bu qədər çətin və uzun yol getməmişdim, ancaq bütün bu çətinliyə
baxmayaraq düşünəndə ki, yaxın zamanlarda şimal yolu ilə maşınlar
rahat gedib-gələcəklər, adamı qürur hissi bürüyür, çünki sovet zamanı
da istəyirdilər şimal yolunu təzədən çəksinlər, amma iş yarımçıq qaldı
və bu bizim müstəqilliyimizə nail olduğumuz zamana düşdü. Mü-
vəqqəti çətinlik olsa da bütün bunlar ürəkaçan və könlü riqqətə gətirən
məsələlərdir.
Nə isə, mətləbdən uzaqlaşmayım. Siyəzənə çatan kimi bir taksi tutub
Tağay kəndinə yollandım. Bu kənd Siyəzənin 7 km-də yerləşir. Kəndimizə
yol Yenikənd və Gilgiçay kəndlərindən keçir. Bir tərəfi dağlarla, bir tərəfi
dənizlə əhatələnmiş kəndimizin çox gözəl havası, içildikcə doyulmayan
şollar suyu və ara-sıra sönsə də işığı var. Buranın insanları əsasən əkin-
çilik, heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Az bir qismi isə kənarda
işləyir. Suyunu içməklə, havasını udmaqla doymadığım Tağayın şərait
21
baxımdan bəxti heç vaxt gətirməyib. Şimal dəmiryol stansiyasının 3
km-də yerləşən bu kənd həmişə rayon rəhbərlərinə gözdən-könüldən
uzaq yer kimi görünüb. Bilmirəm, bunun təqsiri orda yaşayan insanlarda
və ya ona ögey baxan əlaqədar təşkilatlardadır? Paytaxtın 115 km-də
yerləşən bu kəndin işığı da 1968-ci ildə çəkilmişdi. Şollar suyu isə çox
sonralar çəkilib. Halbuki kəndin 3-4 km-də həmişə su, işıq və qaz olub.
Sovet dönəmində – keçən əsrin 80-ci illərində, nəhayət, bu kəndə qaz
xətti çəkildi, camaatın yanacaq problemi həll olundu. Elə bil bu kəndin
bəxtinə günəş doğdu, ancaq bu da uzun çəkmədi. Sovet hökuməti süquta
uğrayanda ölkəmizin bir çox bölgə mərkəzləri və kəndləri kimi Tağayın
da qazı kəsildi. Bizim kənd dənizkənarı zolaqda yerləşdiyi üçün burda
meşələr də yoxdur. Camaat əvvəllər burda heyvan peyinindən hazırlanan
təzəkdən, odundan, tapılanda kömürdən istifadə edirdi. Onu da deyim ki,
Abşeronun yaxınlığında yerləşməsinə baxmayaraq, buranın qışı da sərtdir.
Yayı isə sərindir, camaat yayda da orda yorğanla yatır. Sovet hökumətinin
ilk dövrlərində dənizə yaxın sahədə ata-babaların saldığı qədim üzüm
bağları da məhv edilib və yerində süni meşə massivi salınmışdı. Hətta ora
meşəbəyi də təyin olunmuşdu, lakin kəndə qazın verilməsi dayandırılan
kimi, SSRİ dağılan vaxt camaat birinci soyuqdan ölməmək üçün bu
meşəyə üz tutdu. Bu minvalla ağaclar qırılıb məhv edildi, sonra isə həyət-
yanı bağlar da bu qırılmaya məruz qaldı. İndi şükür Allaha ki, ölkəmizdə
çətinliklər aradan qalxmağa başlayıb. Azərbaycanın ən ucqar bölgələrinə
belə qaz verilməsi vüsət alıb. Sağ olsun ölkəmizin başçısını və bu işlə
əlaqəli təşkilatları, amma bu vüsətdən təəssüf ki, bizim kəndimiz kənarda
qalıb. Bakıya yaxın olan Siyəzən özü neft istehsal edən rayondur. Tağayın
3 km-də yerləşən Yenikənd, Gilgiçay, Həmyə və sair kəndlər qazla
təchiz olunub, ancaq Tağayda isə camaat qaz problemilə üz-üzə qalıb.
Məni təəccübləndirən odur ki, bu işlə birbaşa əlaqədar olan təşkilatlar və
səlahiyyətli orqanlar bu məsələylə heç maraqlanmır və ya maraqlanmaq
istəmirlər. Kəndlə bağlı olan bələdiyyə və icra orqanları bu məsələnin
üstündən sükutla keçirlər. Halbuki kənddə qaz xətti var. Bu qaz xətlərini
təmir edib camaatı qazla təchiz etmək elə də çətin iş deyil. Mən camaatdan
soruşanda dedilər ki, əksinə qaz xətlərini kəsib aparırlar. Bu məsələ öz
həllini tapsa, qırılıb çatılmış meşəmiz yenidən dirçələr, camaatımızın isə
təmiz havalı, saf sulu, göy Xəzərli Tağayımızla ülfəti və bağlılığı birə-on
artar. İnsanları kəndlərdən qaçırıb rayon mərkəzlərinə və paytaxta dolduran
22
nədir? Şəraitsizlik, laqeydlik, bəzi yerli icra orqanlarının və bələdiyyələrin
kəndlərə ögey münasibəti.
İnanıram ki, məqalə qəzetdə dərc olunan kimi Siyəzən rayonunun
aidiyyəti orqanları bu məsələnin tezliklə həllinin icrasına öz səlahiyyətləri
çərçivəsində rəvac verəcəklər. Qarşıdan prezident seçkiləri gəlir, qoy sadə
Tağay camaatı da bu seçkilərə üşüyə-üşüyə yox, isti ürəklə getsin!
07.09.2008
Dostları ilə paylaş: |