Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə16/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   12   13   14   15   16   17   18   19   ...   99
Onda bildim dünya fani, Tağayım,
Hər can üstə ömür ani, Tağayım.
Siz isə axırıncı misrada dəyişiklik edib:
 
Hər an üstə ömür ani, Tağayım. 
kimi yazmısız.
 
Fikrimcə, can dediyimiz yoxdursa, onda nə bədən, nə ömür, nə də an 
var. Siz isə burada canı anla əvəz edib ömrü anla bağlayırsız. Bir misrada 
iki dəfə an sözü işlədirsiz, bu həm də eyni sözün bir misrada iki dəfə təkrarı 
deməkdir. Və yaxud 
 
Gün çıxanda adamların hay-hoyu, misrasını 
Gün çıxanda adamların öz hoyu misrasıyla əvəz etmisiz. 
Mənə elə gəlir ki, adamların öz hoyu yox, elə hay-hoyu ola bilər. Və 
yaxud  “Əski Azərbaycanın  iyirmi  səkkiz  mayısan”  şerində  əski  sözünü 


32
qədim  sözü  ilə  əvəz  edirsiz.  Bütün  bu  xırda  iradlarımı  çıxmaq  şərtiylə 
haqqımda  yazdığınız  “Adı  Şadiman  olanın…”  kitabına  görə  sizə  dərin 
minnətdarlığımı  bildirirəm,  çünki  siz  yazdığınız  bu  kitabı  səbirlə,  xey-
irxah ədəbi baxışlara və ulu sözə sığınıb ilk əvvəl qəzetin səhifələrində 
çapına qərar verdiniz və araya-ərsəyə gətirdiniz. On ay ərzində bəlkə də 
bədxah nəzərlər və sözlər sizi məngənə təki sıxdı, bəlkə də siz kimlərinsə 
“Şadiman kimdir?” eyhamlarına dözdüz, bu dözümü ürəyinizdə ağrı etdiz, 
amma üzə vurmadız. Sizin bu dözümünüzü alqışlayıram. Mən bu publi-
sist  əsəriniz  getdiyi  müddətdə  sizə  ünvanladığı  yazıda  mənim  də  adımı 
çəkmiş,  qələminə,  sözünə  hörmət  bəslədiyim  filologiya  elmlər  doktoru, 
professor Qəzənfər Paşayevə, açıq məktubla yaradıcılığım barədə öz rəyini 
bildirmiş tədqiqatçı alim-şair Nizami Tağısoya, yazıçı xanımımız Salatın 
Əhmədliyə,  şair  xanımımız  Nəcibə  İlkinə,  tədqiqatçı  alimimiz  Şakir 
Albalıyevə, “Respublika” qəzetinin baş redaktorunun müavini alim-publi-
sist xanımımız Nərgiz Rüstəmliyə öz təşəkkürlərimi və minnətdarlıqlarımı 
yetirirəm. 
Bu yazının əleyhinə hansısa bir sözü, bir hissi ağlından keçirib dilinə 
gətirənlərə demək istəyirəm ki, əziz söz adamları, uca Tanrı bizim hər bir-
imizin əqlini və sözünü xeyrə calasın! Əli Rza müəllim, ədəbiyyatı can-
dildən sevənlərə diləyim budur ki, bir-birinə can deyib can eşitsinlər, nəyi 
bacarırlarsa  onu  bir-birindən  əsirgəməsinlər.  Hörmətli  şairimiz  Ramiz 
Rövşənin təbirincə desək, “ədəbiyyatda hər kəs öz binasını yapır”. Necə 
yapmağı  isə  fərdin  ağlından,  Allahın  ona  bağışladığı  təbdən,  özünün 
sözə verdiyi ruhdan aslıdır. Ruh sözlə birgə qalırsa, o söz özünə yaşam 
tapır, yox əgər söz ruhu tapmırsa, o bir anın içində doğulur və ölür. Ruh 
da ayrı sözün sorağına çıxır, çünki yazımın əvvəlində qeyd etdiyim kimi 
sözün də canı var. Kimlərinsə sözləri, kimlərinsə özləri bu dünyaya yük-
dür.  Bəşər  övladı  bərqərar  olandan  kimlərsə  bu  dünyanı  söz  tutumu  ilə 
öz  çiyinlərində  gəzdirirlər.  Kimlərsə  öz  çiyinlərini  sözə  sütun  ediblər, 
söz binasının çökməməsi üçün… Söz – əqli-zəkanın, hissin dillə ifasıdır. 
Söz  –  haqqın  bəndəyə  vəfasıdır.  Söz  – Allahın  varlıq  qitəsidir.  Söz  ruh 
dəryasının qəvvasıdır. Onu xeyrə aşiq edənlər Tanrıya, şərə aşiq edənlər 
İblisə bağlıdırlar. Ona görə alimin mürəkkəbini şəhid qanıyla bərabər tu-
tan  müqəddəs  Quranımız  sözün,  sözə  tapınan  alimin,  şairin,  yazıçının, 
ümumiyyətlə, mənəviyyat adamının mərtəbəsindən xəbər verir, ancaq bu 
mərtəbə şeytanın vəsvəsəsindən uzaq olarsa…


33
Əli  Rza  müəllim,  məhz  ədəbiyyatda  siz  dözümlə  öz  binanızı  hörən-
lərdənsiz. Bu bina tarixlərin tufanına, ağrı-acısına dözə-dözə yaşayacaq, 
ədəbiyyatı  sevən  və  ona  qiymət  verən  söz  adamının  ruhuna  hakim 
kəsiləcək. Bu hakimlik hissindən sözünüz, əqliniz, coşub-daşan ilhamınız, 
zirvələrin fəthində olan kamınız əskik olmasın, çünki yazar haqq dünyasına 
qovuşandan  sonra  onun  yazdıqlarının  dadına  titulları,  mükafatları, 
vəzifələri yox, özündən sonraya qalacağı söz kərpiclərilə yapılmış kitab 
qalası yetişəcək. Əgər bu kitab qalada ruh olacaqsa, deməli, yaşam haqqı 
qazanıb.  Allah  bu  haqqı  sözə  tapınanların  əlindən  almasın…  Sözə  və 
dözümə and içirəm: SÖZÜM HAQQI, DÖZÜM HAQQI!..
05.02.2009 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin