52. Cəmiyyətin mənəvi həyatı
İqtisadi və siyasi münasibətlərlə yanaşı cəmiyyətin təşkili, fəaliyyəti və inkişafında hüquq da çox mühüm rol oynayır. Hüquq və əxlaq insanların davranışını, onların bir-birinə, habelə cəmiyyətə olan münasibətlərini və əlaqələrini tənzimləyən qüdrətli alətdir. Hüquq-hamı tərəfindən qəbul olunmuş, məcburi ictimai qaydalar sistemidir. Dövlət bu qaydalar vasitəsilə ictimai münasibətləri tənzim edir. Daxili məzmununa görə hüquq çox genişdir. Buraya ictimai münasibətlərin müxtəlif növlərini (siyasi, iqtisadi, sosial, mənəvi və sair) tənzim edən normativ aktlar sistemi, habelə vətəndaşın hüquqları, azadlıqları və vəzifələri daxildir.
Sonuncular bir növ şəxsiyyətin hüquqi statusunu müəyyən edir. Hüquq ictimai həyatın bütün sahələrinə müdaxilə edir. O mövcud mülkiyyət münasibətlərini əsaslandırır və qoruyur, əməyin və onun məhsulunun bölünməsi və mübadiləsində iştirak edir, dövlət mexanizminin ictimai münasibətlərə, münaqişələrin həlli proseduralarına mənfi təsirlərinə qarşı mübarizə aparır, şəxsiyyətlərarası, beynəlxalq dövlətlərarası münasibətləri tənzim edir.
Hər bir tarixi dövrdə hüquqi münasibətlərin ümumi səviyyəsi cəmiyyətin iqtisadi, sosial-siyasi , mədəni quruluşu və inkişafı ilə müəyyən edilir. O, tarixi ənənələr, hakim ideologiya və sair amillərin təsiri altmda formalaşır və inkişaf edir. Hüquqi normaların və münasibətlərin icrasını təmin edən əsas təşkilat - dövlət və onun hakimiyyətidir. Hüquq şəxsiyyətin cəmiyyətdə və dövlətdə vəziyyətinin inikasıdır.
Fəlsəfə tarixində hüquqi ideyaların, münasibətlərin tədqiqi mühüm yer tutur. Qədim xalqlarda hüquq elmi formalaşmamışdı, lakin onların etik və siyasi nəzəriyyələri elmi biliyin, o cümlədən hüquq elminin inkişafına müəyyən təsir göstərmişdir.
Mifoloji təsəvvürlərə görə, Yer üzərindəki qaydalar -ümumdünya, ilahi mənşəli kosmik qaydaların ayrılmaz hissəsidir. Bu baxımdan dünyada insanların yaşayışı, ictimai quruluşu, bir-birilə və Allahlarla münasibətləri, onların hüquq və vəzifələri miflərdə geniş işıqlandırılmışdır. Sonralar tədricən bu baxışlarda, rasional fikirlərin payı çoxalır, nəticədə hakimiyyət və fərd, dövlət və insan haqqındakı təsəvvürlərdə dəyişikliklər əmələ gəlir, əvvəlki ənənəvi inamlar və təsəvvürlər (hakimiyyət, hüquq və idarəetmə haqqında)
Dostları ilə paylaş: |