Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   10   11   12   13   14   15   16   17   ...   99
fƏRİDƏ LƏMANA DİLƏKÇƏM 
“Ürəyimi  sabahlara  açıram”  kitabından  şeriyyətinə,  sözünə-sovuna 
bələd  olduğum  alim-şair  xanımımız,  Fəridə  Ləman!  Sizi  mətbuat  səhi-
fə lə rindən qiyabi tanıyırdım, lakin 2008-ci ildə sizin təşəbbüsünüz sayə-
sin də  şəxsi  tanışlıq  məni  məmnun  etdi. Az-çox  ədəbi  aləmdə  yeri  olan 
qadın  şairələrimizi  “Məhsəti  Şairlər  Məclisi”  ətrafında  cəm  etməyiniz 
ən  azı  mənəviyyatımızı  çiçəkləndirən  xeyirxah  addımdır.  Keçirdiyiniz 
təd birlər  bu  tədbirlərdə  sözü  öz  taleyinə  çevirmiş  müxtəlif  yaşda  qadın 
yazarlarımızın şeir çələngini, maraqlı məqalə və yazılarını jurnalın səhi-
fələrində  işıqlandırmağınız  onların  yaradıcılığına  tutduğunuz  çıraqdır. 


26
Bu  çırağın  işığı  hələ  neçə-neçə  zülmətləri  nura  qərq  edəcək.  Fədakar 
qadın yazarlarımızın yazmaq eşqini artıracaq. Əziz Fəridə Ləman, siz öz 
cəfakeşliyinizlə  jurnalın  maliyyə  sarıdan  çətinlik  içində  qalmasına  bax-
mayaraq onu min bir zəhmətlə araya-ərsəyə gətirirsiz. Bu bizim mənəvi 
dəyərlərimizə təmənnasız xidmətdir. Siz səhhətinizi düşünmədən, yorul-
madan çalışırsız. Sizin bu il cəsurluğunuz və rəhbərliyiniz sayəsində işıq 
üzü görmüş əksər qadın şairlərimizin şeirlərindən ibarət olan “Azərbaycan 
çələngi” şeirlər toplusu və onların tərcümeyi-halından bəhs edən “Məhsəti” 
ensiklopediyası  ədəbiyyat  aləmində  gördüyünüz  işlərin  uğurlarının 
timsalıdır. Sizin gülər üzünüz, qayğıkeş və mehriban baxışlarınız təbinizin 
rübabından çağlayan şeriyyəti qələminizə calayır və bu şeriyyət vərəqlər 
üstünə bahar yağışı kimi ələnir. Bu şeriyyət misra-misra kağızlara hopur və 
kağızlar misralar içində şölələnir. 
Nədənsə mənəviyyat adamları – əksərən ədəbiyyatla, incəsənətlə bağlı 
insanlar həmişə çətinliklər içərisində olub, amma hər dövrdə bu çətinlikləri 
aşmağı bacaranlar ədəbi aləmdə öz izini qoymağa nail olub. Siz anamız ulu 
Məhsətinin adına söykənib onun fədakarlığına bənzər bir ömür yaşayırsız. 
Bu  ömrü  qələmlə,  ilhamla,  sözlə  bağladığınız  üçün  acısı  şirinindən  çox 
olub, çünki həqiqi sənət adamının həyatı məhrumiyyətlərlə doludur! Siz bu 
məhrumiyyətlərə sinə gərib Məhsəti işığına toplaşmış qadın şairlərimizin 
söz-sovuna, özünə dəstək olursuz.
Onların işıq üzü görən kitablarının təqdimatlarını, xaricdən bizi dey-
ib gələn soydaşlarımızla görüşlərin, bir çox könül riqqətə gətirən işlərin 
cəfakeşisiz.
Əziz Fəridə Ləman! Noyabrın 28-i doğum gününüzdür. Bu gün mü-
nasibətilə  sizi  ürəkdən  təbrik  edir,  sizə  mənalı  və  cansağlıqlı  bir  ömür, 
ədəbi yaradıcılığınızda uğurla dolu günlər arzulayıram. Mən əlinə qələm 
alıb  ürəyinin  odunu,  atəşini  ağlının  qavradığı,  könlünün  duyğulandığı 
səviyyədə mənzum və nəsrdə vərəqlər üstünə tökən qadın yazarlarımızla qürur 
duyuram. O cümlədən də Sizinlə! Əziz həmkarım, qarşıdan sizi Həcc ziyarəti 
gözləyir. Necə deyərlər, Allah sizə bu səfərə getmək üçün şans yaradıb. Mənim 
Allahdan təmənnam budur ki, cəmi Həcc ziyarətinə gedənlərlə bahəm sizin bu 
səfəriniz uğurlu olsun! Sağ-salamat Vətənə, ailənizə, yaradıcı sənət dostlarınıza 
qovuşasınız! Allah Həccə gedəcək bütün əməli-saleh insanlarımızın ziyarətini 
qəbul etsin, o cümlədən Sizin də! Amin!!!
 10.11.2008



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin