***
Bu sistemi Stalinmi yaradıb, yoxsa sistem Stalini yaradıb? Əgər
bu sualı bir neçə il qabaq versəydik, o, Sovet cəmiyyətinin
əksəriyyəti tərəfindən dəhşətli bir təhqir kimi qəbul edilərdi.
483
Cavab, şübhəsiz ki, sərt və birmənalı olardı: bax bu şeytan və
cəllad Stalin total təqib, danos, repressiya, dəhşətli cəzalar,
təfəkkürü iflic edən, iradəni sındıran, gecə həbsləri ilə qorxu
toxumları səpən, ölü sükut zonası yaradan sistemi yaratmışdır. İndi
isə vəziyyət tamamilə dəyişmişdir - əksinə Stalinin özünə sistemin
doğurduğu bir hadisə kimi baxılır. Bir zaman yeni sənədlər (daha
doğrusu, köhnə sənədlər) meydana çıxanda aydın oldu ki, bütün
bu dəhşətlər hələ Lenin epoxası ilə başlamışdı – tarixdə ilk həbs
düşərgələri, çar ailəsinin qətli, din xadimlərinin kütləvi həbsi,
amansız qırmızı terror, dəhşətli qərarlar, insafsız fərmanlar, insana
qənim teleqramlar – güllələmək, rəhm etməmək, öldürmək,
asmaq, boğmaq…
Belə olduqda, sual meydana çıxır: – Leninmi bu sistemi
yaratmışdı, yoxsa sistem Lenini? Nəzərə alsaq ki, başçı olsa da,
Lenin inqilabi hərəkatın, oktyabr hadisələrinin və yenicə
qurulan hökumətin fiqurlarından biri idi, nəzərə alsaq ki, hətta
ən böyük siyasətçinin də şəxsiyyəti öz-özlüyündə tarixin
gedişini dəyişdirə bilmir, olsa-olsa ona bu və ya digər dərəcədə
təsir göstərir, onda məntiqi nəticə alınır – sistem, sözün geniş
mənasında, tarixin özü Lenini, leninizmi və bundan doğan
Stalini və stalinizmi yaratmışdır. Tarix Lenini və Stalini seçdi
və öz iradəsini onların vasitəsilə yeritdi. Sistemə belə şəxslər
lazım idi. Hansı sistem, hansı tarix? Şübhəsiz ki, çar
Rusiyasının sistemi, onun tarixi. Görünür, bu sistem o qədər
pozğun, insana qənim idi ki (bu gün monarxiya ovqatı üstündə
köklənən bütün nostaljiyə – poruçik Qolisın və Kornet
Obolenski haqqında mahnılara baxmayaraq), onu dağıtmaq,
yerlə-yeksan etmək lazım gəldi, bunu isə bolşeviklər çox
böyük uğurla həyata keçirdilər. Bəs onları nəyə görə söyüb
damğalayırlar? Görünür, tarixin özünün məntiqi bundan
ibarətdir ki, öz şər potensialını tükədən bir zülm sistemi öz
yerini formaca fərqli olsa da, mahiyyət etibarilə insana nifrət
təbliğ edən digər sistemə verir. Qum saatının işləmə prinsipi.
Yuxarı aşağıya, aşağı yuxarıya çevrilir. Dünən heç kəs olan, bu
484
gün ən qüdrətli şəxsə çevrilir. Növbəti dövr yetişməyincə,
əqrəblər fırlandıqca fırlanır, qum saatından qum töküldükcə
tökülür.
Görünür, bu qapalı faciə dairəsindən yeganə çıxış yolu zülm
etməmək fəlsəfəsidir ki, bunu vaxtilə L.Tolstoy Rusiyanın
yaxın gələcəyindən narahat olaraq demişdi. Həmin əqidəni
apardıqları mübarizənin mənəvi təməli kimi götürən
Hindistanda Mahatma Qandi və Amerikada Martin Lüter Kinq
ona əsaslanırdılar ki, sözügedən təlimdən, bu əsas prinsipdən
Rusiyada olduğu kimi imtina etmək… dəhşətli şeylərin
meydana gəlməsinə yol açır.
Bu gün yalnız bu fəlsəfə, yalnız bu mənəvi mövqe nifrətlə
ləbələb dolan ölkəni xilas edə bilər. Reaktorlar (nüvə və
ekstremist) bir anın içində nəinki Rusiyanı və SSRİ məkanını,
bütün dünyanı dağıda bilər, bütün bəşəriyyəti fiziki və mənəvi
baxımdan darmadağın edə bilər. Özünün mənəvi ölümünü
anlamayan bəşər əhli fiziki cəhətdən qırılır, yoxsa insanların
mənəvi ölümü nəticəsində onlar məhz özlərinin fiziki məhvinə
hissiyyatsız və laqeyd şəkildə yanaşırlar?
8 avqust, 1991
***
Axundovun asıb-kəsməyən monarxdan narazılığı əks etdirən
müdrik "Aldanmış Kəvakib" pritçası bu gün konturları aydın
şəkildə cızılan psixoloji fenomeni nişan verir – insanlar qeyri-
şüuri şəkildə zalım hökmdarın gəlişini arzulayırlar (fərqi
yoxdur monarx olsun, yaxud böyük bir idarənin müdiri olsun),
çünki bu adamların yarımçıqlıq kompleksi belə bir
özünətəlqinlə tamamlanır ki, onlar gücə tabedirlər, başqa çıxış
yolu görmürlər. Yaxud belə bir özünətəlqin – təsəlli daha
humanist bir formada meydana çıxır: bəli, bax mən o filankəs
kimi uca-uca zirvələri fəth eləyə bilmədim. Ancaq mən zalım
deyiləm, heç kəsə pisliyim keçməyib, heç kəsi bədbəxt
485
eləməmişəm. Amma bu böyük başçı (fərqi yoxdur hökumətin,
yoxsa idarənin başçısı) da xeyirxahdırsa, demək, bizim
gərəksizliyimizi sübut edir. Bu çox dəhşətli bir hadisədir. Biz
qorxduğumuz adamlarla daha rahatıq, nəinki hörmət etdiyimiz
adamlarla. Bax burada yenə fiziki ölümündən otuz altı il
keçəndən sonra da Stalinin diri qalması məsələsi ortaya çıxır.
1989
***
Dərdin adam elədiyi adamlar da var, dərdin zalımlaşdırdığı
adamlar da… Bu sonuncular təkcə doğmalarının ölməyindən yox,
başqalarının hələ də sağ qalmağından yasa batırlar.
***
Dövlətin və cəmiyyətin mədəniyyətə münasibəti Xala xətrin
qalmasınU prinsipi üzərində yox, "insan təkcə çörəklə yaşamır"
iradəsi üzərində qurulmalıdır. Üstəlik çörək məsələsinin özü də
sən deyən şəkildə yoluna qoyulmayıb.
***
Cinsi əlaqə kimi bədii əsər də müəllifin qurtulmağı və rahat
olmasıdır. Müəllif, doğrudan da, mühüm və özü üçün olsa da
məhrəmanə bir şey yaradaraq daxili aləminə yığışan yükdən -
dərddən-qəmdən, qüssəli xatirələrdən, tənhalıq hissindən, gecə
qarabasmalarından, ölüm qorxusundan azad olur. O, tövbə
edirmiş kimi, bütün bunları öz sənəti vasitəsilə digər şəxslərə
müraciət formasında ifadə edərək canını qurtarır və rahatlıq
tapır. Bunun özü gözəl bir işdir. Sənətə içindəki HƏR ŞEYİ
verərkən o həm də sevgi hissiyatından, ruhun dadlı əzabından,
ümid və illüziyalardan, nə qədər faciəli olsa da, bu həyatdan
vəcdə gəlməkdən, xoşbəxtlik vədlərindən və təsəlli
ümidlərindən azad olur. Bu isə kədərlidir, çox kədərlidir.
***
Nəyə görə müxtəlif insanlar keçmişə fərqli qiymətlər
486
verirlər? Ona görə ki, ötüb gedən bütün KEÇMİŞ üçün eyni
zaman yoxdur. Kimlər üçünsə əvvəlki rejim əl verirdi və onlar
bu zamanı həzin qüssə və nostalji ilə xatırlayırlar. Digər
insanlar və onların doğmaları üçün isə bu keçmiş yalnız
faciələrdən yoğrulub və buna görə də onlar həmin keçmişdə
baş verən hər şeyə nifrətlə baxırlar. Ancaq insan
psixologiyasının paradoksallığı ondadır ki, Sovet dönəmində
hətta çox acınacaqlı vəziyyətdə yaşayan insanlar belə bəzən bu
keçmişi həzin bir qüssə ilə xatırlayırlar. Bu isə, insanın ictimai
varlıq olmasından yox, bioloji təbiətindən irəli gəlir: hətta
məşəqqətlər içində başa çatan gənclik illəri də zaman
keçdikdən sonra xoş həyəcanla xatırlanır.
***
Bir çox dinlərdə olduğu kimi, müəyyən ideoloji sistemlərdə
də insan həyatı, mövcudluğun özü inkar edilir. Bu nöqteyi-
nəzərdən insan həyatı ondan ya zaman, ya da məkan etibarilə
kənarda hər hansı bir uğurun qazanılması üçün olsa-olsa yalnız
bir alətdir. Yer üzərində baş tutmayan cənnət ideyası,
kommunizmin vəd etdiyi gələcək xoşbəxtlik, minillik Reyx.
Ancaq hər bir insan həyatı heç kəsin görə bilmədiyi finiş
xəttinə qədər estafet ağacı ilə qaçış – bu estafetin gələcək nəslə
ötürülməsindən ibarət olan qaçış deyildir. Bu yolun hər bir
parçası hər bir insan üçün onun mövcudluğunun doldurduğu
bütöv dünyadır – beşikdən tabuta qədər. Təkrar edirəm, yolun
bir parçası yox, bütöv yol. İnsan öləndə onun üçün bütün tarix
ölür. İnsan həyatının təsdiqi kimi, onun dəyəri və təkrarsızlığı
kimi humanizmin bütün mahiyyəti bu fikirdədir. Bütün gerçək
dünyanı, özünün bütün əməllərini cənnətə giriş, yaxud digər
insanlar üçün işıqlı gələcəyin inşasına başlamaq sınağı kimi
götürmək – mən bunu anlamıram.
***
Ancaq ayrı-ayrı şəxslərin xoşbəxtliyi və rifahı dövlətin
xoşbəxtliyinə və onun çiçəklənməsinə təminat verə bilər, yaxud
əksinə. Yəni belə bir fikir qəbuledilməzdir ki, dövlətin
487
xoşbəxtliyi və rifahı, habelə onun güclənməsi naminə onun
vətəndaşlarının hər birinin həyatı və taleyi qurban verilməlidir.
Əks halda biz elə bu kimi hadisələrlə daha çox üzləşirik,
dövlətin imperiya və hakimlik ambisiyaları naminə onun
vətəndaşlarının bütöv bir nəslinin həyatı qurban verilir.
Ümumən götürdükdə isə, dövlətin qazandığı var-dövlət guya
onun öz xeyrinə tutulur və iqtidar tərəfindən onun lazım bildiyi
şəkildə və vicdanının rəva gördüyü qaydada bölüşdürülür.
Cəmiyyət varlı adamların hakimiyyətə yiyələnməyi üzərində
qurulur və həm də əlinə qara qəpik də çatmayan insanların
üzərində. Quldarlıq cəmiyyətində belə bir ictimai qayda
mövcud olsa da, bu işdə heç bir riyakarlıq yox idi və o zaman
heç kəs demirdi ki, dövlət qulların maraqlarına xidmət edir.
***
İnsanın bütün davranışı inam və etibar üzərində
qurulmuşdur. Dini təfəkkürdə belə bir inanış var ki, ölümdən
sonra həyat mövcuddur. Əvəzin verilməsi və cəza. Bir tərəfdən
baxanda ateist də NƏYƏSƏ inanır, o inanır ki, dünyaya
gəlişinə qədər və o, dünyadan köçdükdən sonra da tarix
mövcud olacaqdır, yəni başqa sözlə desək, o, şəxsən şahidi
olmadığı, şəxsən hiss etmədiyi, ancaq başqalarından eşitdiyi
bütün şeylərə (lap o biri dünyaya inanan insanlar kimi) –
Keçmişə və Gələcəyə inanır.
***
Azərbaycanda dissident ədəbiyyatı, dissident sənəti,
ümumən dissident təfəkkürü mövcud olubmu? Sözün dar
mənasında yox, ancaq sözün geniş mənasında - bəli, olub,
çünki rejimin hakimiyyət formasına qarşı birbaşa çıxmadan
həyat həqiqətinə susamağın özü elə bir növ dissidentlik idi. Bu
baxımdan yanaşdıqda, Rusiyada təkcə Soljenitsin və Saxarov,
Bukovski və Amalrik, Şaranski və Qinzburq, vicdan etalonu
olan digər şəxslər - general Qriqorenko və Sergey Kovalyov
yox, həm də Şukşin, Astafyev, Yuri Kazakov, Brodski,
Rasputin, Trifonov, Qrekova, Bitov, Makanin, Fazil İskəndər,
488
Okucava, Yevtuşenko, Voznessenski, Axmadullina və digər
saysız-hesabsız şəxslər də dissident olublar. Azərbaycanda isə
həyat həqiqətinə susamaq və onu ifadə etməyin özü dissidentlik
olub (bu haqda danışmaq həm gülməlidir, həm də bir az yerinə
düşmür, ancaq deyim ki, altmışıncı illərdə bizim yazıçı-
publisistlərimizdən biri məni antisovetçilikdə günahlan-
dırmışdı. O, belə demışdı: "Bizim də Soljenitsinimiz peyda
olub – Anar". (İndi bu fikir bir az vaxtı ötmüş kompliment
təsiri bağışlaya bilər, (mən buna layiq olmasam da) ancaq o
zaman bu sözlər birbaşa siyasi donos və təhdiddən başqa bir
şey deyildi).
Bizim ədəbiyyatın məhz ən yaxşı nümunələri ictimai
təfəkkürün sərbəstliyə hazırlanmasında (məncə, bu anlayış
müstəqillikdən daha önəmlidir) böyük rol oynamışdır. Mənə
belə gəlir ki, Azərbaycanda harayçı-patriotik-ritorik ədəbiyyat
gələcəkdə, tarixi perspektivdə ifşaedici, satirik ədəbiyyatdan
daha az qiymətləndiriləcəkdir. Mirzə Fətəli, Mirzə Cəlil və
Sabirin ifşaedici və satirik əsərləri günü bu gün də canlı və
aktual olaraq qalır, ancaq deyin görək onların müasirləri olan,
tərif və milli dəyərlər haqqında difiramblar yazan şəxsləri bu
gün kim tanıyır? Özünüz fikir verin – bu gün həmin patriotların
heç adresatı qalmayıb, çünki onların oxucu kontingentinin özü
milli müstəsnalıq ideyaları ilə xəstələniblər. Bizim millilik
duyğusu zəif olan rusdilli oxucumuz isə bu tipli ədəbiyyatı
mütaliə etmədiyindən onun haqqında heç nə bilmir və buradan
başqa bir paradoks doğur: öz dilini bilməyən, yaxud çox zəif
bilən rus təhsilli oxucu bir çox hallarda əsərləri yalnız
orijinalda çap olunan bəzi şair və yazıçıları başqalarından
eşitdikləri rəylərə görə qiymətləndirirlər və halbuki, onları
orijinalda oxusaydılar, bu əsərləri estetik baxımdan qəbul
etməzdilər.
İctimai fikri müstəqilliyə alışdıran satirik ədəbiyyat isə
özünün bütün qəzəbini müstəqillik dövründə də xərçəng kimi
metastaz verən bəlalara – hər şeydən əvvəl Azərbaycanın
489
mübtəla olduğu üç bəlanın üzərinə – yerlipərəstlik, korrupsiya
və nadanlığın üzərinə tuşlamışdı (Füzulidən Sabirə qədər
korrupsiya və rüşvətxorluğu qamçılayan klassiklərimizi,
M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadədən bu günə
qədər avamlığı qamçılayan yazıçıları, yenə
də
C.Məmmədquluzadədən bu günə qədər yerliçiliyi qamçılayan
yazıçıları götürüb oxuyun).
Xatırlatmağa dəyərmi ki, bu bəlalar heç də təkcə
Azərbaycana xas deyil, Qoqolun "Müfəttiş" əsərini, Şedrinin
əsərlərini, Karamzinin Rusiya haqqında "talayırlar" deməsini
xatırlatmaq kifayətdir. Amma kimsə xərçəngə tutulubsa, başqa
birisinin də bu xəstəliyə tutulması fikri onun üçün heç də
böyük təsəlli deyildir. Yazıçı-satiriklərin öz millətinə böhtan
atması, onu pis vəziyyətdə qoyması barədə səslənən hər hansı
ittiham doğru deyildir, çünki satirik yazıçılar gördükləri işlə
eyni zamanda milləti sağaltmağa cəhd göstərmiş və heç olmasa
bəlanın diaqnozunu qoya bilmişlər.
"Elə indicə L.Tolstoyun yeni dramını oxuyub başa
çatdırmışam və hələ də dəhşətdən özümə gələ bilmirəm – 18
fevral 1887-ci ildə K.Pobedonostsev III Aleksandra belə
yazırdı: TDoğrudanmı, bizim xalq elə Tolstoyun təsvir etdiyi
kimidir? Təsəvvür eləyin ki, rus kənd məişətinin xaricdə bu
şəkildə nümayiş etdirilməsi necə əks-səda doğuracaq, o yerdə
ki, bütün mətbuat Rusiyaya nifrətdən yoğrulub, əlinə keçən hər
hansı bir faktdan dərhal bizim əleyhimizə istifadə etməyə
çalışır və bəzən çox əhəmiyyətsiz uydurma faktların
quyruğundan yapışıb Rusiyada hökm sürən dərəbəylikdən
geniş şəkildə bəhs edir. Deyəcəklər ki, baxın görün rusların
özləri bunu necə təsvir edirlər".
Cəlil Məmmədquluzadə və onun çap etdiyi "Molla
Nəsrəddin" jurnalına qarşı təqribən bu tonda ittihamlar
eşidilirdi – guya C.Məmmədquluzadə və onun jurnalı öz
xalqına qara yaxır, onu bütün dünyada biabır edirdi. Bəzən
daha məntiqli və ağıllı opponentlər belə bir fikirlə razılaşırdılar
490
ki, jurnalda yazılanlar yalan yox, həqiqətdir, ancaq dərhal bu
fikrə gəlirdilər ki, "hər həqiqəti də yazmaq olmaz axı".
Bu gün biz Babək və Koroğlunun adı ilə bağlı olan tarixi
keçmişin şanlı səhifələrinin də elə bu şəkildə qaralanmasının
şahidi oluruq (bir vaxtlar, Böyük Vətən müharibəsi illərində
mərhum Cəfər Cəfərovun bizim şairlərin yeri gəldi gəlmədi
Koroğlu obrazına müraciət etməsi ilə ilgili işlətdiyi "Koroğlu
harda aşdı, orda başdıU cümləsi onu ictimai qınağın obyektinə
çevirmişdi).
Korrupsiya, avamlıq, yerlibazlıq və digər bəlalarla
mübarizəyə gəldikdə isə, deməliyik ki, ədəbiyyat bu
mübarizəni daha ardıcıl, məqsədəuyğun şəkildə aparmış
olsaydı, biz bu gün millətin iradəsini az qala iflic edən bəladan
çoxdan qurtulmuş olardıq – axı bizim erməni həyasızlığı
qarşısında acizliyimiz hər şeydən əvvəl ondan doğur ki,
beynimizə hər şeyin alınıb satılması ideyası təkidlə
yeridilmişdir, odur ki, xalq təfəkküründə hər hansı şəhərin
düşmən əlinə keçməsi təkcə döyüş əməliyyatının uğursuz
nəticəsi kimi yox, sadəcə o şəhərin satılması kimi
qiymətləndirilir. Axı satqınçılıq və korrupsiya barədə danışmaq
cəhdinin özü belə öz xalqına atılan böhtan kimi damğalanırsa,
buna qarşı əks reaksiya Thər şeyi, lap doğma torpağı da satmaq
olarU şəklində meydana çıxır. İddia olunur ki, bizim
keçmişimiz ancaq şərəfli hadisələrdən ibarətdir, xalqa böhtan
atmaq olmaz, bizdə satqınçılıq, yaxud bu kimi digər mənfi
hallar ola bilməz. Ya da bunun tam əksi bəyan edilir – hamı
satqındır, hər şey satılır, bütün tarixi şəxsiyyətlər, bir neçə
seçilmiş şəxsləri çıxmaq şərtilə milləti satıblar – bu cərgəyə əsl
satqınları göstərən şəxslər də aiddir. Hələ bu harasıdır. Bu gün
elə bir adam yoxdur ki, korrupsiya, yaxud rüşvət barədə
qəzəblə danışmasın. Bir məsələ aydın deyil, hamı rüşvətin
əleyhinədirsə, bəs onda rüşvət alan kimdir? Keçmişdə ali
məktəbə qəbul imtahanlarında keçid balını, dərmanı, yaxşı
müalicə etmə bacarığının özünü, gəlirli vəzifəni, ədalətli
491
mühakimə prinsiplərini satmaq bir elə çətin deyildi. Bu gün
belə acı təcrübəni xalq canından və qanından keçiribsə, kimi
heyrətləndirmək olar? Ona görə də, şəhərlərin, bütöv
rayonların satılması fikri də çoxuna təbii görünür.
Dünən bəzilərini bağlayan yerliçilik bu gün Azərbaycanı
ayrı-ayrı parçalara doğrayaraq artıq eybəcər traybalizmə
çevrilmişdir – bu tipli separat cəhdlərin etnik əsasında isə yenə
də həmin yerliçilik mərəzinin metastazı durur. Satirik
ədəbiyyat məhz bu bəlalara qarşı mübarizə aparırdı.
Üçüncü bəlamız olan avamlıq özünü həm də qrafomanlıqda
büruzə verir. Əsrlər boyu ədəbiyyat və incəsənətdəki
qrafomanlıq bu gün həm də siyasi qrafomanlıq müstəvisində
peyda olub. Siyasi diletantlıq, ictimai düşüncənin mədəni
səviyyəsinin aşağı olması da elə avamlıqdan, milli lovğalıqdan
və təkəbbürdən irəli gəlir və bütün bu şeylərin nəticəsi kimi
meydana çıxır. Dünyadan xəbərsiz olan bu adamlar öz
xırdacıq, son dərəcə adi uğurlarını layiq olduqları dəyər və
mənadan çox-çox yuxarıya ucaldır, qəhrəman keçmişi, yaxud
keçmişin qəhrəmanlarını, rəhbərləri, onların qəhrəmanlığını
göylərə qaldıraraq mədhiyyə ədəbiyyatını satirik ədəbiyyatdan
üstün sayırlar. Keçmişlə məzələnə-məzələnə biz fürsətimizi
əldən vermiş, gələcəyi itirmişik. Ən azı onu, gələcəyi sual
altına qoymuşuq.
15 may ,1993-cü il, İstanbul
***
Keçən əsrdə rus ordusunun könüllü olaraq dəvət olunması
(Gürcüstana, Kabardaya və bilmirəm daha hara) bu gün
mövcud olan paralellərin (1956-cı ildə Sovet tanklarını
Macarıstana guya Yanos Kadar, 1968-ci ildə isə
Çexoslovakiyaya Bilyak və İndra dəvət etmişdi) tarixi şəkildə
əsaslandırılmasından başqa bir şey deyildir. 1979-cu ildə Amin
və Babrak Karmalın dəvəti ilə Sovet ordusunun "məhdud
kontingenti" Əfqanıstana soxuldu (belə çıxır ki, onları buraya
dəvət edən Aminin özünü öldürmək üçün).
492
***
Ermənistanla müharibə təkcə meydanlarda, daha doğrusu,
döyüş meydanlarında yox, həm də KİV-də (bu da döyüşün
başqa bir formasıdır), banklarda, beynəlxalq korporasiyalarda,
beynəlxalq terrorizm mərkəzləri və düşərgələrində, hökumət
kabinetlərində və onun dəhlizlərində, silah alverçilərinin
sövdələşmələrində, narkomafiyada, neftlə qazanılan dollarlarda
və s. aparılır. Bir vaxtlar mən tarixi faktlara, keçmişin şəhadət
və sənədlərinə istinad edərək bizim haqlı olduğumuzu
sadəlövhcəsinə sübut etməyə çalışırdım. Bütün bunların heç bir
əhəmiyyəti yoxdur, yaxud bunlar çox cüzi əhəmiyyət daşıyır.
H.Əliyevin Parisdə Fransanın o zamankı Prezidenti ilə görüşü
zamanı Fransua Mitteran əsl fransız sinizmi ilə dedi ki, əlbəttə,
siz haqlısınız, ancaq ədalət çox zaman zəfər çalmır. Doğrudan
da, bu tipli konfliktlərdə haqq-ədalət – arabanın beşinci
təkərinə çevrilir. Hər şey bir çox digər nöqteyi-nəzərlərdən
(lobbinin gücü, diasporun təsiri, satın alınmış mətbuat və TV,
geosiyasi maraqlar, xristian simpatiyası və müsəlman
antipatiyası), özü də Bakıda, Əskəranda, Yerevanda, yaxud
Xankəndində deyil, Moskvada Kremldə, Vaşinqtondakı Ağ
Evdə və nəhayət, Parisdəki Yeliyes sarayında həll edilir.
***
Həm rus şovinistləri, həm də bir çox Şərq respublikalarında
onların yaltaq züy tutanları sonuncu müstəmləkəçi imperiyanın
dirçəlməsinə açıq-aşkar və əl altdan böyük ümidlər bəsləyirlər.
Birincilər ona görə belə edirlər ki, onlar Qərbə münasibətdə
əbədi natamamlıq kompleksini Şərq üzərində hakimiyyətlə
tarazlaşdırmaq istəyirlər (Vladivostok, Vladiqafqaz
şəhərlərinin təkcə adlarına fikir verin), ikincilər isə özlərinə
başqa bir iş tapa bilmədiklərinə görə nökərçilik missiyalarını
cani-dildən yerinə yetirirlər.
***
1994-cü ilin sentyabr ayında Bəstəkarlar İttifaqının
Zuğulbadakı Yaradıcılıq evində hələ Türkiyədə olduğum
493
zaman başladığım "Otel otağı" povestini tamamladım. Bura əsl
cənnətdir – sakitlik, rahatlıq, evin altındakı dənizə açılan
eyvan... Axşamlar sahildə uzaq-uzaq işıqlar yanıb-sönür. Maşın
sahil boyu sakit-sakit getməyindədir: içindəki nədir –
məhəbbət, cinayət, yoxsa tənhalıq. Tolstoyun "İvan İliçin
ölümü" povestini, digər əsərlərini – "Dəlinin qeydləri"ni,
"Şeytan"ı və s. yenidən oxudum. Buna qədər isə Çexovun
"Darıxdırıcı əhvalat"ını yenidən oxumuşdum. Şəhvət, günah və
ölüm qorxusu – L.Tolstoy bu üç motivi müxtəlif variasiyalarda
işləyir. Daha doğrusu, burada iki mövzu var – şəhvətin
doğurduğu günah və cəza qorxusu. Daha doğrusu, ölüm
qorxusu.
***
Yuxular əsl möcüzədir, bəzən mənim yuxularım elə aydın,
əyani olur ki, həyatda heç zaman görmədiyim və tanımadığım
insanların ən xırda üz cizgilərini belə görürəm; məsələn, qəzet
satan uşağı yuxuda yaşıl corablarına qədər, yaxud siqaret çəkən
bir şəxsi görürəm. Bəzən yuxuda gördüyüm şəxslər və fiqurlar
o dərəcədə dəqiq və təfərrüatlı olur ki, onların üz cizgiləri elə
dəqiqliklə görünür ki, bunun yuxu olduğunu kəsdirmək belə
çətin olur – gördüyüm hər şey elə aydın, elə real biçimdə peyda
olur ki… Bəzən mən yuxuda makinada çap olunmuş, yaxud əl
ilə yazılmış, üzərində səhvləri tutulan, bolbol qrammatik səhvə
yol verilən mətnləri görürəm – bunun özü də mənim kitab
hərisliyimin bəlirtisidir.
Bir dəfə yuxuda əvvəllər heç zaman eşitmədiyim Everest
Maksimoviçin adını eşitdim. Gələcəkdə bu adlı şəxslə
görüşəcəyəmmi? Bu adda və onu daşıyan şəxsdə hansı sirri-
xuda gizlənmişdir, doğrudanmı, belə bir şəxs dünyada
mövcuddur? Bu qəribə adı qulağıma kim pıçıldayıb? Kimdir o
və mənim taleyimlə nə əlaqəsi var? Yuxuda bu adı mənə
deyəndə qəribə həyəcan keçirtdiyimi xatırlayıram.
Dostları ilə paylaş: |