Soyqirimlari


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 29,34 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix07.09.2017
ölçüsü29,34 Mb.
#29215
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
94
Bolşevik Kojemyakonun rəhbərlik etdiyi fövqəladə  təhqiqat ko-
missiyasının araşdırmasından sonra Lalayev həbs olunmuşdur. Lakin 
Şaumyanın göstərişindən sonra o, həbsdən azad olmuş  və 3-4 gündən 
sonra isə Fövqəladə Təhqiqat Komissiyası ləğv edilmişdir.
1
 
Ayrı-ayrı partiya və sovet dövlət xadimlərinin, eləcədə 1917-
1918-ci illərin siyasi proseslərində iştirak etmiş şəxslərin xatirələrində 
də Bakı Sovetinin erməni silahlı dəstələri tərəfindən Bakida və Azər-
baycanın başqa bölgələrində türk-müsəlmanlara qarşı törətdikləri 
kütləvi qətliamlar bir daha öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən 
xatirələrdə, eyni zamanda Lalayevin Şamaxıda törətdiyi cinayət əməl-
lərindən də bəhs olunur.  
Bolşevik Boçarov “Şamaxı faciəsi” adlı xatirəsində  Şamaxıda 
Lalayevin daşnak quldur dəstəsinin törətdiyi dəhşətli qırğınlar və 
qarətlərdən bəhs etmişdir. Onun xatirəsində əhalinin qətlə yetirilməsi, 
onların  əmlakının qarət edilməsi, evlərin və meyidlərin yandırılması 
qeyd olunmuşdur. Boçarov yazırdı ki, bizim təcrübəsizliyimizdən is-
tifadə edərək, Lalayev öz ətrafına soyğunçu, quldur dəstəsi yığaraq ya-
şayış  məntəqələrinə basqın etmiş, yerli əhalini qorxudmuş (yeddi 
mindən çox insanın qətlə yetirilməsi qorxudmaq imiş-A.V.), onların 
mal-qaralarını əllərindən almış, qadınları zorlamışdılar. Lalayev yolda 
Muğanlı kəndindən olan bir qadını iki qızı ilə birgə güllələmişdilər.
2
 
Bolşevik Hacıyev xatirəsində “Şaumyan və Caparidzenin tapşı-
rığı ilə Şamaxıda sovet hakimiyyətini təşkil etmək üçün Məşədibəylə 
(Hacıyev Məşədi Əzizbəyovu bu cür cağırırdı – A.V.) Şamaxıya get-
mələrindən, burada daşnaklar tərəfindən onları öldürməyə  cəhd gös-
tərmələrindən, Aram Mirzəbekyanın “Məşədi bəy köhnə bolşevikdir” 
deməsi də erməniləri sakitləşdirmədiyindən, türkdür, deməli öldürmə-
liyik demələrindən, lakin Aram Mirzəbekyan tərəfindən xilas olmala-
rından bəhs etmişdir. Hacıyev yazırdı ki, Mədrəsəyə  gələndə burada 
insanlara  əzab verildiyinin, qadınlar zorlandıqlarının, ermənilərin ha-
mısı sərxoş olmalarının və dəhşətli özbaşınalıqlar törədiklərinin şahidi 
olduq. Daha sonra Hacıyev “bir aydan sonra Şamaxıdan Bakıya qayı-
dan Məşədi bəy vəziyyətlə bağlı Baksovetə məruzə etdiyini, xüsusi sə-
lahiyyətlər verilmiş  Sərdarovla Stalinqrada getmələrini, Stalinqradda 
Stalinlə görüşdüyünü, Şaumyanın məktubunu ona verməsini” qeyd et-
                                                 
1
 ARPİİSSA, f. 276, siy.2, iş 20. v. 75-78. 
2
 ARPİİSSA, f. 276, siy.2, iş 20. v. 84-85. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
95
mişdir. O yazırdı ki, Stalin mart hadisələrinin çox uğursuz olduğundan 
Bakıda sovet hakimiyyətinin uzun müddət qala bilməyəcəyini bildir-
miş və siz düzgün yanaşmadınız, bir milli qrupu digərinə qarşı qoydu-
nuz demişdir.
1
  
Beləliklə, çoxsaylı arxiv sənədləri və elmi-tədqiqat  əsərləri sü-
but edir ki, erməniləri silahlandıran, onları dinc türk-müsəlman əhali-
sinin üzərinə göndərən St.Şaumyan olmuşdur. Məhz bunun nəticəsi 
olaraq, 1918-ci ilin martında Şaumyanın tapşırıqlarını həyata keçirən 
erməni silahlı  dəstələri  Şamaxıda yeddi mindən çox türk-müsəlmanı 
qətlə yetirmiş, onlara məxsus əmlakları qarət etmiş və ictimai binaları 
yandırmışdılar.  
 
 
                                                 
1
 ARPİİSSA, f.456, s.18, iş 35, v.16-17.   

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
96
 
QUBA QƏZASINDA TÜRK-MÜSƏLMAN SOYQIRIMI 
 
Vaqif Abışov 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti yerlərdə Sovet haki-
miyyəti qurmaq adı altında Quba qəzasına göndərdiyi erməni silahlı 
dəstələri burada dinc türk-müsəlman  əhaliyə qarşı kütləvi qətliamlar 
törətmişdir.  
Sovet dönəmində uzun müddət tarixçilər bu məsələnin üstündən 
sükutla keçmişdilər. Onlar azərbaycanlılara qarşı ermənilərin törətdik-
ləri kütləvi qətliamları yazmaq əvəzinə, bunları inqilabçılarla əksinqi-
labçılar arasında mübarizə kimi vermişdilər. Guya bolşeviklər yerlərdə 
sovet hakimiyyəti qurmaq istəyərkən, yerli türk-müsəlman əhalisi on-
lara mane olurmuş. Uzun müddət sovet tarix elmində yer alan bu ya-
lan konsepsiya sonradan həqiqi tarix yazılmağa başlayanda məlum ol-
du ki, bütün bunlar tamamilə sovet ideologiyasının bəhrəsi imiş.  
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci 
ilin iyul ayında yaradılan Fövqəladə Təhqiqat Komissiyası (FTK) er-
mənilərin türk-müsəlmanlara qarşı törətdikləri kütləvi soyqırımları, 
zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar va-
sitəsilə aşkarlayıb üzə çıxarmışdır. Eyni zamanda həmin materialların 
bir hissəsi də 1918-ci ilin aprel-may aylarında Quba şəhəri və Quba 
qəzasında ermənilərin türk-müsəlmanlara qarşı törətdikləri cinayətlər-
lə bağlıdır. Həmin illərdə nəşr olunan müxtəlif yönümlü qəzet və jur-
nallar, ayrı-ayrı şəxslərin xatirələri və başqa bu kimi sənədlər mövzu-
nun öurənilməsində mühüm əhəmiyyət kəsb edir. 
Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilə-
rin törətdikləri vəhşilikləri araşdırmaq üçün FTK 1918-ci il dekabrın 
12-də  işə başlamış  və 1920-ci il aprelin 20-də başa çatdırmışdı. Bu 
araşdırma zamanı erməni cinayətkarlığını üzə  çıxaran 3 cildən ibarət 
451 vərəqə tərtib olunmuşdur.
1
 
Fövqəladə Təhqiqat Komissiya tərəfindən Quba qəzası üzrə – 1 
(bir) qərar layihəsi hazırlanmışdır. Bu materiallar arasında zərər çə-
                                                 
1
 ARDA, f. 100, siy.2, iş 791, vv.102 – 103. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
97
kənlərin və  şahidlərin dindirmə protokolları, FTK-nın üzvü A.No-
vatskinin (A.Novatskinin məruzəsi “Quba şəhəri və Quba qəzasının 
kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə 
qarşı edilən zorakılıqlar haqqında məruzəsi” adlanır) və digər  şəxs-
lərin hazırladığ  məruzələr,
  aktlar, şəhərin ayrı-ayrı ailələrinə və sa-
kinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır.
1
  
Türk-müsəlmanlara qarşı erməni silahlı dəstələrinin 1918-ci ilin 
mart soyqırımından sonra Bakı qəzasının bir hissəsi bolşevik diktatu-
rasının əlinə keçmişdir. Bu hadisədən sonra St.Şaumyanın tapşırığı ilə 
Qubaya David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı əsgər 
dəstəsi göndərilmişdi.
2
 
1918-ci ildə  qırmızıqvardiyaçı olmuş Q.Nağıyev xatirəsində 
“Qubada sovet hakimiyyəti qurmaq üçün Şaumyan və Caparidzenin 
də daxil olduğu inqilabi komitənin tapşırığı ilə Qubaya gəldiklərini 
qeyd etmişdir. Nağıyevin yazdığına görə “onlar (yəni M.Çurayev, 
L.Qoqoberidze, Qelovani və Q.Nağıyev) Qubaya yola düşməmişdən 
qabaq yol. Mikoyan A.İ. və Caparidze tərəfindən lazım olan sənədlər-
lə təmin edildilər”.
3
  
D.Gelovani yazırdı ki, Qubaya gələn dəstənin içərisində 12 nə-
fər erməni, bir neçə nəfər yəhudi, qalanları isə ruslar idi. Dəstədə fa-
miliyasını bilmədiyim erməninin rəhbərliyi altında 2 pulemyot da var 
idi.
4
 Onlar buradan geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçə-
sini yandırmış və Bazar küçəsində 16 nəfəri, Komendant küçəsində 7 
nəfəri, şəhərin kənarında, köhnə həbsxana adlanan yerdə isə 35 nəfəri 
qətlə yetirmişdilər.
5
 
D.Gelovani bu hadisə barədə belə məlumat vermişdi: “Xaçmaz-
dan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə yalnız ermənilər-
dən ibarət 150 nəfərlik dəstə və iki top gəldi. Növbəti günü o, Qubada 
əksəriyyəti ermənilərdən ibarət olan xristian əhalini  şəhərdən çıxar-
maq üçün bir yerə yığdı. Biz geri çəkilməyə başladıq. Biz Xaçmaza, 
oradan isə Dərbəndə gəldik. Bir neçə gündən sonra hərbi nazir G.Kor-
qanov Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət “cəza 
                                                 
1
 ARDA, f. 1061, siy. 1, iş. 95, v. 5-8. 
2
 ARDA, f. 1061, siy. 1, iş 96, v. 5-8. 
3
 ARPİİSSA, f.268, siy.23, iş 489, v.1-2.  
4
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 62. 
5
 Yenə orada, v.63. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
98
dəstəsi”ni Qubaya göndərdi”.
1
 Gelovaninin dediyi bu sözləri başqa sə-
nədlərdə də öz təsdiqini tapmışdı. 1918-ci ildə bolşevik drujinacısı ol-
muş Arustamov xatirəsində “Xaçmaz stansiyasına çatarkən yol boyu 
meyitlərə rast gəldiyini, qarşıda daşnak batalyonun getdiyini, onlar qa-
baqda gedərək dinc vətəndaşları  və daha çox türkləri güllələmələrini 
və onların mal-qaralarını  məhv etmələrini” göstərmişdi. O, Dərbənd 
və Petrovski istiqamətinə gedərkən daşnakların  şəhərdə evləri qarət 
etdiklərini də qeyd etmişdi.
2
 
1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya 
türk-müsəlmanların qatı düşməni, daşnak Hamazaspın və onun kö-
məkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət, 
təxminən iki min nəfərlik dəstə göndərmişdi. Bu dəstə azərbaycanlıla-
ra qarşı özünün amansızlığına görə “Cəza dəstəsi” adını almışdı. Ha-
mazasp qubalılar qarşısındakı  çıxışında “mən erməni xalqının qəhrə-
manıyam və onun maraqlarının müdafiəçisiyəm. Mən buraya cəza 
dəstəsi ilə göndərilmişəm ki, iki həftə bundan əvvəl burada öldürül-
müş ermənilərin qisasını alım. Mən Sovet hakimiyyətini qurmaq və 
qayda-qanun yaratmaq üçün deyil, öldürülmüş ermənilərin hayıfını 
sizdən almaq üçün göndərilmişəm. Mənə əmr olunub ki, dəniz (Xəzər) 
sahillərindən  Şah Dağa (Dağıstanda dağ) qədər bütün müsəlmanları 
məhv edim və evlərinizi isə yerlə bir edim” deməsi bir daha göstərir 
ki, ermənilərin və eləcə də, Bakı XKS rəhbəri Şaumyanın əsas məq-
sədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik-
sovet bayrağı altında müsəlmanları daha çox qırmaq, onları qorxut-
maq, gələcək erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu.
3
 
1918-ci ildə Qubada baş vermiş hadisələrlə bağlı bolşeviklər 
partiyasının üzvü İbrahim Pənahov xatirə-avtobioqrafiyasında yazır-
dı: “Hamazaspın başçılığı altında erməni daşnaklarının dəstələri (Qu-
baya – A.V.) gəldilər ... şəhərdə daşnakların qarşısına çıxan müsəl-
manların günahı oldu-olmadı öldürməyə, mağazaları qarət etməyə 
başladılar”.
4
 
Həmin dövrün hadisələrinin digər bir iştirakçısı  yəhudi Savi 
İlyansev xatirəsində Hamazaspın 1500 nəfər dəstəsinin Qubaya gəl-
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 62-64. 
2
 ARPİİSSA, f.456, siy. 18, iş 35, v.35-36. 
3
 ARDA, f. 100, siy.2, iş 791, v.35-36. 
4
 ARPİİSSA, f.456, siy.18, iş 36. v.185-189. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
99
məsini və yolboyu kəndləri yandırmasını,  əhalini qarət etməsini və 
sonra qırğın törətməsini qeyd etmişdir.
1
 
Quba sakini, 1918-ci il hadisələrinin  şahidlərindən olan yəhudi 
Aqorun Simoqodsevin xatirəsində  də “... Hamazaspın silahlı  dəstəsi-
nin Qubaya gəlməsini,  şəhər və  kəndləri yandırdıqdan sonra şəhəri 
tərk edib getmələri” göstərilmişdir.
2
  
Hadisələrin digər bir şahidi Cəfərov yazır ki, “Hamazaspın 
dəstəsi şəhərdə kütləvi qətliamlar və qarətlərə başladılar”. O, “Hama-
zaspın dəstəsinin şəhərdə təxminən 10 gün qaldığını” qeyd etmişdi. 
Cəfərovun xatirəsində Çurayevin batolyona gəlməsindən,  bu  za-       
man onun batalyonunda olan Dadayanın dəstəsinin Nüvədi kəndinə 
hücum etməsindən və əhalinin qarət edilməsindən” bəhs olunur.
3
 
Mayın 1-də şəhərə daxil olan erməni silahlı dəstələri həmin gü-
nü şəhərin aşağı hissəsində 713 müsəlmanı qətlə yetirmişdilər. Onların 
çoxu qadın və uşaqlar idi.
4
 Böyük Şosse və Bazar küçələrindəki evlər 
qarət edilir. Hamazaspın silahlı  dəstələri  şəhəri dörd hissəyə bölərək 
hər bir hissədə ayrıca qərargah yaradırlar. Ermənilərin Qubadakı 
azğınlığı 9 (bəzi sənədlərdə 10 gün göstərilir – A.V.) gün davam et-
mişdir.  Ermənilərin özbaşınalıqları 2-ci gün də davam etmişdir. Bu 
dəfə onlar 1012 adamı öldürmüşdülər.
5
  
Hamazaspın “Cəza dəstəsi” Quba şəhərini və Quba qəzasının 
122 kəndini darmadağın etmişdi. Qubada iki mindən çox adamı – kişi, 
qadın və uşağı qətlə yetirilmişdir və həmin kəndlərin əhalisinə, ümumi 
dəyəri 58.121.059 manatlıq (rubl) ziyan vurulmuşdu.
6
 Quba  şəhər 
sakini Hacı  İsmayıl Orucov isə öz izahatında yazırdı ki, ölüləri dəfn 
edən mollanın dediyinə görə o, 2800 nəfərin cənazəsinin torpağa 
tapşırıldığını saymışdır
7

Hamazaspın quldur dəstəsi Quba qəzasına aid olan Dəvəçi, Sa-
dan, Çarxana, Dərə Zarat, Zağlıcan,  Əlixanlı, Eynibulaq, Ərəb  Əl-
məmmədli, Kolanı, Tuğay, Nardaran, Siyəzən, Rəhimli, Surra, Qu-
                                                 
1
 ARPİİSSA, f.456, siy.18, iş 36. v.185-189. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
4
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 35. 
5
 Yenə orada. 
6
 Yenə orada, v.5-8. 
7
 Yenə orada. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
100
lamlar, Butbut, Xəlillər, Qaraqaşlı, Aşağı Quşçu, Sirvan, Tura, Aygün, 
Qubla Qrız, Qara Qurtlu, Qaraça, Nərdican, Xudat, Aşağı Buduq və 
başqa yaşayış məskənlərini dağıtmışdir. Bu kəndlərin dağıdılması za-
manı 60 kişi, qadın və uşaq qətlə yetirilmiş, 53 nəfər kişi yaralanmış-
dı. Eyni zamanda evlər, ictimai binalar və başqa tiklilər dağıdılmış, 
mal-qara və əmlakları qarət olunmuşdu.
1
 
Ermənilər Qubada qətl-qarətlə  məşğul olarkən, dini ibadət yeri 
olan məscidləri, müsəlmanların müqqəddəs kitabı olan Quaranı 
yandırmaqdan belə çəkinməmişdilər. 
Hamazaspın erməni daşnak dəstələrinin Quba şəhəri və  ətraf 
kəndlərdə törətdiyi vəhşiliklər FTK-in üzvü A.Novatskinin rəhbərlik 
etdiyi qrup tərəfindən ümumləşdirilmiş məruzədə də öz əksini tapmış-
dır.
2
 Məruzədə deyilirdi ki, erməni silahlı  dəstələrinin  şəhərə daxil 
olması müsəlman əhalinin kütləvi surətdə qətli və onlar üzərində hər 
cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə əllə-
rinə keçən kişi, qadın və uşaqları amansızlıqla qətlə yetirirdilər. Evlərə 
soxularaq südəmər uşaqlara belə  rəhm etmir, onları analarının quca-
ğında qılıncla doğrayırdılar.
3
  
Qubada  bir-bir evlərə girib bütün ailəni məhv edən ermənilər, 
hətta hamilə və körpə uşaqlı qadınlara belə rəhm etməmişdilər. Məsə-
lən, 14 nəfərdən ibarət olan Kərbəlayı Məmməd Tağı oğlu və ailə üzv-
ləri vəhşicəsinə  qətlə yetirilmişdi, Məhəmməd Rəsul oğlunun özünü, 
arvadını və 3 uşağını amansızcasına qətlə yetirmişlər. Ermənilər onun 
arvadının qarnını parçalamış, uşaqlarının isə başlarını  kəsmişdilər. 
Hacı Dadaşbala Qasımovu, arvadı  Məşədi Bibixanım və  oğlu Abdul 
Qasımovla öz evlərində yandırmışdılar. Kərbəlayı Abuzər Məstan oğ-
lunu və iki qızı – Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə bir-
likdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğ-
lunu, onun arvadını və beş körpə uşağını doğramışdılar. Bundan başqa 
Molla  Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa 
Zeynal oğlu, Məşədi Əli Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, 
Cabbar Məmməd Əli oğlu, Səfərəli Məşədi Talıb oğlu, Məşədi Musa 
Zeynal oğlu və başqaları qətlə yetirilmişdi.
4
  
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 8. 
2
 Yenə orada. 
3
 Yenə orada, v.5-8. 
4
 Yenə orada. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
101
Erməni  əsgərləri  şəhərin hörmətli ağsaqqallarından olan Əli-
Paşa Kərbalayı Məhəmməd oğlundan tələb edirlər ki, kef çəmək üçün 
onlara müsəlman qadın və  qızları tapıb gətirsin. Təbidir ki, Əli-Paşa 
Kərbalayı Məhəmməd oğlu bundan imtina edir. Əmirlərinin yerinə ye-
tirilmədiyini görən erməni cəlladları onu və oğlunu vəhşicəinə qətlə ye-
tirirlər. Erməni cəlladları əvvəlcə atasının gözü qabağında oğlunun göz-
lərini çıxarır, üzünü ülgüclə doğrayır, sonra isə canını tapşırana qədər 
süngü ilə dəlik-deşik edirlər.
1
 
1918-ci il dekabrın 16-da Komissiyaya verdiyi izahatında Quba 
şəhər sakini, 40 yaşlı  Məşədi Həmdulla  Əliyev qeyd edirdi ki, mən 
şəxsən qadınların və uşaqların kütləvi surətdə öldürülməsini və qadın-
ların döşlərinin kəsildiyini görmüşəm. Meyidlərin çoxu xəncərlə eybə-
cər hala salınmışdır.
2
  
Qubanın nüfuzlu şəxslərindən Hacı İsmayıl Orucov öz ifadəsin-
də bildirirdi ki, Qriqori adında bir nəfər erməni öz evini Qubada Molla 
Şahbalı adlı bir nəfərə satmışdı. Qriqorinin adını bilmədiyim oğlu evi 
satmağın əleyhinə idi. Ermənilər Qubanı tutduqda Hamazaspın dəstə-
sində olan Qriqorinin həmin oğlu Molla Şahbalını  qəddarlıqla qətlə 
yetirmişdi.
3
 
Quba şəhər rəisi Ə.Əlibəyov isə öz ifadəsində bildirirdi ki, Zora-
kılıqlar, qətillər və qarətlər doqquz gün davam etdi. Mən yenidən Ha-
mazaspın yanına gedərək heç olmazsa ölülərin cəsədlərinin yığılaraq 
torpağa tapşırılmasına icazə verməyi xahiş etdim. Adı çəkilən Hartun 
Hayrapetov mənim iştirakımla ona məruzə etdi ki, (məruzə zamanı 
mən də iştirak edirdim və erməni dilini bildiyim üçün nə dediyini başa 
düşürdüm) şəhərdən Nikolay pulu ilə nəğdi 3 milyon manat yığılıb, 6 
milyon manatlıq qızıl və qızıl qadın bəzək əşyaları toplanıb, hər öldü-
rülmüş erməni üçün 200 müsəlman öldürülmüş, hər sorlanmış erməni 
arvadı üçün 70 müsəlman arvadı və qızı zorlanmış, ermənilərdən mü-
sadirə olunmuş  əşyalar geri alınmış, 90-na yaxın ev yandırılmışdır. 
Hayrapetov məruzəsini belə yekunlaşdırdı: “İş tamamlanmışdır, artıq 
bəsdir, gedək.
4
 
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 6. 
2
 Yenə orada, v.41-43. 
3
 Yenə orada, v.16. 
4
 Yenə orada, v.65. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
102
Ə.Əlibəyov öz izahatında qeyd edirdi ki, “bu vaxt artıq  şəhərin 
hər yerində evlər yanırdı. Təkcə Bazar küçəsində yanan ev və dükanla-
rın sayı 16 idi. Mənim gözlərim qarşısında həmin Hartun Hayrapetov və 
onun 12 nəfərlik artilleriya dəstəsi yarım milyon manatlıqdan yuxarı 
ərzaq məhsulları – qənd, çay və manufaktura malları olan anbara od 
vurdu. İlk gündən şəhərdən talanaraq Bağırovun evinə yığılmış mallar 
H.Hayrapetovun nəzarəti altında arabalara yüklənərək yola salınırdı.
1
 
Fövqəladə  Təhqiqat Komissiyasının topladığı materiallardan 
aydın olur ki, Hamazaspın silahlı dəstəsi tərəfindən Quba şəhərin-
dən dörd milyon manatlıq (rublla) nağd pul, dörd milyon yarım 
manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-qaşları, iki milyonluq 
müxtəlif ərzaq ehtiyatları qarət edilmiş və oğurlanmışdı
2

Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər 
Quba şəhərində təxminən 20 minə yaxın əhali və 10 minə yaxın ev ol-
muşdur. Müsəlmanlara məxsus iki yüzə yaxın ev və başqa tiklilər da-
ğıdılmış və yandırılmışdı. Həmin evlər və tiklilər Bazar, Komendant, 
Bakıxanov, Bulvar küçələrində yerləşirdi.
3
  
David Gelovanin Fövqəladə Təhqiqat Komissiyasına verdiyi ifa-
dəsinə görə Hamazaspin silahlı dəstəsi siyasi məqsəd üçün deyil, 
sadəcə müsəlman xalqından intiqam almaq məqsədilə “Daşnak-
sütyun” partiyası  tərəfindən göndərilmişdi.
4
 Əslində Gelovani 
düzgün məlumat verməmişdi. Çünki tarixi sənədlərdən məlum-
dur ki, Hamazaspı Qubaya göndərən S.Şaumyan olmuşdur. Bu 
fikri Quba şəhərinin başçısı  Əliabbas bəy  Əlibəyovun FTK-ya 
verdiyi izahatında öz təsdiqini tapmış olur.  
Komissiya üzvü A.Novatski şahid qismində dindirdiyi, Quba şə-
hərinin başçısı Əliabbas bəy Əlibəyov öz ifadəsində yazırdı ki, ermə-
nilər gedəndən sonra mən nümayəndə sifətilə bolşeviklərin başçısı 
Şaumyan və Çaparidzenin yanında oldum. Onlardan öyrənmək istə-
dim ki, həqiqətən də Sovet Qubaya cəza dəstəsi göndərib, ya yox. Si-
lahlı  dəstənin Qubada törətdikləri hadisələr barəsində onlara yazılı 
şəkildə məlumat verdim. Şaumyan sifətində sevinc ifadəsi olaraq məni 
dinlədi və dedi: “Müsəlmanlar və türklər yüz minlərlə ermənini öldü-
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 65. 
2
 Yenə orada, v.6. 
3
 Yenə orada, v.1. 
4
 Yenə orada, v.6. 

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
103
rüblər, indi nə olub ki, Qubada ermənilər iki müsəlmanı öldürən kimi 
müsəlmanlar şikayət edır və göz yaşı axıdırlar”.
1
 
Lakin,  Şaumyan iki mindən çox insanın qanını tökən, onlara 
məxsus əmlakı qarət edən, onların evlərini yandıran cinayətkar Hama-
zaspa və onun «cəza dəstəsinin» əməllərinə haqq qazandıraraq, müsəl-
manların haqlı  şikayətlərinə baxmamışdı. Çünki, həmin cinayətkar 
dəstəni Qubaya göndərən elə Şaumyanın özü idi. Aşağıda qeyd olunan 
məlumatlar bunu bir daha təsdiq etmiş olur. 
 1918-ci il mayın 15-də Xaçmazdan Bakı XKS-nın hərbi ko-
missarı Korqanova Hamazaspın yaxın silahdaşı Serqo Martikyan ya-
zırdı: “Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhəri 
hər tərəfdən mühasirəyə almışdı. Sovet hakimiyyətini bərpa etmək 
üçün oraya komissar göndərmişik”.
2
  
Buradan göründüyü kimi erməni quldur dəstəsinin başçısı Azər-
baycan kəndlərində dinc azərbaycanlılara qarşı  hərbi  əməliyyatların 
aparılmasından ruh yüksəkliyi ilə inqilabi komitənin rəhbəri, bolşevik 
Korqanova yazmış, lakin orada xüsusi qəddarlıqla öldürülmüş qoca, 
qadın və  uşaqlar haqqında, eləcədə yandırılmış  və qarət olunmuş 
evlərdən bir cümlə belə qeyd etməmişdir. 
Sovet hakimiyyəti qurmaq adı altında ermənilər bolşevik-sovet 
hakimiyyətinin himayəsindən istifadə edərək minlərlə dinc türk-müsəl-
manı  qətlə yetirmiş, evləri qarət edib yandırmış, mədəniyyət abidələri 
vəhşicəsinə dağıdmışdır. Bütün bu törədilən cinayətlərə görə ermənilər 
heç bir məsuliyyət daşımamış  və  əksinə, həmin dövrdə hakimiyyətdə 
olan Bakı Xalq Komissarları Soveti tərəfindən müdafiə olunmuşdular.  
FTK sənədlərində Qubada dinc türk-müsəlmanlara qarşı cinayət-
lər törədən ermənilərin adları qeyd olunmuşdur. Komisssayanın üzvü 
A.Novatskinin məruzəsində Hamazaspın “cəza dəstəsində” onun özü, 
müavini Nikolay və komissarı Venuntsdan başqa daha fəal üzvlərinin 
adları da sadalanır. Bunlar Quba şəhər sakinləri – Hartun Hayrapetov, 
dəllək Cavad, Hartunov, balıq sənayeçisi Avakovun oğlu, tələbə Əmir-
canov qardaşları, tacir Mirzə  Əmircanovun özü və qardaşı  uşaqları, 
meyxanaçə Məlikov, Qriqoninin oğlu Vartan, dəyirman sahibi Mirzəca-
nın nəvəsi Hartun, Vartan Avakov, Hartun Baba oğlu, Aleksandr Mu-
kasyants, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə Hartun Karapet oğlu – 
                                                 
1
 ARDA , f. 1061, siy. 1, iş 96, v. 34-39. 
2
 Yenə orada, v.3-6. 

Yüklə 29,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin