AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
84
rı Sovetinə göndərdiyi məktubunda qeyd edilirdi ki, martın 30-31-də
və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən
sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qır-
mızı donanma və erməni milli hissələri vuruşurdular.
1
Daha sonra o,
yazırdı: həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun
qüvvələrini, hərbi – inqilab komitənin səylərini birləşdirərək 6000 nəfər
yaxşı silahlı qüvvə təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min
nəfərlik milli hissələri var idi, onlar da bizim ixtiyarımızda idi. Milli
hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri
vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən
buna yol verirdik. Müsəlman yoxsulları böyük zərər görmüşlər.
2
St.Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini
etiraf etsə də, yenə də qırğına sinfi don geydirməyə çalışaraq, öz qanlı
əməllərinə haqq qazandırmişdı. 1918-ci ilin may ayında St.Şaumyan
yazırdı: “Düzdür, Bakıda yoxsul müsəlmanlardan ölənlər vardı, lakin
onlar bəy və xanlar tərəfindən aldatma yolu ilə Sovet hakimiyyətinə,
fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər”.
3
St.Şaumyan Bakıda erməni-rus bolşevik, menşevik, eser və ka-
det silahlı dəstələri tərəfindən qəddarlıqla qətlə yetirilən 12 mindən
çox türk-müsəlman əhalisini qara kütlə adlandırır və bununla da özlə-
rinin cinayətkar əməllərini ört-basdır etmək istəyirdi. Lakin cinayəti
gizlətmək mümkün deyildi, çünki minlərlə dinc insanın qanı tökül-
müşdü və şahidlər vardı. Sovet tarixçiləri 70 il sübut etməyə çalışırdı-
lar ki, guya müharibəni müsavatçılar başlayıb, bolşeviklərin, onların
rəhbərlik etdiyi Bakı Sovetinin heç bir günahı yoxdur. Halbuki, hadi-
sələrin iştirakçılarının xatirələrini oxuyarkən məsələnin tam əksini gö-
rürsən. Düzdür, bütün iştirakçıların xatirələrində reallıq olduğu kimi
verilmir. Lakin fakt-faktlığında qalır ki, həqiqəti gizlədə bilməyən bir
çox bolşevik nümayəndələri onu olduğu kimi yazmışdılar.
1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərxan-
dan Şaumyana yazdığı məktubunda qeyd edirdi ki, hazırda Bakıdan
kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər
1
Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi.
Sənədlər və materiallar. 1917-1918-ci illər. Z.İ.İbrahimovun və M.S.İsgəndərovun
redaktəsi ilə. Bakı: Azərnəşr, 1960, 676 s., s. 333.
2
Yenə orada, s.334.
3
Шаумян С.Г. В. 2-х т. Т. 2, Москва: Госполитиздат, 1958, 411 с. C.191.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
85
hansı birindən Bakıda Sovet mübarizəsi haqqında soruşduqda, hamısı
bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və qırğın erməni-
lər tərəfindən törədilib.
1
Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş “Naşa
vremya” (rus dilində) qəzeti yazırdı ki, heç kim inkar edə bilməz ki,
Bakı şəhərində müsəlman əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları,
yaxud erməni olmayanlar, vəhşiliklər edilmişdi.
2
Beləliklə, çoxsaylı arxiv sənədləri və elmi-tədqiqat əsərləri sü-
but edir ki, erməniləri silahlandıran, onları dinc müsəlmanların üzərinə
göndərən St.Şaumyan olmuşdur. 1918-ci ilin martında St.Şaumyanın
tapşırıqlarını həyata keçirən erməni silahlı dəstələri Bakıda 12 mindən
çox türk-müsəlman əhalini qətlə yetirmiş, onlara məxsus əmlakları
qarət etmiş və ictimai binaları yandmışdır.
1
Шаумян С.С. Бакинская коммуна. Баку: Красный Восток, 1927, 118 с. C.94-95.
2
Газ. «Наша время», Баку, № 60, 1919.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
86
ŞAMAXI QƏZASINDA TÜRK-MÜSƏLMAN SOYQIRIMI
Vaqif Abışov
Tarix elmləri üzrə fəlsəfə doktoru
Rusiya imperiyasında baş verən 1917-ci il fevral inqilabının nə-
ticəsi olaraq dünyada yeni bir tarixi mərhələ başlamışdır. Rusiya im-
periyasının istər mərkəzi şəhərlərində, istərsə də uçqarlarında siyasi
fəallıq hiss olunmaqda idi. Müharibənin gətirdiyi aclıq və səfalətlər,
eləcə də çarizmin uzun illər böyu yürütdüyü ayrı-seçkilik siyasətin-
dən cana doymuş millətlər azad olmaq arzusu ilə mübarizəyə başla-
mışdılar.
1917-ci ildə Rusiya imperiyasında siyasi hakimiyyətin bir neçə
dəfə dəyişməsi Azərbaycanda da təlatümlərə gətirib çıxartmışdır. Bu
təlatümlər içərisində ən çox əziyyət çəkən Azərbaycan xalqı olmuşdur.
1917-1918-ci illərdə azərbaycanlıların soyqırıma məruz qalma-
larının, onlara məxsus əmlakların qarət olunması və evlərinin yandırıl-
masının əsas səbəblərindən biri Azərbaycanda qurulan bolşevik reji-
minin azərbayanlılara yad olması, onların yeritdiyi siyasətin kənardan
gətirilməsi və zorakılığa söykənməsi idi.
Bolşevik rejimi dövründə (1918-ci ilin mart-iyul ayları) yerlərdə
Sovet hakimiyyəti qurmaq adı altında yeridilən antiazərbaycan siyasət
nəticəsində bolşeviklər azərbaycan xalqının dərin nifrətini qazan-
mışdır.
Məlumdur ki, Türkiyə, daha sonra Azərbaycan ərazisində türk-
müsəlmanların kütləvi surətdə qətlə yetirilməsi və onların doğma tor-
paqlarından qovulmaları erməni siyasi mübarizəsinin ana xəttini təşkil
etmişdir. Onların bu cinayətkar əməllərinə maddi, siyasi və hərbi dəs-
tək verən dövlət isə Rusiya olmuşdur.
Bolşeviklər insanları öz ideyalarına inandırma prinsiplərinə de-
yil, özünü doğrultmayan gücə önəm verir, xalqları siniflərə bölərək,
onların arasında barışmaz düşmənçilik yaradırdılar. Bu insana nifrət
ideyası, sonralar yüz minlərlə günahsız insanın amansızcasına qətlə
yetirilməsi və deportasiya olunması ilə nəticələnmişdir.
Bolşeviklər millətlərə demokratik dəyərlər bəxş etmək əvəzinə,
onlar arasında sinifi mübarizəni, silahlı toqquşma və qardaş qanının
axıdılması siyasətini təbliğ edirdilər.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
87
Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azər-
baycan xalqının milli maraqlarına cavab vermirdilər. Bu hərəkatın
rəhbərliyində ifrat bolşeviklərin və ermənilərin çoxluq təşkil etmələri
Azərbaycan xalqının milli mənafeyinə qarşı daha kəskin mövqe tut-
masına zəmin yaradırdı. Hadisələrin sonrakı inkişafı bir daha göstərdi
ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan xal-
qına sonsuz qırğınlar və faciələr gətirmişdir.
Sovet tarix elmi ermənilərin bolşevik-sovet bayrağı altında
Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-
basdır etmiş və problemin tarixşünaslığı uzun müddət Sovet ideolo-
giyasına xidmət göstərmişdir.
Sovet tarixşünaslığında St.Şaumyanın rəhbərlik etdiyi erməni-
bolşevik rejiminin hərbi qüvvələri tərəfindən Şamaxıda, sovet haki-
miyyəti qurmaq adı altında, türk-müsəlmanlara qarşı törətdikləri dəh-
şətli qırğınların üstündən sükutla keçmişdir.
Ermənilərin 1918-ci ildə Azərbaycanın, demək olar ki, bütün
bölgələrində türk-müsəman əhaliyə qarşı törətdikləri kütləvi qırğınları,
zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar
vasitəsilə aşkarlayıb üzə çıxaran Fövqəladə Təhqiqat Komissiyasının
topladığı faktiki materiallardır.
1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət gös-
tərmiş Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Şamaxı şəhəri və
Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında qəbul
etdiyi 23 qərar layihəsi və 7 cild, 952 vərəqdən ibarət təhqiqat işlərin-
də toplanılmış materiallar ermənilərin vəhşilikləri haqqında ətraflı mə-
lumat verir
1
.
Erməni silahlı dəstələrinin Bakıda törətdikləri kütləvi qətliamları
Azərbaycanın başqa bölgələrində də həyata keçirmişdilər. St. Şaum-
yan yerlərdə sovet hakimiyyəti qurmaq adı altında erməni silahlı
dəstələrini dinc insanların üzərinə göndərmişdi.
Bakıda türk-müsəlmanların soyqırımı hələ başa çatmamış, ermə-
nilər bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar.
Bununla əlaqədar olaraq N.Nərimanov yazırdı: “Lakin belə bir dəhşət-
li hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam et-
dirmək nəyə lazım idi. Bax, suala 1918-ci ildə Bakıdakı Sovet haki-
miyyəti cavab verməlidir”.
2
1
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 100, siy.2, iş 791, v.106-107.
2
Nərimanov N.Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı:Azərnəşr, 1992,77 s.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
88
Ermənilərin 1918-ci ilin mart və aprel aylarında törətdikləri ci-
nayətləri ifşa edən arxiv sənədləri arasında 1918-ci il noyabr ayının
22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ədliyyə Nazirinə Şamaxı şə-
həri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və
müsəlman əhalisi üzərində ermənilərin zorakılılqları haqqında məru-
zəsi
1
, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ haqqında
komissiya sədrinə məruzəsi
2
və bu işdə günahkar olan şəxslərin cina-
yət məsuliyyətnə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komis-
siyasının 1919-cu il 12 iyul tarixli qərarı
3
və s. vardır.
1919-cu il aprel ayının 3-də AXC Daxili İşlər Nazirliyi Şamaxı
qəza rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbristan,
Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin
siyahısı göndərilmişdir. Həmin siyahıya Qəbristan polis sahəsi üzrə
19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin
(cəmi 86 kəndin) adı daxil edilmişdir(.
4
Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov
martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndər-
diyi teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfindən Bakı-
dan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi
Şamaxı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən
çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın et-
mişdi. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan ke-
çirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini
aşmışdır. Təcili hökumətin köməyi lazımdı.
5
Lakin nə Seym, nə də ki,
Cənubi Qafqaz hökuməti Xasməmmədovun bu həyacan dolu teleqra-
mına cavab verməmişdir.
1919-cu il martın 30-da Bakıda nəşr olunan “Azərbaycan” qəze-
tində Şamaxı hadisəsi ilə bağlı “Şamaxının son günləri” başlığı altında
çap olunmuş məqalədə
6
ermənilərin Şamaxıda törətdikləri qırğınların
1
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi
(ARPIISSA), f.277, siy.2, iş 16, v.15-18.
2
ARDA, f.1061, siy.1, iş 108, v.8-10.
3
ARDA, f.1061, siy.1, iş 105, v.1.
4
ARDA, f.1061, siy.1, iş 85, v.1-3.
5
Газ. «Известия Кавк. Краев. Центра Сов. Рабоч., Солд. и крест. Деп. и Тифл.
Совета рабоч. и солд. Деп». № 72, 1918.
6
Газ. «Азербайджан», № 67, 1919.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
89
səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdur. Qəzet ya-
zırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah
gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar.
Qəzetin məlumatına görə 1918-ci ilin yanvarından buraya Bakıdan
emissarlar gələrək ermənilər arasında müsəlmanların əleyhinə geniş
əks-təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında
deyil, eyni zamanda molokan və yəhudilər arasında da təbliğat apar-
mışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu
bir yerdə yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli türk-
müsəlman əhalisi arasında qarşıdurma yaranmamışdı. Belə bir ağır
vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silah-
larını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda
türk-müsəlman əhalisinin nə hərbi hissəsi, nə də silahlı dəstəsi var idi.
Hətta, yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdur-
manın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin
St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şa-
maxıya göndərərək yerli türk-müsəlman əhaliyə qarşı dəhşətli qırğın-
lar törətməkdən çəkinməmişdir.
Şəhər sakinləri erməni və malakanların şəhəri mühasirəyə aldıq-
larını görüb, gecə imkan tapan, ayaqyalın, başıaçıq şəhərdən qaçaraq
didərgin düşmüşdülər.
Şamaxıya hücum edən erməni quldur dəstələrinin başında Ste-
pan Lalayev (Lalayan) dururdu (“Daşnaksütyun” və Erməni Milli Şu-
rasının üzvi olmuş Lalayev, 1918-ci ilin sonunda Azərbaycan Xalq
Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sorğu-
suna cavab olaraq, Bakıdakı müttəfiklərin ingilis qoşunları tərəfindən
həbs edilmiş və 1919-cu il noyabrın sonunda Gəncə həbsxanasında öl-
müşdür).
Bu həmən Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında min-
lərlə dinc türk-müsəlman əhalisinin amansızcasına qətlə yetirilməsinə
rəhbərlik etmişdir. FTK tərəfindən Bakıda dindirilən şahidlərin ifadə-
lərində göstərilir ki, Lalayev bu ilin martın 19-da, birinci günü Nikola-
yevski küçəsində erməni əsgərlərinin hücumuna rəhbərlik etmişdir.
Onun əsgərləri evlərə soxulmuş və silahsız, dinc müsəlmanları öldür-
müşdülər.
1
Başqa bir şahidin ifadəsində isə, S.Lalayev erməni silahlı
dəstəsi yoldaşları Tatevos Əmirov, Sergey Məlikov və Arustam Tar-
1
ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
90
cumanovla birlikdə Aşağı Təzəpir küçəsindəki Şıx Balayevin evini
qarət edilməsinə əmr verməsi göstərilmişdi.
1
Levon Şaumyan öz xatirəsində T.Əmirovu anarxist adlandırmış,
lakin onun bolşeviklərə böyük köməklik etdiyini göstərmişdir.
L.Şaumyan bu köməkliyi T.Əmirovun Stepanla (St.Şaumyan nəzərdə
tutulur – A.V.) yaxşı münasibətin olması ilə əlaqələndirmişdi. Sonra
o, Stepanın sayəsində ondan hərbi məsələlərdə yaxşı istifadə olundu-
ğunu vurğulamışdı.
2
L.Şaumyan T.Əmirovdan “yaxşı istifadə olundu-
ğunu yazsa da”, bu istifadənin mahiyyətini açıb göstərməmişdir. Hal-
buki, L.Şaumyan T.Əmirovla birlikdə Bakıda və Şamaxıda türk-
müsəlman əhlisinə qarşı kütləvi qırğınlarda aktiv iştirak etmişdir.
Stepan Lalayevin cinayətlərini araşdıran FTK-nın topladığı fak-
tik materiallar subut etmişdir ki, onun Şamaxıda törətdilən dəhşətli
qırğınlara rəhbərlik etməsi şahid ifadələrində də öz əksini tapmışdır.
Şahidlərin dediyinə görə Stepan Lalayev özünün cinayətkar silahdaş-
ları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni əs-
gər dəstəsinin başında Şamaxıya gəlmişdir. Onun quldur dəstəsi bura-
da qadın, uşaq və qocaların da gizləndiyi məscidə od vurub yandırmış,
çıxıb qaçmaq istəyənləri isə güllələmişlər.
3
On üç məhlə məscidi və
məşhur müqəddəs Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlman-
lara həm qibləgah kimi, həm də qədim abidə kimi əziz idi.
Şamaxıda böyük hörmət sahibi olan Axund Cəfərquluya aman-
sız işgəncələr verilmişdi. Ermənilər axunda pənah gətirmiş saysız-he-
sabsız qadın və uşağı da öldürmüşdür.
4
Ermənilər şəhər başçısı Teymur Xudaverdovu, birinci Dövlət
Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyevi, o cümlədən, Hacı-
baba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əb-
dül Hüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İb-
rahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhmədov Əhmədov, Ha-
cı Əbdül-Qasım Qasımov, Əyyübağa Veysov, Zeynəb xanım Veyso-
va, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa
Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil
oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun ar-
1
ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7.
2
ARPİİSSA, F.303, siy.1, iş 60., v.15-18.
3
ARDA – f. 1061, siy. 1, iş 6, v.3-7.
4
Quliyev D.P. Tarix şahiddir ki. 1918-1920-ci illərin hadisələri bu günün gözü ilə:
faktlar və şərhlər. “Həyat” qəz. Bakı, 1992, 22 may, №100.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
91
vadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlunu amansızcasına
qətlə yetirmişdilər.
1
Ermənilər dinc insanları təkcə qətlə yetirməklə kifayətlənməmiş,
eyni zamanda şəhərin ən abad, varlı və tanınmış şəxslərə məxsus ev-
lərə od vurub yandırmışdılar. Abbas Səhhətin, M.Ə.Sabirin, S.M.Qə-
nizadənin, C.Cəbrayılbəylinin, Müslüm bəyin, Hacı Qulamın, Məm-
mədtağı Əlizadənin, tacir Nurunun, Vahab bəyin, Murad Əfəndinin,
Məşədi Əsədin (şair, müəllim Gövhər xanımın atası), Həqqi Veyiso-
vun, Həbib bəy Mahmudbəyovun, Hacı Məmməd Əfəndinin, Nəc-
məddin Şirindilbəylinin və başqalarının evləri yandırılmış, dağıdılmış-
dı. Bu evləri, mülkləri yandırmaqla erməni daşnakları Azərbaycan el-
minə, maarifinə, ədəbiyyatına, incəsənətinə, tarixinə ağır zərbə vur-
muşdu. Belə ki, o evlərdə elə sənədlər, elə kitablar, elə əlyazmaları
məhv edilmişdir ki, onları nə tapmaq, nə bərpa etmək, nə də yenidən
yaratmaq mümkün deyildi.
2
Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı
kəndləri üzrə apardığı təhqiqatların – şahid ifadələri, zərərçəkənləri
dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının
dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsa-
sında 58 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər
üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə
dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu kəndlərin bir neçə-
sində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimi-
dir: Nəvahi kəndində cəmi 995 nəfər azərbaycanlı öldürülmüşdü, on-
lardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kən-
də dəymiş ümumi maddi zərər 60 milyon manat olmuşdur. Yəhyalı
kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412
nəfəri qadın və 150 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər
22 milyon manat oliuşdur. Bağırlı kəndində 370 nəfər öldürülmüşdür
ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar ol-
muşdur. Kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur və s.
Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda
göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar Fövqəladə Təhqiqat
1
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi
(ARPIISSA), f.277, siy.2, iş 16, v.18.
2
Seyfəddin Qəndilov . Şamaxı soyqırımı – təkzibolunmaz faktlar. fact
info.az›ts_general/azl/aktual_az/aktual-…
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
92
Komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq
edilmişdir.
1
FTK-nın 1919-cu il aprelin 16-da hazırladığı məlumatda 1918-ci
ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasının müsəlman
kəndlərinə hücum zamanı öldürülmüş insanların siyahısı verilmişdir:
v. 4. 1. kənd. Cagirli
kişi -40, qadın - 20, uşaq - 15, yaralanmış - 4
v. 14. 2. k. Ərəb-Qədim
200
100
78
yox
v. 18. 3. k. Camçamlı ?
15
5
6
yox
v. 27. 4. k. Murtı 4
yox
yox
yox
v. 31. 5. k. Talış-məlik: 11 4
1
yox
v. 36. 6. k. Miri-kənd 8 9
2
yox
v. 41. 7. k. Şərədil 0 5 5 yox
v. 22. 8. k. Quşi 192
115
25
yox
v. 45. 9. k. Şıx-məzid 10 5
3
yox
v. 49.10. k. Yuxarı-Çağan 1
yox
yox
yox
v. 55.11. k. Ağabəyli
7 3 4
yox
v. 56. 12. k. Qaravəlli 40 50 30
yox
v. 60. 13. k. Borbor-Navahi 15
10
5
yox
v. 64. 14. k. Təris-Çəpərli 10
15
10
yox
v. 71. 15. k. Kürdəmir 25 yox yox
yox
v. 75. 16. k. Qonağkənd 25
5
4
2
v. 80. 17. k. Ovduculı ?
5
10
12
yox
v. 81. 18. k. Bağırlı 80 150
140 yox
v. 82. 19. k. Tağalı? 360
412 150 1
v. 89. 20. k. Hacıman ?
40
60
30
2
v. 90. 21. k. Dilman
300
235
50
2
v. 93. 22. k. Kəlvə
250
150
100
yox
v. 97. 23. k. Xotman
60
40
20
7
v. 101. 24. k. Suraxanı 11
3
6
yox
v. 99. 25. k. Həsi-dərə ?
46
20
16
yox
v. 104. 26. k. Tərcan
300
40
20
yox
v. 106. 27. k. Talış nuri ?
20
5
yox
-
v. 108. 28. k. Sərdəhar 8
12
8
yox
v. 110. 29. k. Zərhava 40 4
5
yox
v. 112. 30. k. Xankəndi 12 2
yox
-
v. 114. 31. k. Təbiyə 12 3 2
yox
v. 116. 32. k. Məhəhi
6
1
1
yox
v. 118. 33. k. Təhləbən
7
22
7
yox
1
ARDA, f.1061, siy.1, iş 85, v.1-3.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
93
v. 123. 34. k. Kürdivən 10 5
7
yox
v. 121. 35. k. Kələrərəc 1
yox
-
-
v. 126. 36. k. Bizlən 50 30 20 yox
v. 128. k. Müci
150
55
25
yox
v. 129. 38. k. Qıratan 30 26 21
yox
v. 131. 39. k. Pir-Qara-Çuxa 4
3
5
yox
v. 133. 40. k. Sulut
38
2
4
yox
v. 136. 41. k. Zeyvə 30 20 32 yox
v. 138. 42. k. Nuran
30
50
37
yox
v. 140. 43. k. Nuğdı 40 7 10 yox
v. 2. 44. k. Kaşad
50
40
27
3
v. 34. 45. k. Sundu
cəmi 250
v. 67 46. k. Şixlar
4
-
-
-
v. 74 47. k. Beklə (16
ölü)
v. 102. 48. k. Axsu
200 – 300 uşaq və qadın
v. 106. 49. k. Qəməli
9 – 1 uşaq və qadın
v. 112. 50. k. Məlik-Çoban 10
18
16
-
v. 119. 51. k. Çuxanlı (cəmi 52 ölü)
v. 122. 52. k. Qurbançı
(cəmi 93 ölü)
v. 133. 53. k. Tatar-Mərəzəli (cəmi 300)
v. 139. 54. k. Nabur
(cəmi 60 ölü)
v. 147. 55. k. Qaracuzlu
8
v. 157. 56. k. Arab-Şahverdi 22
v. 150. 57. k. Çaylı-Vahidbəyli 5
v. 161. 58. k. Şıxzahirli
yox.
1
Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum za-
manı yeddi min nəfər öldürülmüş, onlardanh 1653 qadın və 965 uşaq
idi.
2
Hətta, St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin
Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etməyə məcbur ol-
muşdur. Belə ki, 1918-ci il aprelin 22-də Bakı fəhlə, əsgər və matros
deputatları Soveti İcraiyyə Komitəsinin iclasında Şamaxı qəzasında
vəziyyət haqqında qətnamə qəbul olunmuşdur. Həmin qətnamədə
FTK-ya (Bakı Sovet tərəfindən yaradılan bolşevik komissiyası nəzər-
də tutulur-A.V.) təklif olunmuşdur ki, baş vermiş hadisələr yoxlanılsın
və müqəssirlər aşkara çıxarılsın.
3
1
ARDA, f.1061, siy.1, iş 85, v.1-3.
2
ARDA, f.1061, siy.1, iş 105, v.4.
3
Газ. «Бакинский рабочий», № 74, 1918.
|