Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə48/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

qurtardıq işimizi. Lap yorulub əldən düşmüşdük. 

 

Artıq Sabir də ruhdan düşmüşdü, ancaq hələ də özünü o yerə qoymurdu. Dedi ki, sabah hökmən 



bir şey fikirləşib taparıq. Sonra ağlına nə gəldisə, bir buterbrod da bölüşdürdü. Ömrümdə heç 

nəyi onun kimi, bu cür dəqiq bölüşdürə bilməzdim. Paylarımızı özümüzə verəndən sonra dedi: 

bu əlavə yemək payını ona görə verir ki, bu gün biz çox möhkəm işləmişik və ona görə də 

qarnımızı bərkitməliyik. 

 

Və hamımıza şirin yuxu arzuladı, çox rəsmi şəkildə, lap əsl komandirlər kimi. Dərhal yerimizə 



uzandıq. Bu gecə Kəmalə yatanda əlindən tutmağı xahiş eləmədi, görünür, daha skeletlərdən 

qorxmur, yəqin öyrəşib. Bəlkə də Sabir onun gözü qabağında üstümə çığırdığına görə, məndən 

zəhləsi gedir. Ancaq bu, ağlabatan şey deyil, çünki Sabir əvvəllər də onun yanında mənim 

üstümə qışqırıb. 

 


 

353


Təhqir qaqaş deyir mənə. Hər dəqiqə heç kəs eşitməsin deyə pıçıltıyla soruşur ki, öz variantımı 

hələ qurtarmamışam ki? Axırıncı rübdə həm mənə mane olmasın, həm də özü narahatçılıq 

keçirməsin deyə siftə onun variantını yazırdım, sonra özümünkünü. Ancaq bunun dəxli yoxdu, 

yenə mənə yuxarıdan-aşağı baxır. Sağ ol deməyinə deyir, amma həm də zəhləsi gedir. 

 

Hələ də almanca-rusca danışıq kitabçasını oxuyurdum. Hayıf ki, lüğət deyil, danışıq kitabçasıdır. 



Lüğət daha çox karımıza gələrdi... 

 

– Sən niyə yatmırsan? – Sabir yerindən dikəlib soruşdu. Görünür, əsl komandir kimi, gecə də 



hamının məsuliyyətini öz boynuna götürmək istəyir. 

 

Dedim ki, yuxum gəlmir, ona görə də bu kitabçaya baxıram. 



 

– Yenə siçovulluq eləyirsən ha! – O bu sözü elə tikanlı-tikanlı deyir ki, hirsindən bilmirsən 

neyləyəsən. Əlini yellədib yerinə uzandı. Bu kitabçanı artıq bir dəfə oxuyub qurtarmışdım, indi 

isə elə bil başımı qatmaq üçün oxuyuram. Çünki oxumasam, o dəqiqə evimiz yadıma düşür. Gör 

indi orda nə həngamə qopub. Anam yəqin təmiz ağlını itirib! Bu dəqiqə onun nə hala düşdüyünü 

təsəvvürümə gətirməyə belə qorxuram. Neynəyim, özümnən bacarmıram da! 

 

Oxuya-oxuya yenə bu barədə fikirləşirəm. Düzünə qalsa, bu kitabçanı ona görə oxuyuram ki, 



vərdiş eləmişəm, oxumasam, dura bilmirəm. Ona görə də anam adımı kürt toyuq qoyub. Bəzən 

hətta kitabı əlimdən alıb atır, məsələn, çörək yeyəndə. Demək olar ki, xoşuma gələn kitabların 

hamısını iki-üç dəfə oxumuşam... Bu kitabçada isə həm qəribə və həm də gülməli şeylər çoxdur; 

əvvəlcə, almanca mətn verilir, sonra rusca. Bütövlükdə isə bu kitabça “Nəqliyyat”, “Hərbi əsir və 

ya partizanla söhbət”, “Eyş-işrət”, “Yerli əhali nümayəndəsinin cəzalandırılması barədə 

xəbərdarlıq” və s. kimi fəsillərə ayrılmışdı. Ümumiyyətlə, bütün həyat hadisələri nəzərə 

alınmışdı. Məsələn, “Alman zabiti freyleni qəhvəxanaya dəvət edir”. Mötərizədə isə “kinoya, 

teatra, restorana” sözləri əlavə olunmuşdu. Yaman fəndgir imişlər, deməli, hara getmək istəsə, o 

sözü yerinə qoyur, vəssalam. Və ya: “Bu kiçik hədiyyəmi qəbul edin”, mötərizədə isə “ətriyyat, 

konfet, gül dəstəsi, zərgərlik məmulatları”. Bir sözlə, bu kitabçada nə desək vardı, ən maraqlı 

şeylərə isə “Cəza barədə xəbərdarlıq”, “Hərbi əsir və ya partizanla söhbət” fəsillərində rast 

gəldim. Başdan-ayağa hədə-qorxuydu, hər şeydən ötrü ölüm cəzası – güllələnmə, ya dar 

ağacından asılma ilə qorxudurdular. “Axşam saat ondan sonra küçəyə çıxanlar yerindəcə 

güllələnməlidir”, “Evində kommunist – mötərizədə “partizan, döyüşçü” – gizlədənlər ölümə 

məhkum olunacaqlar. Heç demə, hər şeyə ölüm düşürmüş, hətta işə çıxmağa da. İndi başa 

düşdüm ki, qırmızı qapayıcının yanındakı yazıda gördüyüm “Tod” nə demək imiş. Onun “ölüm” 

demək olduğu bu kitabçadan aydın bilinirdi, çünki harda ölüm cəzasından söhbət gedirdisə, bu 

söz də orda işlənirdi. Hər xırda şeyin üstündə adamı ölüm cəzası gözləyirmiş, sanki bunlar üçün 

insan həyatının bir qara qəpikcə də qiyməti yox imiş. Deməli birinin saatı xarab olubsa, o da 

bundan xəbərsiz halda on birin yarısında küçəyə çıxıbsa, patrul onu yerindəcə güllələyə bilərmiş. 

Bu kitabçada oxuduqlarımdan belə çıxırdı. Bir az da oxudum, özüm də bilmədən yuxuya getdim. 

 

Səhər tezdən hər şey təkrar olundu. Hər küncə bir neçə dəfə ayaq döydük. İndi mən o mağaranın 



harasına desən, gözübağlı gedərəm, hər yanı qarış-qarış, hətta barmaqlarımızla yoxladıq, amma 

bu dəmir darvazadan başqa heç yerdə çıxış yolu tapa bilmədik. Onu da açmağa gücümüz 

çatmırdı. Sabir dedi ki, kaş bu yararsız avtomatların, pulemyotların əvəzində burda bircə dənə 

top olaydı, onda o top atəşi ilə bu darvazanı dərhal vurub partladardı. Sözdü də, danışır, əvvəla, 

ona görə ki, burda top-zad yox idi, yoxdursa, onda heç ondan danışmağa da dəyməz. İkincisi, lap 

olsaydı da, Sabir onu atmağın təhərini bilmirdi axı. Bütün günü – səhər tezdən gecə keçənə qədər 

– mağarada təpik döydük, demək olar ki, daha danışıb eləmirdik, çünki başa düşmüşdük ki, 

işimiz fırıqdı. Axşam qalan yeməyin hamısını – ərgin pendir paçkasını dörd yerə bölüb yedik və 



 

354


sonra nə edəcəyimizi fikirləşməyə başladıq. Yenə heç bir qərara gələ bilmədik və mən 

bekarçılıqdan kitabçanı götürüb oxumağa başladım. 

 

Bu hərəkətim Sabiri lap hövsələdən çıxartdı və o əmr elədi ki, bu dəqiqə onu örtüb kənara 



qoyum. Dərhal onun dediyi kimi elədim, daha əsəbiləşdirmək istəmirdim. O, təmtəraqlı bir tonda 

bildirdi ki, sabah da çıxış yolunu axtaracayıq, əgər tapmasaq, onda o, ya sabah axşam, ya da biri 

gün tezdən dəmir qapını qumbara ilə partlatmağa çalışacaq. Başqa əlac yoxdur. Fikirləşdim ki, 

ömründə, kinodan başqa, heç yerdə qumbara görməyən bu adam onu necə partlada bilər? 

 

– Sən heç onu partlatmağın təhərini bilirsən? 



 

– Ona nə var, tullamazdan qabaq dəstəyini özünə sarı çəkib, burmaq lazımdı, – dedi. – Ancaq 

mən tullamayacağam, gərək qapının dabanında balaca bir çala qazaq, qumbaranı ora qoyub, 

zirehli avto- mobilin arxasına qaçaq. Məncə, hər şey yaxşı olacaq. Onsuz da başqa əlacımız 

yoxdur. Yeməyimiz də qurtardı, sabahdan konservə keçməli olacağıq. 

 

– Sabah niyə? – Əli dedi. – Elə bu gün də yemək olar. 



 

O bu sözü deyən kimi, hamının gözü işıldadı. Ağızlarının suyu axdı. Hamımız acından ölürdük. 

Elə əvvəldən də bərk acmışdıq, ancaq bu pendir qırığından sonra lap ac canavara döndük. Lakin 

Sabir dedi ki, sabahacan konservlərə əl vurmayacayıq, gərək bir az qabağı da fikirləşəsən. 

Konservlərin xarab olduğunu onların yadına salmaq istədim, ancaq elə ağzımı açmamış üçü də 

birdən üstümə qışqırdı. 

 

– Sən istəmirsən, yemə, – Kəmalə dedi. – Heç kim sənə yalvarmır. 



 

Bizim işimizə də qarışma. 

 

Bu sözləri deyəndə onun ağzı əyildi, sifəti pis hala düşdü, səsi də, sifəti də. Xüsusən də sifəti yad 



və eybəcər şəkil aldı. Sifətinin bu günə düşə biləcəyi yuxuma da girməzdi. Kəmalənin bu 

sözlərindən elə bərk dilxor oldum ki, Əliynən Sabirin nə dediyinə heç qulaq da asmadım. 

 

Hamı yerinə uzandı. Kitabçanı bir az da vərəqləyəndən sonra mən də yatmaq istədim. Yanı üstə 



uzanıb gözlərimi yumdum. Elə bu vaxt Kəmalə – heç demə, o da yatmayıbmış – mənə dedi: 

 

– İncidin məndən? 



 

Başımı buladım, guya ki, yox. 

 

– İncimisən, incimisən, bəyəm görmürəm! 



 

– İnciməmişəm. 

 

– Elədirsə, əlini mənə ver, əlin əlimdə olanda rahat yuxuya gedirəm, – əlimi əlinə alıb susdu. 



 

Baxdım ki, yuxulayıb. Mənsə o gecə heç cür yuxulaya bilmirdim. 

 

Elə hey sabah Sabirin bizə konserv paylayacağı barədə düşünürdüm. 



 

Əlbəttə, mən yeyib-eləməyəcəyəm, ancaq nə olsun, uşaqların üçü ki, yeyəcək. Söz eşitmək də 

istəmirlər. Təmiz dilxorçuluq, heç nə qanmırlar. Axı botilizm haqqında nə yazıldığı mənim dəqiq 

yadımdadır. Belə şeylərə mənim yaddaşım çox güclüdür. 



 

355


 

Bütün şeyləri, hətta pislərini də bir dəfə, oxuyan kimi, əzbər bilirəm. 

 

Nəinki şeir, istənilən formul – nə qədər uzun olur-olsun – birdəfəyə yadımda qalır. Orda, 



ensiklopediyada yazılmışdı ki, bu cür xarab, yəni qapaqları dombalmış konservlərdən zəhərlənən 

adamı təcili xəstəxanaya götürmək lazımdır. Yoxsa ölümlə nəticələnə bilər. 

 

Axı Vitya Şeqlovun da necə öldüyü yadımdan çıxmayıb; o boyda sağlam adam bir gecənin 



içində can verdi. Hələ onu, gec də olsa, xəstəxanaya aparmışdılar. Biz isə hamımız birdən 

zəhərlənib öləcəyik və bu skeletlər kimi həmişəlik burda qalacayıq. Axı onlar niyə mən deyənə 

qulaq asmırlar? Axı bunu Sabir desəydi, onlar o saat razılaşardılar. Doğrudanmı bir adamın sözü, 

yalnız o turnikdə otuz dəfə dartına biləndən sonra başqaları üçün keçərli olmalıdır?! 

 

Sabirin sabah konservin birini açıb onlara necə payladığını və onların öz paylarını necə 



yediklərini təsəvvürümə gətirdim. Yeyəcəklər və bir saatdan, ya da saat yarımdan sonra, əlbəttə, 

başlarına döyəcəklər ki, niyə mən deyənə qulaq asmadılar, ancaq onda gec olacaq. Üçü də – 

Kəmalə də, Əli də, Sabir də – ağrıdan çığıraçığıra öləcəklər. Nədənsə bunu fikirləşəndə ürəyim 

bulandı. 

 

Ehmalca əlimi Kəmalənin ovcundan çəkib çıxartdım, ayağa qalxdım, barmaqlarımın ucunda 



yeriyə-yeriyə Sabirin yanına gəldim. 

 

Heç getmək istəmirdim, ancaq başqa əlacım yox idi. Onu oyatdım, gözlərini açıb təəccüblə mənə 



baxdı. Pıçıltıyla ona dedim ki, sabah o konservləri yesək, hamımız öləcəyik. Əvvəlcə, dinməzcə 

qulaq asırdı, görünür, nə dediyimi başa düşmürdü, çünki sonra başa düşəndə bərk qəzəbləndi. 

 

– Əgər bu saat gedib yatmasan, sənə elə bir təpik ilişdirəcəm ki, ömrün boyu şikəst qalacaqsan! – 



Dərhal geri dönüb öz yerimə qayıtdım. 

 

O isə dalımca qışqırdı: – Yaxşı, sabah danışaram səninlə, – və sonra elə bir söz əlavə elədi ki, 



Kəmalə yatmış olmasaydı, onu heç cür dilinə gətirməzdi. 

 

Gəlib öz yerimdə uzandım. Bir az uzanandan sonra, Sabirin yuxuya getdiyinə əmin olan kimi, 



durdum, konservlərin səkkizini də götürüb, ayağımı yerə ehmal basa-basa mağaranın o biri, 

dəhliz və komendant otağı olan küncünə yollandım. Əvvəlcə onları dalda bir yerdə gizlətmək 

istədim, sonra fikirləşdim ki, Sabir onsuz da yerini deməyə məcbur edəcək... Və hamısını bir-bir 

novçadakı suyun töküldüyü quyuya atdım. Və hər qutunu atandan sonra, dayanıb qulaq verirdim, 

deyirdim görüm, quyunun dibinə çatanda necə səs çıxacaq, ancaq heç nə eşidə bilmədim, bu 

quyunun dibi yoxdu, nədi? 

 

Səhər hamıdan tez oyandım. Oyandım və dinməzcə yerimdən tərpənmədim. Gözlərimi açmaq 



istəmirdim. Eşidirəm ki, Sabir durdu, əvvəlcə Kəmaləni, sonra Əlini durğuzdu, sonra mənim 

başımın üstündə dayanıb çiynimi dartışdırdı: “Dur, səhər açılıb”. Yuyunandan sonra bir yerə 

yığışdıq. Hamının qanı qaradır, sifətlərindən bilinir. Ən çox da mənim. Bircə onu fikirləşirəm ki, 

gör indi nə olacaq? Sabir danışırdı: 

 

– Gecəyarısı bu ağciyər məni durğuzub ki, bəs mən konserv yeməyə qorxuram, qarnım 



ağrıyacaq. Deyir ki, bu dünyanın bütün ensiklopediyalarını başdan-ayağa oxumuşam... Yeri, 

kitab siçovulu, yeri o konservləri bura gətir. 

 

Getdim. Dünən axşam onları yığdığımız yerəcən, beş addım. 



 

 

356


Yavaş-yavaş, sonra geri döndüm, dedim: 

 

– Konservlər orda yoxdur. 



 

– Bəs hardadır? 

 

– Hamısını tulladım. 



 

Üçü də gözlərini bərəltdi. 

 

– Bəs hara tulladın? – Bunu Sabir soruşdu. Hələ inanmırdı. 



 

– Novçadakı suyun töküldüyü quyuya, – o dəqiqə hiss etdim ki, Sabir inandı. Elə o biriləri də. 

Ona görə Sabiri deyirəm ki, mən onda gözlərimi ancaq onun sifətinə zilləmişdim. 

 

– Hamısını tulladın: 



 

– Hə. 


 

Üçü də hirsindən cilov gəmirirdi. 

 

– Əclaf! – Əli dedi. – Sənin nə ixtiyarın vardı? 



 

O, əlini qaldırdı, mən hətta boynumu da qısdım, dedim indi vuracaq, ancaq vurmadı, tüpürdü və 

kənara çəkildi. Kəmalə də hiddət və nifrətlə mənə baxırdı, o da dedi ki, mən gicbəsərəm, 

heyvərənin, yekəxananın biriyəm. Bircə Sabir heç nə demədi, lal-dinməz dayanıb nifrətlə məni 

süzürdü. İki addım məndən aralıydı, aramızda bircə mənim “döşəyim” durmuşdu. Birdən onun 

üstündən üstümə sıçradı. 

 

Yumruğu sifətimdən tutdu, ağzım duz dadı verdi, başım gicəlləndi. 



 

Eynəyim gözümdən düşdü, onu çıxartmadığıma peşman oldum. 

 

Yəqin döşəməyə dəyəndə şüşələri qırıldı. Dedim, indi bir-ikisini vurandan sonra əl çəkər, ancaq 



o, əl çəkənə oxşamırdı, dalbadal vururdu, hamısını sifətimə. Üzümü əllərimlə örtdüm, o da var 

gücü ilə qarnıma vurdu, əlimi üzümdən çəkdim, yenə sifətimi yumruqlamağa başladı. Sonra heç 

üzümü də örtə bilmədim, əllərim sözümə baxmırdı, onları yuxarı qaldıra bilmirdim. İndiyəcən də 

başa düşə bilmirəm ki, mən niyə yıxılmırdım. O yan-bu yana səndələyirdim, amma yıxılmırdım. 

Yəqin Sabiri də cindən-dondan eləyən elə bu idi. Yıxılsaydım, bəlkə də ürəyi soyuyardı. 

Eynəksiz onsuz da pis görürəm, indi isə elə bil gözümə tor gəldi, elə bil dörd yana qatı duman 

çökdü. Ona görə də dizlərim qatlandı, amma tamam yıxılmadım, dizi üstə dayandım. Sabir hələ 

də yumruqlayırdı. 

 

Ancaq daha heç bir ağrı hiss eləmirdim, onun sifətini isə arabir görə bilirdim – yanıb-sönən işıq 



kimi. Elə bil kimsə işıqla oynayırdı, əlini düyməyə basıb çəkirdi. Mənə elə gəlirdi ki, bu 

yumruqların ardı-arası heç zaman kəsilməyəcək, ancaq daha qorxum-zadım qalmamışdı. Bu 

yumruqların hamısına biganəydim, elə bil məni yox, başqasını döyürdülər. Bir də onu gördüm ki, 

Kəmalə Sabirin üstünə atıldı. O da geri çevrilib var gücü ilə ikiəlli Kəmalənin sinəsindən itələdi. 

Kəmalə bir neçə addım geriyə səndirləyib döşəməyə yıxıldı. Bir də gördüm Əli “Bəsdi!” – deyə 

çığıraraq Sabirin üstünə atıldı. Elə bu anda o, var gücü ilə sifətimə bir təpik ilişdirdi və ondan 

sonra heç nə yadımda qalmayıb. Deyəsən, yıxılanda həm də başım döşəməyə möhkəm dəyib. 

 


 

357


Sən demə o, Əlini də döyüb, mənim qədər olmasa da, mənimlə o bir deyildi, ancaq Əli mənə 

dedi ki, Sabir onu da möhkəm döyüb. 

 

Bunu eşidəndə məəttəl qaldım, axı cığallıq elədi, köynəyindən tutub özümə sarı çəkib, sifətinə 



bir kəllə ilişdirib, sonra badalaq atıb, onu yıxıb yerdə döyüb. Və bu vaxt Kəmalə avtomatı 

götürüb cumub onun üstünə. Əli deyirdi ki, onda yaman qorxdum. Qorxub ki, Kəmalə birdən 

onu öldürər. Sabir özü də qorxub, o dəqiqə əlini saxlayıb, dal-dalı çəkilib. Kəmalə isə avtomatı 

qışqıra-qışqıra ona uzadıb: “Ala, vur, öldür hamımızı, faşist köpəyoğlu!” Bunları özümə 

gələndən sonra Əli mənə danışdı. Kəmalə ağlaya-ağlaya sifətimə soyuq kompres qoyurdu. 

Özümə gəldim, elə ona görə hiss elədim ki, nə isə sifətim üşüyür. Ancaq bu kompreslərə 

baxmayaraq, sifətim yaman gündəydi. Əli eynəyimi gətirib yanıma qoydu. Şüşəsinin biri salamat 

idi, o biri isə xıncımxıncım olmuşdu. Bütün bədənim sızıldayırdı: xüsusən də sifətim. 

 

Heç əngimi tərpədə bilmirdim: əzələləri elə ağrıyırdı ki. Axı o məni niyə belə döydü? Birin 



vuraydı, ikisin vuraydı! Bəs belə vəhşilik olar? Axı o məndən xeyli iridi, həm də sağlam. 

Deməli, kim kimdən güclüdürsə, o birisini döyməlidi? Onda bunun nə xeyri? Əgər mən də ondan 

yaşyarım böyük olsaydım, onda baxardı halına! Neyləyim ki, sinifdə hamıdan balacayam? Hamı 

bunu bilir, ona görə də mənnən heç kim dalaşmır. Sabir özü neçə dəfə deyib ki, mənnən işləri 

olmasın. Bircə dəfə dalaşmışam, o da beşinci “A” sinfində oxuyan Alik Sxetski ilə. Bufetdə o 

məni itələdi, mən də onu. Sonra o dedi: “Dərsdən sonra qalarsan, dalaşarıq”. Basketbol 

meydançasına getdik, dərsdən sonra orda adam olmur, çantalarımızı yerə qoyub başladıq 

dalaşmağa. Dərhal ona iki yumruq vurdum, amma o, lal-dinməz dayanıb üzümə baxırdı. Mən də 

dayandım, soruşdum ki, nəyi gözləyir. O isə acıqlı-acıqlı dedi: “Mən sənnən necə dalaşım, axı 

sən eynəklisən?” Və sifətində elə pərtlik vardı ki, heç nədən yazığa iki yumruq vurduğuma 

peşman oldum, axı demək olar ki, heç dava eləməyə başlamamışdıq. Dərhal eynəyi gözümdən 

çıxarıb, dedim ki, o da mənə iki yumruq vursun, sonra kişi kimi dalaşaq. O, razı olmadı, dedi, 

sadəcə olaraq məni vurmaq istəmir. 

 

Hiss elədim ki, daha dalaşmaq niyyətində deyil. Elə mən də həvəsdən düşmüşdüm. Bir müddət 



lal-dinməz üz-üzə dayandıq, sonra ondan soruşdum ki, on qəpiyi varmı, ciblərini axtardı, tapdı. 

Və soruşdu ki, nəyimə lazımdı? Özümdə otuz qəpik vardı, onu götürüb bir yerdə kinoya getdik. 

İki bilet alıb “Bəxtiyar centlmenlər” filminə baxdıq. Çox yaxşı film idi. O vaxtdan Aliknən bərk 

dostlaşdıq. 

 

Hətta bura gələndə, bizimlə olmadığına çox təəssüfləndim. 



 

Valideynləri ilə Kubana yay istirahətinə getmişdi. 

 

Hələ də Alik Sxetskini düşünürdüm, birdən başım fırlandı, başladım öyüməyə. Dalbadal bir neçə 



dəfə. Adi qusmaq əvəzinə ağzımdan qara qusuntu tökülürdü. Ona görə ki, mədəm boşdu, axırıncı 

dəfə bir tikə pendir yemişdim, sudan başqa nə gələcəkdi ki? Kəmaləynən Əli yaman qayğıkeş 

olmuşdular. Yanımda əyləşib teztez soruşurdular ki, bir şey lazım deyil mənə? Boynuma alım ki, 

onların bu qayğıkeşliyi yaman xoşuma gəlirdi. 

 

Sabir isə hələ də mağaranı gəzir, çıxış yolu axtarırdı, ancaq məncə, o da artıq bundan əlini 



üzmüşdü, sadəcə olaraq bizə görə, özünü o yerə qoymurdu. Heç birimizlə danışmırdı, ya özü 

istəmirdi, ya da qorxurdu ki, biz onu dindirməyək. Kəmaləynən Əli gecə keçənə qədər yanımdan 

çəkilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bu gün çox tez ötüşdü. Elə indicə səhər açılmışdı, 

bir də baxıram ki, hamı yatmağa hazırlaşır. Məəttəl qalmışdım buna. 

 

Sabahı hamı gec oyandı. Mənsə hamıdan gec. Ayılmışam, heç cür yadıma sala bilmirəm 



hardayam, bu uşaqlar – Kəmalə, Əli, Sabir niyə başıma toplaşıblar, niyə bunlar mənə belə ürkək-

 

358


ürkək baxırlar? Heç nə başa düşmürəm! Hələ də bu andıra qalmış mağarada olduğum yadıma 

düşəndən sonra Sabir mənə dedi: 

 

– Sən allah, bağışla məni. Dünənkinə görə. Çox xahiş eləyirəm, bağışla məni! 



 

Kəmalə ona acıqlandı: 

 

– Nəyi bağışlasın? Bir gör yazığı nə hala salıbsan. Səndən iyrənc adam görməmişəm. 



 

– Yaxşısı budu, çıx get, – bunu da ona Əli dedi. – İtil burdan, yoxsa əngini əzərəm. 

 

Sabir elə bil onları eşitmirdi, elə bir sözdən tutmuşdu. 



 

– Bağışla. Qələt eləmişəm, bağışla! 

 

Bunların hamısı gülməli gəlirdi adama. Mənim bağışlamağım bunun nəyinə lazımdı? Birdən 



gördüm Sabir ağlayır. Heç ağladığını görməmişdim. Heç vaxt belə şey olmayıb. Amma indi 

oturub gözümüzün qabağında, zar-zar ağlayır. Mənim də yaman qanım qaraldı, hətta yada 

salmaq belə istəmirəm, qanım o qədər qaraldı ki, başladım onu kiritməyə: yaxşı, bəsdi ağladın, 

ancaq gələn dəfə əlini qaldırmamış, yaxşı-yaxşı fikirləş! Başqa nə deyə bilərdim ki? 

 

Əli isə tutduğunu buraxmırdı: rədd ol, yoxsa sənin üçün pis olacaq! Axırda Kəmalə də onu 



iyrənc tip adlandıranda durub getdi. 

 

Elə suyu süzülə-süzülə getdi ki, yazığım gəldi ona. O gedəndən sonra Əliynən Kəmalə uzun-



uzadı onun qarasına danışdılar, lakin mənim ona acığım tamam soyumuşdu. Uşaqlara bunu 

demədim, desəydim, yəqin ki, mənə qəzəbləri tutacaqdı, ancaq mənim hirsim tamam soyumuşdu 

və niyəsini özüm də bilmirdim! 

 

Üçümüz də yanaşı uzanmışdıq, üçümüz də susurduq, nə isə süstləşmişdik, yəqin ki, acından idi. 



Sabir əlində qumbara gəlib deyəndə ki, durub komendantın otağına keçək, heç başımızı da 

qaldırmadıq. O, başa saldı ki, çıxış yolundakı dəmir darvazanı partlatmaq istəyir. Yeriməyinə, 

yeriyə bilirdim, amma sərxoş adam kimi, ayaqlarım bir-birinə dolaşırdı. Yaxşı ki, Əliynən 

Kəmalə qolumdan tutmuşdular. Otağa girən kimi, Əli bizi saxladı və Sabirin yanına qayıtdı. 

Küsülü olsalar da, deyəsən Əli istəmirdi ki, Sabir qumbaranı tək partlatsın. 

 

Biz Kəmaləynən otaqda oturub, nə olacağını gözləyirdik. Bura o qədər sakit idi ki, elə bilirdin bu 



otaq hansı bir idarəninsə kabineti idi və bu dəqiqə müdir içəri girəcəkdi. Qırmızı dəstəyin 

böyründəki yazıya bir də baxdım. Kitabçanı oxuyandan sonra bilirdim ki, “Tod” ölüm deməkdir. 

O söz kitabçada tez-tez təkrar olunurdu. Bir də “Erschie Ben” – güllələnmə sözü. Bu da yaxşı 

yadımda qalmışdı, çünki hər iki sözə demək olar ki, hər səhifədə rast gəlmək olurdu. 

 

Sonra güclü partlayış səsi eşidildi, otağın qapısı kip örtülüydü, partlayış olan kimi, zərblə açılıb 



divara dəydi. Şamların hamısı birdən söndü. 

 

Əli bizə danışdı ki, Sabir qumbaranın dəstəyini özünə sarı çəkdi, yana burdu, qapının dibindəki 



çalaya qoydu, sonra ikimiz də dərhal qaçıb zirehli maşının dalında gizləndik. Ancaq partlayışın 

faydası olmadı, yalnız qapının üzü bir-iki yerdən cızıldı. 

 

Komendantın otağında hələ xeyli oturduq. Hərə bir söz deyirdi, hamısı da boş-boşuna, çünki 



artıq açıq-aydın bilirdik ki, işimiz çox pisdi. Yavaş-yavaş, özümüz də hiss eləmədən, Sabirnən 

 

359


danışmağa başladıq. Amma ta o bizim başçımız deyildi. Sabirnən küsülü olsaq da, olmasaq da, 

onsuz da indən belə bizə başçı lazım deyildi. 

 

Hamımız durub otaqdan çıxdıq. 



 

Yaman acmışdıq. Heç kim bu barədə heç nə deməsə də, acından ölürdük. Bircə fikrimiz vardı, o 

da yemək. Ayrı heç nəyi düşünmək mümkün deyildi. Dördümüz də öz yerimizdə uzanıb ancaq 

onu fikirləşirdik. Yaxşı ki, bu kitabçanı tapmışam, yoxsa lap dəli olardım. Heç kəs dinib-eləmir, 

ətrafa elə bir sükut çöküb ki, elə bil bu dünyada bizdən başqa canlı adam qalmayıb. Bu skeletlər 

də bir yandan adamı əsəbiləşdirir. Təsəvvürümə gətirməyə çalışdım ki, bir vaxt onlar da sağ-

salamat olublar, ancaq bir şey çıxmadı. 

 

Kitabçanı vərəqləyir, o vaxtların necə qəribə bir dövr olduğuna mat-məəttəl qalırdım. Demək 



olar ki, hər səhifə müdhiş hədəqorxuyla doluydu, hər şeyin də bir cəzası vardı – o da ölüm! 

Oxuyanda adamı üşütmə tuturdu: “...güllələnmişlər”, “...ölüm cəzasına məhkum olmuşlar”. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin