Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə40/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

 

– Elana qulaq asmaq lazımdı! – Tağıyev yoldaş dodaqaltı mızıldandı; mən də ürəyimdə ona haqq 



qazandırdım. Doğrudan da elana qulaq asmağa nə varmış ki... Eşidərsən – özünə xeyir olar! – 

Beş dəfə dedilər! Getdik. – Biz onun arxasınca düşdük. – Mən təkəm, siz çox!.. 

 

– Siz deyən də çox deyilik, – Seymur “düzəliş” verdi, – solistlə bir yerdə səkkiz adamıq. 



 

– Bax, siz, orkestrin rəhbəri kimi, hamını deputat otağına yığa bilərdiniz! – Tağıyev yoldaş 

hirsini gizlədə bilmədi. – Sizin baqaja görə mən gecikdim, instrumentlərinizi təyyarəyə 

yükləməyə icazə almaq üçün pilotdan xahiş eləmək lazım gəldi. – Birdən dayandı, barmağını 

yuxarı qaldırdı. – Buyurun, altıncı dəfədi elan verirlər! 

 

“Flaminqo” estrada qrupundan xahiş olunur ki, ikinci mərtəbəyə, deputat otağına qalxsınlar. 



Təkrar edirik...”. 

 

Səssizcə bir-birimizə baxdıq... 



 

Tağıyev yoldaşın hirsinin soyuması üçün elə bil bircə bu kifayət imiş... İndi onun üzündə 

utancaqlıq vardı, alnının tərini silib günahkarcasına gülümsündü. 

 

– Bağışlayın, – dedi, özü də, nə üçünsə, üzünü mənə tutdu. – Bağışlayın. Yadımdan çıxıb sizə 



deyəm, orkestrinizə rəsmi ad verilib: “Flaminqo” qrupu... Necə unutmuşam! Hə, ad xoşunuza 

gəlirmi? 

 

Təyyarəyə minmək üçün biz, doğrudan da, deputat otağından keçib getdik. Nə üçünsə, 



fikirləşirdim ki, bizi qapıdan geri qaytaracaqlar, başımıza çox gəlmişdi, amma elə olmadı... 

Palmalı, fəvvarəli iri, sərin otaqda rahat, yumşaq kreslolar qoyulmuşdu, üstünə də qəzet-jurnal 

düzülmüşdü. Bir neçə kişi və qadın stolun arxasında əyləşib söhbət eləyirdilər, gözucu bizə baxıb 

üzlərini çevirdilər. 

 

Tağıyev yoldaş tapşırdı ki, o gələnə kimi burdan tərpənməyək. Dedi, özü də yox oldu. 



Pəncərədən bizim təyyarəyə baxıram, sərnişinlər trapın yanına toplaşıblar, hələ minik 

başlanmayıb. 

 


 

297


Qapının ağzında mavi geyimli qız göründü və bizə sarı addımladı. 

 

Qalaq-qalağa vurulmuş çamadanların, futlyarların yanında ayaq saxladı, dinməzcə baxdı, nə 



üçünsə başını buladı, yaxınlaşıb sərt, amiranə səslə soruşdu: 

 

– “Flaminqo” qrupu sizsiniz? 



 

Heç birimiz cavab vermədik, özü də nahaq yerə, çünki qonşu stolun arxasında əyləşənlər 

söhbətlərinə ara verib, hamısı birdən bizə sarı boylandılar. 

 

Biz Seymura baxırdıq, onun cavabını gözləyirdik, o da, eləmədi tənbəllik, növbətçi qıza göz 



vurdu. Qız yaman heyrətləndi, təkcə o yox, biz hamımız məəttəl qaldıq, elə Seymurun özü də... 

 

– Bəli, “Flaminqo” qrupu bizik, – Adil bunu deyib ayağa qalxdı. 



 

Axır ki, qız qəzəbli baxışlarını Seymurun üzündən yayındırdı. 

 

Bizimlə söhbət eləyəndə də hərdən beləcə qəzəblə Seymura baxırdı və hər dəfə də bu zırrama 



ona göz vururdu. Sonralar Seymur, bu həngaməsini, özü demiş, “nəzəri cəhətdən 

əsaslandırmağa” çalışsa da, məndən başqa hamı ona inansa da, dəxli yox idi; bircə mən bilirdim 

ki, o, birinci dəfə qorxudan göz vurub – elə bilib qız bizi burdan çıxarmağa gəlib, sonra da, ətalət 

qanununa əsasən, gözü sözünə baxmayıb... 

 

– Mən gəlmişəm sizi təyyarəyə ötürəm. Götürün şeylərinizi, arxamca gəlin! 



 

Biz sərnişinlərin arasından keçib təyyarəyə birinci mindik. 

 

Qapının ağzında bizi Tağıyev yoldaş qarşıladı... 



 

Tapşırdı ki, şeylərimizi tez yerbəyer eləyək, sonra da hamımızı təyyarənin komandiri və 

şturmanı ilə tanış elədi. Onlara nə demişdisə, ikisi də bizimlə çox hörmətlə danışırdılar. 

Komandir İL-18-də ilk dəfə uçduğumuzu bilib, təyyarə havaya qalxandan sonra bizi kabinəyə 

dəvət elədi, biz də borclu qalmadıq – onları konsertlərimizə dəvət elədik... 

 

Tağıyev yoldaş biletlərimizi, pasportlarımızı özümüzə verdi, üstəlik, hərəmizə bir ağzıbağlı zərf 



də “bağışladı”. 

 

Biz öz yerlərimizi tutandan sonra sərnişinləri təyyarəyə buraxdılar. 



 

Zərfi əlüstü açdım; kağız pul, xırda pul, bir də dümağ kağız... 

 

cəmi yüz iyirmi manat 40 qəpik... Adilin zərfindən cəmi doxsan beş manat çıxdı. Sonra Tağıyev 



yoldaş bizə aydınlaşdırdı ki, bu, gələcək qazancımızın avansıdı. Elə bil yuxu görürdük, nağıla 

düşmüşdük! 

 

Yuxuda olduğu kimi fikirləşirdim ki, bunun axırı yoxdu. Onun yeri mənimlə yanaşı idi, oturan 



kimi soruşdum: ekipajın bizə belə qayğı göstərməsi nə ilə bağlıdı? Üzümə diqqətlə baxdı, dedim 

indicə gülümsəyəcək, yox, gülümsəmədi, ciddi tərzdə dedi: 

 

– Hamınız birdəfəlik bilin ki, sizin gözəl musiqiçi olmağınıza söz yoxdu. İndiyə kimi kölgədə 



qalmağınız təsadüfidi. Darıxmayın, hər şey yavaş-yavaş yoluna düşəcək. İnanmırsınız? – Gah 

mənə baxdı, gah da Adilə. 



 

298


 

Mən razılıqla başımı tərpətdim, axı bilmirdim zarafat eləyir, yoxsa ciddi danışır. 

 

Simferopolda, aeroportda bizi filarmoniyanın nümayəndəsi, cavan bir oğlan qarşıladı, dedi ki, 



“turnemiz” Yaltadan başlayacaq. 

 

Tağıyev yoldaşla – ona adı və atasının adı ilə, Davud Balayeviç deyə müraciət elədi – Valera çox 



hörmətlə danışırdı, bir sözlə, nəzakətli, qayğıkeş adama oxşayırdı. Sonra aydın oldu ki, Valeranı 

bizə Tağıyev yoldaşın xahişi ilə təhkim eləyiblər, sən demə, onlar çoxdan, əvvəlki qastrol 

səfərlərindən tanış imişlər. Biz şeylərimizi “Latviyaya” yükləyəndə onlar bir neçə dəqiqəliyə 

kənara çəkildilər, Tağıyev yoldaş qayıdanda kefi daha da kökəlmişdi. Bakıda proqramı məşq 

elədiyimiz günlərdə hiss eləmişdik ki, o, nə yolla kefini duruldur. Düzdür, biz onu heç vaxt içkili 

görməmişdik, təkcə gözlərinin işıltısından hiss eləmişdik ki, Seymur demişkən, “bu yoldaş çaxır 

– meyvə sarıdan” korluq çəkmir. “Korluq çəkmədiyini” onda duymuşdum ki, Tağıyev yoldaş 

filarmoniyanın bufetində piştaxtaya yaxınlaşıb bufetçiyə salam verən kimi o, bir stəkan konyak 

süzüb, yanına da para duzlu xiyar qoymuşdu... O, Seymuru görsə də, salam verməmişdi, konyakı 

başına çəkəndən sonra, üstündən bir neçə dəqiqə keçmiş zalda əyləşib bizim məşqimizə tamaşa 

eləmişdi. Cəmi bir-iki irad tutmuşdu, həm də yerli-yerində... 

 

Musiqiçilərə nə iradını bildirərdi, nə məsləhət verərdi, fasilədə, ya da məşqdən sonra səhnəyə 



qalxıb Seymura yaxınlaşardı, özü də elə yaxınlaşardı, elə danışardı ki, guya qarşısındakı 

“Yekəpər” ayamalı Seymur yox, ən azı Eddi Rozner, ya da Maks Qreqerdi “Maestro, sizə elə 

gəlmədi ki...” Əvvəllər Seymur “maestro” sözündən diksinərdi, ona, həm də bizə birtəhər 

baxardı, bizə də elə gələrdi ki, Tağıyev yoldaş yaxşıca ələ salmaq yolu tapıb; “maestro” sözündə 

ironiya olub-olmadığına şübhə ilə yanaşsa da, sonra yavaş-yavaş alışdı. Onun tapşırığı ilə 

Seymurun hazırladığı konsert proqramını da, iki-üç musiqi nömrəsi əlavə etməklə bəyəndi. 

Seymur mübahisə eləmək istədi, Tağıyev yoldaş ona elə baxdı ki, mübahisəyə yer qalmadı; dedi 

ki, Seymurun etirazları ilə razıdı, amma düzəlişə mütləq ehtiyac var, çünki orkestrin konsertləri 

vakuumda, yaxud fil sümüyündən tikilmiş qəsrdə yox, camaatın arasında olacaq, onun 

tələblərinə, arzularına cavab vermək hamımızın borcudu... 

 

Biz, dənizin lap qırağındakı “Oreanda” mehmanxanasında yerləşdik. 



 

Valera açarları gətirəndə aydın oldu ki, üç nəfərə təkadamlıq nömrə verilib – Tağıyev yoldaşa, 

Seymura, bir də mənə. Qalanları iki-iki qalacaq. Valeraya yaxınlaşıb, Adil eşitməsin deyə lap 

yavaşcadan xahiş elədim ki, ikimizə – Adillə mənə bir nömrə versin. Valera gülümsündü, dedi 

ki, gecdi, onsuz da ikiadamlıq nömrəmiz çatışmır... 

 

Tağıyev yoldaş saatına baxıb elan elədi ki, nömrələrdə yerlərimizi tutmağa və yeməyə cəmi əlli 



dəqiqə vaxt verilir, sonra hamı onun nömrəsinə yığışmalıdı. 

 

Görüşdüyümüz ilk gündən hiss eləmişdim ki, Tağıyev yoldaş xoşagələn, ürəkaçan nə varsa, 



hamısını gözlənilmədən eləyir. Otağın bütün pəncərələrindən tünd-mavi sinəsində orda-burda 

yelkənli qayıqlar ağarışan dəniz görünürdü. İlk baxışda adama elə gəlirdi ki, nə mehmanxananın 

qabağındakı sahil var, nə də dənizin üstündəki gəzinti meydançası, sanki dənizin sərin suyu 

ürəkaçan şırıltı ilə binanın pəncərələrini döyəcləyirdi... 

 

Otağımızın mənzərəsindən baxanda dəniz gözümüzü oxşadığından, rahat yar-yaraşıqlı mebellə 



bəzədilmiş geniş qonaq otağının küncündəki royalı da görmədim. Özü də bu, bəzi yerlərdə 

olduğu kimi işım-işım işıldasa da, dekorasiya rolunu oynayanlardan deyildi, səslənməsinə görə 

seçilən qədimi “Simmerman” idi. Bir neçə akkord vuran kimi, bir-iki passaj çalan kimi buna 

inandım. 



 

299


 

Mən əyləşib nə isə çalırdım, amma fikrim royalda deyildi, səhərdən bəri Adilin hərəkətlərində 

çox şeylər müşahidə eləmişdim... 

 

Vanna otağından gələn su şırıltısından bilinirdi ki, Adil duşxanadadı. 



 

Oxumadan, fıştırıq çalmadan, bir dəfə də olsun məni dindirmədən!.. 

 

Bu – bir! On dəqiqə bundan əvvəl yataq otağında şeylərini yerbəyer eləyirdi. Yenə də dinib-



danışmırdı. Təyyarədə əlüstü mənim gözümə yuxu getdi, amma indi xatırlayıram ki, aeroportda 

da, mən uşaqlarla deyib-güləndə də onun burnu yer süpürürdü. 

 

Bu iki, bu da üç!.. 



 

– Burax başını, boşla! – Adilə məsləhət verirdim. Mənim fikrim budu: o sənə layiq deyil. 

Eşidirsənmi, layiq deyil! – Hiss eləyəndə ki, Adil etiraz eləmək istəyir, özüm də bilmədən 

bağırdım. – Qıraqdan hər şey aydınca görünür. Tüpür hər şeyə, boşla getsin! – Mən təsəlli 

verməyin “klassik formasına” keçmişdim, səsimdə, baxışımda inam, qətiyyət vardı, amma 

ürəyimdə – yox!.. 

 

– Qız mənə dedi ki, indiyə kimi xoşuna gələn, elə indi də xoşuna gələn bircə sənsən! Sən! – Adil 



hirslənmişdi. 

 

– İndi gördün ki, onun adamlığı yoxdu? Özündən söz quraşdırıb ki, sən qısqanasan. 



 

– Mənim qısqanmağım onun nəyinə lazımdı? – Başını bulayıb tənbəl-tənbəl gülümsündü Adil. – 

O düz deyir. Telefonla o gecəki danışığınızı da mənə dedi. – Köntöy-köntöy mənə baxanda ona 

yazığım gəldi. – Bəs onunla danışdığını sən niyə mənnən gizlədirdin? 

 

Bilsəydim onun zəng vurduğunu, bəlkə də heç dünən görüşməzdim. 



 

– Gedək! – dedim, kreslodan onu qaldırıb əlindən tutdum, qapıya sarı apardım. – İstəyirsən inci, 

istəyirsən incimə, sözümü deyəcəyəm: o alçaq, yaramaz adamdı! Kütün, daşürəklinin biridi! 

 

Sənin kimi insanı tanıya bilmirsə, onun ağlına, zövqünə də şübhə P a s s a j – musiqi əsərinin 



virtuoz xarakterli parçası eləyirəm. – Ancaq Adili yaxşı tanıyanlar – məni, ata-anasını da 

saymaqla cəmi üçcə adam! – onun indiki vəziyyətini təsəvvür eləyə bilərdilər, hələ bunun 

sonrasını demirəm. “Yaşıl geyimli qız”a kimi Adil heç kəsi bəyənməmişdi. Hə, iki il bundan 

əvvəl, xam torpaqlarda olanda da nə isə baş vermişdi. 

 

O yay, əsgərliyimizi başa vurandan sonra, evə getməzdən əvvəl, özümüzün razılığımızla polk 



musiqiçilərinin bir neçə nəfərini Aktyubinsk vilayətinin Dombarovka kəndindəki “Severnı” 

sovxozuna ezamiyyətə yolladılar. Adi geyimdə bir neçə konsert verdik, onda Adil klarnetini 

saksafona dəyişmişdi, repertuarımız da çox məhdud idi – “Buhenvald harayı”, “Ruslar müharibə 

istəmirlər”, bir də beş-altı mahnı... Bir həftədən sonra bizi qonşu sovxoza göndərdilər, orda 

tələbələr və mexanizatorlar üçün iki-üç konsert verməli idik. Biz ora axşam düşəndə gəldik, 

“QAZ-23” markalı, motoru gücləndirilmiş yeni yük maşınında. Maşını Baltik flotunun keçmiş 

dənizçisi, bizim dostumuz, havadarımız Jora sürürdü. 

 

Ola bilsin, hələ neçə-neçə il bundan sonra da mən bu fikirdə qalacağam ki, avqustun o iki həftəsi 



Bakıya gələnə kimi mənim ömrümün ən yaddaqalan, unudulmaz günləridir. 

 


 

300


Dediyim sovxozda üç kombaynın və üç traktorun işıqlandırdığı rəqs meydançasında axır ki, neçə 

ildən sonra bir qız Adilin xoşuna gəldi. Konsertdən sonra onları bir yerdə görəndə ürəyimə 

damdı... 

 

Növbəti rəqs musiqisi çalınana kimi Adil o qızla – mütənasib bədənli, suyuşirin, Leninqrad Tibb 



İnstitutunun tələbəsi ilə söhbət elədi. Tələbə yoldaşlarından fərqli olaraq o qız boyca Adildən 

gödək olduğundan, nədənsə, daha qəşəng, daha yaraşıqlı görünürdü. 

 

Adil göyün yeddinci qatındaydı, o, qızla rəqs elədi. Fasilədə onu kimsə qırağa çağırdı. 



 

– Bura gəl görüm saksafon! – O, amiranə səslə həm də əlilə Adili çağırırdı. 

 

– Getməyin! – Qız Adilin qolundan tutdu. – O, xuliqanın yekəsidir! 



 

Elə hey kiməsə sataşır, ağzına gələni deyir. Getməyin! Burda hamı ondan qorxur. 

 

– Mən saksafon deyiləm! – Adil ikinci dəfə ona sakitcə etiraz eləyirdi. 



 

Düz deyirsən, – xuliqan gözlənilmədən razılaşdı. – Səndən heç “saksafon” olar?! Sən – heç 

nəsən, bildin? Cırtdanın biri, cırtdan! 

 

Amma gəlmə qızları nə yolla olur-olsun, qapazlamaq istəyən “yerli xuliqanın” sözündə bir 



balaca həqiqət var idi – mətləbə heç dəxli olmasa da! – Adil quş kimi yüngüldü... 

 

Jora ilə özümüzü ora yetirəndə, Adil başını elə hey rəqibinin üzünə çırpırdı... 



 

Adili ondan qoparıb rəqs meydançasından aralayanda aydın oldu ki, “yerli xuliqan” “kişi” 

adamdı. O, dəsmalını burnuna tutmaqla – özünə ilk tibbi yardım göstərməklə bərabər, açıqca vəd 

elədi ki, yaxın günlərdə Adilə əlini qatıb cinayət törədəcək, onu o dünyalıq eləyəcək... 

 

Adil aradan çıxmışdı. 



 

Bütün gecəni Jora ilə çöllərdə maşın sürüb axır ki, onu tapmışıq. 

 

Bizə birinci sözü bu oldu: “Bu dəqiqə burdan getməliyik!” Elə də elədik. Səhər “Severnı” 



sovxozuna, bir neçə gündən sonra – Bakıya. 

 

Leninqradlı tələbə ilə sağollaşmadı – dedi ki, utanır... 



 

Ehtiyatlı adam olduğuma görə özümdən razı qalmışdım; nə yaxşı ki, onu tək qoymadım, nə yaxşı 

ki, bir nömrədəyik... Fikirləşdim ki, onu daha heç vaxt tək qoymaq olmaz... Mənim nömrəm 

Tağıyev yoldaşın qaldığı nömrəyə çox oxşayırdı, amma ikicə cəhətdən fərqlənirdi: royalın 

olmamasına, bir də onunku qədər axar-baxarlı olmamasına görə, bizim yığışdığımız otağın 

pəncərəsi küçəyə açılırdı. 

 

Valera radionu açan kimi öz səsimi eşitdim. Veriliş “Xeyirxahlıq çiçəkləri” mahnısı ilə başladı. 



Sonra bir qadın orkestrimiz haqqında danışdı. Özümü itirdiyimdən – ilk dəfə idi ki, radioda öz 

səsimi eşidirdim – diktorun nədən danışdığını yaxşı tuta bilmirdim. Hətta onu da hiss eləmədim 

ki, biz Bakıdan yola düşməzdən əvvəl hazırlanmış lent yazısıdı... 

 

Veriliş on beş dəqiqə çəkdi. Tağıyev yoldaşın üzündə narazılıq vardı, axırda dedi ki, keyfiyyətsiz 



yazıblar, solo çalğılarına qulaq asmaq olmur... 

 

301


 

İlk dəfə o qədər də böyük olmayan yay kinokonsert zalında çıxış elədik. Maraqlı radio verilişinə, 

şəhərin hər yerinə vurulmuş şəkilli afişalara baxmayaraq, adam az idi, zalın üçdə biri dolmuşdu. 

Özümüz bir saat əvvəl gəlmişdik, konsertin başlanmasına yarım saat qalana kimi kinokonsert 

binasında – zalda, məşq otağında və səhnədə – bizdən və gözətçidən başqa heç kəs yox idi. 

Başlamağa bircə dəqiqə qalanda Davud Balayeviç sonuncu kərə (bəlkə də onuncu, on beşinci 

dəfə idi!) qapının gözlüyündən zala boylandı, sonra üzümüzə baxdı, qastrolun başlanmasına görə 

zərrə qədər sevinmədiyimizi görüb dodaqlarını çeynədi, üzünü bizə tutub konsertqabağı nitq 

söylədi: 

 

– Darıxmayın, hər şey qaydasında gedir. Siz mənə inanın! – Seymur olmasaydı, bəlkə də Davud 



Balayeviç nitqini burdaca qurtaracaqdı; Davud Balayeviçə elə gəldi ki, Seymur pıqqıldadı, amma 

fasilədə Seymur dedi ki, sadəcə olaraq köks ötürüb... – Burda gülməli bir şey yoxdur! – Davud 

Balayeviç hirslənmişdi. – Siz nə bilirdiniz? 

 

Elə bilirdiniz camaat işini-gücünü buraxıb sizin konsertə axışacaq? Axı sizi heç kəs tanımır. 



Əgər beşinci konsertdən sonra kassada bircə dənə bilet qalsa, onda mənə nə istəyirsiniz deyin! 

 

Onda nə mənim, nə sizin bir qəpiklik qiymətiniz var... 



 

O, pərdə arxasına keçib mənimlə yanaşı oturdu. Uşaqlar da pərdə arxasında, səhnədə öz yerlərini 

tutmuşdular. Seymur, başını qaldırmadan, hər iki əli ilə asta-asta royalın dillərini basmaqla səssiz 

akkordlar vururdu, hansı notları götürdüyünü mənim dayandığım yerdən təyin eləmək çətin olsa 

da, heç nə eşitməsəm də inanırdım ki, o, Motsartın “Rekviyem”ini çalır. Bizim uşaqlar ona 

baxırdılar. Gözləyirdilər. Davud Balayeviç də nə üçünsə ona sarı döndü, halbuki, konsertin 

aparıcısı royalın yanında idi, o da səssizsəmirsiz Seymura baxırdı. 

 

Yekəpər (Seymurun çoxdankı ləqəbi idi) klaviaturadan başını qaldırdı, rəngi ağappaq ağarmışdı, 



harda olduğunu unutmuş kimi heyrətlə, küt nəzərlərlə bizə sarı boylandı və soruşdu: 

 

– Başlayırıq? – Heç kəs cavab vermədi. – Hə, başladıq! 



 

Seymur həmişəki kimi cəld başını tərpətdi... 

 

* * * “Oreanda”nın ikinci mərtəbəsində, kafedə nahar eləyirdik. 



 

Günün işığı yandırmasa da, par-par parıldayırdı, dəniz yuxuluyuxulu yırğalanırdı, ağappaq 

qağayıların sevinc dolu qışqırtısı aləmi başına götürmüşdü, qranit döşənmiş sahildə camaat 

qayğısız-qayğısız gəzinirdi, gülərüz, mehriban ofisiantlar isə stolların arasında vurnuxurdular. 

 

Müdirin (o, iki dəfə konsertimizdə olmuşdu) tapşırığı ilə birləşdirilmiş stollar arxasında əyləşmiş 



Davud Balayeviç asta-asta, tələsmədən “musiqi və aşpazlıq sənətindən” danışırdı. Dörd saat 

çəkən səhər məşqindən sonra yaman acmışdıq, odur ki, hamımız iştahla girişmişdik yeməyə. Elə 

bu vaxt hardansa Valera gəlib çıxdı. Həmişə əyləşdiyi stolun, daha doğrusu, bizim yanımızdan 

keçib Davud Balayeviçə yaxınlaşdı. O, söhbətinə ara verib Valeraya baxdı, sonra kağızla 

dodaqlarını silib yenə baxdı. Valera yerində donub qalmışdı. 

 

– Anşlaq! – Bir neçə anlıq sükut içində onun səsi birdən-birə guruldadı. 



 

– Əzizim! – Davud Balayeviç ofisiant qızı çağırdı. Sonra üzünü Valeraya tutub: – Əşi bunu de 

də! Heykəl kimi dayanıb durursan... 

 


 

302


Mən nə demişdim?! 

 

– Siz demişdiniz anşlaq beşinci konsertdə olacaq, amma indi yeddincidi... 



 

– Kaş ki, elə belə səhv eləyim! – Davud Balayeviç ofisiant qızın əlindən stəkanları ehtiyatla ala-

ala dilləndi. – Bu münasibətlə mən... – Heç kəsə müraciət eləmədən dodaqaltı mızıldandı; mənə 

elə gəldi ki, onun səsində üzrxahlıq intonasiyası da vardı, bəlkə bu, ondan irəli gəlirdi ki, Davud 

Balayeviçin içdiyini birinci dəfə görürdüm. – Uşaqlar! – dedi. Mən sizi təbrik edirəm. Bu gün 

sizin gözəl gününüzdü. – O, üz-gözünü turşutmadan, yavaş-yavaş içdikcə ətim ürpəşirdi, 

boşalmış stəkanı stolun üstünə qoydu, ağzına bir şey almadan, sözünə davam elədi: – Hər şey 

yaxşı olacaq, ürəyinizcə olacaq, təki... Gözlənilməz bir şey olmasın... 

 

Yeməkdən sonra sahilə gəzməyə getdik. Hiss eləyirdik ki, üzümüzə diqqətlə baxanlar var – 



demək, bizi Yaltada tanımağa başlayırdılar. 

 

– O da bala-bala özünə fikir verir, – Adil bağçada skamyada əyləşmiş Davud Balayeviçə baxa-



baxa dedi. Doğrudan da geyimi pis deyildi; əynində modda olan boz kostyum, ayağında çəhrayı 

tuflilər, başında – yüngül, enli şlyapa... Onun diribaşlığına məəttəl qalmışdıq; hamıdan tez 

yuxudan oyanar, biz gözümüzü açmamış idarəyə baş çəkərdi – mehmanxanadan ora piyada on 

beş dəqiqəlik yoldu – bütün məşqlərdə olardı, hələ üstəlik, bizim nömrəyə gəlib mənim necə 

oxumağıma da qulaq asardı. Bu səhər dedi ki, məni Nikolay Fyodoroviç deyilən bir nəfərlə – 

Leninqrad konservatoriyasında onunla bir yerdə oxumuş dostu ilə tanış eləmək istəyir, istəyir ki, 

o, mənim oxumağımı eşitsin. 

 

– Sənə ancaq xeyri olar! – Davud Balayev cümləni xüsusi vurğu ilə dedi. Kollektivin yeganə 



üzvüyəm ki, “sən” deyə müraciət edir. 

 

– Nikolay Fyodoroviç musiqini gözəl bilir, özü də nüfuzlu adamdı. 



 

Onun skamyasına çatmağa bir neçə addım qalmış, Davud Balayeviç ayağa qalxdı. İki tanışı – 

qadınla kişi – ona yaxınlaşdı. Onların səsini aşkarca eşidirdik. – O-o! Təsadüfə bax! Gör harda 

görüşdük! 

 

Çox şadam! – Davud Balayeviç sevincək dilləndi. 



 

Onun üzünü görməsəm də, səsini tanıdım. Əvvəllər heç nə haqda fikirləşə bilmədiyim günlərdə 

düşünürdüm ki, görəsən, onu bir də görəndə nələr çəkəcəyəm, nə deyə biləcəyəm görəsən... 

 

Amma indi... O zaman mən belə bir görüşü heç xəyalıma də gətirməmişdim. 



 

İndi o bilmir ki, bir neçə addımlığında dayanmışam, bütün dediyi sözləri də eşidirəm. Bu görüş 

lap ürəyimdən oldu. Heyif ki, barmaqlarımın ucu birdən-birə buza döndü, boğazım da quruyan 

kimi oldu; yəqin bu da təbiidi, orqanizm bu gözlənilməzlik qarşısında “öz sözünü” deməlidi, ya 

yox?! 

 

Adil heyrətlə mənə baxdı. 



 

– Bəlkə qayıdaq? – dedi. 

 

– Niyə qayıtmalıyıq? – Özümü ələ alıb sakitcə cavab verdim. – Biz gəzməyə çıxmışıq, gedək öz 



yolumuzla. Qorxma, sən narahat olma, Adil! 

 


 

303


– Əlbəttə, narahat olmalı nə var ki... – xiyabanla bir neçə addım atandan sonra Adil köksünü 

ötürdü. – Gör, aradan neçə il keçib!.. 

 

* * * Doğrudan elədi, gör neçə il keçib, amma hardan, hansı gündən hesablayasan? Bəlkə, 



ixtisasdan imtahan vermək üçün konservatoriyaya getdiyim gündən, həmin günün səhərindən 

başlayaq? Nə gözəl səhər idi! Yada düşəndə adamın qanı qaynayır... Yadımdadı, mən ütünü 

mətbəxə apardım, Mənzər xanım orda idi, səhər yeməyi hazırlayırdı. 

 

– Ütülədin? Nə tez?! 



 

Özünü saxlaya bilməyib otağa gəldi, stulun başına keçirdiyim köynəyi götürüb baxdı, söz 

tapmayıb başını buladı... 

 

Gələn dəfə gərək elə ütüləyəm ki, baxanda danlamaq üçün bir şey tapsın... Adamın yazığı gəlir, 



o yana, bu yana çevirir, deməyə söz tapmır; köynək elə bil ağappaq metaldı, nə bürüşüyü, nə 

ləkəsi var, özüm lilə vurmuşam, kraxmallamışam, sonrası – nəm köynəyi ütüləmək adama ləzzət 

verir. Çesuça şalvarımı da geymək istəyirdim, hər halda, yay sessiyasının əsas imtahanını 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin