Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə30/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

səhv eləmisən. Bu böyük bir elmi kəşf ola bilərdi. Götürüb Sənubər ağacını kəsmisən. Halbuki 

milçəklərin bu ağaca yığılmaları sonra elmi jurnallar üçün çox maraqlı material ola bilərdi. Bəlkə 

də Sənubər ağaclarının hesabına bəşəriyyəti milçək əlindən xilas edəcəkdin. 

 

Rəşid ona çox diqqətlə qulaq asırdı. Hiss olunurdu ki, deyilənlərə inanır, buna görə də belə 



tələsik iş görməyinə bir az da peşmanlamışdı. 

 

Amma elə ki, Kamil əmi sözünə davam eləyib dedi ki, Rəşidin kəşfindən sonra ölkəmizin hər 



yerində şahmat qaydası ilə əkib cücü mayakları düzəldə bilərdilər, Rəşid isə müəlliflik hüququ 

əsasında gəlir götürə bilərdi – ya hər ağacdan, ya da ölən hər min milçək hesabından faiz, hə, elə 

ki, söhbət bu yerə çatdı, Rəşid qımışdı, başa düşdü ki, Kamil əmi zarafat eləyir. Dedi ki, Allah 

vurub onun gəlirini. Onsuz da nə qədər çalışsan da, dünyanın bütün pulunu qazana 

bilməyəcəksən. Şükür Allaha, öz əlimin zəhməti ilə qazandığım elə özümə bəsdir. Mən dedim 

inciyər, axı, elə adamlar var ki, inciyir, lap bundan da kiçik zarafatlardan dilxor olur, amma 

Rəşid heç vecinə almadı. 

 

O bura köçəndən sonra nəinki bağı, elə evi də sahmana saldı. 



 

Damı təzələdi, pilləkən qoydurdu, hasarın da uçuq yerlərini təzədən hördürdü. Bir günün içində 

daş-sement töküb səliqə-sahman yaratdılar. İndi hasar elə bil təzədir, amma rənglənməyib. Rəşid 

deyir ki, simiclik eləmir, intəhası havaya sovrulası pulu yoxdur. Hasara bundan artıq xərc 

qoymağa dəyməz. 

 

O, doğrudan da simic deyil, evində hər şeyi var: böyük soyuducu, yaxşı mebel, hətta mebel elə 



gözəldir ki, heç bağ avadanlığına oxşamır. Duş əvəzinə də vanna qoydurub. Rəngli televizoru 

var. 


 

Misal üçün, bizim evin döşəməsi taxtadır, mətbəx sementdir. Rəşid deyir ki, sement döşəmədən 

adamın qılçaları yel tutar, lap elə yayın özündə. Buna görə də öz mətbəxinə linolium döşətdirdi, 

otaqları da parket elədi. 

 

Bir də onların evində nədən xoşum gəlir? Kitablardan! Evin içi başdan-başa kitabdır, Rəşid, 



demək olar ki, hər həftə şəhərdən bir qucaq kitab gətirir. Abunə yazılası nə kitab varsa, hamısına 

yazılıb, ümumdünya kitabxanasından tutmuş “Oqonyok”un üstündə verilən Drayzer və 

O’Henrinin kitablarınacan... 

 


 

221


Heç bilmirəm, bu qədər kitaba abunə yazılmaq üçün növbəyə durmağa onun necə vaxtı çatır? Bir 

dəfə atamla gedib növbəyə yazıldıq, üç gün dalbadal qeyd olunmağa getdik. Sonra bazar günü 

günortayacan növbədə dayanmalı olduq, axır ki, birtəhər qəbz yazdıra bildik. Qabaqlar onlardan 

tez-tez kitab götürərdim. Rəşid özü mənə demişdi: “Kitab oxunmaq üçün yaranıb, apar, amma 

qaytar”. 

 

Bir dəfə iki kitab götürmüşdüm, gətirib qaytaranda Rəşid kitabları alıb o yan-bu yana baxdı və 



soruşdu: “Deməli, bir həftəyə iki dənə belə qalın kitab oxudun?” – Gülümsünüb şübhə ilə başını 

buladı. Dedim ki, əlbəttə oxumuşam. Onda daha gülümsəmədi. 

 

Dedi ki: “Danışmaq lazım deyil, inanıram, sən elə oğlan deyilsən ki, yalan danışasan. Afərin, tez 



oxuyursan”. Onlar bir-birinin üzünə baxdılar – Rəşidlə Adilə, ancaq niyə baxdıqlarını başa 

düşmədim. 

 

...Gərək uzun şalvarımı geyəydim, – soyuq və yaş meynələr ayağıma dəyəndə ətim ürpəşir. 



Bugünkü duman lap göz çıxardır. 

 

Elə qatıdı ki, durduğum yerdən evimiz görünmür. Heç belə duman olduğu yadıma gəlmir. Kamil 



əminin qapısı aralıdır. O, heç vaxt gedəndə qapını bağlamır. Bir dəfə ondan soruşdum ki, gəlib 

yazı makinasını, tüfəngi aparsalar hayıfı gəlməz? Gülümsünüb dedi ki, tüfəng cəhənnəm, yazı 

makinasını aparsalar lap ağ olar, kimin nəyinə lazımdır? Qonum-qonşu qapılarından buralarda 

oğurluq yox idi. Mən yalançılar sözü, anadan olan gündən bu bağa gəlirəm. Elə qonşularımız da 

həmin qonşulardır. Təzələri gəlməyib. Təkcə Rəşid gəlib. Şahlarbəy öləndən sonra. 

 

Onda bağda bircə Zərifəydi. Kişi öləndən sonra oğlanları bir dəfə də olsun bağa ayaq 



basmamışdılar. Ya çox məşğul idilər, ya da başqa yerdə bağları var idi. Kim bilir, bəlkə bacıları 

olsa da Zərifə ilə görüşmək istəmirdilər?! Axı Zərifə ögey idi. Anası Şahlarbəyin ikinci arvadı 

Məryəm xanım idi. Özü də Zərifə anadan olanda kişinin 70 yaşı varmış. Zərifə çox mülayim qız 

idi. Eşitmişəm ki, qarımış qızlar ətiacı olurlar. Amma düzü, mən bu barədə heç zad öyrənə 

bilmərəm, çünki Zərifədən başqa qarımış qız tanımıram. O ki qaldı Zərifəyə, çox mehriban, 

xoşsifət adamdı. Gülümsünəndə də elə gülümsəyir, elə bil böyük günah işləyib. Danışanda da elə 

bil üzr istəyir. Məsələn, şəxsən mən heç vaxt onu özümdən böyük hesab eləyə bilmərəm. Çünki 

başqaları ilə necə danışırsa, mənimlə də elə danışır. Bir dəfə hətta onu da bildim ki, balaca olsam 

da yaman cürətliyəm. Məsələ dovşanla bağlı idi. Mənim “Asparuxov” adında bir dovşanım var 

idi. Adını mən qoymamışdım, hələ mənə gəlib çatmamışdan adı üstündə idi. Atam çöldən 

birkiloluq banka dağ bülluru gətirmişdi. Onu dördüncü “B” sinfində oxuyan Vaqif Məmmədova 

verib bu dovşanı almışdım. Alanda demişdi ki, hansı məşhur futbolçununsa familini qoyublar. 

 

Bir həftədən sonra ona qələmdana oxşayan bir siqar qutusu da verdim. Vaqif demişdi ki, bu 



dovşan çox ağıllı heyvandır. Ayaqyoluna özü gedir, böyük iş üçün də, kiçik iş üçün də. Vaqif 

doğrudan da haqlı imiş – dovşana yer-zad göstərmək lazım olmadı – mənzilimizdə tualetin yerini 

özü tapdı. Sonra bir dəfə də olsun daha qıraq yerdə xarabçılıq eləmədi. İntəhası, mən bunun 

üstünü açıbörtmürəm, çünki kimə deyəsən? Heç kəs inanmayacaq. Onun bircə eybi var. O da 

həddən artıq qorxaqlığıdır. Məndən də qorxur. Denən, ay axmaq, sənə məndən yaxın adam var? 

Məndən niyə qorxursan? 

 

Fikirləşdim ki, bağa köçəndən sonra xasiyyəti dəyişər, hər halda təbiətin qoynudu, ev deyil, 



ancaq dəyişib-eləmədi, elə də qaldı. 

 

Səhər özünü künc-bucağa verib gizlənir, bir də gecə üzə çıxırdı, gedib eyvanda onun üçün 



qoyduğumuz göy-göyərtini yeyirdi. 

 


 

222


Amma indi sizə danışacağım əhvalatdan sonra “Asparuxov” əməlli-başlı dəyişdi. Bir gün mən 

idim, nənəm idi, bir də Zərifə idi, üzüm yığırdıq. Zərifə üzüm yığa-yığa nənəmə deyirdi ki, bağa 

müştəri çıxıb, bu gün cavab üçün gələcəklər, heç bilmirəm nə eləyim: 

 

 



bir yandan ürəyim gəlmir, axı, birdən-birə götürüb bağı necə satmaq olar? O biri yandan da 

deyirəm ki, bəlkə satım, çünki atam öləndən sonra yaman fikir eləyirəm. Həm də pul da lazım 

ola bilər. 

 

Nənəm də məsləhət verib deyirdi ki, tələsməsin. Əvvəlcə bir yaxşı-yaxşı öyrənib bilsin görək bu 



müştərilər necə adamdırlar, birdən dələduz olarlar? Zərifə də onu arxayın elədi, dedi: “Sənnən 

tanış eləməyincə, sənin fikrini bilməyincə, bir qərara gəlmərəm”. 

 

Sonra Zərifə səbəti boşaltmaq üçün evə getdi, daha qayıtmadı. O vaxt mən evin yanındakı 



tənəklərdən üzüm yığırdım. Birdən mətbəxin pəncərəsindən hıçqırtı eşitdim, kimsə içini çəkirdi. 

Özümü yetirdim, gördüm ki, Zərifə mətbəxin ortasındakı kətilin üstünə çıxıb. 

 

İçini çəkə-çəkə döşəməyə baxır. “Asparuxov” da həyasız-həyasız gözünü ona dikib başına 



hərlənir. Özü də altdan-yuxarı Zərifənin qılçalarına baxırdı. Bəzən də dal ayaqları üstə dik qalxıb 

qızın ayaqlarını iyləyirdi. Elə bu vaxt Zərifə qışqırmaq istəyirdi, səsi çıxmırdı. “Asparuxov” 

birdən dönüb məni gördü. Əlbəttə, bilirəm ki, dovşan utana bilməz. Nə gəzir onda utanan üz. Bu 

aydındır. 

 

Amma and içərəm ki, məni görən kimi “Asparuxov” utandı. Sıçrayıb şkafın altına girdi. Zərifə 



də özünü mənim üstümə atdı, onda bildim ki, mən ondan cürətliyəm. Maraqlı da burasıdır ki, o 

gündən “Asparuxov” məndən qorxmadı. 

 

Həmin gün axşamı biz birinci dəfə Adiləynən Rəşidi gördük. 



 

Nənəmin çox xoşuna gəldilər, o, adam tanımağı bacarır, bu, hamıya məlumdur. Rəşid getməyə 

hazırlaşanda Zərifəyə içində pul olan bir zərf verdi. Özü də dedi ki, ona tamamilə inanır, qoy bu 

pullar qalsın yanında, fikirləşsin, sonra cavab versin. Hətta bağ yiyəsinin adının dəyişdirilməsi 

məsələsini də öz boynuna çəkdi. Zərifəyə də, nənəmə də dedi ki, bağlar idarəsində tanışları var. 

Axı bir də tanışlıq nəyə lazım? Kim olursa olsun, vicdanlı olan adam Rəşidə bağ almağa icazə 

verməz?! Bağı niyə alır, balalarının xatirinə, alır ki, balaları möhkəm, sağlam böyüsünlər. 

 

O gedəndən sonra Zərifə ilə nənəm pulları saydılar, pul onların gözlədiyindən də artıq çıxdı. 



 

Mənə elə gəldi ki, nənəm Rəşidi Zərifə köçən gün daha çox bəyəndi. Şeylərin daşınmasına da 

Rəşid kömək elədi, özü də şoferin pulunu qabaqcadan verib tapşırdı ki, Zərifənin şeylərini aparıb 

düz evlərində boşaltsın. Ayrılanda da çox mehriban ayrıldılar. Dedi ki, bağ onun öz bağıdır, kefi 

nə vaxt istəsə, haçan gəlsə, gözü üstə yeri var. Onun üçün bir dənə otaq ayıracaq. Rəşid bu 

sözləri deyəndə hamı kövrəldi: nənəm də, Zərifə də, Adilə də, elə Rəşidin özü də – qərəz, 

mənnən şoferdən başqa hamı. 

 

Bir ay sonra heç kəsin gözləmədiyi bir xəbər eşitdik: Zərifə ərə getmişdi. Nənəm dedi ki, bağın 



satılmağı ona düşdü. Bu məsələ nənəmin adam tanımağını bir daha sübut elədi. Rəşid doğrudan 

da çox nəcib və abırlı adam çıxdı. O vaxtdan iki il keçib, amma bizə elə gəlir ki, Rəşid başdan-

binədən elə Qayalı adamı olub. 

 

Tətildən sonra uşaqlar gəzdikləri yerlər haqqında elə danışırlar ki, adam həsəd aparır. Əşi, kişilər 



yaşayır da! Bircə mən danışmağa söz tapa bilmirəm. Hər il yayı Qayalıda keçirirəm. Həmin o 

 

223


qonşu-lar, nənəm, bir də mən... Yaxşı ki, atam söz verib, gələn il məni öz geoloji-kəşfiyyat 

dəstəsi ilə dağlara aparacaq. Bu il razı olmadı, balacayam. Kim bilir, adamlar böyüdükcə 

dəyişirlər. Elə nənəmi götürək. Qocalan kimi başladı hər deyilənə inanmağa. Görəsən hamı belə 

olur? Maraqlıdır, mən qocalanda necə olacağam? 

 

Pah atonnan, duman yiyəsi! Belə də duman olar? Heç dəniz də görünmür. Bu qayadan dənizə 



cəmi on beş addım ola-olmaya. 

 

Gecikdiyimə görə, yəqin Vasif yaman hirslənib qayanın üstündə oturub məni gözləyir indi. 



Bilirəm, tək-təkinə tilov atmayacaq. 

 

Akif adlı bir dostumuz var. Amma o hələ gəlməyib. On gündən sonra gələcək. Biz, demək olar 



ki, həmişə vaxtımızı üçlükdə keçiririk, öz dəstəmizə başqa adam qatmırıq. Vasif bizi “üç 

muşkator” adlandırırdı. Həmin kitabdan yaman xoşu gəlmişdi. İki dəfə oxumuşdu, di gəl ki, nə 

qədər səhvini düzəldiriksə, yenə “muşkator” deyirdi. Bir də “qəzet” əvəzinə “qəzət” deyir. Akiflə 

nə qədər elədik, onun səhvini düzəldə bilmədik. Gördük ki, bir şey çıxmır, daha baş qoşmadıq. 

“Muşkator” deyir qoy “muşkator” desin. Hə, dəniz burdan da görünmür, səsi gəlir. Bir də motor 

səsi. Ya brakonyerlərdir, ya da müfəttişin qayığıdır. Daha onlardan başqa belə havada kim 

dənizə çıxar. Amma brakonyer belə havanı Allahdan istəyir. 

 

Bu yerlərdə qarnı cırılmış nərə balıqlarını ləpə vurub sahilə atır, bu o deməkdir ki, brakonyer 



balığın kürüsünü çıxardıb, özünü də suya atıb ki, qayıqda artıq yer tutmasın. O boyda balıq zay 

olub gedir! 

 

Bax, bu da Vasif. On addımlıqdan seçilmirdi. Əvvəlcə ləkə kimi görünürdü, yaxınlaşdıqca 



aydınlaşdı. Məlum oldu ki, bu, ləkə deyil, dostum Vasifdir. Gecikdiyim üçün yaman 

hirslənmişdi. 

 

– Ədə, sən adam olacaqsan, ya yox? 



 

Mən o saat hər şeyi ona başa saldım. Nənəm barədə də dedim, onun mövhumatçılığını da. 

Bayquş əhvalatını da başa saldım, Vasif mənimlə razılaşdı. 

 

– Düzdür, yaxşılığa deyil. Bayquş hər gecə gəlib boş-boşuna ulamaz, nə isə bir bədbəxtlik 



olacaq. Bunu hamı bilir. Evə ilan dadananda da, gərək hökmən bir nəlbəki süd qoyasan, yoxsa 

pis olar. 

 

– Eh, elə bilirdim ki, mövhumatçı bircə nənəmdi, demə, sən də belə boş-boş şeylərə 



inanırsanmış. 

 

Qarmağa soxulcan keçirməyə başladım. 



 

– Boş-boş? Keçən il axşamüstü Xanım xalanın evinə ilan girmişdi. 

 

O, ilanı görən kimi bir hay-həşir saldı ki, gəl görəsən. 



 

Arvadın səsinə böyük oğlu Məmməd çıxıb ilanı tüfənglə vurdu. İki patronu birdən çaxdı. Sonra 

gedib baxdım. Metr yarım olardı. Qırma onu iki yerə parçalamışdı. 

 

– Gərək Məmməd əmi gözləyəydi ki, Xanım xalanı ilan çalsın? 



 

 

224


– İlanı vurmaq lazım deyildi. Xanım xala bir nəlbəki süd qoysaydı, hər şey ötüb-keçəcəkdi. 

Amma ertəsi gün səhərdən bədbəxtlik başlandı. Xanım xala qurutmaq üçün əncir təmizləyirdi, 

əlini əqrəb sancdı. Sağ əli kötük kimi şişmişdi. Bir həftə iniltisi kəsmədi. Özü də nə vaxt? Əncir 

qurudulan, doşab bişirilən vaxt? 

 

Arvad bir həftə işdən qaldı. Məmmədin özü də səhər-səhər ayaqyoluna gedir, birdən şalvarını 



çəkə-çəkə özünü bayıra atır. Sən demə, daşların arasından ilan boylanırmış, bir az da keçsəydi, 

vuracaqmış! 

 

İkinci ildir ki, əvvəlcə kəşfiyyat aparıb yoxlayırlar, sonra ayaqyoluna girirlər, əlitüfəngli... Bütün 



dəlmə-deşiyi yoxlayandan sonra otururlar. Sən də deyirsən ki, boş şeydir. Elə Məmməd əminin 

qızı da iki gün sonra qızılca çıxartdı... 

 

– Elə uşaqların hamısı qızılca çıxardır. Beş yaşında olanda mən də naxoşlamışdım. Nə olsun? 



Bizim evə ki, ilan gəlməmişdi. 

 

– Dayan, bir gör indi bu bayquşun ucbatından nələr olacaq. Sizin bağınıza gəlir? 



 

– Yox. Kamil əminin. 

 

– Baxarsan! 



 

– Yaxşı! – Vasif nədənsə bu gün dil-boğaza qoymurdu, – bu boyda danışmaqla balıqmı tutmaq 

olar? 

 

– Yaxşı ki, tilovun qarovulu görünür. Düzdür, qaya çox hündür deyil, suyun üzünə iki-üç metr 



olar, artıq olmaz. Bayquş, ilan... 

 

Vasiflə mübahisə eləmək mənasız şeydir, çox tərs oğlandır. Nənəm kimi dini şeylərə də inanır. 



Amma bir tərəfdən baxanda, bəziləri deyəsən doğrudan da düz çıxır axı? Məsələn, gün batanda, 

nənəm günün rəngindən bilir ki, sabah hava necə olacaq, özü də heç vaxt yanılmır. 

Mayböcəklərinin gəlişindən bilir ki, yayda üzüm, payızda nar necə gətirəcək? Allahın qarışqa 

yuvası nədir, bağımızdakı qarışqa yuvasına baxanda da nənəm bilir ki, qış necə gələcək? Bu il 

bağdan köçəndə necə demişdisə, elə də oldu, elə bil Şimal qütbü Bakıya köçmüşdü. Şəhərdə iki 

gün heç işə gedən də olmadı. Hər yeri qar basmışdı. Deyirlər ki, aeroporta gedən yolu qoşun 

hissələri təmizləməli olmuşdu. Hətta yollarda maşını ilişib qalanlar da varmış... 

 

Yenə bunlara inanmaq olar, amma adamlarla bağlı əlamətlərə inanmaq... Bişmiş toyuğun da 



gülməyi gəlir: qotur bir bayquşun üstündə Kamil əminin başına nə gələ bilər?! Amma nənəm də, 

Vasif də buna inanır. Bilirəm, heç bir şey olmayacaq, amma neyləyim, yadıma düşəndə ürəyim 

birtəhər olur. Axı bayquş bizim bağa gəlmir, Kamil əminin bağına gəlir, – deyən birinci mən 

olmuşam. 

 

Nə qədər fikirləşirəmsə öz-özümlə bacarmıram, şəxsən mənə gün kimi aydındır, bilirəm ki, heç 



nə olmayacaq. Amma elə bil səhərsəhər Kamil əmini aldatmışam, onu satmışam. 

 

Vasifin bağırtısı məni fikirdən ayırdı: 



 

– Kütüm! 

 

Kütümə bax! Balıq havada çapalayan kimi gördüm kütüm-zad deyil, adicə külmədi. Bu yerdə 



yüz il də əlləşəsən, kütüm tuta bilməzsən. 

 

225


 

– Qoy külmə olsun! – Vasif kefini pozmadı. – Yarım manat verərlər, ona da şükür! – Balığı 

qarmaqdan çıxardıb, vedrəyə atdı. 

 

Söz yox, yarım manat deyəndə o, gop eləyir, belə balığa çox versələr, iyirmi qəpik. Kim bilir, 



bəlkə də bəxtimiz gətirdi. Bəlkə Allah birinin ağlını əlindən alıb bizə ürcah elədi. Eləsi də olur 

ki, neçəyə deyirsən razılaşır. Bir dəfə Vasifin bir vedrə balığına üç manat verdilər. İki istəyirdi, 

üç verdilər. Balıq deyəndə də, nə balıq – beş dənə külmə, on-on beş dənə də xul balığı. Əvvəlcə 

biz növbə ilə satırdıq – bir dəfə mən, bir dəfə o. Ancaq bundan bir şey çıxmadı. 

 

Birinci gün, mənim növbəm olanda iki nəfər yaxınlaşdı, deyəsən ər-arvad idilər. İçində diri balıq 



olan vedrəni görən kimi arvad qayıtdı ki: “Ah, nə qiyamətdilər, ay oğlan, neçəyədir?” Heç özüm 

də bilmədim ki, mənə nə oldu? Dedim: “Satdıq deyil, öz balığımdır” – dilimi də ağzımda zorla 

hərləyirdim. Arvad da pərt olub, üzr istədi: “Bağışlayın, xahiş eləyirəm, inciməyin, elə bildim 

satırsız” – çıxıb getdilər. 

 

O vaxtdan balığı ancaq Vasif satır. Tutanda üçümüz tuturuq. 



 

Satanda özü satır. Heç Akifə də icazə vermir. Deyir ki, alver eləyə bilmirsən, nə verirlərsə, 

alırsan. Biz balığı keçən ildən satmağa başlamışıq. 

 

Əvvəllər özümüz yeyərdik, şişə çəkib kabab eləyərdik. 



 

Sonra ürəyimizi vurdu. Qərara gəldik ki, sataq. Bir yayı otuz beş manatacan pul yığdıq. Pulları 

xərcləmirik – Vasif yığıb saxlayır. 

 

Hesablamışıq, işlərimiz belə getsə, gələn il qayıq ala bilərik. 



 

Əlbəttə, təzəsini yox, amma nimdaş qayıq almaq olar. Hətta Vasif birini gözaltı eləyib, yiyəsi ilə 

sövdələşib. Qayıq alandan sonra balığı dənizdə tutacağıq. Vasif deyir ki, acgözlük eləməsən, 

ağılla iş tutsan, bundan sərfəli şey ola bilməz, xüsusilə indi. Hə, qayığımız olandan sonra işimiz 

yaxşı gedəcək. Söz yox, cəncələ də düşə bilərik, balıq nəzarəti müfəttişi bizi tutsa, halımız 

xarablaşar. Ancaq ağlım kəsmir ki, bizi tuta bilsin. Çünki bu yerlərdə nə olacağını qabaqcadan 

bilirlər. Hətta balıq nəzarətçilərinin katerinin nə vaxt dənizə çıxacağını da əvvəldən bilirlər. 

Yarım saat əvvəldən məlum olur, çünki müfəttişlər – Məmməd əmi, bir də onun iki qardaşı 

katerlərin dayandığı yerə bizim bağdan keçib gedirlər. Nənəm də hər dəfə onları yola salanda 

dua eləyir ki, bir neçə kilo kürüdən ötrü o qədər balığı zay eləyən əclafları tutsunlar. 

 

Budur ey, ləpə birini də atdı qırağa. İki metr olar. Az olmaz... 



 

Axır ki! Qarmağıma balaca bir balıq düşdü. Çömçəquyruq boyda. Hər nə isə, siftədir. Çünki 

çətini birinci balığı tutmaqdır, sonra dalı gəlir!.. 

 

Bir də gördüm ki, biri yanımda dayanıb. Heç bilmədim hansı tərəfdən gəldi. Duman olmasaydı, 



söz yox, onu uzaqdan görərdim. 

 

Əynində ütülənmiş matros köynəyi, ağ şalvar. Mən belə matros paltarını qızların əynində 



görmüşdüm. Ağıllı oğlan belə şey geyərmi? 

 

Lap nə qədər yalvarırsan, yalvar! 



 

Salamlaşdı. Başımı tərpətdim. Vasif də eləcə mızıldadı. 



 

226


 

– Balıq tutursuz? 

 

– Daha Qayalıda, dəniz qırağında ağ şalvar geyib gəzən adamdan bundan artıq nə gözləyəsən? 



Görmürsən ki, balıq tuturuq? 

 

Dedim, belə sualdan sonra Vasif onun qoparağını götürər. Amma yox. Yanılmışdım. 



 

– Balıq tuturuq, – dedi – Tuturuq özümüzçün... 

 

Vasifin belə mülayim danışığından könlündən keçəni başa düşdüm. 



 

– Olar ki, mən də sizin yanınızda tutum? 

 

– Bizdən niyə soruşursan, biz Qayalını satın almışıq? 



 

– Tez-tez balıq tutursan? – deyə Vasif soruşdu. 

 

– Bu il heç tutmamışam. 



 

– Bəlkə heç tuta bilmirsən? 

 

– Buna nə var, axı, – deyə gülümsündü, – çətin iş deyil ki? 



 

– Əlbəttə, çətin deyil – Vasif o dəqiqə razılaşıb mənə göz vurdu. 

 

– Gəl elə belə də danışaq: tutsan sənin, amma tutmasan... 



 

Öz-özümə fikirləşirdim: görəsən bu nişastalanmış şalvarda çırçırpının üstündə oturacaq? Oturdu. 

 

– Tuta bilməsəm, onda necə? – O elə hey gülümsünürdü. 



 

Fikirləşirdi ki, Vasif ona yaxşı bir şey vəd eləyəcək. 

 

– Onda hərəmiz peysərinə bir şapalaq salarıq. Hərəmiz birini. 



 

Bəlkə də ikisini. Razısan? – Kim olsaydı belə sözlərə görə Vasifin gözünün altını qaraldardı, ya 

da ən azı çıxıb gedərdi. Amma bu heç eyninə də almadı. Elə qımışırdı. 

 

– Yaxşı. – O, Vasifin ehtiyat tilovunu götürüb məndəki soxulcan bankasına tərəf əyildi: – Olar? 



– İcazəsiz götürmədi, mən başımı tərpədəndən sonra əlini bankaya uzatdı. 

 

Əşi bu haradan çıxdı? Axı biz bura gələnlərin hamısını tanıyırıq. Soxulcanı qarmağa düz taxdı. 



Özü də suya atmamışdan qabaq üstünə tüpürdü. Qarmağı atıb kirimişcə dayandı. Yaxşı da 

eləyirdi, ona görə yaxşı eləyirdi ki, balıq tutsa da, tutmasa da Vasif onu qapazlamağa bəhanə 

axtarırdı. Daha burdan heç bir əlamətəzada inanmaq lazım deyildi. Gün kimi aydın idi ki, Vasif 

onun peysərinə əl gəzdirməsə dincəlməyəcək. 

 

Yenə əlamət dedim... 



 

Doğrudan da bu əlamətlərin işi qəribədir. Adam görəndə ki, nənəm kimi, ya da Vasif kimi 

adamlar belə şeylərə inanır, istəristəməz təəccüblənirsən. Özü də görürsən bəzisi düz çıxır. Lap 


 

227


yaxşı yadımdadır: bir dəfə nənəm Rəşidin arvadı Adiləyə dedi ki, bir aydan sonra oğlun olacaq. 

İkinci uşaqdan sonra Rəşidlə arvadı buna inanmırdılar. Heç kəs inanmırdı. Çünki Adilənin üç 

qızı olmuşdu. 

 

Amma Adilə ələk üçün bizə gələndə nənəm onun qarnına baxan kimi (özü də belə yanpörtü 



baxdı) dedi bir az irəli yerisin... 

 

Amma düzü yadımda deyil, sağ ayağını atdı, ya sol ayağını. Nənəm qayıdıb nə desə yaxşıdır: 



“Bala, oğlun olacaq. Heç şəkk-şübhən olmasın”. Adilənin sevincdən ayağı yer tutmurdu. Amma 

di gəl ki, yenə də inana bilmirdi. Xüsusilə Rəşid məsələni eşidəndə... 

 

O, arvadını məzəmmətləyib belə şeylərin mövhumat olduğunu demişdi, demişdi ki, mədəni 



adama belə-belə şeylərə inanmaq yaraşmaz, ərinin bu sözlərindən Adilə lap ruhdan düşmüşdü. 

 

Adilə bir ay sərasər şübhə içində yaşadı. Amma axırda nə oldu? 



 

Rəşid dedi ki, bu oğlan əhvalatı ancaq təsadüfdür. Mən də özlüyümdə onunla razılaşdım. Kamil 

əmi isə razı olmadı. Dedi, təsadüfzad deyil, qanunauyğunluqdur. Rəşid kimilər mütləq özlərinə 

bənzər adamlar törətməlidirlər. Çünki gərək təbiətdə müvazinət olsun. Bu müvazinətin nədən 

ibarət olduğunu o, izah eləyə bilmədi. Çünki arvadı Nailə ona acıqlanıb dedi ki, uşağın yanında 

belə şeylər danışmaq olmaz, mənə deyirdi e, uşaq! – Əlamət var, əlamət var! 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin