Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə18/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
Sitologiya muhazire

HÜJEYRƏNİN KİMYƏVİ TƏRKİBİ
Müxtəlif hüjeyrələr kimyəvi jəhətdən çox oxşardırlar. Belə ki, bitki və heyvan, mikroorqanizmlərin hüjeyrələri oxşar maddələrdən təşkil olmuşlar. Kimyəvi jəhətdən insan, heyvan, bakteriya və s. hüjeyrələrində eyni elementlərə, maddələrə rast gəlinir. Əlbəttə miqdarja həmin maddələr müxtəlif hüjeyrələrdə müxtəlif olur.

Elementlərin dövri sistemində məlum olan 109 elementdən 60-nı hüjeyrə tərkibində tapmışlar. Hüjeyrədə elə bir element tapılmayıb ki, o anjaq hüjeyrəyə xas olsun. Belə ki, hüjeyrənin tərkibi jansız təbiətin elementlərindən təşkil olmuşdur.


SU

Miqdarına və faizinə görə hüjeyrədəki bütün maddələr içərisində ən çox rast gələni sudur. Hesablamalar göstərmişdir ki, hüjeyrədə 1 molekul zülala 40.000-50.000 su molekulu düşür. Ümumiyyətlə. hüjeyrə çəkisinin 2/3 hissəsini su təşkil edir. Suyun miqdarının hüjeyrədə çox olması onun həyat fəaliyyəti proseslərinin normal getməsini təmin edən şərtlərdən biridir. Hüjeyrədə suyun miqdarı nə qədər çox olarsa, maddələr mübadiləsi də o qədər şiddətli gedir. Odur ki, bütün hüjeyrələrdə suyun miqdarı eyni olmur. İbtidai orqanizmlərdə hüjeyrədəki suyun çox hissəsinin itməsi onlarda həyat fəaliyyətinin kəskin zəifləməsinə – anabioza səbəb olur. Belə hüjeyrələrə su yenidən daxil olduqda onlar öz fəaliyyətini bərpa edir. Suyun miqdarının azalmasına ali orqanizmlər daha həssasdırlar. İnsan və heyvanlar susuzluğa nisbətən ajlığa daha dözümlü olurlar. Susuzluğa qarşı davamlılıq təkamül prosesində orqanizmlərin yaşama şəraitinə olan uyğunlaşmalardan biridir. Belə ki, orqanizmin çəkisinə bərabər miqdarda suyun orqanizmdə dəyişməsi orqanizmlərin uyğunlaşdığı xariji mühitdən asılıdır. Məsələn, amyoba - 7 gün, insan – 4 həftə, dəvə – 3 ay, tısbağa – 1 il, maldili – 29 il ərzində öz çəkisi miqdarda suyu dəyişdirir. Suyun molekuldaxili quruluşunun öyrənilməsi göstərmişdir ki, su molekulunda hər iki hidrogen atomu oksigendən eyni məsafədə yerləşmişdir. Və hər bir hidrogen atomu oksigenlə güjlü kovalent rabitə ilə birləşmişdir. Ümumiyyətlə, su molekulu elektrik yükü jəhətdən neytral olmasına baxmayaraq, molekul daxilində bərabər paylanmamışdır. Hidrogen atomu tərəfindən müsbət elektrik yükü, oksigen molekulu tərəfindən isə mənfi elektrik yükü çoxdur. Beləliklə su molekulu dipol xüssusiyyətlidir. Elə bu xüssusiyyətin nətijəsidir ki, elektrik yükü olan müxtəlif molekulları özünə çəkir, onlarla birləşir və hidratlar əmələ gətirərək həllediji rolunu oynayır. Su hüjeyrə kütləsinin 75%-ni təşkil edir.

Sitoplazma tərkibindəki su sərbəst və birləşmiş halda olur. sərbəst su mineral duzlar, amin turşuları, karbohidratlar, zülallar və digər maddələr üçün həllediji olub, dispersiya rolunu oynayır və fermantativ reaksiyaların çoxunda iştirak edir. İnsan və heyvanların daxili mühitinin (qan plazması, limfa, toxuma mayesi) tərkibinə daxil olan sərbəst suyun sayəsində hüjeyrələrə qidalı maddələr çatdırılır və parçalanma məhsulları hüjeyrədən kənar edilir. Sərbəst su hüjeyrədə azaldıqda maddələr mübadiləsi zəifləyir, hüjeyrənin fiziki xüsusiyyətlərində dəyişiklik yaranır, hüjeyrə kiçilir, elastiklik azalır və s. lakin hüjeyrə ölmür, onda həyat prosesləri davam edir. Birləşmiş su hidratlaşmış və immobil şəkildə olur. Hidrotasion su zülal molekulları ilə, kationlar və anionlarla birləşmiş halda olur. Zülal molekullarındakı birləşmə halında olan su hidrogen rabitələrinin köməyi ilə saxlanılır. Bundan başqa hidrotasion su kalloid hissəjiklərinin solvat qılafını əmələ gətirən dipolun tərkibinə daxil olur. Suyun bu forması hüjeyrə daxili suyun təqribən 15 faizini təşkil edir. Onun itgisi hüjeyrədə dönməyən proseslərə gətirib çıxara bilər. Buna görə də həmin suyu həyat üçün zəruri su adlandırılar. İmmobil su hüjeyrədaxili suyun təqribən 30 faizini təşkil edir və zülal mitselləri, membranlar, liflər və s. arasında olur. Hüjeyrəni zədələdikdə, kəsdikdə immobil su kənara axmır. Hidrotasiyalı sudan fərqli olaraq immobil su, suda həll olan maddələr üçün həlledijidir. O, 00 S-də donur. Hüjeyrədə birləşmiş suyun hətta azajıq hissəsi çıxarıldıqda biopolimerlərin quruluşu pozulur və hüjeyrənin məhvinə səbəb olur.


Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin