XROMOSOMLARIN ULTRASTRUKTURU Xromosomların submikroskopik tədqiqi onların tərkibində zülalla (histon) birləşmiş, qalınlığı 40-100 A0 olan DNT molekulunun olduğunu göstərmişdir. DNT molekulu, xromosomun əsasını təşkil edən və xromofibril adlanan elementar sapın bütün uzunu boyu yerləşir. Xromosomların tərkibinə daxil olan elementar saplar bütün janlı orqanizmlərin hüjeyrələrinin nüvələrində müşahidə edilmişdir. Ona görə də demək olar ki, bütün hüjeyrələrdə və hüjeyrə tsiklinin bütün mərhələlərində xromosomun əsas quruluş vahidi-nukleoproteid adlanan elementar sapdan ibarətdir. Xromosomun tərkibinə daxil olan elementar sapların spirallaşması nətijəsində onlar qısalır və yoğunlaşır. Ona görə də işıq mikroskoplarında aydın görünürlər. Əgər xromosomlar despirallaşmış vəziyyətdə olsalar, onları anjaq elektron mikroskopları ilə müşahidə etmək olar. Xromosomlar anjaq hüjeyrə bölünən zaman maksimum spirallaşmış vəziyyətdə olurlar. Məlum olduğu kimi, hər bir xromosomda iki müxtəlif sahə müəyyən edilir: euxromatin və heteroxromatin sahələr. Xromosomların euxromatin sahələri spirallaşmış və despirallaşmış vəziyyətində ola bilir. Amma xromosomun heteroxromatin sahələri isə həmişə spirallaşmış halında olduğu üçün genetik jəhətdən qeyri-fəal olurlar. Xromosomların tərkibinə daxil olan elementar sapların sayı haqqında müxtəlif fərziyyələr var. Belə ki, drozofil milçəyinin hər bir xromosomunda bir DNT molekulu var. Bu drozofil milçəyinin hər bir xromosomunun bir spirallaşmış teldən ibarət olduğunu göstərir. Digər fərziyyələrə görə xromosomlar çox telli quruluşa malikdir və hər bir telə daxil olan elementar saplar DNT molekulu daşıyır (şəkil 32). Qeyd etdiyimiz kimi xromosomların əsas tərkibi DNT və zülaldan ibarətdir. DNT-nin zülallarla (əsasən histonlarla) kompleksi fibrilyar struktur olan elementar xromosom fibrilini yaradır. Bunlar nukleosom quruluşa malikdir. Hər nukleosom 8 molekul histondan ibarət kompleksdir (histon oktomeri).