Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə44/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

 

 

 



YAXŞILIQLARIN ƏVƏZİNDƏ ÖLÜM 

Bu andıra qalmış arxa çantası olmasaydı, hər şey lap yaxşı olardı. Yaxşı da sözdü? Hər şey 

dərhal gözəlləşər, hətta, mən deyərdim, füsunkar və maraqlı olardı. Bir yandan da bu isti. Hava 

da elə bil od tutub yanır. Bir şey var ki, bu çanta oldu-olmadı, günəş onsuz da bəs eləyir. Elə bil 

kimsə böyüdücü şüşəni başına, təpənin ortasına tuşlayıb, səndən əl çəkmir, gözləyir, görsün nə 

olacaq. 


 

Adamın başı o qədər qızır ki, bircə ağcaqanad da yaxın düşə bilmir, yəqin yanmaqdan qorxur. 

Amma mən başqa şeyə məəttəl qalmışam: 

 

görən insan niyə bu qədər qəribə yaranıb; bütün bədənin bayırdan tamam su içindədir, gözlərinin 



üstünü tor basıb, burnunun ucundan damcı-damcı yerə tökülür, amma dilin-ağzın qupqurudur. 

 

İçin-içalatın o qədər quruyub ki, boğazın qovuşur. Nə qədər əlləşsən, bir qırıq tüpürcəkdən 



savayı heç nə əlinə gəlməyəcək, o da ki, acı, yapışqan kimi. Necə ki yerə tüpürməmisən, elə 

bilirsən rəngi yaşıldır. Bu andıra qalmış cığırın da nə ucu var, nə bucağı, elə hey yuxarı qalxır. 



 

327


Düşərgədən çıxandan bəri heç düz yeri olmayıb, əksinə, get-gedə daha da sıldırımlaşıb! Elə hey 

üzüyuxarı, dağlara dırmanmışıq. Özü də bilirsən hansına? Kiçik Qafqaz sıra dağlarına. 

 

Yaxşı ki, hələ böyüyü deyil, o yəqin bundan da çətin olardı. 



 

Aşırıma isə nə az, nə çox, on kilometr yol qalıb. Adam az qalır hər şeyə tüpürsün, buradaca yerə 

döşənib, gözlərini yumsun. Addım atmağa heyim qalmayıb, axı insan nə liftdir, nə funikulyor! 

Ax nə bu çantanı bu saat çiynimdən çıxarıb soldakı uçuruma tullayardım! 

 

Gör indi o, dərənin dibindəki daşlara dəyib necə danqıldayacaqdı?! 



 

Nə rəngli fənərə, nə də fotoaparata hayıfım gələrdi. Axı mən niyə bu uşaqlara qoşuldum? Gərək 

hamı kimi avtobusla gedəydim. İki saatdan sonra evdə olacaqdım. Hələ gör indi evdə nə toy 

tutacaqlar mənə. Anam o dəqiqə deyəcək ki, Bakıya yola düşməyə bir gün qalmış, mən onun 

bütün istirahətinə soğan doğramışam. Elə avtobusda olmadığımı görən kimi, hövsələdən çıxacaq. 

Və Timka ona, narahat olmasınlar, axşamacan gələcəyimi dediyimi bildirəndən sonra tamam 

dilxor olacaq. Başlayacaq deyinməyə: hamının uşağı avtobusnan gəlib, bircə mən özümdən 

hoqqa çıxarmışam, ataanama yazığım gəlmir, kefim nə istəyir, onu da eləyirəm. Bir baxıb 

görəydi nə kefdəyəm! Atam, sözsüz, etiraz eləyəcək buna, deyəcək ki, nə pis iş olub, axı qoy 

uşaq müstəqil yaşamağı öyrənsin və s. 

 

Belə hallarda o, həmişə mənə qahmar çıxır. Anam isə bir az da hirslənəcək. Deyəcək ki, elə 



atamın müstəqilliyi deyilmi onun canını boğazına yığan? O da hamı kimi başı sakit, qulağı dinc 

yaşamaq istəyir, tay bu cür əndişəynən yox, onun dərdini çəkməkdən vaxtından tez qocalıb, tay-

tuşlarından iyirmi yaş böyük görünür. Onda atam qaqqanaq çəkib özündən gedəcək və deyəcək 

ki, anam nə dediyini heç özü də bilmir, çünki o nəinki rəfiqələrinin hamısından, hətta Bakıda, 

Azərbaycanda, bəlkə də bütün qonşu ölkələrdə yaşayan qadınların hamısından gözəldir. 

Doğrudan da, anam çox gözəldir və qoca-zad da deyil. O özü qəsdən belə deyir, istəyir ki, atam 

indiki işindən əl çəksin, axı o, neftçidir, dənizdə işləyir. Hər dəfə dənizdə yeni bir polad ada 

tikiləndə atam öz briqadası ilə ora köçür, quyu qazır, neft tapandan sonra onu istismarçılara 

təhvil verir. İndiyə kimi bütöv bir arxipelaq işə salıb. Mən onu xəritədə də görmüşəm. 

 

Atam hər dəfə söz verir ki, yaxşı hava olan kimi, məni də özü ilə ora aparacaq, aparar da, amma 



anam qoymur, deyir, ovcumun içi kimi bilirəm ki, atam məni ora aparsa dənizdə güclü xəzri 

əsməyə başlayacaq, xəzri də başladı, nə vertolyotnan, nə də katernən sahilə qayıtmaq mümkün 

deyil. Ola bilər aylarla orda qalasan. Ancaq havalar sakit olanda atam hər on gündən bir evə 

gəlir, bir həftə qalıb dincəlir. Atamın maaşı çoxdur, amma bu da anama təsir eləmir, deyir, təki 

gecələr qulağı dinc, əndişəsiz yatım, o pullar mənə lazım-zad deyil. O elə doğrudan da buna görə 

deyingən olub, çünki atam dənizdə olarkən hər dəfə tufan başlayanda gecələr səhərə kimi yatmır. 

Atam hər şeydə anamla razılaşsa da, bu işindən əl çəkmək istəmir. Anam nə qədər yalvarır, onu 

dilə tutur, heç cür razılaşmır. 

 

Bir dəfə atam dənizdəydi. Vasif dayı arvadı Sona xala ilə bizə qonaq gəldi. O da neftçidir, 



institutu atamla bir yerdə qurtarıb, amma Vasif dayı quruda, Suraxanıda işləyir. Ordan-burdan 

söhbət eləyirdi, birdən dedi ki, o vaxt atama şəhərdə yaxşı bir iş – neft sənayesi nazirliyində şöbə 

rəisi vəzifəsini təklif etdilər, özü razı olmadı. 

 

Düzdü, Vasif dayı bu söhbəti pis niyyətnən başlamamışdı, çünki o, atamın xətrini çox istəyir. 



Bilsəydi, axırı bu cür qurtaracaq, heç ağzını da açmazdı, ona görə ki, bunu eşidən kimi, anamın 

sifəti ağappaq ağardı və birdən-birə susdu, bayaqdan bəri deyib-gülən adamdan əsər-əlamət 

qalmadı. Vasif dayı da, arvadı da yaman pərt oldular. Sonra Vasif dayı söhbəti dəyişməyə 

çalışdı, dedi ki, bəlkə ona düz deməyiblər, bəlkə də heç belə şey olmayıb, atama heç kim heç nə 



 

328


təklif eləməyib. Amma çox gec idi. Hamı bilirdi ki, bundan sonra anamı inandırmaq mümkün 

deyil. Deyəsən, Vasif dayı da bu söhbəti başladığına yaman peşman olmuşdu. Ancaq atam evə 

qayıdandan sonra bizim evdə qopan həngamənin yanında bunların hamısı boş şey idi. Onların bu 

cür möhkəm dalaşdıqlarını ömrümdə görməmişdim. O axşam gecəyə kimi, bir-biriynən 

deyişdilər. Yəqin onların necə qışqırdıqları küçədə də eşidilirdi. Sonra anam şeyşüylərini 

çamadana doldurdu, məni də götürüb nənəmgilə – öz anasıgilə apardı. Atam arabir ora zəng 

vururdu, ancaq anam hər dəfə atamın səsini eşidən kimi, dəstəyi asırdı və hər dəfə də dəstəyi 

yerinə qoyandan sonra hönkürməyə başlayırdı. Düz bir ay atamın üzünə həsrət qaldım, onsuz 

yaman darıxırdım o bir ayı. 

 

Sonra barışdılar. Siftə elə bildim yuxu görürəm, ancaq tezdən mənə dedilər ki, atam doğrudan da 



gecə bizə gəlibmiş. Bir onu başa düşmədim ki, atam anamı necə yola gətirə bildi, axı o, iş yerini 

hələ də dəyişməyib, hələ də dənizdə işləyir. O vaxtdan il yarım keçib, ancaq bu günəcən bir dəfə 

də dalaşmayıblar. Elə burda, istirahət evində də hər şey sakit keçdi. Atam birinci gündən axırıncı 

günə kimi yanımızda qaldı. Əvvəllər belə olmurdu, bir də görürdün ikiüç günlüyə harasa çıxıb 

getdi. Bu dəfə isə ancaq bir-iki dəfə qəsəbədən Kislovodska getdi ki, Bakıya zəng vursun. Qalan 

günləri həmişə yanımızda idi. 

 

Daha dözmürəm. Qıçlarım qırılır. Bəlkə uşaqlara deyim. Deyim ki, tay gücüm çatmır, addımımı 



ata bilmirəm. Yox, heç nə demək lazım deyil. Bir də ki, dedim, nə xeyri. “Dördgöz” deyə məni 

lağa qoyacaqlar, bəlkə də lap döyəcəklər. Özü də Kəmalənin gözünün qabağında. Bilmirəm, niyə 

razı oldum bunlarnan getməyə? Heç könlüm yox idi, elə istəyirdim Əliyə deyəm ki, yox, mən 

getmək istəmirəm. Sabir söz atdı, guya mən bircə dərsə gedəndə anamdan icazə almıram. Heç 

buna da məhəl qoymayacaqdım, ancaq birdən Kəmalə dilləndi: “Niyə ona yalvarırsınız, özü 

bizimlə getmək istəyir”. İstəyirə bax ey! İstəyib-eləmirdim. Amma gedirəm deyəndə özüm də 

qulaqlarıma inanmadım. 

 

Bir bunlara bax, elə bil indicə xoda düşüblər. Düzdü, ta bayaqkı kimi danışıb-gülmürlər, səslərini 



udublar, bir azca da tövşüyürlər. 

 

Yox, bunlar ta aşırıma çatmayınca dayanan deyillər. Bir də ki, gərək bir adam boynuna ala ki, 



yorulmuşam. Ölsələr də boyunlarına almazlar. Nə Əli, nə də Sabir. Hamısı də Kəmaləyə görə. 

Ən axmaq adam da bilər ki, ikisi də Kəmaləyə vurulub. Ancaq bir ona məəttələm ki, bəs Kəmalə 

niyə yorulmur? Əslinə qalsa, yaman şumal, boy-buxunlu qızdı, az qala Əliynən bir boydadır, bir 

az Sabirdən gödəkdir. Məndən isə düz bir baş hündürdür. Bu sizə qəribə gəlməsin, mən onsuz da 

sinifdə boyca hamıdan kiçiyəm, ona görə ki, altı yaşından getmişəm məktəbə. Siftə götürmək 

istəmirdilər. 

 

Sonra birtəhər götürdülər, istisna kimi, RXMŞ-in icazəsi ilə. Ona görə ki, sərbəst oxuyur, ikinci 



sinfin riyaziyyat məsələlərini həll eləyə bilirdim. İcazə verməmişdən qabaq məni RXMŞ-də 

yoxladılar da. Və bu qədər düzgün oxumağıma hamısı məəttəl qaldı. İndi də sinifdə heç kim 

məndən tez oxuya bilmir. Ancaq bunu heç kimə bildirmirəm, qəsdən bir neçə dəfə yavaş 

oxuyuram, çünki bu qədər sürətlə oxuya bildiyimə heç müəllimlər də inanmır. Kim istəyir ki, 

onu yalançı kimi tanısınlar. Bir dəfə məktəbdə Sabirdən “Kapitan Bladın Odisseyi” kitabını 

aldım və sabahı gün də özünə qaytardım. 

 

Siftə elə bildi ki, kitab xoşuma gəlməyib, ancaq mən ona “çox yaxşı kitabdır” deyəndə, bərk 



hirsləndi və dedi ki, oxumaq istəmirsənsə, düzünü de, daha gopa basmaq nə lazım, bu boyda 

kitabı da bir gecəyə oxuyub qurtarmaq olar? And-aman elədim, inanmadı. Bütün kitabı başdan-

ayağa mənə danışdırdı. Sonra özündən çıxdı, boynumun kökünə bir şapalaq ilişdirib dedi ki, indi 

də məni dolamaq istəyirsən, yəqin əvvəllər oxumusan bu kitabı. Mən özüm o kitabı on günə 

gücnən oxuyub qurtarmışam. O, kitab oxuyanda sifəti codlaşır, bircə dodaqları tərpənir. O 


 

329


gündən bəri kimdən kitab götürürəmsə, oxuyub qurtarandan sonra bir neçə gün də özümdə 

saxlayıb sonra yiyəsinə qaytarıram. Belə daha yaxşıdır, şapalaq-zad vuran olmur. 

 

Birdən Kəmalə dayandı, nəfəsini dərib soruşdu: 



 

– Yorulmamısan ki? 

 

– Yox, – bunu Əli dedi, hətta başını da buladı. – Mənciyəz yorulub-eləməmişəm. – Ancaq 



ləhləyə-ləhləyə qalmışdı. 

 

Sabirsə dönüb elə baxdı ki, elə bil dəvədə buynuz görmüşdü, yəni bu nə sözdü? 



 

– Bəs sən? – Kəmalə üzünü mənə tutdu. Gözümün içinə baxabaxa gülürdü. 

 

Onun bu cür güldüyünü görəndə çənəmi əsməcə tutdu. Mənim də qəribə çənəm var e, heç 



gözləmədiyim bir vaxtda səyriməyə başlayır; bircə dəfə, özü də dörd tərəfə, amma nə olsun, 

yəqin kənardan baxan hiss eləyir. İstəyirdim deyəm ki, yorulmamışam, Kəmalə məni qabaqladı: 

 

– Elə mən də yorulmuşam. Ayaqlarım qırılır. O ağaca çataq, orda oturub dincimizi alarıq. 



 

Ağacın kölgəsində, otluqda uzandıq. Adama elə ləzzət eləyirdi ki, deməyə söz tapmıram. Sonra 

Kəmalə öz çantasından bir neçə buterbrod çıxartdı və biz onları bir andaca udduq. Adama iki 

dənə qayğanaq buterbrodu. Öz çantamızdakıları da yemək istəyirdik, amma Sabir qoymadı, dedi 

ki, yoxuşa çıxmazdan qabaq çox yemək olmaz. 

 

Belə yaxmacın onunu da yesəm doymazdım. Ancaq Sabirnən mübahisə eləməsən yaxşıdı. 



Başqasına da məsləhət görmürəm. Nahardan sonra ağacın altında yarım saat da oturub, əməlli-

başlı dincimizi aldıq. Yorğunluğumuz tamam çıxdı. Kəmalə dedi ki, aşırıma çatanda yola 

çıxarıq. Bir maşın saxlatdırıb evə gedərik. Bu təklif mənim ürəyimdən oldu, amma məncə 

Sabirnən Əlinin o qədər də xoşlarına gəlmədi. Ancaq bir söz demədilər, eləcə başlarını 

tərpətdilər, çünki onlar onsuz da sözümə məhəl qoyan deyildilər. Sonra nədənsə söhbət düşdü – 

əvvəlinə qulaq asdım, dalına fikir vermədim, çünki bir şeir yadıma düşdü, o şeiri mən tez-tez 

xatırlayıram, özü də yadıma düşən kimi ətim ürpəşir, hətta boğazım quruyur, nəfəs ala bilmirəm, 

qarnımı sancı doğrayır. Və o şeir hər dəfə yadıma düşəndə, xüsusən də tək olanda, heç cürə 

təkrar etməyə bilmirəm. Bir dəfə necə oldusa, bunu anama danışdım, o da dedi ki, yəqin mən çox 

həssas adamam, tez təsirə düşürəm, ona görə də bu cür şeirləri oxumaq mənim üçün hələ çox 

tezdir. Soruşdum ki, axı niyə? Niyəsini mənə başa salmadı, dedi: tezdi, vəssalam və narazılıqla 

başını buladı. 

 

– Nə fikrə getmisən? – Kəmalə soruşdu. 



 

– Heç, elə-belə, – dedim. – Yadıma bir şey düşmüşdü. 

 

Elə baxdı ki, elə bil nə fikirləşdiyimi məndən də yaxşı bilirmiş, ancaq bir söz demədi. İntəhası, 



Əlinin dili açıldı. Mən elə hiss eləmişdim ki, o, bu dəqiqə nə isə xoşagəlməz bir söz deyəcək. 

 

– Qorxusundan indi onun yadına heç nə düşməz. Fikri-zikri budur ki, axşam evə qayıdanda ata-



anasına nə cavab verəcək. 

 

Sataşır da mənə. Yaxşı ki, onun bu sözlərinə heç kim gülmədi, heç dodağı qaçan da olmadı. 



Sabir elə tərs-tərs onu süzdü ki, elə bildim bu saat vuracaq. Çünki onun nə vaxt dava eləmək 

istədiyini dəqiq bilirəm, amma bu dəfə yanıldım. Yəqin Kəmaləyə görə özünü saxladı. 



 

330


 

– Yaxşı, – Kəmalə dedi və ayağa qalxdı. – Getdik, yoxsa gecəynən də evə gedib çatmarıq. 

 

Yola düzəldik. Yaman təəccüb qalmalı iş idi, heç biri dillənmirdi. 



 

Adətən, ikisi də Kəmaləni görən kimi, xoda düşürdülər, bir-birinə aman vermir, biri o birindən 

daha maraqlı danışmağa çalışır. Hələ bu nədi, vay odu ya lətifə danışmağa, ya da zarafat eləməyə 

başlayalar. 

 

Onda əhvalım tamam dəyişir, bilmirəm neynəyim, axı gərək güləsən, bu boyda adam lətifə 



söyləyir, amma, neynəyirəm, gülməyim gəlmir. Kəmalə isə uğunub özündən gedir. Siftələr elə 

bilirdim, onlar gülməli danışa bilmirlər, ancaq Kəmalənin necə uğunub özündən getdiyini 

görəndən sonra bu qərara gəlmişəm ki, yəqin mənim yumor hissim korlanıb. 

 

Kəmalə də lal-dinməz yeriyirdi. Adətən, o, “Oyy, laləyə bax”, “Oyy, edelveys” – deyə qışqırardı, 



indi isə key kimiydi, heç qabağından kərtənkələ qaçanda da qışqırmadı. Yəqin başdan xarab 

heyvan imiş, yoxsa, ayaq altına soxulmazdı. Sonra qabağımızdan bir neçə kərtənkələ də qaçdı. 

Belə şey ömrümdə görməmişəm. 

 

Bunlar istidən başlarını itiriblər, nədi? 



 

– Yaman bürküdü, – Kəmalə dedi və dodaqlarını yaladı. 

 

– Deməli, tufan qopacaq, – deyərək Sabir əlindəki siqareti kənara tulladı. O da dodaqlarını 



yaladı. – Kərtənkələlər özlərinə yer tapmırlar, quşlar da susub. Görərsiniz, axşama bərk tufan 

qopacaq. 

 

Birdən-birə ətrafın necə dərin bir sükuta qərq olduğunu hiss elədim. Heç bircə xışıltı da 



eşidilmirdi. 

 

– Saat yarıma aşırımdayıq, – Sabir dedi. – Mən sizi ən kəsə yolla gətirmişəm. Düzdü, hər yerdə 



yoxuş olub, amma bundan kəsəsini tapa bilməzsən. 

 

Sabirin yaxşı yaddaşı vardı. Bir dəfə gördü, bəs eləyir, ən qarmaqarışıq yol yadından çıxmır. Elə 



Bakıda da səni hardan-hara desən: 

 

istəyir sirkə, istəyir kinoteatra, gözüyumulu aparar. Və ömründə havayı söz danışmaz. Buna görə 



onun xətrini çox istəyirəm. Həm də yalnız buna görə yox. Hayıf ki, xasiyyəti çox tünddür. Bir 

şey olan kimi, dava-dalaş salır. Sinifdə hamı ondan qorxur. Əlidən də qorxurlar, ancaq o qədər 

yox. Əli turnikdə Sabirdən üç dəfə çox dartınsa da, dəxli yoxdur, dalaşanda Sabir onun əngini 

əzir. Çörək zavodunun həyətində tutaşmışdılar, bütün sinif tamaşaya yığılmışdı. 

 

Əli bizə 74 nömrəli məktəbdən gəlmişdi, çünki bizim rayonda, məktəbimizin lap böyründə təzə 



mənzilə köçmüşdülər. O gələnəcən Sabir sinifdə hamıdan güclü hesab olunurdu. Bir dəfə, 

bilmirəm nəyə görəsə, sözləri çəp gəldi, şərtləşdilər ki, dərsdən sonra görüşsünlər və ya biri bəsdi 

deyənəcən, ya da qan çıxanacan vuruşsunlar. Sabir Əlinin burnunu əzdi. O da aşağı əyilib, cib 

dəsmalı ilə burnunun qanını silə-silə dedi ki, eyibi yox, səniynən bir də görüşərik. Qəfil Sabir 

qolunu qaldırıb var gücü ilə Əlinin təpəsinə bir yumruq ilişdirdi! Axı bu cür qayda yox idi. 

Uşaqlar tökülüşüb onları aralaşdırdılar. Sonra özləri barışdılar, ancaq mən ovcumun içi kimi 

bilirəm ki, onların bir-birindən zəhləsi gedir və haçansa bir də dalaşacaqlar. Bircə mənnən işləri 

yoxdu, düzdü aradabir boynumun kökünə bir şapalaq çəkirlər, ancaq hər şey bununla da qurtarır. 

Çünki mənnən dalaşmağı özlərinə sığışdırmırlar. 


 

331


 

Əsas da ona görə ki, məni bədən tərbiyəsi dərsindən azad eləyiblər. 

 

Heç kəs azad eləməyib, bir bunu deyiblər ki, bədən tərbiyəsi dərsinə dördüncü siniflə bir yerdə 



gedim, çünki öz sinfimizdə hamı məndən iki yaş böyükdür. Mən də o dərsə gedə bilmirəm. Axı 

necə gedim, birinci gün onlara bədən tərbiyəsi olanda, bizdə riyaziyyatdır. 

 

Bir də ona görə ki, eynək taxıram. 



 

Sabirin niyə həmişə mənə qahmar çıxdığını özüm yaxşı bilirəm, amma nə olsun, yenə mənim 

üçün xoşdur. Bir partada otururuq. 

 

Hər dəfə yoxlama işi yazanda istəyir cəbrdən, ya tarixdən, ya da lap təbiətşünaslıqdan olsun – 



onun variantını da mən yazıram. 

 

Düzdü, siftə özümünkünü, sonra onunkunu. İkisinə də vaxt çatır. 



 

Ona görə yox ki, mən yaxşı oxuyanam və ya çox çalışqanam, yox, sadəcə bizə verilən yoxlama 

işləri çox asan olur. Hətta bəzən buna tamam təəccüb edirəm. 

 

Sabir dedisə, deməli, axşam yəqin ki, tufan qopacaq. Amma baxıram ki, göydə bircə bulud da 



yoxdur, göy üzü apaydındı. Gündüzlər yatan deyiləm, amma indi nədənsə yuxu məni basır. 

Deyəsən,elə o biri uşaqları da. Kəmalənin də, Əlinin də, Sabirin də gözlərindən yuxu tökülür. 

Bircə aşırıma çatsaydıq, bircə bir maşına otursaydıq... 

 

bir sata evdəyik! 



 

Külək əsməyə başlayan kimi, hava sərinləşdi. Həm də arxadan əsdiyinə görə bu andıra qalmış 

yoxuşu qalxmaqda yaman karımıza gəldi. Elə bil kimsə yüngülcə kürəyimizdən qabağa 

itələyirdi. Ancaq uzun sürmədi bu. Beş-on dəqiqə keçmişdi ki, külək güclənməyə başladı. İndi o 

bizə, əksinə, mane olurdu, az qalırdı adamı apara. 

 

Ömrümdə belə şey görməmişdim. Lap kinolardakı kimi oldu. Onu demək istəyirəm ki, baxırsan 



ekranda gecədir, ancaq heç bir dəqiqə keçmir, səhər açılır. İndicə günün günortaçağıydı. Gün 

adamın təpəsini yandırırdı, birdən qaranlıq çökdü. Göyə baxdım, ürəyim qopdu. Səmanı qara 

buludlar örtmüşdü və buludlar o qədər aşağıdan ötüb keçirdilər ki, əl uzatsan çatardı. Dördümüz 

də dayandıq, yerimək mümkün deyildi. Əvvəlcə bir-birimizdən yapışıb durduq, sonra külək bizi 

aparmasın deyə yerə çöməlib böyürtkən kolundan yapışdıq. Tikanları əlimizə batsa da, kökü 

möhkəmdi. Kəmaləyə baxdım, qorxudan bənizi ağappaq ağarmışdı. Mən də onun kimi, çünki 

qorxurdum külək birdən bizi aşağıdakı uçuruma atar. Çox uzaq deyildi, cığırdan uçuruma iyirmi 

metr ancaq olardı. Hava o qədər soyudu ki, dişimiz dişimizə dəydi. Mənə desəydilər ki, avqustun 

axırında bu cür soyuq olar, ömrümdə inanmazdım. Böyürtkən kolundan yapışaraq bir-birimizə 

qısılmışdıq. Birdən altımızda yer tərpəndi, sanki burda yox, vaqonda kupedə oturmuşduq, qatar 

yola düşdü. Sonra yerin təkindən qəribə bir uğultu gəldi, boğuq, zəif bir uğultu. Dalınca qar 

yağdı, heç yan-yörəmizə boylanmağa macal tapmamış hər tərəf ağappaq ağardı. Soyuqdan 

əməlli-başlı donmuşdum, ancaq bunu heç kəsə bildirmədim. O biri uşaqlar kimi mən də bir şortı 

– qısa şalvar, bir köynək geymişdim. Çantada isti paltar adına heç nə yox idi. Nə qədər vaxt 

keçdi, bilmədim. Sabir başını yerdən qaldıranda hələ də qar yağırdı. O, ayaq üstə durmadı, yoxsa 

külək aparardı, elə çöməltmə də gücnən dayanmışdı. 

 

– Mən gedim, – dedi, – daldalanmağa bir yer tapmaq lazımdı, yoxsa burda təmiz donarıq, 



qabaqdan gecə gəlir. 

 

332


 

– Heç nə lazım deyil, – Əli dedi. – Görmürsən nə həngamədi? 

 

Uçuruma-zada düşərsən, onda vay halına. Yəqin dalımızca gələn olacaq. 



 

– Bu havada bura heç kim gələ bilməz. Siz məni burda gözləyin. 

 

Özü də heç yana tərpənməyin. – Sonra geriyə dönüb kollardan tuta-tuta qabağa getdi. 



 

Çox ürəyimdən keçdi ki, mən də durub onunla gedim, ömrümdə heç nəyi bu qədər 

arzulamamışdım, ancaq əlimi böyürtkən kolundan bir anlığa çəkən kimi, məni elə vahimə basdı 

ki, o dəqiqə koldan ikiəlli yapışdım. 

 

– Sabir, – Əli var gücü ilə qışqırdı. – Sabir! 



 

Ancaq o, cəmisi on metr bizdən aralıda olsa da, eşitmədi. 

 

– Mən də səninlə gedirəm, gözlə! 



 

Bilirdim ki, bu saat mən də durub onlarla getsəm, bu uşaqlar hər şeyi mənə bağışlayardılar və bir 

də heç vaxt mənə yuxarıdan aşağı baxmazdılar, ancaq böyürtkən kolundan əlimi heç cürə çəkə 

bilmirdim. 

 

Kəmaləynən bir-birimizə qısılmışdıq, daha oturmağa da qorxurduq, ona görə də çantaları yerə 



atıb üstünə uzanmışdıq, ancaq yenə də soyuq idi, yenə də üşüyürdük. Birdən Kəmalə ağladı, siftə 

elə bildim yanaqlarında qar əriyib, sonra gördüm için-için hıçqırır. Ona yazığım gəldi, amma 

çaşıb qalmışdım, bilmirdim necə ovundurum onu. 

 

– Qorxma, – dedim. – İndi görərsən, hər şey yaxşı qurtaracaq. 



 

Bu andıra qalmış külək də indi kəsər. 

 

– Yəqin onlar azdılar, – dedi və bərkdən hönkürməyə başladı. 



 

– Belə yerdə adam azmaz, – dedim. – Sol tərəf dağdı, istəsən də ora çıxa bilməzsən, sağ tərəf 

uçurum. 

 

– Uçurum yadıma düşəndə boğazım qurudu. 



 

Bundan sonra nə o dindi, nə də mən. Sadəcə, yerdə uzanıb, donmağımızı gözləyirdik. 

 

Deyəsən mürgüləmişdim, çünki Sabir çiynimdən yapışıb məni qaldıranda, çaşıb qaldım, 



bilmədim hardayam. 

 

– Budu ey, bu yaxında, – o, qulağıma qışqırdı, – bir qaya çatdağı var, birtəhər hamımız ora 



sığışarıq! Dalımca gəlin! 

 

– Bəs Əli hanı? – Kəmalə soruşdu. 



 

– Ordadır, gözləyir ki, biz o yeri itirməyək. Təsadüfən tapdıq. 

 

Elə yerdədir ki, heç bilinmir. Çantalarınızı götürün. Əlininkini mən apararam. 



 

333


 

Kol-kosdan tuta-tuta sürüşkən yoxuşla üzüyuxarı qalxırdıq, tutmağa bir şey tapmayanda, 

gerçəkcə dizin-dizin sürünürdük. Mənə elə gəldi ki, Sabir o yeri itirib və bu yol heç vaxt 

qurtarmayacaq, düz aşırıma qədər elə-beləcə dizin-dizin, sürünə-sürünə gedəcəyik. 

 

Birdən Əlini gördüm, divar kimi, sıldırım bir qayanın dibində durmuşdu və o qaya ortasından 



çatlamışdı. 

 

– Gəlib çıxdıq, – Sabir dedi. 



 

– Bəs tapdığınız yer hanı? – Kəmalə soruşdu. 

 

– Budu ha! – Əli qayadakı ensiz çatı göstərdi. – Girin görək. 



 

İstəyirsiniz qabaqca mən girim. Gəlin, gəlin, hələ yer çoxdur, hamıya çatar. 

 

Sabir olmasa, neyləyərdik? Düzdü, bu yarıq çox ensiz və çox narahat yer idi, oturmağa da yer 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin