ON QƏpİK ƏHVALATI
Dəyərli oxucular, mənim qələmə alacağım bu yazının qətiyyən şəxsi
maşını olanlara dəxli yoxdur. Onlar yollarda saatlarla tıxac əzabıyla
üzbəüz qalsalar da, öz şəxsi maşınlarının sükanı arxasında otururlar və ic-
timai nəqliyyatdan istifadə edən şəhər əhalisinin hali-vəziyyətinin fərqində
olmaya bilirlər, çünki onlar, bizlər kimi ictimai nəqliyyatdan istifadə
etmirlər. Necə deyərlər, sürdükləri maşınlar sağlıqlarına qismət olsun, yol-
216
larda öz təhlükəsizliklərinin qeydinə qalsınlar və onları gözləyən ailələrinə,
doğmalarına sağ-salamat qovuşsunlar.
Mənim yazacağım bu yazı başqa bir mətləbi sizlərin nəzər-diqqətinə
yetirmək istəyir. Əvvəlcə qeyd etmək yerinə düşər ki, Azərbaycan tele-
viziya kanallarında, habelə digər yayım mərkəzlərində gedən bəzi-bəzi
xəbərlər ölkənin aztəminatlı, kasıb əhalisinin büdcəsinə əməlli-başlı zərbə
vurur. Bu xoşagəlməz bəd xəbərləri sizlər üçün sadalamaq istəyirəm.
Pensiyaların artımı ilə bağlı xəbər. Elə ki bu xəbər yayılan kimi tez bir za-
manda dükanlara, bazarlara səs düşür. İşbazlar bahalaşmaya rəvac verirlər,
yazıq təqaüdçülər artım xəbərinə kor-peşman olurlar. Yanvar ayında pen-
siyalarda 1-2 manat artım olmuşdursa, qarın doyduran ərzaq bahalaşdı.
Bu yaxınlarda Nəqliyyat Nazirliyinin avtobuslarda gediş haqqına yenidən
baxılması ilə bağlı Tarif Şurasına sorğu yollayacağı barədə xəbər yayıldı,
amma sonradan dedilər ki, Tarif Şurası bu işə ilin axırında baxacaq və ic-
timai nəqliyyatda hələlik heç bir bahalaşma olmayacaq, ancaq nə gördük,
bir-iki gündən sonra şəhərkənarı qəsəbələrə gedən marşrutlarda bahalaşma.
Bu bahalaşmanın da ən böyük zərbəsi şəhərdən 60 km uzaqlıqda yerləşən.
Bu yaxınlarda rayon statusu qazanmış Pirallahı adasına dəydi. 70 qəpiklik
yol haqqı 80 qəpik oldu… Bu 80 qəpiklik marşrut ölüm-zülmlə, düz saat
yarıma axırıncı dayanacağı olan metronun “Ulduz” stansiyasına gəlib
yetişir. Qəsəbələrarası demək olar ki, hər addımda dayanan bu marşrutdan
mənzil başına çatan adam özünü tam yorğun, əzgin hiss edir. Oturacaqları
həddindən artıq çirk içində olan bu 150 saylı marşrutlar deyəsən 150 il də
keçsə düzələn deyil. Axı biz adada yaşayırıq, ada da mərkəzdən 60 km
aralıdır. Yeri gəlmişkən, onu da sizlərin nəzərinə ərz edim ki, Avtovağzaldan
Siyəzənə “Qazel” tipli marşrutlarla 40 dəqiqəyə, uzaq başı 50 dəqiqəyə
getmək olur. Yol isə 110 km-dir. Pirallahıya da “Qazel” tipli marşrutlar
işləyirdi, yolu 35-40 dəqiqəyə qət edirdilər, onları guya yaxşı xidmət üçün
ləğv etdilər. Bu necə yaxşı xidmətdir ki, insanlar saat yarıma, ayaq üstə
yolu qət etməli olurlar? Hamı bilir ki, oturacaqların dolmağı ilə sürücülər
qane olmurlar, çox vaxt yol boyu planı verə bilməmək barədə uzun-uzadı
giley-güzar edirlər. Maşınlar səhər və axşam saatlarında dəhşətli basa-bas-
la müşayiət olunur.
Deyilənlərə görə, Pirallahı adasına sovet zamanı, quru yol çəkiləndən
sonra avtobus düz Dəmiryol Vağzalına qədər gedərmiş, özü də 50 qəpiyə.
Hələ, üstəlik, elektrik qatarları da bir çox Bakı kəndlərinin bəzəyi idi. Bakı
217
bağlarına gedən insanlar bu sürət qatarlarından məmnuniyyətlə istifadə
edərdi. İndi o qatarlar da ekoloji cəhətdən təmiz, qiymət baxımından
sərfəli olan trolleybus və tramvaylar təki tarixə çevrildi. Niyə? Niyəsini
başda oturanlarımız, qanun, hökm xiridarları, yəqin ki, gözəl bilir. Havaya
bacardığı qədər çox karbon qazı buraxıb oksigeni, yəni bizim udduğumuz
havanı məhv edən avto-maşınlar bəzəkli paytaxtı hava baxımından təzəyə
çevirib. Bu saat xəstəliklərin başında həkimlərin “ani ölüm” adı qoyduğu
qəfil ürək dayanmaları gəlir. Artıq vəziyyət o həddə çatıb ki, bu adı batmış
mərəz 30 yaşlı cavan insanlarımızın arasında da müşayiət olunmaqdadır.
Yəqin ki, bu xəstəliyin başlıca amillərindən biri paytaxtda havanı zəhərə
döndərən saysız-hesabsız maşın axınının havanı çirkləndirməsidir. Əksər
Bakı kəndləri üçün xəttə buraxılan avtobuslarda gediş haqqı bahadır.
Nəzərə alsaq ki, bu bahalaşma büdcədən maliyyələşən mənəviyyatımızın
keşikçisi müəllimlərə, tibb işçilərinə, az maaş alan dəmiryolçulara, ürəyi
dolu, cibi boş qələm əhlinə, valideyn cibinə göz dikən tələbələrə, bütünlükdə
aztəminatlı ailələrə zərbədir, yəqin ki, dəyərli oxucular, sizlər də mənimlə
razılaşarsınız, çünki Pirallahıya gedib-gəlmək adambaşı hazırda 1 manat
60 qəpikdir, çox vaxt avtobusların ürəkağrıdıcı əzabından bezən insanlar
ciblərində olan axırıncı manatları 2-3 manata mənzil başına tez çatdıran
taksilərə ödəməli olurlar.
Düzdür, bəziləri deyəcək ki, bu özəl xidmətdir, bazar iqtisadiyyatıdır.
Əgər bu özəl xidmətdirsə, niyə camaat basabasla, uzun yolu ayaq üstə qət
etməlidir? Habelə, təmiz geyimlərlə oturacaqlara əyləşən sərnişinlərin
niyə üst-başları çirklənməlidir? Bu necə özəl xidmətdir?
Mən bilirəm, mənim qələmə aldığım bu yazı nəqliyyatla bağlı nə
işgüzar adamların, nə də aidiyyəti qurumların ürəyincə olmayacaq, amma,
ey bu işlə məşğul olub, bundan mənfəət götürənlər, şəhərə 200-300 manat
maaş üçün hər gün gedib-gələn kasıb zümrənin hali-vəziyyətini nəzər-
diqqətinizdən qaçırmayın, bilin ki, bu həm sizin büdcənizi halal edər, həm
də aztəminatlı insanların gündəlik dolanışığına zərbə vurmaz. Çalışın haqq
tərəzisi əyilməsin, çünki haqq tərəzisinin əyilməsi nə Böyük Yaradana, nə
də onun halallıqla yaşayan bəndələrinə xoş gələr! Xoşagəlməz işlərin tozu
isə qopanda çox bərk qopur! Tanrı hər birimizə nicat versin, ey bu yazını
oxuyub məni haqlı sayanlar və saymayanlar… Hər birimizin işləri rəvan
getsin. Gələn görüşlərədək.
18.05.2013
|