SÖz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2.64 Kb.
PDF просмотр
səhifə8/30
tarix26.12.2016
ölçüsü2.64 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

68
fərqlənir. “Kredo” qəzeti redaksiyasında gördüyüm işıq, nur, mənəviyyat 
ucalığı  adamın  könlündə  həyat  eşqini  artırır,  ilhama  qol-qanad  verir. 
İyirminci  əsrin  əvvəllərində  dahi  Cəlil  Məmmədquluzadənin  “Molla 
Nəsrəddin”i söz adamlarını ətrafına toplayıb bu dərgiylə millətə mənəvi 
qida  verirdi.  O  dərgidən  dahi  Sabirlər  boy  göstərirdi,  xalqının  sabahına 
həyat  günəşi  olmaq  üçün,  millətin  mənəvi  yaddaşında  öz  qüdrətilə  qal-
maq üçün… Allah cənnət qanunlarını pozduqları üçün Adəm babamızla 
Həvva nənəmizi yerə cəza çəkməyə göndərdi. Əgər belədirsə, deməli, biz 
Yaradanın verdiyi böyük cəzanın daşıyıcılarıyıq. İşıq sürəti ilə ölçülsə in-
san ömrü saniyələrə bərabərdir. Bu saniyələr içində zaman tərəzisinə bizim 
günahlarımız və savablarımız yığılır. Haqq-hesab günündə hesaba alınmaq 
üçün,  bu  bambalaca  yer  kürəsi  isə  adəm  övladının  qazamatıdır,  ancaq 
uca Tanrı  bizə  bütün  canlılardan  fərqli  olaraq  zəka  əta  edib.  Bu  zəkanı 
həm xeyrə, həm şərə sərf edənlər var. Xeyir şəri üstələyəndə dünya nura 
boyanır,  düzlük  zəfər  çalır,  şər  xeyiri  üstələyəndə  qanlar  tökülür,  evlər 
yıxılır,  mənəviyyatlar  öləziyir,  mədəniyyətlər  dərdə  düşür.  Əgər  ağlını, 
şüurunu  halal  əməllərə  işlədən  mənəviyyat  adamları  olmasaydı,  yəqin 
ki, Yer Kürəsi çoxdan məhv olardı. Həqiqi ilham sahiblərinin qəlbi çox 
kövrək, uşaq kimi küsəyən olur. İstər təbiətdə, istərsə həyatda çəkişmələr, 
döyüşmələr,  dəyişmələr  onlara  təsir  edir.  Onlar  daima  istiqanlılığa, 
səmimiyyətə,  mehmannəvazlığa  möhtacdırlar.  Çox  vaxt  redaksiyaların 
qapıları ağzında ümidləri qırılan bu insanlar mənəvi ucalıqdan uçuruma 
doğru yuvarlanırlar. Qələmləri əllərində haray qoparır, bu harayın nalələri 
könül fəğanını Tanrıya aparır… 
Əli Rza müəllim, sizə nə qədər maddi və mənəvi cəhətdən üzücü və 
ağır  olsa  da,  “Kredo”  adlı  ağır  bir  yükün  altına  girmisiz.  Bu  yük  sizin 
çiyinlərinizə əzab-əziyyət versə də bu məşəqqətə sinə gərirsiz. Lap “Molla 
Nəsrəddin”  dərgisinin  çəkdiyi  ağrı-acıya  bənzər  bir  ömür  yaşayır  sizin 
qəzetiniz. Buna baxmayaraq siz zəkanızın, iradənizin gücünə qatlaşaraq 
“Kredo” qəzetini yaşadırsız. Bu ağrılı yaşam bizim mənəviyyatımıza işıq 
salır. Allah bu işığı sizin könlünüzdən əskiltməsin. Sizin ilhamınız aşıb-
daşır, qarşısıalınmaz sellər təki çağlayır. Biz bu qəzetdə söz adamlarının, il-
ham sahiblərinin könül dünyasına səyahət edirik. Onların ürək çırpıntılarını 
duyuruq. Güclü yazanlarla zəif yazanların çarpışması, rəngarənglik, ağır 
tutumlu,  elmi-ədəbi  yazılar  qəzetin  səhifələrini  bəzəyir.  Bu  qəzetdə  jur-
nalist olmayan özünə jurnalist, şair olmayan özünə şair, yazıçı olmayan 

69
özünə yazıçı, publisist olmayan özünə publisist deyir. Bu qəzetdə həqiqi 
sənəti  olmayanlarla  sənəti  olanlar  döyüşür.  “Kredo”nun  qeyri-adiliyi 
də  bundadır.  Bu  qəzet  əsl  mübarizə  meydanını  xatırladır.  İlhamlılarla 
ilham sızlar  çarpışmasında  həqiqi  sənət  əsərləri qəzetinizdə boy  göstərir. 
Sizə  Allah  elə  ürək  verib  ki,  söz  adamını  layiq  olduğundan  da  artıq 
tərifləyirsiniz. Bu da sizin böyüklüyünüzdən irəli gəlir. Sözün düzü iki il 
qabaq “Kredo”nun səhifələrilə tanış olarkən bu qəzetin mənəvi çəkisinə nə 
qədər heyrətlənmişdimsə, indi də həmin heyrətimdə qalıram. 
Bizim  xalqın  ən  böyük  biganəliyi  vaxtında  öz  istedad  sahiblərinə 
dəyər  verməməsindədir.  Həmin  istedad  sahiblərindən  biri  də  sizsiz. 
Sizin  kompüterin  yanında  dayanıb  bədii,  publisist  əsərlərinizi  sinədən 
demə  yiniz  mənə  böyük  zallarda  görkəmli  alimlərin  dediyi  mühazirələri 
xatırladır. Amma  alimlərin  çoxu  mühazirələri  kağızdan,  siz  isə  sinədən 
deyirsiz… Sizin coşqun ilhamlı söz xəzinəniz tükənmək bilməyən dəryaya 
bənzəyir.  Dərya  coşanda  bulanır,  sakitləşəndə  durulur,  amma  heç  za-
man özünə, sözünə rahatlıq tapmır. Bu yaxınlarda “Kredo” qəzetinin on 
illiyi tamam oldu. On illik yubiley sükutla keçdi. Sükutun arxasında bir 
əzəmət  görünürdü.  Allah  əzəmətdən  endirməsin  qəzetinizi!  Bu  on  ildə 
“Kredo”nun  xalqın  mənəviyyatına  xidmətləri  danılmazdır.  Qəzetiniz 
qapılarını heç kimin üzünə bağlamır, hər kəsə imkan verir ki, niyə qadir 
olduğunu əyani şəkildə sübut etsin. Bu qəzet imkan verir ki, “yazaram” 
deyən kəs könül dünyasından qəzetin səhifələrinə boylansın, istər nəzmi, 
istər nəsri ilə, istərsə də publisist məqalələrilə, indiki zamanda qəzetlərin, 
dərgilərin, baş redaktorların bol olduğu bir vaxtda hər mətbuat orqanı oxu-
cunu təəccübləndirib onda maraq oyada bilməz. İldə beş-altı sayla çıxan 
qəzetlərdən  oxucu  hansı  zövqü  və  məlumatı  ala  bilər? Və  yaxud  “çevir 
tatı, vur tatı” prinsipilə işləyən mətbu orqanı insana nəyi aşılayar? Bəli, 
sizin  qəzet  oxucuya  zövq  və  məlumat  verməyi  bacardı.  Maddi  çətinlik 
girdabında boğulan “Kredo”ya çoxları dodaq büzsə də, onun ağrılı-acılı 
taleyinə bədxahları sevinsə də, siz bir an belə ruhdan düşmürsüz. Qəzetin 
çapını  böyük  çətinliklər  bahasına  davam  etdirirsiz.  Mən  ölkənin  bir 
vətəndaşı kimi hesab edirəm ki, bu millətə və mənəviyyata ölçüyə gəlməz 
xidmətdir. İnanıram ki, siz gec-tez bu xidmətinizin əvəzini ulu Tanrıdan, 
həm də səlahiyyəti olan tanrısevər bəndələrdən alacaqsız. Necə deyərlər, 
qızıl nə qədər torpaq altda qalsa da öz əvvəlki parıltısını itirmir. Vətəndə o 
qədər imkanlı insanlarımız var ki, Allah varlarını daha da aşdırıb-daşdırsın. 

70
Arzu edərdim ki, “Kredo”ya, söz-sənət xiridarı olan bu qəzetə öz maddi 
köməkliklərini  əsirgəməsinlər,  çünki  mənəviyyata  yol  da  maddiyyatdan 
keçir.  Maddi  durum  yaxşı  olmayanda  mənəviyyatda  aşınmalar  yaranır. 
Ona  görə  də  bəzən  varı  olan  istedadsızlar  öz  adlarını  əbədiləşdirmək 
fikrinə düşür, cəfəngiyyatla dolu cild-cild kitablar buraxır, ancaq kitabları 
vərəqləyəndə görürsən ki, ayə içində heç zad yoxdur və o kitablara qo-
yulan  pullara  heyfin  gəlir.  Düşünürsən  ki,  bu  pul-paranı  mənəviyyatın 
çiçəklənməsinə sərf edərdi, nəinki, bu boş cəfəngiyyatlara! Nə edəsən ki, 
çox vaxt həyat tərzi düşüncə tərzini üstələyir və ondan da aşınmalar baş verir. 
Çox güman ki, hər kəs öz dəyər ölçüsünü duysaydı bu biabırçılıqlar da baş 
alıb getməzdi. Sığala tamarzı dəyərlərimiz ayaqlar altında itib-batmazdı. 
Mənəviyyatımızın bal arıları öz çiçəklənmə dövrünü yaşayarkən qoltuqlar-
da yatmazdı. İstedadsızların tüğyan etdiyi bir zamanda barmaqla sayılası 
istedad sahiblərimiz maddiyyat acıları ilə çapalamazdı. O cümlədən sizin 
də qəzetiniz bu acıların içindədir. Siz də, sizinlə birgə çalışan işçiləriniz də 
maaşsız “Kredo”ya xidmətdədirlər. Bu xidmət həm də Vətənə təmənnasız 
xidmətdir.  İstedadlıların  ürək  çırpıntılarıyla  köklənmiş  qəzetiniz  öz  hə-
yat  ideyasına  sadiq  bir  ömür  yaşayır.  Bu  ömür  həyat  tufanlarının  keş-
məkeşlərində çapalayır, vurnuxur, dahi Füzuli demişkən “gözündən qanlı 
axar  su”.  “Kredo”nun  araya-ərsəyə  gəlməsində  Elçin  Kamalın,  Şakir 
Albalıyevin, Cavahir xanım Kamilqızının, işinin cəfakeşi, bacarıqlı Həkət 
xanım Muradovanın, gənc Türkanın əvəzsiz xidmətlərini qeyd etməmək 
günah olardı. Bu zəhmətsevər insanlar can-dildən “Kredo”ya bağlanıblar. 
Onların fədakarlığı sayəsində bu gün qəzet mətbu ömrünü yaşamaqdadır. 
Qəzet  sizi  diləyinizcə-ürəyinizcə maddiyyat  sarıdan  yarıtmasa  da,  sizlər 
onun cövrünə səbir, təmkin, bir oğul dəyanəti ilə dözürsüz. Allah dözü-
münüzü  tükətməsin,  üstünüzdən  səmum  yelləri  əsməsin,  “Kredo”  nun 
ayrılığı  bizlərin  və  sizlərin  qapısının  ağzını  kəsməsin,  çünki  o  bizlərə, 
sizlərə,  bütövlükdə  ədəbiyyatımıza,  mənəviyyatımıza  vacibli  qəzetdir. 
Allah vacib bildiklərini hifz etsin, o cümlədən “Kredo”nu! “Kredo” ya on 
yaşın mübarək deyirəm, sizə isə deyirəm, Əli Rza müəllim Tanrı o boyda 
mənəviyyat və zəka yükünün ağrısını daşıyan ürəyinizi qorusun, çünki siz 
həm mənəviyyatımıza, həm də ədəbiyyatımıza lazımlı adamsız. Təəssüflər 
olsun ki, lazımlı adamlarımızın qədir-qiymətini çox vaxt sağlığında verməyi 
bacarmırıq, çünki həqiqi sənəti olan kəslər qapıların kandarını dağıtmır, 
hansısa  dərgilərdə,  qəzetlərdə  öz  lövbərini  salmır.  İstedadsızlar  xalqın 

71
yaddaşında qalmır, istedadlılar çox zaman layiq olduğu yerə ucalmır, ancaq 
heç kəsin qarşısında alçalmır. Budur istedad sahibinin böyüklüyü! Allah 
böyüklükdən düşürməsin sizi, siz də hər zaman öz nəsrinizlə, nəzminizlə, 
publisist yazılarınızla, sevimli “Kredo”nuzla sevindirəsiz bizləri... 
Hörmətli Əli Rza müəllim, ürəyinizi qoruyun, çünki bəşər övladının ən 
ali mexanizmi onun ürəyidir…
11.11.2009 
MƏTBƏX DÖYÜŞLƏRİ – XALQIMIZIN 
BİŞ-DÜŞLƏRİ
 
Sizi deyib gəlmişəm, ey mənim 
müsəlman bacı və qardaşlarım…” 
 Cəlil Məmmədquluzadə
Televiziya  həyatımıza  daxil  olan  gündən,  demək  olar  ki,  radionu, 
kino-teatrı,  mütaliəni  kölgədə  qoyub,  amma  bizim  gənclik  dövrümüzdə 
televiziyanın  elə  də  böyük  imkanı  yox  idi.  Azərbaycan  televiziyasında 
sovet vaxtının siyasi ab-havası kəskin şəkildə vəsf olunurdu. Az bir hissəsi 
isə  kinonu,  musiqili-bədii  verilişləri  əhatə  edirdi.  Müstəqilliyimizi  qa-
zanandan  sonra  dünyaya  hərtərəfli  çıxış  imkanı  yarandı.  Mobil  telefon, 
kompüter, internet, radio, müasir televiziya sahəsində cövlan edən saysız-
hesabsız telekanallar… Ölkəmizdə də dövlət televiziyasından başqa bir çox 
müstəqil  telekanallar  günümüzün  gerçəkliklərini  əks  etdirməyə  başladı. 
Müasir  zəmanəmizdə  insan  mənəviyyatının  təkmilləşməsində  televiziya 
öncül rol oynamaqdadır. Hər kəs evində otura-otura dünyanın hər yerindən 
xəbər  tutmaq,  ömründə  eşitmədiyi  və  üzünü  görmədiyi  adam  haqqında 
məlumatlanmaq  və  onu  seyr  etmək  şərəfinə  nail  olur.  Televiziya  bir 
həftənin içində alim olmayanı alim, şair olmayanı şair, müğənni olmayanı 
müğənni etmək qüdrətinə malikdir və yaxud əksinə. Ona görə televiziyanın 
həyatımızda  oynadığı  rol  heç  nəylə  ölçülmür  və  bu  rol  danılmazdır.  O, 
insanın  ruhunun  və  mənəviyyatının  təkmilləşməsində  əvəzolunmaz  bir 
vasitəyə çevrilib. Əslində saatlarla ekran qarşısında oturub ona aludə olmaq 
insanın psixi durumunda qarşısıalınmaz çətinliklər yaradır. Beyin yorulur, 
insan özünü halsız və xəstəhal hiss edir. Heç bir işin qulpundan yapışmaq 
istəmir, hətta adamda baş ağrıları, ürək sıxıntıları, mənəvi yorğunluq yaradır. 

72
Ümumiyyətlə, heç nəyə həddindən çox aludə olmaq lazım deyil. Hər şey 
qədərincə olanda insana gözlənilməz problemlər yaratmır. Televiziyanın 
reklam gücü o qədər geniş və əhatəlidir ki, o, insanları asanlıqla öz təsiri 
altına  sala  bilir.  İradəsi  zəif  adamlar  isə  bu  təsir  gücündən  heç  çıxa  da 
bilmir. Kompüter, əgər müasir zəmanənin əvəzolunmaz, heyrətedici kəşfi 
sayılsa da, ancaq o da kütləvilik baxımından televiziyanın yerini vermir. 
Televiziya  məişətimizə  daxil  olandan,  hətta  radionu,  mütaliəni  kölgədə 
qoydu.  Bütün  bunlara  rəğmən  ekran  aludəçilərinin  sayı  milyonlarladır. 
Müstəqilliyimizi  qazanmaq  bizə  qürur,  əvəzolunmaz  səadət  bəxş  edib. 
Keçmiş quruluş, sovet qayda-qanunları iflasa uğradı, sanki dəhşətli bir sel 
oldu, bu sel özüylə qabağına nə çıxdısa hər şeyi götürüb gəldi. Həyatımızın 
hər sahəsində xoşagəlməz hallar baş versə də inkişaf da duyulmaqdadır. Bu 
xoşagəlməz hallar elə həyatımızın güzgüsü olan telekanallarda da tüğyan 
edir. Bütün günü əttökən şou layihələr adamın əməlli-başlı zəhləsini aparır. 
Özəl telekanallarda biz daha nələrlə üzləşmirik? Reklam xatirinə dəyərsiz, 
mənəviyyatımızı aşağılayan verilişlərin, falçıların, baxıcıların, serialların, 
aşağı səviyyəli insanların ailədaxili problemlərinin ekran nümayişi, oxuya 
bilməyən  müğənnilərin,  şeirdən,  şeriyyətdən  başı  çıxmayan  dırnaqarası 
şairlərin, bir sözlə, çulğalanan meyxanaçıların özəl kanallarda at oynatması 
adamda  vallah,  billah  ikrah  hissi  oyadır.  Düşünürsən  o  boyda  Müslüm 
Maqomayev, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, 
Rübabə  Muradova,  səsinin  sədası  hələ  də  qulaqlarımızda  qalmış  Akif 
İslamzadə, Zeynəb Xanlarova kimi musiqi nəhəngləri yetirmiş bu ölkə, bu 
xalq niyə birdən-birə belə kasadlaşıb? Səhərdən axşama, axşamdan səhərə 
qədər oxuya bilməyənlər, necə deyərlər, istedadı olmayanlar telekanallarda 
lövbər salıb. Az qalıb ki, bütün millət müğənni, şair, yazıçı və jurnalist ol-
sun. Kimi əlinə mikrofon, kimi isə əlinə qələm-kağız götürüb Azərbaycan 
insanının, Azərbaycan gəncinin mənəviyyatını korlamaqla məşğuldur.
Telekanallarda  baş  alıb  gedən  yemək-içmək  şoularının  üstündə  isə 
məxsusi dayanmaq istərdim. Bu mətbəx döyüşləri bütünlükdə özəl tele-
kanalların  bir  çoxunu  işğal  edib. Adama  elə  gəlir  ki,  bu  ölkədə  insanın 
yemək-içməkdən  başqa  dərdi-səri  yoxdur.  Əməlli-başlı  tele-kanallarda 
mətbəx  döyüşləri  gedir.  Cürbəcür  təamlarla  dolu  süfrələr  adama  şadlıq 
evlərindəki  hay-küyü,  qulaq  batıran  mənzərəni  xatırladır.  Bərbəzəkli 
mən zillər, bahalı qab-qaşıqla bəzədilmiş və əhalinin ac təbəqəsinin çox-
dan  üzünə  həsrət  qaldığı  yemək-içmək  yarışması  televiziyadan  bu 

73
bədbəxt,  bəxti  kəm  insanlara  acıq  verir.  Guya  onlar  ərə  getməyə  ha-
zırlaşan  qızlarımıza  xörək  bişirmək,  süfrə  açmaq,  bir  sözlə,  evdarlıq 
dərsi keçirlər... Xalqımızın elə adət-ənənələri var ki, dünya durduqca öz 
keyfiyyət və kəmiyyətini itirməyəcək. Ruhumuzun qida mənbəyidir. Elə 
biş-düşümüz,  yəni  süfrəylə  bağlı  nemətlərimiz  də  bu  qida  mənbəyinə 
daxildir. Adətimizə  görə,  bişən  xörəyin  iyi  ətrafa  yayılıbsa,  mütləq  on-
dan  yaxın  qonum-qonşuya  daddırardılar,  əks  halda  bu  günah  sayılardı. 
Əgər buna maddi imkan yoxdursa onu aləmə faş etməzdilər. Sakitcə səhər 
yeməyi, nahar, şam edərdilər və yemək mərasimi pünhan bir iş sayılardı, 
amma bu gün tele-kanallarda mətbəx döyüşləri, yemək prosesinin şouya 
çevrilməsi,  yemək  zamanı  bayağı  didişmələr,  çəkişmələr,  qulaqbatırıcı 
yüngül  gülüşlər,  hətta  yeməyin  içindən  çıxan  tükü  tamaşaçının  gözünə 
soxmaq, göz yaşları, küsüb yemək süfrəsini tərk etmək və bir çox buna 
bənzər hallar ikrah doğurur. Görəsən, bu layihələrlə özlərinin “istedadını” 
tamaşaçı qarşısında nümayiş etdirənlər bilmirmi ki, süfrədə reklam olu-
nan o təamların çoxunun üzünə adamlarımızın bəziləri həsrətdirlər. Yalnız 
bəlkə yatanda yuxuda görürlər. Axı heç işləməyən və yaxud az təminatlı 
ailələr  var  ki,  aylarla  ət,  balıq,  toyuq  üzünə  həsrətdirlər.  Evində  soğan 
suyu  bişəndə  sevinirlər.  Bizim  dırnaqarası  istedadlı  tele-aparıcılarımız 
isə mətbəx şoularını kanallara çıxarmağı böyük kəşf sayır. Necə deyərlər, 
kasıb  təbəqənin  ağzının  suyunu  axıtmağı  özlərinin  məqsədi  seçirlər. 
Allah  bərəkətinə  bu  cür  yüngül  münasibət  bəsləmək  nədən  xəbər  verir: 
mənəviyyatdan  və  ya  mənəviyyatsızlıqdan?!  Bu  mətbəx  döyüşləri  bizə 
nəyi aşılayır? Bəla burasındadır ki, adına “yarışma” deyilən bu üzdəniraq 
şoulara  şəxsiyyətlərinə  hörmət,  izzət  bəslədiyimiz  əsl  sənət  adamları  da 
qatılır. Axı biz başa düşə bilmirik, evinin içini, əşyalarını, yemək-içməyini 
camaata reklam edənlər nə məqsəd güdürlər? Bununla gündəmdəmi qa-
lmaq istəyirlər? Belə gündəmdəmi qalarlar? Onlar bilmirlərmi ki, xalqın 
gözündə  kiçilirlər,  özlərini  gözdən,  nəzərdən  salırlar,  adiləşirlər.  Bizə 
onların sənəti və yaxud ev-eşiyi, zinət əşyaları, biş-düşümü lazımdır? Axı 
sənət olan yerdə bütün bunlara nə hacət?.. Biz bu kimi dərdlərimizin bir 
parasını  qələmə  aldıq,  amanı  ürək  yaxır,  Allah  yamanından  saxlasın… 
Amin! 
 15.11.2009

74
VİCDANDAN MÜKAfAT ALAN ŞAİR 
Ömür elə çağlar çeşmədir ki, onun sızıltıları zaman dolayları içində itib 
batır. Bu sızıltıların ağrı-acısını ağılla dərk edib qəlblə anlayanlar isə birbaşa 
sənətlə  bağlı  insanlardır.  Onlar  sənətin  hansı  sahəsində  olurlarsa  olsun, 
bir  an  belə  həyatları  boyu  rahatlıq  tapmırlar.  Ömürləri  uzunu  çalışırlar, 
çarpışırlar, bu həyatla vidalaşana qədər, Haqqın onlara göndərdiyi ömür 
rübabının simlərinin son şərqisi susana qədər… Söz adamları isə zaman 
çeşməsindən doğan şırıltıların ürəklərində şırımlar açmış qullarıdır. Onlar 
mənsub  olduğu  xalqın,  millətin  kağız  üzərindən  Rəbbinə  ismarlanmış 
danışan  dilidir!  Bu  dil  susanda  millət  ölür,  başqa  millətlərin  içərisində 
əriyib itir, yoxluğa düçar olur, çünki millətin, xalqın dili onun yazarından, 
şairindən  öc  alır  və  kitablar  içində  vərəq-vərəq  səhifələnir,  gələcək 
nəsillərin tarix yaddaşına ötürülmək üçün… Əgər yazarın ilhamı, düşüncəsi 
millilikdən öc alarsa, daha mükəmməl, daha kamil olur və millətin varlığını 
bir dəvə karvanı kimi min illərə çəkib aparır. Bu dəvə karvanının sarvanı 
isə şairlər, yazıçılar, elm adamlarıdır. Tarix boyu çox şahlar, çox sultanlar 
hökmranlıq etdi, varidat yığdı, qalalar, saraylar yapdı, fəqət nə yığdıqları 
varidat,  nə  də  tikdikləri  qalalar,  saraylar  söz  qədər  əbədi  ömür  qazana 
bilmədi, çünki millətin kimliyi onun söz ilə, fırçayla, musiqisilə yaratdığı 
ədəbi,  bədii  dəyərlərdən  keçir.  Hərçənd  ki,  sənət  adamının  dəyəri  çox 
vaxt zamanında verilmir, o öz qələmindən və vicdanından mükafat ala-ala 
yazır, yaradır. Ətrafındakılar isə bu mənəviyyat ölçüsünün dəyərini nəinki 
qiymətləndirir, hətta ona çox vaxt qəhqəhə çəkib gülür… Bu gülüşlər nə 
qədər acı, nə qədər rəzalət doğurucu olsa da səslənir, göyün-yerin bağrında 
yaralar açan qəfil qopan tufanlar təki… 
 Elə yaxın keçmişimizdə, keçən əsrin əvvəllərində dahi Sabirin başına 
gətirilmiş  müsibətlər  bu  qəbildəndir.  Böyük  neft  şəhəri  –  milyonerlər 
yetirmiş Bakıda bir nəfər sözə qiymət verən tapılmadı ki, dahi şair sağlığında 
öz kitabının çapını görsün… Ona görə tapılmadı ki, Mirzə Ələkbər Sabir 
sözün düzünü yazırdı, nə qədər acı olsa da qəflət və cəhalət yuxusunda 
yatmış millətinə şəfa diləmək istəyirdi. Tiyanda sabun bişirib övladlarına 
çörək pulu qazanan şairin ciyəri bu müsibətlərə dözmədi, özü demişkən 
“şişdi üzü qarə ciyəri”, hətta doğma Şamaxısından didərgin düşüb Bakının 
Balaxanı kəndinə sığındı… Səhv etmirəmsə, təbib və şair Abbas Səhhət 
dahi Sabiri “öz vicdanından mükafat alan şair” adlandırırdı…

75
Əli  Rza  müəllim,  qoy  mübaliğə  kimi  səslənməsin,  mən  sizi  də  “öz 
vicdanından mükafat alan” tədqiqatçı alim, şair adlandırıram. Əgər mənim 
imkanım çatsaydı “Kredo”ya maddi dəstək olardım. Heyif ki, bu imkanım 
xaricindədir, amma vaxtaşırı mənəvi dəstək olmağı özümə borc bilirəm. 
Açığı  etiraf  edim  ki,  heç  “Kredo”dan  başqa  açmağa  qapım  da  yoxdu, 
çünki  “Kredo”  kimi  dəyərli  ədəbi  mənbə  istər-istəməz  söz  adamını  bir 
maqnit  kimi  özünə  çəkir.  Bu  maqnitin  cazibəsindən  isə  həqiqi  dəyərə, 
ilhama  bağlılar  çıxa  bilmir.  Sizin  mənim  sənətimlə  bağlı  yazdığınız 
“Adı  Şadiman  olan…”  (2009-cu  il)  kitabınız  tam  mənasıyla  ömrünü 
yaradıcılığa həsr eləmiş bir yazarın həyat dastanıdır. Siz bu araşdırmanızla 
mənim aşıb daşan könlümə daha da qol qanad verdiniz. Mən bu kitabı bu 
vaxta qədər çap üzü görmüş kitablarımın pasportu adlandırardım. Siz bu 
pasportla mənim kimliyimi təsdiq etdiniz. Bu kitabda siz uşaqlıq illərindən 
xəyalımda  unudulmaz  izlər  qoymuş  doğulduğum  kəndim  Tağayla  bağlı 
“Tağayım” poemasına xüsusi önəm vermisiniz. Siz bir bənna dəqiqliyilə 
əsərdə  bəhs  edən  mövzu  rəngarəngliyini  tutmuş,  təbii  hisslərlə  bədii  və 
tənqidi təhlilin süzgəcindən keçirmisiniz. Əsərdə adıçəkilən tarixi qala olan 
Çıraqqala  ilə  bağlı  düşüncələriniz  təqdirəlayiqdir,  çünki  əsrlərdən  xəbər 
verən  bu  qədim  tarixi  abidə  hazırda  yox  olmaq  təhlükəsilə  üzbəüzdür. 
Tarixi  abidələrimizin  bir  çoxu  erməni  talan  və  vəhşiliklərinin,  bir  çoxu 
isə  öz  biganəliyimizin,  laqeydliyimizin  qurbanı  olub  və  olur. Yenilərini 
tikib qurmaq lazımdır, amma keçmişini göz bəbəyi kimi qorumaq şərti ilə! 
Yavaş-yavaş İçərişəhər də öz qədimliyini itirmək təhlükəsilə üz-üzə qalıb. 
İndi Bakıda tarixi keçmişimizdən soraq verən divarları qaralmış binaları 
ağartmaqla məşğuldurlar. Mən Azərbaycandan çıxıb heç bir xarici ölkədə 
olmamışam,  amma  xarici  ölkələrin  həyatıyla  bağlı  verilişləri  izləməyi 
xoşlayıram. Rusiya telekanallarında tez-tez belə verilişlər verirlər. Adətən 
şəhərlərdə qədim binaları göstərəndə bu binaların divarları ağ yox, qara 
olur. Bizdə əksinə, ağardırlar ki, keçmişimizdən əsər-əlamət qalmasın. Bir 
vaxtlar tramvaylar, trolleybuslar öz görkəmləri ilə paytaxta xüsusi yaraşıq 
verirdi.  Həm  də  ekologiya  baxımından  da  sağlamlığımıza  köməkdarlıq 
edirdi. İndi onların kökünü Bakıdan elə kəsdilər ki, izi-tozu da qalmadı. 
Sonra da düşdülər Bakıətrafı elektrik qatarlarının üstünə, onları da, demək 
olar ki, ləğv ediblər. Bacardı-bacarmadı, hərə bir şəxsi minik avtomobili 
alıb düşüb şəhərin canına! Əksəriyyəti də köhnə! İndi yazıq Bakımızda 
əməlli-başlı oksigen azlığı yaranıb. Bir tərəfdən planlı-plansız bir-birinə 

76
yapışan yüksək mərtəbəli binalar, o biri tərəfdən də havaya tonlarla karbon 
buraxan çirkli maşınlar… Digər tərəfdən sürücülük vəsiqəsini cibinə qoyub 
sürücülük haqqında təsəvvürü olmayan başıpozuq sürücülər. Axır vaxtlar 
Bakı küləkləri də bu ərazini tərk etməyə başlayıb. Küləksiz buludlu havalar 
paytaxtı cənginə alıb. Küləksiz Bakı oksigensiz səyyarə olar, həyat burda 
dayanar. İyirmi iki il geofizikada mühəndis işlədiyimə yerin təki haqqında 
məlumata  malikəm.  İstismarını  başa  vurmuş  Bakı  mədənlərində  salınan 
qəsəbələri görəndə məni dəhşət bürüyür. Neft mütəxəssisləri yaxşı bilirlər 
ki, mədənlərdə qazılmış hər bir neft quyusu bugün istismar olunmasa da, 
hər an o quyularda qaz yığılması ilə əlaqədar partlayış və ya neft fontanı 
ola bilər. Dənizdən fərqli olaraq quruda qazılmış neft quyuları dayaz idi. 
Adətən aşağı qatlarda qatı neft layları yerləşdiyi üçün dərinlikləri istismar 
etmək mümkün olmurdu. Mən öz gözlərimlə şahidi olmuşam ki, dənizdə 
iyirmi-otuz il qabaq istismarı bitmiş bir quyu yenidən özbaşına işə düşüb 
on-on beş metr hündürlüyə fontan vurub. Və yaxud yüksək tutumlu elektrik 
xətlərinin altında tikilən evlər, adam baxanda vahimələnir. Yüksək tutumlu 
elektrik xətlərindən gələn dalğalar o evlərin sakinlərini hansı xəstəliklərə 
düçar etməz? Belə ərazilərdə qəsəbələr yox, meşə zolaqları salmaq lazım 
idi. Görəsən, o torpaqları insanlara satan can alverçiləri o yerlərdə tikilən 
tikililərin  gələcəkdə  hansı  fəsadlar  törədə  biləcəyinin  fərqindədirlərmi?! 
İndi  görün  bizim  yaşam  haqqımız  hansı  keçilməz  qalalara  sipərdir?  Bu 
baxımdan  insanlarımızın  məlumatsızlığı,  savadsızlığı  da  adamın  ürəyini 
ağrıdır. Deyəsən bizim insanlarımızın ən qatı düşməni kitabdır, mətbuatdır. 
Belə olmasaydı bu barədə az da olsa məlumatları olardı, təhlükəli yerlərdə 
yaşayış  evləri  salmazdılar.  Özü  də  salınan  evlər  hərəsi  bir  istiqamətə 
baxır. Mən bir dəfə bir xarici vətəndaşın dilindən eşitmişəm ki, sizə təkcə 
ermənilər  yox,  siz  öz-özünüzə  də  düşmənsiz,  belə  olmasaydı  salınan 
qəsəbələrdə evləriniz hamısı bir istiqamətə baxardı, bir-birinin əksinə yox! 
Mənə elə gəlir ki, Avropa insanı heç vaxt belə addım atmazdı, çünki onlar 
bizdən çox-çox məlumatlıdırlar. Yeri gəlmişkən bu dərdləri sizə söyləməklə 
mətləbdən uzaq düşmək istəmirəm. Qayıdaq tarixi abidələrə…
Tarixi abidələr millətin qədimliyini təsdiq edən əsas amillərdən biridir. 
“Tağayım” poemasında bir misrada adını çəkdiyim Çıraqqalanın məsud, 
məlul  görkəmindən  yana-yana  yazmağınız  bir  söz  adamının  keçmişinə 
olan  sonsuz  sevgi  və  məhəbbət  hissinin  mücəssəməsidir.  Vətən  sevgi-
si  övlad,  ata,  ana,  yar,  insan  gözünü  qamaşdıran  var-dövlət  sevgisindən 
1   ...   4   5   6   7   8   9   10   11   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə