Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə36/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

 

Həə, deyəsən bu sözlər Seymura kar elədi. Eh, o az qalır bu royalın başına and içsin, qarşısında 



diz çöküb dua eləsin, tozunu da öz əllərilə silir, heç kökləyici ustanı da təkbaşına royala 

buraxmır. 

 

Dənizçilər klubunun direktorluğuna iki il yalvarandan sonra köhnə, “əlil” royalın yerinə bunu 



almışıq. Özü də təsadüfən! “Beker” almaq zarafat deyil. Klub təmir olunanacan royalı neft 

institutunun akt zalına qoymağa icazə verdilər – açmamaq şərtilə... 

 

Seymur qaşqabağını salladı. 



 

– Sən nə danışırsan? Saksafonu royalın qapağına çırpmaq?! 

 

Nəyə görə?.. Sən niyə durmusan? Başla görək! 



 

 

265


Uşaqlar bir-birinə baxır, heç kəs dinib-danışmır, gözlərini püpitrdən çəkmirlər – əlbəttə, təkcə 

Borisdən başqa. 

 

O, elə ilk taktdan başlamış dəf çubuqlarını götürüb qırağa qoydu... 



 

Bəs mənim fikrim hardaydı, niyə belə gec hiss elədim? “De, məni sevdiyini de”. Aha, bu da 

mənim sevdiyim mahnı... Əvvəlcə Adil, onun dalınca saksafon, bir də baritonlar, sonra da 

trubalar ən yüksək not götürməyə başladılar. Yaxşıdı, lap yaxşıdı. Bax belə! 

 

 

Litavrlar necə də yerində səsləndi. Bu nədir belə? Niyə? Niyə hamı birdən-birə yoxa çıxdı, özü 



də növbə ilə, elə bil sözləşmişdilər. 

 

Heç kəs yoxdu... Səhnədə təkcə mənəm, bir də orkestr. Bir səslə, bir nəfəslə dillənən orkestr... 



 

...De, məni sevdiyini de! Məni sevdiyini de!.. 

 

* * * – Siz yaxşı oxuyursunuz!.. – Səsində heyranlıqdan heç bir əsərəlamət yoxdur, təkcə heyrət 



var səsində. Diqqətlə baxır, daha doğrusu, məni təpədən dırnağa gözdən keçirir. – Mənə 

demişdilər sizin haqqınızda, amma, düzü, o qədər də inanmamışdım. 

 

“Bilirsən nə var? Rədd ol! Sənin inanıb-inanmamağının mənə heç bir isti-soyuğu yoxdur!..” Ona 



baxa-baxa elə belə, başımı tərpətdim, məhrəbanı və köynəyimi götürüb duşxanaya getdim. Elə 

tərləmişdim ki, bütün paltarlarım canıma yapışmışdı. Yenə də isti su yoxdur. Yuyunub, paltarımı 

dəyişdim, özümə gəldim – sən demə, rahatlanıb özünə gəlməsi üçün insana çox şey lazım 

deyilmiş. Adil duşxananın qapısını açıb məni çağırdı: 

 

P ü p i t r – üzərinə not və kitab qoymaq üçün ştativ – Nə oldu, yatıbsan? Bizim keçmiş 



qonşumuz, deyəsən, yaxşı adam imiş... Tez gedək, Seymur işləri korlamasa yaxşıdır. 

 

– Yox, Seymur işləri korlamaz; elə bil min kilometrlik məsafədən iy çəkir, nəyin sərfəli olub-



olmamasını həssaslıqla duyur. Həm öz xeyrinə, həm də bizim hamımızın xeyrinə; guya qonağa 

könülsüz qulaq asır, amma əslində bircə kəlməni, bircə sözü belə ötürməz... 

 

– Mən sizi başa düşmürəm, uşaqlar? Məncə, dediklərim ürəyinizdən olmalıdı. Sizin üçün hər cür 



şərait yaradacaqlar, özünüz də professional kimi bizim filarmoniyanın adından çıxış edəcəksiniz. 

 

İki ay qazancınız da pis olmaz. Hər gün iki-üç konsert verəcəksiniz? 



 

Kim istəməz bunu?.. 

 

– Gündə iki dəfə? Əldən düşərik, yoldaş Tağıyev! 



 

Seymur bu sözləri elə səmimi dedi ki, mən də inandım. 

 

– Mümkün olsa çalışarıq ki, bunu nəzərə alıb sizin haqqınızı ştat yarımdan ödəsinlər. 



 

– Qanun buna yol verirmi? – Əgər Seymur qanuna keçdisə, demək, bu işin yönünə düşəcəyinə 

şübhə eləmir. 

 

– Soçi, Qaqra, Yalta.. Ən yaxşı konsert-estrada meydançaları! 



 

 

266


Bundan artıq nə olsun? Hələ Pitsunda!.. Hələ təbiət! 

 

– Təbiət? – Seymur elə təəccübləndi ki, guya bu sözü birinci dəfə eşidirdi. – Hə-ə, aydındı... 



Bizim hamilik konsertlərimiz də olacaq? 

 

– Seymur narahatlıqla soruşdu. 



 

– Əşi, heç dəxli var?! Həddini aşır, lap ağ eləyir bu Seymur... 

 

Yoldaş Tağıyev isə, onun dediyinə məhəl qoymadan, öz işindədi – təmkinlə, ağır-ağır öz sözünü 



deyir: 

 

– Əlbəttə... Bir neçə belə konsert verməlisiniz. Zavodlarda, ya da başqa müəssisələrdə... Gərək 



ki, bunun elə bir çətinliyi olmasın, – o, sözünə ara verib bizi bir-bir gözdən keçirtdi, gözlərini 

mənə zilləyəndə razılıqla başımı tərpətdim. – Klubun rəhbərliyi ilə bağlı hər nə sözünüz olsa, 

bizə xəbər verin, filarmoniya onlarla dil tapmağa çalışar. 

 

– Lazım deyil, – Seymur bu dəfə tələm-tələsik dilləndi. – Özümüz dil taparıq. Yayda biz boş 



oluruq. 

 

Yayda da, payızda da, ilin qalan vaxtlarında da!.. “Yoldaş Tağıyev, əgər siz bu məsələ ilə bağlı 



klubun rəhbərliyinə müraciət etsəniz, onlar ürəkdən razılıq verər, hətta sizə təşəkkür də 

eləyərlər”. 

 

– Lap yaxşı! – Demək belə, razılığa gəldik, heç bir qarışıq məsələmiz qalmadı. 



 

O, nədənsə, üzünü mənə tutub son sözlərini dedi. Cibindən dəsmalını çıxarıb tərini sildi. Kişi 

qan-tərə batmışdı. – Seymurla söhbət eləmək o qədər də asan deyildi. Mamır rənginə çalan 

dəsmalın yekəliyinə bax! Bataqlıq zonasında bu dəsmala bürünüb gizlənsən, heç bir uzaqgörən 

snayper də sənin itiyini tapa bilməz. 

 

Seymur kişini qapıya qədər ötürdü, dəhlizin o başına çatmasını gözlədi, sonra qapını möhkəm 



örtüb bizə sarı döndü, amiranə səslə: 

 

– Düzlənin! Bax, belə! – dedi – Mən bu günü çoxdan gözləyirdim, axır ki, gəlib çatdı! Bu günün 



şərəfinə boğazımızı yaşlamalıyıq. 

 

Gətirin görək! – Özü bir onluq çıxarıb stolun üstünə atdı... 



 

Hamı çıxıb getmişdi, amma binanın girəcəyində qızlar gözə dəyirdi. Seymur mənim böyrümü 

dümsüklədi – elədir ki, var, bayaqkı “sarı geyimli qız”, əlində bir dəstə çiçək vurnuxa-vurnuxa 

qalmışdı. Deyəsən, qız mənə baxırdı; amma mən özümü o yerə qoymadım, Seymurun qoluna 

girib guya şirin-şirin söhbət eləyirdim, guya heç nə görmürdüm, heç nə eşitmirdim – elə beləcə 

yanından keçib getdik. Adil əlüstü qulaqlarını şəklədi, heyrətlə, ağzının suyu axa-axa qıza sarı 

boylandı. 

 

Seymur ayaq s axlamadan ona dedi: 



 

– Yolunu azma, hə, “Göy göl”də səni gözləyirik. 

 

İkicə kvartaldan sonra o, bizim dalımızca gəlib çatdı. 



 

 

267


Səssiz-səmirsiz yanımızca gedirdi. Qorxurdum ki, Seymur yenə başlayacaq onu ələ salmağa, 

şükür Allaha, gözlədiyim kimi olmadı. 

 

Adil nə üçünsə kədərli idi; ümumiyyətlə, onun ağlamağını təsəvvürümə gətirə bilməsəm də, bir 



anlığa mənə elə gəldi ki, indicə ağlayacaq. 

 

Düzünə qalsa, kədərdən daha çox onun üzündən inciklik yağırdı... Birdən yadıma düşdü ki, neçə 



il bundan əvvəl, dördüncü sinifdə oxuyanda Adili bu sifətdə görmüşdüm. 

 

Yay tətili başlayan günü biz bərbərxanada başımızı dibindən qırxdırıb əvvəlcədən danışdığımız 



kimi, hamımız “Rote fane” parkına yığışdıq. Tramvay yolundan parka doğru piyada getdik. 

Qarşıdan üç bığlı cavan oğlan gəlirdi; yanımızdan keçəndə gözlənilmədən dayandılar, bizi 

çağırdılar. O dəqiqə hiss elədim ki, nə isə, xoşagəlməz bir şey olacaq, dayandığım yerdən 

tərpənmədim. Adilə dedim ki, getməsin, o, heyrətlə mənim üzümə baxdı – necə yəni getməyim, 

axı çağırırlar... Onlardan biri siqaretini sümürüb dərindən nəfəs aldı, tüstünü Adikin üzünə 

püflədi, sonra heç özüm də bilmədim o nə eləmək istəyir; bir də onu gördüm ki, siqaret kötüyünü 

Adikin tərdən və odekolondan işım-işım işıldayan təpəsinin ortasına dayadı, baş barmağı ilə necə 

basdısa, hətta beş addımlıqdan sönən siqaretin cızıltısını eşitdim. Bizə baxa-baxa üçü də birdən 

uğunub getdi. Hətta biri o qədər güldü ki, yıxılacağından qorxub çöməldi. 

 

Biz qaçdıq. 



 

Adik gözünün yaşını silə-silə dedi ki, böyüyəndə, necə olursa olsun, bir gün bu xuliqanların 

dərsini verəcək. Başının ortasında ağ ləkə ömürlük qaldı, indi də ordan tük bitmir. 

 

Mən bunu biz əsgərlikdə olanda, başımız qırxılandan sonra bildim... 



 

“Sarı geyimli qız” da bu yandan. Eh, rəqs meydançalarında belə qızlar çoxdur. 

 

Mən ayaq saxladım, Adilin qoluna girib: 



 

– Doğrudanmı, Tağıyev yoldaş bizi aldatmır, hə? – deyə soruşdum. 

 

– Adama yuxu kimi gəlir! 



 

– Hə... Bu gün bəxtimiz gətirdi, – Adil gümrah səslə cavab verdi. 

 

Saat on ikiyə az qalmışdı, gec olduğundan bizi restorana buraxmadılar. 



 

Seymur qapıçıdan xahiş elədi ki, bircə dəqiqəliyə içəri keçməyə ona icazə versin. Keçib getdi, 

restoran orkestrinin pianoçusu Məmməd Əliyevlə bərabər tezcə də qayıtdı. O, bizim hamımızı, 

içəri ötürdü, hələ üstəlik, qapıçını məzəmmət elədi: – “Ay yoldaş, yaxşı adamları görən kimi 

gərək tanıyasan...” Bizə yer tapdı, ofisiantı çağırdı, sonra da səhnəyə çıxıb royal arxasında 

əyləşdi, elan elədi ki, “musiqiçi-həmkarlarının şərəfinə” Emin Sabitoğlunun “Kəpənək” mahnısı 

oxunacaq. Bu, bizə qarşı laqeydlik göstərən qapıçının bostanına daş atmaq idi. Vitka Vladimirov 

çıxıb oxumağa başladı. Elə əsl restoran müğənnisi idi... Mən Vitkanı çox görmüşdüm. Aramızda 

yaş fərqi olduğundan indiyə kimi tanış deyildik; o, “Vətən” kinoteatrında seanslar başlamazdan 

əvvəl çıxıb oxuyardı. O zaman Vitka ad qazanmışdı, hamı bir ağızdan deyirdi ki, onun böyük 

gələcəyi var. Məmməd Əliyev də həmin kinoteatrda ksilofon çalardı, onun ifasında Montinin 

“Çardaş”ı çox sevilərdi. Birdən ağlıma gəldi ki, gör neçə ildir heç yerdə ksilofon çalan 

görmürəm, bəlkə də moddan düşüb... 

 


 

268


Mahnı oxunub qurtaranda Məmməd Əliyev də elan elədi ki, orkestrin çıxışı sona çatdı. 

Zaldakılarla birlikdə biz hamımız əl çaldıq, alqışların arası kəsilmək bilmirdi, xüsusən, baş 

tərəfinə kiçik bayraq sancılmış uzun stol arxasındakı turistlər əl çalmaqdan doymurdular; o kiçik 

bayraq olmasa belə, onların ADR-dən gəldiyini əlüstü güman eləyirdim, çünki alman turistlərini 

hər yerdə beləcə ürəkdən əl çalan görmüşdüm. Musiqiçilər səhnədən düşüb paltarlarını 

dəyişdilər, sonra bizim yanımıza gəldilər, bir stol da çəkib gətirdilər, hamısı yerbəyer oldu. Onlar 

dedilər ki, bizim gəlişimiz lap yerinə düşüb, hamısının ürəyindən olub, odur ki, bizim şərəfimizə 

qonaqlığın haqq-hesabını da öz boyunlarına götürdülər. 

 

O qədər danışdıq, o qədər oturduq ki, zalda bizdən savayı heç kəs qalmadı, ofisiantlar bütün 



süfrələri, qab-qacaqları yığışdırıb qurtardılar. 

 

Mən, bir qayda olaraq, az içdiyimdən birdən elə bil boğazım tutulur, bir damcını belə uda 



bilmirəm... Eşidəndə ki, Vitka bu yay hər şeyin başını buraxıb vokalla ciddi məşğul olacaq, 

nədənsə kədərləndim. Yetər, deyir, əsl sənətlə məşğul olmaq vaxtı çatıb. 

 

Yəqin ona elə gəlir ki, nə zamansa bu səslə, bu oxumaqla bir yana çıxacaq... 



 

Sonra məclisin söz-söhbətini tamam unutdum, heç kəsə qulaq asmadım, çünki keçmiş 

qonşumuzun bugünkü gəlişini xatırlamağa başladım... İstədim özümü ələ alam, məclisdə 

deyilənlərə qulaq asam – heç nə çıxmadı. Fikir-xəyal məni sadəlövh uşaq kimi yaman alıb 

aparmışdı. “Görəsən nə çıxacaq bu qastrol söhbətindən? Birdən baş tutmadı? Nə olsun ki?.. Axı 

mən uşaq deyiləm, uşaqlığım çoxdan arxada qalıb; yaxşı dərk eləyirəm ki, biz nə ilə məşğul 

oluruq, nə iş görürük, özü də hansı səviyyədə – özfəaliyyət, yoxsa professional səviyyəsində. Bu 

gün institutların birində çalırıq, sabah hər hansı bir müəssisədə çıxış eləyirik... Keçən həftə bizi 

politexnik institutuna dəvət etdilər, istirahət gecəsinə, alətlərimizi təzəcə çıxarıb nizamlayırdıq 

ki, klub müdiri gəlib çıxdı, bəs, gərək bağışlayasınız, bizə belə musiqi, yəni estrada, nə bilim nə, 

lazım deyil... Əlbəttə, rektorun istədiyi musiqiyə qulaq asmağa haqqı var, çünki o rektordu, 

amma biz pis vəziyyətdə qaldıq; axı, foyedən keçib getmək konsertin baş tutmaması ilə bağlı 

tələbələrin sorğu- suallarına cavab vermək, sonra da, axşamdan yola saldığımız avtobusumuzun 

əvəzinə, yağış altında münasib minik axtarmaq – kontrabası, akkordeonu taksiyə necə 

yerləşdirəsən – o qədər də asan deyil... Doğrudanmı, Tağıyev yoldaş bizi aldatmır? “Yoldaş 

Tağıyev, bizi aldatmaq yaxşı deyil, sizə nə verəcək bizi aldatmaq?!” Axırıncı sözü uğurlarımızın 

şərəfinə dedilər özü də hamısı əlini stola vura-vura; hətta Seymur əlini stolun altına uzadıb 

laklanmayan yeri elə ustalıqla döyəclədi ki... 

 

Biz küçəyə çıxanda saat ikinin yarısı idi. 



 

Gecə yarısı olsa da, yanımızdan elə hey minik maşınları ötüb keçirdi. Sən demə, bayaqdan yağış 

yağırmış, havada qəribə bir ətir var idi, – akasiya ətri, yamyaşıl ot ətri... Qız qalasının yanında 

Adillə mən uşaqlardan ayrıldıq, çox təkid eləsələr də, sahil gəzintisinə çıxmağa razılıq vermədik, 

on dəqiqədən sonra bizim həyətin astanasına çatdıq. 

 

Həyətə girəndə Adil məndən soruşdu: 



 

– Yorğun deyilsən ki?.. Sizdə bir az oturub söhbət eləyək. Nə isə, heç evə getmək istəmirəm. 

 

– Lap yaxşı olar! – Doğrudan da, mən hələ yatmaq istəmirdim. 



 

Pilləkənin qurtaracağındakı balaca meydança qaranlıq idi, evin girəcəyində, bir də mətbəxdə işıq 

yanırdı. Elə astanadaca hiss elədim ki, necə deyərlər, bu evdə hələ də həyat qaynayır. Mənim 

qonşumun – şəfqət bacısı Aidanın otağından gur musiqi səsi gəlirdi – Müslüm Maqomayevin 



 

269


oxuduğu populyar mahnılar, vanna otağından suyun şırıltısı, bir də anlaşılmaz səslər eşidilirdi, o 

yanda gurhagurla qaynayan, lüləyindən fit verən çaydanın qaraqışqırığı mətbəxi başına 

götürmüşdü. 

 

İkicə otaqdan səs gəlirdi, bir mənimkindən, bir də üçüncü qonşumuz, “suda-quruda yaşayan” – 



on gün Neft daşlarında, on gün şəhərdə – neftçi-mühəndis Elmar Səmədovun otağından. 

 

Bizim gəlişimizlə səs-küy bir az azaldı; Adil vanna otağının yanından mətbəxə keçdi, 



qaraqışqırıqçı çaydanın səsi kəsdi, vanna otağına da birdən-birə sükut çökdü, Müslüm də lap 

astadan, pıçıltı ilə “Toy” mahnısını bitirdi... 

 

Bir-iki dəqiqədən sonra Aidanın bayıra çıxacağını gözləmək olardı; bu bir-iki dəqiqə əynini 



geymək, bir balaca pudralanmaq üçün ona bəs eləyərdi. Biz asanca ondan qaçıb gizlənə bilərdik, 

əgər... Birdən, gözlənilmədən vanna otağının qapısı ağzında bir adam peyda oldu; yuyulmuş 

başını nədənsə, mənim məhrəbamla silirdi. Bizimlə çox səmimi salamlaşdı, kefimizi-əhvalımızı 

soruşdu, sonra da təkidlə bizi evə dəvət elədi. 

 

– Sağ olun, – dedi Adik. – Gecdi, öz evimizə... 



 

– Bu nə sözdü? – cavan oğlan heyrətlə dilləndi; amma onu da deyim ki, mehribanlığı, özünü 

qonaqpərvər kimi göstərməsi təbii çıxırdı. Yaxın gəlib dedi ki, onun adı Səməddir, biz də adımızı 

dedik. O, əl çəkmək istəmirdi, bizi yenidən evə çağıranda Adik də yenidən etiraz elədi. 

 

– Neyləmək olar – təzə qonşumuzun səsində məyusluq vardı, – belə çıxır ki, məni özünüzə tay 



saymırsınız, elə deyilmi? 

 

Adik ikicə-üçcə kəlmə ilə Səmədi bu fikrindən ustalıqla yayındırdı. 



 

Səmədin üzü yenidən işıqlandı; gülümsəyə-gülümsəyə dedi ki, taksidə işləyir, ikinci parkda, özü 

də təkcə işləyir – “naparniki” – elə beləcə də dedi – yoxdur, köməksiz-arxasız olduğundan hər 

şeyi öz əlləri ilə qazanıb. 

 

Əmim Bakıdan Tbilisiyə köçəndən bəri bu evdə altı il ərzində məni cəmi üçcə adamla tanış 



eləmişdilər – iki həkimlə, bir “medbratla”... 

 

Birinci dəfə idi ki, taksiçi görürdüm. 



 

– Sənə məktub, bir də pul kağızı gəlib. – Aida üzünü mənə sarı çevirib könülsüz-könülsüz 

dilləndi. – Sən də otağa keç, – bunu da Səmədə dedi, özü də yumşaq səslə dedi. 

 

Aida, həmişə olduğu kimi, təmkinli idi. O, “Karmen” pudrası ilə, bir də iyinə çoxdan alışdığımız 



ətirlə sığallanardı, amma bu dəfə ondan anlaşılmaz, sərt bir ətir də gəlirdi. Mən hiss elətdirmədən 

azca geri çəkildim, amma deyəsən başa düşdü. 

 

– Bunlar mənim dostlarımdır! – Səməd bizi göstərdi. – Uşaqlar, – dedi, – sizin xətrinizə dəyən 



olsa, kim olur-olsun, mənə xəbər verin. Mən sizin hayıfınızı... 

 

– Gedək! – dedi Aida. 



 

– Mən onlarsız heç yana gedən deyiləm. İstəyirəm onlar bizlə otursunlar. 

 

– Onlarsız da keçinərsən, – Aida hirslə dilləndi. 



 

270


 

– Onlar bizimlə getməsələr, mən, bax, bura, döşəməyə uzanıb yatacağam. Sənsə... hara istəyirsən 

get! 

 

– Yaxşı, bir dəqiqəliyə keçək sizin evə, – tez-tələsik dedim ki, Aida cavab verməyə macal 



tapmasın. – Sən ki, görürsən, – deyəsən, səsimdə bir az yaltaqlıq da vardı, həm də Səmədin 

ürəkaçıqlığından xoşum gəlmişdi. – Bizim dostumuzun... bir az o məsələ... kefi kökdü. Olan işdi, 

kimin başına gəlmir ki?.. 

 

Biz onun qolundan tutub otağa apardıq, altına stul çəkdik. 



 

– Əyləşin, – dedi Aida, – gəlibsiniz, heç olmasa, bir stəkan çay için. 

 

Üçlükdə əyləşib çay içməyə başladıq. Səməd getdikcə xumarlanırdı, onu ehmalca yataq otağına 



apardıq, çarpayıya uzatdıq. Əgər dünyada dördadamlıq deyilən bir çarpayı vardısa, burda, mənim 

əmimin keçmiş iş otağında olmalı idi. Səmədi rahatlayan kimi birdənbirə ağlıma gəldi ki, əmim 

öləndən sonra birinci dəfədi bu otağa baş çəkirəm. Oboyları, pərdələri, mebelləri dəyişiblər... 

Köhnələrdən bəzi şeylər qalıb – nənəmin sandığı, Holland sobası... Yadıma düşdü ki, Aidanın 

keçmiş əri – bu otağı ona vermişdilər – sandığı aparmağı mənə təklif eləmişdi, mən, doğrudan 

da, nənəmin yadigarını istəyirdim, sonra, necə oldusa, unutdum, sonra da əsgərliyə getdim. 

 

Aida, tanımadığımız bir baş həkimin kobudluğundan, savadsızlığından, geriliyindən, belə 



həkimlə işləməyin ziyalıdan ötrü necə böyük müsibət olmasından danışırdı, mən də Adillə ona 

qulaq asaasa, gözümü sandıqdan çəkə bilmirdim. İndi sandığın ağzı açıq idi, amma o zamanlar 

heç vaxt üstündən mis qıfıl əskik olmazdı, nənəm o qıfılın açarını heç kəsə etibar eləməzdi. Üstü 

kvadrat şəkilli, naxışlı döymə ilə bəzədilmişdi, hər kvadratı iri mis zolaqlar doğrayıb keçirdi, 

qara-qəhvəyi ağac bəzəmələri də ona xüsusi yaraşıq verirdi. 

 

Əvvəllər sandığın üstünə qiymətli ulduz naxışlar vurulubmuş. Mən onları görməmişdim, nənəm 



mənə danışırdı, deyərdi ki, müharibə vaxtı hər ay iki ulduz qoparırmış sandıqdan, birini kiçik 

oğlunun – mənim babamın – ailəsinə verərmiş, o birini isə cəbhəyə, mənim atama göndərmək 

üçün yemək şeylərinə dəyişərmiş. 

 

Mən, ağlım kəsəndən nənəmi qocalmış, əldən düşmüş görmüşdüm, gərək ki, məni çox 



istəyirmiş. Nənəm deyərdi ki, mən ildənilə babama daha çox oxşayıram, əmimin arvadı Mənzər 

xanım ona etiraz edərdi; gülümsünüb deyərdi ki, nənən səhv eləyir, babanla sənin heç bir 

oxşarlığın yoxdur, həm də ona görə ki, baban çox qüdrətli, halal adam olub... 

 

Direktorun bizim sinfimizə girdiyi günü mən yaxşı xatırlayıram, bəlkə də ona görə ki, Validə 



Gerasimovnanın dediyi kimi, həmin anda lövhə qabağında dayanıb solfeciodan cavab vermək 

istəyir- dim. Əslində, o gün ikinci rübdə ikinci “iki”ni almağa hazır idim; Vitka Blankfeldin 

cavab verib qurtarmasını gözləyirdim ki, bilmədiyimi boynuma alam, elə həmin andaca direktor 

gəlib çıxdı. Onun gəlişinə yaman sevindim, amma sonra pərt oldum: direktor məni dəhlizə 

çıxardı, dedi ki, tez evə getməliyəm, çünki babam zəng vurub, nənəmin vəziyyətinin 

xarablaşdığını xəbər verib... 

 

Həyətdə Adilə rast gəldim, o, ikinci növbədə oxuyurdu, nə üçünsə yamanca qorxmuşdu. Biz 



otağa keçdik, indi oturduğumuza yox, mənim yaşadığıma yox, sonradan üçüncü qonşuya 

verilmiş otağa. 

 

Nənəm səssiz-səmirsiz çarpayıda uzanmışdı, əmimlə arvadı, bir də Adilin anası yan-yanaşı 



oturmuşdular, ondan gözlərini çəkmirdilər. 

 

271


 

– Şükür Allaha, gəlib çıxdı, – mən otağa girəndə əmim belə dedi. 

 

Əmim məni nənəmin yanına apardı, o da gözucu işarə elədi ki, yanında əyləşim. Güclə üzümə 



gülümsündü, beləcə, sakitcə gülümsünə- gülümsünə başladı mənə baxmağa. Mən heyrətimdən 

yerimdə donub qaldım; axı, o, səhər yaxşı idi, məni yuxudan oyadıb çay-çörək vermişdi. O, 

mənə baxa-baxa hey gülümsünürdü, sonra lap yavaşdan danışdı; otaqda elə sakitlik idi ki, pıçıltı 

ilə dediyi söz aydınca eşidilirdi. 

 

– Qorxdum ki, sən gəlib çatmayasan... 



 

Əmim bircə söz deyə bildi: 

 

– Ana!.. 



 

Nənəm hələ də mənə baxmaqda idi. 

 

– Mən səni elə görmək istəyirdim... Səndən yaman nigaranam. 



 

Ona görə də nigaranlıq içində ölürəm. – Mən əyilib onun yanağından öpdüm. – Səni əminə 

tapşırıb gedirəm, hər ikinizi – Allaha. 

 

O, gözlərini yumub susdu, uzun-uzadı susdu, mənə elə gəldi ki, nənəm yuxuya getdi, sonra 



gözlərini açıb fikirli-fikirli, öz-özünə danışırmış kimi dedi: 

 

– Sən babana yaman oxşayırsan... 



 

Nənəm sakitcə uzanıb mənə baxmaqda idi. Sonra Adilin anası məni otaqdan çıxartdı. Gecə 

onların evində qaldım. Adilin otağında mənim üçün özüaçılan çarpayı qoydular. Biz uzun-uzadı 

söhbət elədik. Gecə gözlənilmədən yuxudan oyandım, başladım nənəm haqda fikirləşməyə. 

Ancaq gecə başa düşdüm ki, niyə nənəm mənə elə baxırmış. O gecə mənə aydın oldu ki, nənəm 

məni hamıdan çox sevirmiş. Adilin anasının otağa nə vaxt gəldiyini heç bilmədim, aramsız, 

hönkür-hönkür ağladığıma görə yaman utandım. O, məni sakitləşdirmək istədi, başımı sığalladı, 

boynumu qucaqladı, sonra özü də ağladı... 

 

Yuxudan oyananda utandığımdan heç kəsin üzünə baxmaq istəmirdim... 



 

Sandığı açdılar, içindən, demək olar ki, heç nə çıxmadı. Bir qutu, içində iki nişan üzüyü, 

rəngarəng daşlarla bəzədilmiş iki üzük, bir də mirvari sapı... O qutu indi də xalamgildə qalır; sən 

demə, nənəm bütün bunları mənim gələcək həyat yoldaşım üçün qoruyub saxlayırmış. 

 

Onları əmidostuma bağışlamaq istəyəndə, “sarsaqlama! – deyib yaman acıqlandı. Sandıqda bir 



də not kağızları, naftalin vurulmuş köhnə donlar, babamın paltarları və onun “konsert frakı” 

vardı... 

 

– Nə olub? – deyə Aida soruşdu. 



 

– Heç nə,– dedim, – hər şey öz qaydasındadı. Gözəl gecədi. 

 

Çaya görə də sağ olun. 



 

Biz ayağa qalxıb sağollaşdıq. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin