Sivilizasiyaların dialoqu


Şərqdə və Qərbdə ictimai təşkilatlanma



Yüklə 1,45 Mb.
səhifə5/24
tarix02.01.2022
ölçüsü1,45 Mb.
#2635
1   2   3   4   5   6   7   8   9   ...   24
Mədəniyyət və ideologiya
XXI əsr nəinki qütblərin, ideo­lo­giyaların, sivilizasiyaların qarşı dur­duğu, həm də arxaik, ənənəvi, mo­dern və postmodern dünyagörüşü və sim­vol­larının üz-üzə gəldiyi za­man kimi səciyyələnir.

Ramiz Mehdiyev
XX əsrin sonunda beynəlxalq miqyasda baş ver­miş böyük miq­yaslı ictimai-siyasi hadisələr, iki dünya sis­temi arasındakı mü­ba­ri­zədə paritetin pozulması, dün­­­ya­nın ən böyük güc mərkəzlə­rin­dən bi­rinin sıradan çıx­ması və yeni dünya nizamının formalaşması kon­tek­s­tində hər bir xalq, hər bir ölkə öz gələcək inkişaf yo­lunu da­ha də­qiq müəyyənləşdirmək üçün yollar ax­ta­rır. Bu­nun üçün bey­nəl­xalq miqyasda gedən ictimai-siyasi pro­ses­lərin mahiyyətini düz­gün dərk etmək və ölkənin daxili və xarici siyasətində bütün pla­net miq­ya­sında mü­şahidə olunan ümumi meylləri nəzərə almaq tələb olu­nur.

Müasir dövrdə Azərbaycanda dövlət qurucu­lu­ğu pro­sesini şərt­ləndirən ən mühüm məsələlərdən biri də hansı ictimai-siyasi qu­ruluşdan və hansı ideya-si­yasi ba­xışdan imtina edilib, əvəzində nə kimi yeni quruluş və baxışlar sistemi qurulması məsələsidir. Əgər biz Qərb dəyərlərini və inkişaf etmiş kapitalist ölkələrində bər­­qərar olan aparıcı ideya-siyasi baxış­ları qəbul ediriksə, əvvəlcə bu sahədə kifayət qədər biliklər əldə edilməlidir. Həmin ölkələr­də­ki siyasi sis­temlər və hakim ideoloji prinsiplər haqqında yetərli mə­lu­­mat olmalıdır. Daha sonra isə bizim ictimai-iqtisadi reallığı­mız­dan çıxış et­mək və qarşıda duran vəzifəni bütün konkretliyi ilə izah etmək lazımdır.

Biz, hər şeydən əvvəl neçə onilliklər ərzində so­sialist ictimai-iqti­sadi münasibətlərinə uyğunlaşmış bir ölkədə yaşayırıq. Döv­lə­tin kursu, ictimai-iqtisadi quru­luş dəyişilsə də, təfəkkür tərzi, siyasi düşüncənin adi şüur səviyyəsində və ictimai psixologiya qatındakı du­rumu asanlıqla və qısa zamanda dəyişə bilməz.

Digər tərəfdən də, biz bu sosialist düşüncəsinin tamamilə atıl­ma­sının tərəfdarıyıqmı? Yaxud dövlət qu­­ru­cu­luğunda, yeni icti­mai-iqtisadi münasibətlərə ke­­­çid prosesində sosializm cə­miy­yə­tin­də əldə olun­muş dəyər­lər­dən və nailiyyətlərdən tamamilə imti­na­mı etməliyik? Axı, dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, bi­zim ölkədə bazar iqtisadiyyatı da, özəlləşdirmə də – məhz sosial yönümlü olmalıdır.

Uzun müddət, 70 il SSRİ-nin tərkibində olmuş Azər­baycan Res­publikası üçün sosializmin miras qoy­­duğu dəyərlərdən birdən-bi­rə imtina etmək çox çətindir. Həm də nəinki çətindir, sadəcə müm­kün de­yil və buna heç ehtiyac da yoxdur. Sosial de­mo­kratiz­min müəyyən komponentlərini saxlamaq zəru­rəti müasir dövrdə bü­­tün dünyada özünü göstər­mək­dədir.

Belə olan halda birdən-birə tam liberallaşma yo­­lunun seçil­mə­si, demokratikləşdirmə adı ilə anar­xiya yaradılması; sosializmin nai­liyyətlərindən tama­milə im­tina edilməsi, hər şeyə sıfırdan baş­lan­ması is­ti­qamə­tin­də çağırışlar nə dərəcədə əsaslıdır?

Vətəndaş cəmiyyətinin qurulması, insanların hü­­­­quq və azad­lıq­larının təmin olunması, söz və mət­buat azadlığı, fikir plüralizmi, si­yasi plüralizm və s. – bütün bunlar tədricən, əvvəlki dəyərlər sis­te­mi­ni uçu­rub-da­ğıtmadan, bir sintez halında həyata keçiril­məlidir.

Qərb ölkələrindəki ideya-siyasi meyllərin təhlili gös­tərir ki, onlar liberalizmi məhz sosialist təliminin bir sıra mühüm element­lə­ri ilə zənginləşdirməyə çalı­şırlar. Bir çox ölkələrdə sosialistlər ha­ki­miyyətə gəlir və sosialist idealları ön plana keçir. Belə olan halda biz sosializmin ideya-nəzəri bazasından nəyə görə qeyd-şərtsiz im­ti­na etməliyik? Axı, sosializm heç də bir sıra məhdud dü­şün­cəli adam­ların təsəvvür etdiyi kimi, bolşevizm və ya mark­sizm-leni­nizm tə­limindən ibarət deyil. Sosializm ide­yaları Platondan üzü bəri bü­tün tərəqqipərvər fikir sahiblərinin təlim­lərində önəmli yer tutmuşdur. Təsa­düfi deyildir ki, XX əsrdə “yeni liberalizm” təlimi xüsusi mülkiyyətin törətdiyi qeyri-bərabər vəziyyət və istismar hallarına qarşı mü­barizə ünsürlərini də özündə ehtiva edir.

Ona görə də yeni dövrdə liberalizm təliminin so­sialist yö­nüm­lü təlimlə inteqrasiyası meylləri hiss olu­nur. Klassik libera­lizm­dən sosial liberalizmə və hətta liberal sosializmə doğru tə­ka­mül də açıq-aşkar hiss olu­nur.

Modernləşdirmə nəzəriyyəsinin tərəfdarları T.Par­­sons, U.Ros­­­­­tou, Q.Almond və s. klassik libe­ra­lizmin möv­qelərini möh­kəm­ləndirmək üçün liberal plüralizmin daha da inkişaf etdiril­mə­sini vacib sayır­lar. Onların fikrincə, plüralizm, bir tərəfdən, sosial di­ferensasiyaya gətirib çıxarsa da, digər tərəfdən, in­teqrativ ten­den­­siya­lar da artır. Koalision siyasi par­tiyalar, müstəqil məhkə­mə sistemi də ictimai-siyasi in­teqrasiyaya xidmət edir. Maarifçilik ideallarının təb­liği, kütləvi informasiya vasi­tələri, təhsil müəssisə­lə­ri cəmiyyətdə birləşdirici rol oy­na­yır, ümumbəşəri dəyərlərin ya­yıl­­ması – ön plana ke­çir. Mədəniyyət ideologiyaya qarşı dayanır. İdeo­loji qar­şı­dur­madan sivilizasiyaların və mədəniyyətlərin qarşı­dur­masına keçid meylləri özünü göstərir. Lakin bu mü­vəqqəti bir haldır. Bütün sivilizasiyalar mahiyyəti etiba­rilə eyni yönümlüdür və ictimai tərəqqiyə xidmət edir. Mədə­niyyətlərin müxtəlifliyi isə qarşıdurmadan daha çox, qarşılıqlı tamamlamaya aparmalıdır.

Belə bir şəraitdə Azərbaycanda da ictimai inki­şafın əsas yö­nəl­dici amili siyasi ideologiyalardan da­ha çox sivilizasiya və mə­də­niy­yət olmalıdır. Lakin vax­tında düz­gün siyasi kurs götürülmə­sin­dən də çox şey asılıdır. Əgər iqtisadi inkişafın, yeni iqtisadi mü­na­si­bətlərin əsa­sında dövlət mülkiyyəti ilə xüsusi mülkiyyətin, sosial yönümlə şəxsi marağın, planlılıqla azad rəqabətin vəh­dəti dayanır­sa, deməli, üstqurum müstəvisində də müa­sir­liklə ənənənin, libera­lizm­lə kon­servatizmin vəhdətinə üstünlük verilməkdədir. Ye­­ni si­ya­si münasibətlər də dün­ya praktikasında rast gəlinən müxtəlif ide­ya-siyasi cərəyanların müasir Azərbaycan ictimai gerçəkliyi üçün məqbul olan sintezinə əsaslanır.
* * *
Müasir dövrdə bütün dünyada müşahidə olunan əsas ten­den­siyalardan biri də milli-etnik və dini də­yərlərdən ümumbəşəri dəyərlərə doğru, əxlaq və adət-ənənədən hüquq və qanunçuluğa doğru yerdəyiş­mə­dir, hərəkətdir. Bu tendensiya daha çox dərəcədə ABŞ-dan gəlir və yeni dünya düzümündə, planetin coğrafi-siyasi mənzərəsində ABŞ-ın rolu və iştirakı artdıqca daha da güclənir. Belə ki, Qərb dünyası özü də yeknəsəq, eyni tip­li mədəni-mənəvi sis­tem olma­yıb, bir-birindən köklü surətdə fərqlənən müxtəlif tə­rəf­lərin sintezidir. Burada əsasən, ABŞ və Avropa ara­sındakı fərqlər nəzərə alın­malıdır.

Avropa milli dövlətlərin klassik nümunələrinin ta­rixi inkişaf prosesində yaxınlaşması və milliliklə ümum­bəşəriliyin özünəməx­sus vəhdətinin formalaş­ması ilə səciyyələndiyi halda, ABŞ lap əv­vəl­dən praq­matik dü­şün­cənin və hüquqi-siyasi dəyərlərin milli-mə­dəni də­yər­lərə nisbətən prioritetliyi ilə səciy­yələnir.

İki dünya sistemi arasındakı mübarizə kommunist ideologi­ya­­sının məğlubiyyəti və Qərb dəyərlərinin qələ­bəsi ilə bitdikdən son­ra dünyanın siyasi mənzərəsində də ciddi dəyişiklik yarandı. Dün­yanın iki superdövlətin­dən biri olan SSRİ-nin dağılması ilə dün­yada ikiqütblü güc mərkəzindən birqütblülüyə keçid baş verdi. ABŞ-ın hərbi və siyasi hegemonluğu ideya-siyasi və mədəni-mə­nə­vi proseslərə də təsir göstərməyə başladı. Nəticədə “Qərb dün­ya­sı”nın öz struktu­run­da da yeni meyllər özü­nü göstərməyə başladı. ABŞ-ın siyasi rolu­nun artması Avropada da inteqrasiya meyllərini artırdı.

Bu meyl iqtisadi müstəvidə, ola bilsin ki, dün­yanı birqütblü inkişaf təhlükəsindən xilas etmək və bununla Qərb sivilizasiyasının ma­hiyyətini qoruyub saxlamaq “instinktindən” (belə ki, rəqabətin tə­min olun­ması və plü­ralizm, o cümlədən iqtisadi plüralizm kapi­ta­lizm cə­miyyətinin mahiyyətindən doğmaqla, in­kişafın əsas təmi­nat­çısıdır) ibarət idisə, ideya-siyasi müstəvidə, ək­sinə, ABŞ nümu­nə­sinə, kosmopolitizmə yaxınlaşmaq istəyindən doğur.

Avropanın inteqrasiyası hər halda ABŞ nümu­nə­sinə bən­zə­yən Birləşmiş Dövlətlər şəklində həyata keçə bilməz. Avropa milli döv­­­lətləri istəsələr də, öz milli-tarixi ənənələrindən və spesifik xü­su­­siyyət­lə­rindən əl çəkə bilməzlər. Yəni indi Avropada baş ver­mək­­də olan hər­tə­rəfli inteqrasiya prosesi istər-istəməz milli-mənəvi müs­­tə­vidə böyük müqavimətlərlə rast­laşır.

SSRİ vahid dövlət yaradılması və hərtərəfli in­teq­rasiya yo­lun­da ciddi maneələrdən biri olan dini müx­­təliflikdən xilas olmaq üçün bütövlükdə dindən imtina etmək yolunu, ateist dünya­görü­şü­­nü rəhbər tut­muşdu. Sonrakı vəzifə isə milli fərqlərin də aradan gö­­türülməsi idi ki, bu xüsusda böyük çətinliklərlə üz­ləşirdi. İcti­mai-iqtisadi amili ön plana çəkən və vahid istehsal münasi­bət­­ləri, va­hid iqtisadi bazis şə­raitində bütün digər fərq­lərin tədricən ara­dan qal­dırılmasına istinad edən kom­munist ideologiyası özünü doğrult­madı. Bəs yeni dünya düzümü hansı ideoloji prin­sip­lərə əsaslanır? XX əsrin axırları, XXI əsrin əvvəl­lə­rində dünyada gedən qlobal­laş­ma və iqtisadi inteq­ra­siya proseslərinin ideya əsası hələ keçən əsrin əvvəl­lərində irəli sürülmürdümü? Lakin bu ideyadan dərhal sonra məhz kimin bayrağı altında bir­ləş­mək problemi iki dəfə dünya müharibələrinə gətir­mədimi? İndi nə dəyişmişdir?

Avropa Birliyi ideyası K.Marksın düşündüyünə uy­ğun ola­raq inkişaf etmiş Avropa dövlətlərinin ictimai-iq­tisadi birliyi əsa­sın­da qurulmuş və sosializm prinsip­lərinə əsaslanan yeni formasiya kimi­mi, V.İ.Le­ninin “Av­ropa Birləşmiş Ştatları” şüarına mü­na­si­­bətinə uyğun şəkildəmi, yaxud U.Çörçillin dediyinə uyğun olaraq, ABŞ nümunəsinə bənzər Avropa Birləş­miş Dövlətlərinin yaradıl­ma­sı kimimi, yoxsa özünə­məxsus yeni forma­da­mı həyata keçirilməlidir?

Nəzərə almaq lazımdır ki, qloballaşma və iqti­sadi inteqrasiya müasir dövrdə ictimai inkişafın sə­bəbi yox, nəticələrindən biridir. Səbəbsə, elm və tex­no­logiyanın yeni inkişaf mərhələsinə qədəm qoyması, informasiya­nın rolunun və əhəmiyyətinin misilsiz də­rə­cə­də artması və nəticədə çox uzaq regionların, va­hid informa­si­ya mə­­kanına daxil edilməsidir. Qədimdə maneəsiz informasiya mə­ka­nı, maneəsiz ticarət və böyük elm, mədəniyyət meydanı yaran­ması üçün müt­­ləq hərbi və siyasi va­sitələr lazım idi. Məkan an­caq siyasi iradə ilə, hərbi yol­la genişləndirilirdi. Təsa­düfi de­yil­dir ki, tarixən böyük mə­dəniyyətlər, çox vaxt böyük imperiyalar hü­dudunda ya­ran­mışdır. Alek­­sandr Makedonskilərin, Sezarların hər­bi-siyasi fəa­liy­yəti ilə, antik elm və fəlsəfənin, ellin mə­də­niy­yə­ti­nin, İslam xila­fə­ti ilə, orta əsr Şərqində elm və mə­­dəniyyətin inki­şafı arasında, heç şüb­həsiz, bir uy­ğunluq vardır.

Amerikada ştatlar birləşməsəydi, sərhədlər ge­niş­­lən­mə­səydi, ABŞ-da iqtisadiyyat, elm və texnika bu də­rəcədə inkişaf edə bilər­di­mi? Bu gün Avropanın birləş­məsində də əsas məqsədlərdən biri gömrüksüz və vi­zasız fəaliyyət sahələrini genişləndirmək, ti­ca­rə­tin, tex­nologiyanın, elm və mədəniyyətin yük­sək in­kişafı üçün daha böyük meydan açmaq deyilmi?

XIX əsrin əvvəllərində, Şimali Azərbaycanın Ru­siya tərəfin­dən işğalının məhz işğal aktı kimi mənfi nəticələri ilə bərabər, xal­qı­mızın daha böyük bir imperiya məka­nında gedən proseslərə qa­tıl­maq im­kanı da nəzərə alın­malı deyilmi? Bizcə, Azər­bay­canın bü­tün Şərq dünya­sında qabaqcıl mövqelərə çıx­masında bu amilin də nəzərə alınması vacibdir.

Sonra isə biz Sovetlər İttifaqına qatıldıq. SSRİ impe­riyasının hansı ideo­loji-siyasi və hərbi vasitələrlə ya­radılmasından asılı olmaya­raq, o, böyük elm və mə­­də­niyyət məkanı idi. SSRİ dünya içəri­sin­də dünya idi. Təsəvvür edin ki, bu gün Avropa şenqen vizası tət­biq et­məklə, bir neçə ölkədə vahid iqtisadi və mə­də­ni məkan yarat­ma­ğa çalışır. Am­ma bizim üçün hələ XX əsrin 20-ci illərindən başla­ya­­­raq, bütün SSRİ mə­ka­nında vizasız və qeyd-şərtsiz ge­diş-gəliş im­ka­nı, təhsil almaq, təcrübə mübadiləsi keç­mək, tədqiqat in­s­ti­tut­larında və kitabxanalarda çalış­maq şansı ya­ran­mışdı. Hələ indi də Azərbaycanı Şərqdə, İslam dün­yasında ən qabaqcıl ölkələrdən biri səviyyə­sində sax­layan hələ o vaxt, 70-80-ci illərdə SSRİ məka­nında yetişən yüksək ixtisaslı kadrların mövcudluğu­dur.

Düzdür, indi Moskva o Moskva deyil. Rusiya da SSRİ deyil, MDB məkanı da onu əvəz edə bilmir. Müs­təqil Azərbaycan indi öz miqyasına və səviy­yə­sinə uyğun yeni bir elmi atmosfer, mədəni mühit for­malaşdırmağa çalışır. Digər tərəfdən də, dünya miq­ya­sına çıxmaq üçün yeni imkanlar açılmışdır. Avro­paya, Amerikaya ge­diş-gəliş, informasiya mübadiləsi imkanı yaranmışdır. Tür­kiyə ilə, İranla sıx əlaqələr qu­rulur. Türkiyə Avropa mədəniyyətinə, Qərb sivili­za­siyasına bizdən əvvəl qatıl­dığın­dan ilk baxışda çox müa­sir və mütərəqqi görünür. Lakin tək Türkiyə mə­ka­nı elm və mədə­niy­yətin, habelə iq­tisadiyyatın in­kişafı üçün yetərli deyil. Çün­ki Qərb dünyası indi bizə münasibətdə üzə çıxdığı kimi, Türki­yəyə də elm və texnologiyadan, müasir sənayedən öncə ifrat siyasi plüralizm transfer etmişdir ki, nəticədə elmi-texniki və iqtisadi geriliklə “modern kültür” və sür­ətli de­mo­kratikləşmə arasında bir tə­­zad özünü gös­tər­mək­də­dir. Avropaya isə, hələ olsa-olsa dek­la­ra­tiv şə­kildə, yaxud pərakəndə halda, gələcəyə avans kimi qa­tıla bilirik.

Bizim Qərb dünyası ilə əlaqələrimiz, müasir­ləş­mə prosesləri hələ ki, çox dərəcədə siyasi müstəvidə gedir. Bizə sivilizasiyanın elmi-texniki, iqtisadi tə­məl­lərindən öncə demokratiya prinsiplərini, siyasi plü­ralizmi, insan hüquqlarını və s. öyrətməyi üstün tuturlar. Çünki bu sonuncuları emitasiya etmək asan­dır, elmi, müasir tex­no­logiyanı, sənayeni isə emi­ta­siya etmək olmur. On­ları doğrudan-doğruya yaratmaq lazımdır. Bu ağır vəzifə isə yerli hakimiyyətin, gənc milli dövlətin öz üzərinə düşür. Siyasi müstəvidəki “sürətli inkişaf” isə əksinə, bu çətin vəzifənin həyata keçirilməsinə nəinki kömək etmir, hətta mane olur.

İqtisadi bazisdən və real ictimai şüur səviy­yə­sindən ayrı düş­müş, kənardan transfer olunan süni libe­ral­laşma və intensiv de­mok­ratiya əvəzinə, demo­kra­ti­yanın və liberallaşmanın iqtisadi is­la­hat­larla həm­ahəng apa­rılması, təkamül yoluyla həyata ke­çi­ril­mə­si həqiqi real inkişafın başlıca şərtidir.


***
Rasional düşüncə tərzinin hakim kəsilməsi və insanlarda mü­qəd­dəs duyğuların, böyük arzu və ideal­ların, nəcib insani key­fiy­yət­lərin quru məntiqi analizlə əvəz edilməsi – əxlaqi tənəzzül təhlü­kə­si yaradır. Bu hadisə ən çox gənc nəslin kütləvi mənəvi deqra­da­si­yası kimi təzahür edir. Ali məqsədin, nəcib duyğuların olma­ması, pri­mitiv hisslərin, maddi-fizioloji mahiyyətdən doğan arzu və is­tək­lərin gənc­li­yə hakim kəsilməsi ailə böhranının, parnoqrafçılığın, narko­ma­niz­min, neofa­şiz­min və s. bu kimi meyllərin geniş yayıl­ma­sına gətirib çı­xa­rır. Doğrudur, bu hadisələrin sosial səbəbləri də var­dır, lakin bu­ra­da ilk səbəb kimi məhz rasionalizm müt­lə­qiyyəti və onu neytral­laş­dır­maq cəhdləri çıxış edir. Əsrlər boyu forma­la­şan və güclü fəlsəfi və ideoloji bazası olan rasionalizmdən fərqli ola­raq onun alter­na­tivləri: irrasionallığı ön plana çəkən sosial tə­ma­yüllərin nəzəri əsasları hələ təzə-təzə yaranır. Bu "nəzə­riy­yə­çi­lə­rin" cəmiyyətin ümumi inkişaf qanunauyğun­luqları­na istinad et­mə­dən, praktikada sınanılmış fəlsəfi nəzəriy­yələrə və ideoloji prin­sip­lərə əsaslanmadan, yal­nız ayrı-ayrı konkret mühakimələrə isti­nad edərək, yal­nız müəyyən qrup hadisələr üçün səciyyəvi olan el­mi qanunauyğun­luqları mütləqləşdirərək "dünyanı dəyiş­dir­­mək" xül­yasına düşmələri nəticə etibarilə heç bir ic­timai bəhrəsi olmayan kortəbii axına çevrilir, dünyanı də­yişmək və öz azadlığını təsdiq et­mək həvəsi isə xüsusi bir azad gənclik mühiti yaratmaq, həyat tər­zin­də hansı isə xırda, formal dəyişiklik etmək "təs­kin­liyi" ilə əvəz olu­nur. Bu proseslər hələ ki, ictimai tərəqqinin aparıcı xəttinə, hə­rə­kətverici qüvvələrinə təsir etmir. Lakin gə­lə­cək­də belə təsirləri is­ti­sna et­mək üçün əsas yoxdur. Cəmiyyət qurucular və isteh­lakçılar qis­mində iki yerə bölünürsə, bu proses gec-tez öz sözünü deyə bilər.

Xippilər hərəkatına qoşulan gənclər tezliklə əmin olmağa baş­ladı ki, cəmiyyəti dəyiş­mək modanı dəyişməkdən qat-qat çətin imiş; insanlar arasında yeni münasibətlər yaratmaq saç düzəlt­mə­yin yeni üslu­bunu yaratmaq qədər sadə bir iş deyilmiş. İkincisi, "cə­miyyəti də­yiş­mək" həvəsi heç də cəmiyyətin so­si­al-iqtisadi qu­ru­lu­şunu dəyişmək ideyası şəklində de­yil, elmi-texniki tərəqqinin, ra­sio­nalizmin yaratdığı dö­zülməz atmosferə qarşı "üsyan" kimi tə­za­hür edir. Yəni, yeni ideya cərəyanları və gənclik hərəkatları heç də təkcə rasional dü­şüncə tərzinin insan mənə­viy­yatına birtərəfli təsi­ri­nin nəticəsi olmayıb, həm də və da­ha çox dərəcədə həmin ra­sio­na­lizm atmosferinin (bu atmosfer əslində industrial cəmiyyətin müəy­­yən spesifik cəhətləri ilə birləşərkən həqiqətən dözülməz olur) doğurduğu sıxıntıya qarşı çıx­maq cəhdinin nəti­cəsidir. Lakin kor-koranə surətdə, bu sıxıntının, dö­zül­­məz­liyin əsl səbəb­lərini aşkar etmədən, onları ara­dan qaldırmağın elmi yollarını müəyyən­ləş­dir­mə­dən göstə­rilən cəhdlər müsbət nəticə verə bilməz. Ob­yek­tiv icti­mai qanuna­uy­­ğunluqları dərk etmədən, real ic­timai münasibət­lə­rin dəyişilməsinə nail olma­dan "ürə­yim necə istəyir, elə də yaşama­lı­yam" prin­sipi ilə nü­mayiş etdirilən azadlıq həqiqi azadlıq deyil. Təəssüf ki, bu gün Qərb dünyasında yetiş­məkdə olan gənc­lərin bö­yük bir qismi azadlığın bu bəsit anlamını rəhbər tutaraq onu həqi­qə­tən məhdudlaşdıran ictimai-iqtisadi problemlərə, cəmiyyətin mə­­nəvi həyatındakı həqiqi çatışmazlıqlara qarşı yox, "köh­nə" adət-ən­ənə­yə, valideynlərə, milli köklərə qarşı çıxırlar. Qlo­bal­laş­ma siyasəti yürüdənlər isə bu cür asan əldə oluna bilən azadlığı baş­qa ölkələrin gəncliyinə "ba­ğış­la­ma­ğa" hazırdır. Beləliklə, öz öl­kə­lərinə bir cür, başqa öl­kələrə başqa cür ideoloji münasibət müa­sir dövrün iki­li standartlar spektrində önəmli problem­lərdən biri­nə çevrilir.

Qloballaşmanın hədəfi yox, ixracatçısı olan güc­­lü ölkələrdə gəncliyin başını qatmağa, onu ic­ti­mai-siyasi fəallıqdan yayındır­ma­ğa ehtiyac olma­dı­ğından, gəncləri "rasionalizm mütləqiyyəti" təh­­lü­­kə­sindən, ide­al­sız, ali hisslərsiz yaşamaq - bəsit həyat sür­mək­dən qorumaq üçün onlara nəcib duyğular aşı­lamaq sahəsində xü­su­si tədbirlər həyata keçirilir. (Tək­cə bir misal çəkmək kifayətdir ki, Avropada fəl­sə­fənin əsaslarını hələ uşaq yaşlarından mənim­sətmək üçün xüsui metodikalar hazırlanması dövlət səviyyə­sində təşkil olun­muşdur.) Guya elm və texnikanın inkişafı ilə emosional hə­ya­tın xalis intellektual həyat­la, hissi əxlaqın "rasional əxlaqla" əvəz olun­masının zəruriliyini göstərən fikirlər qəti şəkildə təkzib edilir. La­kin bununla belə, sosioloji tədqiqatlar göstərir ki, hətta mü­tə­rəq­qi ölkələrdə də vaxtında tədbirlər görül­mədikdə rasionalizm ar­tıq dəbdən düşmüş "Don-Ki­xotluq" üzərində qələbə çalır, ha­di­sə­lə­rə əxlaqi borc, vicdan mövqeyindən deyil, "bu hadisədə işti­ra­kım mə­nim üçün nə kimi fayda və ya ziyan gətirər?" məntiqi ilə ya­naş­maq halları getdikcə artır.

XX əsrin sonu, XXI əsrin əvvəllərində Qərbdə rasionalist dü­şün­cə tərzinə qarşı çıxışlar xeyli çoxal­mış, azadlıq və rəngarənglik axtarışları bu sahəyə də müdaxilə etmiş və alternativ düşüncə və həyat tərzləri yaradılmışdır. Bəli, məhz yaradılmışdır. Çünki pro­ses­­lərin təbii gedişi, sosial-iqtisadi həyatın, ictimai mühitin təsiri, aşa­ğıdan dəyişilmə – bir şeydir, fəlsə­fənin dəyişilməsi, yeni ideolo­gi­yaların yaradıl­ma­sı və bunun kütlələrə yuxarıdan təlqin edilməsi başqa bir şeydir. Rasionalizmi inkişaf etdirməklə bahəm onun əlavə təsirini klassik bədii düşüncə ilə, ənənəvi gö­zəllik duyğusu ilə kompensasiya etmək, neytral­laş­dırmaq bir şeydir, onu kökündən sarsıtmaq, irrasional düşüncə tərzi aşılamaq, reallığın özü­nü inkar etmək, bə­zən hətta dəyişiklik naminə dəyişiklik etmək başqa bir şeydir. Postmo­dernizm məhz nəyin bahasına olur­sa-olsun ənənə­dən uzaqlaşmaq təşəbbüsləri kimi gö­rü­nür. Onun “fəlsəfi əsasları” da əslində fəlsəfənin əsas­larını dağıtmaq, metafizik düşüncəni ümu­miy­yət­lə inkar etmək üzərində qurulmuşdur.

Əvvəlcə sənətdə yayılan impressionist, sür­realist, avanqardist baxışlar tədricən dü­şün­cə tərzinə sirayət etmiş, postmodernizmin bir çox istiqamətləri bədii yaradıcılıqla yanaşı fəlsəfi fikrə də təsir gös­tər­miş, ənənədən uzaqlaşmaq bir çox insanlar üçün ar­zuolun­maz haldan məqsədə çevrilmişdir. Əsrlər boyu əqldən instinktə, ruh­dan nəfsə enməkdən xilas arayan insan indi bunu müasirlik, in­ki­şaf ölçüsü kimi dəyər­ləndirməyə başlamışdır. Dəyişiklik, yeni­ləş­mə dalğası artıq meyarların özünü də hədələməyə başlamışdır. Ost­vald Şpenqlerin “Avropanın süqutu”, Patrik Byu­kenenin “Qər­­bin ölümü” əsərlərindən sonra indi Qərb fəlsəfi fikrində post­mo­der­niz­mə bir reaksiya yaran­mış­dır. Postmodern dövrünün nü­ma­yəndəsi olan Cil Li­poveski “Boşluq erası. Müasir individualizm haq­qın­da esse” əsərində rasionalizmə, fikir ənənəçiliyinə reaksiya kimi ya­ranmış azad hissiyyat, azad düşüncə və azad rəftar hərəka­tı­nın acı nəticələrindən söhbət açır. İstehlak cəmiyyətinin gənc nə­sil üçün yaratdığı asan yaşayış tərzi, həyatdan ləzzət almaq, ins­tink­tiv hisslərə qoyulan ictimai məhdudiyyətləri adlayıb keç­mək, bütün sosial və əxlaqi baryerləri dağıtmaq, kef və əyləncələrə meydan açmaq – bütün bunlar yeni dövrün səciyyəsi kimi təqdim olunur. C.Lipoveski bu həyat tərzini stimullaşdıran iqtisadi motiv­lə­ri də müəyyən etməyə çalışır. Əvvəllər gənclərin kef və əyləncəyə pul sərf etməsi üçün əvvəlcə faydalı əmək­lə məşğul olması və maaş al­ması tələb olunurdu. Əmək isə bildiyimiz kimi, mənəvi sə­bat­lı­lı­ğın for­malaşması üçün ən mühüm amillərdən biridir. İndi isə kre­dit kartlarının peyda olması gənclərə nisyə mal almaq və hələ pul qa­zanmamış pul xərcləmək imkanı yaradır. C.Lipoveski bu hadisə­ni protestant etikasının ən güclü dağıdıcı aləti hesab edir.11

Lakin təəssüf ki, bu meyllər, daha doğrusu, on­ların surroqatı bü­tün cəmiyyət miqyasında yayılır və mövcud ictimai psixolo­gi­ya­nın ayrılmaz kompo­nen­tinə çevrilir. Buna görə də, həmin meyl­lə­rin mənfi təsirlərinin neytrallaşdırılması sahəsində aparılan iş də küt­­ləvi miqyas daşımalıdır.

Biz hələ rasionalizmin inkarı yox, kompen­sa­siyası mərhələ­si­ni yaşamalıyıq. Elmi-texniki nailiy­yət­lərdən doyan, hər addımda ra­sionalizmin maddi təcəssümləri ilə rastlaşan və onun həyatda və fikirdəki bolluğundan boğulan Qərb dünyasından fərqli olaraq biz hələ də şair xalq olmaqdan o tərəfə çox da gedə bilməmişik. Və ra­sio­nallığın aşıb-daşmasından şika­yət­lənə bilmərik. Biz Avropanın iki-üç əsr bundan əv­vəl yaşadıqlarını hələ indi yaşayırıq. Biz bol­şe­vik inqilabının yarımçıq kəsdiyi maarifçilik mərhələsini ictimai bir proses kimi yenidən yaşamaq məcburiy­yətindəyik.

Lakin bu deyilənlər fikir müstəvisinə, insanın daxili aləminə aiddir. Fikrin, elmi nailiyyətlərin məh­sulu olan texnoloji qurğular və yeni texnika dal­ğa­larında ictimai şüura güclü təsir edən kütləvi infor­masiya vasitələri və bu vasitələrlə Qərbdən trans­fer edilən ye­ni mentalitet bizi hələ tam dəyişə bilmə­mişdir. Və yaxşı ki, dəyişə bilməmişdir. Bu yeni men­talitet bizim milli mentalitetlə üst-üstə düş­mədiyindən milli köklərə bağlı olan insanlar onu qəbul etmir. Nə­­ticədə millət parçalanır, ənənəçilərlə modernistlərin aş­kar və qeyri-aşkar qovğası başlanır.

Əlbəttə, biz elmin, müasir texnologiyanın əley­hinə deyilik. Bi­zim intellektual tərəqqimiz və Avro­panın elmi inkişaf səviyyə­si­nə çatmağımız əlçatmaz bir şey deyil. Və bu məsələdə ziddiyyət or­ta­ya çıxa bilməz. Lakin Qərb həyat tərzi təkcə elmi-texniki inkişa­fın, rasional düşüncənin məhsulu olmayıb, həm də neçə əsr ərzində rasionalizmə reaksiya şəklində yaranmış əxlaqi-mənəvi normaların (daha doğrusu, normasızlığın), «mənəvi boşluğun» məhsuludur. Müa­sir dövrdə Qərb ideoloqlarını rasionalizmdən da­ha çox məhz ona reaksiyanın; modernizmin və post­modernizmin yaratdığı mə­nə­vi plüralizmin sosial nəticələri narahat edir. Bizə transfer olunan da məhz bu nəticələrdir. Neçə əsrlik tərəqqi prosesinin daxili yük­sə­liş məqamlarını yaşamadan birbaşa onun neqa­tiv nəticələri ilə qarşılaşmaq immuniteti olmayan ada­mın yoluxması kimi bir şey­dir. «İsinmədik istisinə, kor oluruq tüstüsünə».
* * *
Elmi-texniki inqilab, postindustrial cəmiyyət döv­rünün do­ğur­duğu rasionalizmin, in­tellektualizmin emosional mənəvi hə­ya­tı sıxışdırmaq təhlükəsi fəlsəfi ədəbiyyatda etik şü­urun daha ət­raf­lı tədqiq olunması və əxlaq normalarının məntiqi idrak pil­lə­sin­də dərk olun­ma­sı ilə onun psixik tələbat formasına keçməsi, emo­sio­nal-psixoloji pillədə qərar­laşması ara­sın­dakı fər­qin geniş təhlil edil­məsinə ehtiyac yaratmışdır.

Emosional aləmin bütün əzəmət və zənginliyini qoruyub sax­la­maq üçün ən təsirli amil­lərdən biri incəsənətdir. Lakin bəzən incəsənət "könüllü olaraq" elmə təslim olmaq möv­qeyi tutur, incə­sənətin özü ifrat rasionalizmlə zənginləşir.

Rasionalizmin, intellektualizmin mənfi təsirinə məruz qalmış əsərlər əsasən müa­sir­lik, elmi-texniki inqilabla səsləşmə kimi qələ­mə verilir. Lakin bütöv­lükdə mütərəqqi incə­sə­nətin məqsədi, yuxa­rı­da artıq qeyd edildiyi kimi, bizdə hələ yeni-yeni yayılmaqda olan ra­sionalist mənəviyyat tərzini gücləndirməkdən deyil, kom­pen­sa­si­ya etməkdən, neytral­laş­dır­maqdan ibarət olmalıdır.

Əlbəttə, bu heç də o demək deyil ki, müasir dövrdə incəsə­nə­tin, bədii ədəbiyyatın məqsədi elə yal­nız rasionalizmə və texnisizmə qar­şı mübarizə apar­maqdan, bu meylləri bütövlükdə və tamamilə tək­zib etməkdən ibarət olmalıdır. Bu cür kəskin müna­sibət özü də qü­surludur; rasionalizmə, texnisiz­mə qa­pılmaq birtərəfli mövqe ol­du­ğu kimi, onu tamamilə inkar etmək, ona düşmən münasibəti bəs­ləmək də bir­tərəfli mövqedir və qüsurludur. "Texnisizmə düş­mən­­çilik münasibətinin ədəbiyyatda qərarlaşması" (S.Flor­­man) heç də problemin həllinə xidmət etmir.

Elm və texnikaya münasibətin hər iki kənar halı, ya təslim­çi­lik, ya tam inkar mövqeyindən çıxış edilməsi yolverilməzdir. «Qızıl orta»nın tapılması üçün hər cür ifratçılıq istisna edilməlidir. Yeni dövrün incə­sənətindən, mövzu baxımından müasir problem­lə­rə uyğunlaşmaqla yanaşı, öz mahiyyətinə sadiq qal­maq tələb olunur.

İnsanı düşündürən (məntiqi yolla) sənətdən, in­tel­lektual poe­zi­yadan, rasionalist nəsrdən, tapmaca rəsm­lərdən daha çox, həmin prob­lemlərin emosional həllini verən, insanların biliyini artırmaq de­yil, hiss­lərini hərəkətə gətirmək, tərbiyə etmək vəzifəsini qarşıya qo­yan incəsənətə – əsil incəsənətə bu gün daha böyük ehtiyac vardır.

İnsanın mənəvi keyfiyyətləri təkcə hissi yox, həm də məntiqi idrak pilləsinin məhsuludur. Hər han­sı xasiyyət, əxlaqi keyfiyyət emosional və rasional id­rak komponentlərinin qarışığı kimi ortaya çıxır. Həm də rasional komponentin payı nə qədər çox olsa, xa­rak­ter həmin istiqamətdə bir o qədər dayanıqlı olar. Lakin nəyin yax­şı, nəyin pis olduğunu bilmək, hər hansı keyfiyyətin məziyyə­ti­ni və ya qüsurunu şüurlu surətdə dərk etmək hələ insanın öz real fəa­liy­yə­tində bunu rəhbər tutacağına dəlalət etmir. İnsanın ardıcıl məq­sə­dəuyğun fəaliyyəti üçün təkcə ağıl kifayət de­yil, bunun üçün həm də ideya inamı, möhkəm əqidə lazımdır.

Lakin kor-koranə surətdə insanda qəti müəy­yən­ləşmiş əqidə formalaşa bilməz. Cəmiyyətin ob­yek­tiv inkişaf qanunlarını bilmə­dən, mürəkkəb icti­mai hadisələrin gedişindən baş çıxarmadan, əx­laq nor­malarına ardıcıl surətdə əməl etmək mümkün de­yil.

Həyat mövqeyi təkcə hiss və emosiya ilə, ins­tinkt və kortəbii vər­dişlərlə müəyyən edilərsə, deməli, o hələ fəal həyat mövqeyi deyildir. Bu halda həyat mövqeyi dayanıqlı olmaz, situasiyaların də­yişmə­sin­dən, hissi-emosional vəziyyətlərdən asılı olaraq insa­nın konkret şəraitlərdə tutduğu mövqe də dəyişər, ardıcıl, prinsipial xarakter daşımaz.

Həyat mövqeyinin, dayanıqlı olması, ən çətin şəraitdə belə in­sanın öz həyat idealına sadiq qalması, əxlaq normalarından kə­na­ra çıxmaması üçün onun əqidə və idealının şüurlu surətdə və el­mi əsaslar üzrə formalaşmasının böyük əhəmiyyəti vardır. Sadə­cə ola­raq mühitə uyğunlaşmaq deyil, mühiti öz həyat idealına uy­ğun­laş­dırmaq mövqeyi yalnız qəti elmi müddəalarla möh­kəm­lən­di­rilmiş olan əqidə sayəsin­də, fəlsəfi dünyagörüşünün forma­laş­ma­sı sayə­sin­də mümkündür.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin