ƏNVƏR NƏZƏRLİ VƏ ONUN
“BU DÜNYANI BELƏ GÖRDÜM”
KİTABI HAQQINDA DÜŞÜNCƏLƏRİM
Dünyanın ağrı-acılarından, keçmiş ömrünün həyat sınaqlarından əzm-
lə, dəyanətlə çıxmış Ənvər Nəzərlini mən ustad şair, həqiqi ziyası ilə
onu tanıyanları riqqətə gətirən nurlu bir insan kimi tanıdım. Özü də bu
tanışlıqdan ürəkdolusu məmnun qaldım.
Onun biliyi, kamalı, məntiqi qarşısında qürur hissi keçirməyə bilmir-
sən. Yaşının ahıl vaxtında həyatın keşməkeşlərindən yorulmuş ağlını
süstləşməyə qoymadı. İllərlə ürəyində yığılıb qalmış ilham təranələrini
şe rimizin ən ağır forması olan əruzla vərəqlər üstünə səpələdi. Könlündə
təlatümlər yaratmış ruhun ehtiyacını əruzun dili ilə beyt-beyt oxucu-
suna ərməğan etdi. Divanlarını araya-ərsəyə gətirdi. Əfzələddin Xaqani,
İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi nəhəng
şairlər yetirmiş Şirvan torpağının bağrından qopub Ənvər Nəzərli. Bu gün
özünə şair deyib, əruzun kölgəsindən qorxanlar, Ənvər Nəzərli məktəbindən
azacıq da olsa dərs alsaydılar, güman edirəm ki, uduzmazdılar. Onun
simasında həqiqi mənada bir ziyalılıq, ədəbiyyatımızın bugünkü hali-
vəziyyətinə ürək yanğısı, cəfakeşlik gördüm. O, yaşının ötən çağlarında
keçmiş sovet cəmiyyətində müxtəlif vəzifələrdə çalışmış, həyatın ağrı-
acısını kifayət qədər görmüş və bu ağrı-acını yaşamış kəslərdəndir, çünki
sovet zamanlarında vəzifə kürsüsünün arxasına keçmək o qədər də asan iş
deyildi. Kifayət qədər savadı olmayan bu işin öhdəsindən gələ bilməzdi. O
sistemin özünə məxsus qayda-qanunları hər ali təhsillinin ağıl ölçüsüylə bir
araya sığmırdı. Sovet sisteminin qadağaları içində millətini, doğulduğun
məmləkətini, sevdiyin vətəni təmsil etmək, onun varlığını azacıq da olsa
pak duyğularla yaşatmaq, öz saf əməllərinlə irəliyə aparmaq barmaqla
41
sayılası ziyalıların işi idi. Belə ziyalılardan biri də fars dili üzrə şərqşünas-
mütəxəssis Ənvər müəllim oldu. İndiki zəmanədə müəllimlik adı o qədər
ucuzlaşıb ki, bu yaxınlarda bir millət vəkilinin “adi müəllim” kəlməsini
eşidəndə, dəhşətə gəldim. Ona görə dəhşətə gəldim ki, müəllim adi deyil,
bu adı adiləşdirib, onun böyüklüyünü azaldanlar papaqlarını qabaqlarına
qoyub bu barədə dərin-dərin fikir dəryasına qərq olmalıdırlar, çünki
milliyyətindən asılı olmayaraq bu addan başlayır insanın sabaha gedən yolu!
Bu yolun uğuru müəllim adıyla birbaşa bağlıdır. Ənvər Nəzərli də bu ada layiq
ziyalılardan biridir və bu adı daima uca tutub, çünki ağıllı gözlərlə insanın
simasına baxanda onun kimliyi o saat bəlli olur. Ənvər müəllimin üzündən
onun ziyalılığı, mirzəliyi oxunur. Əsli-nəcabətli nəslin övladı olduğu hiss
olunur. Bilirsiz, yüksək vəzifələr daşımaq, çoxlu pullar qazanmaq, dəbdəbəli
imarətlər yapmaq olar, ancaq bir kəlmə danışıqla adamın kimliyi bariz şəkildə
özünü nümayiş etdirir. Atalar demişkən, geyimlə qarşılayıb, ağılla yola salarlar.
Əsli-kökün yoxluğu və varlığı insanın hərəkət və davranışlarından, danışığının
çəkisindən bilinir. Ustadım Ənvər müəllimin danışığında da, davranışında da
bu keyfiyyətlər kifayət qədər hiss olunur.
1937-ci ilin repressiya qurbanlarından biri olan, Azərbaycan Yazıçılar
Birliyi Təşkilat Komitəsinin sədri Hacıbaba Nəzərlinin qardaşı oğlu Ənvər
Nəzərli keçdiyi həyat yolunun cəfalarını ürəyində yaşatmış ziyalılarımızdan
biridir. O, məktəbdə müəllimlikdən tutmuş, sonrakı dövrlərdə daşıdığı bir
sıra vəzifələrdə nəslinin cəfakeşi oldu. Onu donduran haqsız tənə buzlarını
isti ürəyilə, ağlı, zəkasıyla əritdi. Daşıdığı vəzifələrin öhdəsindən şərəflə
gəldi. Yaşının bu çağında Nəzərli soy adının şərəfini qorudu, bağladığı
divanları ədəbiyyatımıza ərməğan etdi. Çoxları bu yaşında başqalarından
qulluq və diqqət tələb etdiyi halda, Ənvər müəllim ağlının kamilliyini ixti-
yar yaşına qurban vermədi, tutumlu divanlarıyla bahəm, bu yaxınlarda çap-
dan çıxmış “Bu dünyanı belə gördüm” 367 səhifəlik kitabında “Yaddaşın
izi qalır…” sənədli-povesti də yer aldı. Bu povest “Kredo” qəzetində çap
olunmuş “Eşitdiklərim, bildiklərim” sənədli həyat epizodlarıdır. Bir müddət
qabaq “Kredo” qəzeti vasitəsilə Ənvər müəllimə ünvanladığım məktubda
qeyd etdiyim kimi bu sənədli povest təkcə bir nəslin həyat həqiqətlərini,
çəkdiyi müsibətləri üzə çıxarmır, həm də millətimizin sovet dövründə və
ondan öncə keçdiyi həyat yolunun önəmli tarixçəsidir. Elə tarix də za-
man keçdikcə belə önəmli, sənədli həyat həqiqətlərindən yaranır. Gələcək
nəsillər bu həyat həqiqətlərindən bariz şəkildə faydalanır. Ənvər müəllimi
42
haqq dünyasına qovuşmuş qəzəl ustadı, rəhmətlik Hacı Mailin 1994-cü
ildə yaratdığı “Füzuli şeir məclisi”ndən əyani şəkildə tanıdım. Sonralar
onun bu məclisdə müsbət mənada oynadığı rolun canlı şahidlərindən biri
oldum. Bu məclisə müxtəlif cür ağıl tutumlu insanlar gəlirdi, çoxlarının
da üzündən-gözündən razılıq töküldüyü halda, Ənvər Nəzərli heç vaxt öz
təmkinini pozmazdı, başa düşmək istəməyəni də yumşaq bir tərzdə başa
salmağa cəhd edərdi.
Dəyərli ziyalımız, şair-publisist Əli Rza Xələflinin baş redaktor ol-
du ğu “Kredo” qəzetində 2008-ci ilin may ayından Ənvər müəllimin
“Eşit diklərimdən, bildiklərimdən” sənədli həyat hekayəti ardıcıl surətdə
çap olunarkən mən bu yazını heyranlıqla oxuyurdum, çünki həyatı
dərk edən gündən dədə-babalarımızın keçdiyi ağrılı həyat yolu, köləlik
buxovlarıyla bəndlənmiş başıbəlalı vətənimizin müsibətləri məni həmişə
düşündürürdü. Düşünürdüm ki, nədən dədə-babalarımız birləşib vahid bir
dövlət yarada bilməyib və yaratmaq istəyəndə də cəhdləri boşa çıxıb?!
Tayfa hegemonluğundanmı, ya hamının xan olmaq istəyindənmi və yaxud
qonşuluqda olan amansız imperiyaların azğınlığındanmı ölkəmiz uzun
illər zəlalət girdabında çapaladı?! Hissə-hissə, parça-parça doğma yurdlar
əldən çıxdı, ellər, elatlar köç etdi. Qəbirlərimiz tapdalandı, namusumuz
xırdalandı, düşünən beyinlərə süngü yeridildi, say-seçmə igidlərimizin,
vətən eşqli ziyalılarımızın ürəyinə dağlar-düyünlər çəkildi. Xan-bəy-tacir
əsilli insanlarımızın nəinki özləri, balaları, qohum-əqrəbaları bu müsibətin
acısını öz sümüklərində hiss etdilər, üstəlik, mənlikləri tapdalandı, soy
adları gizlədildi, özləri və yaxınları təkcə Sibirə yox, Orta Asiya səhralarına,
hətta okean adalarına qədər sürgün edildilər. Əyilib diz çökməyənlərin
izləri-tozları yox edildi, bu azğınlıqların xofu millətimizin ürəyinə ox edil-
di. Vaxt olub ki, yazını oxuyarkən Ənvər müəllimə demişdim: “Allahdan
arzu edirəm, ömür sizə vəfa qılsın bu yazını kitab şəkilində buraxa biləsiz”.
Şükür ki, bu günü Tanrı həm müəllifin özünə, həm də bu sənədli-povestin
müştağında olan oxucularına, o cümlədən mənə, qismət etdi.
Ustadım Ənvər Nəzərlinin “Bu dünyanı belə gördüm” kitabında yer
alan “Yaddaşın izi qalır…” sənədli povesti obrazlar bolluğu ilə zəngindir,
məhz povestin özəlliyi və gözəlliyi ondadır ki, bu obrazlar real həyatın
ağrı-acıları ilə yaşamış vətən övladlarıdır. Əsərin əvvəlində cərəyan edən
hadisələr çar Rusiyasının son illərinə təsadüf edir. İnqilabi özbaşınalıqların
və imperiyaların toqquşduğu zamanlar milliyyətindən asılı olmayaraq in-
43
sanlar böyük müsibətlərə düçar olur. Onda da ola ki, dini, dili, mədəniyyəti
tamamilə sənə yad olan hegemon bir dövlətin köləsi olasan. Həmin köləlik
ağrılarından keçdi binəva vətənimiz. Bu gün də o ağrının yaraları bitişmir!
Həm canımızda, həm qanımızda, həm də paramparça olmuş yurdlarımızın
odu sönmüş ocaqlarında! Bu ocaqların tüstüsü burula-burula göyün yeddi
qatında haray dolu şırımlar açıb.
Demokratiyanın beşiyi adlandırdığımız Avropada, hətta azsaylı millət-
lərin belə müstəqil dövlətləri olduğu halda, bu boyda məmləkətimizin
müstəqillik arzuları dönə-dönə ölüm, qırğın, qanla müşayiət olundu.
İnsa nımızı manqurtlaşdırmaq üçün şimalda rus imperiyası, cənubda fars
imperiyası ilan kimi min bir dəfə dəridən-qabıqdan çıxdı. Bu gün müs-
təqillik arzusuna yetişsək belə, yenə də imperiyalar fürsət düşən kimi
pıçhapıçdadırlar, arzularımızı gözümüzdə qoymaq üçün, fəqət, bütöv bir
dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan türkünün ümid yeridir
müstəqil Vətənimiz! Elə müəllif də sənədli povestində vətən övladlarının
ötən əsrin əvvəllərindən üzü bəri başlarına gəlmiş müsibətləri yanıqlı
bir dillə oxucusuna nəql edir. Əsərdə Abbasqulu ağa Bakıxanovla bağlı
maraqlı bir məqam diqqətimi cəlb etdi. 1847-ci ildə Şamaxıdan və
Qubadan Həcc ziyarətinə gedən zəvvarların arasında Abbasqulu ağa da
olubmuş. Əsərdə ağanın yolboyu sadə insanlarla mehriban rəftarından, in-
san nəvazişkarlığından söhbət açılır. Məşhur alim, şair və dövlət xadiminin
humanistliyi onunla yol yoldaşı olan zəvvarlarda həm heyranlıq, həm də if-
tixar hissi doğurmuşdu. Abbasqulu ağanın o müqəddəs yerdə vəfatı oxucu-
lar üçün maraqlı və tarixi bir faktdır. Müəllifin əmisi nakam Həbibullahın
başına gələn fəlakət həm oxucunu mütəəssir edir, həm də millətin say-
seçmə oğullarına qarşı törədilmiş cinayətlərin təşkilatçılarına qarşı insanda
sonsuz nifrət hissi yaradır. Əslində ölkəmizdə erməni azğınlıqları rusların
birbaşa dəstəyi və əliylə törədilirdi və bu gün də o davam edir. Öz idbar
siyasətlərini həyata keçirmək üçün əslində imperiyalar azsaylı xalqlardan,
dinlərdən və bu dinləri min bir yerə parçalayan məzhəblərdən istifadə
etmişdilər. Ermənilər də bu qanlı oyunun təşkilatçılarının əlində iki əsrdir
ki, oyuncaqdırlar. Qan tökə-tökə bu idbar oyunun gələcəyinə inanmışdılar.
Ermənilər özlüklərində, yəqin başa düşməmiş deyillər ki, Azərbaycan adlı
məmləkətin ərazisində nə keçmişdə, nə eradan əvvəl dövlətləri olmayıb.
Özləri də ta qədimdən gəzinti bir qövm olduğu üçün müxtəlif yerlərə
köçlər ediblər. Bu gün gəlmə haylar bir ovuc alban əsilli nankor xristian
44
azərbaycanlıların kirli və məkrli kürkünə bürünüb nəinki torpaqlarımızı,
mədəniyyətimizin müxtəlif sahələrini zəbt etməklə məşğuldurlar. Əslində
ermənilər (haylar) rus siyasətinin əlində oyuncaq olduğu kimi, alban
əsillilər də hayların əlində oyuncaqdır! Bilən bilir ki, nə dünən, nə sabah, nə
də min il sonra haylar onları öz qanından hesab etməyib və etməyəcəklər.
Ümumiyyətlə, ermənilərdə dədə-babadan belə bir adət var ki, hara qon-
dular oranı özlərinə vətən sayır və özününküləşdirməyə başlayırlar. Bu
özününküləşdirmə isə sonralar qanla, qırğınla, xəyanətlə boy göstərir. Elə
keçən əsrin əvvəllərində də həm qardaş Türkiyə ərazisində, həm də bi-
zim ərazidə bu xəyanətlər və qırğınlar kənd-kənd, şəhər-şəhər tüğyan etdi.
Dünyanın başbilənləri “yazıq erməni” simasına çoxdan bələddir, sadəcə
olaraq, xristian Avropaya müsəlman Azərbaycanın inkişafı sərf eləmir.
Ona görə həm dünən, həm bu gün erməni xainliyi və iyrəncliyilə üzbəüz
qalmışıq. Bizə isə bu xainlikdən xilas olmaq üçün iqtidarlı-müxalifətli bir
olmaq lazımdır, çünki bizim bir düşmənimiz var, o da erməni toplumu-
dur. O topluma qarşı bu gün də, sabah da, gələcəkdə də ayıq-sayıqlığımızı
itirməməliyik. Bəli, onlar qoltuq altında yaşamağı xoşlayandır. Hansı
millətin qoltuğunun altında daldalanırlarsa, o millətin də oyuncağına
çevrilirlər. Necə ki, bu gün rusların oyuncağına çevriliblər, farsların ətəyini
öpürlər. Elə əsərdə müəllif də ermənilərin fitvasıyla əzizlərinin başına
gələn müsibətləri nəql edir. 1900-cü illərdə barmaqla sayılası ziyalılarımız
var idi, vətənimiz belə insanlara sonsuz ehtiyac duyurdu. Ali təhsilli
Həbibullahın vətənə dönməsi erməni əsilli xəyanətkarları açmırdı. Ona görə
onun qətlinə fərman verdilər və cavan həyatı nakam sonluqla bitdi. Əslində
mənə elə gəlir ki, torpaqlarımızın bir qismi əlimizdən müvəqqəti çıxsa da
ermənilər bu dəfə oyunda uduzublar, çünki vaxtilə Azərbaycanın mərkəzi
olan Bakıda ən yaxşı yerləri və vəzifələri onlar zəbt etmişdilər. Ölkənin
şah damarı isə onun paytaxtıdır. Bu şah damarın əsas lingləri onların əlində
idi. Bu gün müvəqqəti yardımlarla yaşayan, torpaqlarımızın bir parçası
olan, indiki Ermənistan, yəqin ki, belə getsə bir müddətdən sonra süqu-
ta uğrayacaq, çünki bütünlüklə yal yeyən bir dövlət nə Avropanın, nə də
onun havadarlarının ömürlük pul kisəsindən asılı qala bilməz. Avropalılar
heç öz övladlarının nazı ilə oynamağı sevmirlər, o ki olsun ermənilərin.
Ermənistanda yaşayan ermənilər isə belə getsə yenə də qazanc və güzəran
eşqilə dilənçi dövləti tərk etməli olacaqlar. Beləliklə, Ermənistan dediy-
imiz qurama dövlət öz ömrünü başa vuracaq, çünki xaini nə Allah sevər, nə
45
də onun Allah eşqli bəndələri! Rusiyaya isə mənim yazığım gəlir, ona görə
yazığım gəlir ki, o boyda dövlətin başbilənləri Yekaterina dövrünün fikir
və düşüncələrilə yaşayırlar. Düşünmürlər ki, hələ daxillərində nə qədər
muxtar vilayət və mərkəzlər var ki, azadlıq eşqilə çalxalanırlar. Bir gün bu
çalxalanma başqasına quyu qazıyan imperiyanın özünü tar-mar edər! Axı
dünya dünənki dünya deyil, indiki zəmanədə heç ailədə övlad öz validey-
ninin sözünə qulaq asmır…
“Yaddaşın izi qalır…” sənədli povestində törədilmiş qırğınların gətirdiyi
fəlakətlər maraqlı bir dillə əsər boyu işıqlandırılır. Bu fəlakətlərin davamı
isə sovet dövründə qanlı repressiyalarla özünü büruzə verir. Müəllifin əmisi
1937-ci il ziyalı qırğınının ilk qurbanlarından biri olur. Nəzərlilər ailəsi
də, başqa əsilli ailələr kimi haqsızlıqlara və fəlakətlərə düçar olurlar. Nə
idi bu insanların günahı? Vaxtilə öz bacarıq və istedadları hesabına layiq
olduqları halal titul və varidata görə niyə ölümə, təhdidə, sonu görünməyən
haqsızlıqlara düçar oldular? Rus imperiyası qırmızı bolşevik adıyla hələ
70 il sonra da millətlərin başına fəlakətlər açdı. İnsanları öz əqidəsindən,
dinindən, dilindən uzaq saldı. Ruslaşma siyasəti soy adın sonuna əlavə
edilən “ov, yev, ova, yeva” şəkilçilərindən tutmuş canımızda, qanımızda,
mənəviyyatımızda cövlan etdi. İndi də hələ bu ağrıların məngənəsindən tam
xilas ola bilmirik. Necə deyərlər, jorjiklər mənəviyyatımızda elə dərin kök
atıblar ki, onlardan qopmaq üçün hələ bizə neçə-neçə illər lazım gələcək.
Müstəqilliyimizin başı sağ olsun, bu yaralar da zaman gələr, sağalar. Atalar
demişkən, təkcə ölümə çarə yoxdur.
Ustadım Ənvər Nəzərliyə heyranlığım ədəbi dilimizin təmizliyini
qoruyub saxlamasıyla da bağlıdır. Bu onun həm nəzm dilində, həm nəsr
dilində, həm də şifahi danışığında adamı valeh edir. Baxmayaraq ki, uzun
müddət sovet dönəmində məsul vəzifələrdə çalışmış, ancaq ana dilimizə
sadiq qalmış, onun keşiyində daim bir əsgər kimi durmuşdur. Məsul
vəzifələrdə işləyənlərin çoxu vaxtilə ana dilimizdə danışmağı özünə ar
bilərdi, nəinki özlərini, həm də uşaqlarını bu dildən uzaq salardılar. Ənvər
müəllim əsərin bir yerində hələ bələkdə ikən anasının onun bələyində yad-
dan çıxardıb qoyduğu təsbehi sonralar rəhmətlik anasına xatırladır. Anası
bu kiçik epizodu xatırlayanda təəccüb qalır. Oğlunun bu qeyri-adi yaddaşı
qarşısında heyrətlənir, uca Tanrının şərəfinə namaz vaxtı olmamasına bax-
mayaraq üç rükət namaz qılır. Mən də Ənvər Nəzərlinin yazdığı “Yaddaşın
izi qalır…” sənədli-povestini oxuyarkən hədsiz qibtə hissi keçirtdim. Yaşı
46
80-ni keçmiş bu ixtiyar kişinin hafizəsi önündə heyrət hissimi gizlətmirəm.
Artıq çoxdan tarixə dönmüş hadisələri yenidən gündəmə gətirib bu yaşında
kitab səhifələrinə düzmək böyük cəfa, zəhmət və məhəbbət tələb edir.
Müəllif bu alimanə işilə həm biz oxucularını, həm də dünyasını dəyişmiş
nakam insanların ruhunu şad edib. Əslində vəzifədə işləmək insandan
hədsiz bacarıq və dözüm tələb edir. Ənvər müəllim bu bacarıq və dözümü
yəqin gənc yaşlarından özündə əxz edib. İndi də o dözümün vərdişini dad-
maq şərəfinə nail olub. Əsər boyu müasir dövrümüzün ziyalıları olan elm
adamları, mədəniyyət işçiləri, yüksək çinli insanları barədə söhbətlər açılır.
Yeri düşdükcə adları sadalanır. Rusiya, Türkiyə, İraq, İran və sair ölkələrə
səfərlərindən bu səfərlər zamanı baş verən maraqlı hadisələrdən bəhs ed-
ilir. Şər və xeyir arasında çapalayan dünyamızda cövlan edən bir sıra hali-
hekayətlər nəsr boyu şirin nağıl dili ilə nəql olunur. Biz bu sənədli-povestdə
insan həyatının uğurlu və uğursuz anlarıyla üzbəüz qalırıq, bu anlar qabarıq
şəkildə vərəqlər üstündən boy göstərir, üzümüzə gülümsəyir, bəzən də
sonu görünməyən hıçqırtılarla hönkür-hönkür ağlayır. Ümumiyyətlə, insan
həyatı məzmunlu və maraqlı olanda ağrı-acılar da onu cilalayır. Taleyim
qara gətirdi deyib, onun qarşısında diz çökməyənlər həyatda uğurlar qa-
zana bilirlər. Bu uğurlar baş işlədəndə daha mükəmməl, daha inamlı olur,
məhz sənədli povest də bu məqsədə çıraq tutur.
Hörmətli ustadım Ənvər Nəzərlinin “Bu dünyanı belə gördüm”
kitabında “Eşitdiklərim, bildiklərim” hekayəsi əsasında araya-ərsəyə
gələn “Yaddaşın izi qalır…” sənədli-povestlə bahəm, şeirləri, publisistik
qeydləri, bir də müəllif haqqında yazılmış məktub və məqalələr yer alır.
Müəllifin şeirlər bölməsində qəzəllərlə yanaşı, elegiya (məsnəvi), mürəbbe,
heca vəznində şeirlər sıralanır. Xüsusən Ənvər müəllimin istiqlal şairimiz
Əhməd Cavada həsr etdiyi əruzun məsnəvi formasında yazdığı mərsiyəsini
yaratdığı titrəyiş ürəyi ehtizaza gətirir. Şeirdən ilk parçaları əziz oxucuların
diqqətinə yetirməyi özümə borc bildim:
Ey Vətən oğlu, əziz şairimiz,
Dostları ilə paylaş: |