1919-cu il yanvar ayının 7-də Azərbaycan xarici işlər nazirinin
müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər
nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında
çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa
məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və
qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar, təkcə
ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək
istəyərkən boğulanların sayı 300 nəfərə çatır
3
.
1919-ci il yanvarın 8-də Azərbaycan Parlamentinin iclasında
İrəvan quberniyasının müsəlman əhalisinin ərz-halları dinlənilmişdi.
Sənəddə deyilirdi: “1917-ci ilin dekabr ayından 1918 –ci ilin iyun ayı-
na qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki
yüzdən çox müsəlman kəndləri atəşə tutulub tarmar olub, bunların
əhalisi isə qismən qətl, qismən də dağlara qaçıb buralarda soyuqdan
və aclıqdan tələf olmuşlar. İrəvan quberniyasının əsasən müsəlmanlar-
dan ibarət olan Sürməli, İrəvan, Üçmüədzin, Şərur və Naxçıvan qəza-
larının bəzi hissələrinın Osmanlı ordusu tərəfindən işğal olunduqdan
sonra burada yaşayan ermənilər yeni təşkil olunmuş Erməni Cumhu-
riyyətinin dairəsinə köç etmişlər. Digər tərəfdən osmanlılar işğal et-
dikləri mahallarada 100 minə qədər müsəlman İrəvan quberniyasının
başqa yerlərindən köçmüşlər. Bunları köçməyə 80 qədər müsəlman
1
ARDA: Fond 970, siyahı 1, iş 6, vərəq 1.
2
Азербайджанская Демкратическая Республика (1918-1920). Внешняя полити-
ка (Документы и материалы). Баку: 1998, с.42.
3
Газета «Азербайджан», 7 января 1919 г.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
130
kəndlərini atəşə tutub talan edən ermənilər məcbur etmişlər. Hal-hazır-
da erməni qoşunları Sürməli qəzasını təmamən, İrəvan, Şərur və Üç-
müədzin qəzalarının müsəlmanlar ilə məskun mahallarını işğal edib
Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşləri ilə bərabər yerli mü-
səlmanları qismən kəsib, qismən köylərindən çıxarıb İrana köç etmək
məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş
mahallara Osmanlı dövlətindən Ermənistana köç etmiş ermənilər yer-
ləşdirilir. İrəvan quberniyasının bəzi mahallarının təmamilə müsəlman-
lar ilə məskun olduğu bu mahalların tarixən və başqa şərait üzrə
Azərbaycanın ayrılmaz hissəsi olunmasını nəzərə alıb və məcburən bu
mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlə-
rinin oturmağı xilaf və ziddi-qanun hesab edərək bu mahallar məsələ-
sini qəti surətdə həllini sülh konfransına buraxaraq İrəvan müsəlmanları
nümayəndələri İrəvan müsəlmanlarının mövcudluğunun mühafizəsi
üçün lazım gələn tədabir etmənizi rica ediriz”. İclasda çıxış etmiş Mə-
həmməd Əmin Rəsulzadə İrəvan müsəlmanlarının müraciətinə müna-
sibət bildirərək qeyd etmişdir ki Azərbaycan höküməti yurddaşlarına
siyasi və maddi yardım göstərməli, onların vəziyyətini yüngülləşdirmək
ücün Parisdə keçirilən sülh konfransında və Qafqaz dövlətlərinin birgə
yığıncaqlarında mövcud ixtilafların həllinə calışmalıdır. Rəsulzadənin
bu təklifi səsə qoyularaq qəbul edilmişdi
1
. 1919-cı il yanvar ayının 14-
də İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından M.H.
Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciə-
tində isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni
qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır,
məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv
edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında hə-
min ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər
2
.
Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər nazirliyi tərəfin-
dən 1919-cı ilin iyunun 10-da Ermənistandakı diplomatik nümayəndə
Məmməd Xan Təkinskiyə göndərilmiş şifrəli teleqramda təlimat veri-
lirdi ki, İrəvan quberniyasında dağıdılan müsəlman kəndlərinin nüma-
yəndələrinin köməyi ilə müsəlmanların əhali itkisi, mülkiyətinə dəyən
ziyan, adı və soyadı, yaşı və yaşayış yeri, cinsi göstərilməklə öldürü-
1
Azərbayсan Xalq Cumhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I
cild. Bakı: 1998, s.111-113
2
Газета «Азербайджан», 14 января 1919 г.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
131
lən şəxslər, əsir götürülmüş adamlar haqqında məxfi şəkildə statistik
məlumatlar toplayıb Xarici işlər nazirliyinə göndərsin.
1
Verilmiş təlimata uyğun olaraq, M.X. Təkinskinin yardımı ilə
İrəvan müsəlman Milli Şurası təcili şəkildə İrəvan quberniyasında
yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında Avropa və
Amerikanın böyük dövlətləri üçün məlumat hazırlayıb, Azərbaycan
Xarici işlər nazirliyinə göndərdi. Məlumatda deyilirdi:.( 48 0tilah.8(7)]TJ /TT2 1 Tf 0 Tc (Tw 1.4 /T40 Td (õ)Tj /TT1 1 Tf 0.0006c 0.28 0 Td [(()Tj /C2_1 1 Tf 0 Tc 0 T.80 Td <0525>Tj /TT1 1 Tf 0.001206c 0.28-0.()Tj /C2_1 1 Tf 0 Tc 0 T.8j /C2_1 1 Tf 0 Tc 3(ya)Tj /C0i i)Tj6.76Tf 0.945 0 T <0525>Tj /TT1 1 Tf 0.0003 Tc 0.2747 Tw 0.445 0 Td(z v)Tj0747ün m)Tj /C2[(t0 Tc9 Tw i erm4.48 0 Td <0525>Tj /TT1 1 20 120011 Tc 0.2589 Tw 0.44 0 Td (ti haqq074a)0.9(t haz)]TJ (ni 0 Td <0525>Tj /TT1 1 T1 1 Tf60.001206c 0.28-0.()Tj /C2_1 1 T_1 1 Tf 0 Tc 0.55s 0 Td <0525>Tj /TT1 1 Tf .445 0 Td ( )Tj /C2_1 1 Tf 0.525 0 Td<0525>Tj /TT1 1 Tf 0.0008 Tc 0.445 0 Td [(rba)Tj 0 (an)5.8( )]TJ 0.00i)-5 Tc 5.05 0 Td <00F9>T 1 T_1 1 Tf94Tf 0.0004 Tc (kild)Tj /C2_1 1 1 1 Tf 0.0003 (h0525>Tj /TT1 1 Tc 0.2747 Tw 0.445 0 Td(z v)Tj9m)Tj /C2_1 0 Td <0525>Tj /TT1 1Tc 0.2747 Tw 0.445 0 Td(z v) Tf 0.0005 Tr0 Td <0525>Tj /TT1 1 T1 Tf 0 Tc Tc 0.2747 Tw 0.445 0 T47ün m)Tj /C2_, qTj /TT1 1 Tf 0.0011 Tc 0.0589 Tw 2.755 0 TdTf 0 Tc 079/C2_1 1520 Tc 1.7a5 0da 1.46 0 Td <0525>Tj /TT1 1 Tf 0 0 Tc Tc 0.2747 Tw 0.445 0 T47 Tf 0 Tc 0.55 k Td <0525>Tj /TT1 1 T1 0.0021 Tc 0.2129 Tw 0.445 0 haz)]TJ (nd 0 Td <0525>Tj /1f 0.0018 Tc 0.0582 Tw 0.44 0 Td 27 Tf 0 Tc 0.55r0 Td <0525>Tj /TT1 1 T1 T 0 Tc Tc 0.2747 Tw 0.445 0 T47ün m)Tj /C2_, h0525>Tj /TT1 1 0011 Tc 0.0589 Tw 2.755 0 Td 4i haqq0746C2_1 1520 Tc 1.tta Er4.25 0 Td <0525>Tj /TT1 1 Tf0.0021 Tc 0.2129 Tw 0.445 0 haz
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
132
ləri halda yerindəcə güllələnirlər. Onların şəxsi evləri də qarətdən və
zorakılıqdan qurtula bilmir, təpədən dırnağa kimi silahlanmış erməni
gəncləri "artıq" əşyaları talayıb aparırlar. Gün batmamış müsəlmanlar
evlərinə tələsir, qapı və pencərələrini tamamilə bağlayırlar.. İrəvan
müsəlmanlarının keçirdikləri məhrumiyyətləri, əzabları və işgəncələri
qələmə almaq mümkün deyildir. Çoxları dözmür, başlarına hava gəlir,
vaxtından qabaq qocalırlar. Bütün bunlar indinin özündə də Ermənis-
tanın paytaxtı İrəvanda baş verməkdədir»
1
.
Yeni Bəyazid qəzasının Göyçə rayonunun 5-ci sahəsinin səla-
hiyyətli nümayəndəsi İsmayıl Sultanovun 1919-ci ildə Gəncə qəza rəi-
sinin adına daxil olmuş məlumatında deyilirdi: "Ararat Respublikası
qoşunlarının Yeni Bəyazid qəzasının Göyçə rayonunun dinc müsəlman
kəndləri üzərinə hücumları başlamışdır. Hal-hazırda 60 min əhalisi olan
22 kənd dağıdılmış, yandırılmış və boşaldılmışdır. Ermənilərin və
erməni hökumətinin keçmiş qonşularına və müsəlman təbəələrinə qarşı
törətdikləri qeyri-insani qanlı əməlləri görəndə insanı dəhşət bürüyür.
Ermənilər xahişlərə, yalvarışlara və müsəlman əhalisinin ah-vaylarına
məhəl qoymurlar. Erməni döyüşçüləri əllərinə düşmüş müsəlmanları
sağ buraxmırlar, əksinə, görünməmiş işgəncələr verir, qadınları, uşaqla-
rı, qocaları və gəncləri öldürürlər. Yalnız az sayda qadın və yeniyetmə
qızlar müstəsnalıq təşkil edir...Sağ qalan qaçqınlar qoşun tərəfindən tə-
qib olunur... dərələrdə və qarlı zirvələrdə gizlənir... qar içində batır və
kütləvi surətdə qırılırlar. Ararat Respublikası vəzifəsini başa vurmuşdur.
Göyçə rayonunda daha müsəlmanlar qalmayıb. Bu günə kimi Yeni
Bəyazid qəzasında 84 müsəlman kəndi məhv edilmişdir"
2
.
Azərbaycan Xarici işlər nazirliyinin müttəfiq dövlətlərin Cənubi
Qafqazdakı Ali komissarına göndərdiyi məktubdan görünür ki, 1919-
cu ilin avqust - sentyabrında erməni qoşunları tərəfindən Üçmüədzin,
Sürməli, İrəvan, Yeni Bəyazid qəzalarındakı azərbaycanlı kəndləri
yenidən dağıdılmışdı. Üçmüədzin qəzasında bir kənd belə salamat
qalmamışdı. "Dağıntıda qoşun hissələri ilə birlikdə yerli erməni əhalisi
də iştirak edirdi. Qarabağ erməniləri isə xüsusi amansızlıq nümayiş
etdirirdilər. Həmişəki kimi, qaçanlar istisna olmaqla, kişilər, əsasən,
küt alətlərlə öldürülmüş, qadınlar isə zorlanmış və əsir götürülmüş-
1
ARDA : Fond 970, siyahı 1, iş 85, vərəq 4-7.
2
Газета «Азербайджан», 17 мая 1919 г.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
133
dür"
1
. Erməni qoşunlarının komandanı general Dro öz qoşunlarının bu
hərəkətlərini "arxa cəbhənin təmizlənməsinin" zəruriliyi və "strateji
şəraitlə" izah edirdi
2
. AXC Daxili işlər nazirliyinin fondunda saxlanı-
lan xüsusi siyahı-sənəddə təkcə 1919-cu ilin son iki ayı ərzində ermə-
nilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34
müsəlman kəndinin məhv edildiyi göstərilir. İrəvan qəzası haqqında
sənəddə bircə sətir yazılıb: "Zəngibasar kəndlərindən başqa qalan bü-
tün yaşayış məntəqələri məhv edilmişdir."
3
1919-ci il sentyabrın 2-də
AXC-nin Himayədarlıq nazirinin səlahiyyətli nümayəndəsi Teymur
xan Makinskinin Himayədarlıq nazirliyinə göndərdiyi teleqramda
deyilirdi: "Son günlərin hadisələri müsəlmanların vəziyyətini faciəli
hala saldı. İrəvan, Yeni Bəyazid, Üçmüədzin qəzalarından 150000-dək
müsəlman mühacirət etdi. Hazırda Ermənistan sərhədlərində müsəl-
manların sayı nisbətən az qalıb, lakin bu az sayda talanların və qorxu
təzyiqi altında gündən-günə azalır. Artıq Yeni Bəyazid qəzasında mü-
səlman qalmayıb. Ermənistan hökümətinin nəzarətində olan İrəvan qə-
zasının bölgələrində müsəlmanların sayı 25 min nəfərdən cox deyil,
eyni ilə Üçmüədzin qəzasında (25 min nəfərdən cox deyil), Sürməli
qəzasında isə 15 mindir. Aleksandropol qəzasında isə müsəlmanların
sayı həmişə az olub. Beləliklə, İrəvan quberniyasında müsəlmanların
ümumi sayı azı 70000 - ən çoxu 80000 təşkil edir”
4
. Himayədarlıq na-
zirliyinin məlumatına görə, təkcə Yeni Bəyazid, Üçmüədzin və İrəvan
qəzaları üzrə 1919-cu ilin sonunda qaçqınların sayı 200 min nəfərə
çatmışdı.
5
Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun Ermənis-
tandakı həmkarına 22 sentyabr 1919-cu ildə göndərdiyi notada 1918-
ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində
törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. No-
tada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında İrəvan quberniyasından
türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç
(Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah et-
miş, Qədili, Şahablı, Qraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s
kəndlərini darmadağın etmiş, demək olar ki, adları çəkilən kəndlərin
sakinlərinin hamısını öldürmüşlər. Eyni aqibətlə Milli Dərəsi rayonunun
1
История Азербайджана по документам и публикациям, с.222.
2
Yenə orada, s.213.
3
ARDA : Fond 894, siyahı 10, iş 80, vərəq 31-33.
4
Нифталиев И.Указ.работа, с.69-70.
5
История Азербайджана по документам и публикациям, с.176.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
134
bəzi kəndləri də üzləşmişlər. Daha sonra notada qeyd edilirdi ki, təqri-
bən həmin vaxt erməni ordusu Yeni Bəyazid qəzasının Basarkeçər ra-
yonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı
kəndlərinin əhalisini qırmışdır. Şahab kəndində uşaqları təndirə atıb
yandırmışlar
1
. Azərbaycan tərəfinin dəfələrlə Ermənistanda müsəlman-
ların ağır vəziyyətinə və onlara qarşı törədilən zorakılıqlara etiraz etmə-
sinə baxmayaraq, Ermənistan hökuməti heç bir tədbir görmürdü. Ək-
sinə, 6 avqust 1919-ci il tarixli notasında erməni tərəfi yenə də bəyan
edirdiki, Ermənistan hökuməti üçün "ağ və qara vətəndaş" yoxdur
2
.
Azərbaycan Parlamentinin 1920-ci il yanvarın 5-də keçirilən ic-
lasında qaçqınların məsələsi müzakirə edilmişdi. Həmin iclasda cıxış
edən Mustafa Vəkilov Ermənistandan 300 min qaçqının gəldiyini
qeyd edərək, onların çox ağır vəziyyətdə sərhədyanı qəzalarda yerləş-
dikləri haqqında məlumat vermişdi
3
.
Vəziyyət o dərəcədə böhranlı idi ki, İrəvan quberniyası ərazisin-
də dinc müsəlman əhalisinin məhv edilməsi və erməni silahlı qüvvə-
ləri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar hətta İranın Qacar höku-
məti adından Britaniya hökümətinə etiraz təqdim edilmişdi. İranın
Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Brita-
niyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi:
“Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının İrəvanda,
Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxın-
larda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə
qarşı törətdiyi vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var.
Xarici İşlər Nazirliyi həmçinin belə bir məlumat almışdır ki, ermənilər
bu bölgələrdə milliyyətindən asılı olmayaraq bütün müsəlmanlara qar-
şı zorakılıq aktı törətmək fürsətinin birini belə əldən qaçırmamışlar.
Müsəlman ailələri məhv edilir, heç bir günahı olmadan kişilər və
uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə məruz qalır, onların bütün
əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əha-
lisi məhv edilmişdir....”
4
.
1
Азербайджанская Демкратическая Республика (1918-1920). Внешняя поли-
тика (Документы и материалы), c.352.
2
Нифталиев И. Указ.работа, с. 67.
3
Azərbayсan Xalq Cumhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar).
II cild, s.523
4
Gözəlova N. “Azərbaycanın türk-musəlman əhalisinin soyqırımı Britaniya Kitab-
xanasının arxiv sənədlərində (1918-1920)”. Bakı, 2014, s.23-25.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
135
Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq Cənubi Qaf-
qaza ezam edilmiş Britaniya Ali komissarı ser Oliver Uordrop da Er-m
ə
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
136
Daşnak partiyasının iki illik hakimiyyətini qiymətləndirən er-
məni müəllifi B.Boryan qeyd edirdi ki,"erməni siyasi xadimləri dövlət
hakimiyyətini ölkəni idarə etmək üçün deyil, müsəlman əhalisini qır-
maq və onun əmlakını talamaq üçün qurmuşdular”
1
. Beləliklə, daşnak
hökümətinin təhminən 30 aylıq hakimiyyəti dövründə (28 may 1918-
29 noyabr 1920-ci illər) İrəvan quberniyasının yerli müsəlman əhalisi-
nə qarşı həyata keçirdiyi soyqırım siyasəti nəticəsində quberniyanın
Ermənistanın nəzarətində olan sərhədlərində cəmi 10 min nəfər müsəl-
man qalmışdı
2
. Erməni müəllifi A.Lalayanın qeyd etdiyi kimi Ermə-
nistanda müsəlmanların sayı 77 % azalmışdı.
3
2013-ci il sentyabrın 18-də Quba Soyqırımı Memorial Komplek-
sinin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İl-
ham Əliyev 1918-1920-ci illərdə Azərbaycan xalqının başına gətirilən
faciələrə toxunaraq qeyd etmişdir: “Bakıda, Quba qəzasında, Şamaxıda,
Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda,
demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı
törədilmişdir. Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu
həqiqətlər bizdən gizlədilirdi. Hesab edirəm ki, bu, böyük faciədir.
Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər
sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr
ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik.
Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq.
Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir
ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
4
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bu gün
Ermənistan adlanan dövlətin məhz tarixi Azərbaycan torpaqlarında,
keçmiş İrəvan xanlığının ərazilərində yarandığını xüsusi vurğulayaraq,
tezliklə azərbaycanlıların bu torpaqlara qayıdacağını bildirmişdi
5
.
1
Борьян Б. А. Армения, международная дипломатия и СССР. В 2 томах. Том
1. М-Л.: 1928, с.83.
2
Нифталиев И. Указ. работа, с. 86.
3
Лалаян А.А. Контрреволюционная роль партии Дашнакцутюн // ИзвестияАН
Азербайджанской ССР. Серия Истории, философии и права,1990, № 1, c.63.
4
“Azərbaycan”qəzeti, 2013, 19 sentyabr.
5
“Azərbaycan”qəzeti, 2014, 7 avqust.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
137
1918-1920-Cİ İLLƏRDƏ AZƏRBAYCANIN
TÜRK-MÜSƏLMAN ƏHALİSİNİN SOYQIRIMI BRİTANİYA
KİTABXANASININ ARXİV SƏNƏDLƏRİNDƏ
Nigar Gözəlova
Tarix elmləri üzrə fəlsəfə doktoru
Britaniya kitabxanasının fondlarında saxlanılan arxiv sənədləri
1918 - 1920-ci illərdə Bakı, İrəvan və Gəncə (Yelizavetpol) quberni-
yalarının ərazisində erməni quldur dəstələrinin və Ermənistanın silahlı
qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı əks etdirən
mühüm mənbələrdir. Bu qiymətli sənədlər Azərbaycan tarixinin indi-
yədək öyrənilməmiş, yaxud da xüsusi məqsədlərlə saxtalaşdırılmış
məsələlərinin obyektiv araşdırılması üçün geniş imkanlar açır. Onların
elmi dövriyyəyə ilk dəfə daxil edilməsi həmin sənədlərdə 1918-1920-
ci illərdə azərbaycanlıların soyqırımı ilə bağlı ehtiva olunan bilgilərin
tarixşünaslığımız üçün dəyərini daha da artırır. Çünki, Britaniya kitab-
xanasının fondlarında saxlanılan sənədlər Britaniya imperiyasının yük-
sək rütbəli məmur və səlahiyyətliləri tərəfindən imzalanmış bir çox
“tamamilə məxfi” raportlar və yazışmalarından ibarətdir. Bu raport-
larda və daxili yazışmalarda 1918-1920-ci illərdə Cənub Qafqaz regio-
nunda yaşanan hadisə və proseslər haqqında Britaniya təmsilçilərinin
gerçək dəyərləndirmələri öz əksini tapmışdır və məhdud sayda ali
hakimiyyət nümayəndəsi üçün nəzərdə tutulmuşdu.
1918-ci ildə Cənubi Qafqaza müdaxilə ərəfəsində Böyük Brita-
niya hökuməti yerli xristianlara, hər şeydən öncə də ermənilərə böyük
ümidlər bəsləyərək, Osmanlı ordusunun Qafqaza yürüşünün qarşısının
alınmasında onlara bel bağlayırdı. Öz növbəsində erməni siyasətçiləri
ingilispərəst təbliğat xəttini tuturdular. Lakin tezliklə, Britaniya arxiv
sənədlərindən məlum olduğu kimi, ingilis komandanlığı dərk etməyə
başlamışdı ki, ermənilərin dəstəklənməsi və onlara kömək göstərilmə-
si Böyük Britaniyanın türk-müsəlman əhalisinə münasibətdə siyasəti-
nə ağır ziyan vurur. Belə ki, kapitan Noel 1918-ci il 22 yanvar tarixli
məlumatında Azərbaycanda ingilislərə münasibətin pisləşməyə doğru
dəyişməsi haqqında xəbər verirdi. O, yazırdı: “Mən 6 həftə öncə orada
olarkən tatar (azərbaycanlı – N.G.) icmasının liderləri bizlərə münasi-
bətdə açıq şəkildə dostyana əhval-ruhiyyədə idilər. Fəqət indi, Bakıya
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
138
qayıtdıqdan sonra mən aşkar etdim ki, onların davranışı yerini şübhə-
liliyə və pis gizlədilən düşmənçiliyə vermişdi. Bu, aşağıdakılar ilə
izah olunur: 1) Bizim erməni mənafelərinə üstünlük verməyimiz haq-
qında rəy geniş yayılmışdır; 2) Ermənilər bu təəssüratı gücləndirir və
ondan sərbəst şəkildə öz xeyirləri üçün istifadə edirlər; 3) Erməni milli
alayının formalaşmasına verilən prioritet. Mən güman edirəm ki, bu,
rus baş qərargahının bizim erməniləri dəstəklədiyimiz və müsəlmanla-
ra güvənmədiyimiz haqqında görüşlərinə uyğundur. Mənim rəyimə gö-
rə, belə bir siyasət yanlışdır və ehtimal ki, fəlakətə gətirib çıxaracaq.
Müsəlmanların maraqları, onları qulaq ardına vurmağın imkansız oldu-
ğu qədər güclüdür, ələlxüsus da rus ordusunun tezliklə dirçəlməsinə
ümidlərin son dərəcə cüzi olduğu bir zamanda... Tatarlar (azərbaycanlı-
lar – N.G.) Rusiyaya rəğmən özlərinin milli hərbi bölmələrini formalaş-
dıracaqlar, və yaxşı olardı ki, bu bizim himayəmiz altında baş versin”.
1
Təsədüfi deyil ki, 1918-ci ilin fevralın sonunda müsəlman qəza-
ları Qafqaz ərazisinə ingilis qoşunlarının müdaxiləsinə qarşı Cənubi
Qafqaz Seyminə öz etirazlarını bildirdilər və ingilis nümayəndələri ilə
danışıqları kəsməyi tələb etdilər.
1918-ci ilin qanlı mart olayları ingi-
lislərin ermənilərdən azərbaycanlılara qarşı istifadə edilməsi siyasəti-
nin səhv olması qənaətini daha da möhkəmləndirdi. Bəlli olduğu kimi,
həmin hadisələr gedişində bolşevik-daşnak silahlı birləşmələri tərəfin-
dən Bakı quberniyası ərazisində müsəlman əhalisinin soyqırımı həyata
keçirilmişdi. Hindistandakı Böyük Britaniya qoşunlarının baş
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
139
Cənubi Qafqazda ingilislərin açıq şəkildə hərbi müdaxiləsi
1918-ci ilin yayın sonlarında İranın şimalından, Qafqaz cəbhəsinin
İran sahəsindən rus qoşunlarının çıxarılmasının dərhal ardından baş-
lanmışdı. 1918-ci ilin avqustun əvvəlində S. Şaumyanın sovet rejiminə
əvvəllər müxalifətdə olan marionet “Sentrokaspi diktaturası” hökumə-
tinin dəvəti ilə Cənubi Qafqazda Britaniya qoşunlarının silahlı müda-
xiləsinin ilk cəhdi başlandı. Avqust ayının əvvəlində general L.Denster-
vil hərbi qrupunun öncül dəstəsi Bakı limanına çıxarıldı. Avqust ayı-
nın 17-də isə generalın özü başda olmaqla 39-cu piyada briqadasının
əsas qüvvələri Bakiya gəldilər. Böyük Britaniya hərbi hissələri “Sen-
trokaspi” hökumətinin qoşunları ilə birlikdə şəhəri Azərbaycan-Os-
manlı ordusunun hücumundan müdafiə etmişdilər. Sentyabrın ortala-
rında isə, Bakının Qafqaz İslam ordusu tərəfindən azad ediləcəyini la-
büdlüyünü anlamış ingilislər tələsik surətdə Ənzəli limanına qayıtdı-
lar. L.Denstervil və onun qruplaşmasının qərargahı Bakıda ilk qısa-
müddətli yerləşməsindan gəmilərin, silahların və əsgəri ləvazimatın
ələ keçirmiş, Qafqazda gələcək əməliyyatların təchizatı üçün Ənzəli
limanına yanacaq aparmışdı.
1
1918-ci ilin oktyabrın 30-da bağlanmış Mudros barışığının şərt-
lərinə müvafiq olaraq türk qoşunları Cənubi Qafqazı tərk etdilər. Bakı-
dan təxliyə olduqdan sonra Denstervil İrandan geri çağırılmış, və onun
missiyasının və Mesopotamiyadan gəlmiş yeni qoşun kontingentinin
əsasında “Norperfors” (“Şimali İran Qoşunu”) adını almış yeni müda-
xiləçi qrup yaradılmışdı. Bu qrupa general Vilfred Tomson başçılıq
edirdi.
2
V. Tomsonun komandanlığı altında ingilis qoşunları türk qoşun-
larının çıxarılmasından sonra 1918-ci ilin noyabrın 17-də Bakıya daxil
oldular. Bakıya gəldiyi gün Tomson şəhərdə hərbi vəziyyət elan etdi
və özünü Bakının general-qubernatoru elan etdi. İngilis qoşunları tez-
liklə Cənubi Qafqazı faktiki olaraq bütünlükdə işğal etdilər. Həmin
siyasətin digər bir məqsədi Rusiyada sovet hakimiyyətinin devrilməsi,
əski Rusiya imperiyası ərazisinin parçalanması, qeyri-rus qüvvələrinə
hərtərəfli, o cümlədən hərbi yardım göstərilməsi idi. 1918-ci ilin may
ayının sonlarında keçmiş Rusiya imperiyasının cənubunda yaranmış
1
The Adventures of Dunsterforse. By: Dunsterville, L. C., London. 1920.
2
Azerbaijan Democratic Republic. Great Britain’s Archrivals Documents, Baku,
2008. p.169
0525>0525>0525>0525>0525>0525>0525>00f9>0525>0525>0525>0525>0525>0525> Dostları ilə paylaş: |