Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə46/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

rəqəmlər – iyirmi, əlli, yüz var idi. Özü də hər pulu – manatı, dolları, funt-sterlinqi və ya 

reyxsmarkanı ayrı-ayrı yeşiklərə yığmışdılar. Sabir dedi ki, yəqin bu pullar da köhnəlib. 

Tarixlərinə baxdıq. Ən gec buraxılanı 1935 və 1937-ci ilə aid idi, amma üstündə 1901, hətta 

1899-cu il yazılanlara da rast gəldik. Dalbadal bir neçə yeşik də açdıq və içindəki pulları pəncərə 

əvəzinə qoyulan ensiz deşikdən çölə tulladıq. 

 

Altımıza sərməyə kifayət qədər pul götürəndən sonra zirehli avtomobili tərk etməyə hazırlaşırdıq 



ki, birdən mən açdığım yeşikdən pul əvəzinə hər biri ərgin pendir və marqarin paçkası boyda 

olan sarı ağır plitələr çıxdı. Hər birinin üstünə bir rəqəm basılmışdı. O saat bildik ki, bu qızıldır. 

Sabir dedi ki, avtomobildən də qiymətli tapıntıdır və bu tapıntıya görə hamımızı “Artek”ə 

göndərər, mükafatlandıra da bilərlər. 

 

Ona görə də bütün yeşikləri açdıq, ancaq üçündən qızıl çıxdı, qalanları pul yeşikləriydi. 



 

Avtomobildən azca aralı özümüzə yer saldıq. Pul bağlılarını hər kəs öz boynuna görə, ikiqat yerə 

düzdü, çantalarımızı da başaltımıza qoyduq. Əvvəlcə, onların içindəki bərk şeylərin hamısını – 

fotoaparatları, mineral kolleksiyaları, qalan yeməkləri çıxartdıq. 

 

Kəmalə qolundakı saata baxıb, gecə saat on ikinin yarısı olduğunu desə də, heç kəsin yuxusu 



gəlmirdi. Mağarada bir qədər də veylləndik, hamımız şirin xəyallara dalmışdıq: camaat bizim bu 

kəşfimizdən xəbər tutanda gör nə həngamə qopacaq! Mağaranı ələk-vələk elədik – bir yerdə, 

anbarda divardan bir qapı açılmışdı, ordan içəri girdik, heç demə bura tualet imiş, elə həmin 

otaqda sement novçadan su axırdı, bu su divardakı deşikdən tökülürdü, göz yaşı kimi dumduru 

və bumbuz. Yəqin bu ya yeraltı bulaq idi, ya da sısqa və kim isə döşəməni oyub onun üçün 

sementdən novça düzəltmişdi: uzunluğu beş metr olardı, novça qurtardığı yerdə su şırıltıyla enli 

bir çalaya tökülürdü. O çalaya işıq saldıq, ancaq dibini görə bilmədik. 

 

Yerimizə uzandıq, “döşəyimiz” yumşaq olmasa da, o qədər bərk də deyildi. Sabir Kəmalədən 



saatı alıb öz yanına qoydu, dedi, səhər tez oyanıb hamımızı durğuzacaq. Belə qərara gəldik ki, 

sabah hava yaxşı olsa, ikimiz evə gedər, ikimiz mağarada qalıb keşik çəkərik. Məncə, kimin 

burda qalacağını bilmək hamının ürəyindən keçirdi, ancaq nədənsə bu barədə heç kim heç nə 

soruşmadı. Yəqin ki, Sabir Əliylə məni burda saxlayıb, özü Kəmaləylə qəsəbəyə gedəcəkdi. Bir 

tərəfdən bu çox yaxşı olardı, çünki birdən-birə anamla üz-üzə gəlməkdən qorxurdum, amma 

Kəmaləynən Sabir ona hər şeyi danışandan sonra o qədər də qorxusu olmazdı, o biri tərəfdən də 

onu sakitləşdirməkdən ötrü istəyirdim mümkün qədər evə tez çatım. Yəqin deyəcəksiniz belə şey 

olmaz, bir adam eyni vaxtda iki şeyi birdən istəyə bilməz, ancaq belə şeylər məndə teztez olur və 

olanda da bundan heç bir ləzzət almıram. 

 


 

341


Hamı susmuşdu, deyəsən yuxulayırdıq. Birdən Kəmalə yerindən durdu və “yerini” yığışdırıb 

mənim lap böyrümdə döşəməyə düzməyə başladı. Dərhal hamımız qalxıb oturduq. Kəmalə də 

dayandı və bizə dedi: 

 

– Nə gözünüzü döyürsünüz, bəlkə biriniz kömək eləyəsiniz, təkbaşına mən bunu heç bir saata da 



daşıyıb qurtara bilmərəm. 

 

Sabirnən Əli yerlərindən dik atıldılar və bağlıları ordan daşıyıb böyrümə düzməyə başladılar. 



Heç nə soruşmasalar da hiss eləyirəm ki, keyikə-keyikə qalıblar. 

 

Daşıyıb qurtarandan sonra Kəmalə uzandı və dedi:– Bu dəhşətli skeletlər olan yerdə tək heç cür 



gözümə yuxu getməz. – Və sonra üzünü mənə tutdu: – Xahiş eləyirəm, sən bir yanı üstə, üzü 

mənə sarı yat, əlinin birini də ver mənə, bəlkə bu cür bir az sakitləşəm. 

 

Əlbəttə, mən əlimi ona uzatdım. Uzanmışam, gözlərimi yumsam da, yatmamışam. Kəmalənin 



gəlib məhz mənim yanımda yatmasından, əlimi əlinə almasından yaman xoşhallanmışam. O 

qədər xoşhallanmışam ki, nəfəsimi çəkməyə belə ürəyim gəlmir. 

 

Fikirləşirəm ki, Kəmalənin bu hərəkəti yəqin Əliynən Sabirin o qədər də ürəyincə olmadı. 



Görəsən, niyə onların yox, məhz mənim yanımı seçdi? Başladım bu barədə düşünməyə və o saat 

da başladığıma peşman oldum, çünki hər şeyi başa düşdüm. Başa düşdüm ki, Kəmalə Əlinin və 

ya Sabirin yanında ona görə yatmaq istəməyib ki, oğlan kimi onlardan utanıb, mənə isə elə-belə, 

mən bizim Pakizəyə yanaşdığım kimi yanaşır. Axı mən də anam axşamlar qonşuya gedəndə onu 

öz yanımda yatızdırırdım. Düzdür, mən evdə tək qalmaqdan qorxub eləmirdim, ancaq 

Pakizəynən yatmaq xoşuma gəlir: yorğanın altına girən kimi, elə xoruldamağa başlayır ki, elə 

bilirsən təkcə boğazı yox, təpədən-dırnağa bütün bədəni xoruldayır. 

 

Sonra anam yadıma düşdü. 



 

Onun indi neylədiyini heç ağlıma da sığışdıra bilmirdim. Atam onu səhərəcən gözləməyə razı 

sala bilsəydi yaxşı olardı, yoxsa axşam da gəlmədiyimizi görüb, gecəynən düşərgəyə yollanacaq. 

Ancaq hər halda ümid eləyirəm, atam onu sakitləşdirəcək. O, ümumiyyətlə anamı yola 

gətirməkdə ustadır. Onsuz bəzən çox çətin olur. İndi o nəinki anamı, elə o biri valideynləri də – 

yəqin onlar da indi bizə yığışıblar – başa salır ki, bizə heç nə ola bilməz, bəd ayaqda dörd nəfər 

az güc deyil, lap azıb-eləsək də, başımıza bir iş gəlməz; bu dağlarda hər on-on beş kilometrdən 

bir ya bir kənddir, ya da kurort qəsəbəsi, hələ turist düşərgələrini demirəm, ilin bu çağında onlar 

göbələk kimi, hər yana səpələniblər. Sözsüz, anam buna etiraz eləyəcək, deyəcək ki, bizim hələ 

güc olmağımıza çox var, biz çox körpəyik. Onda atam hövsələdən çıxacaq, deyəcək ki, bu yaşda 

da biz hələ körpəyiksə, vay halımıza, elə körpə olaraq da qalacayıq. 

 

Bu yerdə bütün valideynlər öz uşaqlarını xatırlayacaq, cürbəcür maraqlı əhvalatlar danışmağa 



başlayacaqlar. Kaş elə bu cür olaydı. 

 

Kaş anam gecə vaxtı düşərgəyə getmək fikrinə düşməyəydi. Getsə, lap dəli olacaq, çünki orda 



öyrənəcək ki, biz tufan başlayandan sonra geri qayıtmışıq. Onda heç atam da onu sakitləşdirə 

bilməz. 


 

Axı kimin ağlına gələr ki, biz burda, mağarada özümüz üçün sakitcə uzanmışıq. Çünki bu 

mağaradan bircə adamın xəbəri olsaydı, bu qızıllı-pullu avtomobili, silahları burdan çoxdan 

aparmış, bu almanları çoxdan basdırmışdılar. Sabah burdan çıxmamış, buavtomobilin mağaraya 

girdiyi qapını axtarıb tapmaq lazımdı. Yəqin almanlar bayırdan o qapını elə ört-basdır eləyiblər 

ki, onun qapımı, qayamı olduğunu bilməzsən. Ancaq çox qəribədir, necə olub ki, onlar biz girən 



 

342


yarığı bağlamayıblar, bəlkə də heç onu görməyiblər, axı o, çox ensizdir. Bəs görəsən bir-birlərini 

niyə qırıblar? Ola bilsin, esesçilər, nəhayət, başa düşüblər ki, kombinezonlu hərbiçi bizim 

kəşfiyyatçıdır və onu elə oradaca öldürmək istəyiblər. Bəlkə də o, kəşfiyyatçı-zad deyilmiş, elə 

onlar kimi, faşistin biriymiş və bir-birləriynən bu pulların, qızılların üstə atışıblar, axı hardan 

biləydilər ki, bir vaxt bu pullar dəyərdən düşəcək. 

 

Hər halda bəxtimiz yaman gətirdi: gör müharibədən sonra bu qədər vaxt keçib, amma bu 



günəcən bu mağaranı heç kim tapa bilməyib, biz tapmışıq. Gör neçə ildi bu alman meyitləri 

burada kimsəsiz qalıb. İndi, otuz ildən sonra, bura canlı adam gəlib çıxıb. 

 

Hətta bu barədə düşünməyin özü dəhşətlidir. Otuz il! O vaxt atam məndən kiçikmiş, bunlarsa 



burda bir-birlərini qırırlarmış. Qəribə dərddi: görən o kombinezonlu zabitin qızı indi 

haralardadır? Heç ağlına da gəlməz ki, atasının meyiti otuz ildi Qafqaz dağlarında, bir mağarada 

yiyəsiz qalıb. Harda yaşayır-yaşasın, atasının başına nə gəldiyini bilmir. Amma mən bilirəm, bəs 

bu qəribə deyil? Hər halda bu almanların kim olduqlarını bilmək maraqlı olardı. Bəlkə elə 

çoxdan axtarılan müharibə caniləridirlər? Bu ki, məlum məsələdir, esesçidilərsə, deməli, yalnız 

hərbiçi kimi vuruşmayıblar, həm də dinc əhalinin başına olmazın oyunlar açıblar. Günahsız yerə 

güllələyiblər. Min cür işgəncə veriblər... Birdən mənim babamı, anamın atasını bunlardan biri 

öldürmüş olar, axı onu elə bu tərəflərdə, Şimali Qafqaz ətrafında öldürüblər. Amma məhz kimin 

onu öldürdüyünü indən belə heç kim dəqiq öyrənə bilməz. Anam bizə danışmışdı ki, babamı 

müharibəyə gedəndən ikicə ay sonra vurublar. Könüllü gedibmiş. Anam həmişə bu barədə yana-

yana danışır, deyir, onu heç vaxt çağırmayacaqdılar, çünki o vaxt neftçiləri cəbhəyə aparmırdılar, 

babam isə heç kəs onu çağırmayaçağırmaya, ərizə yazıb özü getdi. Ona görə də yazıq anam 

atasız böyüdü. Bir dəfə anam bunları atama danışanda mən eşitdim. 

 

Deyəsən, babamın cəbhəyə könüllü getməsi anamı yaman dilxor eləyib, çünki o, belə də dedi: 



onun ölməyi kimin nəyinə lazım idi? 

 

Onun bütün yoldaşları – mədəndə işləməyə qalanlar da, cəbhədən qayıdanlar da indi kefi kök, 



damağı çağ yaşayırlar, hələ babamın yaxın dostlarından biri hətta nazir olub, o isə həm özünü 

məhv elədi, həm də nənəmin həyatını qara günə caladı. Uşaqlar – anamın özündən başqa iki 

bacısı var – bir nənəmin ümidinə qalıb, babam öləndən sonra bərk korluq çəkiblər, çünki 

nənəmin heç bir sənəti yox imiş, məcbur olub qənnadı fabrikində işə girib, siftə çeşidləyici, 

müharibə qurtarandan sonra fabrik monpası və şirnidən başqa ayrı şirniyyat məhsulları da 

istehsal etməyə başlayanda usta vəzifəsinə təyin olunub, çünki nənəmin bişirdiyi paxlavanı, 

noğulu və s. 

 

heç kəs bişirə bilməz. Anam dedi, o, çox ağılsız hərəkət eləyib, gərək babam belə bir addım 



atmamışdan qabaq öz ailəsi barədə düşünəydi. Babam cəbhəyə gedəndə anamın vur-tut iki yaşı 

olub. 


 

O, hər dəfə öz ailələrindən söhbət salanda, mən dərhal başa düşürdüm ki, bütün bunların hamısı 

atama görədir. Anam istəyir ki, bu yolla atamı dənizdəki işindən çəkindirsin, quruya qaytarsın. 

Bəzən mənə elə gəlir ki, anam elə babama görə atamın, mənim bu cür bərk nigarançılığımızı 

çəkir. Hətta evimizdə bir yaxşı hadisə olanda da: kiminsə ad günündə və ya bahalı bir şey – 

pianinodan, rəngli televizordan-zaddan alanda da anam özünü saxlamır: hamısı gözəldi, ancaq 

təki sağlıq olsun, təki Allah heç kəsin canına qıymasın. 

 

Bu, nənəmin sözləridi, anamın da dilinə düşüb, nənəm hər gün o sözləri öz-özünə mızıldanır, elə 



bil ki, namaz qılır. Atam da cavabında dedi ki, Allah rəhmət eləsin, görünür, kişinin ayrı əlacı 

olmayıb. 

 


 

343


Anam təəccübləndi, dedi: 

 

– Ağzımda sənə demirəm ki, mədəndə işləyənləri cəbhəyə aparmırdılar, heç almanlar Moskvaya 



yaxınlaşanda da onlara toxunmadılar. 

 

Sən də başlamısan ki, ayrı əlacı olmayıb. 



 

Ancaq dərhal başa düşdüm ki, babamın ayrı əlacı olmayıb deməklə atam tamam başqa şeyi 

nəzərdə tutur. Axır vaxtlar deyəsən, anam atamla danışanda bəzən çox şeyi başa düşmür. 

 

– Mən sənin atanı tanımırdım, – atam dedi, – ancaq məncə, o, cəbhəyə ona görə könüllü gedib 



ki, özüynən bacarmayıb. Bacarsaydı getməzdi. 

 

– Belə de də, – anamın qanı qaraldı. Bunu o saat hiss elədim. – Deynən ki, müharibə başlayıb-



eləsə, sənin də yadına nə bu uşaq düşəcək, nə də mən. 

 

– Bir də müharibə olmayacaq, – atam gülə-gülə dedi. 



 

– Birdən oldu? 

 

Çox istərdim ki, atam bunun cavabında ona desin ki, heç bir müharibəyə-zada gedən deyil, o ki 



qaldı könüllü ola. Təki bir də dalaşmayaydılar. Axı bəlkə doğrudan da heç zaman başlamayacaq 

bir müharibənin üstündə yox yerdən dalaşmaq gülünc işdir. Hələ heç məlum deyil, bu müharibə 

kimnən olacaq, ancaq bunlar elə indidən bir-birləriynən dalaşmağa hazırdılar. Yaman ümidim 

var idi ki, bunu atam özü başa düşəcək və könüllü getməyi qərara alsa da, anama bu barədə heç 

nə deməyəcək. 

 

– Bilirsən nə var, – atam dilləndi. – Əslinə qalsa, mən o qədər də nümunəvi vətəndaş deyiləm. 



Fəal ictimaiyyətçiliyim də yoxdur, heç olmağını da istəmirəm. Hərçənd ki, heç bir məsələdə öz 

fikrimi açıq deməkdən çəkinmirəm. Bircə istehsalat müşavirələrində, o da ki, bizim idarənin işi 

ilə bağlı olanda iştirak eləyirəm. Hətta sonuncu dəfə nə vaxt nümayişə çıxdığımı da tamam 

unutmuşam... 

 

Bax bunu düz deyir, bayram günləri mən nümayişə çıxmaq üçün məktəbə gedəndə atam həmişə 



yatmış olur. Hər dəfə dənizdən qayıdandan sonra iki-üç gün günorta saat on ikiyəcən yerindən 

qalxmır. 

 

– Amma Allah eləməsin, əgər müharibə olsa, elə birinci gündən əsgər gedərəm. Çünki insan bu 



dünyaya bir dəfə gəlir və bu müddət ərzində buraxdığı ən ağır səhvi də düzəldə bilər. Bircə 

bundan başqa. Bu cür səhvi adam ömrü boyu özünə bağışlaya bilməz. 

 

Neynəmək olar, sənin atanın sadəcə olaraq bəxti gətirməyib, tez həlak olub, amma o biri tərəfdən 



çox düz iş görüb: əsl kişilik eləyib. 

 

Ən dəhşətli şey də budur: övladların sənin yerinə hamının yanında xəcalətli ola. 



 

Atam tək-tük hallarda anamnan bu cür ciddi danışır, ümumiyyətlə o, çox az danışan adamdır, 

amma indi gör necə ciddi, hökmlü, hətta mən deyərdim, təmtəraqlı danışır. O qədər təmtəraqlı 

danışır ki, səsinin tonundan ətim ürpəşdi. Sonra anam o biri otağa keçəndə mənə göz vurdu, 

ancaq nədənsə bu dəfə həmişəki kimi gülümsəmədi və mənə elə gəldi ki, o bütün bunları həm də 

mənim adımdan danışırmış. Sanki ovcunun içi kimi bilir ki, dinib-eləməsəm də onun dedikləri 

mənim də ürəyimdəndir. 


 

344


 

Necə yuxuya getdiyimdən heç xəbərim də olmadı. Oyananda da qəfil oyandım, çünki yuxuda 

mənə elə gəldi ki, altımda yer tərpənir. 

 

Deyəsən, bu təkcə mənə elə gəlməmişdi, gözümü açanda gördüm Kəmalə də oyanıb. O, yuxuda 



da əlimi buraxmamışdı. Qorxa-qorxa ətrafa boylandı və sonra dedi: 

 

– Oyy, mən hardayam. – Sonra deyəsən, harda olduğu yadına düşdü, çünki özü sakitləşdi. Və bir 



daha soruşmadı ki, hardayam. 

 

– Saat neçədir? 



 

Durub Sabirin yatdığı yerə getdim. Çox bərk yatmışdı, ancaq yuxuda nə isə danışırdı. Əli də 

oyanmamışdı. Saat üç idi. 

 

– Səhər tez açılsaydı, – Kəmalə pıçıltı ilə dedi və o yan-bu yana boylandı, deyəsən, yenə 



skeletlər yadına düşmüşdü. – Yenə ordadılar? – Guya biz yuxuda olanda skeletlər harasa 

getməliymiş. 

 

Yanımızdakı şamların ikisi qurtarmaq üzrəydi, onların oduna təzələrini yandırıb yan-yana 



düzdüm. Sonra yerimə uzandım, yatmaq istəyirdim, hətta gözlərimi də yumdum, birdən hiss 

elədim ki, Kəmalə əlimi axtarır. O, ikiəlli əlimdən yapışıb onu özünə sıxdı və dərindən köks 

ötürdü. Hətta əlimdən daha rahat tuta bilsin deyə bir az da mənə sarı qısıldı. Birdən-birə elə 

xoşhallandım ki, dünyada hər şey yadımdan çıxdı. O gecə Kəmalə mağarada bir əlimi sinəsinə 

sıxıb yuxuya gedəndə sevindiyimdən elə bildim ki, göyün yeddinci qatındayam. Nəfəsinin istisi 

ovcumu yalayırdı. Bəlkə o heç məni Pakizə kimi uşaq saymır, bir qırıq da olsa, mənə də oğlan 

kimi yanaşır? 

 

Elə yuxuya gethagetdə, alayuxulu yenə də uğultu səsi eşitdim, deyəsən, hardansa, yerin altından 



gəlirdi. 

 

Səhər tezdən hamımızı Sabir yuxudan oyatdı. Heç durmağım gəlmirdi, amma neynəyəsən. Sabir 



çiynimdən yapışıb məni elə silkələdi ki, yuxum təmiz qaçdı. Saat yeddiydi. Sabir bizə elan elədi 

ki, düz saat səkkiz tamamda mağaradan çıxırıq, elə beləcə də dedi: 

 

“Düz saat səkkiz tamamda”. O vaxta kimi isə mağaranın hər yerini yaxşı-yaxşı gəzib 



yoxlamalıydıq. 

 

Sabir yekə kişilər kimi, çox ciddi tərzdə hər birimizdən ayrıca soruşdu ki, özümüzü necə hiss 



eləyirik, soyuqlayıb-eləməmişik? 

 

Sonra dedi: “Hamımız birdən getməyəcəyik, bir nəfər qalmalıdır, ona görə ki, biz burda 



olmayanda heç kəs bura yaxın düşməsin”. 

 

Sabir bizi başa saldı ki, biz burda olmayanda bura gəlib çıxan olsa, onda bu mağarı biz yox, o 



tapmış hesab olunacaq. Bizə heç qulaq asan da olmayacaq. Deyəcəklər, burda gecələmisiniz, çox 

əcəb, amma bu adam mağaranı tapan kimi, dərhal xəbər verib. 

 

Onda bütün şan-şöhrət bizə yox, özgə adamlara çatacaq. 



 

Kəmalə dedi, bura kim gəlib çıxacaq, neçə ildi gələn olmayıb, indi deyirsən, elə bu bir günün 

içində bura bizdən başqa ayrı adamın da yolu düşər? Belə şey ola bilməz. 


 

345


 

Sabir də ona cavab verdi ki, düzdü, Kəmalə haqlıdır, amma o, bir şeyi unudur. Ağlına gəlmir ki, 

indi yəqin bizi axtarırlar və onlar hökmən biz gəldiyimiz cığırla gələcəklər, axı yerli adamların 

hamısı bu cığıra yaxşı bələddi. Düzdü, bu cığıra onların yolu az-az düşür, düşəndə də kimdir daş-

qayaya baxan, ancaq indi bizi axtardıqlarına görə, bütün dəlmə-deşikləri bitdə-bitdə gözdən 

keçirəcəklər və çox güman ki, ayrı vaxt fikir vermədikləri bu yarığa da girib baxmaq 

istəyəcəklər. Öz-özümə fikirləşdim ki, Sabir düz deyir, kiminsə burda iki-üç saat artıq 

qalmağından ötrü risk eləməyə dəyməz. Kəmalə soruşdu ki, bəs hansımız burda qalmalıyıq. 

 

Qorxdum ki, birdən Sabir məni burda saxlayar, heç ürəyimdən deyildi bu; əvvələn, ona görə ki, 



anam bircə məndən başqa uşaqların hamısının gəldiyini görüb, onlar ağızlarını açanacan, elə 

biləcək başıma bir iş gəlib, ya qayadan uçmuşam, ya da çayda boğulmuşam; ikincisi də sözün 

düzü, bu skeletlərnən bir yerdə tək qalmaq istəmirdim. 

 

Yenə uşaqlar yanında olanda cəhənnəm, tək qalmaq isə dəhşətdir. Sabir dedi ki, bu barədə də 



fikirləşib və belə qərara gəlib ki, mağarada Əli qalacaq. 

 

– Bir buna bax, kişi qərara gəlib, – Əli dedi. – Mən də qərara gəlmişəm ki, sən qalasan. Sən niyə 



başqasının əvəzinə qərara gəlirsən? 

 

– Ona görə ki, belə yaxşıdır. Özün fikirləş. Kəmaləni burda qoya bilmərik, qız uşağıdır. – Sonra 



başıynan məni göstərdi. – O da qalmağa qorxur. Qalsa, qorxudan dəli olar. 

 

Az qaldı qışqıram ki, mağarada özüm qalaram. Ancaq Sabir hələ danışırdı, o danışanda, gərək 



onun sözünü kəsməyəsən. Dedim, qoy qurtarsın, sonra deyərəm. 

 

– Mən özüm də qala bilərəm, ancaq bu düzgün olmaz, çünki bu yolu hamınızdan yaxşı 



tanıyıram, bu cığırdan altı dəfə keçmişəm, dörd dəfə keçən il, iki dəfə də bu il, sən isə cəmisi 

bircə dəfə, o da keçən il. Yox, əgər qalmağa qorxursansa, bu başqa məsələ, bunu açıq de, onda 

heç başqa söz də lazım deyil, bunu üzrlü hesab eləyərik və mən özüm qalaram! 

 

Əli mızıldandı ki, heç nədən qorxub-eləmir, sadəcə olaraq, istəyir ki, hər şey ədalətnən olsun. 



Ancaq hamımız bildik ki, qalmağa razıdır. 

 

– Başqa təklifiniz-zadınız yoxdu ki? – Sabir dedi və növbə ilə bir-bir üzümüzə baxdı. 



 

Heç kəs dinmədi, içi mən qarışıq. Fikirləşdim desəm ki, qalmaq istəyirəm, Sabir məni lağa 

qoyacaq. Bunusa istəmirdim, özü də Kəmalənin gözü qabağında. Həm də hər dəfə mənə lağ 

eləyəndə, elə tikanlı sözlər tapıb deyir ki, eşidənlərin gülməkdən qarnı cırılır. 

 

Əlbəttə, bircə məndən başqa. 



 

– İndi isə axtarışa başlayaq, – Sabir dedi. – O başdan başlayaq. 

 

Mağaranın o başına yollandıq, dünən ora heç baxmamışdıq. 



 

Sabirnən Əli əllərində fənər qabağa düşmüşdülər. Kəmaləynən mən də əlimizdə şam onların 

dalınca gedirdik. – Sabir belə əmr eləmişdi. 

 

Əli nə deyir-desin, ancaq afərin Sabirə, onsuz biz təmiz batardıq. 



 

 

346


Yarığı da o tapdı, axı çovğuna düşüb qalanda, birinci o durub getdi və burda da özünü çox ağıllı 

aparır. Hətta bu səhər, dünən söz verdiyi kimi, düz yeddidə oyandı. Xasiyyəti pis olsa da, çox 

qoçaq adamdı. 

 

Nəinki mağaranın o başına, heç yarısına da çatmamışdıq, birdənbirə o qədər maraqlı şey tapdıq 



ki, nə sevinməyə, nə də təəccüblənməyə macalımız oldu. 

 

Heç inanmaq olmurdu ki, bunların hamısını biz tapmışıq. Belə şey bir dəfə mənim başıma gəlib, 



bu il martın 21-də, ad günümdə. 

 

Bir gecənin içində mənə həm durbin, həm velosiped, həm də elektromexaniki konstruksiya 



bağışladılar. Çoxdan ürəyim gedirdi bu şeylərdən ötrü. Ancaq heç gözləməzdim ki, hamısını bir 

gündə bağışlayacaqlar. Desəydilər də inanmazdım, amma bağışladılar, durbini valideynlərim, 

velosipedi nənəm, konstruksiyanı isə Sona xalaynan Vasif dayı gətirmişdi. 

 

Bu gün də hər şey o günkünə bənzəyirdi. Hələ bir az da ondan yaxşıydı. Əvvəlcə divarda qara bir 



dəmir qapı gördük. O elə kip örtülmüşdü ki, qorxduq bağlı ola. Sabir qapının dəstəyini burdu, 

sonra onu özünə sarı çəkdi, qapı yavaş-yavaş, görünür, yaman ağır şey idi, açıldı. İçəri girib bir 

dəhlizə düşdük, orda bir neçə qapı vardı. Birdən mənə elə gəldi ki, biz yerin altında, mağarada 

yox, adi bir idarənin dəhlizindəyik. Burda döşəməyə əməlli-başlı parket döşənmiş, divarlara 

yağlı boya çəkilmişdi. Bircə fərqi var idi ki, bu dəhlizə açılan qapıların hamısı dəmirdən idi. Mən 

hələ istədim işığı da yandırım, düyməni çaqqıldatdım, ancaq tavandakı lampaların biri də 

yanmadı. Bir qapının üstünə almanca nə isə yazılmışdı, onu açıb içəri girdik, çox geniş bir 

otağıydı, bizim məktəbin direktorunun kabineti boyda. Bir başda üstündə ağır bürünc 

mürəkkəbqabı olan iri yazı stolu var idi. Stolun baş tərəfində divardan Hitlerin portreti, üzbəüz 

divarda isə böyük bir xəritə asılmışdı. O xəritə bütün Şimali Qafqazı və Xəzər dənizini, hətta 

Qara dənizin lap bəri ucu ilə birlikdə bütün Zaqafqaziyanı əhatə edirdi. Üç tərəfdən – 

Türkiyədən, dağları kəsərək şimaldan və bir də Xəzər dənizinin cənubundan çəkilən qırmızı ox 

işarələri Bakıya tuşlanmışdı. Xəritədəki yazıların hamısı almancaydı. Otaqda bir seyf də var idi, 

amma nə qədər elədik, dəstəyini yerindən tərpədə bilmədik. Seyf də xəritə kimi, bütün yan divarı 

tutmuşdu və heç adi dəmir seyflərə oxşamırdı, tamam divara hörülmüşdü. Onun lap böyründə isə 

dəstəyi qırmızı rənglə boyanmış yekə bir qapayıcı gördük. O, bütövlükdə elə bil şüşə qutunun 

içinə salınmışdı. Bu qutudan yuxarıda divara almanca nə isə yazılmışdı. Yazı nida işarəsi ilə 

qurtarırdı. 

 

Axırıncı söz də böyük hərflə başlayırdı. Çox qısa olduğundan tez yadımda qaldı: “Tod!” Bu 



yazının qalan sözləri isə kiçik hərflə başlayırdı, bircə birinci sözdən başqa və ən qəribəsi də bu 

idi ki, həmin şüşə qutunu çox asanca vurub sındırmaq mümkün olduğu halda, onun ağzından 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin