32
qədim sözü ilə əvəz edirsiz. Bütün bu xırda iradlarımı çıxmaq şərtiylə
haqqımda yazdığınız “Adı Şadiman olanın…” kitabına görə sizə dərin
minnətdarlığımı bildirirəm, çünki siz yazdığınız bu kitabı səbirlə, xey-
irxah ədəbi baxışlara və ulu sözə sığınıb ilk əvvəl qəzetin səhifələrində
çapına qərar verdiniz və araya-ərsəyə gətirdiniz. On ay ərzində bəlkə də
bədxah nəzərlər və sözlər sizi məngənə təki sıxdı, bəlkə də siz kimlərinsə
“Şadiman kimdir?” eyhamlarına dözdüz, bu dözümü ürəyinizdə ağrı etdiz,
amma üzə vurmadız. Sizin bu dözümünüzü alqışlayıram. Mən bu publi-
sist əsəriniz getdiyi müddətdə sizə ünvanladığı yazıda mənim də adımı
çəkmiş, qələminə, sözünə hörmət bəslədiyim filologiya elmlər doktoru,
professor Qəzənfər Paşayevə, açıq məktubla yaradıcılığım barədə öz rəyini
bildirmiş tədqiqatçı alim-şair Nizami Tağısoya, yazıçı xanımımız Salatın
Əhmədliyə, şair xanımımız Nəcibə İlkinə, tədqiqatçı alimimiz Şakir
Albalıyevə, “Respublika” qəzetinin baş redaktorunun
müavini alim-publi-
sist xanımımız Nərgiz Rüstəmliyə öz təşəkkürlərimi və minnətdarlıqlarımı
yetirirəm.
Bu yazının əleyhinə hansısa bir sözü, bir hissi ağlından keçirib dilinə
gətirənlərə demək istəyirəm ki, əziz söz adamları, uca Tanrı bizim hər bir-
imizin əqlini və sözünü xeyrə calasın! Əli Rza müəllim, ədəbiyyatı can-
dildən sevənlərə diləyim budur ki, bir-birinə can deyib can eşitsinlər, nəyi
bacarırlarsa onu bir-birindən əsirgəməsinlər. Hörmətli şairimiz Ramiz
Rövşənin təbirincə desək, “ədəbiyyatda hər kəs öz binasını yapır”. Necə
yapmağı isə fərdin ağlından, Allahın ona bağışladığı təbdən, özünün
sözə verdiyi ruhdan aslıdır. Ruh sözlə birgə qalırsa, o söz özünə yaşam
tapır, yox əgər söz ruhu tapmırsa, o bir anın içində doğulur və ölür. Ruh
da ayrı sözün sorağına çıxır, çünki yazımın əvvəlində qeyd etdiyim kimi
sözün də canı var. Kimlərinsə sözləri, kimlərinsə özləri bu dünyaya yük-
dür. Bəşər övladı bərqərar olandan kimlərsə bu dünyanı söz tutumu ilə
öz çiyinlərində gəzdirirlər. Kimlərsə öz çiyinlərini sözə sütun ediblər,
söz binasının çökməməsi üçün… Söz – əqli-zəkanın, hissin dillə ifasıdır.
Söz – haqqın bəndəyə vəfasıdır. Söz – Allahın varlıq qitəsidir. Söz ruh
dəryasının qəvvasıdır. Onu xeyrə aşiq edənlər Tanrıya, şərə aşiq edənlər
İblisə bağlıdırlar. Ona görə alimin mürəkkəbini şəhid qanıyla bərabər tu-
tan müqəddəs Quranımız sözün, sözə tapınan alimin, şairin, yazıçının,
ümumiyyətlə, mənəviyyat adamının mərtəbəsindən xəbər verir, ancaq bu
mərtəbə şeytanın vəsvəsəsindən uzaq olarsa…
33
Əli Rza müəllim, məhz ədəbiyyatda siz dözümlə öz binanızı hörən-
lərdənsiz. Bu bina tarixlərin tufanına, ağrı-acısına dözə-dözə yaşayacaq,
ədəbiyyatı sevən və ona qiymət verən söz adamının ruhuna hakim
kəsiləcək. Bu hakimlik hissindən sözünüz, əqliniz, coşub-daşan ilhamınız,
zirvələrin fəthində olan kamınız əskik olmasın, çünki yazar haqq dünyasına
qovuşandan sonra onun yazdıqlarının dadına titulları, mükafatları,
vəzifələri yox, özündən sonraya qalacağı söz kərpiclərilə yapılmış kitab
qalası yetişəcək. Əgər bu kitab qalada ruh olacaqsa, deməli, yaşam haqqı
qazanıb. Allah bu haqqı sözə tapınanların əlindən almasın… Sözə və
dözümə and içirəm:
SÖZÜM HAQQI, DÖZÜM HAQQI!..
05.02.2009
Dostları ilə paylaş: