Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

*** 

Sonralar "Ayrıldılar" hekayəsini yenidən işlədi,  əsaslı 

dəyişdi və bəlkə bu son variantda "axı niyə ayrıldılar" sualına 

daha açıq, daha məntiqli cavab tapmaq olar, amma məncə, 

hekayənin birinci variantı daha bədii, daha kamil və incədir... 

1983-cü ildə "Ulduz" jurnalının 3-cü nömrəsində  Ənvər 

Məmmədxanlıyla müsahibə aparan jurnalistin: – İmkanınız 

olsaydı əsərlərinizi yenidən yazardınızmı? – sualına yazıçı belə 

cavab verir: – Bilmirəm, ömür limitindən nə qədər qalıb, amma 

bu dözülməz zəhmətə qatlaşardım. Bəzi yazılarımı büsbütün 

ləğv edərdim, bəzilərini isə yenidən yazardım... 

Bu yazı üzərində  işlərkən  Ənvər Məmmədxanlının 

sağlığında çıxan son kitabını – "İkicildliyini" oxudum və böyük 

bir təəssüf hissilə gördüm ki, uşaqlıqdan demək olar ki, 

hafizəmdə başdan-ayağa kimi diri yaşayan bir çox hekayələri, 

o cümlədən "Bakı gecələri", "Ay işığında", "Ayrıldılar" 

hekayələri üzərində yazıçı yenidən işləyib və  işlədiyi 

variantlar, mənim zənnimcə, onların ilk variantlarından bədii 

cəhətdən heç də yüksək deyillər. Dedim bəlkə  məni çox təbii 

bir hiss aldadır, cavanlıqda oxuyarkən bu hekayələrin mənə 

göstərdiyi böyük təsir gücünü indiki yaşımda duya bilmirəm. 

Həmin hekayələrin ilk variantlarını da yenidən mütaliə etdim 

və onlar mənə əvvəlki kimi güclü təsir göstərəndə əmin oldum 

ki, yanılmıram, yazıçı hekayələrini təzədən işləyərkən onları 

müəyyən qədər "korlayıb". 


 269 

Gənclik təravətiylə, gənclik çılğınlığıyla yazılmış 

hekayələrin akvarel boyaları üstündən kömürlə  işlənilib, hissi 

tapıntıları bir çox hallarda rasionalist izahlar dayazlaşdırıb. 

Alatoran mənzərələrin cazibəsi, hüsnü, sonacan açılmamış 

mətləblərin sehri qeyb olub, səthi  şərhi qalıb.  Əlbəttə, bu 

hekayələrin ilk nəşrlərindən bixəbər oxucuları yenidən işlənmiş 

variantlar da yüksək sənətkarlığı, zərif  şeriyyatı, füsunkar 

diliylə  cəlb edəcək, amma həmin  əsərlərin "gəncliyini" 

yaddaşlarında yaşadan mənim kimi oxucular üçün onların 

yenidən süslənmiş görkəmi müəyyən pərişanlığa, xəyal 

qırıqlığına səbəb olacaqdır. 

Bu cəhətdən "Bakı gecələri" də, zənnimcə, Ənvərin ən yaxşı 

hekayəsi – yazıçının sonralar apardığı "cərrahiyyə əməliyyatı" 

nəticəsində çox şey itirib. Lakin indi mən konkret 

müqayisələrlə hekayənin iki variantı arasında fərqləri 

göstərmək və fikrimi əsaslandırmaq istəmirəm. Bu ayrı 

söhbətin mövzusu ola bilər. Burda Ənvərin bioqrafiyasının 

"Bakı gecələrin"də  də  əks olunmuş  bəzi ayrıntıları üzərində 

dayanmaq istəyirəm. Mənim nənəm, yəni  Ənvərin xalası 

Məryəm xanım 20-ci illərin axırlarında artıq Bakıda yaşayırdı 

və Bakıya gələn  Ənvər  əvvəl-əvvəl bir müddət məhz onlarda 

qalıb. Nərimanov adına sənaye texnikumunu 1931-ci ildə 

bitirib, 1932-ci ildə Azərbaycan neft institutuna daxil olub. 

Eyni zamanda, həmin vaxtlarda Montin zavodunda texnik-

mexanik işləyirmiş. Amma Ənvər  şair qəlbli bir insan idi, 

meyli texnikaya, sənayeyə, neftə yox, ədəbiyyata, söz sənətinə 

idi, nəsrə idi. Yadımdadır, nənəm danışardı, deyirdi hər səhər 

Ənvəri güclə oyadırdım ki, instituta, dərsə getsin, dururdu 

otururdu yorğan-döşəyinin içində, gur qıvırcıq saçları vardı, 

əliylə onları qarışdırır və hirslə deyirdi: mən getməyəcəm 

instituta, mən mühəndis olmayacam. Ölüm-zülümnən onu 

məcbur edirdik dərsə getsin, axır ki, o peşənin dalınca getmədi, 

mühəndis olmadı, yazıçı oldu. 

Mühəndislik təcrübəsi  Ənvərin ilk povestində – 


 270 

"Burulğan"da neftçilərin həyatından bəhs edən yazıda  əksini 

tapdı. Yazıçı özü bu əsərinə çox tənqidi yanaşırdı. "Ulduz" 

jurnalına verdiyi və bayaq xatırlatdığım müsahibəsində deyir: 

"Ədəbiyyata 1934-cü ildə çap olunmuş "Burulğan" povesti ilə 

gəlmişəm. Sadəlövh və  zəif bir şeydir, ikinci dəfə heç çap 

etdirməmişəm, unutmaq istəmişəm, amma başlanğıcı  xəbər 

verdiyi uçün hər dəfə yadıma salırlar". 

Ənvərin mühəndisliyin daşını atıb yazıçılığın dalınca 

getməsi ailələrində də çox söz-söhbətə səbəb oldu, daha dəqiq 

desək, atası Qəffar bu işdən çox narazı imiş. Ənvərlə bağlı iki 

lent yazısı durur məndə. Birini onun sağlığında bacısı  Həbibə 

xanım Məmmədxanlıgildə yazmışam.  Ənvər, Həbibə, o biri 

bacıları Arifə xanım Məmmədxanlı  və  mən Məmmədxanlılar 

nəsliylə bağlı  məsələlər  ətrafında söhbət edirdik. İkinci lent 

yazısı isə artıq  Ənvərin ölümündən sonra Buzovna bağında 

yazılıb, bu söhbətin də iştirakçıları Arifə xanım, Həbibə xanım 

və  mənəm. Yeri gəldikcə bu yazımda hər iki lentdən istifadə 

edəcəm.  İndi  Ənvərin atasıyla bağlı  məqamları  və xüsusilə, 

Qəffar  əminin (heç bir vaxt görmədiyim bu adamı  mən də 

atamın, bibilərimin diliylə belə adlandıracam)  Ənvərin peşə 

seçməsindən narazılığını, necə deyərlər, ilk qaynağa – Ənvərin 

özünün, Arifənin və  Həbibənin xatirələrinə  əsaslanaraq 

açıqlayacam.  



11 avqust 1991-ci il, Buzovna bağında söhbətin lent 

yazısından fraqment (Həbibə, Arifə, Anar). 

HƏBİBƏ. Bu xüsusda Ənvərlə çox mübahisələri olurdu 

əmimin  (qeyd: Qəffar  əminin bütün uşaqları da Rəsulgilin 

diliylə atalarına "əmi" deyərlərmiş, Ənvər hətta uşaq yaşlarında 

"Qəffar əmi" deyirmiş – A.). Əmim deyirdi ki, yazıçı olursan, 

rəssam olursan, nə olursan özün bilərsən, amma hayıfdı, 

üçüncü kursdasan, çıxma institutdan. AZİ-ni qurtar, əlində 

diplomun olsun, ondan sonra yaz da, sənin  əlindən yazıçılığı 

alan yoxdu ki... Ənvər də qəti deyirdi ki, yox, oxumayacam mən 

orda. Bax bunun üstündə çox mübahisələri olurdu... Bir dəfə 


 271 

evdə heç kəs yox idi, bir mən idim bir də əmim. Çağırdı məni 

ki, bura gəl. Ənvərin kitabı çıxmışdı, dedi bu kitabı götür, oxu 

mənə. 

ANAR. Niyə özü oxumurdu ki? 

HƏBİBƏ. Özü küsmüşdü də Ənvərdən (gülüş). Gəldim mən də 

oxudum, özü də bir hekayə idi ki, orda öpüşmək-zad vardı, 

udquna-udquna oxuyurdum, utanırdım, çox pərdəli idik... 

ARİFƏ. Həbibə, çox zəhmli idi e, biz ondan qətiyyən bir 

dənə  ağır söz eşitməmişdik, bizə bir söz deməmişdi, qışqırsın, 

eləsin, amma o qədər ondan qorxardıq, o gələndə özümüzə yer 

tapmırdıq. Çox zəhmli idi, çox, çox..." 

"Bakı gecələri"nin ilk variantında  əsas qəhrəman Yunisin 

institutdan çıxmaq söhbətinə işarə-filan yoxdu, sonralar işlədiyi 

ikinci variantda bu məsələyə aid bəzi eyhamlar var. Önəmli 

cəhət odur ki, bu hekayədə  Ənvər kənddən, daha doğrusu, 

Göyçay kimi bir əyalət  şəhərindən Bakı kimi böyük bir 

mərkəzə  gələn gəncin duyğularını çox dəqiq təsvir etmiş, 

şəhəri bu gəncin gözlərilə görə və göstərə bilmişdi. Bakıya xas 

olan cəhətlərin belə  əyani təsviri yalnız ilk təmasın 

səmimiyyətindən və güclü müşahidə istedadından doğa bilərdi. 

Evləri bir-birinə çox yaxın yerləşdiyi üçün gecələr sayrışan 

işıqların sıx topalığı, qəfil qopan cilovsuz Bakı küləklərinin 

cövlanı, köhnə Bakı evlərinin yastı damlarında isti yay günləri 

adamların yerlərini sərib yatması, Bayıldan Qaraşəhərəcən 

şəhərin səmasını qaraya-qırmızıya boyayan o dövrün məşhur 

və  məşum neft yanğınları, çoxailəli Bakı evləri, səs-küylü 

həyətləri, bu şüşəbəndli eyvanların birindən göylərə 

göyərçinlər uçurdan balaca Səttar, köhnə binaların yastı 

damlarında isti yay gecələrində yer salıb yatan adamlar – bütün 

bu dəqiq ayrıntılar dünyanı  şairanə baxışla görən həssas bir 

gəncin duyğularından və gələcək yazıçının iti müşahidəsindən 

doğulmuşdur. 

Yastı dam üstündə paltar sərən Yaqutu yazıçı belə təsvir edir: 

"İçəri qaranlıqla dolmuşdu, amma ayağa qalxıb işığı 



 272 

yandırmaq üçün yerimdən tərpənməmişdim, çənəmi qollarım 

üstünə qoymuşdum, axşam  şəhərin topa-topa alışan işıqlarına 

baxmışdım. Haradasa veyllənən fikrimi hardansa geri 

qaytarmaq istəmişdim və bu vaxt birdən onu pəncərəm 

altındakı dam üstündə görmüşdüm. Bəlkə çoxdan üzünü 

görmədiyim, səsini eşitmədiyim xəyalı idi bu? Yox, özü idi, ağ 

quşum, ağ səadətim idi. Ayağı altındakı tasdan götürdüyü kətan 

ağlarını, nazbalış  və yastıq üzlərini, qırmızı naxışlı  əlüz 

dəsmallarını damın bacalarına sarınmış dirəklər arasındakı 

iplərə  tıxaclarla bənd eləyirdi və o, iki cərgəli ağlar arasında 

qalaraq asfalt cığırla uzaqlaşıb gedirdi. Dənizdən həzin külək 

əsirdi,  şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, o isə 

əyilirdi, qalxırdı, hərdən dizlərini qucaqlayırdı, küləyin 

qabardıb yuxarı qaldırdığı donunun ətəyini aşağı salırdı, sonra 

yorğun bir halda bir an donurdu, hərəkətsiz qalırdı və bu vaxt 

doğulduğu  şəhərin çıraqban axşamı elə bil dönüb yalnız ona 

baxırdı  və  qız  şəhərin qızıl işıqları önündə sirli bir rəqsə 



başlayırdı. Ağ bir xəyal kimi sərdiyi ağlar arasında batıb-

çıxırdı.  (kursiv mənimdir – A.) Dönüb əllərini iplər üstündə 

gəzdirə-gəzdirə yaxınlaşır və  hərdən yanakı  və ani bir baxışla 

qaranlıq pəncərəmə baxarkən, qaşları çatılırdı". 

"Bakı gecələri"ni yenidən mütaliə edərkən bu yeri oxuyanda 

az qala diksindim. Axı eyni bir obraz – dam üstündə paltar 

sərən qızın küləklə, ağlarla rəqsi mənim "Gürcü familiyası" 

hekayəmdə və onun əsasında çəkilmiş "Gün keçdi" filmində də 

var.  İstəyirsiz inanın, istəyirsiz yox, həmin hekayəni yazanda 

mən ondan azı 20-25 il qabaq oxuduğum "Bakı gecələrin"dəki 

bu səhnə heç xəyalımda deyildi. Bilmirəm, bəlkə  də özümün 

belə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədir 

ki, indi bu yazıyla əlaqədar olaraq Ənvərin hekayələrini neçə il 

sonra yenidən oxuyanda mənim nəslimdən olan başqa 

yazıçılarımızın hekayələrində  də  "Ənvər motivlərinə" yaxın 

parçalar olduğunu gördüm. Elə həmin "Bakı gecələrində" belə 

bir yer var: Yunis qonşuları  Səttarın cibindən Yaqutun – 



 273 

sevdiyi Yaqutun məktubunu  ələ keçirir: "Mən  əlimi Səttarın 

dizi yamaqlı  şalvarının cibinə salıb, ordan dördqat bükülmüş 

bir dəftər vərəqi çıxartmışdım və  şagird dəftərindən 

qopardılmış o vərəqin sol tərəfində bir ağ gül çəkilmişdi, amma 

elə bil bir uşaq  əli çəkmişdi o ağ gülü, sağ  tərəfində boz bir 

bülbül çəkilmişdi, amma elə bil bir uşaq  əli çəkmişdi o boz 

bülbülü və  ağ gül ilə boz bülbül arasındakı  ağ boşluqda iri, 

yumru uşaq xətti ilə yazılmışdı ki: 

Gəlmişdin görəsən məni,  

Dərmişdin hörəsən məni, 

Əlində açar olmadı, 

Bir açıb görəsən məniU. 

Və daha aşağıda bir vəsiyyət ki, məhz uşaq xətti ilə yazıldığı 

üçün daha dəhşətli idi: "Bunu mənim qəbrimin baş daşına 

yazdırarsan". Bu parçada da Elçinin və Əkrəm Əylislinin bəzi 

əsərlərinə xas olan poetikayla bir səsləşmə aydın-açıq 

görünmədədir. "Ayrıldılar" hekayəsində  kənd qırağında 

görüşüb soyuq daş üstündə söhbətləşən  İlyasın və Adilənin 

danışıqları, səhnənin ümumi ahəngi Yusif Səmədoğlunun 

"Soyuq daş"ıyla eyni pərdədə köklənib. Təkrar edirəm, bütün 

bu bənzəyişlər,  əlbəttə, təsadüfi ola bilər, yaxud gənclik 

mütaliəmizin  şüuraltı yaddaşda ilişib qalmış  qəlpələrindən 

mayalana bilər. Amma Ənvər Məmmədxanlının bir yazıçı kimi 

də, bir şəxsiyyət kimi də özündən sonrakı ədəbi nəsillərə təsiri 

danılmazdır. 



***  

Ənvər hər hansı  şöhrət, məşhurluq iddialarından çox uzaq 

adam idi, müsahibələr verməyi, çıxışlar etməyi, televiziya 

ekranında görünməyi sevməzdi. Bunun umumən onun 

xasiyyətinə  və  təbiətinə uyğun çox nəcib cəhət olmasıyla 

bərabər mənfi tərəfləri də var, çünki onun özü haqqında da, 

dövrü haqqında da, ədəbiyyat haqqında da deməyə sözü vardı 

və  nə yazıq ki, bunların yüzdə birini də demədi. Tənqidçi 

Kamal Abdullayev (indi o Ənvər Məmmədxanlının irsi 


 274 

komissiyasının sədridir) böyük inad göstərərək  Ənvərlə 

televiziyada böyük bir söhbət apardı və bu söhbətin bir qiyməti 

onun ətraflı, müxtəlif mövzularla bağlı olmasıdırsa, bir əvəzsiz 

dəyəri də odur ki, bu söhbət  Ənvərin ölümündən bir az əvvəl 

apardığı söhbət idi, bir müddət sonra o dünyasını  dəyişdi və 

Kamalın inadkarlığı olmasaydı, biz bu maraqlı söhbətdən də 

məhrum olardıq.  Ənvərin ölümündən sonra Kamal həmin 

söhbətin stenoqrafik yazısını  "Ədəbiyyat qəzetində" dərc 

etdirdi. Həmin söhbətdə başqa mövzularla yanaşı,  Ənvər 

ədəbiyyat aləminə gəlməsini də xatırlayır. "O vaxt mən təhsili 

buraxdım və indi təəssüf edirəm, gərək institutu qurtaraydım və 

mühəndis olaydım, mühəndis diplomunu alaydım. Diplomum 

yoxdur. Texnik-mexanik diplomum hələ də durur – Nərimanov 

texnikumunu qurtaranda almışdım, indi də saxlamışam çox 

əziz bir yadigar kimi. Mən özümçün nə isə yazırdım, heç bir 

iddiam olmadan. Sonra belə oldu ki, Faruq idi, bilmirəm kim 

idi, tanışlığımız vardı – göyçaylı idi – bir vədə dedim ki, mən 

də bir şey yazmışam, dedi ki, gəl aparaq verək Azərnəşrə, 

oxusunlar eləsinlər.  Əvvəl razı olmadım, sonra, nəhayət, razı 

oldum. Azərnəşrin binası əvvəlcə başqa yerdə idi. Ora verdim, 

birinci Mehdiyə çatmışdı. Bir azdan sonra gəldim ki, Mehdi, nə 

oldu? Dedi ki, nə  tələsirsən, nə olub? Bir az Mehdinin də 

kəskin danışığı vardı. Mən də dedim ki, mənimlə  kəskin 

danışma. Çap eləyirsən elə, eləmirsən eləmə. Çıxdım getdim. 

Nə isə sonra çap olundu... O vaxtı az maraqlanırdım ədəbiyyat 

sahəsi ilə. O vaxt RAPP vardı, AZAP vardı. AZAP-a rəhbərlik 

eləyirdi o vaxt Mehdi. İdeya rəhbəri idi"... 

Mehdiylə  Ənvərin çox qəribə münasibətləri vardı... Bu 

münasibətlərin mənə məlum olan bəzi nöqtələrindən söz açmaq 

istəyirəm.  Ənvərin yazdığı o ilk təmaslarından sonra 

yaxınlaşmış, hətta dost da olmuşdular. Eyni vaxtda Moskvada 

Ali Kinossenaristlər kursunda oxumuşdular. "Amma Moskvada 

mənim başım daha çox kefə qarışmışdı o illər – deyirdi Ənvər 

– gəzmək, tanslar. Mehdi isə gecəsini-gündüzünü kitab 


 275 

oxumaqla keçirirdi, dərslərə, imtahanlara ciddi hazırlaşırdı  və 

görürsən bəzən elə  gətirirdi ki, mən  əməlli-başlı 

hazırlaşmadığım imtahandan Mehdidən yüksək qiymət alırdım. 

Dəli olurdu Mehdi, cinlənib özündən çıxırdı, axı yaman 

yanağan idi... Bir dəfə  də yadımdadı, bir fəlsəfə müəllimimiz 

vardı, adı yadımdan çıxıb və başqa bir məşhur filosof Luppol 

da onunla düşmən idi... Həmin müəllimə imtahan verəndə 

Mehdi bunların  ədavətini bilirdi. İmtahan verəndə  nə isə 

dolaşdı, lazımınca cavab verə bilmədi və müəllim 

məzəmmətinə cavab olaraq: "Eto Luppol menya naputal (Məni 

Luppol çaşdırdı)U deyə cavab verdi. Luppolun imtahan 

verdiyimiz fənnə aid kitabını  nəzərdə tuturdu. Qoca müəllim 

başını buladı: Ne nado molodoy çelovek, ne nado, – dedi. 

Sonrakı illərdə Mehdiylə gah dalaşır, gah barışırdılar. Bir 

dəfə Mir Cəfər Bağırov Mehdiylə  Ənvərə neftçilər 

mövzusunda birlikdə ssenari yazmağı  təklif edib, hər ikisi 

birlikdə işləməkdən imtina ediblər: biz bir yerdə yaza bilmərik, 

– deyiblər. 

Bağırov: – Nə oldu, siz Marksla Engelsdən artıq oldunuz? – 

deyib – onlar bir yerdə yaza bilərdilər, siz yaza bilmirsiniz? 

Nə isə bu iş baş tutmayıb, amma bir neçə il sonra hər halda 

birlikdə bir əsər yazıblar – "Fətəli xan" filminin ssenarisini. 

Təəssüf ki, o illər bu film ekrana çıxmadı, siyasi səbəblərdən 

qadağan olundu. 

Ənvərlə Mehdinin araları da soyudu. Ənvər çox sonralar, 

Mehdi artıq dünyasını  dəyişəndən sonra və köhnə yaralar 

sağalandan sonra gülə-gülə deyirdi ki, Mehdi Yazıçılar 

İttifaqının bir iclasında mənim "And" kitabımı camaata 

göstərib: "Ay yoldaşlar, – deyirdi – bu boyda kitabda bir yerdə 

"kolxoz" sözü yoxdur". 

Ənvər Mehdiyə qarşı, Mehdi Ənvərə qarşı  mətbuatda da 

çıxış etmişdilər. Mehdinin çıxışı daha kəskin idi və Ənvər çox 

incimişdi. Yadımdadır, bundan bir az sonra – bacım Təranənin 

bir yaşı tamam olan gün – deməli, 1949-cu il mayın 9-da atam 


 276 

qonaqlıq düzəltmişdi və yazıçılardan da bir neçəsini dəvət 

etmişdi: Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, 

Sabit Rəhman, Cəfər Xəndan,  Əvəz Sadıq ailələriylə bu 

qonaqlıqdaydılar. Atam Mehdini də çağırmışdı. Bu, hələ  də 

Mehdiylə küsülü olan Ənvərçün xoşagəlməz bir sürpriz 

olmuşdu. Məclisdə,j  əlbəttə, bir şey deməmişdi, amma 

gedəndə, indiki kimi yadımdadır, bir az içmişdi və atama 

demədiyini (hər halda böyük qardaşı kimi aralarındakı pərdəni 

saxlayırdı) anama demişdi: liberalsınız. Mehdini çağırdıqları 

üçün liberal imişlər. Amma Ənvər insaflı  və obyektiv adam 

olduğu üçün Mehdinin müsbət keyfiyyətlərindən də danışardı. 

Bir dəfə yadımdadır, dedi ki, o vaxt Turan haqqında (Turan 

Cavid Həbibə xanımın uzun illər boyu ən yaxın rəfiqəsidir) 

Mehdidən xahiş elədim, radio komitəsində müavin işləyirdi, 

Turan işsiz idi, xahiş elədim və Mehdi onu işə götürdü, bu 

cəsarət tələb edirdi, axı o vaxt "xalq düşmənlərinin" ailələrinə 

hər hansı qayğı risk idi...  

Mehdiylə  qəribə zarafatları vardı. Daha doğrusu, Mehdi 

Ənvərin yumorunu heç cür qavraya bilmirdi və ona görə 

hirslənib  əsəbiləşirdi. "Bir dəfə Mehdiyə dedim ki, ay Mehdi, 

bu geçə yuxumda Maksim Qorkini görmüşəm və  mənə çox 

ağıllı, çox müdrik bir fikir söyləyib, səncə, mən bu fikri bir 

yerdə çap elətdirsəm, öz fikrim kimi qələmə verim, ya 

Qorkinin fikri kimi? Mehdi dəli olub özündən çıxırdı – Tbu nə 

sarsaq sözdür mənə deyirsən, mən nə bilim necə  qələmə 

verəsən, heç dəxli var?U Uğunub gedir. 

Uzun illər boyu Ənvərin öz həyatından, başqa hadisələrdən 

danışdığı epizodları bir-bir xatırlamaq, sapa düzmək, 

nizamlamaq çətindir, odur ki, assosiasiya, anımlar zəncirinin 

ucundan yapışıb yada düşənləri pərakəndə, dağınıq şəkildə olsa 

da, qələmə alıram.  İndi  Ənvərin söhbətləriylə  əlaqədar olaraq 

xatirimdə canlanan əhvalatlardan biri də  əlifba məsələsidir. 

Yəni latın  əlifbasından kiril əlifbasına faciəvi keçidlə bağlı 

söhbətlərdir. Bu keçid, doğrudan da, faciəvi keçid adlana bilər, 


 277 

əvvəla ona görə ki, neçə adamın taleyində  əsl faciəylə, ölüm-

itimlə  nəticələnmişdir. Daha önəmlisi bütün bir cəmiyyətə, 

bütün bir xalqa, ədəbiyyata, dilə vurulan ağır, sağalmaz zərbə 

idi... Bir müşahidəmi, – bəlkə  də, bu müşahidə bir az 

mübahisəli görünəcək – oxucuyla bölüşmək istəyirəm. Bizim 

nəsil gözünü açandan, daha doğrusu, oxumağa başlayandan, 

kiril əlifbasıyla oxumağa başlamışıq, bunu bir fakt kimi qəbul 

etmişik və ona görə latın  əlifbasının xiffətini o qədər də 

çəkməmişik, hər halda o illər.  İndi yaxşı ki, imkan düşüb, 

təzədən latına qayıdırıq və  mən bu bunu dəstəkləyənlərdən, 

alqışlayanlardan biriyəm. Amma hər halda bizim məktəb və 

universitet illərində bu barədə söhbət ola bilməzdi və bizim 50-

ci illərdə yalnız "Ö"-nun, "Ə"-nın, "E"-nin əlifbamızdan 

çıxarılmasına sevinirdik. Atamçün, anamçün, Ənvərçün, 

bibilərimçün (mən yalnız özümün müşahidə etdiyim şeylərdən 

danışa bilərəm, amma aydındır ki, o nəslin başqa ziyalılarının 

çoxu da eyni hissləri keçirirmiş) bəli, onlarçün latından kirilə 

keçmək bir faciə idi və bizim evdə bu faciədən 37-ci il 

müsibətindən sonra xalqımızın  ən böyük fəlakəti kimi 

danışılırdı. Mən bu barədə çox düşünmüşəm və mənə elə gəlir 

ki, o nəslin hadisəni bu qədər acılı-ağrılı yaşamasının səbəbi 

budur: latından kirilə keçidi – hər halda ilk mərhələdə – onlar 

yalnız  əlifbanın deyil, dilimizin, ədəbiyyatımızın da yox 

olması, sıradan çıxması  və deməli, tam bir ruslaşma kimi 

qavrayıblar.  Əlbəttə, belə olmadı  və ola da bilməzdi və belə 

olmamağın səbəbi də elə  həmin o nəslin yaradıcılığı,  əsərləri 

idi... Partiyanı, Stalini vəsf edirdilər, amma Azərbaycan dilində 

vəsf edirdilər və deməli, Azərbaycan  ədəbi dili yaşayırdı. Bu 

bəraəti deyil onların, bəraətə ehtiyacları da yoxdur, çünki 

yalnız ideyalı əsərlər deyil, lirik əsərlər, məhəbbət şerləri, tarixi 

mənzumələr, pyeslər də yaradırdılar və bu ədəbiyyatın estetik 

dəyərinə görə  ədəbiyyat adlana biləcək hissəsi həmişə 

yaşayacaq, hər hansı dövrün konüktür təsdiq, ya inkar 

həmlələrindən salamat çıxacaqdır. Amma təkrar edirəm, 


 278 

bütünlüklə bu ədəbiyyat olmasaydı, Azərbaycan dili ya aradan 

çıxar, ya da rus sözlərilə tanınmaz olacaq dərəcədə zibillənərdi. 

Bax buna görə  də  əlifbanın rus qrafikasına dəyişdirilməsini 

dilin,  ədəbiyyatın axırı kimi qavrayan o nəsil ziyalıları  həmin 

şokdan uzun illər çıxa bilməmişdilər. Hadisələrin mənə məlum 

olan gedişi isə bu cür olmuşdu: Azərbaycanın, sonra isə digər 

respublikaların latından kirilə keçməsi fikri Stalinin şeytan 

beynində doğulmuşdu və aydın bir məqsəd daşıyırdı – bizləri 

Türkiyədən ayırmaq, uzaqlaşdırmaq və ruslara yaxınlaşdırmaq, 

yəni son nəticədə (elə o nəsil ziyalılarının zənni bu baxımdan 

düz idi) ruslaşdırmaq. Yenə  də  Ənvərdən eşitdiyim bir xatirə. 

Ona da bu hadisəni gərək ki, Teymur Yaqubovun dilindən 

İsrafil Nəzərov danışıb. Deyir bir gün M.C.Bağırovla 

T.Yaqubov Moskvada olarkən Bağırov Stalinin qəbulundan 

çox həyəcanlı bir şəkildə çıxıb, "mən bir şey başa düşmürəm, 

yoldaş Stalin deyir ki, biz latından rus əlifbasına keçməliyik" – 

deyib. Bağırov bu sözləri deyərkən, Yaqubovun şəhadətinə 

görə  əlləri  əsirmiş  və  əlindəki kağız-kuğuzu yerə tökülüb 

səpələnib. Amma görünür, bu ani bir həyəcan imiş, çünki (bu 

fikri də mən Ənvərdən eşitmişəm) Bağırov elə bir adam idi ki, 

Stalinə fanatikcəsinə inanırdı və bir gün Stalin ona desəydi ki, 

kommunizmin təntənəsi üçün bütün Azərbaycan xalqını 

güllələmək lazımdır, bir an da tərəddüd etmədən bu əmri icra 

edərdi.  Əlbəttə, bu məsələdə  də  Ənvərlə mübahisə etmək 

olardı. Çünki Mir Cəfər Bağırovun Azərbaycan xalqı 

qarşısında bağışlanmaz cinayətləri, öz xalqına qarşı erməni 

enkevedeçilərinin  əliylə  cəllad kimi davranmasıyla bərabər, 

ikinci dünya müharibəsi vaxtı artıq həyata keçirilməsi 

tamamilə real olan bir planın – azərbaycanlıların da, başqa 

Qafqaz müsəlman xalqları kimi sürgün edilməsi planının 

qarşısını almaqda, hər halda Bağırovun xidməti var və bu 

məsələdə o riskə gedərək hətta Stalini belə niyyətindən döndərə 

bilmişdi. Nə isə, mətləbdən uzaq düşdüm. Bir sözlə, latından 

kirilə keçmək qərarı tamamiylə Stalin hökmüylə bağlı idi və 


 279 

Bağırov yalnız bu əmrin icraçısı idi. 

Xalq  şairi Mirvarid Dilbazi "Ədəbiyyat qəzeti"ndə (7 

dekabr, 1990) çap etdirdiyi "Kiril əlifbasını necə  qəbul etdik" 

adlı yazısında 1939-cu ilin fevralında Səməd Vurğun və 

Məmməd Ariflə birlikdə Moskvada olmalarından, orada 

Kalinin tərəfindən orden və medallarla təltif olunmalarından 

söz açır. Təltifin səhərisi günü Moskva universitetinin filoloji 

fakültəsində görüş zamanı onları qarşılayan rus alimi: – 

Məsləhət belədir ki, siz gərək kiril əlifbasına keçəsiniz, – 

deyib.  

"Səməd Vurğunla Məmməd Arif əvvəlcə ölü rəngi aldılar, 

sonra üzlərinə boğuq bir qızartı çökdü. İlk sözə Səməd Vurğun 

başlayıb dedi: – Bu mümkün deyil. Kiril əlifbasındakı bir çox 

səslər dilimizə uyğun deyil, biz gərək onların  əvəzinə başqa 

dillərdən hərflər götürək, həm kiril əlifbasına yamaq vuraq, 

həm də əlifbamızı yükləyək. İndi qəbul etdiyimiz latın əlifbası 

bizi təmin edir və bizim xalqdan bu haqda heç bir şikayət 

yoxsa, onu dəyişməyə nə ehtiyac var? 

Bir də bununla biz Orta Asiya xalqlarından ayrılıb təklənirik 

(o, "türkdilli xalqlar" demək istədi, ancaq dayandı)... Rus alimi 

dedi: "Siz bu işin "pioneri" olacaqsınız..." Məmməd Arif də 

xeyli tutarlı danışdı, ciddi səbəblər göstərib bu dəyişikliyin 

xalqımıza, mədəniyyətimizə böyük zərbə olacağını sübuta 

yetirdi. Deyilənlərin qarşısında söz tapmayan rus alimi dedi: – 

Mən sizi başa düşürəm, ancaq nə etmək olar, artıq qərar verilib. 

Bu Stalinin göstərişidir... 

...Səs Bakıya çatanda Stalinin adını eşidib qorxuya düşənlər 

bu  əlifbanı  tərifləməyə söz tapdılar,  əleyhinə olanlar isə öz 

cəzalarına çatdılar. Bu etirazın ilk qurbanı çox istedadlı  gənc 

şair Abdulla Faruq oldu. Onu Yazıçılar  İttifaqından xaric 

etdilər, heç yerdə  iş vermədilər, müharibə başlananda, ön 

sıraya döyüşə göndərdilər, orada məhv oldu. Abdulla Faruq 

Rəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı da 

Yazıçılar  İttifaqının sədrliyindən çıxardılar. Abdulla Faruqun 


 280 

bu faciəsi çoxlarına görk oldu". 

Mirvarid xanımın bu qiymətli  şəhadətinə anamdan 

eşitdiklərimi də  əlavə etmək istəyirəm. Deyildiyi kimi, o vaxt 

atam Yazıçılar İttifaqının sədri idi. Anam danışırdı ki, bir gün 

Rəsul evə Səmədlə gəldi. Üzlərinə baxanda ürəyim düşdü, ikisi 

də bir haldaydı ki, çırtma vursan, sifətlərindən qan damardı. 

Bağırovun yanından gəlirlərmiş, Bağırov bunları  əlifba 

məsələsi üçün çağırıbmış. Qabaqlarına yemək qoydum, içki 

istədilər, içdilər və  dərdləşməyə başladılar. Bağırov deyib ki, 

rus əlifbasına keçirik, özü də burda daha heç o yan – bu yan ola 

bilməz, bu şəxsən Stalin yoldaşın göstərişidir. Bu qorxunc 

sözlərə baxmayaraq etiraz etməyə çalışıblar "axı ermənilər, 

gürcülər öz əlifbalarından əl çəkmirlər" – deyiblər. Bağırov: – 

"Yaxın zamanlarda onlar da rus əlifbasına keçəcəklər, – deyib, 

– Stalin yoldaşın fikri budur ki, bütün sovet xalqları eyni 

əlifbadan istifadə etməlidirlər".  İçdilər, dərdləşdilər, artıq 

neyləyə bilərdilər ki, yazıqlar...". 

Əhvalatın dalını Ənvərin dilindən eşitmişdim: "Faruq mənə 

dedi ki, mən bu əlifbanın dəyişdirilməsini səhv hərəkət hesab 

edirəm, bu Bağırovun işidir, ona məktub yazacam. Dedim 

yazma, bu Bağırovun işi deyil, Stalindən gələn məsələdir. 

Faruq qulaq asmadı, yazdı. Məktubu Bağırova çatan kimi tufan 

qopdu. Bağırovun bir xasiyyəti vardı, bir kəs bir iş tutan kimi, 

o saat deyirdi ki, bu tək sənin işin deyil, sənin dalında hansısa 

bir qrup, bir təşkilat dayanıb və bu hazırlanmış bir təxribatdır. 

Bəli, o saat zirək xəbərçilər Bağırova çatdırdılar ki, bəs Faruq 

Rəsul Rzanın qohumudur və Rəsul da Yazıçılar İttifaqının sədri 

olduğu üçün bu məsələni o təşkil edib". 

Yadımdadır, atam da danışardı ki, bir gün Bağırov məni 

çağırdı, gözündən, ağzından od tökülürdü, mən də  hələ başa 

düşmürdüm ki, niyə  qəzəbə keçmişəm, çünki Faruqun 

məktubundan xəbərim yoxdu, məsələ açılanda, deyəndə ki, 

Faruqu sən öyrətmisən, sənin qohumundur, cavab verdim ki, 

bəyəm siz öz qohumlarınızın hər bir hərəkəti üçün 


 281 

cavabdehsiniz? Daha da özündən çıxdı: – "Mən bax bu əlimlə 

öz qohumlarımı güllələmişəm" – dedi. Atamın dilindən bu 

əhvalatı mən məhz bu cür eşitmişəm. Bu söhbətdə bəzi başqa 

yazıçılar da iştirak edirmiş  və bu yaxınlarda həmin  əhvalatı 

Mirzə İbrahimov da xatırladı. 



"7 gün" (18 iyul, 1992) qəzetində  dərc olunmuş 

müsahibəsində Mirzə  İbrahimov müxbirin sualına cavab 

verərək deyir: "Rəsul Rza onun (Mir Cəfər Bağırovun – A.) 

kəskin iradlarına qarşı çıxırdı, sualına iti cavablar verirdi. Bir 

dəfə  yığıncaqların birində Bağırovun Məmmədxanlı  nəslinə 

qarşı  işlətdiyi ifadəyə görə  Rəsul: "Sən get, öz bacının 

(Qubada yaşayan bacısı həmişə ona qarşı çıxırdı, o isə bundan 

qorxardı) cilovunu yığ" – dedi. Ancaq əksər  şair və yazıçılar 

tənqid olunanda sakit dururdular"

Mirzə müəllimin yaddaşına inansam və hörmət etsəm də, 

məncə, bu xatirələrində mübaliğə var. Əvvəla, Azərbaycanda 

gərək ki, Ordubadidən və Mirqasımovdan başqa heç kəs 

Bağırova "sən" demirdi. Hətta Üzeyir bəy də ona "siz" 

deyirmiş. Yaşca çox cavan olan atam da təbii ki, ona "sən" 

deməzdi və belə kobud şəkildə ("Get öz bacının cilovunu yığ") 

cavab qaytarmazdı... Ola bilməyən şeylə indi qürurlanmağın nə 

mənası var? Doğrudur, bəzən elə  şeylər oxuyursan ki, mat 

qalırsan. Bağırovun nəinki özündən, hətta katibəsindən, 

sürücüsündən də oddan qorxan kimi qorxanlardan birisi: "Sözü 

şax deyirdim Bağırovun üzünə, qalırdı mal kimi baxa-baxa" – 

deyəndə adamın gülməkdən başqa  əlacı qalmır.  İstəmirəm ki, 

atamla Bağırovun münasibətlərində  də belə ifratlara, hətta 

xeyirxahlıqla olan ifratlara yol verilsin, amma bununla bərabər, 

onu da ədalət naminə deməliyəm ki, bütün o dövrdəki 

adamların  şəhadətlərinə görə Bağırovla  ən sərt,  ən cəsarətli 

danışan bir neçə adamdan biri Rəsul Rza idi və Bağırovun 

qohumları haqqında qaytardığı cavab da olmuş hadisədir; 

intəhası, belə kobud şəkildə olmamışdı bu sözlər. Hər nə isə bir 

elə bu ötkəm cavab bəs idi ki, atamın necə deyərlər, kitabı 


 282 

bağlansın. Onu dərhal Yazıçılar  İttifaqının sədrliyindən 

çıxardılar, adını  hər yerdə qaralamağa başladılar. Özü də  tək 

onu yox, anamı,  Ənvəri də qara siyahılara saldılar,  əleyhinə 

kampaniya məqalələr təşkil olundu. O vaxt Moskvada keçirilən 

Azərbaycan  ədəbiyyatı dekadasına gedənlərin siyahısından 

nəinki atamın adını pozmuşdular, kitablarını  çıxarmışdılar, 

hətta onun adını belə hər yerdən silirdilər. Özü də bunu qəsdən 

elə sadist şəkillərdə edirdilər ki, adam nəinki "yuxarıdakıların", 

həm də onların aşağılardakı buyruq qullarının qəddarlığına 

təəccüb edir. O vaxt "Azərnəşr"də  işləyən bibim Surə 

Məmmədxanlıya, məhz ona tapşırmışdılar ki, dekada 

münasibətilə Moskvaya göndərilən bütün kitablardan Rəsul 

Rzanın adını pozsun. Göz yaşları içində bu işdən imtina edən 

bibimin nələr çəkdiyini təsəvvür etmək çətin deyil... Kamal  

Abdullayevlə  apardığı  son  söhbətində  Ənvər  də o  günləri  

xatırlayır:  Bağırov onu  (Faruqu – A.) tutdurmadı, halbuki, 

tutdura bilərdi (səbəb, məncə, Bağırovun rəhmdilliyi deyil, 37-

ci il qırğınından sonra tutulma, sürgün və  qətl planlarının 

doldurulması  və 39-cu ildə bu repressiyalar kampaniyasının 

butün ölkədə dayandırılması idi – A.). Amma başladı ki, yox, 

səni öyrədiblər, Yazıçılar İttifaqında öyrədiblər. Elə sənə Rəsul 

Rzanın qohumluğu da çatır. Bütün Yazıçılar  İttifaqını 

darmadağın elədi. Bir-bir adamları çağırırdı. O vaxt mən o 

adamların içində, düzdü, olmamışam. Səməd Vurğunu, Rəsul 

Rzanı, başqalarını, hamısını... İçəri girən kimi də soruşarmış ki: 

"Kakoy on poet?" (Yəni Faruq – A.) Məsələn, Səməd nə bilsin 

ki, hadisədən xəbəri yoxdu. Deyib ki, "tovariş Baqirov, 

rastuşiy, xoroşiy poet".  

–"A... rastuşiy, xoroşiy poet??! Otur!". Bir nəfər, adını 

demirəm kimdir, nə  təhər olubsa, hiss eləyib ki, bu nə 

məsələdi. İçəri girən kimi bundan da soruşub ki, rusca soruşub 

yenə: "po tvoemu, kakoy poet Faruk?". O da deyib ki, "eto –  

provokator, ne poet". Bağırov deyib: "Vot bolğşevik". 

Ənvərin bu xatirəsinə mən ancaq onu əlavə edə bilərəm ki, 


 283 

Faruqu provokator adlandıran adamı atamın yerinə Yazıçılar 

İttifaqına sədr göndərdilər...  

Ənvər Faruqla yaxın dost imişlər və danışırdı ki, bu 

hadisələrdən sonra "Faruq hər gecə bizə  gələrdi. O 

İçərişəhərdəki evimə. Və bir nəfər də var, o da gələrdi və mən 

də bilirdim ki, bu adam söz almağa gəlir. 

Bu adam da hər dəfə  məndən soruşardı:  Ənvər, sən necə 

baxırsan bu əlifba məsələsinə? Mən deyir bu adamın nə 

yuvanın quşu olduğunu bilirdim, odur ki, buna ehtiyatla cavab 

verməyə çalışırdım, amma mən ağzımı açmamış Faruq ortalığa 

atılırdı ki, çox pis baxıram bu əlifbanın dəyişdirilməsinə, bu 

böyük səhvdir, düz hərəkət deyil. Bu adam yenə  məndən 

soruşurdu ki, Ənvər, sən necə baxırsan, mən də yenə sözü 

dəyişərək ehtiyatla cavab vermək istəyirdim, Faruq yenə  

atılırdı ortalığa: mən çox pis baxıram – filan... Axırda bu 

adamın hövsələsi çatmadı, qayıtdı Faruqa ki, əşi səni bilirik e, 

sən bilirik ki, pis baxırsan, bu hamıya məlumdur, mən bu 

kişinin fikrini bilmək istəyirəm ki, bu necə baxır". (1993-cü 

ildə yazdığım bu yazıya düz on il sonra – 2003-cü ildə  əlimə 

keçmiş bir sənəddən bəzi faktları əlavə etmək istəyirəm. NKVD  

arxivindən alınmış bu sənədlərlə  məni tədqiqatçı-alim Solmaz 

xanım Rüstəmova Tohidi tanış etmişdir. Solmaz xanıma dərin  

təşəkkürümü bildirərək 1939-cu ilə aid olan və o vaxtın Daxili 

İşlər Xalq Komissarı Yemelyanov və komisarlığın  əməkdaşı 

kapitan Qriqoryan tərəfindən imzalanmış  sənəd Azərbaycan 

ziyalılarının latından kirilə keçmək məsələsinə münasibətlərini 

infarmatorların gizli danossları  əsasında  əks etdirir. Həyatım 

ağrıyır yazımın bu qismi ilə birbaşa əlaqəsi olduğu üçün həmin 

sənəddən üç sitat verirəm:  

Yazıçı  Məmmədxanlı deyirmiş: biz kiçik millətik və  əlifba 

vasitəsilə bizi ruslaşdırmaq istəyirlər.  

Məlumat var ki, ikinci ordeni alandan sonra Moskvadan 

qayıdan Səməd Vurğun və  şair Rəsulov Rza (sənəddə belə 

yazılıb – A.) yeni əlifbaya keçmənin  əleyhinə  kəskin  şəkildə 


 284 

danışırlarmış. 

Şair  Əfəndiyev Abdulla Faruq deyirmiş: Mən yeni əlifbaya 

keçmənin  əleyhinə  çıxış etmək istəyirdim, amma Rəsul Rza 

bunu məsləhət görmədi. İndi mən yalnız neytral tamaşaçı kimi 

qalıram). 

Çox illər sonra Ənvər bunu gülə-gülə danışardı, amma o 

illər nəinki evinin içinə çuğul, "yonca" göndərir, hətta çöl 

qapısının ağzında da güdükçülər qoyurmuşlar. – "Day lap 

canım boğazıma yığılmışdı, bir gecə bir az dəm gəlmişdim, 

gördüm yenə qapımın ağzında qaraltı hərlənir, kefliliyimə salıb 

bunun ayağını elə basdaladım ki, çığırtısı  ərşə qalxdı. O illər 

NKVD məni də, Rəsulu da yaman hərləyirdi. Bir nəfər işçisi 

vardı oranın, eşitdim ki, bir yerdə deyib, Rəsulla  Ənvər çox 

məğrurdurlar, çox lovğadırlar, eyb etməz, yaxın vaxtlarda 

salarıq bura, padvallarımızda çox tez yumşalarlar". 

Taleyin hansı qismətiylə onlar salamat çıxmışdılar? Hansı 

təsadüflərin, Bağırovun hansı damarının sayəsində  məhv 

olmamışdılar, kim bilir? Axı atamın başında bu əlifba 

məsələsindən başqa anamın, Nigar Rəfibəylinin – Gəncə 

qubernatoru Xudadat bəyin qızı və Türkiyəyə qaçmış Kamilin 

bacısı, doqquz dəfə sürgün olunmuş  Rəfibəylilər nəslinin 

nümayəndəsi Nigarın təhlükəsi də Domokl qılıncı kimi 

asılmışdı. 

Ənvərin başının üstündə asılmış Domokl qılıncı isə – atası 

Qəffar idi. Müsavatın Göyçaydakı təmsilçilərindən olan, ömrü 

boyu Şura hökumətinə düşmən kəsilmiş, neçə illər türmələrdə, 

Sibir sürgünlərində olmuş və ömrünün son beş ilini gizlənmiş, 

hökumət tərəfindən axtarılan qaçaq kimi yaşamış Qəffar əmi... 

11 avqust 1991-ci il Buzovna bağındakı söhbətin (Arifə, 

Həbibə, Anar) lent yazısından fraqmentlər: 

ANAR. Atanızın tutulan günü yadınıza gəlir? Nə cür olub, 

neçənci ildə? 

HƏBİBƏ. 28-ci ildə. 

ANAR. Göyçayda, Bakıda? 



 285 

HƏBİBƏ. Göyçayda. 

ARİFƏ. Mənim yadıma gəlmir. Həbibə, o qədər tutulmuşdu 

ki, hansı yadındadı? Heç biz onu evdə görürdük ki? 

HƏBİBƏ. Gəldilər, iki kişi idi. Bu da onlarla getdi. Mən də 

başa düşmürdüm kimdirlər... Həyətdə oynayırdım, sonra evə 

gəldim, gördüm yazıq cicim (anaları İmmi xala – A.) ağlayır. 

ANAR. İlk dəfə onda tutulmuşdu? 

HƏBİBƏ. Hə. Dörd il qaldı. 

ANAR. Dörd il qaldı, sonra buraxdılar? Məhkəmə-zad oldu, 

yoxsa elə-belə? 

HƏBİBƏ. Vallah, məhkəmə olmuşdu deyəsən, çünki əvvəl 

dedilər burda o Sentralnı türmə deyirdilər, indi şirniyyat 

fabrikidi – nədi, Kömür meydanının yanında, bax orda türmə 

vardı, ordaydılar. Bir il orda qaldı, sonra Rusiyaya, Sibirə 

sürgün elədilər. Ordan göndərdiyi  şəklini yaxınlarda tapdım, 

şəklin dalında əski əlifbayla yazıb... 

ARİFƏ. Qəşəng xətti vardı. Rusca da, əski  əlifbayla da... 

Yadında, Həbibə, xəz paltosu vardı. Özü də elə yaraşırdı ona 

ki,  axı çox  qəşəng, yaraşıqlı  kişi  idi.  Ucaboylu...  Hə  o  xəz 

paltosu. Deyirdi Sibirdə bu məni qurtardı... Sibirin 

şaxtasından... 

ANAR. Sibirdə neçə il olub? 

ARİFƏ. Sibirdə üç il olub... 

HƏBİBƏ. Talesiz adam idi də... 

ARİFƏ. Eh Anar, yaxşısı budur, bizim keçmişimizi 

tərpətmə. Mənə elə  gəlir bizim ailə  qədər zülm çəkən ailə 

olmayıb. 

ANAR. Deməli, Sibirdən 31-ci ildə  gəldi, yaxşı  bəs 

haçandan sonra qeyri-leqal vəziyyətə keçdi, gizlənməyə 

başladı?  

HƏBİBƏ. 37-ci ildən sonra... Bir nəfər gəldi... 

Mahmudbəyov. Dedi ki, NKVD-dən bir adam çıxıb, deyib ki, 

məcbur oldum, protokola qol çəkmişəm, pokazanya vermişəm. 

Qafar gedəcək, tutacaqlar Qafarı. Daha nə protokoldu, nə 


 286 

pokazaniyadı, bilmirəm. Hər halda əmim bunu eşidən kimi 

yığışdı getməyə. Elə evdən təzəcə getmişdi ki, qapımız 

döyüldü, gəldilər ordan. Yadında deyil, Arifə? 

ARİFƏ. Yox.  

HƏBİBƏ. Çamadanını  yığışdırmışdı, amma aparmağa 

macal eləməmişdi, evdə qalmışdı, cijim çamadanın üstünə  nə 

isə atdı, yorğan idi, adyal idi, nə idi... 

ARİFƏ. Ümumiyyətlə, çox qoçaq idi, hər  şeyi hiss edirdi, 

hamısından da vaxtında qaçırdı, aradan çıxırdı, heç cür onu ələ 

gətirə bilmirdilər. 

ANAR. Neçənci ildə rəhmətə gedib, 42-də? 

HƏBİBƏ. Hə. 

ANAR. Demək beş il gizlənib. 

ARİFƏ. Hə. Beş il. 

ANAR. Bəs sizi incitmirdilər, çağırıb soruşmurdular, 

hardadır bu? 

HƏBİBƏ. Eh, nə qədər... 

ARİFƏ. Məni o qədər incidiblər ki, onun üstündə. 

ANAR. Nə deyirdilər? 

ARİFƏ. Ay Anar, sən Allah demə, qurban olum sənə, 

ağlamaq tutur məni... 

ANAR. Soruşurdular ki, hardadır? 

ARİFƏ. Üçüncü kursda oxuyurdum onda... Gəldi bir nəfər, 

dedi ki, NKVD-dən gəlmişəm, Kasparov, indi də yadımdadır 

familiyası...  

ANAR. Erməni idi? 

ARİFƏ. Hə. Ki bəs mənim səninlə  işim var, idarəmiz 

Şaumyan küçəsindədir.  İndi də ordan keçəndə o bina yadıma 

düşür. Qoydu məni maşına apardı, dedi, amma bunu heç kəs 

bilməməlidir, evdə heç anan da bilməməlidir, heç kəsə 

deməməlisən bunu. Mən də nə başa düşürdüm, üçüncü kursda 

oxuyurdum o vaxt. Getdim bununla, Kasparov – familiyası 

yadımdadı, adı yadımda deyil köpək oğlunun, amma vidi bütün 

yadımdadır – uzun kişi idi, arıq. O pilləkənləri Allah heç kəsə 


 287 

göstərməsin, o binanın içi, orda... 

ANAR. İndiki KQB-nin binasıdı? 

ARİFƏ. Yox, yox. Bu, bilirsən hardadı, o qabaq Şaumyan 

küçəsi vardı e, indi Azərbaycan prospektidir, dəniz tərəfə 

gedəndə sağ  tərəfdə... köhnə binadı...  İndi də ordan keçəndə 

ətim ürpəşir. Onun pilləkənlərini Allah heç kəsə göstərməsin, 

dəmirdən bax belə tor çəkmişdilər, yadımdadır, enli pilləkənlər 

idi... 

HƏBİBƏ. Dustaqlar ordan özlərini atmasınlar deyə setka 



çəkmişdilər. 

ARİFƏ. Hə, girdik uzun, dar koridora, onunla, apardı, dedi 

ki, bax bura mənim kabinetimdir, havaxt istəsən, gələ bilərsən. 

Elə şirin dillə danışırdi ki, heç kobudluq eləmirdi. Soruşdu ki, 

atan hardadır sənin? Dedim bilmirəm, atamla əlaqəmiz yoxdu. 

Dedi, yox, ola bilməz, heç ola bilməz, siz atanızın yerini 

bilmiyəsiniz? Dedim, bilmirəm. Bəs siz nə təhər dolanırsınız? 

Dedim bizi qardaşımız dolandırır, onun himayəsindəyik, 

atamızı heç, dedim uşaq vaxtımızdan görməmişik, həmişə 

qaçaq olub. Yox, dedi, sən bizə atanızın yerini deməlisən, sən 

bizə kömək eləməlisən bu barədə. Biz səni yaxşı  işə  də 

düzəldərik, bilirik vəziyyətiniz ağırdır. Müharibə vaxtı idi də... 

Hə, deyirdi, müharibə vaxtıdı, ailə  vəziyyətiniz ağırdır, 

qardaşların da cəbhədədir, anan işləmir, biz sizə  şərait 

yaradacayıq, səni işə düzəldərik. Dedim, yox, mən hələ 

oxuyuram. Eybi yoxdur, dedi, dərsdən sonra gələrsən gündə iki 

saat, çox yox, iki saat, iş verəcəyik, işləyəcəksən, yaxşı pul 

verəcəyik, maaş verəcəyik, bu maaşla bütün ailəniz dolana 

bilər. Hə, get fikirləş, səhər yenə gələrsən. Get, yaxşı fikirləş, 

sənə çox yaxşı kömək edəcəyik... 

HƏBİBƏ. Oy, o günlər getsin, gəlməsin. Bunu bir saat o 

erməni danışdırırdı, mən də o binanın yanında dolanırdım, ay 

Allah, çıxacaq, çıxmayacaq, bunu saxlasalar, mən gedib cijimə 

nə deyim, deyim ki, qızı saxladılar? Dəhşətli illər idi. 

ARİFƏ. Məni də qorxudurdular ki, bax məbadə evdə 


 288 

deyəsən. 

HƏBİBƏ. Bilirdilər ki, qorxaqsan, ona görə qorxudurdular 

(gülüş). Məni bir dəfə çağırdı, Quran haqqı, mənə  də  həmin 

şeyləri dedi, nə bilim, belə savadlı adamlara ehtiyacımız var, 

filan-peşməkan. 

ARİFƏ. Həbibə, heç qorxub eləmirdim onda. İndi danışıram 

belə hala düşürəm, yoxsa o vaxt qorxub eləmirdim.  

ANAR. Səndən də atanın yerini soruşurdu? 

HƏBİBƏ.  Əlbəttə. Filandı, peşməkandı, atanın yerini 

bilməmiş deyilsən. 

ANAR. Həmin adam idi səni də dindirən? 

HƏBİBƏ. Yox, başqası idi. 

ANAR. O da erməni idi? 

HƏBİBƏ. Yox, rus idi. 

ARİFƏ. O Kasparov indi də gözümün qabağındadı mənim. 

Uzun kişi idi, arıq. Bir də o dəmir pilləkənlər yadımdadır. 

Dəmirdən setka çəkmişdilər. Dar, qaranlıq koridorlar idi. 

ANAR. Həbibə, yaxşı, sən nə dedin? 

HƏBİBƏ. Gördüm çox darıxıram, axı  mən çox danışa 

bilmirəm, mübahisə eləyə bilmirəm. Axırda qayıtdım ki, 

demirəm. Atamın yerini demirəm. Dedi mənə ki, o sözü bir də 

de. Dedim deyirəm: demirəm. Deyirəm ki, bilmirəm, elə hey 

deyirsiz ki, bilməmiş deyilsən, filan. Deyirəm axı bilmirəm. 

ANAR. Dedin demirəm, sonra nə oldu? 

HƏBİBƏ. Heç nə, dedi: çıx get... Ona görə dua eləyirdim, 

ay Allah, qoy Arifəni yox, məni çağırsınlar. Çünki bu əsirdi o 

saat, bir hala düşürdü, gəl görəsən. 

ARİFƏ. Yox əşi, heç eynimə deyildi... 

HƏBİBƏ. Müsibətli günlər keçirmişik, çox fikirləşəndə 

deyirəm, yazıq cijim, nə bədbəxt adam idi...  

ANAR. Bir yandan baxanda da gör nə qədər aciz idarədir ki, 

izinə düşüb tapa bilmirdilər, sizin yaxanızdan yapışırdılar... 

ARİFƏ. Hə  də. Axmaqlığa bax ki, yapışıblar qızından ki, 

atanın yerini de, tutaq onu basaq dama, ya öldürək. Heç qız 


 289 

atasının yerini deyər? Lap bilsə  də... Özü də azərbaycanlı 

olsun. Atamın yerini doğrudan da bilmirdim, amma bilsəydim 

də heç deyərdim? Öldürsələr də deməzdim. 

ANAR. Demək yerini siz də bilmirdiniz? 

HƏBİBƏ.  Əlbəttə yox, yerini tez-tez dəyişirdi, on gündən, 

bir həftədən çox bir yerdə qalmırdı... 

ANAR. Bəs heç görüşmürdüz? 

HƏBİBƏ. Xəbər göndərirdi qabaqcadan, gedirdik filan 

saatda, filan poyezdin vaxtında vağzala. Qatardan düşürdü, 

orda görüşürdük bir saat, elə  həmin qatara da minib gedirdi, 

bax bizim görüşməyimiz bu olurdu. 

ANAR. Bəs nə cür xəbər eləyirdi sizə ki, gələsiz? 

ARİFƏ. Vallah, bax o yadımda deyil. 

HƏBİBƏ. Dostlarının vasitəsilə... 

ARİFƏ. Hə. Düzdü, dostları. O vaxt telefon yox, teleqraf 

vura bilməzdi, amma deyirdi, məsələn, bu gecə saat on ikidə 

filan qatar çatır Bakıya, demək gəlir. Gedirdik orda 

görüşürdük. Risk eləyirdi də  əmim o vaxt. Yadımdadı, 

vağzalda görüşəndə yazıq cijim deyirdi ki, indi gəlib səni 

tutarlar, axı axtarırlar səni, deyirdi heç nə olmaz. Qorxmurdu, 

heç nədən qorxmurdu... Hə, biznən görüşürdü orda, bir az o 

yandan-bu yandan danışırdıq, yenə poyezdə minirdi, çıxıb 

gedirdi.  

ANAR. Nə əcəb izinə düşə bilməyiblər? 

ARİFƏ. Nə  təhərdisə, elə bil tilsimli idi. Yaxşı dostları 

vardı. O dostu vardı e, Həbibə... Ağahəsən. 

HƏBİBƏ. Yaman dost idilər. 

ARİFƏ. Basqallıydı da o? 

HƏBİBƏ. Hə. Ağacına söykənə-söykənə  gələrdi bizi 

yoxlamağa, nə var, nə yox,... necəsiz, necə dolanırsız... Hər 

dəfə  də deyirdi ki, mən Qəffardan sonra yaşaya bilməyəcəm. 

Doğrudan da, əmimin ölümündən bir il keçmədi, yazıq kişi də 

öldü. Yaman fikir eləyirdi.  

ARİFƏ. Arvadı da çox qoçaq idi. Onlar saxlayırdı əmimi... 


 290 

Mustafa Sübhidə olurdular. Bakıya gələndə  əmim bəzən 

onlarda qalırdı, çox yox, bir saat, iki saat o evdə qalırdı, 

gecədən də ordan gedirdi. Əsasən, Gürcüstanda, Tiflisdə 

gizlənirdi. Burda dostları vardı, amma Gürcüstanda daha çox 

dostu vardı, özü də belə çox mərd, qoçaq dostları vardı. 

ANAR. Azərbaycanlılar idi də Gürcüstanda? 

ARİFƏ. Hə. Tiflisin özündə  də yox, əsasən,  şəhərdən 

kənarlarda gizlənirmiş. Amma o vaxtdan ki, iyirminci illərdən 

onu tutmağa, təqib etməyə başladılar, mənim həmişə o söhbəti 

yadımdadır ki, deyərdi cijimə, mən burda qalmayacam. 

Mənimki bu hökumətlə tutmaz, narazıyam bu hökumətdən, çox 

narazıyam, cijimə deyirdi, gəl çıxaq gedək Tiflisə, ordan da 

keçək Türkiyəyə, mənim yaxın dostlarım var, mənə deyirlər ki, 

havaxt gətirirsən gətir ailəni, bir həftənin içində səni keçirdərik 

ailənlə Türkiyəyə. Bax o da onun ürəyində qaldı yazığın. Cijim 

deyirdi ki, mən dünyasında getmərəm, getsəm mən ancaq 

Bakıya köçərəm Göyçaydan, çünki mənim bacım, qardaşım 

Bakıdadılar. 

ANAR. Bakıya haçan köçdünüz?   

ARİFƏ. Otuz birdə. 

ANAR. Ənvər əvvəldən gəlmişdi də... 

ARİFƏ. Hə, o çoxdan, on üç yaşından evdən çıxmışdı... 

ANAR. Nəyə görə  təqib edirdilər axı  Qəffar  əmini, 

Müsavatın üzvü olduğuna görə? 

ARİFƏ. Ancaq ona görə. Müsavat partiyasının üzvü idi. 

ANAR. Abbas Zamanov deyirmiş ki, Müsavatın Göyçayda 

lideri olub... 

ARİFƏ. Yox lider–filan olmayıb, amma Müsavat 

partiyasının üzvü olub. Həm də müsavat vaxtı Göyçayın 

pristavı olub. Deyəsən, Göyçayın, Ucarın. 

HƏBİBƏ. Bizim Göyçayda evimiz belə idi, bir otağın qapısı 

ümumi yoldan deyildi, qonaq otağının. Bax o otağa yığılardılar 

Göyçaydakı müsavatçılar, nəsə orda söhbətləri olardı.  

ANAR. Sovet vaxtı? 


 291 

ARİFƏ. Hə. Nə söhbət eləyirdilər, bizim xəbərimiz olmurdu. 

HƏBİBƏ.  Şura vaxtı  əmimlə  bərabər Göyçayda bir neçə 

adam da tutuldu, müsavatçılar, yadında?  

ARİFƏ. Hə. 

HƏBİBƏ. O vaxt bizim evdə  yığışanda heç kəsi 

buraxmazdılar. Amma yadıma gəlir,  əmim deyirdi, yaxşı ki, 

Məmməd Əminin əlyazmasını qurtarıb saxlaya bildim. Hansısa 

əlyazmasını gizlədib keçirdibmiş. 

ANAR. Bəlkə, söhbət "Əsrimizin Səyavuşundan" gedir? 

Axı Məmməd Əmin bu əsərini Lahıcda yazıb – Göyçaya yaxın 

bir yerdə... 

HƏBİBƏ. Bilmirəm, bu barədə heç nə deyə bilmərəm, 

amma o sözü yaxşı yadımdadır, deyərdi ki, Məmməd  Əminin 

əlyazmasını qurtarıb saxlaya bildim... 

ARİFƏ. Yaxşı mütaliəsi vardı  əmimin, rusca, farsca 

bilirdi...Tolstoyu çox sevirdi... 

HƏBİBƏ. Mənə  həmişə deyirdi ki, sistemlə oxumursan. 

Mütaliən düz deyil. Mən Tolstoyun "Voskresenye"sini 

oxumuşdum, xoşuma gəlməmişdi. Dedim ki, çox axmaq şeydi, 

acığım gəldi. Dedi ki, bu kitabı nahaq oxumusan, o hələ sənin 

yaşına uyğun deyil. Amma hər halda oxumusansa, gərək bir 

nəticə çıxardaydın. 

ANAR. O cür həyatla – siyasət, qaçqınlıq, gizlənmək-filan, 

hələ ədəbiyyata meyli, marağı da vardı? 

ARİFƏ. "Ovod"u qatarda oxumuşdu, deyirdi özümü güclə 

saxladım. Deyirdi qatarda neçə sutka yol gedirdim, hara 

gedirmiş bilmirəm, "Ovod"u oxudum, o qədər mənə təsir elədi 

ki. Günü qatarlarda keçirdi də. 

HƏBİBƏ. Bir dəfə mən ona dedim ki, bəsdir də, gəl, qayıt 

nə  qədər orda-burda yaşayacaqsan? Yazıq dedi ki, mənim 

ömrüm çarxların üstündə keçdi... 

ANAR. Neçə yaşında rəhmətə gedib? 

HƏBİBƏ. Əlli dörd idi də... 

ANAR. Demək "Müsavat"da lap cavan vaxtlarında olub da... 


 292 

ARİFƏ. Hə, lap cavan vaxtı idi. Deyirəm də, biz də  uşaq 

idik o vaxtlar, onu təqib edirdilər. 

HƏBİBƏ. Həyatı olmadı yazığın... 

ARİFƏ. Bir dəfə cijimə qayıtdı ki, qırx bir yaşım var 

mənim, bütün qardaşlarım qırx bir yaşında ölüblər. Üç qardaşı 

qırx bir yaşında ölüb. Bütün vəsiyyətini elədi ki, bəs mənim də 

vaxtım çatıb. 

HƏBİBƏ.  Bax  ən  böyük  qardaşları  Mahmud   əmimiz 41 

yaşında ölüb, xərçəngdən. 

ANAR. O Şura hökumətindən əvvəl ölüb də?.. 

HƏBİBƏ. Hə. Ədil əmimiz vərəmdən ölüb... O da qırx bir 

yaşında,  Şura hökumətindən  əvvəl,  İbrahim  əmimiz də 

sətəlcəmdən, 15-ci ildə. Uçü də  qırx iki yaşına keçəndə... 

İbrahimi, sənin babanı yaman çox istəyirdi. Kiçik qardaşı 

Hidayət əmimlə tamamilə əks xasiyyətdə adamlar idilər.  

ARİFƏ. Hidayət  əmi, nə  təhər deyərlər, belə kefcil, 

zarafatcıl, yumşaq, bir az da qorxaq. Amma bu onun tamam 

əksinə, elə bil heç qardaş deyildilər. Amma Hidayət  əmim də 

ondan çəkinirdi, yadında, Həbibə, içəri girən kimi özünü 

yığışdırırdı. 

HƏBİBƏ. Bir dəfə Hidayət  əmimə dedi ki, Allah İbrahimi 

aldı  mənim  əlimdən, səni saxladı. Cijim dedi ki, niyə elə 

deyirsən, dedi bəs,  İbrahimlə  mənim başqa cür dostluğum 

vardı. Mən, – dedi, – bəlkə ayrı bir yola düşərdim  İbrahim 

olmasaydı. Bir dəfə deyir, kazinoda idim, qumar oynayırdım, 

oturmuşdum, cavan vaxtlarımda, hələ evlənməmişdim, birdən 

deyir qapı açıldı,  İbrahim içəri girdi, əlində  də onun həmişə 

əsası olurdu, deyir heç nə demədi, gəldi o əsayla mənim 

kürəyimdən vurdu. 

ANAR. Yaş fərqləri çox idi bunların? 

HƏBİBƏ. Vallah, onu deyə bilmərəm. 

(Özüm öz sualıma cavab verirəm: Babam İbrahim 15-ci ildə 

41 yaşında ölübsə, Qəffar  əmi də 42-ci ildə 54 yaşında vəfat 

edibsə, deməli, aralarında 14 yaş fərq varmış). 


 293 

HƏBİBƏ. Hə, deyir İbrahim vurdu məni, çıxdı getdi evə. 

Mən də  gəldim evə, üzümə baxmadı, Məryəm deyir nə  qədər 

elədi ki, Qəffar gəlib-filan, guya heç eşitmir. Bir-iki gün 

danışmadı  mənimlə... Kazinonu o atan oldum. İbrahimin bu 

hərəkəti olmasaydı, bəlkə  mən də Hidayət kimi içkiyə 

qurşanardım. 

ARİFƏ. Qardaşlarının içində hamısından çox İbrahimi 

istəyirdi. (Beş qardaş olublar – A.). 

ANAR. İmmi xalayla harda tanış olublar. İbrahim babamla 

Məryəm nənəm evlənəndən sonra, hə? 

HƏBİBƏ. Hə, onlar evlənəndən sonra. Xalam yazığa 

həmişə deyərdim ki, özün getdin, gördün Məmmədxanlılar 

yaxşıdı, bacıvı da gətirdin. 

ARİFƏ. Xalam yazıq da gülərdi, ay o Məmmədxanı görüm 

belə-belə olsun – deyərdi... (gülüş). 

HƏBİBƏ. Cijimi də atası Molla Hüseyn vermirmiş ki, onlar 

babıdı, rus məktəbində oxuyublar... 

ANAR. Bəs bir qızını verib, sonra... 

HƏBİBƏ. Yəqin bir qızını verib, peşiman olub... Odur ki, 

xoşum gəlmir o kişidən. 

ANAR. Baban deyil, balam? Məmmədxan ulu babandır, ona 

güldən ağır söz deyəndə, aləmi dağıdırsan, bu doğmaca 

babanın qarasınca danışırsan? (gülüş). 

HƏBİBƏ. Cijimə qarğış eləyib ki, cijim qoşulub qaçıb... Bu 

işdə xalam da iştirak eləyib  əməlli-başlı... Atası da qarğış 

eləyib cijimə, yazığı elə onun qarğışı tutdu, ömrü boyu əziyyət 

çəkdi... 

ANAR. Qəffar  əminin sizinlə  rəftarı deyirsən yumşaq, 

mülayim idi? 

HƏBİBƏ. Həm zəhmli idi, həm mülayim. Sözü adama 

deyəndə məsləhətlə deyərdi. Mən o vaxt rolikovı konki sürürdüm. 

Hə, yox onu demirəm, kupalniyə gedirdim, çimməyə. 

ARİFƏ. Sənə nə var, oğlan kimi şeydin... 

HƏBİBƏ. Cijim də razı deyildi. Bir dəfə gördüm gecə xısın-


 294 

xısın deyir ki, atasan, denən ona, getməsin. Gedir deyir, 

yüksəkdən tullanır. Yazıq ondan qorxurmuş e... Səhər mənim 

canıma vəlvələ düşdü ki, indi mənə görüm nə deyəcək. 

Gördüm deyir, – yazıq mənə ceyran qızım deyirdi, – deyir, 

ceyran qızım, səninlə söhbətim var. Oturdum. Dedi, deyirlər 

kupalniyə gedirsən, çimməyə, dedim: – hə. Dedi: – oranın suyu 

elə çirklidir ki, bəlkə getməyəsən. Atanın əmri idi də bu: bəlkə 

getməyəsən... Heç bundan sonra gedə bilərdim? 

ARİFƏ. Hamımız ondan çəkinirdik, hamımız. 

HƏBİBƏ: Pirşağıda bağ götürmüşdük, onda Nigarla Rəsul 

nişanlı idilər, Nigar da anası Cavahir xalayla o bağda qalırdı. 

Surəylə Nigar sarafanda gəzirdilər. Bir də görürdün xəbər gəldi 

ki, Qəffar əmi gəlir, əllərinə keçəni çiyinlərinə salardılar. 

ARİFƏ. Nigar o saat çiyinlərini örtərdi, oy, deyirdi, 

qorxuram ondan. 

ANAR. Atamgilin toyunda vardı? 

HƏBİBƏ. Var idi, əlbəttə. Ondan bir az sonra tutatut 

başladı, o da qaçıb gizləndi. Amma toyda çox sevinirdi. Əhməd 

Cavadla bir qucaqlaşırdılar ki... 

ANAR. İki əski müsavatçı... 

HƏBİBƏ. İndi istəməsin, Rəsulu yaman çox istəyirdi... Heç 

yadımdan çıxmaz... gecə  mən gec yatırdım, qulaq asırdım 

bunların söhbətinə. Otuz birinci ildə sürgündən gələndə 

soruşdu: nə var, nə yox. Cijim dedi ki, bəs Rəsul nişanlanıb. 

Yox əşi, kimnən nişanlanıb? Cijim dedi, Xudadat bəyin qızıyla, 

Gəncəli Xudadat bəyin. Dedi: Afərin Rəsul, halal olsun. 

ANAR. Tanıyırmış Xudadat bəyi? 

ARİFƏ. Bilmirəm, tanış idi, tanış deyildi Xudadat bəylə, 

amma tanıyırdı onu... 

HƏBİBƏ. Nə isə... Yazığın başı çox bəlalar çəkdi... 

Ölümünü də Ənvər yəqin danışıb sənə... 

ANAR. Danışmışdı. O vaxt yazmadım, indi yanıb tökülürəm, 

çünki çox maraqlı detalları vardı, gedib Tiflisdə onu 

basdırmağından danışmışdı  mənə... Yanıram ki, o vaxt 


 295 

yazmamışam. 

ARİFƏ. Əşi, Allah yandırmasın. 

HƏBİBƏ. Çox fərli, ürəkaçan söhbətlərdir ki... 

ANAR. Tiflisdə basdırıblar da? 

ARİFƏ. Hə, Mirzə Fətəlinin yanında.  

ANAR. Mirzə Şəfi, Fətəli xan Xoyski, Həsən bəy Ağayevi 

də orda basdırıblarmış, indi yerləri qalmayıb. 

HƏBİBƏ. Hə, bir Mirzə  Fətəlidən başqa hamısını 

düzləyiblər. 

ANAR. Həbibə, ağır olsa da, danış onun ölümüylə bağlı 

məsələləri. 

HƏBİBƏ. Dostu gəlmişdi, bir nəfəri görmək istəyir 

ailəsindən. Kim getsin, kim getsin, diribaş  mən idim guya. 

Muzeydə  işləyirdim, muzeyin müdiri Kazım Kazımzadədən 

icazə aldım, propusk da düzəltdim Tiflisə, müharibə vaxtıydı, 

Tiflisə getmək üçün propusk lazım idi. Ənvər dedi ki, bileti 

mən alaram. Səhərisi gün bileti Ənvərdən götürüb Tiflisə 

gedəcəydim həmin o dostuyla. Gecə yuxusunu gördüm, Arifə, 

heç yadımdan çıxmaz, uzun bir koridordu, guya üzbəüz gəlirik 

atamla, birdən bir palçıq dalğası belə gəldi, çirk, lilli bir dalğa, 

kişini bax belə aldı, getdi. Oyandım, dedim Allah xeyirliyə 

calasın, bu nə yuxu idi belə? Saat onda getdim Ənvərgilə, 

dedim Ənvər, bilet aldın? Dedi: – Yox, almadım. Özü də belə 

çox əsəbi dedi: almadım, sən getmə, özüm gedəcəm. Dedim: – 

ölüb? Qayıtdı mənə ki, nə bildin, kim dedi sənə? Dedim: – heç 

kəs deməyib, yuxusunu görmüşəm. Nə isə...  Ənvər getdi 

Tiflisə, ordan da o kəndə, amma Ənvər ora çatana qədər 

basdırıblarmış xristian qəbiristanlığında. Gecəykən maşın tutub 

o qəbiristanlıqdan onu çıxardıb, Mirzə  Fətəlinin yanında, 

müsəlman qəbiristanlığında basdırıb. Ənvər bura qayıdan kimi, 

səhəri onu çağırdılar NKVD–yə. Xəbər tutmuşdular. Yaxşı ki, 

məsələ  gəlib çıxıb Teymur Yaqubova. Yaqubov da Ənvəri 

tanıyırmış. Mir Cabbar vardı,  Ənvərin çox yaxın dostu, 

Teymur Yaqubovun əmisi oğluydu, Yaqubov da Ənvərə deyib 


 296 

ki, "Mir Cabbar sənin haqqında mənə o qədər danışıb ki... 

Anan namaz üstəymiş – deyib Teymur Yaqubov, – məlumat 

birbaşa mənə  gəldi. Kanselyaridən keçməyib. Yoxsa sənin 

vəziyyətin yaxşı olmayacaqdı". 

Maqnitofonumun düyməsini basıram, lent yazısından bir 

müddət ayrılıram və yenidən  Ənvər haqqında düşünürəm. 

Atasıyla bağlı  məsələlər ömrü boyu Ənvərin üstünə kölgə 

salıb, hər yerdə layiqli qiymətini almasına mane olub. Məsələn, 

tutalım onun dram əsərinin tamaşasına mükafat verirdilər, 

aktyorlar, rejissor, rəssam mükafat alırdı, Ənvər almırdı. Uzun 

müddət, 60-cı illərə  qədər xarici ölkələrə turist kimi belə 

buraxmırdılar. 

Ənvər çox məğrur, qorxmaz, cəsur adam idi. Bəzən cəsurluq 

üzdə olur, ifrat çılğınlıq, cırtqozluq kimi meydana çıxır. Bir də 

olur əsl cəsurluq, daxili cəsurluq və belə həqiqi cəsurluq yalnız 

hərəkətlərdə  bəlli olur. Ənvərin həyatında belə  mərd, kişi 

hərəkətləri çox olub. Elə hökumətdən qaçıb gizlənən, 

hökumətə asi olmuş atasını gedib basdırması – belə bir hərəkət 

deyildimi? Bu hərəkətin bütün nəticələrini nəzərə alaraq o vaxt 

məhz belə etməsi zarafat deyil. Əlbəttə, indi bu hərəkət bizə 

təbii gəlir, hətta təəccüblənə bilərik, necə ola bilər ki, oğul 

atasını basdırmasın? Amma o dövrdə ki, oğul atadan imtina 

edirdi, ata oğuldan imtina edirdi, qardaş qardaşdan imtina 

edirdi,  Ənvərin bu davranışı qeyrətli bir oğulun,  əsl kişi 

xasiyyətli adamın təhlükəli və riskli addımı idi. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin