3. Postsintetik və ya premitotik dövr (G2) adlanır. İnterfazanın hər bir göstərilən dövrü biri digərindən həm DNT, RNT, zülal və s. sintezinin fəallığı ilə həm də sintez olunan maddələrin xarakteri ilə fərqlənir. Presintetik dövr (G1) hüjeyrənin boyja, həjmjə artması və DNT-nin sintezinə hazırlaşması dövrüdür. Belə ki, hər bir hüjeyrənin bölünməsi üçün onun mütləq müəyyən həjmə çatması vajibdir. Anjaq müvafiq həjmə çatandan sonra hüjeyrələr növbəti bölünə bilərlər. Amöbalar üzərində aparılan tədqiqatlar bu fikrin düzgünlüyünü izah edirlər. Məs. Amöba o vaxt bölünər ki, onun həjmi iki dəfə böyümüş olsun. Əgər amöbanın böyüməsinin müəyyən mərhələsində onun sitoplazmasından müəyyən qədər kəssək onun bölünməyə daxil olmasını gejikdirə bilərik. Belə hüjeyrə əvvəlki həjmindən iki dəfə artıq həjmə çatanda bölünməyə başlayır. Bunu onunla izah etmək olar ki, sitoplazmada spesifik zülalların müəyyən miqdara çatması onların bölünməsinə imkan yaradır. Bəzi tədqiqatçılar belə hesab edir ki, presintetik (G1) mərhələdə hüjeyrənin böyüməsi sintez (S) dövründə hüjeyrədə DNT sintezini müəyyənləşdirir. Belə ki, (G1) dövründə RNT və bəzi zülalların sintezinin dayandırılması hüjeyrənin S dövrünə daxil olmasını ləngidir. Bu hadisə belə mülahizə yürütməyə imkan verir ki, S dövründə DNT-nin sintezi üçün xüsusi təşəbbüskar-zülal mövjud olmalıdır. Güman edilir ki, həmin təşəbbüskar zülal bütün G1 dövründə sintez olunur və onun miqdarı müəyyən hüduda çatdıqda hüjeyrələr S dövrünə daxil olurlar. Eləjə də (G1) dövründə DNT-nin sələfi olan bəzi fermentlər o jümlədən nukleotidfosfokinaz fermenti, RNT və zülalların metobolik fermentləri sintez olunur. Bütün bu proseslər göstərir ki, (G1) dövrü DNT-nin sintezi üçün hazırlıq mərhələsi hesab olunur. G1 dövrünə sərf olunan vaxt müxtəlif hüjeyrələrdə müxtəlif olur. Bəzi hallarda DNT sintezi presintetik dövrü (G1) keçmədən də başlaya bilər. Məs. dəniz kirpisinin mayalanmış yumurta hüjeyrəsinin bölünməsi (paralanması) zamanı bu hala rast gəlmək olur. Bu halda DNT-nin sintezinə hazırlıq yəni (G1) mərhələsində keçməli olan proseslər hələ telofaza mərhələsinin sonunda baş verir. Elə ona görədir ki, bu hüjeyrələr bölünmədən əvvəl böyümürlər, əksinə bir müddət hər bölünmədən sonra onlar kiçilirlər, odur ki, bir neçə ardıjıl bölünmə nətijəsində onlar getdikjə kiçilirlər. Görünür bu hüjeyrələrdə insiator-zülal və RNT özündən əvvəlki mitotik tsikldə sintez olunur. Eləjə də (G1) dövrü fuzarium miksomisetlərində, bəzi xərçəng şişləri hüjeyrələrində və bəzi ibtidailərin bölünməsində rast gəlmir. Hüjeyrə tsiklində ən çox əhəmiyyət kəsb edən dövr sintez dövrüdür (S). Sintez dövrünün pozulması və ya dayanması ümumiyyətlə hüjeyrə tsiklinin dayanmasına səbəb olur. Təkjə meyozda jinsi hüjeyrələrin yetişməsi dövründə iki bölünmə arasında S dövrü olmur. Hüjeyrə tsiklikdə S dövrünün müddəti DNT-nin peplikasiyası sürətindən asılı olur. Məs: dəniz kirpisinin paralanma dövründə olan hüjeyrələrində 30 dəq. orqanizmin rüşeym hüjeyrələrində isə bir neçə saat davam edir. 15 günlük siçan rüşeyminin bağırsaq epitelisi hüjeyrələrində S dövrünə 7 saat, 18 günlük rüşeym hüjeyrələrində isə 415 saat tələb olunur. S dövrünün getməsi üçün hüjeyrədə hələ (G1) dövründə başlamış RNT və zülalların sintezi vajib şərtlərdəndir. S dövründə DNT sintezi ilə yanaşı sitoplazmada histon zülallar sintez olunaraq nüvəyə ötürülür və nüvə DNT-si ilə birləşir. S dövründə həm də r-RNT-si sintez olunur ki, bu da (G2) dövründə mitoza lazım olan zülalların sitnezində istifadə olunur. Sintez dövrü başa çatdıqdan sonra postsintetik dövrü (G2) başlayır. Bu dövr premitotik dövr də adlanır. Çünki, bu dövrdən sonra xüsusi mitoz başlayır. Postsintetik dövr interfazanın dövrləri içərisində az vaxt tələb edir. Bəzi müstəsna hallarda məs. bəzi zambaqçiçəklilərin mikrosporosit hüjeyrələrində sintezdən sonra birbaşa xüsusi mitozun profaza mərhələsi başlayır. Bəzən isə əksinə hüjeyrələr G2 dövründə çox qalırlar. Məs: siçanların qulağının epidermis hüjeyrələrində, jüjələrin qida borusunun epiteli hüjeyrələrində və s. G2 dövründə hüjeyrələrdə RNT və zülal sintezi davam edir və əsasən məlumat RNT-si sintez olunur ki, bu da mitozun gedişinə sərf olunur. r-RNT isə ondan əvvəl sintez olunaraq hüjeyrənin bölünməsini müəyyənləşdirən zülalların sintezində iştirak edir. G2 dövründə mitotik aparatın tərkibinə daxil olan zülallar, xüsusilə tubulin sintez olunur. Məlum olmuşdur ki, bir mitotik tsikldə sintez olunan tubulin sonrakı mitozda da istifadə edilə bilər. Eləjə də G2 dövründə növbəti mitozun G1 dövrü üçün müəyyən qədər RNT sintez olunur. Beləliklə məlum olur ki, interfazada onun ayrı-ayrı dövrlərinə xas olan makromolekullar sintez olunmaqla yanaşı G2 növbəti G1 üçün, G1 də növbəti S dövrü üçün, S dövründə isə növbəti G2 dövrü üçün də makromolekulların sintezinə hazırlıq gedir. Hüjeyrələrin bölünməsi və çoxalmasının müxtəlif toxumalarda öyrənilməsi göstərmişdir ki, hüjeyrələrin ixtisaslaşması, differensasiyaya uğraması prosesi nə qədər yüksək olsa bir o qədər onların bölünmə qabiliyyəti aşağı olur. Belə çıxır ki, hüjeyrələr ya differensasiyaya uğramalı və ya da bölünməlidir. Hər iki proses birlikdə mövjud olur. Hər bir hüjeyrə interfazada hazırlıq dövrlərini keçdikdən sonra xüsusi mitoza daxil olur. Xüsusi mitoz interfazaya nisbətən az vaxt tələb edir. Ümumi mitotik tsiklə sərf olunan vaxtın 0,1 hissəsi xüsusi mitoza sərf olunur. Məs: meristem hüjeyrələrinin bölünməsində interfazaya 16-30 saat vaxt tələb olunursa xüsusi mitoza jəmi 1-3 saat sərf olunur. Yumurta hüjeyrələrinin paylanmasında bütün hüjeyrə tsiklinə 1 saatdan da az vaxt sərf olunur. xüsusi mitoz bir neçə mərhələdə keçir: profaza, metafaza, anafaza və telofaza . Bu mərhələlər arasındakı sərhəddi dəqiq müəyyənləşdirmək çətinlik törədir, çünki mitoz özü fasiləsiz bir prosesdir və mərhələlər içərisində anafaza mərhələsinə keçid olur, çünki bu mərhələ xromosomların qütblərə hərəkəti ilə başlayır. Odur ki, anafazaya digər mərhələlərə nisbətən az vaxt sərf olunur.