Profaza. Bu mərhələyə interfazanın G2 məhələsində olan hüjeyrələr daxil olurlar. Odur ki, həmin hüjeyrələrdə başlanğıj hüjeyrəyə nisbətən DNT iki dəfə çox olur. Profazanın əvvəlində nüvədə nazik xromosom sapları-profaz xromosomları müşahidə olunur. Bu xromosomların kondensasiyası nətijəsi olaraq yaranır. Profaza inkişaf etdikjə xromosomlar spirallaşır və qısalır. Odur ki, profazanın ortalarında hər profaz xromosomunun iki bir-birinə qarşılıqlı sarılmır və spirallaşmış xromatiddən ibarət olmasını görmək mümkündür. Xromosomların kondensasiyası ilə yanaşı nüvəjiyin itməsi müşahidə olunur. Enyi zamanda nüvə membranı nazikləşir və dağılmağa başlayır, nüvə membranının məsamələri itir, membrana kiçik fraqmentlərə parçalanır. Profazada baş verən ikinji əsas məsələ iy tellərinin yaranmasıdır. İy tellərinin yaranması profazada sentriolların iştirakı ilə və sentriollarsız da baş verə bilər. Sentriollarsız iy telləri ali bitkilərdə və bəzi ibtidailərdə yaranır. Heyvanlarda isə iy telləri sentiolların iştirakı ilə yaranır. Göbələklərdə və ibtidailərdə iy telləri nüvə daxilində də yarana bilər. Bu halda mitozda nüvə membranı dağılmır. İy telləri iki jür olur: onlardan bir qrupu hüjeyrənin bir qütbündən digər qütbünə qədər uzanır və fasiləsiz iy telləri adlanır. İkinji qrupu isə ikiləşmiş xromosomlara birləşir və onların qütblərə çəkilməsini təmin edir. bunlar dartıjı, xromosomları qütblərə çəkən iy tellər adlanır. Profaza mitozun bütün sonrakı mərhələlərinin taleyini həll edir. Metafaza – nüvə membranı əridikdən sonra xromosomlar sitoplazmada xaotik yerləşirlər. Sonralar onlar maksimum spirallaşır və xromosomun ikiləşmiş xromatidlərindən hər birinin sentromerinə qütblərdən gələn iy tellərinin birləşməsi və onları ekvatora itələməsi nətijəsi olaraq xromosomlar ekvatorda qanunauyğun düzülmüş olurlar və hər ikiləşmiş xromosomdan birihüjeyrənin bir qütbünə istiqamətlənmiş olur. Bu zaman ekvatordakı hər bir xromosom qütblərdən eyni məsafədə yerləşmiş olur. Nətijədə ikiləşmiş xromosomlardakı sentromerlərdən hər biri özünü müxtəlif qütblərə yönəlmiş eyni vahid kimi aparır. Metafazada xromosomların çiyinləri ekvatordan kənara da çıxa bilərlər. Lakin onların sentromerləri mütləq ekvatorda qanunauyğun düzülmüş olurlar. Ekvatorda bu jür qanunauyğun düzülən xromosomlar qütblərə çəkilmək üçün başlanğıj vəziyyətində dururlar. Xromosomların morfologiyasını, sayını, ölçüsünü öyrənmək üçün metafaza ən əlverişli mərhələ hesab olunur. Mitoza lazım olan vaxtın 1/3 hissəsi metafazaya sərf olunur. Anafaza – qəflətən başlayır. İkiləşmiş xromosomların hamısında eyni zamanda sentromerlərlə olan əlaqə itir və bütün xromosomlar sinxron olaraq bir-birindən aralanırlar. Xromosomlar dəqiqədə 0,2-5 mkm sürətlə hərəkət edirlər. Anafazada sentromerlərin istiqaməti qütblərə, xromosom çiyinləri isə ekvatora doğru yönəlmiş olur. Odur ki, anafazada xromosomlar U formasını alır. Beləliklə anafaza mərhələsində hər ikiləşmiş qız xromosomdan biri hüjeyrənin müvafiq bir qütbünə çəkilir, xromosomların qütblərdə tam bərabər paylanmasını təmin edir. Telofaza – xromosomlar qütblərə çəkildikdən sonra onlarda dekondensasiya və desprilzasiya prosesləri gedir. Belə ki, xromosomu təşkil edən xromatidlərin spiralları açılır, onlar bir-birinə sarılaraq yumaq əmələ gətirirlər, nətijədə hüjeyrənin hər qütbündə bir yumaq əmələ gəlir. Xromosomlar üzərindən qabarjıqlar çıxır, onlar birləşərək nüvənin daxili membranını əmələ gətirirlər. Sonra endoplazmatik şəbəkənin çənləri və vakuollarının birləşməsindən nüvənin xariji membranı əmələ gəlir. Bu zaman hüjeyrənin hər qütbündə bir nüvə müşahidə olunur. Bütün bunlardan sonra sitokinez-sitoplazmanın nüvələr ətrafında paylanması prosesi başlayır. Nüvə ətrafında sitoplazmanın formalaşması bitkilərdə hüjeyrə arası arakəsmənin yaranması ilə əlaqədardır.
Sitoplazmadakı endoplazmatik şəbəkənin və Holji kompleksinin kanalları birləşərək hüjeyrəarası arakəsmə əmələ gətirir və hər hüjeyrədə bir nüvə, hər nüvədə bölünməyə başlayan ana hüjeyrədəki miqdarda yəni diploid sayda xromosom olur, heyvan hüjeyrələrində isə yəni nüvələr əmələ gəldikdən sonra sitoplazmalar nüvə ətrafında ortadan nazikləşərək sitoplazma içərisinə qatlanmaqla hüjeyrənin 2 yerə bölünməsini təmin edir. Hüjeyrədə sitokinezin hansı proses hesabına getməsi dəqiq məlum deyil. Lakin belə fikir irəli sürülür ki, hüjeyrənin kortikal qatına, yəni membranın alt hissəsində əzələ təbiətinə oxşar yığılma qabiliyyətli hissələr, elementlər vardır ki, onlar hüjeyrənin ekvatoruna yönəlmiş vəziyyətdə olurlar. Bunlara yığılma həlqələri deyilir. Belə həlqələrin yığılması, qısalması nətijəsində hüjeyrə ortadan büzülür və ən nazik yerdən ayrılaraq iki hüjeyrə yaranmasına səbəb olur. Beləliklə, yığılma həlqələrinin iş mexanizmi əzələ fibrilərinin iş mexanizminə oxşayır. Maraqlı jəhətdir ki, hüjeyrədə bu jür arakəsmənin yaranması mühitdə ATF-in olması ilə sıx əlaqədardır. Beləliklə, mitoz prosesində əsas rol oynayan, dəyişikliyə uğrayan nüvə və nüvə komponentləri, iy telləri və plazmatik membrandır. Lakin bu proses bütün hüjeyrəyə xas olan proses olduğu üçün burada sitoplazma komponentləri də iştirak edir və bu prosesdə müəyyən dəyişikliyə uğrayırlar. Belə ki, sitoplazmatik şəbəkənin çənlər və kanallar sistemi kəskin reduksiyaya uğrayır, vakuollara və kiçik hissələrə parçalanır. Mitotik aparatın inkişafı ilə əlaqədar olaraq sitoplazmanın membran elementləri və orqanoidləri hüjeyrənin kənarlarına sıxışdırılır. Metafaza mərhələsində mitoxondrilər, prastidlər, lizosomlar və digər orqanoidlər ya hüjeyrəni qütb zonalarına sıxışdırır və iy tellərini əhatə edirlər. Hüjeyrələr bölünəndə orqanoidlər qız hüjeyrələrində bərabər paylanırlar.
Dostları ilə paylaş: |