XIVMÜHAZİRƏ: HÜJEYRƏNİN BÖLÜNMƏSİ TİPLƏRİ
Yeni doğulan uşağın bədənində təxminən (iki billion) hüjeyrə olur. Bu rəqəm onu göstərir ki, orqanizm nə qədər mürəkkəbdir və eləjə də onu təşkil edən hüjeyrələr nə qədər çox və kiçikdir. Bir hüjeyrənin orta çəkisi 10-8qr, diametri isə 0,02 mm. Bu qədər kiçik hüjeyrələr mayalanmadan sonra intensiv bölünməklə orqanizmə xas olan belə böyük miqdar hüjeyrələr qrupu əmələ gətirirlər. Təkjə insan orqanizmi deyil, bütün çoxhüjeyrəli orqanizmlər özlərinə xas olan yaşlı fərdə məxsus hüjeyrələri bölünmə yolu ilə təmin edirlər. Odur ki, bölünmə prosesi orqanizmə xas olan ümumi reproduksiyanın bir hissəsidir. Hüjeyrə elementar bioloci sistem kimi özünün mövjudluğunu və fasiləsizliyini bölünmə ilə təmin edir.
Təkhüjeyrəli orqanizmlər bölünərək bir hüjeyrədən iki təkhüjeyrəli orqanizm əmələ gətirirlər. Bu o deməkdir ki, hüjeyrələrin bölünməsi növün fərdlərinin sayının artmasına səbəb olur. Çoxhüjeyrəli orqanizmlərin ziqotadan inkişafında sonrakı bölünmələr çoxhüjeyrəli orqanizmin yaranmasına və böyüməsinə səbəb olur. Yaşlı orqanizmdə böyümə prosesi dayanandan sonra da hüjeyrələr bölünür və beləliklə orqanizmin fizioloci regenerasiyasını təmin edirlər. Lakin bu jür orqanizmdə heç də bütün hüjeyrələr bölünüb regenerasiyaya uğraya bilmirlər, məs. Sinir hüjeyrələri. Beləliklə, janlı orqanizmlərin hüjeyrələri bölünməklə öz varlığını saxlayır və fasiləsizliyini təmin edirlər. Təbiətdə hüjeyrələrin bölünməsi 4 üsulla gedir.
1. Amitoz
2. Mitoz
3. Endomitoz və
4. Reduksion bölünmə
Dostları ilə paylaş: |