MİTOZUN TİPLƏRİ Ana hüjeyrənin bölünməsindən alınan qız hüjeyrələrinin sonrakı taleyinə görə üç jür mitoz ayırd edirlər. Simmetrik Assimetrik Transformasiyalaşdırıjı mitoz
Simmetrik mitoz hüjeyrələrin mitoz yolla elə bölünməsinə deyilir ki, bu zaman əmələ gələn hər iki qız hüjeyrə həm həjmjə bərabər olur, həm də ana hüjeyrədən onun genetik materialını tam bərabər olaraq almış olur. Belə hüjeyrələr qısa müddət interfaza mərhələsini keçməklə yenidən hər bir hüjeyrə bölünmə qabiliyyətinə malik olur və özünə oxşar hüjeyrələr yaradırlar. Məs: qan hüjeyrələri, bağırsaq epitelisi hüjeyrələri və s. Assimetrik mitoz nətijəsində hüjeyrənin genetik materialı tam bölünsə də sitoplazmanın qeyri-tam bölünməsi nətijəsində həjmjə iki müxtəlif hüjeyrə alınır. Onlardan iri hüjeyrə sonradan bölünmə qabiliyyətinə malik olur, kiçik hüjeyrə isə ya tamamilə, ya da bir neçə bölünmədən sonra bölünmə qabiliyyətini itirir. Məs: bir sıra orqanizmlərin yumurta hüjeyrələrinin spiral paralanması zamanı əmələ gələn makromer və mikromer hüjeyrələri. Makromerlər bölünməni davam etdirir, mikromer hüjeyrələr isə bir neçə bölünmədən sonra bölünmə qabiliyyətini itirirlər. Transformasiyalaşdırıjı mitoz zamanı əmələ gələn qız hüjeyrədə elə maddələr sintez olunur ki, onlar hüjeyrədə geri dönməz dəyişikliklər yaranmasına səbə olurlar, belə dəyişikliklər isə hüjeyrənin məhvinə gətirib çıxarır. Məs: dərinin epiteli hüjeyrələrinin sitoplazmasında elə buynuzvari maddələr sintez edilir ki, onlar bölünmə qabiliyyətinin itməsinə səbəb olurlar. Assimetrik və transformasiyalaşdırıjı mitozun yaranmasına səbəb olan faktorların mexanizmi hələlik tam məlum deyil, lakin bəzi hallarda qız hüjeyrələrdə həjmjə müxtəlifliyin əmələ gəlməsini onunla izah edirlər ki, iki qrup anafaz xromosomlar sitoplazmanın müxtəlif keyfiyyətli sahələrinə düşürlər. Mitotik aktivliyin requlə edilməsi.Hüjeyrələrin interfaza və mitotik reciminin öyrənilməsi ümumi bir qanunauyğunluq yaranmasına gətirib çıxarır. Bu qanunauyğunluq ondan ibarətdir ki, orqanizmdə bölünmə yolu ilə çoxalan hüjeyrələrin miqdarı, ölən, məhv olan hüjeyrələrin miqdarına bərabərdir. Deməli toxumanı təşkil edən hüjeyrə populyasiyası öz-özünü tənzim edən sistemdir. D.Meziyaya görə hər bir normal hüjeyrə bölünmə qabiliyyətinə malikdir, anjaq bəzi halda o ya tormozlanır ya da ləngiyir. Tormozlanma müxtəlif dərəjədə ola bilər. Bəzən tormozlanma elə dərin ola bilər ki, o geri dönməyə bilər. Tormozlanma haqqında təsəvvürlər orqanizmdəki hüjeyrələrin fəallığının requlə edilməsi ilə yaxşı uzlaşır. Belə ki, mitotik aktivlik və ya müəyyən vaxt ərzində bölünən hüjeyrələrin miqdarı dəyişkən ola bilər. Müxtəlif orqanların hüjeyrələrində sutkalıq ritm müəyyənləşmişdir. Orqanizmin sakitlik dövründə hüjeyrələr daha çox bölünürlər. Orqanının şiddətli funksiyası zamanı isə mitoz zəifləyir. Çox hallarda bu orqanizmin hormonal fəaliyyəti ilə əlaqədar olur. Məs: Ağrı hissəsindən və ya digər qıjıqlanmadan mitozun azalması bu zaman çox miqdar adrenalin ayrılması ilə əlaqədar olur. Bölünən hüjeyrələrin miqdarının dəyişməsi bir qayda olaraq mitoza sərf olunan vaxtın dəyişməsi ilə deyil, interfazanın müxtəlif mərhələlərinə sərf olunan vaxtın dəyişməsi ilə əlaqədardır. Belə ki, müxtəlif amillərin təsirinə interfazanın G1 dövrü (DNT repliksiyasına hazırlıq dövrü) və G2 dövrü çox həssasdır. Hüjeyrələrin bu dövrdə gejikməsi interfazanın uzanmasına və beləliklə ümumi bölünən hüjeyrənin miqdarının azalmasına səbəb olur. Lakin gün ərzində və ya günün müxtəlif dövrlərində mitotik aktivlik bir neçə dəfə dəyişirsə də bölünən hüjeyrələrin sayı gün ərzində hər bir orqan üçün daimi qalır. Bu hal belə mülahizə etməyə imkan verir ki, orqanizmdə mitotik tsiklin dövrünü, hüjeyrələrin bərpasını requlə edən ümumi mexanizm mövjuddur.