Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

*** 

Bax budur, keçən ilin sonuna beş  dəqiqə qalıb və  mən 

həyəcanla özümə sual verirəm: hansı ili qarşılayırıq: 1997-ni, 

yaxud 1937-ni? 

 

31 dekabr, 1996 

 

*** 

Bu gün 40 il bundan əvvəl olduğu kimi, mən Azərbaycanda 

ən cavan yazıçıyam. 

*** 

Tarix Allahın dözümüdür. 



*** 

"Oqonyok"da Bulat Okudcava ilə müsahibə verilmişdir. 

Sual: "Bu gün 60-cıların idealına necə yanaşırsınız?" Cavab: 

"…Gənc "yetmişincilər" "altmışıncıların"  əlindən yaman 

əsəbidirlər. "Altmışıncılardan" yazanda onlara elə gəlir ki, nəsə 

böyük bir şey icad edirlər, yaddan çıxarırlar ki, atalarla oğullar 

arasında mübahisə çoxdanın davasıdır. Burada heç bir kəşf-

filan yoxdur. Təbii ki, "altmışıncılar" öz dövrlərinin övladları 

idilər. Onlar inqilabçı olmadılar. Onlar həmin  şəraitdə yaşaya 


 506 

bilməyən abırlı insanlar idilər. Onlar bu rejimi laxlatmaq 

barədə düşünmürdülər. Onlar sadəcə rejimi bir balaca 

insaniləşdirmək istəyirdilər ki, azacıq azad nəfəs alsınlar. 

Bundan başqa heç nə.  İndi isə üzümü "yetmişincilərə" tutub 

deyirəm: buyurun, indi sizin növbənizdirU. (Bulat Okudcava, 

Daha Arbat yoxdur. Suallara cavablar. "Oqonyok" № 30, iyul, 

1997). 


*** 

Kimsə Alber Kamünün Nobel mühazirəsi haqqında 

istehzayla demişdi: o, yalnız tərəddüdləriylə zəngindir. Mənim 

fikrimcə,  əslində Kamünü bir sənətkar kimi zənginləşdirən 

bolluca  şübhənin olmasıdır. Bu da mənim fikrimdir ki, şübhə  

quru hökmlərdən daha canlı və daha diridir.  



*** 

Bu da həqiqətdir ki, relyativizm şəxsiyyətin bütövlüyü üçün 

müəyyən təhlükə törədir. Dönmədən, dayanmadan, təkidlə 

özünəməxsus həqiqətdən  şübhələnmək, eyni zamanda isə, 

qarşısıalınmaz ehtirasla başqa  şəxslərin həqiqətini dərk 

etmək… son nəticədə  səni öz-özünü anlamaqdan saxlayır. 

Hamını, hər  şeyi anlayıb bilmək, hər  şeyi bağışlamaq 

dözümünün içində  mənəvi relyativizm təhlükəsi gizlənmişdir. 

Sərhədsiz tolerantlıq, dözümlülük yenə  də insan bütövlüyünü 

təhlükə altına alır və  sənin öz həqiqətinin tamlığına xələl 

yetirir. 

*** 

Deyirlər ki, o, bizim vicdanımız idi. Uzun müddət 

başqalarının vicdanına çevriləndə öz vicdanından, şübhəsiz ki, 

yadırğayırsan.  



*** 

Stalinçilərin uğursuzluğu ondadır ki, stalinizm yaşasa da, 

Stalinin özü yoxdur. 

*** 

Hakimiyyət tənhalıq deməkdir. Mütləq hakimiyyət mütləq 

tənhalıqdır. 


 507 

*** 

Əsl həyat kağız üzərində yaradılan həyatdır, mətndən 

doğulan gerçəklikdir. 

*** 

Adamlar var ki, təkcə sənin mövzularını və ideyalarını yox, 

həm də xatirələrini oğurlayırlar. 

*** 

Yeganə ümid yeri mətndir. Müasirlər onun səsini ya eşitmir, ya 

da eşitmək istəmirlər. Ümid yalnız onadır ki, gələcək var. 

*** 

Reyqan şər imperiyasını devirmək istəyirdi, Brejnev isə onu 

saxlamaq. Qorbaçov imperiyanı saxlamaqla, onun içindəki şəri 

məhv etmək istəyirdi. Yeltsin imperiyanı çökdürsə  də,  şər 

nəinki qaldı, bir az da böyüyüb artdı. 

*** 

Nə vaxtsa Rusiyada qırmızılarla ağlar vuruşurdu. İndi ağlar 

(ruslar) qaralarla (çeçenlərlə) və onların şəxsində bütün Qafqaz 

millətləri ilə müharibə aparırlar. 



*** 

Nə vaxtsa zamanın rəngləri qırmızı, yaxud ağ  və ya ancaq 

qəhvəyi idi. İndi isə  qırmızı-qəhvəyi, yaxud qəhvəyinin 

çalarları meydana çıxıb. Yaşıllar – bu adla bütöv bir partiya, 

ekoloji, yaxud dini donlu partiyalar zühur edibdir. Mavilər də  

üzə çıxıblar. 



*** 

KİV-də bolşeviklərin tiranlığı, xüsusən televiziya, teatr və 

kinoda inhisarı menşeviklərin yox, azlıqların tiranlıqları ilə 

əvəz olunub. Seksual azlıqların. 



*** 

Dövran dəyişib, bala. Raket qorxusu reket qorxusuna 

çevrilib. Marazmatik rəhbərlərin yerinə xarizmatik rəhbərlər 

peyda olub, ancaq onlar da öz növbəsində xarizmalarını itirərək 

təzədən marazma uğrayıblar. Çeşidli prezidentlər gördük – 

pleyboyundan tutmuş plebeyinə qədər.  



 508 

*** 

Siyasət və incəsənət  əks qütblərdir.  İncəsənətdə emosiya 

tələb olunur, siyasətdə bu faciə ilə sonuclana bilər. Siyasət 

güzəşt, kompromis tələb edir, incəsənətdə isə hər hansı güzəşt, 

kiçicik kompromis belə  hər  şeyin darmadağın olmasıyla bitə 

bilər. 


*** 

Provaslavlığın üstünlüyünü etiraf etmək (Dostoyevskidə 

olduğu kimi) o deməkdir ki, onun Allah iradəsinin yeganə 

ifadəçisi olduğunu qəbul edirsən və katolik, islam və 

iudaistlərin bu hüquqa malik olduğunu inkar edirsən; bu, o 

deməkdir ki, Allah özünü yalnız bir dini konsepsiyada və 

konfessiyada təcəlla etdirərək qalanlarını bir kənara 

tullamışdır.  



*** 

Yevgeni Yevtuşenkonun "Ölümdən qabaq ölmə" romanını 

oxudum. Müəllifin özü ilə  əlaqədar bu fikri işlətmək yerinə 

düşərdi – "Ölümdən sonra yaşama". Çünki əgər o, Allah 

eləməsin, 60-cı illərin birinci yarısında ölüb eləsə idi, sözün əsl 

mənasında, qurbana və  əzabkeşə çevrilərdi, heç olmazsa 

üzərində Mayakovski imici qalardı. Ölümündən sonra bir belə 

yaşamaqla o, İqor Sevzryanın imicinə malik oldu. Amma hər 

halda 60-cı illərin ictimai fikrinin təşəkkülündə Yevtuşenkonun 

poeziyası və mövqeyinin əhəmiyyətini inkar etmək istəmirəm. 



*** 

Ağıl və müdriklik başqa-başqa şeylərdir. Ağılda şər toxumu 

da ola bilər. O, hiyləgər və  qəddar da ola bilər. Müdriklik 

həmişə xeyirxahlıq, özgə  dərdini anlamaq və bağışlamaq 

deməkdir. 

*** 

O dəyişmir, dəyişilən onun sabunla girdiyi ...-lərdir. 



*** 

O, tarixi aldatmaq cəhdində bulunur. Xalqı aldatmaq olar, 

dövləti, hökuməti də aldatmaq olar, hətta istəsən içində 


 509 

yaşadığın zamana da kəf gələ bilərsən, ancaq tarixi aldatmaq 

olmaz, bala. Tarix gec-tez hər şeyi yerbəyer eləyir. Hər kəsə öz 

haqqını verir. Ucaldır, yaxud ayaqlar altına salır, ancaq bütün 

hallarda və bütün hallar üçün şübhə yeri qoymur.  

*** 

Klassik rəngkarlıq yeni rəngkarlıqdan – mən impressionizmi və 

postimpressionizmi, erkən Pikassonu və Matissi nəzərdə tuturam – 

xalis formal, yaxud texniki fəndlərə görə  fərqlənmirdi, onunla 

fərqlənirdi ki, klassik rəngkarlıqda zaman kirəcləşmiş formadadır, 

yeni rəngkarlıqda isə zaman balıq kimi sürüşüb əldən çıxır, hərəkət 

stixiyası çarpan damara bənzəyir. Yadıma gəlir, cavan 

vaxtlarımda, o zaman ki, impressionizm haqqında heç nə 

bilmirdim, köhnə sovet ensiklopediyasını  vərəqləyərkən, 

Pisarronun "Yağışlı havada Paris bulvarı" 

əsərinin 

reproduksiyasını gördüm. Bir anlıq yad bir şəhərin küçələrində 

çisələyən yağışın səsini hiss etdim. Zaman axırdı, çisələyən yağış 

üzümə  çırpılırdı. Matissin rəsmindəki rəqqas fiqurlar da beləcə 

hərəkət edirdi, Pikassonun, Təlində  şar tutan qızıU az qalırdı ki, 

müvazinətini itirsin, ayağı yerdən üzülsün, bax elə indicə yıxılacaq 

– bu, daban-dabana zidd sənətkarları stilistik fərqlər yox, zamanı 

hərəkətdə qavramağın özü birləşdirirdi. Yapon rəssamlarından 

birinin dediyi kimi (bu sitatı  səhv eləmirəmsə, Matiss də 

vermişdir), ağac çəkəndə onun necə böyüdüyünü hiss etməlisən. 



*** 

Bizdə plüralizmdir. Bizdə çoxpartiyalılıq yox, traybalizmə 

söykənən çoxmərtəbəli tayfa sistemi mövcuddur. Şairlər də 

tayfa (traybalist) şkalasına görə qiymətləndirilir, bu və ya digər 

sənətkarın əsl qiymətini vermək cəhdi az qala mafioz qrupların 

terrorist akta əl atmasına səbəb olur. 



*** 

Sözün  əsl mənasında,  ədəbiyyat tarixi və ümumən, tarix 

mövcuddurmu? Bəlkə, bütün bunların hamısı ancaq humanitar 

elm sahələridir.  



*** 

 510 

30-cu illər SSRİ-də ədəbi döyüşlər əsl qladiator döyüşlərinə 

bənzəyirdi, döyüşə girənin həyatı qumara qoyulmuşdu, özü də 

Roma qladiatorlarından fərqli olaraq yenilən insanın dərdi 

təkcə onun yox, bütün ailə üzvlərinin çiyinlərinə yüklənirdi. 

Bizim dövrün ədəbi döyüşləri isə  ən yaxşı halda şahmat 

turnirinə  bənzəyir; qalib yalnız cədvəldə – göstəricilər 

tabelində daha yüksək yer tutmağa iddia edir. 



*** 

Siyasətçilər, xüsusən nüfuzlu siyasətçilər öz şəxsiyyətinə 

hörmət edən insanları xoşlamırlar. Onlar çuğulçulara, 

satqınlara (hətta onların özlərini də satanlara) üstünlük verirlər. 

Birinciləri onlar ona görə sevmirlər ki, həmin insanların 

xeyirxahlığından əsəbləşirlər. Belə bir xeyirxahlıq, satılmazlıq 

və əyilməzlik onlara dünyanın dəhşətli dərəcədə əzablı işi kimi 

görsənir.  İkincilərlə isə rahat dolanır, bu adamlara nifrət 

eləsələr də, dözürlər, çünki plastilindən (daha dəqiq desək, 

gildən,  ən pis halda isə  nəcisdən) qayrılmış insanlarla 

dolanmaq daha rahatdır. Bəs necə, bu yumşaq materialdan 

istədiyin formanı ala bilərsən, onlardan istədiyin kimi istifadə 

edə bilərsən. 

*** 

İnsanların yiyələndiyi bilik, həyatı tam şəkildə bütün dərinlə 

və əsəbinlə qavramağa bəs etmir, çünki özgəsinin təcrübəsi ən 

yaxşı halda dərk edilə, duyula və qavranıla bilər, ancaq heç bir 

halda sən onu bütün varlığınla hiss edə bilməzsən. 

*** 

Haçansa beynimizə yeridiblər ki, bu dünyada sosialist 

(əlbəttə,  əsl sosialist) və burjua (şübhəsiz ki, əldəqayırma) 

demokratiya tipləri mövcuddur. Bu iki demokratiya tipi barədə 

heç nə deyə bilməsəm də, əminəm ki, demokratiyanın üçüncü 

forması da mövcuddur – dekorativ demokratiya. Yəni üzdə 

demokratiyanın bütün atributları - çoxpartiyalılıq, mətbuat 

azadlığı, yığıncaq azadlığı görünsə  də,  əsl həqiqətdə  hər  şey 

dekorasiyadan başqa bir şey deyildir. 


 511 

*** 

Gördüyüm yuxulardan birini danışım sizə. Yuxuda Bakını 

görürəm, orada mən  əsl həqiqətdə mövcud olmayan hansısa 

böyük binanı, yaxud bütöv bir məhəlləni görürəm. Yuxudaca 

təəccüblənirəm, necə ola bilər ki, mən bunu indiyə kimi öz 

doğma  şəhərimdə, hər künc-bucağını tanıdığım  şəhərdə 

görməmişəm. Bu, gördüyüm şəhərlərin hansısa tikili və 

məhəlləsinin Bakıya köçürülməsi də demək deyildir. Yox, 

məhz bizə  məxsus olan, ancaq indiyə  qədər görmədiyim bir 

mənzərədir. Bax, məni qorxudan da budur. Burada bütün 

sürrealist sənətin gizlinlərindən boy göstərən qorxu mexanizmi 

gizlənir. Tanıdığın  şeyin tanış elementi olsa da, bu, təbiətdə 

yerli-dibli mövcud deyildir. 

*** 

Qısa radio dalğalarında gənclərin zarafatları, proqramın 

aparıcısına və bir-birlərinə ünvanladığı  səfeh sözləri yayılır. 

Mən necə də beləcə ağılsız və gənc olmaq istərdim. Birinciyə 

çatmaq bir o qədər çətin deyildir. İkinci daha çətindir. 

*** 

Mərkəzi mətbuatda çap edilən birtərəfli antiazərbaycan 

məqalələri, TV-də göstərilən antiazərbaycan verilişləri nəticə 

etibarilə antierməni səciyyəsi daşıyır, çünki qarşı  tərəfi 

dinləməmək, digər tərəfin sübut və faktlarını yaxına 

buraxmamaq gerçəkliyin deformasiyaya uğramış yalançı 

mənzərəsini yaradır, bu isə öz növbəsində mübahisəli 

məsələlərin realist mövqedən həllinə mane olur. 



*** 

Anlamağın da maksimum həddi vardır. Anlamaq prinsipini 

son həddə  gətirib çatdırsan, gərək bütün yaramazları 

bağışlayasan. 



*** 

Sən Allah olmaq istəyirdin və həm də istəyirdin ki, dostların 

olsun. Allahın nə dostu, nə  də  iş yoldaşı olur. Allah həmişə 

təkdir, həm də tək, yeganə yox, tənhadır. 



 512 

*** 

Ağlın və ürəyin özünəməxsus təcrübələri var. Ağlın, 

mühakimənin gəldiyi nəticə deyir ki, bütün dostlar potensial 

satqına, bütün qadınlar isə  xəyanətkara çevrilə bilərlər. Buna 

görə  də  sən heç kəsə inanmırsan, belə olanda ürəyini  şübhə 

toxumları yeyir. Ağlın təcrübəsi səni nə qədər müdafiə etsə də, 

hər bir xəyanət ürəyini yaralayacaq, çünki ürəyin də öz yolu 

var, elə bir yol ki, ağlın məntiqinə tabe olmur. Burada daha heç 

bir nəzəri təskinlik də kara gəlmir – "bəyəm buna hazır 

deyildin?" – bu vəziyyətdə heç nə sənə kömək etməyəcək. Bəli, 

sən bunu nəzəri cəhətdən, yəni ağlınla dərk etsən də, şüuraltın 

qulağına bunun belə olmadığını pıçıldayırdı.  



*** 

Qadınların diqqətini cəlb etmək üçün əvvəlcə onun 

rəfiqəsini təriflə, ancaq qəfildən  əlavə elə ki, şübhəsiz, sən 

rəfiqəndən daha cazibəlisən. Sonra yavaş-yavaş bax, indi 

göylərə qaldırdığın həmin rəfiqənin ayrı-ayrı qüsurlarını dilə 

gətirib tənqid et. Dərhal o, səni başa düşəcək. Qadının ürəyinə 

yol, onun ən  əziz rəfiqəsi olsa belə, başqa bir qadının meyiti 

üzərindən keçir. 



*** 

Çar generalı Knyaz Sisiyanov Rusiya imperatoruna yazırdı: 

TXalqın yaddaşından Gəncə adını tamamilə silib atmaq üçün 

mən Yelizavetanın şərəfinə şəhəri Yelizavetpol adlandırdımU. 

Hələ çox-çox əvvəllər, görünür, elə bu məqsədlə həmin şəhərin 

adını digər istilaçılar  Şah Abbasın  şərəfinə Abbasabad 

adlandırmışdılar. Bolşeviklər də daha sonra bu şanlı feodal 

ənənəsini davam etdirərək, Gəncəni Kirovabad adlandırdılar, 

Azərbaycan ziyalılarının içərisindən də elələri tapıldı ki, 

Moskva qəzetlərində yazdılar: TBəli, biz fəxr edirik ki, 

KirovabadlıyıqU. Yenidənqurma illərində moskvalı jurnalist 

Fərhad Ağamalıyev  şəhərə  qədim adının qaytarılması 

məsələsini qaldıranda (ondan da qabaq mən bu təkliflə  çıxış 

etmişdim və  mənim təklifim "Ədəbiyyat və incəsənət" 



 513 

qəzetində çap olunmuşdu) onun iş yoldaşları, o cümlədən Bakı 

jurnalisti Q.Oqanovun fəal müdaxiləsi ilə  Fərhad üçün 

obstruksiya yaratdılar, onu pisikdirdilər və uzun illərdən bəri 

işlədiyi qəzetdən ("Sovetskaya kultura") qovulmaq məsələsini 

qaldırdılar. Mən, "Sovetskaya kultura" qəzetinə  Fərhadı 

müdafiə etmək üçün məktub yazdım, məktubu mənimlə 

birlikdə Maqsud İbrahimbəyov,  Əkrəm  Əylisli və  Fərhad 

Bədəlbəyli imzaladı. Düzdür, məktub heç bir nəticə vermədi. 

Fərhad oradan çıxarıldı. Ancaq Sisiyanovun "Gəncə" sözünü 

xalqın yaddaşından silib-süpürmək niyyəti də baş tutmadı. Bu 

gün xalqın yaddaşında təkcə Abbasabad və Yelizavetpol kimi 

adlar yox, həm də son illərin Kirovabad sözü də yaşamır. 

Gəncə isə min il bundan əvvəllər mövcud olan Gəncədir. 



*** 

Üç  əbədi sual var ki, cavabsızdır.  İkisi fiziki dünyayla 

mövcudluğun mahiyyəti – zamanın əvvəli və sonu ilə bağlıdır. 

Məkan harada başlayıb, harada qurtarır? Üçüncü sual  sosial 

xarakterlidir: azadlıq nədir, azadlığın məhdudlaşdırılması  nə 

deməkdir? Təsəvvür edək ki, mən camaatı azadlığın 

məhdudlaşdırılmasına çağırıram. Buna qadağa qoymaq azadlığı 

boğmaqdır, icazə vermək onu məhv etməkdir. 



*** 

İnsanın təbii keyfiyyətləri sırasında onun təbiətinə xas olan, 

azadlıq və müstəqillik problemləriylə bağlı üzə  çıxan ikili 

münasibəti göstərmək olar. Yaxud başqa sözlərlə desək, bu 

münasibət demokratiya və tiranlıq  şəklində zühur edir. İnsanı 

kiminsə onun üzərindəki hökmranlığı  əzəndə onun təbiətində 

asılılığa nifrət hissi baş qaldırır və o, azadlıq və demokratiyaya 

susayır. Azadlığı, daha doğrusu, seçim azadlığını əldə etdikdən 

sonra o, çoxvariantlı seçim qarşısında özünü itirir, qəti qərar 

qəbul etməkdən çəkinir. Bundan başqa, demokratiya 

başqalarına da özünəməxsus rəyə malik olmaq imkanı verir, 

olsun ki, bu rəy sənin rəyinlə üst-üstə düşməsin, onunla əkslik 

təşkil etsin. İdeya, fikir, söz və əməl mübarizəsində qalib gələ 


 514 

bilməsən, hər  şey gözünə anarxiya şəklində görünəcək, bütün 

bunlar sənə  əvvəlcə sövq-təbii təsir bağışlasa da, sonra tam 

şüurlu  şəkildə istəyəcəksən ki, hamı üçün vahid ictimai 

davranış formasını, qayda-qanunu bərqərar edən möhkəm  əl 

gəlsin. Bu möhkəm  ələ  sən də, sənin opponentlərin də tabe 

olsun (razılaşsalar da, razılaşmasalar da). Yəni öz 

hərəkətlərinin məsuliyyətini başqalarının üzərinə qoyursan – 

elə buradan da asılılıq, başqalarının iradəsinə tabe olmaq istəyi 

cücərir. Həmin hisslər təzədən səni sıxıb suyunu çıxarır, azad 

olmaq arzunu boğur, insana xas olan azadlıq ehtirasını xıncım-

xıncım edir. 



*** 

Yeri gəlmişkən, azadlıq deyilən  şey təsəvvür olunan qədər 

də sadə  və birmənalı deyildir. Azadlıq, doğru deyirlər ki, 

anarxiya deyil. Ancaq icazəli azadlıq da azadlıq deyil. Bu 

problemlə bağlı bir neçə  məlum nümunəni xatırladaq. Volter 

deyirdi ki, mən heç vaxt sizin rəyinizlə razılaşmaram, ancaq 

həyatımı verərdim ki, siz onu demək imkanına malik olasınız. 

İkinci analogiya – bu, bir az kobud analogiyadır – mənim 

yumruğumun azadlığı sənin burnunun bir neçə millimetrliyində 

qurtarır. Və  nəhayət, uzun illər boyu məndə  dərin təəssürat 

oyadan və müxtəlif  şəraitlərdə  dəfələrlə  təkrar etdiyim sözlər. 

ABŞ-da olarkən hansısa dini xadimin çıxışını dinlədim (təbii 

ki, tərcümədə). Bu o vaxt idi ki, Amerika həyəcan içində 

yaşayırdı. Ağ Evin qarşısında Uotorqeyt münaqişəsi özünün ən 

yüksək məqamına yetişmişdi, bura bizi ekskursiyaya 

aparmışdılar, təəccüblənirdik ki, turistləri Amerika 

Prezidentinin iqamətgahı olan Ağ Evə ekskursiyaya gətiriblər. 

Prezidentin dairəvi kabinetinə  və bir çox vacib dövlət 

kabinetlərinə baş  çəkdik. Maqsud bələdçidən Niksonun yataq 

otağının harada olmağını soruşurdu. Elə Ağ Evin ərazisindəcə, 

az qala prezidentin kabinetində bizə kağız ötürdülər, orada 

yazılmışdı: "Amerikanı yalançı Niksondan xilas edin", Ağ Evin 

qarşısında isə  əllərində Niksonun əleyhinə plakatlar və onun 


 515 

portretləri, bir də əynində zolaqlı türmə geyimi çəkilmiş, türmə 

barmaqlıqları arxasında təsvir edilən o vaxtkı vitse-prezidentin 

(səhv eləmirəmsə, Aqnyu) portretini tutan piket var idi. 

Televizorda keşişin çıxışında ömrüm boyu yadımdan çıxmayan 

sözlər isə bax, budur: "Amerikanın Atlantika sahilində, Nyu-

Yorkda Azadlıq heykəli ucalır. Gərək biz başqa bir 

monumental abidəni – Məsuliyyət heykəlini Amerikanın o biri 

tərəfində Sakit okean sahilində, məsələn, San-Fransiskoda 

ucaldaq, ölkəmiz azadlıqla məsuliyyət arasında yaşadığını dərk 

etsin, çünki məsuliyətsiz azadlıq ola bilməz". 

*** 

Yuxarıdakı qeydlərin altına tarix qoymasam da, onların 80-

ci illərin ikinci yarısına aid olduğu aydındır, bu zaman SSRİ-də 

yenidənqurma və  aşkarlıq dövründə demokratik alternativ, 

düşüncə azadlığının müəyyən toxumları peyda olmağa 

başlamışdı. Ancaq bu günlərdə (1997-ci ilin martında) 

"Literaturnaya qazeta"da (5 mart – Stalinin ölümü günü) 

rəhmətlik Andrey Sinyavski – Abram Tersin "Dissidentlik 

şəxsi təcrübə kimi" adlı böyük essesini oxudum. Mənim bir çox 

düşüncələrimin Sinyavskinin fikirləri ilə üst-üstə düşməsi məni 

bir o qədər də  təəccübləndirmədi – bunun özünəməxsus izahı 

var, axı biz eyni zamanda və eyni bir cəmiyyətdə yaşamışıq – 

təəccüblü olan onların Dostoyevskinin fikirləri ilə üst-üstə 

düşməsində idi. Etiraf edim ki, həmin fikirləri xatırlamırdım. 

Bunlar mənim,  şübhəsiz ki, çox-çox əvvəllər mütaliə etdiyim 

"Karamazov qardaşları" romanından idi. Bəla da elə budur – 

kitablara bir daha üz tutmaq imkanın olmayanda özün üçün 

sərbəstcə mühakimələr yürüdür və guya bəzi-bəzi həqiqətləri 

də yenidən TkəşfU edirsən. Ancaq məlum olur ki, bu 

həqiqətlər haqqında sənə qədər də deyilib və onları səndən çox 

əvvəl kimlərsə  kəşf edib. Nəhayət, Sinyavskinin essesində 

Dostoyevskinin adının xatırlandığı yerə qayıdaq: "Bəlkə 

Dostoyevskinin dahi inkivizatoru belə bir fikrində haqlı idi ki, 

insanlar azadlığı sevmir, ondan qorxurlar, onlar bu həyatda 



 516 

çörək, avtoritet və möcüzə kimi dayaqlar axtarırlar?  İnsanlar 

kimin qarşısında  əyilməyin fərqinə varmadan günlərin birində 

öz azadlıqlarını verdikləri hansısa nüfuzlu şəxsin qarşısında 

əyilmək istəyirlər…T Bundan sonra Sinyavski özü əlavə edir: 

"Qərb disidentlərinə münasibətdə konformizmin əsas təhlükəsi 

ondan ibarətdir ki, insanlar birlikdə baş  əyməli olduqları 

ümumi büt axtarışına çıxıblar". 



*** 

Deyirlər: üslub elə insanın özüdür. Ancaq üslub həm də 

cəmiyyət deməkdir. Bu gün bizim dona bürünmüş 

cəmiyyətimizin üslubu demaqogiya və ritorikadır. Sözün 

magiyası – Natiqlərin nitq irad edərkən işlətdikləri cadugərlik 

nümunəsi. Bu ölkənin  əbədi xəstəliyi olan bürokratiya ilə 

bərabər cəmiyyət uzun illərin susqunluğundan sonra söz içində 

itib-batıb. Belə  cəfəng sözlərin içində qurunun altıda bir 

hissəsini təşkil edən məmləkəti batırmaq olar. İndi cəmiyyət 

söz xəstəliyinə tutulub, necə ki, əvvəllər lallıq azarına mübtəla 

olmuşdu. Klişelənmiş söz cərgələri – anlayışlar – bunlar elə 

təfəkkürün qəlibləridir. Ritorik fiqurlar – bunlar reallığın 

yalançı  əlamətləridir. Heç nə ifadə eləməyən ritorik pasajlar. 

Ritorika demaqogiyanın bədii-publisistik, orator ifadəsidir. 



*** 

Sözlər, sözlər, sözlər… daha nə qalır? Yenə  də Hamlet 

demişkən, yerdə qalan sükutdu bəlkə? Daha dəqiq söyləsək: 

"Bundan sonra – sükut". Yaxud Hamletin yox, öz sözlərimlə 

desəm: "Ən yaxşısı sükutdu bəlkə?" 

*** 

Bu qədər söz axını, hirs, "hay-küy və hiddətdən" sonra bu 

cəmiyyətin uzun müddət inadkarlıqla burnundan vurub 

itələdiyi dəyərlərə qayıda bilərikmi – zülmə qarşı zor 

işlətməmək  – Tolstoyun, M.Handinin, Martin Lüter Kinqin 

həqiqətinə tapına bilərikmi? 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin