kamil əmi işdə olanda bir də baxırdın 



durub getdi Rəşidgilə. Axşamlar da, Kamil əmi ki, makinada yazmağa başlayırdı, durub onlara 

gedərdi. 

 

Görünür, saatlarla makinada yazan adama baxmaq o qədər də ürəkaçan şey deyil. 



 

Nənəm bu söhbətlərdə demək olar ki, iştirak eləmirdi. Bu çox qəribə idi, çünki nənəm söhbətcil 

adamdı. Onlar bizə gələndə nənəm hərdənbir söhbətə qarışıb bir-iki söz deyərdi, özü də ona 

müraciət eləyəndə. Amma çox vaxt qarışmazdı, qulaq asardı, əli də işdə olardı. Ya görürdük 

əncir soyur, ya da ki, xörək bişirir... Amma əksinə, Nailə tək gələndə nənəm onu gülər üzlə 

qarşılayır, özü də həvəslə söhbət eləyirdi. Qəribə burası idi ki, nənəmin münasibətinə bir irad 

tutmaq olmurdu. Amma mən hiss eləyirdim ki, o, Nailəynən başqa cür danışır. Nailə iki-üç dəfə 

ondan xahiş elədi ki, fisincan bişirsin, nənəm o saat razı oldu, bişirdi. Axşamdan qoz hazırladı, 

özü də ət maşınından keçirtmədi, həvəngdəstəyə salıb döydü. Məni də göndərdi kəndə ki, gedib 

narşərab tapım, evimizdə sirkə ola-ola... O ki qaldı fisincanın rənginə, bunun üçün arvad çox 

çalışdı. Əvvəlcə çuqun qab götürüb içinə narşərab tökdü, sonra iki dənə girdə dəmir qoydu ki, 

fisincanın rəngi qaralsın. Əsl fisincan kimi. Ancaq bundan sonra həvəngdəstədə döydüyü qozu, 

xırda-xırda doğradığı soğanı və ördəyi qaba qoydu, üstündən də cürbəcür ədvəcat səpdi. Nailə 

fisincandan çox razı qaldı. Nənəmə təşəkkür eləyəndə nənəm də razılıqla dedi ki, nuş olsun! 

 

Gördüyünüz kimi, hər şey öz qaydasında idi. Ancaq mən qəti surətdə bilirdim ki, Nailə onun 



döşünə yatmır, arvadın da belə xoş rəftarı ancaq nəzakət xatirinədir. Bəlkə də mənim xatirimə: 

nənəm bizim dost olduğumuzu bilirdi. Buna görə də ona yaxşılıq eləmək istəyirdi. Amma heç 

başa düşə bilmirdim ki, nə üçün Nailə kimi mülayim və yaxşı bir adam nənəmin xoşuna gəlmir? 


 

240


Nailənin özü onun xətrini çox istəyirdi. Ayağını qapıdan içəri qoyan kimi, hər şeydən əvvəl 

nənəmin kefini xəbər alırdı. Hətta Adilə də daha onu bəyənirdi. Di gəl ki, nənəmin münasibəti 

dəyişmirdi. Sual olur, nə üçün? Görəsən elə bircə geydiyi paltar üçün? 

 

Nənəm eyvanda oturub bərk fikrə getmişdi. O, beləcə oturub dincini alır. Elə bil arvad birdən-



birə taqətdən düşür, özü də çox oturmur. Bax elə indi də oturub gözlərini uzaqlara zilləyib, elə 

bil kiminsə yolunu gözləyir, ya da dənizə tamaşa eləyir. Amma əslində belə vaxtlarda nənəm heç 

nə görmür, çünki nə isə fikri özündə olmur. Gəlib bir şey soruşanda, əvvəlcə diksinir, elə bil 

yuxudan oyanır, özü də soruşulduğunu birdən-birə başa düşmür, ikinci dəfə soruşmaq lazım 

gəlir: 

 

– Deyirəm ki, elə bircə paltarına görə? 



 

– Onun paltarıyla nə işim var? – Nənəm etiraz eləyir. – Necə istəyir, elə də geyinsin. Ərinin 

ürəyindəndirsə, mənə nə... 

 

– Bəs onda niyə ondan xoşun gəlmir? 



 

– Gəlir, ya gəlmir... Axı onun nəyindən xoşum gəlsin? Kişiyə də belə arvadlıq eləyərlər? Bura 

gələndən görməmişəm ki, kişi qızı bir yerə mıx vursun, bir şeyi burdan götürüb ora qoysun, evi 

necə vardı elə də durur, heç olmasa bircə dəfə Kamilə xörək bişirsin. 

 

Bişirdiyi nədir, qızardılmış kolbasa, pomidor çığırtması... 



 

– Hələ xörək bişirə bilmir, öyrənər. 

 

– Gözlə, öyrəndi ha! Heç olmasa kişi qızı bir gözünün ucu ilə baxaydı, görəydi mən xörəyi necə 



bişirirəm!.. Elə hey çal-oynadadır, belə şeylər də kişiləri çox tez yorur. Mən razılaşmadım: 

 

– Ay nənə, bir özün fikirləş, gör bircə fisincan bişirmək üçün sənin nə qədər vaxtın gedir. Azı 



beş saat. Düzdür? Bəlkə başqalarının bu qədər vaxtı yoxdur... 

 

Nənəm incidi: 



 

– Bəs necə, elə avara bircə mənəm, heç bilmirəm vaxtımı hara sərf eləyim. 

 

Yaman incidi. Artıq başa düşürdüm ki, yaşa dolduqca adamlarla əməlli danışa bilmirəm. 



Əvvəllər məndən inciməyi heç kəs ağlına da gətirmirdi. Nə deyirdimsə, deyirdilər ki, uşaqdır, 

başa düşmür. 

 

Mənə elə gəlir ki, böyüklər bir-biri ilə danışanda sözü deməmişdən əvvəl xeyli fikirləşirlər. 



Ehtiyat eləyirlər ki, birdən bir-birinin könlünə toxunarlar. 

 

– Yox, – dedim, – mən demirəm ki, sən vaxtını hədər keçirdirsən, demək istəyirəm ki, siz başqa-



başqa adamlarsız, ona görə vaxtınızı da başqa cür keçirdirsiniz. Axı insafla desək, o bura 

dincəlməyə gəlib, sentyabrdan işə gedəcək. Onun fisincan, düşbərə bişirmək üçün vaxtı hanı? 

İndi öyrənsə də payızda yaddan çıxardacaq. Amma sən onu özünlə bir ölçürsən. Zənnimcə, 

məsələ bundadır. 

 

– Adilə də işləyir! 



 

– Sən də ona tay tapdın! 



 

241


 

– Tay eləmirəm. Qoyunu qoyun ayağından, keçini keçi. Deyirəm ki, Adilə gözünün 

qabağındadır. Səhərdən-axşamacan əli dinclik bilmir – bir yandan uşaqlar, bir yandan da ev-eşik. 

 

– Hələ bir gedib iynə də vurur. 



 

– Pis eləyir? 

 

– Qeybətçidir! 



 

– Bu, qadası, onun öz işidir. Qeybətə qulaq asan olmasa, qeybət də olmaz. 

 

– Bəs niyə bu sözləri Nailəyə demirsən? 



 

– Quyuya su tökməklə quyu sulu olmaz. Gərək adamın özündə fərasət olsun. 

 

Bazar günü səhər elə evimizdən çıxıb Kamil əmigilə gedirdim ki, gördüm Rəşid də ora gedir. 



Əvvəl bir istədim qayıdım, sonra özözümə fikirləşdim ki, çox ləngiməz, çıxıb gedər, özümüz 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin