oxşayır.
İkinci cərgədə, düz mənimlə üzbəüz əyləşmişdi, üz-gözündə təbəssüm, mənə baxırdı. Biz
axırıncı dəfə görüşəndə o gülümsünürdü...
O günlər yadıma düşürdü...
– ...sən mənə zülm eləyirsən. Heç cürə başa düşə bilmirəm, nə istəyirsən, başa düşmürəm, nə
olub sənə?
O zaman heç nə deyə bilmədim, çünki deməyə söz tapmırdım...
Dodaqlarımı onun üzünə söykəyib gözlərimi yummuşdum, sevinc dolu bir həyəcan içində ona
sözlər demək istəyirdim, elə sözlər ki, heç zaman nə onu bezdirə bilərdi, nə məni, elə sözlər ki,
sonralar təkrar eləyəndə mənim qollarımın arasında, gözlərini yumub qulaq asa bilərdi, yorğun,
soyuq dodaqlarını çiynimə söykəyib susardı...
Ona heç nə deyə bilmədim, çünki içimdə dilimi-dodağımı bağlayan bir nifrət və acıq baş
qaldırmışdı, o, heyrətlə, vahimə dolu gözlərilə mənə baxırdı, mən onu ən ağır sözlərlə təhqir
eləmək istəyirdim, var gücümlə üzünə sillə çəkmək istəyirdim.
– O mənim ərimdi, başa düşürsənmi? Səni görəndən on il əvvəl tanış olmuşduq.
– Axı sən məni sevirsən! – sözlər güclə dilimdən çıxırdı. – Necə ola bilər ki, sən həm onunla,
həm də mənimlə bir yastığa baş qoyursan? Heç belə də məhəbbət olar? Mən bütün bunlardan
iyrənmişəm. Sən ondan uzaqlaşacaqsan, ya yox?
O, başını buladı.
– Yox.
– Nə qədər ki, onunlasan, səni heç görmək belə istəmirəm, eşidirsənmi? Axırıncı dəfə deyirəm...
320
O vaxtdan bəri üz-üzə gəlməmişdik. Mən hər gün, hər saat gecə-gündüz onun haqqında
fikirləşirdim. Olub-keçənlər yadıma düşdükcə keyləşirdim, əlim-ayağım yerdən üzülürdü; birinci
ili dəhşətə gəlirdim, gündüzlər əlim heç nəyə yatmırdı, gecə yarıyadək arxası üstə uzanırdım,
gözümə yuxu getmirdi, bir yerdə olduğumuz bütün günləri bir-bir xatırlayırdım, qısqanclığın
əlində qıvrılaqıvrıla qalırdım.
Elə birinci dəfə ərini gördüyüm gündən bu hiss mənə aman vermirdi. O günə kimi mən onun
haqqında heç vaxt fikirləşmirdim, yada salmırdım onu, amma bilirdim ki, belə bir adam var –
Məryəm özü danışmışdı – Bakı-Həştərxan arasında işləyən “Qroznı” sərnişin gəmisinin kapitanı.
O, sahildə – Bakıda olanda gündüzlər görüşürdük; teatrdakı bütün məşqlərinə gəlirdim, hərdən
otaqda ikilikdə olanda mən onunçün oxuyurdum, ya da bir yerdə təzə mahnılar öyrənirdik. Belə
günlərdə bəzən axşamlar, onun tamaşalarında görüşərdik, “Çio-Çio-San”da, “Yevgeni
Onegin”də oxuyardı. Onun gözəl, zəngin koloratur səsi vardı. Mən ona heyranlıqla qulaq
asardım, həm də bilirdim ki, səhnədən də məni görür, elə oxuya-oxuya məni fikirləşir.
Ərini görəndə tamaşaya gəldiyimə görə çox məyus oldum.
Məryəm bizi tanış elədi, məni göstərib gülümsünə-gülümsünə dedi ki, cavan, istedadlı
müğənnidi, özü də yaxşı uşaqdı. O, gözümün içinə diqqətlə baxıb əlimi möhkəm sıxdı. İkimiz də
bir boyda idik, amma o mənim gözümə yekəpər, qorxunc vəhşi kimi göründü; başdan ayağa
əzələdən tökülmüş ağır gövdəsi, sərt üzü, qalın qaşları, iri burnunun altındakı enli bığları
qarşısıalınmaz, amansız güc kimi adamı əzirdi. Elə həmin anlarda ağlıma gəldi ki, (sonralar da
bu fikir heç başımdan çıxmırdı) o, ancaq istədiyi vaxt Məryəmi oxşaya bilər, dodaqlarından öpə
bilər. Həm də vahimə içində hiss elədim ki, arvadının aşnası olduğunu eşidə bilər... Bunu bir
kəsə demək, açıb-ağartmaq olmazdı. Bunu nə özümə bağışlaya bildim, nə də Məryəmə...
Qəribədir, bu gün Məryəmə baxanda heyrətlə hiss elədim ki, ona nə nifrətim var, nə acığım;
ürəyimdə bir boşluq yaranmışdı, o boşluğu doldurmağa xatirələrlə dolu ötən günlərin də gücü
çatmırdı.
Həvəslə, ürəkdolusu oxuyurdum, elə bil azad nəfəs alırdım, bütün səs tellərimlə, bütün
sinirlərimlə bunu duyurdum; bu anlarda səsim mənim ixtiyarımda idi, arxayınca, gərginliksiz-
filansız öz işimi görməkdə idim... Alqış qopan vaxtı Seymura yaxınlaşdım, xahiş elədim ki,
Tolyaferrinin “Məhəbbət bayramı” mahnısına royalda bir keçid eləsin. Seymurun üzündən
oxudum ki, mahnının melodiyasını unudub. Təəccüblənmədim, çünki bunu sonuncu dəfə iki il
bundan qabaq çalıb oxumuşduq. O vaxtdan bəri mahnını oxumağa məndə heç həvəs oyanmayıb.
O da yadımda qalıb ki, mahnını özüm üçün iki dəfə “təzələmişəm”, özü də ikinci dəfə Məryəmin
rəhbərliyi ilə öyrənmişəm. Əvvəlcə eşidəndə heç xoşuna gəlmədi, dedi ki, düzgün oxumursan,
səs tellərini beləcə zora salmaqla oxumaq olar, belə halda səs istənilən yüksəkliyə çata da bilər,
ancaq təbiiliyini, gözəlliyini itirər. Oxuya-oxuya öz tembrimi bərpa elətdirməyincə, Məryəm əl
çəkmədi...
...Hə, Seymur “Sədaqət” mahnısının girişini çala-çala, azca seziləcək bir tərzdə başını buladı,
hiss elədim ki, bu melodiya məni əməlli-başlı tərpədib, yaman həyəcanlanmışdım. Məryəmə
baxdım, deyəsən o gülümsünürdü. Mahnının ilk sözlərini, nədənsə, heç özü- mün xəbərim
olmadan, pıçıltı ilə dedim; dedim ki, bu gün mənim ən böyük bayramımdır, dedim ki, bu, insana
ömründə bircə dəfə qismət ola bilər; pıçıltı ilə dedim ki, bu dünyada belə xoşbəxtliyi nə pulla, nə
güclə, nə sözlə qazanmaq olar, çünki bu mahnı elə bir sevincin şərəfinə qoşulub ki, o sevinc heç
nə ilə müqayisəyə gəlməz...
321
Konsert çox uzandı, yenə bizdən əl çəkmək istəmirdilər.Konsert çox uzandı, yenə bizdən əl
çəkmək istəmirdilər.
Davud Balayeviç üzdən qayğılı görünsə də, sevincini gizləyə bilmirdi, o, axşam konsertini başqa
vaxta keçirtmək üçün bir neçə dəfə direktorun otağına baş vurdu. O axşam biz hamımız
sevinirdik.
Konsertdən sonra yaradıcılıq evindəkilərin hamısı – hətta aşpazlar və sürücülər belə – bir-bir
bizə yaxınlaşır, əlimizi sıxıb gözəlgözəl sözlər deyirdilər. Məryəm də mənə yanaşıb əlimi sıxdı,
indi yaxşı oxuduğumu sevincək dedi və tezcə də kənara çəkildi. Onun nə vaxt çıxıb getməsindən
heç xəbərim olmadı, çünki elə həmin andaca Davud Balayeviç yaxınlaşıb dostunu – Nikolay
Fyodoroviçlə arvadını mənimlə tanış elədi. Əslində Davud Balayeviç ağzını açmamış biz
özümüz tanış olduq və Nikolay Fyodoroviçin arvadı məni öpdü, əri mənə baxa-baxa başını
bulayırdı, elə hey deyirdi:
“Afərin sənə, afərin sənə! Sən lap qiyamət oxuyursanmış!” * * * Məryəmi daha görə bilmədim.
Zala baxa-baxa elə hey onu axtarırdım, amma bir şey çıxmırdı. Seymur hərdən mənə ehtiyatla,
narahatlıqla göz qoyurdu, biz “Latviya”ya keçəndən sonra bir az arxayınlaşdı...
Yerimizi rahatlayan kimi Davud Balayeviç dedi ki, çıxışlarımız hamını görünməmiş dərəcədə
heyran qoyub, əgər lovğalanmasaq, bundan sonra daha böyük uğurlarımız olar. Adil mənim
yanımda əyləşmişdi, ağzını açıb heyranlıqla, işım-işım işıldayan gözlərini döyə-döyə Davud
Balayeviçə qulaq asırdı...
* * * Maşınımız ayın işıqlandırdığı yolla gedirdi, uşaqlar mürgüləyirdilər.
Adil də başını çiynimə qoyub yatmışdı. Elə bu orkestrlə “Selxoztexnika” klubunda işlədiyimiz
günlər yadıma düşürdü. Onda da hər gün, beləcə mürgü döyə-döyə avtobusla rayonlara gedirdik,
yüz, hərdən də yüz əlli kilometr qət eləyirdik; cəmi saat yarımlıq çıxışımız olardı, amma bütün
günümüz yollarda keçərdi. O zaman mən evimizdən tamam uzaqlaşmışdım, heç yanda da
oxumurdum.
Günlərin bir günü mənim səsim tamam batmasaydı, kim bilir, orda hələ nə qədər işləyəcəkdim.
Seymur elə o gün klubun direktoruna bildirdi ki, biz onunla haqq-hesabı çürütmək fikrindəyik.
Bu söhbət Adillə mənim yanımda oldu; klub müdiri bizdən iki həftə də işləməyi tələb eləyəndə
Seymur hirsindən tir-tir əsirdi. O, artıq-əskik bir söz işlətmək istəməsə də klub müdirinin üstünə
qışqıra-qışqıra dedi ki, məhz onun əclaflığı, xəsisliyi üzündən müğənni gül kimi səsini itirdi və
hətta onu məhkəməyə verməklə hədələdi...
Seymurla Adil məni yaxşı bir mütəxəssis yanına apardılar, o da baxan kimi əsəb gərginliyi
üzündən bu kökə düşdüyümü söylədi.
O mənə ürək-dirək versə də, səsimi itirməyim vecimə deyildi.
İynə sancmaqla müalicə olunmağımı məsləhət gördü. Adillə Seymur olmasaydı, müalicə
kursunu axıra çatdıran deyildim, çünki o axmaq iynələrə heç inamım da yox idi, hər dəfə də
səkkizini-onunu sancırdılar. Onlar hər gün mənə baş çəkirdilər, “iynəsancma seansı” qurtaranda
gedirdilər. İki aydan sonra səsim tamam kəsildi.
Amma “Selxoztexnika” klubuna heç ayağımızı da basmadıq.
322
Nikolay Fyodoroviçlə arvadı bir həftə ərzində bütün konsertlərimizə gəldilər. Axşam, yola
düşməzdən bir gün əvvəl, mehmanxanaya gəlib bildirdi ki, Mədəniyyət Nazirliyi ilə mənimlə
bağlı hər şeyi danışıb. Bir ay sonra Macarıstanda keçiriləcək mahnı festivalına məni də
göndərəcəklər. Söhbətin təkcə məndən getdiyini əvvəlcə başa düşmədim. Nikolay Fyodoroviç
bildirdi ki, iki gündən sonra mən gərək Moskvaya gedəm, orda, iki ay ərzində təcrübəli
konsertmeysterlərlə xüsusi proqram hazırlamalıyam.
Əvvəlcə özümü itirən kimi oldum, sonra, hiss eləyəndə ki, uşaqlar hamısı, həm də Davud
Balayeviç mənim getməyimə ürəkdən sevinirlər – rahat nəfəs aldım. Üstəlik, Nikolay
Fyodoroviç vəd elədi ki, bundan sonrakı qastrolların ləğv olunması üzündən orkestrin maddi
cəhətdən zərər çəkməməsi üçün filarmoniyanın rəhbərliyi ilə danışacaq...
O gecə gözümə yuxu getmirdi...
Həmişə olduğu kimi, səhər tezdən oyandım. Beşə beş dəqiqə qalırdı, heç saata baxmasam da
olardı! Elə bil uşaqlıqdan mənim ?
içimdə zəngli saat qurulmuşdu; nə qədər gec yatsam da, ala-torandan oyanmalı idim. Amma
düzü, belə oyanmaqla heç könlüm açılmırdı; ala-toranlıqda ağlıma min cür xoşagəlməz fikir
gəlirdi... İndi isə şikayətlənməyə haqqım yox idi, kefim də elə bil kökəlmişdi, bir sözlə, bu gün
uğurlu bir gün idi...
Qalxıb açıq pəncərəyə yaxınlaşdım. Dənizin sakit, yuxulu üzünə, kimsəsiz sahilə zərif,
qırmızımtıl işıq çiləyən günəşin ilıq şəfəqləri, bir də çiçək qoxulu tərtəmiz hava gözəl bir səhərin
açılmasından xəbər verirdi.
Adil hələ oyanmamışdı. Həmişə narahat yatardı, yuxuda özözünə danışardı. İndi, sakit üzünə
baxanda hiss eləyirdin ki, nə isə, xoşagələn bir yuxu görür. Nə bilmək olar, bəlkə də “sarı
geyimli kadr”la görüşüb sahildə, “Oreanda”nın pəncərəsi qabağında gəzişirlər, ya da Xəzər
qırağındakı evlərinin birinci mərtəbəsində əyləşib səhər yeməyi yeyirlər. Adilin bu evinin sorağı
– gələcəkdə onu dənizin lap qırağında tikdirməyi arzulayırdı – bizim uşaqların hamısına
çatmışdı... Adilin layihəsinə görə, ikinci mərtəbə bütövlükdə “yaxşı və əziz adamlar” üçün
ayrılmışdı, birinci mərtəbə isə heç bir arakəsməsi olmayan nəhəng bir zal kimi nəzərdə
tutulmuşdu. İkinci mərtəbədə qalanlar hər səhər bura, uzun bir stol arxasına yığışacaqdılar.
Birinci mərtəbədə səhər yeməyinə Adil xüsusi əhəmiyyət verirdi; onun fikrincə, səhərsəhər hər
cür zəhlətökənlərdən uzaq bir guşədə, ancaq ürəyinə yatan adamlarla üz-üzə oturmaq nəyə desən
dəyərdi...
Mən paltarımı geyinib sakitcə otaqdan çıxdım.
Sahilboyu axıracan getdim, limana çatanda geri dönüb şəhərə üz tutdum, sakit küçələri gəzib-
dolaşdım.
İki saatdan sonra, Nəbatat bağına çatanda qətiyyən yorulmamışdım.
Sərv ağacları xiyabanının sonunda, uzun bir şüşəbənd şitilliyin astanasında qoyulmuş skamyada
yaşlı kişi əyləşmişdi, əynində göyümtül iş paltarı, başında həsir şlyapa vardı. Darvazadan içəri
girən kimi məni gördü, amma belə ala-torandan, icazəsiz-filansız gəlməyimə qətiyyən fikir
vermədi. Hətta ayağa qalxıb məni mehribanlıqla salamladı. Verdiyi sual da, nədənsə, parol kimi
səsləndi:
– Siz kaktus aparmağa gəlibsiniz?
323
– Xeyr, – dedim, – mən elə-belə, baxmaq istəyirdim...
Dumduru göy gözlərini mənə zilləyib bir anlığa fikrə getdi, sonra sakitcə başını tərpətdi. Yenə
girəcəkdəki skamyada yerini rahatladı, mənsə, cürbəcür görkəmi, ölçüsü-biçisi olan kaktuslarla
dolu şitilliyə üz tutdum, heç cür inana bilməzdim ki, bu yamyaşıl tikanlı gonbulların işığı adamın
gözünü-könlünü beləcə oxşayarmış...
Ətirli, təmiz havada məst ola-ola, azı bir saat kaktus cərgələrinin arası ilə gəzib dolaşdım; hərəsi
haqqında yazıb vurulmuş qısaca məlumatları maraqla oxuya-oxuya, parıldayan soyuq, yumşaq
budaqlarını sığallaya-sığallaya yepyekə, xoflu çiçəklərinə heyran qalmışdım.
Şüşəbənddən çıxıb ona razılığımı bildirdim.
– Çox sağ olun! Bilirsiniz necə xoşuma gəldi?!
O, heç nə demədi; nəyin xoşuma gəlib-gəlmədiyini, bura nə məqsədlə üz tutduğumu belə
soruşmadı. Ayağa qalxdı, gülümsündü, əlimi sıxıb “istədiyiniz vaxt buyura bilərsiniz” – dedi...
Evə çatanda doqquza az qalırdı. Qapını döydüm, heç kəs cavab vermədi. Birinci mərtəbəyə
endim, yeməkxanaya girdim. Nikolay Fyodoroviç girəcəkdə, ikinci stol arxasında öz arvadı ilə
əyləşmişdi.
Məni görəndə deyəsən azca heyrətləndilər, ancaq özlərini o yerə qoymadılar. Gəlişimə
sevindiklərini üzlərindən oxudum. İştahım yox idi, nə qədər yaxamı kənara çəksəm də alınmadı,
onlarla bir yerdə çay-çörək yeyəsi oldum. Ordan-burdan, mətləbsiz-mənasız şeylərdən o ki var
danışdıq, amma danışdıqca ürəyim açılırdı. Mən bir məqam axtarırdım ki, sözümü deyəm.
Arvadı qalxıb getdi, yavaşyavaş yola hazırlıq görmək lazım idi. Elə bu yerdə dilim açıldı:
– Siz məni düzgün başa düşün... – deyib susdum.
Qaşları çatıldı, bir anlığa baxışlarını üzümə zillədi, heç nə demədiyimi görüb dilləndi:
– Buyur, deyəsən sözün var? Sən narahat olma, sözünü de!
Çalışaram... Nə olub ki?
– İş burasındadır ki, dünəndən bəri doğrudan da heç nə olmayıb.
Amma... elə bilməyin ki, mən üzlü adamam... yaxşılığı qanmayan adamam, yox... Axı siz mənə
görə harasa zəng vurubsuz, xahiş eləyibsiniz...
– Boş şeydi! – o mənim sözümü kəsdi. – Olmaya peşmansan, getmək istəmirsən? Niyə?
– Nə danışırsınız, getmək istəyirəm, özü də ürəkdən! – bu mənim doğru sözüm idi. – Amma...
gedə bilməyəcəyəm. Çox götür-qoy eləmişəm, görürəm ki, sentyabra kimi heç yana gedə
bilməyəcəyəm.
– Yəni qastrol qurtarana kimi deyirsən? – Nikolay Fyodoroviç gülümsündü. Onun sifətinin belə
tezcə dəyişməsinə məəttəl qaldım...
324
Bir az bundan əvvəl necə də qayğıkeş idi, indi isə onu tanımaq olmurdu – sərt, amansız gözlərlə
baxırdı, özü də elə bil nədənsə çəkinirdi, ehtiyat eləyirdi. – Bəlkə uşaqlar sənin getməyini
istəmirlər?
– Yox... hamısının ürəyindəndi...
– Qəribə adamsan! – deyib güldü – Mən ki, Davudla sənin yanında danışdım. Sənin getməyinə
görə onlar heç bir qəpik də ziyana düşməyəcəklər.
– İş pulda deyil... İş burasındadır ki, onlar hamısı mənim neçə illik tanışlarımdı, bir yerdə
işləyirik... Bir sözlə, hamısı mənim dostumdu...
Bunu deyib susdum, onun üzünə baxdım. Öz-özümə dedim:
“Başa düşün, mənim sizə bundan artıq deyiləsi sözüm yoxdu...
Ağıllı, yetkin adama oxşayırsınız, gözünüzdən xeyirxahlıq yağır.
Hiss eləmirsiniz ki, söhbət pulda deyil? Necə deyim ki, mən gedəndən sonra, qastrol qurtarandan
sonra hər şey alt-üst olacaq, uşaqlar da, onların orkestri də yavaş-yavaş gözdən düşəcək. Bu,
bəlkə də heç onların ağlına gəlmir. Amma mən bunu düşünürəm.
Az-çox da təcrübəm var... bir də onu bilirəm ki, çıxıb getsəm, heç vaxt mənim ömrümün belə
səhəri olmayacaq...” – Sən nahaq elə fikirləşirsən ki, guya sizin uşaqları əməlli-başlı
tanımamışam, həqiqətən hamısı yaxşı musiqiçidi. Düz eləyirsiniz – bir-birinizin qədrini
bilməyiniz xoşuma gəlir. – O, nə üçünsə yenə gülümsündü. – Hə, gör nə deyirəm: sən çalış nə
araq iç, nə də pivə...
İllah ki, səhərlər... Sən səsini nə yolla olursa olsun, yaxşı qorumalısan. Onu bil ki, səs böyük
sərvətdi... Mənə də içmək olmaz, qətiyyən olmaz! – O, keçib gedən ofisiant qadını çağırdı, bir
şüşə şampan şərabı gətirməsini xahiş elədi. – Təkcə bu gündən, bu səhərdən başqa! İndi biz...
Sənin gələcəyinin şərəfinə söz deməliyik.
Çox oturduq, yeməkxanada bizdən başqa heç kəs qalmamışdı, durub getmək də istəmirdik...
* * * Otağımızın qapısını açıb içəri girdim, Adili pərt görən kimi astanada ayaq saxladım. O, stol
arxasında əyləşib, harasa, boşluqlara, çox-çox uzaqlara baxırdı.
– Nə olub, gəmilərin dəryada batıb? – qəsdən mehriban, həlim səslə, dostyana soruşdum.
O, bircə anlığa üzünü mənə sarı döndərdi, elə bu bircə anın içində hiss elədim ki, qəfil gəlişim
ürəyindən olmadı. Yataq otağına keçib əynimi dəyişməyə başladım, amma fikrim-zikrim Adilin
yanında idi, onun məyusluğu məni açmırdı.
– Olmaya saksafonunu oğurlayıblar? – Hündürdən soruşdum, amma bu sualı özümə verdiyimdən
özüm də cavabını tapdım:
– Yox əşi, budu ey, ütülənmiş köynəyimin üstündədi... Yəqin qalınqabırğa Seymur qızların
yanında kimisə yekəxanalıqla, uşaq kimi siqaret almağa göndərmək istəyib – Adilin belə
şeylərdən xoşu gəlmir, yaxşı tanıyıram onu... Elə də olub!
325
– Harda avaralanırsan? – yataq otağına keçə-keçə soruşdu. – Hələ bir yatıb dincəlmək də istəyir!
Sən köhnənin eqoistisən!
Heyif, Adildən soruşa bilmədim ki, mən nə vaxtdan eqoist olmuşam, çünki qapı açıldı. Davud
Balayeviçlə Seymur astanada göründü.
Seymur bic-bic gülümsünürdü. Davud Balayeviç isə yaman həyəcanlı idi.
– Uzan, uzan, işində ol! – Seymur canfəşanlıq elədi, əslində heç qalxmağa həvəsim də yox idi. –
Bircə dəqiqəliyə gəldik, sənə baş çəkək. Gedirik, bağışla, narahat elədik! – O, ilan kimi zəhərini
tökməkdə idi...
Davud Balayeviç mənə “siz” deyə müraciət eləyirdi, özü də çox nəzakətlə danışırdı. O dedi ki,
heç vaxt az-çox dünyagörmüş adamların işinə qarışmaq fikrində olmayıb, amma elə elementar
nəzakət qaydaları var ki, gərək kollektivdə onu gözləyəsən, bəli, bəli, bu qaydalara yuxarıdan
baxmağa heç kəsin haqqı yoxdu. Əgər bir adam bir gecəliyə harasa gedirsə, mütləq əvvəlcədən
xəbərdarlıq eləməlidir.
– Mən gecə heç yana getməmişəm! –Yataqda uzana-uzana izahat vermək o qədər də asan olmasa
da, birtəhər öhdəsindən gəl- məyə çalışdım. – Bu kişi – mən barmağımı Adilə sarı tuşladım – sizi
çaşbaş salıb, pis vəziyyətdə qoyub. Mən ala-torandan qalxıb gəzməyə çıxmışdım.
Hamısı bir-birinin üzünə baxdı, bircə anlığa heç nə demədən Adili baxışları ilə ittiham elədilər.
– Yəni heç növbətçi də səni görmədi? – Seymur şübhəli-şübhəli soruşdu.
– O da yatmışdı... Adil kimi...
– Qəribədi, – dedi Davud Balayeviç, – hamı yatmışdı, bircə sən oyaq idin. – O, yenə də “sən”
deyirdi, bu o demək idi ki, bağışlayırdı məni.
Onlar gedəndən sonra Adil dilləndi:
– Davud Balayeviç bütün şəhəri ələk-vələk elədi, yaman narahat olmuşdu.
Daha yatmaq istəmirdim, qalxıb qonaq otağına keçdim.
– Hə, indi de görək, mən nə vaxtdan eqoist olmuşam?
– Bəs nəsən? – Adilin səsində sualdan çox istiqanlılıq vardı. – Bir həftədir doğma bacına
teleqram vurmursan!
Bu, demaqoqluqdan başqa bir şey deyildi, əslində ona heç əhəmiyyət verməyə də dəyməzdi,
amma mən, necə deyim, alicənab bir oğlan kimi Adilə bildirdim ki, Yaltadan teleqram vurmağın
mənası yoxdu, çünki məktubun üstündəki möhürü gözüm almışdı.
Bacım Lena bir həftəliyə Tbilisiyə gəlmişdi, əmimin məktubu bizə çatandan bir-iki gün əvvəl
bacım İrkutska qayıdıb. Ola bilsin, mənim sözüm Adilə çatmadı, amma səsimdəki inam öz işini
görmüşdü.
– Yaxşı, – Adilin səsində bu dəfə laqeydlik duyulurdu, – əslində bu sənin şəxsi işindi... Mənə nə
var? Mən getdim, səhərdən dilimə bir şey əyməyib...
326
Adil çıxandan sonra açıq-aşkar hiss elədim ki, bu şəhərin gözəlliyindən daha heç nə qalmadı.
Özümə yer tapa bilmirdim, çoxdandır tənhalıq məni belə sıxmırdı. Aşağı düşdüm, restorana
baxdım. – Adil orda yox idi, tezcə geri qayıtdım. Qapağını qaldırdığım royalın qarşısında
dinməz-söyləməz xeyli oturdum, sonra balkona çıxdım. Sahilboyu topa-topa, dəstə-dəstə axışıb
gedən adamlara baxanda elə bildim onlar bayram nümayişinə çıxıblar, birdən ağlıma gəldi ki,
tək-tək, dəstə-dəstə axışan bu adamların hamısı bir-birini yaxşı tanıyır, hamısı da bir-biri ilə
şirin-şirin söhbət eləyir. Hamısı – tək məndən başqa!
Adil gələndə mən stol arxasında əyləşib yenə də məktub yazmaq üçün söz axtarırdım. Cırılıb
atılmış kağız parçalarını sakitcə döşəmədən yığıb zibil qabına atdı, qayıdıb mənimlə üzbəüz
əyləşdi.
– Əziz əmi!.. – dedi Adil. – Yox, yaxşı çıxmır, belə olmaz...
Əvvəlcə elə bildim zarafat eləyir, sonra üzünə baxdım, gülümsünürdü, amma qayğılı, ciddi
görkəm almışdı.
– Yaz! – dedi. – “Əziz əmim və əmidostum! Mən sizi çox sevirəm, odur ki, Sizi tez-tez yada
salıram”. Yazdın? “Heyif ki, indiyə kimi bir-birimizdən uzaqda, ayrı-ayrı şəhərlərdə yaşayırıq,
odur ki, nadir hallarda görüşürük. Bu dünyada mənim sizdən başqa kimim var?! Mənə elə gəlir
ki, Bakıya, bizim köhnə evimizə qayıtmaq vaxtı çatıb...” Onun diktəsi ilə yazırdım, bu
cümlələrin hamısı mənə yöndəmsiz və primitiv görünürdü. Adil sözünü deyib qurtaran kimi
susdu. Mən yazdıqlarımı oxudum. Qəribədir, bu dəfə məktubu cırmaq istəmədim, heç ağlıma da
gəlmədi. Onun baxışları altında yazı stoluna yaxınlaşdım, taxta qutudan zərf çıxartdım.
Mən zərfin ağzını bağlamaq istəyəndə:
– Dayan! – dedi. – Məktubda... məndən salam yazdın? Yazmadın!
Eqoist olmağına indi inandınmı?
Zarafat elədiyini bilsəm də, gülümsəməyi ürəyimdən oldu... Dostları ilə paylaş: |