Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əcərlər toplusu. №13 2014



Yüklə 1,08 Mb.
səhifə8/12
tarix01.01.2017
ölçüsü1,08 Mb.
#4274
1   ...   4   5   6   7   8   9   10   11   12

Ailə - üzvləri bir-biri ilə nikah və qohumluq münasibəti, ümumi məişət və qarşılıqlı mənəvi məsuliyyət ilə bağlı olan kiçik qrup olub – yoldaşlar, valideyn və uşaqlar arasındakı qarşılıqlı münasibətlərin tarixi konkret formasıdır. Müasir ailə və onun problemləri psixologiya, sosiologiya, pedaqoqika, demoqrafiya və bir sıra elmlərin tədqiqat obyekti kimi çıxış edir. Mütəxəssislər nikahda münasibətlərin emosional dinamikasını, ailədə tənhalığın səbəblərini, ailə tərbiyəsinin xüsusiyyətlərini öyrənirlər.

Hal-hazırki dövrdə ailəyə daxil olmaq mənəvi və fiziki varolmanın vacib faktoru deyil. Şəxsiyyət ailədən azadlıq qazanmış, ailə münasibətlərinin dərk olunması xarakteri dəyişmişdir. [1] Bir çox klassik sosioloqlar xüsusilə ailə-nikah institutunu tədqiq etməyərək, ailəyə məhz öyrəndikləri proseslərin faktoru kimi baxaraq onu sosial strukturun bir hissəsi kimi hesab edirdilər (M.Veber, K.Marks, E.Dürkheym, V.Pareto). Müasir ailə bir çox ölkələrdə çox ciddi təsirlərə məruz qalır. İldən-ilə natamam ailələrin, atasız və yaxud anasız böyüyən, ata-anası olan, lakin müxtəlif səbəblər üzündən uşaq evlərinə və internatlara yerləşdirilən uşaqların sayı artır.

Hələ 1913-cü ildə P.Sorokin “Müasir ailənin krizisi” məqaləsində ailə institutunun “dərinləşmiş krizi” adlandırdığı problemə dair empirik sübutlar irəli sürürdü. P.Sorokin burada boşanma göstəricilərinin artması, nikahın bağlanması sayının azalması, nikahdan kənar münasibətlər, nikahdan kənar doğulmuş uşaqların sayının artması; nikahda uşaq sayının azalması, qadınların emansipasiyası, nikanın dünya institutuna çevrilməsi, təlim, tərbiyə və qəyumluq funksiyalarının dövlətə ötürülməsi məsələlərini müzakirə edir. Daha sonrakı işlərində o, ailə-nikah mühitində baş verən bu prosesləri krizis və deqraqasiya deyil, inteqrasiya-dezinteqrasiya terminləri ilə izah edirdi. [2]


Nikah və ailəyə dair aparılan bütün müasir tədqiqatlarda ailə-nikah sahəsində yuxarıda qeyd olunan proseslərin hələ də davam etməsini təstiq edən məlumatlar qeyd olunur. Bu tendensiyalara praktiki olaraq bütün avropa, şimali amerika ölkələrində, Rusiya, eləcə də MDB ölkələrində rast gəlinir; onlar müxtəlif cəmiyyətlərdə yalnız tarixi davamlılıq və mədəniyyətin dərinliklərinə nüfüz etməsi ilə fərqlənirlər. Beləki, bir sıra alimlər onları monoqam ailə-nikah institutunun krizisinin sübutu kimi şərh etsələr də, digərləri baş vermiş proseslərə bu institutların transformasiyası kimi baxırlar. [2]

Faktlar sübut edir ki, müasir, xüsusilə gənc ailələrdə müxtəlif növ münaqişələr yaşanır və ailənin davamlılığına öz mənfi təsirini göstərir. Yeni formalaşmaqda olan demokratik ölkəmizdə bir sıra sosial-iqtisadi və siyasi səbəblər (SSRİ-nin dağılması, Ermənistanla davam edən müharibə, yaşadığımız keçid dövrü, inkişaf etməkdə olan ölkə olaraq, dünya birliyinə inteqrasiya problemi, miqrasiya, sosial strukturda dəyişikliklər, təsərrüfatçılığın yeni formalarının təşəkkül tapması və s.), mənəvi-mədəni və sosial-psixoloji səbəblər (yeni dəyərlər və normaların meydana gəlməsi, nəsillərarası münasibətlərin, ailədaxili durumun və s. dəyişilməsi və s.) hər bir ailənin təşəkkül tapması və inkişafına təsir göstərmişdir.

Hal-hazırda ailələrin tez-tez dağılması, nikahdan qabaq davranışda mövcud problemlər dövlətin özəyini təşkil edir, millətin gələcəyini müəyyən edən gənc nəsillərin fiziki və mənəvi, sosial sağlamlığına cavabdeh olan gənc ailələrdə mənəvi-psixoloji iqlimin düzgün formalaşmasının olduqca böyük əhəmiyyəti var. Bu mənada işiqlandırılan məsələlər olduqca aktual xarakter daşıyır.

Məlumdur ki, ailə cəmiyyətin sosial strukturunda mühüm yer tutduğu üçün onun problemləri istər sosial-siyasi və iqtisadi, istər sə də mənəvi-psixoloji baxımından həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Qədim dövrdən bu günə kimi dünyanın bütün regionlarında ailənin bir sosial institut olaraq, inkişafında varislik, adət-ənənə, daxili struktur, funksiyaları, rol bölgüsü, cəmiyyətin digər fəaliyyət sahələri ilə əlaqələri öyrənilmişdir. Hələ Platon və Aristotel kimi antik dühalar ailə və nikah haqqında görüşlərini təstiqləmiş, öz dövrlərinin ailə tiplərini fərqləndirərək onun yaranmasının formalarını irəli sürmüşlər. Ailəyə marağın səbəbini onun əhəmiyyətində və cəmiyyətdə oynadığı rolunda axtarmaq lazımdır.

Öhdəsinə aldığı vəzifələrin müxtəlifliyi və çətinliyi ilə səciyyələnən ailə istər demoqrafik, istərsə də sosial mənada müxtəlif insanların ittifaqıdır. Həmin ittifaq uzunmüddətli və uğurlu olsun deyə cəmiyyət hər bir üzvünü ailə həyatına hazırlamağa çalışır. Ailə və cəmiyyət – eyni sistemin kiçik və böyük modelləridir. Bu prosesi izləyən, ona təkan verən, xüsusiyyətlərini aşkar edib praktikada reallaşdırmağa çalışanlar sırasında psixoloqların rolu olduqca böyükdür.

İlk növbədə müasir dövrdə ailənin inkişaf tarixi, mahiyyəti, funksiyaları öyrənən, ailədaxili münasibətlərinin təhlilini aparan tədqiqatçıların yaradıcılığına müraciət edək. Azərbaycanlı tədqiqatçılar sırasında F.Köçərlinin, Q.Qeybullayevin, və s. adlarını qeyd etmək lazımdır. Qadınların sosial fəaliyyətini təhlil edənlər sırasında Z.A.Əhmədovanı, Z.Əsgərovanı qeyd etmək lazımdır. Bu tədqiqatçılar qadınların artmaqda olan sosial-iqtisadi və siyasi fəaliyyətini təhlil edir, bununla da həmin amilin ailədə rol bölgüsünə, buradakı mənəvi-psixoloji iqliminə təsir göstərməsini müəyyən edirlər.

Ailə probleminin sosial-psixoloji təhlilini Azərbaycanda Ə.S. Bayramov, Ə.Ə.Əlizadə, A.N.Abbasov, H.Ə.Əlizadə, Ə.T.Baxşəliyev, С.A.Təhmasib və s. aparmışlar. Adları çəkilən tədqiqatçıların əsərlərində ailənin statusu, sosial-psixoloji durumu, şəxsiyyətin sosiallaşması baxımından ailədə onun mövqeyi və durumu, dəyərlər sistemi, münaqişələr və s. kimi məsələlər araşdırılır.

Qeyd etdiyimiz tədqiqatçıların əsərlərində cəmiyyətdə ailə probleminin sosial mahiyyəti, o cümlədən kişi və qadın statusu, prestiji təhlil olunur, çünki həmin statusa uyğun olaraq ailədə harmoniya yaranır, yaxud da ki, əksinə, «Mən-konsepsiyasının» adekvatlığı itir, bu zaman ər və yaxud arvad digərinə biganəliyi nümayiş etdirir, və s. Digər tərəfdən, həyatın bioloji ritminə uyğun olaraq, müəyyən bir dövrdə elə bir adekvatsızlıq məqamı gəlib çatır ki, həyatın yeni mərhələsinə nail olmaq üçün gərək yenidən müəyyən bir şəraitə adaptasiya olasan, münasibətlərinin yeni bir müstəvisinə nail olasan.

Rusiya tədqiqatçıları sırasında A.Q.Xarçevi, M.S.Matskovskini, K.Vitakeri, S. Kovalyovu, V.Deryabini, F.Borodkini, İ.V.Dorno, E.Eydemilleri, V.Yustitskisi, N.Yurkeviçi, A.Krasovskini, S.N.Burovu və başqalarını qeyd etmək olar. Həmin tədqiqatçılar həm də ailədə ər-arvad münasibətlərinin şəxsiyyətin sosiallaşması mövqeyindən qiymətləndirir, bu münasibətlərinin inkişafını mənəvi-psixoloji, fizioloji, sosial tələbatlar baxımından tədqiq edirlər.

Ümumiyyətlə problem çoxşaxəli olduğu üçün onun həlli də müxtəlif ifadə formaları ilə səciyyələnir: burada tarixi, iqtisadi, əxlaqi-mənəvi, tətbiqi sahələri var ki, bu da çoxsaylı tədqiqatların səbəbi olmuşdu. Bu tədqiqatlar əhatə dairəsinə görə regional, lokal, qlobal səciyyə daşıya bilər. Ən çox tədqiq olunan sahələr – yerli, regional problemlərdir ki, bunların həlli sosial siyasətin inkişaf xüsusiyyətləri ilə bağlı olmuşdur.

Ailədə rol münasibətlərinin transformasiyası nikah-ailə münasibətlərinin müasir quruluşunun əsas tərəfini təşkil edir. Rol – insanların şəxsi statuslarından asılı olaraq davranış yollarımı və ya cəmiyyətdə və şəxsiyyətlərarası münasibətlərdə pozisiyasını bildirən, qəbul edilmiş normalara əsaslanan şəxsiyyətin sosial funksiyasıdır. Hazırki dövrdə nikah-ailə, eləcə də rollu münasibətləri tənzimləyən normaların qeyri-müəyyənliyi müasir ailə qarşısında duran sosial-psixoloji problemlər sırasındadır.[3]

Ailənin rol strukturunun yaranması prosesi onun sosial və psixoloji birlik olmasının, yoldaşların bir-birinə adaptasiyası və ailə həyatı tərzlərinin formalaşmasının başlıca tərəflərindən biridir. Bu proses yoldaşların şəxsiyyətlərarası münasibətlərindən və onların ustanovkalarından sıx bağlıdır. Hal-hazırki dövrdə yoldaşların şəxsiyyətlərarası münasibətlərinin keyfiyyəti, hər şeydən öncə tərəflərin özlərinin onu nə qədər uğurlu qavramaları ilə müəyyən olunur. Beləki, bu gunki dövrə qədər cavan ailələrin öz nikahlarını necə qavramaları və burada rol münasibətlərinin onlar üçün hansı yer tutması az öyrənilmiş sual kimi qalır.

Müasir ailədə rolların sosial-psixoloji analizi üçün ilk növbədə xarici və yerli tədqiqatçıların nikah-ailə eləcə də rollu münasibətləri tənzimləyən normaların qeyri-müəyyənliyi haqqındaki nəticələri böyük məna kəsb edir. Belə vəziyyət ailələr qarşısında bir sira sosial-psixoloji problemlər qoyur. Ailədə hər bir tərəfəbütünlükdə mövcud olan çoxsaylı rollu qarşılıqlı təsir nümünələrindən hər hansını “seçmək” lazım gəlir. Ailənin bu və ya digər rol nümunəsini seçməsi problemi ailə üzvlərinin bu nümunəyə, ailədə öz rollarına və rolların ailənin digər üzvləri tərəfindən yerinə yetirilməsinə olan münasibətlərinin formalaşmasından asılıdır.

Müasir ailədə ata – anaya və uşaqlara qayğının böyük hissəsini öz üzərinə götürərək, daha çox uşaqların tərbiyəsində ananın tərəfdaşı kimi çıxış edir. Atalıq rolu haqqında danışarkən bir çox hallarda insanlarda mükafat və cəzaları müəyyənləşdirən, sərt və ağır ailə başçısı təsəvvürü yaranır. Praktikada ataya ananın hökmlərini həyata keçirən “cəllad” rolu aid edilir (“Gözlə - atan gələcək...”). Proqressiv tendensiya ondadır ki, ailə başçısı kimi atanın rolu atanın rolu daha həyat yoldaşının və uşaqların tarazlı, sabit, güclü dostu rolu ilə əvəz olunur. Atanın uşaqların tərbiyəsinə başlıca töhfəsi ailə həyatının strateji planlaşdırılması, hadisələrin tərəfsiz və ədalətli qiymətləndirilməsində ekspert rolunda çıxış etməsidir. Eləcə də analığın uşaqların tərbiyəsinə ən dəyərli qatqısı – uşaqlara qulluq, qayğı və zamanında tam emosional qayğı göstərməkdən ibarətdir.

Milli və xarici tədqiqatlar göstərirlər ki, ailədə rollu davranışların və münasibətlərin qaydası, ailə üzvlərinin şəxsiyyətlərarası münasibətləri və ünsiyyəti ilə sıx qarşılıqlı əlaqədə olan ailənin həyat fəaliyyəti ilə tənzimlənir. Y.E.Alyoşinanın (Ю.Е.Алешина) ailədə əsas rollar təsnifatına nəzər salaq:


  • Ailənin mənəvi məsuliyyətinə məsuliyyətli.

  • Sahib-sahibə.

  • Körpə uşağa qulluq etməyə cavabdeh olan şəxsin rolu.

  • Seksual tərəfdaş rolu.

  • Əyləncənin təşkilatçısı rolu.

  • Ailənin asudə vaxtlarının təşkilatçısı.

  • Qohumluq bağlarının qorunmasında məsul şəxsin rolu.

  • “Psixoterapevt” rolu.[3]

Ailə üzvlərinin psixoloji rollarından danışarkən qeyd etmək lazımdır ki, bir rol yalnız digər rollarla qarşılıqlı təsirdə mövcud ola bilər.

Müasir ailə üçün rolların ailədaxili strukturu problemini yaradan bir sıra hallar mövcuddur. ənənəvi və eqalitar (bərabər) ailə nədir? Onların fərqi nədədir? Bu ilk növbədə ailədaxili rolların müəyyənləşdirilməsinin iki müxtəlif sistemidir. Ənənəvi ailə - o ailədir ki,burada yoldaşlar cinslərinə uyğun olaraq müəyyən rollarda çıxış edirlər – qadın analıq və sahibə rolunu ifa edir, kişi isə əsasən maddi dəstək və seksual münasibətdə məsuliyyət daşıyır.

Eqalitar ailələrdə isə faktiki olaraq bütün rollar qadın və kişi arasında bərabər bölünür. Ənənəvi və eqalitar ailələr arasında spesifik struktura malik ailə rolları olan bir sıra keçid formalar dayanır. E.Q.Eydemiller və V.V.Yustiskovun fikrinə əsasən ailənin vacib xarakteristikası yalnız onun funksiyaları deyil, eləcə də təhlili nəticəsində onun funksiyalarının hansı formada həyata keçməsini öyrənməyə imkan verən – strukturudur. Ailənin strukturu baxımından funksiyalarının, rəhbərliyinin və təşkilatının ailənin bir üzvünün əlində cəmləşdiyi ailələri müəyyən etmək olar (avtoritar və zalım ana). Ailə strukturu öhdəliklərin paylanmasından asılı olaraq müxtəlif ola bilər: öhdəliklərin çox hissəsinin ailənin bir üzvündə cəmləşməsi və ya öhdəliklərin bərabər paylanması.

Nikahın uğurlu inkişafı üçün ailə münasibətlərinin funksional-rollu strukturu əhəmiyyətli məna kəsb edir. Məlumdur ki, ailədə rol bölgüsü tarixi, mədəni, məişət, mənəvi faktorlar ilə sıx şəkildə əlaqəlidir. İnsan nəsli öz həyatını, sosial varlığını davam etdirmək məqsədilə yaratdığı ailənin sağlam və möhkəm olması üzərində daima düşün­müşdür. Psixologiya tarixində, onun inkişafının müasir mərhələsində ailə haqqında ideyaları bir də nəzərdən keçirmək, onları elmşünaslıq, sosial-psixoloji nəzəriyyələr və humanitar elmlər baxımından sistemləşdirmək vəzifəsi olduqca əhəmiyyətli və aktualdır. Məlumdur ki, ailənin sağlam və uğurlu inkişafı baxımından təhlili barədə ideyalar və yanaşmaların formalaşması və inkişaf xü­susiyyətlərini öyrənməklə biz, ailədaxili prosesləri, ziddiyyətləri aradan qaldırmağa müvəffəq oluruq. Ailədə rol bölgüsü anlayışına münasibətin istər elmi təlimlərdə, istərsə də cəmiyyətin modelləşdirilməsi və proqnozlaşdırılması baxımından təhlili olduqca faydalıdır.

Problemi bir az da dərindən araşdırmaq üçün ilk növbədə statistikaya və ekspertlərin rəylərinə müraciət edək. Hal-hazırda Azrbaycanda ailələrin yaradılmasında və inkişafında bir sıra yeni tendensiyalar meydana gəlmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən götürülmüş statistik məlumatlara nəzər yetirək. [4]

Ev təsərrüfatlarının üzvlərinin sayına görə bölgüsü

Cədvəl 1


 

1959

1970

1979

1989

1999

2009

Yekuna görə faizlə

Cəmi

100

100

100

100

100

100

o cümlədən üzvlərinin sayına görə:

1 üzvü olan

11,0

11,2

11,6

9,1

7,7

6,7

2 üzvü olan

16,3

13,3

13,3

13,4

8,2

8,1

3 üzvü olan

17,5

13,4

12,9

13,2

12,7

12,8

4 üzvü olan

16,5

14,2

15,3

19,3

20,8

24,5

5 üzvü olan

13,7

12,7

13,5

16,6

20,5

20,2

6 üzvü olan

10,8

11,9

11,3

11,9

13,7

11,7

7 və çox üzvü olan

14,2

23,3

22,1

16,5

16,4

16,0

Müqayisə göstərir ki, 1, 2 və 3 üzvü olan ev təsərrüfatlarının sayı 1959-cü il ilə müqayisədə təxminən iki dəfə azalmışdır. Ən çox artan 4 və 5 üzvü olan ailələrdir. Bu isə, şübhəsiz, ailədə ailə üzvlərinin qarşılıqlı münasibətlərinə və rol bölgüsünə öz təsirini göstərməlidir. Məlumdur ki, indiki ailələr daha çox iki nəsldən, yəni ata-ana və onların övladlarından ibarətdir. Bu isə həm ailədaxili münasibətlərinə, həm də nəsillərarası inteqrasiyasına əsaslı şəkildə öz təsirini göstərir. Nəticədə gənc nəslin həm ailədə üzərinə aldığı rollarında iştirakı xüsusiyyətləri, həm də həmin rollar haqqında təsəvvürləri özünəməxsus şəkildə ifadə olunur.

Ailəni quran gənclərin yaşında baş verən dəyişikliklər də ailədə ər-arvad və valideyn-övlad münasibətlərinə öz təsirini göstərir. Yenə statistikaya müraciət edək. [5]
2013-cü ildə nikahın davametmə müddətinə və boşananların yaş qruplarına görə boşanmalar

Cədvəl 2



Boşananların yaş qrupları

Boşanmaların sayı

onlardan nikahın davametmə müddətinə görə (il)

5 ilə qədər

5-9 il

10-19 il

20 il və yuxarı

Kişilər

Cəmi

11730

4331

3322

2276

1801

o cümlədən:




18 yaşadək

-

-

-

-

-

18

3

3

-

-

-

19

6

6

-

-

-

20-24

711

658

53

-

-

25-29

2481

1692

762

27

-

30-34

2830

1081

1385

364

-

35-39

1846

431

654

747

14

40-44

1360

209

241

656

254

45-49

962

112

101

269

480

50-54

862

73

72

134

583

55-59

378

34

26

44

274

60 və yuxarı yaşda

291

32

28

35

196

Qadınlar

Cəmi

11730

4331

3322

2276

1801

o cümlədən:




18 yaşadək

3

3

-

-

-

18

31

31

-

-

-

19

112

112

-

-

-

20-24

1640

1402

238

-

-

25-29

2968

1521

1350

97

-

30-34

2334

678

1025

631

-

35-39

1617

288

415

837

77

40-44

1115

146

137

390

442

45-49

885

84

78

187

536

50-54

621

41

51

91

438

55-59

242

18

18

19

187

60 və yuxarı yaşda

162

7

10

24

121

Cədvəldən göründüyü kimi, 2013-cü ildə cəmi 11730 boşanma halları baş vermişdir. Kişilərdə ən çox boşanma halları 25-45, qadınlarda isə 20-45 yaşları arasında baş verir. Bunun səbəbi qadınların daha gənc ikən ailənin qurması adətidir. Bütövlükdə nikah yaşında artma tendensiyası mqşahidə olunur (istər qızlarda, istərsə də oğlanlarda). Bu proseslərin nəticəsində rol bölgüsü, qarşılıqlı münasibətlər xarakteri də dəyişilir. Boşanma hallarının təxminən 40 faizi 5 yaşa qədər olan ailələrdə baş verir. 20-30 yaşında olan qadınların boşanma əksər halları (70-80 faiz) ilk 5 ilə düşür. Buradan belə bir nəticə çıxarmaq olar ki, bu ailələrdə yaşanan problemlər sırasında daha çox rol bölgüsü üzərində yaranan münaqişəli vəziyyətlər olmuşdur.

Aydındır ki, gənclərin ailə haqqında olan təsəvvürlərdə bu məsələlər öz əksini tapır. Ailədə rol bölgüsü problemi sosial və pedaqoji psixologiyanın əsas problemlərindən biri olduğu üçün, vaxtaşırı bu problemə qayıtmaq, indiyə qədər get­diyimiz yolu təftiş etmək olduqca faydalıdır. Müasir dövrdə qlobal problemlərin kəskinləşməsi dünya xalqlarının qarşılıqlı asılılıq və vəhdətinin artması, psixologiyada sürətlə gedən inkişaf bu problemi getdikcə daha da aktual edir. İnsan şüurunda yeni, müasir dəyər­ləri və qiymətvermələri formalaşdırmaq üçün ona həmişə ailə dəyərlərinin zəruriliyi və insan həyatında oynadığı rolu xatırlatmaq lazımdır.

Bir çox tətqiqatlar belə bir fikri təsdiqləyir ki, “insanların seçim qarşısında qaldıqları məsələlərdən biri də ailə və karyeradır. Bir vaxtlar çalışan kişilərin sayı qadınlara nisbətən daha çox olduğundan adətən onlar karyeraya üstünlük verirdilərsə, hazırda dünyada, o cümlədən ölkəmizdə çalışan qadınların sayı da getdikcə artdığından bu tendensiya dəyişib. Kişilərin bir çoxu belə düşünür ki, yalnız onlar karyera sahibi ola bilərlər. Eyni zamanda qadınların karyera sahibi olmalarını, onlardan daha üstün bir mövqedə olmaları kimi səciyyələndirirlər” [6].



Ekspertlərin fikrincə, “bu seçim üçün qadına imkan verilməlidir. Bu gün cəmiyyətimizdə kişilərin əksəriyyəti qadınların karyera sahibi olmasını dəstəkləyir, bu yolda köməklərini əsirgəmirlər. Lakin ümumilikdə qadının cəmiyyətdə layiq olduğu mövqeyə çatması yolundakı problemləri aradan qaldırmaq üçün ictimai təfəkkürdə mövcud olan bəzi zərərli stereotiplərdən əl çəkməliyik” [yenə orada].

Azərbaycan Sosioloqlar Birliyi tərəfindən keçirilən tədqiqatın nəticəsindən məlum olur ki, "Sizcə, ev qadını, yoxsa iş qadını olmaq asandır?" sualına cavab verən respondentlərin böyük əksəriyyəti - 36,8%-i iş qadını olmaq, 29,8%-i isə ev qadını olmağı, 27,2%-i isə heç biri deyib. "Sizcə, ailə və karyeraya eyni zamanda vaxt ayırmaq mümkündürmü?" sualına respondentlərin 60,5 %-i "bəli", 36,8%-i "xeyr" deyib.

"Mükəmməl karyera sahibi olan qadın müəkəmməl ailə sahibi ola bilərmi?" sualına respondentlərin 59,6%-i "bəli", 34,2%-i "xeyr" cavabını verib. "Qadınlar üçün hansı vacibdir?" sualına respondentlərin 50,6%-i "ailə", 5,3%-i "karyera", 40,4%-i isə "hər ikisi" deyib. "Belə bir seçim qarşısında qalsaydınız, hansını seçərdiniz?" sualına respondentlərin 83,3%-i "mən ailə seçərdim" deyir, 10,5%-i isə karyeraya üstünlük verir.

Gənclərin bu problemə münasibətini öyrənmək üçün ayrıca tədqiqatın keçirilməsinə ehtiyac var. Bu məsələ rol münasibətləri və rol bölgüsü məsələsinin ən əhəmiyyətlisidir.
Ədəbiyyat siyahısı

1. Психология семейных отношений с основами семейного консультирования ред. Е. Г. Силяева М.: Издательский центр «Академия», 2002.

2. Михеева А. Р. Брак, семья, родительство: социологические и демографические аспекты: Учеб. пособие / Новосиб. гос. ун-т. Новосибирск, 2001. 74 с

3.Шнейдер Л.Б. Семейная психология: Учебное пособие для вузов. 2-е изд.-М.: Академический Проект; Екатеринбург: Деловая книга, 2006. – 768 с. – («Gaudeamus»)

4. http://www.stat.gov.az/source/demoqraphy/az/6_7-8.xls

5. www.stat.gov.az/source/demoqraphy/az/6_6.xls

6.Ailə və karyera – ikisi birlikdə mümkündürmü? http://news.day.az/society/317022.html
РОЛЕВЫЕ И ВНУТРИРОЛЕВЫЕ СТРУКТУРНЫЕ ОСОБЕННОСТИ СОВРЕМЕННОЙ АЗЕРБАЙДЖАНСКОЙ СЕМЬИ
Годжаманова Чинара Рашад кызы, магистрант, 3 курс, Бакинский государственный университет

Резюме


Основой семьи является брак и исходящие из него внутрисемейные отношения, разделение ролей. Идеи и представления, формирующиеся в этой области у различных слоев населения общества, особенно молодежи, влияет на их отношение к семейной жизни. Общее жилье, домашнее хозяйство, хозяйство являются основой разделения ролей в семье, сосуществованию и сотрудничеству в семейных отношениях. Уменьшается или растет интерес к семье? Чтобы ответить на этот вопрос, недостаточно статистических данных, нужно решение задач и в области прикладных исследований. В результате можно будет улучшить семейную политику, которая является важным аспектом социальную политику.
ROLE AND STRUCTURAL FEATURES intrarole MODERN FAMILY OF AZERBAIJAN

Godzhamanova Chynara Rashad kyzy, undergraduate, third-rate, Baku State University

Summary

Foundation of the family is marriage and coming from a family relations, division of roles. Ideas and concepts emerging in this area have a diverse population of society, especially the youth, influences their attitude towards family life. Total housing, household, agriculture is the basis of the division of roles in the family, co-existence and co-operation in family relations. Decreases or increases interest in the family? To answer this question, it is not enough statistical data, it is necessary the solution of problems in the field of applied research. As a result, it will be possible to improve family policy, which is an important aspect of social policy.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin