ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   ...   12   13   14   15   16   17   18   19   20
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I  Şah  Abbas  Buxara  hökmdarı  Vəli  Nadir  Məhəmməd  xanı 
qəbul  edir. (1650-ci il) 
Xalqımızın  mənəvi  mədəniyyəti  tarixində  mühüm  yer  tutan 
Azərbaycan  qonaqpərvərliyi  əsrlərin  keşməkeşindən  zəmanəmizə 
qədər gəlib çatmış, qorunub saxlanmışdır. Milli iftixarımız olan bu 
adət  bütün  dünyada  bizə  şərəf  gətirmişdir.  Qonaqpərvərlik  Azər-
baycan  xalqının  fədakar,  cəfakeş  olduğunu  bir  daha  bariz  şəkildə 
təsdiq edir. Qonağa müstəsna diqqət və tükənməz qayğı, sədaqət və 
inam  sağlam  mənəvi-əxlaqi  tərbiyəni  özündə  əks  etdirir.  Yüksək 
mənəviyyata  sahib  olan  azərbaycanlı  üstün  keyfiyyətlərə  malik 
olmaqla  hörmət  etməyi,  ehtiram  göstərməyi,  qayğıkeşliyi  və 
sədaqəti ilə xalqını ucaldır, ona yüksək nüfuz qazandırır. İnanırıq ki, 

 
304 
 
sağlam  təməl  üzərində  boya-başa  çatan  gələcək  nəsillərimiz  də 
onlara  ulularımızdan  ərməğan  qalan  bu  adəti  layiqincə  davam 
etdirəcəklər.  Biz  də  öz  növbəmizdə  xalqımızın  yüksək  dəyərlərini 
öyrənməli  və  gələcək  nəsillərə  öyrətməliyik.  Arxeoloji  və  etno-
qrafik  tədqiqatlar  nəticəsində  əldə  edilərək  hazırda  müzeylərimizi 
bəzəyən müxtəlif çeşidli zəngin maddi-mədəniyyət nümunələri, kim 
bilir, bir vaxtlar neçə-neçə qonağın xidmətində olmuşdur… 
 
 
                                                         
 
 

 
305 
 
TALAQ 
Ailə  birliyinin  qorunması  bütün  dövrlərdə  Azərbaycan  cəmiy-
yətinin  ən  mühüm  vəzifəsi  hesab  olunmuşdur.  Ailənin  üzərinə  dü-
şən məsulliyyət həddindən artıq ağır və çətindir. Bu müəyyən qədər 
indi də davam etməkdədir. Evlənənlər arasında bir-birinə bağlılığın 
bir  ömür  boyu  davam  etməsi  hər  zaman  arzu  edilirdi.  Lakin  buna 
baxmayaraq,  ən nadir hallarda hətta orta əsrlərdə də boşanma  ger-
çəkləşə  bilərdi.  İslama  görə  ailə  birliyi  qorunması  vacib  olan  da-
yaqdır, fəqət müstəsna hallarda vəziyyətə uyğun olaraq boşanmaya 
yol  verilməsi  mümkün  sayılırdı.  Lakin  elimizin  adətinə  görə  ərlə 
arvad  arasında  olan  mübahisəli  məsələlər  böyüklərin  müdaxiləsilə 
öz yoluna qoyulurdu. Ailədəki ixtilafları ər-arvad həll edə bilmədik-
də,  onda  bu,  ailə  böyükləri  və  ağsaqqallar  vasitəsilə  həll  edilməli 
idi.  İstər  ağsaqqallar,  istərsə  də  ağbirçəklər  öz  həyat  təcrübələrinə 
istinad edərək evlilərə məsləhətlər verər, ailənin möhkəmlənməsin-
də  müəyyən  zamana  ehtiyacları  olduqlarını  başa  salar  və  öyüd-
nəsihətlərini  edərdilər.  Lakin  elə  məqamlar  ola  bilərdi  ki,  həm  ər, 
həm  də  arvad  bərabər  yaşamağı  istəmədikdə  şəriət  qaydaları  ilə 
necə  kəbinə  daxil  olublarsa,  eləcə  də  boşana  bilərdilər.  Lakin  ailə 
daxilində  baş  verən  anlaşılmazlıqlar,  ədalətsizlik  evliliyi  mənasız 
hala  gətirib  imkansız  hala  sürükləyəndə  yetişən  vəziyyət  ayrılığı 
labüb edirdi.  
Orta  əsrlərdə  ailə  münasibətlərində  Qurani-Kərimdən  gələn 
mühüm  mülahizələr  əsas  götürülürdü.  Quranda  deyilir  ki,  «Əgər 
onların  (ərlə-arvadın)  arasında  ayrılıq  yaranmasından  qorxsanız, 
onda  kişinin  adamlarından  bir  nəfər  və  qadının  adamlarından  bir 
nəfər  münsif  (təyin  edib  onların  yanına)  göndərin.  Əgər  (bu  iki 
vasitəçi ərlə-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi 
olar…»  (2,  «Nisa»  surəsi,  ayə  35).  Beləliklə  də,  Allah-Təala  ilk 
olaraq  ağsaqqalların  və  ağbirçəklərin  məsələni  yoluna  qoymasını 
tövsiyə edir. Bundan sonra bütün səylər boşa çıxarsa, İslam dini son 
çarə  kimi  boşanmanı  məqbul  hesab  edir.  Nikah  şəriət  əsasında 

 
306 
 
bağlandığı kimi eləcə də din adamı tərəfindən də əlaqənin pozulma-
sı nəticəsində həll oluna bilər.   
Dini  əsaslarda  talaq  məsələsinə  münasibət  müəyyən  qədər  öz 
əksini  tapmışdır.  Belə  ki,  «Boşadığınız,  lakin  gözləmə  müddətləri 
sona  yetməmiş  qadınları  imkanınız  çatdığı  qədər  öz  yaşadığınız 
yerdə  sakin  edin.  Bu  qadınları  sıxışdırmaq  evdən  çıxıb  getməyə 
məcbur etmək məqsədilə onlara zərər, əziyyət verməyə cəhd göstər-
məyin.  Əgər  onlar  hamilədirlərsə,  bari-həmlini  yerə  qoyana  qədər 
xərclərini  verin.  Həmin  qadınlar  gözləmə  müddətləri  qurtarandan 
sonra  sizin  üçün  uşaq  əmizdirirlərsə,  onların  süd  haqqını  verin, 
çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər. Öz 
aranızda  yaxşılıqla  şəriətə  müvafiq  şəkildə  sazişə  gəlin.  Əgər  bu 
məsələdə  çətinliyə  düşsəniz,  bir-birinizlə  razılığa  gələ  bilməsəniz 
uşağı başqa bir qadın əmizdirə bilər. Varlı-karlı olan öz varına görə 
süd haqqı versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. 
Allah  heç  kəsi  özünün  ona  verdiyindən  artıq  xərcləməyə  məcbur 
etməz. Allah hər bir çətinlikdən sonra  asanlıq,  yoxsulluqdan sonra 
dövlət əta edər» (2, 558). Göründüyü kimi, şəriətə müvafiq şəkildə 
davranmaq  əsas  sayılmışdır.  Şəriət  qanunları  özündə  müəyyən 
olunmuş normaları cəmləşdirmişdir.  
Qurani-Kərimdə  talaqla  bağlı  irəli  sürülən  fikir  belə  şərh 
olunur: «Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində 
heyzdən  pak  olduqdan  sonra  boşayın.  Gözləmə  müddətini  iddəti 
sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları açıq-aşkar bir pis iş, 
zina  etməyənə  qədər  –  gözləmə  müddəti  qurtarmamış  yaşadıqları 
evlərdən  çıxartmayın  və  onlar  özləri  də  çıxmasınlar.  Bu  Allahın 
hüdudlarıdır,  hökmləridir.  Allahın  müəyyən  etdiyi  hüdudları  aşan 
kimsə, özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bun-
dan sonra bir iş icad etsin, ərin ürəyinə yenidən zövcəsinin məhəb-
bətini  salsın  və  onlar  barışsınlar.  Bu  qadınların  gözləmə  müddəti 
başa  çatdıqda  barışmaq  istəsəniz  onları  yaxşılıqla  öz  yanınızda, 
kəbininiz  altında  saxlayın,  yaxud  yaxşılıqla  mehrlərini  verib  yola 
salın. Sonradan aranızda ixtilaf olmasın deyə içərinizdən iki ədalətli 
şahid  tutun.  Siz  də  ey  şahidlər!  Allah  üçün  doğru  şahidlik  edin! 

 
307 
 
Bununla  Allaha  və  axirət  gününə  iman  gətirənlərə  öyüd  nəsihət 
verilir» (2, 557). İddət boşanan və ya dul qalmış qadının başqasına 
gedə bilməyəcəyi zaman kəsiyi, yeni evliliyə qədər gözləməli oldu-
ğu müddətdir.
 
Talaqla  bağlı  məsələnin  Quranda  belə  izah  olunması  qadına 
münasibətlə əlaqəlidir. «Yaşa dolmaqla heyzdən kəsilmiş qadınları-
nızın gözləmə müddətinə şübhə etsəniz bilin ki, onların və həmçinin 
çox gənc olduqları üçün hələ heyz görməmiş övrətlərinizin gözləmə 
müddəti üç aydır bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə 
bilərlər.  Hamilə  qadınların  gözləmə  müddəti  isə  bari  həmlini  yerə 
qoyduqda başa çatır» (2, 557). Buradan aydın olur ki, qadın həm də 
bir  anadır,  onu  hamilə  vaxtı  tərk  edib  küçəyə  atmaq  olmaz.  Əgər 
boşanma  üçün  bir  səbəb  mövcuddursa,  yenə  də  qadının  mütləq 
başqası ilə ailə qurub evlənəcəyinə imkan yaradılmış olur. Bu şərh-
lər o nəticəyə gəlməyimizə əsas verir ki, hər halda qadın tənhalığa 
tərk edilməməlidir.  
Müsəlman  aləmində  boşanma  talaq  vasitəsilə  yalnız  kişiyə 
məxsus hüquq kimi gerçəkləşə bilərdi. Bunu kişinin bir kəlmə sözlə 
bildirməsi belə yetərli olurdu ki, ailə təməli büdrəyərək yıxıla bilsin. 
Bir şərtlə ki, bu sözləri o ayıq  olduğu zaman, heç bir təsir altında 
qalmadan  özü  istəyərək  ciddi  şəkildə  söyləmiş  olsun.  Hirsli  və 
öfkəli zamanında insanlar hər cür hərəkətə  yol  verə bilirlər. Xüsu-
sən də, kişilər acıqlı anında məntiqli düşünmədən, soyuqqanlılığını 
itirərək  talağın  verilməsi  barədə  söylədikləri  əsas  sayıla  bilməz. 
Çünki  sonradan peşiman ola bilərlər.  Bu onun iradəsinə hakim ol-
madığı anlarda verdiyi düşünülməmiş qərardır və boşanmağa səbə-
biyyət  vermir.  Qızlar  evlənməzdən  əvvəl  öz  fikirlərini  bildirər  və 
tələb etdiyi mehri ala bilərlər. Onlar bəyənmədiyi adamı seçmədiyi-
ni açıq söyləyə bilərlər. Qadına əl qaldırmış və ya şiddətli xəstəliklə 
əlaqədar  ağlı  yerində  olmayan  kişinin,  həmçinin  dili  ilə  söyləmə-
mişsə, işarətlə bildirməklə boşaması məqbul sayılmır. Heç bir kimsə 
ərin  izni  olmadan  onun  yerinə  arvadını  boşamaq  hökmünə  sahib 
deyildir.  Boşanmanın  gerçəkləşməsində  qadının  da  müəyyən  rolu 
vardır.  Belə  ki,  o  öz  son  sözünü  söyləyə  bilər,  ər  evini  tərk  edib 

 
308 
 
atası evinə getməyə də bilər. Bundan əlavə əgər ərin ailəsini saxlaya 
bilmək iqtidarı yoxdursa, qadın boşanma tələbi irəli sürə bilər. 
Evlənən zaman qıza verilən mehriyyə onun həyatında təbii haqq 
kimi  qəbul  edilir.  Bunu  o  ürəyi  istədiyi  kimi  xərcləyə  bilər.  Kişi 
qadınına qarşı xoşrəftar olmalı, yaxşı davranmalıdır. 
Ailəsindən uzun zaman ayrı qalan kişinin, xəbər vermədən gecə 
evə gəlməsi doğru sayılmamışdır. Qadının ailə məsələlərində seçmə 
haqqının olduğu bir sıra İslamı araşdıranlar tərəfindən söylənilmiş-
dir. Çünki İslam dininin təməl qaynaqlarından olan ilahi vəhylərdə, 
Qurani-Kərim  və  hədislərdə  onların  belə  bir  haqqının  olmadığına 
dair heç bir dəlil yoxdur. 
Ayrılıq  iki  cür  ola  bilərdi.  Birinci  halda  kişi  boşanmasını 
söyləsə  də,  yenidən  qadınına  dönə  bilərdi.  Bu  halda  da  o,  yenidən 
mehr ödəyirdi. Bir evliliyin sonlanması anlamına gələn talaq, onsuz 
da  bir  anlaşılmazlıq  nəticəsində  meydana  gəlir.  İkinci  halda  isə 
qadını həmişəlik olaraq  tərk edib  əlaqəsini tamamilə kəsirdi.  «İran 
Azərbaycanında  iki  cür  boşanma  (talaq)  vardır:  bidət  və  sünnət. 
Bidət  talaq  növü  çox  az  hallarda  baş  verir.  Lakin  sünnət  talağı 
hakim mövqeyə malikdir. Bu talaq növünün də  iki forması vardır: 
bain talaq və rici talaq» (9, 20). 
İslam  qayda-qanunlarını  əsas  götürən  osmanlılarda  boşanma 
haqqında  araşdırmalarda  maraqlı  məqamlar  mövcuddur.  Məsələn, 
evliliyi  sonlandırmağı  istəyən  kişi  deyil  qadın  olardısa,  onun  üçün 
də  qismən  olmaqla  birlikdə  İslam  hüququna  görə  bəzi  imkanlar 
tapılırdı. Buna görə qadın əgər istərsə, nikah əqdi əsnasında boşan-
ma  haqqını  əlində  saxlamağı  şərt  olaraq  önə  sürə  bilərdi.  Bununla 
bərabər, qadın, bəzi hallarda bilavasitə məhkəməyə müraciət edərək 
evliliyi qurtara bilərdi. Fəqət məhkəmənin hansı vəziyyətlərdə ayrı-
lıq  qərarı  verəcəyinə  dair  məzhəblər  arasında  ciddi  fikir  ayrılıqları 
olduğundan, bəzən eyni mövzuda, eyni cəmiyyətdə yaşayan insanlar 
arasında  fərqli  hökmlər  verilirdi.  Ancaq  xüsusən  Bursada  Hənəfi 
məzhəbinə  görə  məhkəmənin  boşanma  qərarı  verə  bilməsi  üçün 
ərdə xəstəlik və qüsur olması,  yemə-içmə,  geyim və saxlama kimi 
əsas  ehtiyaclarını  ödəyə  bilməməsi,  ərin  evini  uzun  müddət  tərk 

 
309 
 
etməsi və ya yox olması, xanımı ilə pis davranması, arvadına yaxın-
laşmamaq  üçün  and  içməsi,  ərin  xanımının  zina  etdiyini  iddia 
etməsi,  süd  qohumluğunun  olduğu  anlaşılması  kimi  ciddi  səbəblər 
olması vacib idi (1, 302). 
Osmanlı məhkəmələrində qazı önündə görülən davaların qeyd-
ləri  olan  sənədlərdə  evliliyin  sonlanması  üç  halda  qarşıya  çıxır: 
kişinin tək tərəfli iradə bəyanı olan şərtli talaq, qadının mehr və bəzi 
haqlarından  imtina  etməsi  yoluyla  gerçəkləşən  və  hakim  qərarıyla 
boşanma anlamına gələn təfriqdir. 
Beləliklə,  islam  hüququ  çərçivəsində  şəriətə  uyğun  şəkildə  in-
sanların davranışlarında təzahür edən kəbin münasibətlərində müəy-
yən  olunmuş  qaydalara  riayət  olunmadıqda  talaq  gerçəkləşirdi. 
Məqsədə doğru düzgün yol anlamı daşıyan şəriət kəlməsi «ilahi qa-
nun» kimi qəbul edilmişdir. Boşanma hökmü qadının sərbəst oldu-
ğunu  göstərir.  Osmanlı  dövlətində  talaq  evliliyi  tamamilə  ortadan 
qaldırıb-qaldırmamasına görə iki yerə ayrılır: rici və bain. Rici tala-
ğa görə ər arvadının heyz müddətində yeni bir nikaha girmədən ev-
liliyinə  geri  dönə  bilməsidir.  Əgər  yenidən  münasibət  yaratmaq 
mümkün  deyilsə,  evliliyə  dərhal  son  verilərsə,  o  zaman  bu  talaq 
bain (yəni ayırıcı) hesab olunur. Bu cür boşanmada ərlə arvadın ye-
nidən birləşməsi üçün təzə nikah əqdi imzalamaları və ərin yenidən 
mehr ödəməsi gərəklidir. 
V.M.Məmmədəliyev,  Q.T.Məmmədəliyeva    qeyd  edirlər  ki, 
«Bir daha qeyd etmək istəyirik ki, qadının döyülməsinə icazə veril-
məsi Allah və Rəsulunun möminlərə tövsiyə etdiyi sonuncu tövsiyə 
üsuludur. Burada əsas məqsəd yalnız və yalnız ailənin dağılmasının, 
boşanmanın  qarşısını  almaqdır.  Çünki  İslam  dinində  ailənin  dağıl-
masına,  boşanmaya  çox  pis  baxılır  və  o,  Allah  yanında  halal  olan 
şeylərin ən pisi hesab edilir…  
Münsiflər  ədalətli,  qərəzsiz,  islam  hüququnu  bilən  adamlar 
olmalıdırlar.  Qohum-əqraba  içərisində  bu  cür  adamlar  olmasa,  bu 
işə kənar adamlar da cəlb edilə bilər. Münsiflər ixtilaf doğuran, hər 
iki tərəfi narazı salan səbəbləri diqqətlə araşdırıb öyrənməli, kimin 
müqəssir  olduğunu  müəyyən  etməli,  narazılığa  səbəb  olan 

 
310 
 
məsələləri aradan qaldırıb ərlə arvadın barışdırılmasına, ümumi dil 
tapmasına  nail  olmalı,  beləliklə  də  ailənin  dağılmasının  qarşısını 
almalıdırlar» (3, 171). 
Bəzi hallarda baş tutmayan evlilik talaqla nəticələnirdi. Məhsəti 
Gəncəvi və Ə.Xaqani öz əsərlərində talaqdan (yəni, boşama haqqın-
dan) da söz açmışlar. Tarixdən məlumdur ki, Özbəyin zövcəsi Meh-
ri Cahan xatun talaq alaraq ondan ayrılıb Cəlaləddinə ərə getmişdir 
(7,  25).  Bildiyimiz  kimi,  talaq  islam  dinində  ərlə  arvad  arasında 
nikahın pozulması qaydası deməkdir. Nəticə etibarilə ərin müvafiq 
sözlərlə şahidlər önündə üç dəfə qadınına deməsi ilə sona yetir.  
Qeyd edək ki, «kim öz arvadını səbəbsiz boşayıb ikinci arvadla 
kəbinsiz  yaşayırsa,  kim  cadugərlərə  müraciət  edirsə,  bunları  və 
qatillə qanun pozanın əl qollarını bağlayıb çar divanına gətirməli və 
işgəncələrdən sonra ölüm cəzasına məhkum olunmalıdır» (6, 73).  
Arif  əş-Şeyx  Əbdullah  əl-Həsən  araşdırmalarına  istinad  edən 
R.Əliyev  qeyd  edir  ki,  «Müsəlman  alimləri  talağın  hansı  hallarda 
zəruri olub-olmaması baxımından onu beş qismə ayırırlar: kişi özü-
nün maddi və fiziki cəhətdən arvadını saxlamağa qadir olmadığını 
biləndə  talaq  vacib  olur  (əl-vacib)  və  belədə  onun  arvadına  talaq 
verməməsi ona zərər vurmaq kimi mənalandırılır, yox əgər arvad əri 
ilə  qalmaq  istəyirsə,  talaq  vacib  sayılmır;  ər  arvadının  əxlaqından 
şikayətlənirsə, arvad ibadətlərinin, məsələn, namazının yerinə  yeti-
rilməsində  etinasızlıq  göstərirsə,  belədə  talaq  məsləhət  görülür  (əl-
məndub); əgər ər arvadını boşamaq istəmirsə, eyni zamanda onunla 
birgə  yaşamaq  ona  xoş  deyilsə,  amma  onun  xərclərini  çəkirsə, 
belədə də talaq nə təqdir edilir, nə də pislənilir (əl-mübah); əgər ər 
öz  arvadını  qaneedici  bir  səbəb  olmadan,  yaxud  qadında  onların 
birgə  yaşayışına  mane  olmayan  bir  qüsur  üstündə  boşamaq  istə-
yirsə,  belədə  talaq  pislənilir  (əl-məkruh);  əgər  ər  öz  arvadını  ona 
zərər  vurmaq  məqsədilə  boşayırsa,  belədə  talaq  haram  talaq  (əl-
haram) sayılır» (4, 166-167).
                  
 
Mehriyyə – nikaha daxil olan zaman ərin gələcək xanımına qar-
şılıqlı  razılaşma əsasında ömürlük onun mülkiyyətinə keçə biləcək 
müxtəlif  mahiyyətli  (pul,  zinət  şeyi  və  s.  şəklində)  mal-mülkdür. 

 
311 
 
Nikahdan sonra mehriyyə evlənmiş qadının mülkiyyətinə çevrilir və 
o istədiyi vaxt, mehriyyəsini öz ərindən tələb edə bilər. Qadın ərdə 
olduğu müddətdə mehriyyəsini almamışsa, onda boşandığı təqdirdə 
mehriyyəsini  tələb  edərkən,  əri  bunu  ödəməlidir.  Əks  təqdirdə  bu, 
günah sayılır. Qadın könüllü surətdə mehriyyəsindən imtina edərək 
onu ərinə bağışlaya da bilər. Mehr Quranda və hədislərdə «sadaq», 
«nəhlə», «fərizə», «əcr» kimi də işlədilmişdir (4, 97). Quranda mehr 
qadına  verilən  və  mütləq  hesab  edilən  hüquq  kimi  dəyərləndirilir. 
Qeyd edək ki, «ticarət malı, heyvan, ev, torpaq sahəsi kimi maliyyə 
dəyəri olan hər şey mehr verilə bilər. Evin icarəsindən gələn gəlir, 
yaxud Quranı öyrətmək, ev tikmək, torpaq şumlamaq kimi mənfəəti 
olan işlər də mehr sayıla bilər. Şəriətə görə mehr hədiyyədir, odur 
ki,  mehrin  sabit  konkret  miqdarı  müəyyən  edilməmişdir:  nə  aşağı 
həddi, nə də yuxarı həddi məlumdur» (4, 99).  
Əsrlərdən  qalan  qaydaya  görə  İranda  «İslam  hüququnda 
mehriyyənin  beş  növü  vardır:  məhlul-müsəmma  (gəlinlə  bəy  ara-
sında  razılığa  gəlinmiş  mehriyyənin  miqdarı  kəbin  kağızında  qeyd 
olunur); məhrul-sünnə (500 dirhəm gümüş; Peyğəmbər öz qadını və 
qızlarının  mehriyyəsi  üçün  təyin  etmişdir);  məhrul-misl  (oxşar 
qadınlar  üçün  məmul  olan  mehriyyənin  miqdarı);  məhrul-təliz 
(gəlin və bəyin təyin etdiyi şəxs tərəfindən müəyyən olunmuş meh-
riyyə  miqdarı)  və  təfvi-zül-bey  (mehriyyəsiz  nikah).  İslama  görə 
mehriyyə  hər  şey  (ev,  bağ,  mal-qara,  nəqd  pul,  çek,  barat,  ev 
tikmək, çobanlıq etmək, sənət-peşə öyrətmək, torpaq payı və s.) ola 
bilər.  Mehriyyənin  miqdarı  tərəflərin  razılığından  asılıdır.  Mehriy-
yənin  ödənilməsi şərtləri isə müxtəlifdir: ərinə  yanaşmaqdan  əvvəl 
qadın mehriyyəni tələb edə bilməz; yaşamaqdan qabaq gəlin və ya 
bəy ölsə, onda mehriyyə pozulur və s. Bir qayda olaraq kəbin kağı-
zında  mehriyyənin  miqdarı  ilə  yanaşı,  onun  ödənilmə  tarixi  də 
göstərilməlidir  və  buna  əsasən  qadın  həmin  tarixdə  ərindən  meh-
riyəni tələb edə bilər» (9, 14;15). 
Orta  əsrlərə  aid  mənbələrdə  talağın  necə  gerçəkləşdiyi  maraq 
doğurur. Bu dövrdə talaq verilməsi qaydaları Azərbaycan hökmdar-
larının  fərmanlarında  öz  əksini  tapmışdır.  Elxani  hökmdarı  Qazan 

 
312 
 
xanın  (1295-1304)  keçirdiyi  40  islahatdan  biri  boşanmaya  həsr 
edilmişdir.  O,  hətta  kəbin  haqqını  19,5  dinaradək  endirmişdi.  İsla-
hatların  hazırlanmasında  iştirakı  olan  F.Rəşidəddin  yazır:  «ər  ilə 
arvad  arasındakı  narazılıq  qəzəb  və  nifrətə  səbəb  ola  bilər.  Nifrət 
yarandıqda  doğum  və  nəsilartırma  baş  tutmaz.  Əgər  kişi  qadın  ilə 
baha  kəbin  pulu  ilə  evlənmiş  olsa,  hər  bir  kəs,  çoxlu  kəbin  pulu 
verməsindən qorxaraq qadını boşamaz» (8, 110). Qazan xan verdiyi 
fərmanı  ilə  ailədə  münaqişə  şəraitində  yaşamağın,  boşanmanı 
kişilərin  özləri  deyil,  qadınların  boşanmasını  dilə  gətirməsinə 
məcbur edilməsinin, onlara işgəncə verilməsinin qarşısını alır. 
Beləliklə, talaq orta əsrlərdən XX əsrin əvvəllərinədək gəlib ey-
ni  mahiyyət  kəsb  edərək  əsas  sayılmışdır.  Yusif  Vəzir  Çəmənzə-
minli yazır ki, «halbuki nikah əbədi bir dostluqdan ibarətdir. Harada 
ki, dostluq qurtardı, orada talaqdan savayı bir çarə yoxdur» (5, 157).  
DƏFN   ADƏTİ 
Azərbaycan  xalqının  keçdiyi  uzun  tarixi  inkişaf  yolunda  onun 
ailə məişəti ilə əlaqədar olan bir sıra adət və ənənələri mövcuddur. 
Adət  və  ənənələr  xalqın  simasını  əks  etdirən  aynasıdır  və  əksini 
olduğu  kimi  göstərir.  Mahiyyətindən  asılı  olmayaraq,  sevinc  və 
kədər  gətirdiyinə  baxmayaraq,  bu  adətlər  uzun  əsrlər  öncə  forma-
laşaraq  böyük  zaman  keçmiş  və  xalqın  ruhunu  özündə  yaşadaraq 
dövrümüzə  qədər  gəlib  çatmışdır.  Belə  ki,  «ictimai  hadisə  olan 
mərasimlər  (mərasimi  cəhətlər)  mədəniyyətin  və  xüsusilə  mənəvi 
mədəniyyətin ayrılmaz bir hissəsi  kimi  bəşər cəmiyyəti inkişafının 
bütün mərhələlərində mühüm rol oynamışdır» (20, 3).  
Xalqın adət və ənənələri onun bu və ya digər məsələ haqqındakı 
təsəvvürlərini  və  dini  baxışlarını  özündə  cəmləşdirir.  Belə  adətlər-
dən biri də Azərbaycan xalqının ailə məişətinin bir hissəsi olan dəfn 
mərasimidir. Bildiyimiz kimi, dəfn adətinin də qədim zamanlardan 
bəri müəyyən mərhələlər keçdiyi  və bununla bağlı bir sıra inamlar 
və müxtəlif təsəvvürlər mövcud olduğu bəllidir.  

 
313 
 
Müxtəlif  xalqlarda  fərqli  şəkildə  dəfn  mərasimi  icra  olunduğu 
məlumdur.  Bu  mərasimin  bütün  dövrlər  üçün  xarakterik  olan  bir 
cəhəti  vardır  ki,  o  da  ölənə  və  bütövlükdə  ölüm  hadisəsinə  olan 
münasibətdir.  Dəfn  mərasiminin  qədim  tarixi  vardır.  Buna  qısaca 
nəzər yetirmək adətin mahiyyətini aydınlaşdırmağa yardım edir. 
Azərbaycanda islam dini yayılana qədər mövcud olan dəfn mə-
rasimləri  haqqında  arxeoloji  qazıntıların  (yeraltı  və  yerüstü)  məlu-
matlarına  əsasən  müəyyən  fikir  yürütmək  olar.  Ölüləri  dəfn  etmək 
üçün küp, daş, katakomba, torpaq və s. qəbirlərdən istifadə olunur-
du. Ümumən bütün dünya xalqlarının dəfnlə bağlı müxtəlif  təsəv-
vürlərdən  doğan  ölü  basdırma  ayinləri  mövcud  olmuşdur.  Belə  ki, 
ölünü  yandırıb  külünü  dəfn  etmə,  yandırıb  külünü  çaya  atma,  mu-
miyalama,  ölüyə  məxsus  əşyaların  onunla  birlikdə  məzara  gömül-
məsi,  ölənin  açıq  havada  qoyulması  kimi  dəfn  ayinləri  tarixə  mə-
lumdur.  Hətta  «ibtidai  insanlar  süni  mağaralardan  yalnız  yaşamaq 
üçün deyil, ölüləri dəfn etmək üçün də istifadə etmişlər» (38, 9). 
Azərbaycan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 
əldə  olunan  nəticələrə  əsaslanan  Q.İsmayılov  qeyd  edir  ki,  Füzuli 
yaxınlığındakı Qaraköpəktəpədən şərqdə yerləşən Qarabulaq düzün-
dən  aşkar  olunmuş  kurqandan  ölüyandırma  mərasiminin  izlərinə 
təsadüf olunmuşdur. Bundan əlavə o, digər iki kurqan altında içəri-
sində  silahlar,  əmək  alətləri  və  bəzək  əşyaları  olan  daş  qutu 
qəbirlərə rast gəlindiyini söyləyir. Müəllif yazır: «Maraqlıdır ki, hə-
min qəbirdə tayfa başçısının skeletilə yanaşı, dəfn mərasimi zamanı 
öldürülmüş  iki  yaxın  adamının  sümükləri  də  aşkara  çıxarılmışdır. 
Bunlardan əlavə burada üzərində nəfis bəzəklər qalmış dəvə skelet-
lərinə də təsadüf olunmuşdur. Belə bəzək şeyləri, silah nümunələri, 
əmək  alətləri  və  eləcə  də  müxtəlif  gil  qablar  qəbirdən  və  əsas 
skeletin ətrafından da tapılmışdır. Ümumiyyətlə, bu qəbirdə saysız-
hesabsız avadanlığa təsadüf edilmişdir. Məlum olmuşdur ki,  bütün 
bunlar  dəfn  mərasimi  zamanı  meyitin  yanına  qoyulmuşdur»  (29, 
28–29).  Bu  ibtidai  insanların  ilkin  dini  təsəvvürləri  ilə  bağlı  idi. 
Yəni  bütün  bunlar  əşyaların  öləndən  sonra  da  mərhuma  gərəkli 
olması barədə düşüncəyə əsaslanırdı.  

 
314 
 
İbtdai  insanların  təbiət  hadisələrinə  münasibəti  haqqında 
arxeoloq Q.Əhmədov yazır: «Təbiət qüvvələri qarşısında aciz olan, 
yuxu  hadisələrini  izah  edə  bilməyən  ibtidai  insanlar  özlərinin 
gündəlik əmək və mübarizə fəaliyyətində ölü ruhlarından da kömək 
almaq istəmişlər. Buna görə də ölünü bütöv və yaxud onun hissəsi: 
kəlləsi,  sümüyü,  külü  və  s.  şəklində  saxlamağa  cəhd  göstərmişlər. 
Ölmüş  adamın  paltarını,  ona  aid  əşyaları  evdə  əziz  tutmaq  kimi 
adətlər  elə  indi  də  qalmaqdadır»  (21,  95).  Ölünün  əşyalarının  əziz 
tutulması  müasir  dövrdə    ailənin  düşüncə  tərzi  ilə  bağlıdır.  Çünki 
bir sıra müasir kənd ailələrində elələri vardır ki,  onlarda ölüyə  aid 
olan  əşyaların  sındırılması,  paylanılması,  yandırılması  və  atılması 
muşahidə  olunur.  Bu  adət  orta  əsrlərdə  də  mövcud  olmuşdur. 
Xaqani  yaradıcılığında  da  bu  məsələ  (oğlunun  ölümü  ilə  bağlı 
təsvirdə) öz əksini tapmışdır (1, 218). 
 
Azərbaycanda antik dövrdə müxtəlif dəfn etmə formaları oldu-
ğu məlumdur. Katakomba, çiy kərpic, taxta qutu, sarkofaq məzarlar 
və yerüstü əlamətləri izlənilməyən torpaq qəbirlərin mövcudluğu ar-
xeoloji  tədqiqatların  nəticəsində  aşkar  olunur  (47,  78-79).  Qafqaz 
Albaniyası  ərazisində  Amaras  adlı  ərazidə  aparılan  arxeoloji  tədqi-
qatlar zamanı üç dəfn adəti (sadə torpaq, küp, daş qutu) aşkar edil-
mişdir. Sadə torpaq qəbirlər də iki qrupa ayrılır: üst nişanəsi olma-
yan torpaq qəbirlər, üstü sal daşla örtülmüş torpaq qəbirlər (50, 80).  
Müqayisələr onu deməyə əsas verir ki, Persopolda aşkar edilib 
əhəmənilər  «dövrünə aid olan bu sarkofaq və eyni zamanda göstə-
rilən ölçülər və saxsı tabutun rəngi Mollaisaqlı və Qalagah tabutları 
ilə  eynilik  təşkil  edir.»  E.Şmidt  bu  tip  qəbirlərin  atəşpərəstliklə 
bağlı yarandığını söyləmişdir (51, 102). Təknə qəbirlərin Albaniya-
da  mövcudluğunu  F.Osmanov  qəbirlərin  baş  tərəfində  od  yan-
dırılması  ilə əlaqədar olaraq bu  ənənənin  atəşpərəstliklə bağlılığını 
qeyd  etmişdir  (53,  61).  Lakin  N.Rzayevin  də  qeyd  etdiyi  kimi 
«atəşpərəstlər  torpağı  pak  hesab  etdiklərindən  ölüləri  dəfn  etməz, 
onları  üstü  açıq,  yırtıcı  quşların  girə  biləcəyi  sükut  qalalarına 
qoyardılar. III–IV əsrlərdə tikilmiş belə sükut qalalarından biri indi 
də  Qax  rayonunda  durmaqdadır»  (52,  76).  Onda  belə  bir  fikir 

 
315 
 
söyləmək mümkündür ki, saxsı tabut və təknə qəbirlərdə dəfn olu-
nanlar ehtimala görə yuxarı dini təbəqənin numayəndələri olmuşlar. 
Yaxud  da  atəşpərəstlərin  sonrakı  dövrlərdəki  dəfn  adətində  müəy-
yən dəyişiklik baş vermişdir.  
Antik  dövrdə  Qafqaz  Albaniyasında  icra  olunan  dəfn  mərasi-
mində ölü  üçün  yas tutub ağlaşma qurmaq  adətinin  mövcudluğunu 
Moisey  Kalankatuklunun  verdiyi  məlumatlarından  əldə  etmək 
mümkündür. O yazır: «Əgər bir evdə ölü üçün yas saxlayıb ağlayır-
larsa, evin sahibinin ağıçılarla birlikdə əl-qolunu  bağlayıb çarın di-
vanına gətirmək və orada onları  cəzalandırmaq lazımdır. Ev adam-
ları  qoy  göz  yaşı  tökməsinlər»  (28,  73).  Deməli,  ağlaşma  mövcud 
olub  ki,  onun  qadağan  olunması  üçün  tədbirlər  görülməsi  nəzərdə 
tutulub.  Lakin  bu  ərazidə  yaşayan  bütün  xalqlarda  ağlaşma,  ölüyə 
yas  tutmaq  adəti  sonrakı  dövrlərdə  qalmaqda  davam  etmişdir. 
Deməli, qadağanın qoyulması xalqın real yaşam tərzinə sirayət edə 
bilməmişdir.  
Cəmiyyət  inkişaf  etdikcə  dəfn  mərasimlərində  müəyyən  dəyi-
şikliklər, yeniliklər meydana gəlirdi. Xüsusilə də monoteist dinlərin 
meydana gəlməsi dəfn adətlərinə bir sıra yeniliklər gətirdi. O cüm-
lədən Azərbaycanda yayılan islam dini özündən əvvəl yaranmış din-
lərə münasibət zəminində zənginləşərək yeni dövrün xüsusiyyətləri-
nə uyğunlaşmışdı. Din xalqa nə verirdisə, eyni zamanda onun adət-
lərindən və arxaik inanclarından da nələri isə əxz edirdi. Yəni, dində 
uzun illər boyu insanların psixologiyasına və məişət tərzinə uyğun 
olan mövcud adət və ənənələr, davranış qaydaları öz əksini tapırdı. 
Eləcə də, din xalqın bilavasitə yaşam tərzinə və davranış qaydaları-
na  sirayət  edərək,  müəyyən  ayinlərin  icrasını  gərəkli  etmişdir. 
Adətlərin dinə, dinin isə öz növbəsində məişətə qarşılıqlı təsiri orta 
əsrlərdə aydın sezilməkdədir. Bu qarşılıqlı təsir isə hamılıqla qəbul 
olunmuş ənənəyə çevrilərək kütləvi xarakter alırdı.  
Orta əsr abidələrində əvvəlki dövrlərdən fərq ondan ibarətdir ki, 
qəbrə  əlavə  şeylər  qoyulmur,  lakin  qəbir  daşları  üzərində  şəkil  və 
işarələr  həkk  edilirdi.  Bu  xüsusda  Q.İsmayılov  Füzulidəki  Mirəli 
türbəsinin divarlarındakı təsvirlər barədə belə  yazır: «Ölçücə o qə-

 
316 
 
dər də böyük olmayan bu təsvirlər əsasən iribuynuzlu keçi rəsmlə-
rindən  və  ya  həndəsi  fiqurlardan  ibarət  idi.  Lakin  onlarla  yanaşı, 
aşağı hissəsində üç qolu olan dairə və düzbucaq rəsmləri daha çox 
gözə  dəyirdi.  Onların  bəzisinin  içərisinə  keçi  rəsmi  və  ya  nöqtə 
həkk  olunmuşdu.  Maraqlı  idi  ki,  damğalar  adlanan  belə  işarələrə 
Qobustanın,  Şamaxı  və  Abşeronun  orta  əsr  abidələri  üzərində  də 
təsadüf  edilmişdi.  Bu  cür  işarələr  vaxtilə  maldar  tayfalara  məxsus 
olmuş, onların məişət və təsərrüfatında xüsusi mülkiyyət nişanəsini 
təmsil  etmişdi.  Müəyyən  vaxtlarda  isə  belə  işarələrdən  dini  məra-
simlər zamanı istifadə olunmuşdu. Müqəddəs yerləri ziyarət edəndə 
və  ya  dəfn  mərasimində  bilavasitə  damğa  işarələr  həmin  yerin 
divarlarına eləcə də, qəbir daşlarına çəkilmişdi» (29, 38–39).       
Orta  əsrlərdə  həm  təbiəti,  həm  də  özünüdərk  etmək  məsələsi 
daha qabarıq şəkildə ortaya çıxır. Cəmiyyətin inkişaf etmiş dövrün-
də artıq inanclarda da müəyyən dəyişikliklər özünü göstərir. Yaran-
mış vəziyyətə münasibət özünü ayinlərin icrasında nümayiş etdirir. 
Xalq arasında «ölümə çarə yoxdur» və «torpaqdan yaranan torpağa 
da  qayıdır»  kəlamları  ölüm  hadisəsinin  təbiətdən  gələn  bir  reallıq 
kimi  qəbul  edilməsinə  nümunədir.  Ümumiyyətlə,  xalq  arasında 
ölüm hadisəsi  ilə bağlı işlənən kəlmələrə orta  əsr şair  və mütəfək-
kirlərinin, müxtəlif mənbə müəlliflərinin əsərlərində tez-tez rast gəl-
mək olar. Xüsusən belə  məlumatlarda axirət dünyası, fələk, ehsan, 
fatihə, kəfən, ruh, qəbir, əzrail və s. adları çəkilir.  
Əcəl  kəlməsi  insanın  ölümünün  yaxınlaşması  ilə  bağlı  bir 
sözdür.  Bu  söz  qədim  dövrlərdən  bəri  eyni  mahiyyət  daşıyan  bir 
anlam kəsb edərək hələ də işlənir. Orta əsr müəlliflərinin əsərlərin-
də,  dastanlarımızda,  bayatılarda  işlənən  «əcəl»  kəlməsi  el  arasında 
mövcud  olan  «əcəli  çatmaq»  deyiminə  işarədir,  yəni  bu  məqam 
artıq  insanın  son  nəfəsi,  ölüm  vaxtının  çatdığını  göstərir.  Dəfn 
mərasiminə  bu  və  ya  digər  şəkildə  toxunan  müəlliflərin  hamısının 
əsərlərində  ölümün  Allahın  əmri  kimi  qəbul  edildiyi  açıq  görünür. 
Bundan  əlavə,  el  arasında  qəfil  ölüm  hadisəsinə  də  münasibət 
bildirilir. Bu xüsusda R.Əfəndiyeva yazır: «İstənilən halda vaxtsız, 
erkən  ölüm  yüngül,  «yaxşı»  arzu  olunan  ölüm  sayılırdı»  (18,  26). 

 
317 
 
Burada müəllifin fikrinə aydınlıq gətirməyə ehtiyac duyulur. Məsələ 
bundadır  ki,  vaxtsız,  erkən  ölüm  yox,  qəfil  ölüm,  əziyyətsiz,  yəni 
insanın uzun müddət yataqlarda əziyyət çəkmədən və ətrafdakıları-
na  da  əziyyət  vermədən  yatıb  durmaması  kimi  anidən  baş  verən 
ölüm  haqqında  xalq  arasında  «yaxşı»  deyirlər.  Vaxtsız  və  erkən 
ölüm isə mərhumun yiyəsinə və ümumən cəmiyyətə hər zaman daha 
ağrılı olur. 
Dəfn mərasimi ilə bağlı icrası vacib sayılan məsələlər ardıcıllıq-
la araşdırılmalıdır. Xüsusən, orta əsrlərdə onun necə icra olunduğu-
nu öyrənmək müqayisəli təhlil etməyə imkan yaradır. Məlum məsə-
lədir ki, orta əsrlərdə islam dininin geniş bir ərazidə yayılmasından 
sonra  bütün  müsəlman  xalqlarında  dəfn  adətinin  icra  qaydaları 
demək olar ki, eyni mahiyyətlidir. Qafqaz xalqlarının və Orta Asiya 
dövlətlərinin  müsəlmanlarına  xas  olan  dəfn  adətlərində  eynilik 
vardır.  Məsələn,  keçmişdə  Dağıstan  xalqlarının  da  müsəlman  dəfn 
mərasiminə  ciddi  şəkildə  riayət  etdikləri  məlumdur  (19,  90). 
Bununla yanaşı, dünya müsəlmanlarının dəfn mərasimi də mahiyyət 
etibarilə  oxşardır.  Ola  bilsin  ki,  ayrı-ayrı  müsəlman  xalqların  dəfn 
adətlərində  müəyyən  cüzi  fərqli  cəhətlər  də  özünü  büruzə  verə 
bilsin. Lakin bütövlükdə əsrlər boyu dəfn prosesində əsas ayinlərin 
icrasında  eyni  qaydalar  hökm  sürmüş  və  müasir  dövrümüzdə  də 
qalmaqda davam edir. 
H.Quliyevin də  qeyd etdiyi kimi, qədim və müasir dövrün dəfn 
mərasiminə müqayisəli nəzər salarkən onun ibtidai dövrün yadigarı 
olduğu  aydın  olur  (14,  85).  Əlbəttə,  bu  fikirdə  müəyyən  həqiqət 
vardır. Belə ki, ruha inam hələ qədim dövrün insanlarında meydana 
gəlmiş,  ilkin  dini  formalar  kimi  «animizmin»  (ruha  inamın) 
formalaşmasına  səbəb  olmuşdur.  Bu  dini  inamın  əsasını  ruhun 
varlığı  və  onun  insan  öldükdən  sonra  da  mövcudluğu  təsəvvürü 
təşkil edir. Orta  əsrlərdə də  ruhun varlığına inamla bağlı müəyyən 
təsəvvürlər mövcud olmuşdur. Hətta keçmişin qalığı kimi, ölümdən 
sonra  ruhun  yaşaması  haqqında  fikirlər  də  yox  deyildir.  Bununla 
bağlı  isə  axirət  dünyasına  inam  artırdı  və  onu  həmçinin  «haqq 
dünya»  da  adlandırırdılar.  Bəzən  xalq  arasında  belə  bir  deyim  də 

 
318 
 
işlənir ki, «onlar (yəni ölən insanlar) haqq dünyadadırlar, biz nahaq 
dünyada.»  İnsanlarda  dəfnlə  bağlı  müəyyən  inam  və  təsəvvürlərin 
olması  öz  bərabərində  bir  sıra  mərasimlərin  icrasını  da  zəruri 
etmişdir.  
Mərhuma  münasibət  haqqında  Q.Əhmədov  yazır:  «İslam  dini 
xadimləri  ölünü  yumaq,  yuat  yerində  işıq  yandırmaq,  qəbirdə  ölü-
nün qoltuğu altına ağac qoymaq, qəbirin üstünə torpaq tökmək, su 
tökmək,  başdaşı  qoymaq,  baş  və  sinə  daşlarında  ölünün  sənətini 
bildirən,  cinsini  göstərən  rəsmlər  çəkmək,  ölü  çıxan  həyətdə  qan 
çıxarmaq – mal-qoyun kəsmək, yetimləri doydurmaq, ölünün əşya-
larını əziz tutmaq, onu yad etmək, vaxtaşırı qəbir üstünə getmək və 
s. kimi mərasimlərin icrasına maneəçilik göstərməmişlər» (21, 103). 
Müəllif  dəfn  mərasimi  zamanı  bütün  görülən  işləri  ardıcıllıqla  elə 
vermişdir ki, artıq şərhə ehtiyac yoxdur. Burada qeyd olunanlar onu 
deməyə  əsas  verir  ki,  müasir  dövrdə  də  eyni  qaydada  icra  olunan 
dəfn  mərasimi  ərəblərdən  keçmə  deyil,  onların  gəlişinə  qədər  də 
mövcud  olmuşdur.  Misal  üçün  qeyd  etmək  olar  ki,  Zərdüşt  dininə 
etiqad  edənlərdə  dəfn  mərasimində  nəinki  mərhumu  yuyur,  eyni 
zamanda mərasimə yığışanlar baş, boyun, qulaq və üz nahiyyələrini 
yuyurdular.  Bundan  sonra  evə  od  gətirirdilər.  Yas  ölənin  «ruhunu 
sevindirmək» üçün verilirdi (57, 58-59). Bu onu deməyə əsas verir 
ki,  bir  sıra  ayinlər  sonradan  müsəlmanlar  tərəfindən  də  qəbul 
edilmişdir. N.Rzayev göstərir ki, «bütpərəstliyə qarşı şiddətli müba-
rizə aparan islam din xadimləri insan fiquru yaradılmasını xüsusilə 
təqib  edirdilər.  Bununla  əlaqədar  olaraq  at  və  qoyun  heykəlləri  ilə 
bağlı  olan  dəfn  ayini  daha  geniş  miqyasda  yayılaraq  davam  edir» 
(52,  68).  Azərbaycanın  müxtəlif  bölgələrində  hətta  XV-XIX  əsrdə 
belə bu heykəllərdən istifadə edilmişdir. 
Əsrlərdən  bəri  bir  adət  halını  almışdır  ki,  qəfil  ölümdən  fərqli 
olaraq ağır xəstəliyə düçar olmuş, öləcəyi qabaqcadan bilinən insan 
evdə  yalnız  qoyulmur,  əzizləri  onun  başına  toplanır,  ona  xüsusi 
qayğı və nəvaziş göstərilir, son arzuları yerinə yetirilir. Eyni zaman-
da  ev-eşik  səliqə-sahmana  salınır.  Canvermə  anında  isə  xəstənin 
qulağına Qurandan ayələr oxunur. Onun ayaqlarının baş barmaqları-

 
319 
 
nı bir-birinə bağlayırlar, çənəsini bir parça yardımı ilə başın yuxarı 
hissəsinə doğru çəkilməklə bağlayırlar. Üzərinə bəyaz örtü örtürlər. 
Dəfn  günü  vəfat  edən  adamın  evinin  üstündə  uca  səslə  oxunan 
minacat «salat» adlanır. Bu, ağır itkinin baş verdiyini elə-obaya bil-
dirmək üçün edilirdi. 
Xalq  arasında  ölüm  anında  can  verən  adamın  üstündə  şivən 
qoparmaq olmaz, yəni ölünü «canbəsər» etmək olmaz. Son mənzilə 
getməzdən əvvəl ölünü yuyurlar. Ölü yuyan adamı el içində «mür-
dəşir» və «qəssəl» adlandırırlar. Adətdir ki, «ölü yerdən qaldırılanda 
buradakı  kənar şəxslər,  həmçinin  mərhumun  yaxın  kişi və qohum-
ları otağı tərk edirlər. Mərhumla vidalaşmaq üçün qadın qohumları 
içəri buraxılır. Bu məqamdakı haray-həşir, üz cırmaq, saç  yolmaq, 
yaxa yırtmaq şivənin ən kəskin anı sayılır» (23,  144). Bu xüsusda 
F.Sümərin  yazdıqları  da  yerinə  düşür:  «Başlıca  dərin  kədər  davra-
nışı isə ağlamaq idi. Əsirlik, ölüm kimi hadisələr nəticəsində orda-
lara qara şivən düşər, yəni ordalar dərin yasa bürünər, cəsur bəylər 
hönkür-hönkür  ağlayar,  qadınlar  saçlarını  yolar,  üzlərini  və  ya-
xalarını cırar və ayaqlarından ayaqqabılarını çıxarardılar.  Göytürk-
lərdən  Osmanlı  xanədanına  qədər  dəyişmədən  davam  edib  gələn 
adətlərdən biri də budur. Ağlamaq keçirilən dərin iztirabı azaldırdı. 
Türklərdə belə hallarda ağlamaq təbii bir reaksiya kimi qəbul olunur 
və  ağlamamaq  eyib  sayılırdı.  Oğuz  elinin  başlıca  yas  əlaməti 
ağrəngli  paltarlarını  çıxardıb  qara  paltar  geymək  idi.  Bu  adət  də 
səlcuq dövründəki türkmənlər arasında, İran monqollarında, teymu-
rilərdə,  qaraqoyunlularda,  ağqoyunlularda,  Anadolu  bəylərində  və 
nəhayət,  Osmanlılarda görə bilərik» (32, 384). Bunu  «Kitabi Dədə 
Qorqud»  dastanında  da  görmək  olar:  Beyrəyin  ölüm  xəbəri  ata-
anasına  çatan  kimi  evdə  şivən  qopur,  qız-gəlin  ağ  çıxardıb  qara 
geyinir,  ölənin  atının  quyruğu  kəsilir,  igidlər  qara  geyinib  göy 
sarınır, çalmalarını yerə vururlar və ağlaşırlar (48, 223).    
Ağlaşmadan  sonra  ölünü  son  mənzilə  yola  salırlar.  Ölünü  öz 
evindən  götürürlər.  Evdən  çıxarılmış  mərhumu  yerdən  götürən 
zaman tabutu qoyulduğu yerdən üç dəfə qaldırıb qoyur və nəhayət 
çiyinlərdə  aparırlar.  Müəyyən  məsafə  qət  edərkən  tabutun  altına 

 
320 
 
girənlər  dəyişirlər.  Ölü  çıxan  evdə  isə  daş  qoyurlar,  üçüncü  günü 
daşı  evdən  bayıra  atırlar.  Bu  da  bəllidir  ki,  «son  vaxtlara  qədər 
Gəncədə ölən adam çətin can verərkən, onun əlinə daş verirdilər ki, 
ruh bədəndən dərhal daşa keçsin və ölən adam canvermə əzabından 
qurtarsın. Bakıda mərhumun ruhunun daşa keçməsi üçün onun can 
verdiyi  yerə  qara  daş  qoyurlar.  Qarabağda  cənazəni  götürərkən  də 
yerinə  daş  qoyurlar  ki,  ruh  həmin  daşda  qalsın.  Hamilə  qadın 
ölərkən  onun  qəbrinə  daş  qoymaqla  belə  güman  edirlər  ki, 
qarnındakı  uşağın  ruhu  daşa  keçəcəkdir  və  s.»  (58,  18-19).  Bəzi 
bölgələrimizdə  (məsələn,  Qazax)  daş  elə  həmin  gün  mərhumun 
arxasınca atılır. Tabutun qoyulduğu otaqda üç gün süfrə çəkilməzdi, 
bu hal mərhumun ruhuna hörmətsizlik sayılırdı. 
Xalqın dəfn adəti ilə bağlı məqamlar orta əsr mütəfəkkirlərinin 
əsərlərində  də  öz  əksini  tapmışdır.  N.Gəncəvi  insan  həyatında 
kədərli  və  ağır  hadisə  hesab  olunan  ölümə  təbii  bir  proses  kimi 
münasibət bildirir. Yəni o, bu hadisəni bir gün var olan insanın bir 
gün  də  həyatdan  köçə  biləcəyi  obyektiv  reallıq  kimi  qəbul  edir. 
Şairin əsərlərində dəfn adəti və onun icra qaydaları təsvir olunur. İlk 
növbədə  onu  qeyd  etməliyik  ki,  bir  sıra  hallarda  dəfn  mərasimi 
ölənin vəsiyyətinə uyğun şəkildə icra edilirdi. Bu zaman dəfn adəti-
nə  xas  olan  qaydalar  əsla  pozulmurdu.  Bəzən  xəstə  vəziyyətinin 
ağırlığını  hiss  edib  sonunun  ölüm  olacağını  qəbul  etdikdə  əzizinə 
vəsiyyət  edirdi.  Bunu  Nizami  İsgəndərin  ölüm  səhnəsini  təsvir 
edərkən qeyd etmişdir. Nizami «İsgəndərnamə» əsərində İsgəndərin 
anasına yazdığı məktubunda belə deyir: 
 
Ölümə çarə etmək olmaz, 
Çarə qapısını heç kəsin üzünə açmamışlar. 
Ölüm qızdırması adama qəsd etsə, 
Əlacın izini həkimdən gizlədər...  
Məndən ötrü ürəyini sıxma, 
Faydasız fəryad etməyə çalışma (35, 596-601). 
 

 
321 
 
Öz vəsiyyətində İsgəndər anasına səbir diləyir, şivən etməməyi, 
qara  geyinməməyi,  nalə  etməməyi,  yas  saxlamamağı  tövsiyə  edir. 
Çünki  dünya  heç  kimə  qalmır.  Füzuli  də  «Leyli  və  Məcnun» 
əsərində  Leylinin  anasına  vəsiyyət  etdiyini  göstərmişdir  (30,  223–
226). Vəsiyyət etmək indi də mövcuddur. Vəsiyyət şifahi və yazılı 
şəkildə ola bilər. Son məqamda öləcəyini bilən adamlar yaxınlarına 
şifahi  şəkildə  vəsiyyətini  edərdi.  Bəziləri  sağlığında  arzularının  nə 
olduğunu bildirərdi və ya yazılı şəkildə qeyd edib saxlayardı. 
Orta əsrlərdə ölümdən qabaq mərhumun  harada dəfn olunması  
barədə onun vəsiyyətinə əməl olunması ənənəsi mövcud olmuşdur. 
Bu  barədə  Şərəf  xan  Bidlisi  yazır  ki,  Qazan  xan  öldükdən  sonra 
onun meyitini Təbrizə gətirib özünün tikdirdiyi məqbərədə basdırır-
lar  (27,  54).  Mərhumu  öldüyü  şəhərdə  deyil,  öz  istəyinə  uyğun 
olaraq başqa şəhərə aparırdılar, hətta əvvəlcədən sağlığında  tikdir-
diyi məqbərədə basdırırdılar. Qeyd edək ki, vəsiyyətin  yerinə  yeti-
rilməsi bu gün də öz aktuallığını qoruyur. Azərbaycanın Abşeron və 
Quba-Xaçmaz  bölgələrində  orta  əsrlərdən  ta  XX  əsrin  ilk  onilliyi-
nədək  müvəqqəti  dəfnetmə,  mövcud  olmuşdur.  Belə  ki,  bəzi  varlı 
şəxslər,  dindarlar,  müsəlman  dünyasının  müqəddəs  saydıqları 
şəhərlərdə  dəfn  olunmağı  vəsiyyət  edirdilər.  Bunun  üçün  sərda-
bələrdə müvəqqəti dəfn icra olunur və sonralar sümükləri Məşhəd, 
Kərbəla və başqa şəhərlərdə basdırırdılar.    
Nizami  Gəncəvi  Leylinin  ölüm  səhnəsini  təsvir  edərkən  orta 
əsrlərdə icra olunan yas mərasimini göstərməyə çalışmışdır: 
 
Ana ki, cavan qızını elə  gördü, 
Sanki qiyaməti o anda gördü. 
Ağarmış başından yaylığı açdı, 
Səmən kimi (ağ) saçını yolub yelə verdi. 
Balasının üzü və saçı həsrətində 
Üzünü döyür, saçını yolurdu. 
Nə qədər ki, ağı bilirdi, əzbər oxudu. 
Nə qədər ki, saçı vardı, başından yoldu. 
Gəncliyinə qoca kimi ağladı (16, 236). 

 
322 
 
Göründüyü  kimi,  müəllif  burada  dəfn  adətinə  məxsus  olan 
xüsusiyyətləri  olduğu  kimi  təsvir  etmişdir.  Eyni  motivli  təsvir 
Füzuli  yaradıcılığında  da  yer  tapmışdır.  Belə  ki,  o  da  Leylinin 
anasının qızı ölərkən əhvalını təsvir etmişdir. Məsələn, 
 
Biçarə anası açdı başın, 
Başından aşırdı qanlı yaşın. 
Kafurini tökdü zəfəranə, 
Suzi-dil ilə gəlib fəğanə, 
Çox ağladı, etdi ahu nalə, 
Ağlar, kim olursa böylə halə. 
Əlqissə, tutub təriqi-matəm
Ol vaqeəyə yığıldı aləm. 
Təzim ilə tutdular binasın. 
Tən oldu müqimi-ərseyi-xak, 
Ruh oldu qərini-övci-əflak (30, 227). 
                           
Şairin  yaradıcılığında  yas  evi  matəmara  kimi  təqdim  olunur. 
Füzuli  Həzrəti-imam  Hüseynə  mərsiyə  yazıb  (31,  358–359).  Dəfn 
mərasimlərində  mərsiyə  deyilməsi  orta  əsrlərdən  bu  günümüzə 
qədər  gəlib  çatmışdır.  Qaranın  matəm  rəngi  olduğunu  qeyd  edən 
Xaqaninin bilavasitə özünün yazdığı mərsiyələr də vardır (1, 218). 
Şərəf  xan  Bidlisi  1367–68-ci  il  hadisələrindən  bəhs  edərkən 
yazır ki,  Sultan  Üveysin qardaşı əmir  Qasım ölərkən Xacı  Salman 
Savacı  onun  ölümünə  mərsiyə  yazıb,  burada  deyilir  ki,  «əfsus  ki, 
onun cavanlıq günlərinin günəşinin şüası ikinci dan yeri kimi uzun 
olmadı, açılmamış qızılgül payız tufanından töküldü. Ey göylər, bu 
günəş  üçün  ağlayın!  Biz  əminik  ki,  hamı  bu  məskəni  tərk  edib 
gedəcək. Amma heç kəsdə belə bir fikir yaranmadı ki, əmir Qasım 
gəncliyinin  çiçəklənən  vaxtında  əbədiyyət  bağında  öz  çadırını 
quracaqdır. Yaxını Bayram bəyə də Sultan Üveys elə dəfn mərasimi 
təşkil  etdi  ki,  beləsini  heç  kim  görməyib,  o  özü  də  qara  geyindi, 
əmirləri  də  boyunlarına  qara  palaz  (hər  hansı  bir  örtü  nəzərdə 
tutulur. – Ş. B.) asdılar» (27, 83).  

 
323 
 
Müasir  dövrümüzdə  olduğu  kimi,  orta  əsrlərdə  də  rast  gəlinən 
ağı demək, saç yolub üz və diz döymək adəti olmuşdur. Xaqani yas-
da  saç  yolub  yaxa  cırmaq  kimi  xüsusiyyətlərin  olduğunu  göstər-
mişdir. Yusif Məddah da dəfn mərasimində ağlaşma olduğunu qeyd 
edir: 
 
Şöylə kim, övrətlərdə adətdürür, 
Ağlayıbən ölünün yasın urur (8,  204).  
 
Yusif  Məddah  matəmdə  üz  cırıb  saç  yolmaqdan  bəhs  etmişdir 
(8, 203). Bu barədə Bəhlul Abdulla yazır: «Yas mərasiminin ən ilki-
ni şivən ayinidir. Şivən, əsasən, ölüm baş verdiyi andan ölünün dəfn 
üçün  evdən  çıxarıldığı  vaxtacan  davam  edir.  Ölən  üçün  təsiredici, 
yanıqlı sözlər, oxşamalarla hönkür-hönkür ağlamaq, üz cırmaq, saç 
yolmaq  kimi  xüsusiyyətlər  şivənin  əsas  əlamətlərindəndir»  (23, 
142).  Xalq  arasında  vay-şivən  qoparmaq  kimi  deyim  də  vardır. 
Növhə  qədim  matəm  nəğməsidir.  Nəinki  Azərbaycanda,  eləcə  də 
Yaxın  və  Orta  Şərqdə  yayılmış,  matəm  mərasimlərində  cənazə 
yanında  qadınların  oxuduğu  ah,  nalə  mahiyyətli  kədərli  şivən 
mahnısıdır.  Xalq  arasında  ağıçı  adlanan  qadınlar  olurdu  ki,  onlar 
ölünü ağlamaqda, ağı deməkdə peşəkarlaşırdılar, elə bu səbəbdən də 
onları yas mərasiminə dəvət edirdilər. El sözüdür ki, toyunku oyna-
maq,  yasınkı  ağlamaqdır.  Ağıçılar  mərhum  barədə  bildiklərini  və 
dərin  kədər  hissini  söylədikləri  yanıqlı  ağı-bayatılar  vasitəsilə  dilə 
gətirib yasa yığışanları ağladırdılar, yas iştirakçılarını kədərləndirir-
dilər. Yasda ifa olunan və mərhuma xitab edilən belə nümunələrdə 
ölünü oxşayan şerlər səslənirdi. 
Tarixdən şair Dəvdəkin  Alban hökmdarı  Cavanşirə  yazdığı  ilk 
ağı məlumdur.  
 
Mənim şərq ölkəmi bürüdü kədər, 
Yayılmış cahana bu qara xəbər. 
Qoy ellər eşitsin səsimi mənim
Səsimə səs verib ağı desinlər. 

 
324 
 
Cəsurdur, sanki bir heybətli aslan, 
Susardı önündə düşmən hər zaman. 
Başçılar, işxanlar tabeydi ona, 
Sonsuz məhəbbətdən, həm də qorxudan. 
Ona qıymış olan məlun bədniyyət, 
Ona vermiş olan əzab, əziyyət, 
Görüm min lənətə gəlsin o xain, 
Gəzsin Qabil kimi, olmasın rahət. 
Daraşsın canına əfi ilanlar. 
Tökülsün üstünə zəhərlə ağı, 
Şişsin və partlasın görüm o murdar (49, 22-23). 
 
Ölümlə bağlı mövcud ağılar «Kitabi–Dədə Qorqud» dastanında 
da yer almaqdadır.
 
Banıçiçək itkin sevgilisinin xiffəti ilə saç yoldu-
ğunu, üz cırdığını, gələndən-gedəndən onu çox soruşduğunu «getdi, 
gəlməz  bəy  igidim,  xan  igidim  Beyrək»-deyə  ağladığını  söyləyir 
(48, 163).  
Şivən ayini əsrlər boyu davam edir. Deyilən ağılar ölənin yaşı, 
xəstəliyi, sənəti və s. ilə də əlaqələndirilirdi. B.Abdulla dəfn mərasi-
mindəki  bu  proses,  yəni  şivən  haqqında  yazır:  «Nəzm,  bəzən  hətta 
nəsrlə  olan  şivən  örnəklərində  daha  çox  şivən  qoparan  kimsənin 
ölənə  münasibəti  qabarıq  şəkildə  ön  plana  çəkilir.  Bu  şivənlər  də, 
sözsüz, məzmunca bir-birindən fərqlənir» (23, 143). 
Ölünün  bədəninin  yuyulması  da  dəfn  adətlərindəndir.  Nizami 
ölünün bədəninin yuyulmasına da işarə edərək məlumat verir: 
 
Bir saat ağlamaqla gecəni qaraltdı, 
Çoxlu ağlayandan sonra (şahı) yola salmaq haqqında  
düşündü. 
Gülabi, mişki ənbərlə qarışdırıb, 
O qanlı bədənə tökürdü. 
İşıldayıb nur kimi parıldayana qədər 
Gülabla, kafurla onu tər-təmiz yudu
Şahlara layiq bir məclis düzəltdi (12, 323).  

 
325 
 
Tarixi mənbələrdə də ölənin yuyulması barədə məlumat vardır. 
Məsələn, Tac əd-Din əs-Salmani Teymur ölərkən bədəninin yuyul-
masından,  tabuta  qoyulmasından  bəhs  etmişdir  (6,  21).  Ölü  kəfən-
ləndikdən  sonra  xalça  və  ya  palaza  bükülür.  Bu  barədə  Xaqani 
deyir: 
 
Məni matəm palazına bürümüş dərdü hicran (1, 175).  
 
Bununla  o,  ölünün  palaza  bükülməsi  məsələsinə  toxunmuşdur. 
Həyat yoldaşı öləndən sonra özünü kimsəsiz hiss edən, yarını özünə 
həmfikir, qəmküsar, hesab edən  Xaqani həm də oğul itirən bir ata 
olduqda dərdi ikiyə qatlanır (1,  213). Müəllif bununla bağlı öz acı 
taleyini  qələmə  alır,  keçirdiyi  daxili  iztirab  və  mənəvi  sarsıntıları 
şerlərinə tökür. Xaqani əsərlərində kəfən, tabut, başdaşı və mərsiyə 
kimi  ifadələr  işlətməklə  dəfnlə  bağlı  məsələlərə  toxunmuşdur  (1, 
217-218).  O,  həyat  yoldaşının,  iyirmi  yaşında  gənc  oğlu  Rəşidəd-
dinin,  görkəmli  şair  Fələki  Şirvaninin,  əmiləri  Kafiyəddinin  və 
Vəhidəddinin və s. əzizlərinin vəfatı münasibətilə yazdığı mərsiyə-
lərində öz dərin hüzn dolu anlarını, itkilərin onun üçün nə qədər ağır 
və dəhşətli olduğunu ürək ağrısı ilə göstərməyə çalışmışdır. Fələyin 
əlindən gileylənən, özünü başı daşlı ata adlandıran Xaqani dərdinin 
çoxluğundan, buna isə dərmanın olmadığından ürək yanğısı ilə söz 
açaraq iztirabını belə qələmə alır: 
 
Ürəyi dağlı anan oldu qəmində nalan, 
Qoy ki, ondan daha çox odda alovlansın atan. 
Tabutun ziynəti, zərbaf kəfənin telləri tək, 
Bükülüb qəddi, saralsın üzü, tablansın atan, 
Torpaq altındasan, ağlar sənə üstündə fələk, 
Fələyin dövrü kimi tərsinə fırlansın atan (1, 217).  
 
Bununla  yanaşı,  naləsi  ilə  ev  əhlinin  qəlbini  parçalayan  şair 
oğlunun  tabutunu  zərə,  qəbrini  gövhərə  qərq  etdiyini  deyir.  Daha 

 
326 
 
sonra  o  əlavə  olaraq  tabuta  tirmədən  örtük  salındığını,  başdaşının 
incilərlə bəzədiyini də söyləyir. Müəllif yazır: 
 
Günüm qara, paltar qara, qapım üstü qap-qara, 
Bunu görüb bürünmüşdür fələk qara məcərə. 
Sənin qəmin aşıladı nohəgərlik ruhuma, 
Matəmində döndüm, oğul, bir yeni nohəgərə. 
Ağlayanlar ətrafımda sıra ilə düzülmüş, 
Söylədiyim mərsiyələr düşmüş artıq dillərə (1, 218).     
 
Anasının oğul dərdinə dözməyib vəfat etdiyini qeyd edən Xaqa-
ni  oğlundan  sonra  bu  dünya  malının  onun  üçün  də  gərəksiz  oldu-
ğunu vurğulayır.  
Məhsəti  Gəncəvi  isə  həyatda  optimist  olmağı  tövsiyə  edərək 
yazır: 
 
Kefini kök saxla, çünki son qismət 
On arşın kəfəndir, üç arşın torpaq (9, 362). 
  
Burada şairə ölünün kəfənə bükülüb torpağa tapşırıldığını qeyd 
etmişdir. 
Orta  əsrlərə  aid  müxtəlif  mənbələrin  məlumatlarından  aydın 
olur  ki,  yas  mərasimi  zamanı  başsağlığı  verməyə  gələn  kişilər  pa-
paqlarını çıxarırlar. Şərafəddin Yezdi yazır: «Yas mərasimilə əlaqə-
dar  olaraq,  əmmaməsini  başından  çıxarıb,  ağlamağa  başladı»  (5, 
45).       
Əssar Təbrizinin dediklərindən: 
 
Toydan söhbət gedən zaman nur saçılar gözlərdən, 
Matəmlərdən söz açılsa, qəm tökülər üzlərdən (8, 98). 
 
Şair  burada  insanların  müxtəlif  hadisələrlə  bağlı  keçirdiyi 
emosional vəziyyəti canlandırır. Yusif Məddah dəfn adəti haqqında 
yazır ki, ölənin qəbrini qazıb onu torpağa  basdırırlar. Bundan sonra 

 
327 
 
müəllif yas gününü təsvir edərkən ölənin əzizinin huşunu itirməsini, 
dırnağı ilə öz üzünü cırmasını, üz-gözünə vurmasını, saç yolmasını 
belə qeyd etmişdir: 
 
Ağlayıb həsrət oduna ol nigar
Düşdü təxtindən aşağə zarü-zar. 
İçinə od düşdü ol biçarənin, 
Düşdi ussi getdi ol məhparənin. 
Dayə ol gül yüzə saçdı gülab, 
Əqli gəlir kənduyə, qılır üqab. 
Urdu əlin ol dəm görklü yüzə, 
Dırnağilə gül yüzü ta kim, yüzə. 
Ol yənaq kim, nazikü rənavü tər, 
Tazə güldən bəlkə xubü tazətər. 
Ya yigit şahi deyib, yırtar yüzün, 
Zari qılubən urar yüzin – gözin. 
Gəh yüzin yırtar, yolar gah saçını, 
Şol saçı kim, aşiqin müşkü canı  (8, 203). 
 
Bunu qeyd etməklə yanaşı, şair hətta yasda kişilərin də özlərini 
necə apardıqlarını qələmə almışdır: 
 
Şah yaqasın yırtıban zari qılır, 
Ol qəmu bəglər belə yari qılır. 
Atdan enib cümləsi baş açdılar, 
Vərqavü Gülşah içün ağlaşdılar. 
Ol xəlayiq cəmləsi sultan ilə, 
Ağlaşıban cümlə yas tutdu belə (8, 205). 
 
Göründüyü  kimi,  yasda  kişilər  başın  açır,  yəni  papaqlarını 
çıxarıb baş əyirlər. 
XII  əsrin  nümayəndəsi  Qivami  Mütərrizi  də  yaradıcılığında 
dəfnlə əlaqədar sadəcə axirətlə bağlı fikirlər irəli sürmüşdür. Onun 
axirətlə bağlı fikirlərini təqdim edirik:  

 
328 
 
 
Axirət evinin fikrin etməli, 
Rahatlıq mülkünü satıb getməli (9, 396).  
 
və ya 
 
Olsa da bir kəklik kimi duruşum,   
Fəna ovlağında əcəl – ov quşum- 
 
deyərək fikirlərini izhar edir (9, 397). Qazi Bürhanəddin yaradı-
cılığında da axirət sözü işlənir (35, 364). XV əsrdə Təbrizdə yaşa-
yan  Hidayətin  yaradıcılığında  dəfnlə  bağlı  verdiyi  məlumatlarda 
ölünü basdırarkən ona bükülən kəfən və ölüyə verilən ehsan barədə 
söz açılır (8, 282; 271).  
Tabuta qoyulmuş cənazə qəbrə tapşırılarkən ölüm duası oxunur 
və  fatihə  verilir.  Fəzlullah  Ruzbixan  Xunci  ölünün  üstündə  onun 
ruhuna fatihə verildiyini qeyd edir (13, 100). Fatihə ərəbcə «fətəhə» 
sözündən  götürülüb  «açmaq»  deməkdir.  Quranın  ilk  surəsi  olub  7 
ayədən  ibarətdir.  Məlum  olduğu  kimi,  «fatihənin  mətni  müsəlman 
namazının əsasını təşkil edir və müsəlmanların əslində bütün məra-
simlərinin  yerinə  yetirilməsi  zamanı  oxunur.  Ondan  dini  binaların 
divar  yazıları  üçün  geniş  istifadə  edilir.  Fatihənin  mətni  yazılmış 
tilsimlər vardır. Fatihənin mətni: 
 
Rəhmli və mərhəmətli Allahın adı ilə! 
Dünyaların tanrısı olan Allaha, 
Rəhmli və mərhəmətli Allaha
Qiyamət gününün hökmdarına şükr olsun! 
Biz ancaq Sənə sitayiş edir 
Və ancaq Səndən kömək diləyirik! 
Bizi düzgün yola, 
Nemət verdiklərinin yoluna yönəlt, 
Sənin  qəzəbinə  düçar  olanların  və  (haqq  yoldan) 
azanların yoluna yönəltmə!» (44, 113) 

 
329 
 
Evdə ailəyə baş vermiş ağır itkiyə görə üç gün yas tutulur. Bu 
müddət ərzində mərhumun ailəsinə başsağlığı diləmək üçün el-oba 
yığışıb  gəlir.  Orta  əsrlərdə  əvvəlcə  üç  gün  yas  saxlanıldığı  barədə 
Nizami Gəncəvi yazır: 
  
Bəhram üçün 3 gün kədərləndi (12, 161). 
 
Şair göstərmək istəyir ki, ilk üç gün ən çətin və ağır günlərdir. 
Burada  həmçinin  dəfn  adətinə  görə  üçüncü  gün  ehsan  verildiyinə 
işarə  edilir.  Xaqani  «çün  şükür  ehsandan  doğar»  -  dedikdə    ölüyə 
verilən ehsandan söz açmışdır (1, 102). Ehsan haqqında Tusi  deyir 
ki,  övladlara  valideynlərə  ehsan  verməyi  vacib  buyurublar,  vali-
deynlərə isə bunu vəsiyyət etməmişlər (2, 187). Burada cüzi də olsa, 
xalqımızın dəfn adətinə toxunulmuş mərhuma ehsan verildiyinə işa-
rə  edilmişdir.  Tusi  əsərində  həmçinin  axirət  kəlməsini  də  işlətmiş-
dir.  Lakin  qeyd  etməliyik  ki,  əsərdə  dəfn  mərasimi  ilə  bağlı  geniş 
məlumat olmadığından biz də bu deyilənlərlə kifayətlənmişik.  
İmadəddin Nəsimi  də ehsanın gərəkli olduğu barədə yazır: 
 
İsmi cəlalın məzhəri olan kişidə daima, 
Xülqi-həsən, lütfü kərəm, həm fəzl ilə ehsan gəlir (3, 515). 
 
F.Sümər  qədim  türklərdə  ehsan  vermək  haqqında  yazır:  «Das-
tanlarda  görünən  bir  adət  də  qəhrəmanlar  öldükdə  atlarının  kəsilib 
yuğ aşı (ehsan) verilməsi barədə onların vəsiyyətidir. Bu, çox qədim 
bir türk adəti idi. Göytürklər zamanında ölənin atlarının özü ilə bir-
likdə  basdırıldığını  və  ya  kəsildiyini  bildiyimiz  kimi,  X  əsrdəki 
oğuzlarda da ölənin atlarının kəsilib ətinin yeyildiyini görürük» (32, 
385).  
Əbdülqadir  İnan  göstərir  ki,  qırğızların  etnoloji  xəzinəsi  olan 
“Manas”  dastanında  da  islamdan  əvvəlki  dəfn  və  yas  mərasimi 
təsvir  edilir.  Qədim  türk-oğuz  dastanının  qalığından  başqa  bir  şey 
olmayan Dədə Qorqud hekayələrində təsvir edilən oğuz qazılarının 
inancları,  dünyagörüşləri  islamdan  əvvəlki  qəhrəmanlarınkından 

 
330 
 
fərqsizdir...Bu qazıların  yas mərasimləri VIII əsrdə Orxon boyların-
da yaşamış olan göytürklərin  yas mərasimlərindən fərqsizdir. Qəh-
rəmanların ölümündən sonra mindiyi atın quyruğu kəsilərək qurban 
edilir, yaslı qadınlar üzlərini parçalayaraq ağlayırlar, kişilər sarıqla-
rını yerə vurardılar (37, 11).  
Azərbaycanda ölüyə ehsan verilməsi (üçü, yeddisi, adna günlə-
ri, qırxı və ilində) müasir dövrdə də davam edir. Xüsusən ev yiyəsi-
nə  ehsan  verməsi  üçün  ona  kömək  etmək  və  görüləsi  işlərdə  yar-
dımçı olmaq da bir adətdir. Bu bilavasitə qarşılıqlı yardım formala-
rında özünü göstərir. B.Abdulla yazır: «Ümumiyyətlə, deyilən vaxt-
larda (müəllif burada üçü, yeddisi, qırxı, ili vaxtlarını nəzərdə tutur 
– Ş.B.) ölü üçün ehsan da vermək əslində elə ibtidai təfəkkür çağı-
nın əlamətlərini özündə qoruyub saxlayan əcdad ruhunu xatırlama, 
«ata-baba  günü»  mərasimi  ilə  bağlıdır.  Bu  cəhət  isə  əksər  dünya 
xalqlarının məişətində vardır» (23,  147).   
Ailə məişətindəki dəfn mərasimi həm də ölənin ailəsinin dərdi-
nə şərik olmaq kimi xüsusiyyəti zəruri edir. Azərbaycanda həm orta 
əsrlərdə, həm də müasir dövrümüzdə ölənin qırxına qədər ölü yiyə-
sini ziyarət etmək bir borc sayılmışdır. Arif Ərdəbilinin  «Fərhadna-
mə»sində  məhz  Azərbaycan  məişətinə  xas  olan  bu  adət  ilə  bağlı 
məsələlər öz əksini tapmışdır. Belə ki, Gülüstanın ölüm səhnəsi təs-
vir  edilərkən  onun  uşaq  doğarkən  öldüyü  göstərilir  (10,  64).  Şair 
Gülüstanın ölümü ilə bağlı acını şərh edərkən dərin hüznü və kədəri 
bu sözlərlə şerə tökür: «nalə və fəğan səsləri göyə çatdı, ürəyin tüs-
tüsündən heç kəs göyü görə bilmədi» (10, 110). A.Ərdəbili bu mü-
nasibətlə  Şirin  və  Məhin  Banunun  Gülüstanın  matəmində  ağlayıb 
başsağlığı verdikləri haqqında söz açır. İnsanlara ağır kədər üz ver-
dikdə, müəyyən mənada təsəlliyə ehtiyacları olur. Bu baxımdan da 
xalqımızın dəfn adətində məhz təskinlik vermək kimi keyfiyyət öz 
əksini tapır. Şair hətta öz dərdini belə qələmə alaraq yazır: «Heç kəs 
mənim  kimi  inildəyə  bilməz.  Heç  kəs  daxili  yanğını  mənim  kimi 
ifadə edə bilməz. Çünki torpağın altında can kimi əziz və can kimi 
təmiz  yatanlarım  var.  Ayuzlulər  cinsindən  bir  neçə  dilbər,  ürək 
meyvəsi  növündən  yeddi  oğul»  (10,  7).  Şair  də  öz  həyatında  ən 

 
331 
 
əzizlərini  itirmişdir.  Burada  o  bu  hisslərin  ona  yad  olmadığını 
vurğulamağa  çalışmışdır.  Şapurun  bir  il  gedib  Fərhadın  qəbri  üstə 
ağladığını  da  təsvir  etməklə  o  ölüyə  bir  il  yas  tutulduğunu  qeyd 
etmişdir. Şair ölulərin tabuta qoyulduğunu da xatırladır (10, 75).  
Orta  əsr  şairi  Mustafa  Zərir  əsərində  ehsandan,  halvadan, 
axirətdən  bəhs  edir  və  deyir  ki,  «dünya  fani,  nemətün  sonı  qəhər» 
(26,  283).  Şair  həmçinin  cəhənnəm  anlamına  gələn  tamu,  məzar 
anlamını  verən  sin  və  cənnət  mənasında  uçmaq  kəlmələrindən  də 
istifadə etmişdir. Bununla yanaşı, ölən adam haqqında belə yazır: 
                                      
Padişah ol dəmdə pir olmuş idi
Ömri anun axırı gəlmiş idi (26, 290).   
  
Bütün  bu  geniş  material  əsasında  dəfn  adətinə  təhlil  verib  bu 
günkü vəziyyətlə müqayisəli  şəkildə məsələni öyrənmək mümkün-
dür. Suli Fəqih  «Yusif və Züleyxa» əsrində ölünün  yuyulması, kə-
fənə sarılması və 40 gün yas verilməsi barədə yazmışdır (55, 116). 
Suli Fəqih ağı demək barədə qeyd etmişdir (55, 225). Suli Fəqih ölü 
namazının qılındığını qeyd edir (55, 268).  
Mirzə bəy əl Həsən-əl Hüseyni Cünabidi ölüm hadisəsini həyat 
riştəsinin (ipinin) kəsilməsi kimi qələmə verir. O həmçinin yazır ki, 
ölənlərin ruhunu anmaq üçün «müqəddəs məqbərənin ziyarətinə ge-
dib böyük ata-babalarının ziyarət mərasiminə başladı. Nəzirləri Kə-
bə astanəli olan mücavirlərə və xadimlərə payladı» (22, 672, 694).  
Səfəvilər dövründən bəhs edən Mikele Membre  yazır:  «Onlar-
dan biri öldükdə onlar onu dəstə ilə təsvirsiz,  yarpaqvari qızılı  na-
xışlı  və  parçasının  hər  tərəfi  qotazlı  olan  qara  bayraqlarla  basdır-
mağa gedirlər. Onlar nizənin başına ağac kimi budaqlar düzür, üzə-
rində  çoxlu  qırmızı  naringilər  yerləşdirir  və  dünbəklərin  müşayiəti 
ilə  gedirlər.  Onlar  həmçinin  dörd  nəfərin  daşıya  biləcəyi  taxtadan 
kəcavə düzəldirlər. Bu kəcavənin başına Quran oxuya bilən balaca 
oğlan oturdurlar və o ayələri oxuyaraq hərəkət edir. O, çoxlu kişinin 
müşayiəti  ilə  gedir.  Əgər  ölən  şahın  əsgəridirsə,  onlar  özləri  ilə 
onun bütün silahları ilə birlikdə atını da aparırlar. Sonra onları məs-

 
332 
 
cidə qoyurlar. Əgər ölən şahın rəğbətini qazanmışdısa, o, onun Ər-
dəbildə  dəfn  olunmasını  əmr  edir.  Mən  bunu  ondan  bilirəm  ki, 
Tachiatan Mansurun qardaşı ölən vaxt şahın qorçisi olduğuna görə 
o, onun Təbrizdən şərqə, üç günlük məsafədə yerləşən Ərdəbil şəhə-
rində  dəfn  olunmasını  əmr  etmişdi.  O  gün  bütün  əyanlar  və  mən 
qardaşı vəfat etmiş Mansura təsəlli vermək üçün onun evinə getdik» 
(39, 61).  
Oruc  bəy  Bayat  sufilərin  dəfn  adətlərinə  toxunmuşdur.  Bu 
təsvirdə  maraqlı  məlumatlar  verilir.  Müəllif  yazır  ki,  dəfn  adətləri 
qəribədir və onlar başqa müsəlman xalqlarının adətlərindən kəskin 
fərqlənir. Əgər əsilzadə adam vəfat etmişdirsə, onun bütün xidmət-
çiləri  tabutun  önündə  qurşağa  qədər  soyunmuş  vəziyyətdə  gedirlər 
və  sağ  qollarından  bir  parça  ət  qoparmaqla  özlərini  yaralayırlar. 
Ölənin oğulları da belə edə bilərlər. İki yüzə yaxın adam kəndirlər-
dən  yapışaraq  mərhumun  ölü  arabasını  dartıb  çəkirlər.  Onlar  belə 
edərək yüksək səslə Məhəmmədə ünvanlanmış dini şerlər və dualar 
oxuyurlar. Öndə isə iyirmi oğlan Məhəmmədin  Quranını oxuyaraq 
qoşa cərgə ilə çiyinlərində qiymətli bəzədilmiş  tabut aparırlar, on-
lardan  daha  qabaqda  isə  əllərində  üzərində  rənglənmiş  kağız 
hissəcikləri,  rəngli  lentlər  və  həmin  vaxtın  yetişmiş  meyvələri 
asılmış  böyük  olmayan  ağaclar  və  yaşıl  budaqlar  daşıyan  adamlar 
gedirlər. Dəfn mərasiminin sonunda mehtərlərin apardığı və ölünün 
sağlığında  sahib  olduğu  atlar  gedir.  Atlar  mərhumun  müharibəyə 
gedərkən istifadə etdiyi silahlar və yürüşdə əldə etdiyi qənimətlərlə 
yüklü  olur.  Qurşağa  qədər  çılpaq  olan  mehtərlərin  çiyinlərini 
yaraladıqları yerdən qan tökülür. Bütün bu gedənlər daş təknə olan 
yerə  qədər  hərəkət  edirlər.  Bu  təknənin  içində  ölünün  bədənini 
yuyurlar, sonra onu ağ kəfənə bükürlər.  Nəhayət,  yenidən hərəkətə 
gəlirlər. Yolda rast gələn kasıblara yemək paylanılır. Yemək beş-altı 
dəvəyə  öncədən  yüklədilib  və  məhz  bu  məqsəd  üçün  alınırdı.  Bu 
müddət  ərzində  zurna  və  balaban  yavaş  və  ahəstə  səslə  matəm 
musiqisi  çalır.  Bir  il  ərzində  ölənin  qohumları  hər  gün  qəbir  üstə 
gəlib dua oxumalıdırlar (7, 35–36). Göründüyü kimi,  burada adlı-
sanlı, nüfuzlu  xadimin  dəfn mərasimi  təsvir  edilir. Yuxarıda təsvir 

 
333 
 
edilən  xüsusiyyət  yalnız  sufilər  üçün  xarakterik  hal  kimi  təqdim 
edilmişdir. Buradaca onu da əlavə edə bilərik ki, ümumən görkəmli 
şəxsiyyətlər  üçün  müəyyən  bir  yer  ayrıldığı  tarixi  faktlarla  da  öz 
təsdiqini  tapır.  Məsələn,  XV  əsrdə  Şamaxı  şəhərində  İmaddədin 
Nəsiminin  qardaşı  Şah-i  Xəndanın  adından  götürülmüş  Şaxəndan 
adlı  qəbristanlıq  vardır  ki,  burada  görkəmli  şəxsiyyətlər  dəfn 
olunmuşlar (41, 472).  
Nizami Gəncəvi orta əsr qəbirləri barədə yazır: 
 
Qılınc oynadan igidlər qalxanlarını atandan sonra 
Qəbirdə özlərinə o kərpiclərdən qalxan düzəldirdilər 
Hər kimi ki, o kərpic niqabdan (örtükdən) başqa heç  
şeyi yox idi, 
Günahlı olsa da, qəbirdə əzabsız yatırdı (45, 106). 
 
Yəni  şair  burada  igidlərin  öləndən  sonra  məzara  gömülüb 
onlara kərpicdən (daşdan) qəbir düzəldildiyini göstərmək istəmişdir. 
Orta  əsrlərdə  müxtəlif  tipli  qəbirüstü  abidələr  mövcud  ol-
muşdur.  Bu  da  mərhumun  ictimai  mövqeyi  ilə  bağlı  idi.  Yüksək 
təbəqənin  nümayəndələri  üçün  sərdabələr,  türbələr  və  s.  tikilirdi. 
Orta  əsr  müəllifi  Xandəmir  «Həbibüstər»  əsərində  yazır:  «Hülakü 
xan  da  həyat  bağçasına  vida  etdi.  Əmirlər  və  dövlət  ərkanı  onun 
üçün  sərdabə  tikdirdilər»  (15,  87).  Şərəf  xan  Bidlisi  qeyd  edir  ki, 
Şah  Qubad  atasının  cənazəsini  Təbrizə  gətirib  Valiyyan  dağında 
Əxi  Səidəddin  istehkamının  yanında  basdırdı  və  məzarı  üstündə 
hündür saray tikdirdi (27, 187). Nəsir Rzayev yazır: «İbn Fədlanın 
təsvir etdiyi kimi X əsrin əvvəlində qurban kəsilmiş atın qalığından 
oğuzlar qəbir üstündə at fiquru yaradırmışlar. O vaxt belə dəfn adəti 
qəbilədə  at  çox olduğu  üçün mümkün idi.  Lakin sonrakı  XV–XVI 
əsrlərdə, müharibələrlə əlaqədar olaraq atların sayının azalması nəti-
cəsində  həmin  dəfn  adətində  dəyişiklik  baş  verir:  daha  at  qurban 
verilmir, qəbir üstündə isə at fiquru əvəzinə daş at heykəli qoyulur. 
Odur ki, bu dəfn adətinin qədimliyinə baxmayaraq, daş at fiqurları-
nın  tarixi  bir  o  qədər  də  qədim  deyildir.  Onlar  XV–XIX  əsrlərə 

 
334 
 
aiddir.  Azərbaycanda  oğuz  qəbirlərinin  üstündə  daş  qoç  heykəlləri 
də çoxdur. Güman etmək lazımdır ki, onlar da oğuzların həmin dəfn 
adəti  ilə  bağlıdır»  (4,  20–21).  Maraq  doğuran  məsələ  kimi,  Nəsir 
Rzayev  göstərir  ki,  XVI  əsrdə  islam  dini  xadimləri  islamiyyətdən 
əvvələ aid abidələrin üzərinə ayələr, müqəddəs adamların adları və 
s. sözlər əlavə etməklə bir növ abidəni müsəlmanlaşdırır və müsəl-
man ölülərin qəbirləri üstünə qoyurdular. III–IV əsrlərdə hazırlanan 
belə daşları yanlış olaraq tədqiqatçılar XVI əsrə aid edirlər (4, 91). 
M.Nemətova göstərir ki, Azərbaycan, Gürcüstan və Ermənistan 
«ərazisində  qalmış  qoç  və  at  heykəli,  sənduqə  və  başdaşı  formalı 
məzarüstü  abidələrdəki  kitabələr,  məişət  səhnələrini  əks  etdirən 
qabartmalar, qədim türkdilli tayfaların dini ayinləri ilə əlaqədar təs-
virlər,  təsərrüfat  damğaları  və  s.  müqayisəli  öyrənildikdə  qədim 
türkdilli  tayfaların  Zaqafqaziya  ərazisində  yayılması  və  onların 
Azərbaycan  xalqının  təşəkkülü  prosesində  həlledici  rol  oynadığını 
görmək olur» (42, 41). 
Orta əsrlərin dəfn mərasimi  ilə bağlı müəyyən məlumat almaq 
üçün arxeoloji tədqiqatlarda görünən faktlara nəzər yetirmək zəruri-
dir. Orta əsrlərdə Azərbaycanda islam  dini  geniş  yayılmışdı.  Bunu 
qəbir  daşları  üzərində  ərəbcə  həkk  olunan  «Allahdan  başqa  Allah 
yoxdur»  kəlmələri  sübuta  yetirir.  Görkəmli  tədqiqatçı  M.Nemətin 
əsərlərində müxtəlif məzarüstü abidələr üzərində ərəb və fars dilin-
də yazıların oxunuşları verilmişdir (46). Sufi təriqətlərinin görkəmli 
nümayəndələri olan şeyxlərin məzarları sonradan pirlərə çevrilərək 
əhali tərəfindən ziyarət yeri olmuşdur.  
Dəfn adəti ilə bağlı arxeoloji tədqiqatların nəticələri xüsusi ma-
raq  doğurur.  Aydın  olur  ki,  Şimal-şərqi  Azərbaycan  ərazisində 
«qədim dini inamlar da qalıqlar şəklində davam etməkdə idi. Qədim 
dinlərlə  bağlı  bir  çox  müqəddəs  yerlər,  ziyarətgahlar,  dini  ayinlər, 
süjetlər transformasiyaya uğrayaraq  İslam dininə  uyğunlaşdırılmış-
dır» (33, 235-236). Bölgədə aşkar olunan maddi mədəniyyət nümu-
nələri  sübut  edir  ki,  İslam  yayılsa  da,  totemizmlə  bağlı  inamlar 
müəyyən rol oynamışdır, məsələn öküz, qoyun, at, ilan, əjdaha kimi 
heyvanlar müqəddəsləşdirilmişdir. Bundan əlavə, Şabranda XII əsr 

 
335 
 
təbəqəsindən  tapılmış  maddi  nümunələrdə  «atəşpərəstliklə  bağlı 
naxış elementləri, simvollar üstünlük təşkil edir» (33, 238). Bu onu 
deməyə  əsas  verir  ki,  Azərbaycanda  islam  dini  yayılmış  olsa  da, 
gizli  atəşpərəstlik  özünü  naxışlarda,  müəyyən  rəmzlərdə,  müxtəlif 
mərasimlərdə qoruyub saxlayırdı.  
Naxçıvan  ərazisində  Bayəhməd  kəndində  kəşfiyyat  xarakterli 
tədqiqat işləri zamanı orta əsrlərə aid (XIV–XVII əsrlərə) nekropol-
da qəbirüstü abidə haqqında arxeoloqlar Ə.Novruzlu və V.Baxşəli-
yev belə qeyd edirlər:  «Nekropoldakı qəbirlərin  bir qismi  torpağın 
aşınması nəticəsində dağılmışdır. Onların əksəriyyətinin baş daşları 
düşmüş,  sinə  daşları  isə  çürümüşdür.  Qəbirlər  qiblə  istiqamətində-
dir.  Qəbirüstü  daşlar  əsasən  yastı  olub  dördkünc  formalıdır.  Onlar 
olduqca  kobud  hazırlanmışdır.  Bəzi  sinə  daşlarının  üzərində  ucları 
haçalanmış xətlərə təsadüf olunur. Sinə daşlarının bəzisinin üzərin-
də baş daşlarını keçirmək üçün dördkünc deşik açılmışdır» (24, 35). 
Bununla yanaşı, müəlliflər Qazançı nekropolunda XIII–XVII əsrlərə 
aid  qəbirlərin  də  kobud  hazırlandıqlarını  söyləməklə  yanaşı,  sinə 
daşlarının sandıqşəkilli olduğunu, onların gövdəsi boyunsa isə süjet-
li  təsvirlərə  rast  gəlindiyini  yazırlar  (24,  42).  Əbrəqunus  nekropo-
lunda isə «Sinə daşlarının bəziləri həndəsi və arxitektura ornament-
ləri ilə naxışlanmışdır. Onlardan birinin üzərində süjetli təsvir həkk 
olunmuşdur. O, sxematik quş, ucları dəyirmiləşdirilmiş həndəsi xət-
lər, insan və ağac təsvirlərindən ibərətdir. Təsvir oyma naxışla haşi-
yələnmişdir.» Müəlliflər hətta aşkar olunmuş bir sinə daşı qırığının 
üzərində  insan  təsviri  və  səkkizguşəli  gül  təsvirləri  olduğunu  da 
qeyd  edirlər  (24,  49).  Göründüyü  kimi,  bütün  qəbirlər  qiblə  isti-
qamətindədir, kobud hazırlanmışdır və üzərilərində müxtəlif səpgili 
təsvirlər  mövcuddur.  Bununla  bərabər,  Ə.Novruzlu,  V.Baxşəliyev 
XII–XVI  əsrlərə  aid  Xanəgah  nekropolunda  sərdabə  qalıqları 
haqqında da məlumat verirlər:  «O planda düzbucaqlı formada olub 
daşdan  tikilmişdir.  Bərkidici  maddə  kimi  əhəng  qatılmış  gəc 
məhlulundan  istifadə edilmişdir. İçərisi gəclə suvanmışdır. Sərdabə 
yuxarıda tağvari formada tamamlanır» (24, 90).  

 
336 
 
Xalq  arasında  qəbirləri  vaxtaşırı  ziyarət  etmək  bir  adətdir.  Bu 
orta əsrlərdə də mövcud olmuşdur. Məsələn, Bidlisi göstərir ki, Şah 
İsmayıl  Ərdəbildə  ata-baba  qəbirlərini  ziyarət  etdi  (27,  170).  Suli 
Fəqih yazır: 
 
 
 
Atamızın, dədəmizin sininə 
Varibən bir yadət idəlim yenə (55, 266). 
 
Müasir  dövrdə  də  əzizlərin  qəbirlərini  ziyarət  etməyi  insanlar 
özünə borc bilir. Bu xüsusən də Novruz bayramı zamanı icrası vacib 
sayılan davranışa çevrilmişdir. 
Müasir dövrdə dəfn mərasimi əvvəllər də olduğu kimi, din xadi-
mi olan mollanın iştirakı ilə keçirilir və bu zaman bir sıra adətlərin 
icrası  mütləq  sayılır.  Xüsusən,  müasir  kəndlərdə  dəfn  mərasimində 
ağı  deyib  ölünü  oxşamaq  adəti  vardır.  Özü  də  ağı  deyən  qadınlar 
səslərinə  müəyyən  ahəng  verərək  sanki  musiqi  sədası  kimi  xüsusi 
ifa ilə dil deyirlər. Bu zaman ölən insana xas olan keyfiyyətlər ağı-
larda öz əksini tapır. Yaşına, xasiyyətinə, sənətinə uyğun olan xüsu-
siyyətlər  ağılara  tökülür.    Bəzi  ailələr  üçü  ilə  yeddisini  birləşdir-
məyə  üstünlük  verir.  Bir  sıra  hallarda  isə  cümə  axşamları  sadə 
mərasimlə qeyd olunur və əlavə böyük ehsan verilmədən keçirilir.  
N.Quliyevanın  müasir dövrün dəfn adəti haqqında verdiyi  mə-
lumatlarında bir sıra məsələlər  (mərhumun ölən  günü, üçü,  yeddisi 
və qırxı saxlanıldığı haqqında) öz əksini tapmışdır (25, 261). Müasir 
dövrdə  ölənin  52-ci  gününü  də  qeyd  edirlər.  Bu  da  guya  ətin  sü-
mükdən ayrıldığı gündür. Lakin bu barədə məlumata heç bir orta əsr 
müəllifinin əsərində rast gəlinmir. Deməli, 52-ci günün qeyd olun-
ması sonrakı dövrlərə aiddir. 
İslam dinində belə bir inanc da mövcuddur ki, ölü torpağa qarış-
malıdır. Buna görə də «Lənkəran əyalətinə İslam dini daha çox təsir 
göstərdiyindən,  qəbiristanlarda  böyük  başdaşı  və  sinədaşı  qoymaq 
günah hesab edilmiş, qəbirlərin yerlərlə bərabərləşməsi savab sayıl-
dığından indi qədim qəbir daşlarına çox az təsadüf edilir. Qədimdə 

 
337 
 
indiki  Böyük  bazar  məhəlləsi  üçün  XVI  əsrdə  Lənkon  adlı  kəndin 
yerində qəbiristan olmuşdur» (36, 398). 
Azərbaycanın bir sıra ərazilərində  (Qazax, Gədəbəy, Naxçıvan, 
Qubadlı,  Laçın  və  s.)  mağara-pirlər  mövcud  idi.  Əhali  ölüləri 
(güman etmək olar ki, onların vəsiyyətlərinə görə) müvəqqəti olaraq 
belə  yerlərdə  bir  müddət  saxladıqdan  sonra  basdırmağa  Kərbəlaya 
aparırdılar (59, 102). Bu məlumat XX əsrin əvvəllərinə aid olsa da, 
orta əsrlərin qalığı olduğuna şübhə yoxdur.   
Hələ qədim dövrlərdən «yas törənində də ölən üçün 40 gün təzi-
yə saxlamaq, onun ölümünün 40-cı günü ehsan vermək adəti vardır. 
Etiqada görə, ölənin 40-cı günü xüsusi mərasimlə  yad edilmədikdə 
bunun  əzabını  çəkən  ruh  qəzəblənib,  yeni-yeni  fəlakətlər  törədir» 
(40, 45). 
Şirvanşahlar sarayında olduğum zaman burada Şirvanşah I Xə-
lillulahın  anası  və  oğlanlarının  dəfn  olunduğunu  müşahidə  etdim. 
Deməli,  şahın  əzizləri  də  sarayın  daxilində  basdırılırdı.  Belə  ki, 
«türbənin yazısında göstərilir ki, onu 1435/6 illərdə I Xəlillulah ana-
sı və oğlu üçün tikdirmişdir. Şair Bədr Şirvaninin verdiyi məlumata 
görə, həmin ildə Şirvan şahının anası Bibixanım və yeddi yaşlı oğlu 
Fərrux Yamin vəfat etmişlər... I Xəlillulahın daha əvvəllər vəfat et-
miş üç oğlu Şeyx Saleh, Bəhram, və Məhəmməd İbrahim də burada 
dəfn olunmuşlar» (34, 88). Təkcə «Təbrizdə bir sıra iri qəbiristanlıq 
var idi. Hər bir böyük məhəllənin ayrıca qəbiristanlığı olurdu. On-
lardan  Surxab,  Gəcil,  Çərəndab,  Şam,  Vilyankuh,  Səyyaran  və  s. 
göstərmək  mümkündür.  Hafiz  Hüseyn  Kərbəlayı  Təbrizi  adlarını 
qeyd  etdiyimiz  və  əlavə  olaraq  şəhərin  özündə  və  bəzi  yerlərində 
dəfn olunmuş şəxsiyyətlər haqqında ətraflı məlumat vermişdir» (56, 
79-80). 
Orta  əsrlərdə  icra  olunan  dəfn  mərasimi  haqqında  məlumatlar 
dastanlarımızda  da  yer  almışdır.  V.Veysəlova  yazır:  «Azərbaycan 
məhəbbət  dastanlarında  dəfnlə  bağlı  müxtəlif  adət  və  mərasimlərə 
rast gəlirik ki, bu da orta əsrlər Azərbaycanında dəfn adətlərini öy-
rənməkdə mühüm əhəmiyyət kəsb edir» (17, 114). Sınaqlarda müd-
rikləşən  atalar  sözlərində  qeyd  edilir  ki,  «Matəm  dərd  gətirər,  gə-

 
338 
 
tirdiyini də sərt gətirər»,  «Ölünün varına  yox, göruna and içərlər», 
«Ölünün vəsiyyəti ölü ilə gedər» (54, 133;135). Bütün bunları qeyd 
etməkdə  məqsədimiz  ilkin  çağlardan  orta  əsrlərə  keçid  zamanında 
dəfn mərasimində baş verən dəyişiklikləri izləməkdən ibarətdir. Bu 
dəyişiklik  ondan  ibarətdir  ki,  ilkin  çağlarda  ölünün  yanına  onun 
əşyalarını da qoyurdularsa, orta əsrlərdə bu adət aradan qalxmışdı. 
Bundan  əlavə  ölünün  yuyulması,  kəfənə  bükülməsi  və  qəbir  üstü 
daşların  qoyulması  orta  əsrlərin  yenilikləridir.  Bu  cəhətdən  
Q.Əhmədovun fikri əhəmiyyətlidir. O yazır: «İslam və xristian dini 
dəfn adətlərində baş və sinə daşları ölünün xatirə abidəsi olmuşdur. 
Qəbirə  əşya  qoymaq  adəti  sıradan  çıxdıqdan  sonra  insanlar  həmin 
əşyaların şəkillərini qəbirlərin baş və sinə daşlarında  həkk etmişlər. 
Hətta  qəbirlərin  üstündə  daşdan  insan,  daha  sonralar  isə  at  və  qoç 
heykəlləri  qoymuşlar,  türbələr  tikmişlər»  (21,  99).  Burada  qeyd 
olunanlar  təbii  ki,  orta  əsrlərdə  baş  verirdi.  Arxeoloji  tədqiqatlar 
zamanı  Goranboyun  Gürzalılar  kəndi  ərazisində  aşkar  olunmuş 
«qəbir daşlarının əksəriyyəti yonulmuş buynuzlu və buynuzsuz qoç, 
fil, at, sandıq formalı daşlardan ibarət olsa da, bəziləri uzun formalı, 
ictimai tipli binaları əks etdirir. Bu daşların bəzi nümunələri Gəncə 
şəhərində  saxlanılır»  (43,  39).  Bu  qəbirlərin  bəzilərinin  XII–XIII, 
bəzilərinin  isə  XIII–XIV  əsrlərə  aid  olduğu  A.Məmmədov  tərə-
findən  (üzərlərindəki  yazılara  əsasən)  qeyd  edilir.  Sərdabə  yalnız 
vəzifə  sahibləri  adlı-sanlı  dövlət  adamları  üçün  qoyulurdu.  Orta 
əsrlərdə  ailəvi  məqbərələr  mövcud  olmuşdur.  Ümumiyyətlə,  qəbir 
abidələri unudulmazlıq nişanəsidir, əsrlərin xatirəsidir. 
Q.Qədirzadə  yazır:  «Vacib  olmayan  bir  sıra  əməllər,  adət  və 
inamlar  mövcud  olsa  da,  mərhumun  yuyulması,  hünutlanması,  kə-
fənlənməsi, qəbrin quruluşu, meyit namazının qılınması, məzara en-
dirilmə, təlqin, dəfn qaydaları islama əsaslanır. Adı çəkilən məsələ-
lər  mərhum  üçün  vacib  sayılır.  Bunlarla  bərabər  bir  sıra  adət  və 
inamlara  da  əməl  edilir.  Həmin  əməllərin  müstəhəb  hesab  olun-
masına  baxmayaraq,  el  arasında  onlar  mütləq  yerinə  yetirilir»  (11, 
182). 

 
339 
 
Cənnət dedikdə, müxtəlif dinlərdə olduğu kimi eləcə də Islamda 
yer  alan  insan  öldükdən  sonra  onun  bədənindən  ayrılmış  ruhunun 
əbədi yaşayacağı və üzərində Allahın taxtı qurulan təbii zənginliklə-
rin  var  olduğu  bir  məkan  nəzərdə  tutulur.  Cəhənnəm  isə  insan  öl-
dükdən sonra bu dünyada günah işləyənlərin ruhlarının o biri dün-
yada əzablara tuş  gələcəyi məkan aydın olur. Belə ki, ruhlar nazik 
qıldan ibarət Sirat körpüsündən keçərkən cəhənnəmə vasil olurlar. 
Bütün  bu  geniş  material  əsasında  dəfn  adətinə  təhlil  verib  bu 
günkü vəziyyətlə müqayisəli şəkildə öyrənmək mümkündür. Yekun 
olaraq deyə bilərik ki, dəfn adətləri uzun bir yol keçmişdir. Bu adət-
lərin  mahiyyətində  mərhuma  münasibət  özünü  büruzə  verir.  Qəbir 
abidələri  uzun  zaman  boyunca  ictimai  təbəqələşməni  göstərmişdir. 
İnamlarla  bağlı  xüsusiyyətlər  özünü  dəfn  mərasimində  də  büruzə 
verir. Vaxtaşırı qəbirləri ziyarət (xüsusən Novruz bayramı zamanı) 
xalqımızın əsrlər boyu yaşatdığı bir davranış halına çevrilmişdir. 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin