Onların ancaq adı birdir. Bəlkə nənəm Adilənin görkəmindən başa düşüb ki, oğlan doğacaq.
Bəlkə elə-belə deyib ki, yeri, baxım.
Bəlkə də təsadüfən ağlına gələni uydurub. Özüm neçə dəfə televizorda görmüşəm: futbol
meydanında, özü də mənimlə Vasif kimi uşaq-muşaq yox, lap əməlli-başlı futbolçular hakimin
ovcunda gizlətdiyi şeyi tapırlar. Təsadüfdür! Təsadüfdür! Heç bir əlamətzad yoxdur. Bu barədə
heç fikirləşməyə dəyməz. Kamil əmi üçün mən nahaq yerə narahat oluram. Mən bunu ona görə
dedim ki, nənəm sakitləşsin. Onsuz da bilirəm, bayquşun heç nəyə ziyanı yoxdur. Hətta
eşitmişəm xeyirli quşdur, qurt-quş, siçan-miçan yeyir. Mən Kamil əmini çox istəyirəm.
Vəssalam! Daha bu barədə fikirləşməyəcəyəm.
– Soxulcan qarmaqdan üzülüb, olar birini də götürüm? O mənə müraciət eləyirdi. Ömrümdə belə
tərbiyəli adam görməmişəm, elə bil soxulcan yox, tarix, ya cəbrdən yoxlama işi üçün vərəq
istəyir.
Ancaq neyləsin, onun yerində kim olsa, belə rəftar eliyər. Görmürsən, yayın günü nişastalanmış
matros köynəyi geyib. Götür də, lap istəyirsən bankanın hamısını götür. Hayıfdır məgər?
– Götür, – dedim.
O, soxulcanı qarmağa keçirəndə gözünü məndən çəkmirdi.
Deyəsən, ürəyindən söhbət eləmək keçirdi, elə bil himə bənddi.
Danışmaq olardı, fikir vermişdim, sir-sifəti o qədər də pis deyildi, bəzən adam birini görən kimi,
istəyir yaxınlaşıb gücü gəldikcə bir yağlı şapalaq çəksin. Amma bu yox, xoşsifət oğlan idi. Elə
bil səndən söz gözləyirdi ki, gülümsünsün. Danışmağına danışırdım, amma Vasif balıq tutanda
danışmağı xoşlamır. Əslində bu balıq tutmaq deyildi ki! Bir saatdan bəri avara idim. Cəmi-
cümlətanı çeçələ barmağım boyda bir xul balığı tutmuşdum. Neynək, hələlik söhbətsiz də
keçinərik. Bir də ki, bu əhvalatın necə qurtaracağı hələ məlum deyildi. Bəlkə bir şey tuta
228
bilməyəcək? Onda yəqin ki, danışmaq da istəməyəcək. Amma qəti arxayındım – Vasif hökmən
onun peysərinə əl gəzdirəcək, buna heç şübhə ola bilməz.
Axşam Kamil əmi gəlməlidir, ona qonaq gedəcəm. Mən gələndə həmişə sevinir. Elə arvadının
özü də mənim gəlişimə sevinərdi.
Kim bilir, bəlkə də məni yadından çıxarmayıb, mənki onu unutmamışam.
Açığını desəm, Qayalıda mənim üçün ən əziz ev Kamil əminin evidir. Çox vaxt biz heç
danışmırıq da, o, makinasını taqqıldadıb işləyir, çox qədim makinadır, lap köhnə qara tapançaya
oxşayır, amma yaxşı işləyir, mən də taxtın üstündə oturub onun şəhərdən gətirdiyi jurnalları
oxuyuram. O elə bu gün də çox-çox güman ki, işləyəcək. Ancaq nə olursa-olsun xahiş
eləyəcəyəm ki, bir dəqiqə işdən ayrılsın, bayquş gələndə onu vursun. Doğrudur, bayquşun
gəlişindən heç nə olmayacaq, amma nədənsə adamın kefi pozulur.
Belə şey kimə lazımdır, xüsusilə indi, elə onsuz da Kamil əminin heç qaşqabağı açılmır,
ümumiyyətlə, axır vaxtlarda o, çox dəyişib, elə bil yayın əvvəlində, ilk dəfə arvadı ilə bağa
gələndə, o deyibgülən, zarafatcıl adam deyil. Hələ yadıma gəlmir ki, Nailənin gəlişi qədər
Qayalıda hay-küy, söz-söhbət salan başqa bir hadisə olsun!
Hamı ondan danışırdı, hamı onun boy-buxunundan, saçlarından, yerişindən-duruşundan
danışırdı. Adilə o dəqiqə başına toplaşan arvadlara elan etdi ki, onun ətini şişə çəksələr də
əndamını açıb belə qısa tuman, paltar geyməz. Düzünə qalsa, elə mən də Adilənin yerinə
olsaydım, belə şeylərə razı olmazdım. Çünki çimərlikdə bir neçə dəfə onun baldırlarını
görmüşdüm, əlbəttə, belə baldır yeriməyə yarayar, nə qədər yeriyirsən yeri, ancaq daha Nailə
kimi qısa yubka geyib, camaata göstərməyə yaramaz. Nəinki yadlara, heç ən yaxın, doğma
adamlara göstərmək də olmaz. Mən qılçalarını Qayalı camaatına göstərmədiyi üçün Adilənin
ətini şişə çəkmək istəyən adamı bir anlığa gözümün qabağına gətirməyə çalışdım.
Ancaq heç nə çıxmadı. Çünki elə bu vaxt nənəm elə söz dedi ki, qılça əhvalatı yadımdan çıxdı. O
dedi ki, onun vaxtında Nailə kimi arvadı nəinki abırlı evə qoymazdılar, heç bircə dənə də abırlı
arvad ona salam verib əleyk almazdı. Hamı bir səslə nənəmlə razılaşdı.
Sonra da gec olduğu üçün dağılışıb getdilər.
Dəlimi oldular, nədir? Görəsən, bu adamlar niyə belə tez dəyişirlər, iki-üç ay kənddə qalan kimi,
o saat dəyişirlər. Özlərindən qeyri bir adam görmürlər. Bizim Bakının yarısı belə mini
yubkalarda gəzir, lap bundan da qısa. Amma heç kimin ağlına gəlmir ki, birinə irad tutsun!
Nəinki Bakıda, Bilgəhdə, Mərdəkanın özündə, elə Abşerondakı başqa bağ yerlərində də mini
geymiş qızlara fikir verən yoxdur. Bəs bizim bu qonşular bütün ili sərasər burda qalsalar nə olar!
Hayıf ki, bu mümkün deyil. Yoxsa onların necə dəyişdiklərinə baxmaq maraqlı olardı.
Əvvəlcə mən Kamil əmini gördüm. Əlində çamadan cığırla gəlirdi. O saat qabağına yüyürdüm.
“Xoş gördük, – deyə Nailə əlini mənə uzatdı. – Maşallah, yekə oğlan olmusan”. Cavabında mən
ona bir söz də deyə bilmədim. Heç ona baxmağa da üzüm gəlmədi.
O gün ancaq Kamil əmi ilə onun arasında səssiz-səmirsiz addımlaya bildim. Nitqim qurumuşdu.
Nə isə elə bil sinəmi sıxırdılar, nəfəsim batmışdı, gözlərim də dolmuşdu.
O gündən Qayalıda hər şey dəyişdi. Əvvəllər səhər tezdən boşboşuna gəzmək heç ağlıma da
gəlməzdi, amma indi üçümüz də gəzirdik, özü də məlum oldu ki, bu çox xoşagələn şeymiş –
gecədən balıq ovuna çıxmış balıqçıların qayıtmağına, ya da ki, axşam günəşin dənizdə
229
batmağına tamaşa eləmək çox gözəlmiş. Nailə gəlməmişdən heç birimiz belə gəzintilərə
çıxmazdıq.
Gedəndə də ancaq iş üçün gedirdim: ya çörək almağa, ya süd almağa, ya da ki, sahilə balıq
tutmağa... Amma elə-belə gəzməyə çıxmaq heç ağlıma da gəlməzdi. Açığını desəm, hərdən
nədənsə qəmlənirdim, yüngülcə. Ancaq belə qəmginliyin özü də adama xoş gəlirdi. Evə
qayıtmağımız mənə hər şeydən çox ləzzət verirdi.
Axşam işığı yandırmırdıq, bədirlənmiş ay ətrafı elə işıqlandırırdı ki, şam böcəklərinin parıltısı
itirdi. Bircə qayalara çırpılıb xışıldayan ləpələrin, bir də evin qabağındakı bağda cırcıramaların
səsi eşidilirdi.
Əvvəlcə eyvanda səssiz-səmirsiz otururduq. Elə bil ayağa qalxmağa heç kəsin taqəti yox idi.
Yenə Nailə qalxırdı. Gedib musiqini çaldırırdı. Gözünü yumanda adama elə gəlirdi ki, böyük bir
orkestrdi. Kamil əminin balaca eyvanında çalır, özü də yer darısqal olduğu üçün çalğıçılar kimi
harda gəldi oturub. Royal məndən iki addımlıqda idi, məhəccərin yanında. Hiss olunurdu ki,
pianoçu dillərin yaxşı işıqlanmağından bir ayrı ləzzət alır. Sanki ay buludun dalına çəkilənədək
çalıb qurtarmaq üçün tələsirdi. Elə bil bu axşam onun çalğıdan başqa heç bir qayğısı yoxdu.
Şeypurçu zil bir not götürəndə pəncərənin şüşələri cingildəyirdi. Budur, o, çalğı alətini
dodağından ayırıb royalın üstünə qoyur, gəlib pianoçunun yanında oturur və onlar dörd əllə
çalmağa başlayırlar ki, skripkaçını ötüb keçsinlər. Skripkaçı isə ayaq üstə pilləkənlərdə dayanıb
çalır, onlar evdə gəzə-gəzə özlərinə yer axtaran saksafonçuları da ötüb keçməyə çalışırlar. Bu
harasıdır, onlar çalışırlar ki, zərb alətlərinə çatsınlar. Müğənni başqa dildə oxuyurdu. Ancaq hiss
olunurdu ki, bu adam çox dərin bir məhəbbətlə sevir, özü də elə oxuyur ki, bütün Qayalı camaatı
bundan xəbərdar olsun. Müğənni yenə də mənasını başa düşmədiyim həmin sözləri son dəfə
ucadan oxuyub üzüstə eyvanın daş döşəməsinə sərildi...
Onların rəqsinə səhərə qədər tamaşa eləyirdim. Çox gözəl oynayırdılar.
Hətta onlar qabaq-qabağa hərəkətsiz dayananda hiss olunurdu ki, oynayırlar, intəhası, ehtiyac
olduğu üçün dayanıblar, çünki bunsuz keçinmək olmaz, gərək mütləq bu anda dayanasan, bir-
birinin üzünə baxasan.
Nailə gələndən sonra mən başa düşdüm ki, Kamil əmi də çox gözəldir. O vaxtdan arzum o idi ki,
böyüyəndə onun kimi boylubuxunlu, əzələli olum... Çox gözəl rəqs edirdilər, mən də onlara
baxmaqdan doymurdum. O vaxtacan ki, axır nənəm gözləməkdən yorulub məni səsləyirdi.
Bəzən yuxudan oyanıb Kamil əminin makinasının səsini eşidirdim. O elə əvvəllər də çox
işləyərdi, amma belə yox. Nailə gələndən sonra ayrı cür işləyirdi. Çox vaxt səhərlər onlara
gələndə görürdüm ki, gözləri qızarıb, dodaqlarının qanı qaçıb, bomboz olub. Amma buna
baxmayaraq, yenə də gəzməyə gedirdi.
Günortaüstü iki-üç saat yatardı. Onlar qonşulara getməzdilər, onlara da gələn olmazdı.
Ona görə yox ki, istəmirdilər, ya hörmət eləmirdilər, ona görə ki, Kamil əmi qaradinməz
adamdır, özü də çox işləyir. Vəssalam.
Səbəbi budur. Əslinə qalsa, mən bir şeyi hiss eləmişdim. Rəşidlə Adilə bura gələndən sonra
qonşular nədənsə Kamil əmidən soyuyub yavaş-yavaş ondan uzaqlaşır, Rəşidlə dostluq eləməyə
başlayırlar.
Hamı onunla məsləhətləşirdi, onlara qonaq gedirdi. Belə-belə uzaqlaşdılar, daha Kamil əmigilə
getmədilər, onu da evlərinə çağırmadılar.
230
Hətta ad gününə, toylara da... Çünki bu ətrafda Rəşidlə dostluq eləməyən yeganə adam Kamil
əmi idi. Bu da Rəşidə çox pis təsir eləyirdi. Mən bunu hiss eləmişdim. Bu məsələ Adilənin də
xoşuna gəlmirdi. Söhbət düşəndə deyirdilər ki, Kamil əmidən fərlibaşlı bir adam çıxmaz. Əməlli-
başlı ciddi işdən yapışmaq əvəzinə gecə-gündüz mənasız şeylə məşğul olan, adını yazıçı qoyan
adamdan nə çıxar?
Arvadının bu sözlərini eşidəndə Rəşid sancılanmış adamlar kimi üz-gözünü qırışdırır. Adilədən
xahiş eləyirdi ki, belə şeylər danışmasın. Çünki bunun onlara dəxli yoxdu. Axı onlara nə düşüb
ki, kimin necə yaşadığını ortaya qoyub müzakirə eləsinlər. Kim bilir, bəlkə də Kamil əmidən
doğrudan da yazıçı çıxacaq?!
– Yazıçı yox, əyyaş çıxacaq, hələ ondan da betəri, – deyə Adilə hər dəfə etiraz eləyirdi. – Əvvəl-
axır mənim sözümün üstünə gələcəksən.
Görərik kim haqlı olar, sən, ya mən?
Rəşid köksünü ötürüb başını bulayırdı:
– Nahaq yerə belə danışırsan... Sənnən söz güləşdirmək istəmirəm. Axı bu söhbətlər bizim
nəyimizə gərəkdir. Sən də əsəbiləşirsən, mən də əsəbiləşirəm... Yad adamın üstündə kefimiz
pozulur axı... Bir də ki, kimə nə var, öz əli, öz başı, özü bilər. Gəl söhbəti dəyişək, ürəkaçan
şeydən danış!
Bilmirəm bu Adilənin niyə Kamil əmidən zəhləsi gedirdi?
Nailə gələndən sonra Adilə Kamil əmini buraxıb ondan yapışdı. Bu qədər də xəbər olar?
Bilmirəm, Kamil əminin evinə durbinlə baxırdı, nədir? Bu qədər xəbəri hardan yığırdı, məlum
deyil. Hamı bilir ki, mənim nənəmin qeybətdən zəhləsi gedir – nə özü qulaq asar, nə də danışar.
İndi bir gör ki, nənəm də qulaq asırdı. Bir dəfə çörək dükanından qayıdanda gördüm nənəm
dinməz-söyləməz oturub tilsimə düşmüş kimi, Adilənin gözlərinin içinə baxır. Adilə də üyüdüb-
tökür.
– Toy! Toya bax e! Şükür Allaha, heç olmasa zaqsa gediblər! – Bu vaxt məni gördü, səsini kəsdi.
Mən də keçib onunla üzbəüz, stolun dalında oturdum, gözlədim nə vaxt çıxıb gedəcək.
– Nə yaxşı qaralmısan! Maşallah, nə uzanmısan! Amma deyəsən bir az sınıxmısan, ya mənə belə
gəlir?
– Nə bilim!
– Bəs niyə bizə gəlmirsən? Qabaqlar tez-tez gələrdin?
– Gələrəm, – deyə cavab verdim, amma özüm də peşman oldum.
Gərək ayrı cür deyəydim: “Gəlmirəm ona görə ki, sizdən zəhləm gedir!” Ya da bundan yaxşı:
“İyrənirəm”, hayıf ki, birdən-birə ağlıma gəlmədi, eyibi yoxdur, indi bir şey də soruşsa, cavabını
verərəm!
Elə söz deyərəm ömrü boyu yadından çıxartmaz.
231
Nə olub belə pəncərədən gözlərini çəkmir?!
– Rəşid gəlir!
Bura gəlir. Gör bir necə sevinir, sevindiyindən yır-yır yırğalanır.
Kətil üstündə oturub belə yırğalanmağı bacarmaq lazımdır. Bu hələ harasıdır, bir dəfə ərini
“Masya” – deyə çağırdığını öz qulaqlarımla eşitmişəm. Az qala qusacaqdım. Odu ey, “Masya”
gəlir, görəsən burda nə iti azıb?
Nə qədər gəlməyib, qoy çıxım gedim. Kamil əmi də yuxudan durmuş olar.
– Salam, nə varnə yox, necəsiniz? – deyə Rəşid nənəmi salamladı.
Sonra qocalıqdan şikayətlənən nənəmə gülümsünə-gülümsünə dedi: – Qoyun görək, siz yaşda
qocalıqdan danışmaq ayıbdır!
Nə qocalıq? İndi sizin oğul-uşağa, nəvə-nəticəyə baxıb sevinmək vaxtınızdır, fərəhlənmək! Sən
də ki, əzizim, maşallah, lap böyük oğlan olmusan! Evinə qonaq gəlib, sən aradan çıxırsan! Belə
şey olar?
– Kamil əmi məni gözləyir.
– Məndən salam deyərsən! Xoşum gəlir ondan, ləyaqətli adamdır, ağıllı, sakit, milçəyi də
incitməz.
Düz eşitdim, bəlkə yanılmışam? Deyəsən yox, təəccübdən Adilənin ağzı açıla qalıb.
– ...Hayıf ki, onun arvadı ilə tanış deyiləm, heç yaxşı deyil.
Qonşuyuq, yan-yana yaşayırıq. Amma indiyəcən tanış olmamışıq.
Mən özüm təqsirimi boynuma alıram, təqsirkaram öz payıma. Amma Kamilin də taqsırı var.
Tanış olmasaq da, ancaq görürəm ki, çox yaxşı, məlahətli adamdır. Elə belə də de, çox yaxşı və
məlahətli, yadında qalar?
– Yaman zövqlə geyinir, – Adilə söz atdı. – Bilmirəm niyə özünə əziyyət verir, belə havada lap
lüt də gəzə bilər. Özünə də xoş olar, kənardan baxan kişilərə də...
Rəşid nəvazişlə etiraz etdi:
– Sənin ürəyin gendi, təmizdi, ona görə də belə deyirsən.
Ürəyin açıqdır, qayğıkeşsən...
O, belə deyəndə Adilənin ürəyini gözümün qabağına gətirdim.
Bilə-bilə yox, elə öz-özünə oldu. Neyləyə bilərdim, böyük, özü də təmiz. Çalışdım onu adam
ürəyi kimi təsəvvür eləyim, ancaq bundan bir şey çıxmadı. Əksinə, duydum ki, onun sol əmcəyi
altındakı ürəyi nə qədər elastik və sürüşkəndir. Budur ey, adamlara tərəf, yəni bizə tərəf sürüşür.
Hətta ürəyi o qədər böyükdü ki, tərpəndikcə Adilənin xalatının yaxası da silkələnir. Rəşid
təzədən danışmağa başlayanda bu ürəyi birtəhər özümdən uzaq eləyə bildim.
232
– Ona görə də sən hamını öz arşınınla ölçürsən... Həmişə belə eləmək olmaz. Adam gərək
dözümlü olsun. Xüsusilə söhbət cavanlardan gedəndə. Onların öz ölçüsü var, bizim də öz
ölçümüz. Bir də sən ki məni yaxşı tanıyırsan. Heç vaxt yanılmamışam, o cür abırlı adamların qızı
necə geyinirsə, geyinsin, pis ola bilməz! Elə kişinin aman-zaman bircə qızıdır...
– Necə kişi? – deyə Adilə soruşdu. – O necə kişidir ki, qızını toysuz-zadsız köçürüb. İki ayda bir
dəfə də olsun gedib baş çəkməyib?
Amma əcəb atadı?
– Heç hövsələn yoxdur, – Rəşid təəssüflə səsləndi. – Hər şey düzələr. Toy olub, ya olmayıb,
bunun nə dəxli var? Əsas məsələ odur ki, uşaq olsun. O ki qaldı gəlməyə, baş çəkməyə, vaxtı
yoxdur, kişi dövlət adamıdır! İşini-gücünü buraxıb şəxsi məsələlər ilə məşğul olsa, onda qalan
adamların işi necə olar? Heç bu barədə fikirləşmirsən?
– Axı onun atası kimdir? Qoy görək, dövlət adamı!...
– Bəsdir, – Rəşid Adilənin sözünü kəsdi. – Xahiş eləyirəm, artıqəskik danışma, deyirəm ki,
dövlət adamıdır, deməli, bilirəm nə danışıram.
Mən xəlvəti onun arxasından sivişib keçmək istədim, ancaq görüb mənə tərəf döndü:
– Qoy elə mən də səninlə Kamilgilə gedim. Allah bağı nəyə görə yaradıb? Ona görə yaradıb ki,
adamlar bir-birinin evinə getsinlər, telefonsuz-filansız... Gedib axşama evimizə çağıracağam.
Qoy gəlib bizdə televizora baxsınlar. Bu axşam “Baharın on yeddi anı” göstəriləcək. Yaxşı
filmdir. Zarafat deyil, təzədən göstərirlər, elə sən də gəl... Nə olar ki, görmüsən, elə bircə
Bronevoya təzədən baxmağa dəyər. Sən yaşda oğlançün bu, xüsusilə xeyirlidir. – Hiss elədim ki,
Kamilin evinə yaxınlaşdıqca o daha ucadan və nəvazişlə danışır. Pilləkənləri çıxanda çiynimi
qucaqladı. Danışanda da mənə tərəf əyildi, elə bil mən kar-zad idim.
Kamil əmi Rəşidi görəndə əvvəlcə özünü itirdi, sonra onunla salamlaşıb təəccüblə mənə baxdı,
yəni bu kimdi gətirmisən? Kamil əmi Rəşidi Nailə ilə tanış elədi. Ancaq axşam onlara gəlib
rəngli televizora baxmağa razı olmadı. Dedi axşam biz hamımız mayak gözətçisinə qonaq
gedəcəyik. Rəşid o saat Kamil əmini təriflədi, bizim üçün belə maraqlı gəzintilər düzəltdiyini
bəyəndi. Sonra öz cavanlığından danışdı, dedi ki, cavan vaxtlarında da, elə indi də sahildə,
mayakda gəzməyi çox sevir. Ümumiyyətlə, təbiət vurğunudur...
Üçümüzün də kefimiz pozuldu. Çünki Rəşid stul çəkib oturdu, halbuki heç kəs ona oturmağı
təklif eləməmişdi. Məlum oldu ki, Rəşid tezliklə getmək fikrində deyil...
Deyəsən, Vasif bizim bu təzə dostumuza qapaz vurası olmayacaq, tilovun qarovulu tərpəndi, özü
də elə tərpəndi ki, batıb-çıxmaq əvəzinə birdəfəlik suya girdi. Tilovun qarovullarını biz özümüz
düzəltmişik, Vasif onları puçtaxtadan yonur. Puçtaxta qəhvəyi rəngli böyük probka parçalarıdır.
İki başından da deşiyi var. Yerli balıqçılar torları bu probkalara bərkidirlər. Vasif deyir ki,
puçtaxtadan düzəldilmiş qarovullar fabrikdə hazırlananlardan yaxşıdır, çünki onların iyi balığı
qorxudur... Qarovulun suya belə sürətlə baş vurması göstərirdi ki, böyük balıq düşüb. Qarmağı
dartdı. Qarğı yay kimi dartılıb əyildi. Az qaldı ki, sınsın, tez tilovu kənara atıb vişdən yapışdı,
çəkdi. Dayan, indi bir koma dəniz yosunu çıxacaq, peysərinə də bir qapaz dəyəcək! Vasif özünü
hazırlamışdı. Adə, bu nədir?! Birdən nərə balığının uzun burnu, sonra yarısı sudan çıxdı...
233
Vasif yerində donub özünü onun üstünə atdı – köməyə gəldi. “Çox sağ ol, – deyib oğlan razı
olmadı, – özüm çıxardaram”. Yaman tərbiyəli oğlandı. Sən bir buna bax – balıqla çəkişə-çəkişə
ayaq üstə güclə durur, amma təşəkkür eləməyi yaddan çıxarmır. Vasif ondan əl çəkdi. Görünür,
təəccübdən mat qalmışdı, nərə balığı idi! Elə qalxırdı ki, elə bil liftlə çıxır! Kaş qarmaqdan
qopmayaydı! Çıxartdı!
Bax, budu, nərə balasıdır! Beş kilo olar. Heç zad qana bilmirəm.
Bu yerlərdə hələ heç kim tilovla nərə balığı tutmayıb. Buna mən yüz faiz qol çəkərəm! Nəinki
uşaqlardan, heç böyüklərdən də tutan olmayıb. Düşüb, bir-iki dəfə kütüm tutan olub, amma nərə
balığı görməmişəm. Həyəcandan Vasifin rəngi qaçmışdı, yaman əl-ayaq eləyirdi. Tez vedrənin
suyunu dəyişdi. Amma matrosu paltar geyən oğlan heç əhvalını pozmurdu. Elə bil zalım oğlunun
gündə işi-gücü nərə tutmaqdı, əvvəlcə qarmağı quyruğundan yapışıb qaldırdı, tələsmədən,
sakitcə, təmkinlə... dönüb mənə tərəf baxdı, yəni, buyur, tamaşa elə! Nə demək olar? Balığa söz
yoxdur. Başından köpəkbalığına oxşayır. Bədəni də elə bil açıq-boz metaldan tökülüb.
Balığa baxıb təəccüb eləyirdim. Gör neçə vaxtdır biz buralarda yol ölçürük, demək olar ki,
Allahın var günü burdayıq. Hələ bir dəfə də olsun qarmağımıza belə şey keçməyib. Düzünə
qalsa, bir balaca pərt olmuşduq.
Oğlan da ki, elə hey mənə baxırdı, olmaya təbrik-zad gözləyirdi?
– Zorba şeydir, – dedim, – doxsan santimetr olar, bəlkə də bir metr!
– Yaman ağırdır. Qorxurdum viş qırılar. Ehtiyatla çəkirdim. Qırılsaydı, əməyim zay olardı.
Elə ağzımı doldurub cavab vermək istəyirdim, Vasif sözümü kəsdi:
– Viş qırılar? Heç neylon da qırılar? Hansı axmaqdan soruşsan, bunu bilir. – Heç bilmirəm Vasif
nə üçün belə özündən çıxmışdı?
– Danışanda da dünyanı başına götürmə. Tutmağına, tutmusan heç olmasa bizim ovumuzu
korlama. Birkərəmlik ağzını yumsan yaxşıdır...
Onun yerinə olsaydım, dərhal çıxıb gedərdim. Öz-özümə fikirləşdim ki, belə sözlərdən sonra
balığını götürüb əkiləcək. Deyirdim, görəsən, belə eləsə Vasif neyləyəcək? Amma getmədi.
Mənə sarı qanrılıb təəccüblə baxdı, vəssalam. Vasifə baxmadı, mənə baxdı, elə bil üstünə çığıran
mən idim.
Biz nərəni kəlləsi üstə vedrəyə soxduq. Üstündən də yaş kətan saldıq. Balıq bir göz qırpımında
quyruğu ilə vurub kətanı kənara atdı. Məcbur olduq ki, kətanın üstündən üç-dörd dənə də daş
qoyaq, bundan sonra bir az sakit oldu.
Tilovu sazlayıb atdım. Oturub fikirləşirdim: “Birdən mənim qarmağıma da beləsi düşdü! Bu
günəcən nərə balığı tutmaq heç ağlıma da gəlməmişdi. Könlümdən keçməyinə keçirdi, ancaq
düzü, inanmırdım ki, tutaram. Külmə tutanda da sevinmişəm. Külmə nədir, lap bapbalaca xul
balığına, şahmayıya da şükür eləyirdim, amma bu gün xəyalımdan nərə keçirdi... Kim bilir, bəlkə
də tutdum! Bu nərmə-nazik oğlan tutdu ki! Öz gözümün qabağında, çöməlib oturmuşdu, ovsun-
zad da oxumurdu, amma tutdu”... O yenə də dönüb mənə baxdı:
– Olar bir dənə də soxulcan götürüm?
234
“İşə düşmədik? Hər dəfə də icazə istəyəcək?” – Çox sağ ol.
– Əşi, bu tərbiyəli uşaqmış? Lap ağın çıxartdın ki, bankadan soxulcanı götürüb o qədər o yan-bu
yanına baxdı ki, dedim indi ondan da üzr istəyəcək. Amma bir söz demədi, keçirtdi qarmağa.
Elə bu vaxt Vasif yerindən durub ona yaxınlaşdı. Dedim, bəli, indi peysərini yağlayacaq.
Deyəcək ki, niyə danışırsan. Vasif yaxınlaşıb öz tilovunu ona uzatdı.
– Tilovlarımızı dəyişək.
– Niyə?
– Elə-belə.
– İstəmirəm. Bu əlimə yatır.
– Qapaz necə, istəyirsən? Tilovlar kimindir? Hələ çox sağ ol deginən ki, sənə tilov vermişəm.
Oğlan tilovunu verib yenə mənə baxdı. Mənə niyə baxırsan, Vasifə bax da.
– Yerlərimizi də dəyişək! Dur ayağa.
– Yer də sənindir?
– Mənimkidir! Sürüş burdan!
Görəsən, balığını da götürüb niyə getmir? Heç başa düşmürəm.
Bəlkə qorxur ki, Vasif nərəni verməz? Doğrudan da vermədi, vermədi. Ya da kəsib üçdən birini
verdi ki, qaydamız belədi, gərək bölüşək. Matros köynəkli oğlan yenə getmədi. İndi Vasif
Dostları ilə paylaş: |