Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə48/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
Sitologiya muhazire

Amitoz – elə bölünmədir ki, bu zaman nüvə interfaz vəziyyətində olur. Bu zaman xromosomların kondensasiyası və iy telləri əmələ gəlmir. Belə bölünmə bütün eukariotlarda, heyvanlarda, bitkilərdə rast gəlməyinə baxmayaraq ən çox ibtidailərdə rast gəlinir və özünəməxsus qanunauyğunluqları vardır. Adətən amitoz nüvəjiklərdə rast gələn dəyişikliklə başlayır. Əvvəljə nüvəjik fraqmentlərə ayrılır və sayja çoxalır və ya nüvəjikdə arakəsmə əmələ gəlməsi ilə bölünürlər. Nüvəjiyin bölünməsindən sonra və ya elə nüvəjiyin bölünməsi ilə yanaşı nüvə də bölünür. Bünün üçün onlar əvvəljə ortadan nazikləşir 8 formasını alır, sonra isə ən nazik yerdən ayrılır. Bəzən isə nüvə membranı invaginasiyaya uğrayır, yəni membran nüvənin daxilinə doğru qatlanaraq getdikjə dərinləşir və nüvəni iki yerə bölür. Belə invaginasiya adətən nüvənin bir sahəsində bəzən isə çox hissəsində yaranaraq həlqəvari forma alır, beləliklə nüvənin çox yerə bölünməsini, fraqmentlərə parçalanmasını təmin edir. Nüvə bölünəndən sonra isə sitoplazma müvafiq olaraq bölünür. Bü jür amitoz çoxhüjeyrəli orqanizmlərdə, öz inkişafının son mərhələsində olan hüjeyrələrdə rast gəlinir. Odur ki, bu jür amitozdan sonra yaranan hüjeyrələr sonradan həyat fəaliyyətinə qabil hüjeyrələr yarada bilmirlər. Bitkilərdə də amitoz differensasiyaya uğramış müvəqqəti, fizioloci jəhətjə funksiyasını itirən hüjeyrələrdə (kartof yumrularının parenxim hüjeyrələrində, nüsselliusda, endospermdə, perisperm hüjeyrələrində) rast gəlinir. Eləjə də çox vaxt amitoz patoloci proseslərdə (iltihab, regenerasiya, bəd xassəli şiş olan orqanların hüjeyrələrində) rast gəlinir. Amitoz bölünmədə xromosomların davranışı replikasiyası, yeni yaranan hüjeyrələrdə bərabər və ya qeyri-bərabər paylanması mexanizmi dəqiq məlum deyil. Hüjeyrələrin amitoz bölünməsinin bir neçə üsulu da mövjuddur: generativ, degenerativ və reaktiv. Generativ amitoz – onunla xarakterizə olunur ki, qız xromosomlar bir-birindən qarşılıqlı itələnməklə nüvənin bölünməsinə imkan yaradır. Mitozdan fərqli olaraq, generativ amitozda sintetik proseslərin dayanmasına səbəb olan xromosomlar spirallaşmır. Bundan başqa, generativ amitoz zamanı, nüvə dəfələrlə bölünür, yaxud fraqmentlərə ayrılır. Franqmentasiya nətijəsində ona nüvədən çox sayda xırda nüvələr yaranır. Sonralar ona hüjeyrə nüvələrin sayına uyğun tamamilə eyni qız hüjeyrələrə parçalanır. İntensiv çoxalan ibtidai orqanizmlərdə ,məsələn, sporlularda generativ amitoz gedir və hüjeyrələrin sayja artmasını). Degenerativ amitoz – mitoz bölünmə qabiliyyətini itirmiş, diferensiasiyaya uğramış hüjeyrələrdə gedir. Generativ amitozda olduğu kimi, degenerativ amitoz zamanı da nüvə bir neçə dəfə bölünür. Nətijədə çox nüvəli hüjeyrələr əmələ gəlir. Degenerativ amitoz zamanı reduplikasiya olunan DNT molekulları qız hüjeyrələr arasında bərabər paylanmadığı üçün bir bölünmə üsulu kimi generativ əhəmiyyətini itirir və hüjeyrələrin məhvinin başlanğıjı olur. Lakin bəzi hallarda, degenerativ amitozda əksinə sintetik proseslərin fəallaşması müşahidə edilir. Degenerativ amitoz yollarını örtən (böyrək ləyəni, sidik axarları sidik kisəsi) keçid epiteli hüjeyrələri üçün səjiyyəvidir. Keçid epiteli hüjeyrələrinin bir hissəsi diploid xromosom dəstinə, digər hissəsi tetraploid və müəyyən hissəsi oktoloid xromosom dəstinə malikdir. Bu hüjeyrələrdə DNT molekulunun roplikasiyası hüjeyrənin bölünməsi ilə müşayət olunmur. Odur ki, bu hüjeyrələrdə xromosom dəstinin dəfələrlə artmasına səbəb olur. Reaktiv amitoz – zədələnmiş hüjeyrələrdə hüjeyrələrin kəskin fəallaşmasına səbəb olan bölünmədir. Bu zaman toxumanın nüvələri və hüjeyrələri kütləsi şəklində çox böyük sürətlə bölünür. Əmələ gələn qız nüvələr dağılır. Reaktiv amitozu mitoz bölünmə əvəz edir. Nətijədə zədələnmiş toxumanın bərpası gedir. Zədələnmiş sinirlərin bərpa prosesini buna misal göstərmək olar. Hüjeyrələrin amitoz bölünməsinin bioloci əhəmiyyəti odur ki, amitoz yüksək diferensiasiya etmiş toxuma hüjeyrələri üçün səjiyyəvi olub, mitoz kimi kifayət qədər geniş yayılmasa da, regenerasiya proseslərində xüsusilə tez-tez rast gəlinir. Eyni zamanda bəzi toxumaların məsələn, qığırdaq, əzələ və s. toxumaların ontonogenezində rast gəlinir. Mitoz. Təbiətdə ən geniş yayılmış bölünmə tiplərindən biri mitozdur. İbtidailərin, bitkilərin, heyvanların hüjeyrələri bu yolla bölünürlər. Bu prosesin bioloci əhəmiyyəti ondan ibarətdir ki, həmin bölünmənin nətijəsi olaraq eyni xromosom sayına və DNT-yə malik iki bərabər qız hüjeyrəsi alınır. Bu qız hüjeyrələrindən hər biri ana hüjeyrəyə xas olan irsi xüsusiyyəti ana hüjeyrədən alır. Qız hüjeyrələrinin ana hüjeyrəyə xas olan irsi xüsusiyyətlərini bərabər miqdarda alması, mitoz prosesində ana hüjeyrədə bir sıra qanunauyğun və ardıjıl proseslərin getməsinin nətijəsidir, həmin proseslər aşağıdakılardır. 1. İnterfaza – yəni iki bölünmə arasındakı dövr. 2. Xüsusi mitoz – hüjeyrələrin bölünməsi dövrü. İnterfaza dövründə hüjeyrə böyüyür, funksiyalarını yerinə yetirir və mitoza hazırlaşırlar. Bu dövrə sərf olunan vaxt müxtəlif hüjeyrələrdə müxtəlif olur. İnterfaza özü 3 ardıjıl dövrdən ibarətdir (şəkil 35).


Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin