SİTORESEPTOR ANLAYIŞI
Reseptorlar-kimyəvi təbiətinə görə hüjeyrədə müəyyən spesifik funksiyalar yerinə yetirən xüsusi zülallardır. Onlar hüjeyrənin səthində, sitoplazmada, nüvədə yerləşərək hormonlar neyromediatorlar, böyümə faktorları, sitokinlər və ya hüjeyrənin təsirinə digər xarakterik reaksiyalar göstərirlər. Özlərinin lokalizasiyasından asılı olaraq onları iki yerə bölmək olar: Səthi reseptorlar və hüjeyrədaxili reseptorlar. Hüjeyrədaxili reseptorlar sitoplazmatik və nüvə reseptorlarına bölünürlər. Səthi reseptorlar sitomembranın xariji zülallarından və qlükokaliksdən yaranırlar. Onlar polyar liqandlar (hormonlar, neyromediatorlar, böyümə faktorları və s.) üçün nəzərdə tutulub hüjeyrə daxilinə keçə bilmirlər, öz təsirlərini xariji reseptorlarla və ikinji ötürüjü vasitələrlə gösrərirlər. Reseptorlar funksiyalarına görə katalitik reseptorlara, ion kanalları ilə əlaqəli olan reseptorlara, K- zülalarla əlaqəli olan reseptorlara və sitoskeleti hüjeyrəkənarı matrikslə əlaqələndirən reseptorlara bölünürlər. Məlum olduğu kimi qlükokaliks bir neçə mono (oleqo) saxarid sahələrdən ibarət olan xüsusi, antenalar, yaradır. Bu sahələr müxtəlif kimyəvi maddələrlə əlaqə yarada bilir. Antenalar müxtəlif xariji siqnalları: hormon molekullarını, neyromediotorları, böyümə faktorlarını,sitokinləri yad genetik maddələri və s. tanıya bilir. Reseptor zülallar və karbohidrat sahələr adətən fermentlərlə (katalik reseptorlar) bağlı olur. Belə reseptor zülallar reseptor və katalitik sahələr daşıyırlar. Məsələn, proteinkinazalardan Tirozinkinoza. Bu fermentlər hüjeyrədaxili zülalları fəallaşdırır, bu da ikinji əlaqələndirijinin (messengyer ) yaranmasına səbəb olur, nətijədə xariji siqnallar hüjeyrəyə ötürülərək onun metabolizmini dəyişir, mübadilə prosesi, sekret sintezi güjlənilir və ya zəifləyir. Bu şəkildə insulin, boyatma faktoru reseptorları və s qurulub. Membran reseptorları müəyyən ionlar üçün membranın keçirijiliyini dəyişə bilər, bu da elektrik impulsunun formalaşmasına səbəb olur. Bunlar ion kanalları ilə bağlı olan reseptorlar adlanır. Reseptorlar həmjinin hüjeyrəyə müxtəlif mollekulların daxil olmasına nəzarət edir və hüjeyrə kənarı matriksi sitosklet komponentləri ilə birləşdirir (hüjeyrəxariji matriksi sitoskletlə əlaqələndirən reseptorlar). Bu reseptorlara inteqrinləri misal göstərmək olar. İnteqrinlər-transmembran zülallarıdır, onlar hüjeyrəxariji matriks molekullarını (əsasən fibropektin və laminin) qəbul edirlər. Fibropektin öz növbəsində hüjeyrə kənarı matriksin digər molekulları ilə (fibrin,kollagen,qeparin və s.) inteqrin isə bir sıra zülallar vasitəsilə sitoskletlə əlaqə yaradır. Beləliklə, hüjeyrə kənarı matriksin təsiri sitosklet komponentlərinə ötürülə bilir.Bu növ reseptorların qıjıqlanmasından membranaltı qatın vəziyyəti dəyişə bilər, nətijədə hüjeyrə hərəkətə başlayır, habelə ekzositoz, lendositoz və başqa fəaliyyət növləri fəallaşır. Səthi reseptorların xüsüsi növü zülallarla bağlı olan reseptorlardır. Bu transmembran zülallar ion kanalları ilə ya da müəyyən fermentlər lə əlaqəli ola bilər. Zülalları ilə bağlı olan bu reseptorların iki sahəsi var: Siqnal molekulları ilə əlaqəsi olan reseptor hissə və zülalların a,b,j hissələri ilə əlaqədar olan hissəsi. Siqnal molekulu ilə bağlanandan sonra zülal siqnalı sitolemma ilə əlaqəli olan fermentə ötürür ki, o da öz növbəsində ikinji ötürüjü tsiklik adenizinmonofosfat sintez edir.İkinji ötürüjü rolunda həmjinin kalsium molekulları da iştirak edə bilər. Zülallarla bağlı reseptorlar vasitəsilə əksər hormon və neyromediatorların hüjeyrəyə təsiri baş verir. Hüjeyrədaxili reseptorlar hüjeyrənin daxilində-hialoplazmadan orqonoidlərin membranında (sitoplazmatik reseptorlar), və nüvədə (nüvə reseptorları) yerləşirlər. Onlar polyar olmayan hormonlar və başqa bioloci fəal maddələr üçün nəzərdə tutulub, (steroid və tireoid hormonları) asanlıqla hüjeyrə daxilinə keçirlər. Hüjeyrədə nüvə reseptorları funksiyasına görə xüsusi ilə seçilirlər. Onlar steroid,tireoid hormonları və vitamin D-3-lə bağlı olur. Belə reseptorların molekulları iki sahədən ibarət olur: hormonlarla rabitəyə girə biləjək sahə və nüvədəki DNT –nin xüsusi sahələri ilə qarşılıqlı təsirdə ola biləjək sahə. Nüvə reseptorlarını transpirasiya faktorları adlandırmaq olar. Onlardan bəzilərini protoonkogenlər hədəf orqanların hüjeyrələrinin diferensasiası və hüjeyrəarası əlaqələri idarə edən normal genom genlərinə aid etmək olar. Protoonkogenlərdə baş verən somatik mutasiyalar nətijəsində hüjeyrələrin bədxassəli hüjeyrələrə çevrilmə ehtimalı var. Hüjeyrə daxili reseptorlar həmçinin orqonoidlərin membranlarında yerləşə bilərlər, məsələn: mitoxondirlərin membranlarında tireoid hormonlara həssas reseptorlar yerləşir. Ümumiyyətlə səth reseptorların fəaliyyətini işıqlandırmaq üçün hüjeyrə adqeziyası anlayışında geniş istifadə edilir. Aqdeziya—bir-birini tanıyan hüjeyrələrin hüjeyrə və hüjeyrəxariji matriksdə yerləşən spesifik qlikoproteinlərin qarşılıqlı təsir prosesidir. Belə hallarda əgər qlükoproteinlər birləşmə əmələ gətirərsə, adqeziya baş verər və sonra hüjeyrəarası yaxud hüjeyrə və hüjeyrəxariji matriks arasında möhkəm əlaqələr formalaşajaq. Bütün hüjeyrə adqeziya molekullarını beş sinfə bölmək olar.
1. Kadqerinlər- bunlar transmembran qlükoproteidləridir, adqeziya üçün kalsium ionlarından istifadə edirlər.
Kadqerinlər sitoskletin qurulmasına və hüjeyrələrin digər hüjeyrələrlə əlaqə yaratmasına javabdehdirlər.2. İnteqrinlər-hüjeyrəkənarımatriksinzülalları (fibropektin, lamininvəs.) üçünmembranreseptorlarıdır. İnteqrinlər hüjeyrədaxili zülalların, vinkulin,x- aktinin vasitəsi ilə hüjeyrəkənarı matriksi sitoskletlə birləşdirirlər. Onlar hüjeyrə-hüjeyrəkənarı və hüjeyrələrarası adqeziya molekulları kimi fəaliyyət göstərirlər. 3. Selektinlər-damarlarda leykositar- endotel əlaqəni və leykositlərin damar divarlarından toxumalara keçməsini təmin edir. 4. İmmunoqloblinlər – bu molekullar immun reaksiyalarda, embriogenezdə və yaraların sağalmasında mühüm rol oynayırlar. 5. Hominq-molekulları limfositlərin endotellə əlaqələrini təmin edir, onların immun reaksiyalara, javabdeh olan orqanlara daşımasını və məskunlaşmasını həyata keçirirlər. Beləliklə, adqeziya prosesi ümumi bioloci proseslərin, yəni embriogenez, immun reaksiyaları, böyümə, regenrasiya və s. normal gedişi üçün çox vajibdir. Onlar həmjinin hüjeyrədaxili və toxuma homeostazının tənzimləməsində böyük rol oynayırlar.
Dostları ilə paylaş: |