AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
116
(və ya 82976), yəni 44,3% təşkil edirdi
1
. Rusiyada 1917-ci ilin fevral
inqilabından sonra bölgədə yaranmış ziddiyyətli vəziyyətdən, I Dünya
müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə edərək ermənilər
qonşu xalqların hesabına milli dövlət yaratmaq iddialarını gerçəkləşdir-
məyə başladılar. Bu ideyanın həyata keçirilməsi üçün isə yeganə yol bu
ərazilərdə yaşayan yerli əhalinin məhv edilməsi idi. Bu məqsədlə kütlə-
vi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-
ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar
2
Əgər 1918-ci ilin
mayına qədər azərbaycanlı əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I
Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli
ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Res-
publikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı
rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami
silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı.
Zəngəzurda 1918-ci ildə türk-müsəlman əhalisinin soyqırımı qul-
dur Andronikin bölgəyə gəlməsi ilə pik nöqtəyə çatdı. Cənubi Azərbay-
canda, Naxçıvanda və Ordubadda kütləvi qırğınların bilavasitə təşkilat-
çısı olan bu quldurun dəstələri öz qara əməllərini bu dəfə Zəngəzurda,
silahsız Azərbaycan kəndlilərinə qarşı davam etdirməyə başladılar.
1918-ci ilin sentyabrın əvvəllərində Zəngəzurun hüdudlarına soxulan
erməni qulduru dinc müsəlman əhaliyə qarşı amansız tədbirlər həyata
keçirilməyə başladı. Andronikin vəhşilikləri haqqında Azərbaycan
Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiya-
sının sənədlərində, yerli hakimiyyət nümayəndələrinin, ictimai xadimlə-
rin teleqram və məktublarında, dövrü mətbuat səhifələrində, eləcə də
çoxsaylı şahid ifadələrində kifayət qədər faktlar və materiallar mövcud-
dur. FTK-in topladığı 36 cildlik istintaq materiallarının (3500 səhifəlik)
2 cildi (təqribən 80 səhifəlik) Zəngəzur qəzasındakı hadisələri özündə
ehtiva edir. Zəngəzur qəza rəisi M.Namazəliyevin məlumatına görə An-
dronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi,
Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman
hissəsini, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisiyan, Zabazadur müsəl-
man kəndlərini dağıdaraq 500 nəfər insanı qətl etmişdi.
3
M.Namazəli-
1
Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və
xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) Bakı, 1997, s.49
2
Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), f.970,s.1,iş 253, v.11, 18-19
3
ARDA, f.894,s.4,iş 19,v.129
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
117
yevin 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur ki, 1917-ci
ilin dekabrı – 1918-ci ili avqustu arasındakı müddətdə təkcə Zəngəzur
qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər məhv edilmiş, 47
mln.390 min rubl məbləğində maddi ziyan vurulmuşdu
1
.
FTK üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında
törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzə-
də
2
azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını konkret faktlar-
la əsaslandırmışdır. Məruzədə qeyd edildiyi kimi, Zəngəzur qəzasında
ermənilərin müsəlmanlar üzərində fasiləsiz zorakılıqlar həyata keçir-
mələri baxımından daha ağır şərait mövcud idi. Yüksək dağlıq ərazidə
yerləşməsindən və qonşu Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələrinin po-
zulmasından, eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni
kəndlərinin əhatəsində yerləşməsindən istifadə edən ermənilər bölgədə
daha əlverişli vəziyyətdə idilər. Azərbaycanın digər bölgələri ilə mü-
qayisədə qəza müsəlmanların vəziyyəti həm də onunla pisləşmişdi ki,
yaxşı silahlanmış erməni kəndliləri ilə yanaşı qəzada general Androni-
kin rəhbərliyi altında mütəşəkkil hərbi hissə də var idi. Sonuncu öz
əlində çoxsaylı silahlı qüvvə cəmləşdirərək Zəngəzur ərazisinə soxul-
muş və Ermənistan Respublikasının göstərişinə uyğun olaraq müsəl-
man əhalisinə ermənilərin hakimiyyətinə tabe olmağı, əks təqdirdə qə-
zanı tərk etməyi tələb etmişdi. Andronikin əsas məqsədi bununla Zən-
gəzuru Ermənistan Respublikanın tərkibinə qatmaqdan ibarət idi. On-
lara tabe olmadan imtina edən müsəlmanlara qarşı ermənilər görünmə-
miş vəhşiliklər törədir, müsəlmanları qətl etməklə kifayətlənməyərək,
onların kəndlərin yandırır və dağıdır, əmlakını, mal-qarasını aparır,
torpaqlarını ələ keçirirdilər. Sisyan mahalının I polis sahəsinin
bütün
müsəlman kəndləri, II sahənin kəndlərinin əksər hissəsi, III, IV, V
sahələrin mühüm hissələri tamamilə məhv edilmişdi. Bəzi kəndlər ta-
mamilə yerlə-yeksan edilmiş, ermənilər tərəfindən əkin sahələrinə
çevrilmişdi. 50000 nəfərdən müsəlman öz yurd-yuvalarından qaçqın
düşərək 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında yerləşmişdi. Məru-
zədə dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi. Adı çə-
kilən kəndlərdə 10068 nəfər müsəlman öldürülmüş və ya yaralanmışdı
1
“Азербайджан”, 1918, 13 ноября
2
Bax: Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II
cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix
İnstitutunun nəşri, 2011, s.265-287
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
118
ki, onların 7729-u (3257 kişi, 2276 qadın, 2196 uşaq) öldürülmüş,
2339 nəfərinə isə (müvafiq olaraq 1060, 794 və 485) xətər yetirilmiş-
di. Lakin bu rəqəmlər də faciəvi vəziyyəti tam əks etdirmirdi, reallıqda
erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan
qaçqın düşdüklərindən qurbanların sayını dəqiq müəyyənləşdirmək
mümkün olmamışdı.
N.Mixaylovun məruzəsində və FTK-nın materiallarında erməni
vandalizmi şahid ifadələri ilə konkret faktlarla öz təsdiqini tapmış-
dı.Vağudi (Vaqədi) kəndinin 15 ən gözəl qızı erməni əsgərlərinə
paylanmış, onlar bu şərəfsizliyə dözməyərək özlərini öldürmüşdülər.
Yenə həmin kənddə 400 müsəlman kəndə hücum zamanı məscidə sı-
ğınmış, ermənilər məscidin qapısını kəsərək, əvvəlcə içəriyə əl qum-
baraları atmış, sonra isə məscidi insanlarla birgə yandırmışlar. Kəndin
sakini Qədimə Tahir qızını ermənilə
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
120
1918-ci ilin dekabrında Azərbaycan hökumətinə göndərdiyi məlu-
matında yazırdı ki, «ermənilər öz qarşılarına Zəngəzur, Şərur, Naxçı-
van və Ordubad qəzalarının bütün müsəlman əhalisini qırmaq, bu qə-
zaları müsəlmanlardan təmizləmək, bununla da xalqların gələcək
konfransında (Paris konfransı nəzərdə tutulur-K.İ.) bu yerlərə öz hü-
quqlarını sübut etmək məqsədini qoymuşlar. Çünki, bütün xalqlar
müsəlmanlardan təmizlənmiş qəzaların ermənilərə aid olduğunu qəbul
edəcəklər. Bu səbəbdən ermənilər bizim minlərlə sakinimizi qırır,
qanımız su kimi axır, namusumuz erməni ayaqları altında tapdanır.
Hara baxırsan, hər yanda müsəlman qaçqınlarını görürsən, qadın və
qızların ağlamasını eşidirsən… Beləliklə, ümumi sülh bağlanana qədər
oradan bütün əhali çıxarılaraq və sülh konfransında etnoqrafik cəhət-
dən sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələ müzakirə edilər-
kən, biz təbii olaraq bu yerlərlə əbədi olaraq vidalaşmalı olacağıq.
1
1919-cu ilin ilk günlərindən ermənilərin hərəkətləri daha həyasız
şəkil almağa başladı. Daşnak hökuməti Zəngəzura yeni nizami qüvvələr
göndərərək, burada ümumi səfərbərlik həyata keçirməyə, eləcə də Tür-
kiyədən Ararat Respublikasına gəlmiş erməni qaçqınlarını qəzaya isti-
qamətləndirməyə başladı.
2
1919-cu il noyabrın 19-da erməni komisar
Hamazasp 40 suvari və 200 əsgərlə Oxçu kəndinə gələrək kəndi müha-
sirəyə aldı Kənd əhalisi onları duz-çörəklə qarşılamış. yemək ver-
mişdilər. Hamazasp çörəyə and içərək, müsəlmanların Ermənistan hö-
kumətinə sədaqətlə xidmət edəcəklərinə and içəcəkləri təqdirdə ermə-
nilərin onlara yaxşı münasibət göstərəcəklərinə söz vermişdi. Nahardan
sonra ibadət üçün məscidə getmək üçün meydana toplaşan bütün
kişilərə qəflətən hücum edən erməni quldurları onların əksəriyyətini
qətlə yetirmiş, sağ qalmış və yaralanmış bədbəxt müsəlmanları süngü-
lərlə dəlik-deşik etmişdilər. Sonra isə vəhşilər bütün uşaqları və qadın-
ları bir yerə yığıb, onların başına sənəddə göstərildiyi kimi “hətta vəhşi
xalqların tarixində belə görünməmiş” müsibətlər gətirmişdilər.” Pakizə
(sənəddə Pakizər kimi gedir – K.İ ) adlı qadın ürək sarsıdan vəh-
şiliklərin təsiri altında əsəb sarsıntısı keçirmiş, tapança və qılıncla gözəl
qadınları kəsib-öldürməyə başlamışdı ki, onlar erməni vəhşilərinin
əllərinə keçməsin.Şəhrəbanu adlı qadın isə erməni əsgərlərinin təndirə
1
Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Tarix, hüquq, fəlsəfə seriyası, 1989,
№2, s.130-131
2
«Азербайджан», 1919, 24 января
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
121
atdıqları uşaqlarını xilas etmək üçün özünü təndirə atmış və onlarla
birgə diri-diri yanmışdı. Bütün bunların şahidi olmuş Allahverdi adlı
birisinə ermənilər bu dəhşətli mənzərəni göstərib bilərəkdən onu sağ
buraxmışdılar ki, o müsəlman kəndlərinə gedib erməni hakimiyyətini
tanımayan müsəlmanlara onları da belə tale gözlədiyini söyləsin.
Beləliklə Oxçu kəndinin böyükdən kiçiyə 1400 sakini qılıncdan keçiril-
di. Yalnız 12-13 nəfər kəndi əvvəlcədən tərk etdiklərinə görə labüd
qətliamdan xilas olmuşdular. Ermənilər Pirdavdan, Şabadin və Atqız
kəndlərinin əhalisini də kütləvi şəkildə qıraraq, bu kəndləri yandırdılar.
Şabadindən yalnız 8 kişi və 7 qadın xilas olmuşdu. Atqız kəndinin
əhalisi erməni hücumlarından xəbər tutaraq qaçmağa nail olsa da Or-
dubada çatanadək 167 uşaq və qadın yolda soyuqdan həlak olmuşdu.
Oxçu, Şabadin, Pirdavdan və Atqız kəndlərinin 4000 nəfər əhalisindən
yalnız 262-sı sağ qalmış və onlar Ordubada pənah gətirmişdilər.
1
Oxçudərəsi kəndlərini viran qoymuş ermənilər Gığı dərəsində yerləşən
kəndlərə (Şəhərcik, Buğacıq, Mollalı, Sofulu) də divan tutmuşdular.
Oxçu kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş bu cina-
yətlər başqa sənədlərlə də təsdiq olunur. Azərbaycan XİN
F.X.Xoyskinin Ermənistan XİN-ə göndərdiyi 10 dekabr 1919-cu il
tarixli teleqramında göstərilirdi ki, Oxçu rayonunun kəndlərinin silah
tutmağı bacaran kişiləri sülh yaratmaq bəhanəsi ilə karvansaraya dəvət
edilmiş, onların hamısı oraya əvvəlcədən yerləşdirilmiş dinamitlərlə
partladılaraq öldürülmüşdür. Qocalar, uşaqlar və qadınlar isə məscid-
də doğranmışdılar.
2
1920-ci il yanvarın 3-də ermənilər Qərçivan kən-
dində yaşayan azərbaycanlılara qarşı növbəti vəhşilik törətdilər.
Cəlladlar kəndin bütün müsəlman əhalisini bir yerə yığaraq, uşaq və
qadınlara belə rəhm etməyərək hamını qilincdan keçirmiş, yüzdən çox
insan qırılmışdı.
3
1919-cu il 23 noyabr sazişinə uyğun olaraq Azərbay-
can öz qoşunlarını Zəngəzurdan geri çəksə də, erməni tərəfi nəinki
bunu etməmiş, əksinə, bölgəyə yeni hissələr göndərmişdi. Nəticədə
həmin vaxtdan keçən müddət ərzində qəzanın daha 40 kəndi talan
edilmiş, sakinləri öldürülmüşdü. Göstərilən faktlar Azərbaycan XİN-
nin 7 yanvar 1919-cu il tarixli teleqramında müttəfiqlərin ali komissarı
1
ARDA, f.894, s.10, iş101, v.19-21
2
Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I
kitab, s.145
3
ARDA, f.970, s.1, iş 113
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
122
Haskelin diqqətinə də çatdırılmış və erməni qoşunlarının geri çağırıl-
ması, yerli erməni bandalarının tərk-silah edilməsi üçün ondan bölgə-
yə Amerika zabitlərindən ibarət komissiya göndərilməsini tezləşdir-
mək tələb edilmişdi.
1
1920-ci il yanvarın 19-da erməni nizami hissələ-
ri artilleriyadan və ağır silahlardan istifadə edərək Zəngəzurun daha 15
kəndini yerlə yeksan etdilər.
2
1920-ci il yanvarın üçüncü ongünlüyü
bölgədə azərbaycanlılara qarşı daha amansız hərəkətlər və zorakılıq-
larla fərqləndi. Hərbi qüvvə və silah-sursat cəhətdən üstünlüyə malik
erməni 10 minədək canlı qüvvəyə, 5 top və 20 pulemyota malik qoşun
hissələri.
3
Qaladərəsindən Xocahanadək geniş ərazidə Azərbaycan
kəndlərinə hücum edərək nisbi üstünlük qazandılar. Zəngəzurda
fəaliyyət göstərən erməni silahlı dəstələri Qarabağa doğru irəliləyib
buradakı erməni dəstələri ilə birləşərək Şuşa qəzasını da ələ keçirmək,
Naxçıvanla Ordubadı mühasirəyə almaq istəyirdilər. Şuşa istiqamətin-
də onlar bütün Azərbaycan kəndlərini məhv etməyi planlaşdırırdılar.
4
Yanvarın 19-da erməni nizami qüvvələri artileriyanın köməyi ilə
hücuma keçərək Əliquluuşağı, Eyvazlı, Şurnuxa, Seltas, Məzrə, Şah-
verdilər, Novlu, Tarovlu, Əyin kəndlərini darmadağın etdilər.
5
1920-ci ilin mart ayında – Novruz bayramı günlərində ermə-
nilər yaxşı düşünülmüş plan əsasında müxtəlif cəbhələrdə - Böyük
Vedidə, Naxçıvanda, Ordubadda, Qarabağda və Zəngəzurda geniş
miqyaslı hərbi əməliyyatlara başladılar. Qarabağda qiyamçı qüvvələrlə
əməliyyatlar aparan Azərbaycan ordusunun diqqətini yayındırmaq
üçün Zəngəzura İrəvandan əlavə qüvvələr gətirildi və bir sıra Azər-
baycan kəndləri ələ keçirldi. Azərbaycan qoşunlarının və könüllü dəl
ə
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
123
rada yuva salmış quldur dəstələri azərbaycanlı əhalini terror etməkdə
davam edirdi. 1920-ci il iyulun sonlarında XI Qırmızı Ordu hissələri
tərəfindən Zəngəzur ələ keçirildikdən sonra vəziyyət bir müddət sabit-
ləşsə də bolşevik qoşun hiss
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
124
1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çat-
mamışdı. Zəngəzurun əksər hissəsini ələ keçirməklə kifayətlənməyən
ermənilər bölgənin Azərbaycan SSR-də qalmış cüzi hissəsinə (Cəbra-
yıl, Qubadlı, Zəngilan qəzalarının ərazilərinə) də iddialar irəli sürmüş,
müəyyən dərəcədə buna nail də olmuşdular. Belə ki, erməni məkrinin
təsiri altında yeni inzibati vahidlik –Mehri rayonu yaradılması adı
altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ərnəzir və Tuğut Er-
mənistana verilmişdi. Bu qərar rəsmən 1969-cu il mayın 7-də, Azər-
baycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş-
du. 1938-1939-cu illərdə Ernəzir kolxozu Nüvədi kəndi, Tuğut kəndi
isə ermənilər yaşayan Astazur kəndi ilə birləşdirildi, hər iki kəndin
əhalisi doğma yr yarind(d)2.2(i il)]TJ /C2_1.15azir kov
i ilə
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
125
1918-1920-Cİ İLLƏRDƏ İRƏVAN QUBERNİYASINDA
AZƏRBAYCANLILARIN SOYQIRIMI
İlqar Niftəliyev
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi,
tarix elmləri üzrə fəlsəfə doktoru
XX yüzilliyin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı
müxtəlif dövrlərdə ermənilər tərəfindən həyata keçirilmiş mütəmadi
qırğınlar mahiyyətinə görə məhz soyqırımı aktı olmuşdur. Aralıq
dənizindən Qara dənizə qədər, Qara dənizdən Xəzər dənizinə qədər
çox geniş coğrafiyada torpaqlara birbaşa yiyələnmək və
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
126
üçün təmizləmək və yeni Ermənistan dövləti yaratmaqdır
1
. Ümu-
milikdə, 1918-ci ilin yanvarından may ayına kimi, yəni türk qoşunları
İrəvan quberniyasına daxil olana qədər, burada ermənilər tərəfindən
300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və
zorakılıqlara məruz qalmışdı
2
.
1918-ci ilin mayında keçmiş İrəvan quberniyasının ərazisində
Ararat Respublikasının yaradılması hadisəsini onun ilk baş naziri
Hovanes Kaçaznuni belə qiymətləndirirdi : "Biz Ermənistanın sahib-
ləri olmalı idik. Əks halda, onu birdəfəlik itirə bilərdik"
3
. Müstəqilliyi
elan olunmuş Ararat Respublikasının nə ərazisi, nə də paytaxtı vardı.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini
Ararat Respublikasına güzəştə getdi. Şuranın üzvü Fətəli Xan Xoyski
Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə şuranın
üzvləri ilə Ermənistan Milli şurasının üzvləri arasında aparılmış danı-
şıqlar haqqında məlumat verdi. Fətəli xan öz məruzəsində ermənilərin
özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türk ordu-
su tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə getmə-
sinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı Milli Şuranın
üzvləri Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Ələkbər
Ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın
Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin qaçılmaz acı bir
həqiqət olduğunu qeyd etdilər. Şuranın iclasında iştirak edən 28 nəfər
üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi
4
.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski
İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şu-
ranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra Xarici işlər nazi-
ri Məhəmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: “Biz
ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul
edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə
getdik
5
”. 1918-ci il iyunun 1-də Tiflisdə keçmiş canişin sarayında Hə-
sən bəy Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının üçüncü iclası
keçirildi. Həmin iclasda şura üzvləri İrəvanın Ermənistana güzəştə
1
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): Fond 970, siyahı 1, iş 1, vərəqlər
26-27.
2
ARDA : Fond 970, siyahı 1, iş 184, vərəqlər 16-17.
3
Качазнуни О. Указ. работа, с.29.
4
ARDA: Fond 970, siyahı 1, iş 1, vərəqlər 51-52.
5
ARDA: Fond 970, siyahı 1, iş 4, vərəqlər 1-2.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
127
gedilməsi məsələsi və qaçqınlara köməyin təşkili ilə əlaqədar İrə
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
128
haqqında öhdəliklər götürürdü
1
. Bəhs olunan müqaviləni tamamlayan
III əlavədə bütün yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə təsbit
olunur və qeyd olunurdu ki, “Ermənistan hökuməti öz hesabına ibtidai
və orta təhsil verən müsəlman məktəbləri açacaqdır”
2
. Lakin sonrakı
hadisələr onu göstərdi ki, müstəqil erməni dövlətində hakimiyyətə
gələn «Daşnaksutyun» partiyası keçmiş İrəvan quberniyasının ərazi-
sində yaşayan müsəlman əhalisinə qarşı soyqırım siyasətini dövlət
səviyyəsində həyata keçirməyə başladı. Bu cinayətlərin sarsıdıcı mən-
zərəsini yaradan onlarla teleqram, məktub və digər sənədlər bu gün
Azərbaycan Respublikasının arxivlərində saxlanılır. Bu sənədlərin
toplanmasında və dünya ictimayyətinə çatdırılmasında ilk tədbirlər hə-
lə Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülmüşdü. Minlərlə
həmvətənimizin soyqırımını qarşısına məqsəd qoymuş ermənilərdən
çəkdiyi qeyri-insani zülmü, həqiqətən çıxılmaz vəziyyətini təsvir edən
bu sənədləri həyəcansız oxumaq mümkün deyildir. Onların arxasında
nə qədər müsibət, dəhşət, ölüm dayandığını təsəvvürə gətirmək qeyri-
mümkündür. Milli Şuranın 1918-ci il iyunun 13-də keçirildiyi iclasda
ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar barədə İrəvandan
gələn həyəcanlı xəbərlərə həsr olunmuşdu. Şura üzvü İbrahim ağa
Vəkilov oradakı müsəlman qaçqınların acınacaqlı vəziyyətləri ilə əla-
qədar olaraq onlara kömək məqsədilə 150 min manat vəsait buraxma-
ğı təklif edir. İ.Vəkilovun təsirli nitqindən sonra məlum olur ki, İrəvan
quberniyası ərazisində dolaşan ac-yalavac müsəlman qaçqınların sayı
150 min nəfərə çatmışdır. Qaçqınlar arasında epidemiya xəstəlikləri
geniş yayılmış, hər gün acından ölənlər qeydə alınırdı. Ona görə də tə-
cili olaraq qaçqınlara ərzaq, geyim və təsərrüfat malları ilə köməklik
göstərilməsi təklif olunur. Natiq öz sözlərini zərər çəkmişlərin sayı və
dağıdılmış 206 kəndin adlarını sadalamaqla bitirmişdi. Milli Şuranın
Ermənistan Respublikasındakı qaçqınların vəziyyəti ilə əlaqədar qəbul
etdiyi qərarda göstərildi ki: İrəvan dairəsində qaçqınlara paylamaq
üçün tezliklə nümayəndələr vasitəsi ilə oraya pul vəsaiti göndərilsin;
Erməni Milli Şurasından xahiş edilsin ki, imkan daxilində aclıq çəkən
müsəlmanlara ərzaq yardımı göstərsin; Türk ordusu komandanlığın-
dan isə xahiş edilsin ki, İrəvan qaçqınlarına ərzaqla kömək etsin və
1
. Бадалян Х. Германо-турецкие оккупанты в Армении в 1918 г. Ереван: 1962,c.
172-178.
2
Yenə orada.
AZƏRBAYCAN XALQINA QARŞI 1918-ci il SOYQIRIMLARI
129
müsəlmanların öz doğma kəndlərinə qayıtmalarına kömək üçün tutarlı
göstərişlər versin
1
. Beləliklə, yeni yaradılmış erməni dövləti – Ermə-
nistan Respublikası, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Azər-
baycan Xalq Cümhuriyyətinə olan iddialarından əl çəkmədi, əksinə
Batum müqaviləsinin imzalanmasından dərhal sonra Azərbaycan Xalq
Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqla-
rının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhu-
riyyəti hökumətinin başçısı F.X.Xoyski 1918-ci il iyulun 31-də o za-
man İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin
başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi:
“əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia
qaldırsalar İrəvanın onlara güzəştə gedilməsindən imtina et”.
2
Dostları ilə paylaş: |