Hidroqrafın genetik parçalanması. Çayın su sərfi il ərzində dəyişir. Yaz
gursuluğu və daşqın vaxtı onun qiyməti böyük, qıtsulu dövrdə isə kiçik olur. Su
sərfinin dəyişməsini göstərən qrafikə hidroqraf deyilir. Hidroqrafı orta gündəlik
su sərflərinin qiymətlərinə görə qururlar. Hidroqrafı tərtib etdikdə şaquli oxda su
sərfinin qiyməti, üfüqi oxda isə günlər göstərilir. Şəkil 3.12-də Qarqarçayın Ağa
körpü məntəqəsi üçün hidroqafı verilmişdir.
Hidroqrafdan göründüyü kimi, yazda su sərfi əvvəlcə artır, sonra isə azalaraq,
yayda minumumqiymət alır və payızda yenidən artır. Hər il üçün hidroqraf tərtib
etmək olar. Su sərfini zamana vurduqda axım həcmi alınır. Hidroqrafın daxilindəki
sahəni təyin etməklə illik axım həcmini hesablamaq mümkündür. Kiçik çayların və yağışla qidalanan çayların hidroqrafları çoxzirvəli olur. Hər
bir rejim fazasına məxsus səciyyəvi su sərfləri ən böyük (maksimal) və ən kiçik
(minimal) su sə2rfləridir. Həmin sərflər aşağıdakı xarakter dövrlərə görə müəyyən
edilir:
• İllik maksimal və minimal su sərfləri;
• Yaz gursululuğu dövrünün maksimal su sərfi;
• Daşqın dövrünün maksimal su sərfi;
• Yay aralıq fazanın minimal su sərfi;
• Qış aralıq fazanın minimal su sərfi;
Müşahidə müddəti çox olarsa onda səciyyəvi hidroqraf su qurmaq olar. Belə
hidroqraf su rejiminin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir və hər ildəki
meteoroloji şəraitlə bağlı təsadüfü tərəddüdlərdən azad olur. Bu hidroqrafı qurmaq
üçün onun səciyyəvi nöqtəsindəki maksimal və minimal sərflərin çoxillik orta
qiymətləri və tarixləri müəyyən edilməlidir.
Çayların müxtəlif qida mənbələrindən aldığı suyun miqdarını müəyyən etmək
üçün hidroqrafı parçalamaq olur. Hidroqrafı bir neçə üsulla parçalamaq olur.
B.V.Polyakovun sxeminə görə gursululuğun qalxma dövründə yeraltı sularla
qidalanma azalmağa başlayır və gursululuğun maksimumu keçdikdə tamamilə kəsilir. Gursululuğun axımı azalmağa başladıqda çaya axan yeraltı suların miqdarı
artmağa başlayır.
B.İ.Kudelin hidrogeoloji şəraiti nəzərə almaqla hidroqrafın parçalanma
sxemlərini vermişdir (3.13).
Çayların yeraltı sularla qidalanma xüsusiyyətləri həm də çayın sulu
horizontlarla hidravliki əlaqəsinin dərəcəsi ilə müəyyən edilir. Burada aşağıdakı
hallar ola bilər.
• Yeraltı sular çayla hidravliki əlaqədə deyil;
• Tam hidravliki olan hal;
• Dövri (vaxtaşırı) hidravliki əlaqə olan hal;
Həm basqısız və həm də artezian suları ilə qidalanma olan hal.
Yeraltı sular çayla hidravliki əlaqədə olmadıqda, çayın rejimi yağıntıların
rejiminə uyğun olur və yeraltı axımın hidroqrafı çayı hidroqrafına oxşayır.
Hidravliki əlaqə olduqda isə yeraltı axım şişmə xarakteri daşıyır. Belə ki, çayda
səviyyə qalxdıqda sahil tənzimlənməsi baş verir. Səviyyə yüksək olduqda qrunt
sularında şişmə gedir və çay suları yeraltı suların ehtiyatını artırmağa başlayır.
Səviyyə aşağı düşdükdə isə həmin sular əksinə, çaya axmağa başlayır. Çayda
səviyyə maksimum olduqda sahil tənzimlənməsi yeraltı axımın tam kəsilməsinə
gətirib çıxarır. Yeraltı axım böyük daşqınlar zamanı da çox azalır.
Tam hidravliki əlaqə düzənlik çayları üçün, dövri əlaqə və əlaqəsiz hal isə dağ
çayları üçün səciyyəvidir.
Gursululuq və daşqın dövrlərində hidroqrafı parçalamaqla yeraltı qidalanmanı
müəyyən etmək üçün iki qrup metodlardan istifadə edilir.
Birinci qrup metodlarda yeraltı axımın gursululuq dövründə artması nəzərə
alınır. (V.Q.Qluşkov, M.İ.Lvoviç, K.P.Voskresenski). Bu üsullarla əsasən yeraltı
axımı hidroqrafda ayırmaqüçün gursululuğun başlanğıcındakı və sonundakı
sərflərə müvafiq nöqtələr düz və əyri xətlə birləşdirilir.
M.İ.Lvoviç Yer kürəsi çaylarının qida mənbələrinə görə təsnifatını vermiş və
çayları 40 tipə bölmüşdür. Dörd əsas qida mənbəyinin hər birini kəmiyyətcə
qiymətləndirmək üçün o, aşağıdakı qradasiyaları qəbul etmişdir: 80%-dən çox, 50-
80% və 50%-dən dən az. Əgər çay axımının 80%-dən çox hissəsi yalnız bir qida
mənbəyinin payına düşürsə, müəllif belə çayı təmiz yağış, qar və ya yeraltı qidalı
çay tipinə aid edir. Konkret bir qida mənbəyi, məsələn yağış suları ümumü axımın
50-80%-ni təşkil edirsə, belə çay əsasən yağış suları ilə qidalanan çay tipinə aid
olunur. Əgər hər bir qida mənbəyinin payı 50%-dən az olarsa, belə çay əsasən
qarışıq qidalı çay tipinə aid edilir. Buzlaq suyu ilə qidalanan çaylar üçün
qradasiyalar 50%-dən çox, 25-50% və 25%-dən az qəbul edilir.
Kanadada, Alyaskada, Skandinaviya yarımadasında və Rusiyanın şimalında
çayların qidalanmasında qar suları təşkil edir. Mülayim qurşaqda qar əsasən yazda,
subartik qurşaqda isə (Yukon, Makkenzi çaylarının hövzələri) yayda əriyir. Cənub
yarımkürəsində qar suları ilə qidalanan çaylar azdır.Bunlara misal olaraq
Pataqoniya yastanından və Avstraliyada Qarlı dağlardan axançayları göstərmək
olar. Ümumiyyətlə, cəmi 9 çay tipi üçün qar suları ilə qidalanma üstünlük təşkil
edir və bu çayların hövzəsi bütün qurunun 25-30%-ni tutur.
Əsas qida mənbəyi yağış suları olan çaylar Yər kürəsində daha geniş
yayılmışdır (21 tip vəqurunun 60%-i). Cənub yarımkürəsində Andın yüksək dağlıq
zonası və Pataqoniya yastanı istisna olmaqla qalan ərazidə şimal yarımkürəsinin
isə 50%-də çay axımının əsas hissəsini yağış suları təşkil edir.
Örtük buzlaqların yayılmış ərazilərdə: Antartidada,Qrenlandiyada, Kanada
Arktik arxipelaqında və s. çayların qidasının 80%-dən çoxu buzlaq sularının payına
düşür.Burada axım prosesi iki aya yaxın bir müddətdə müşahidə olunur və bütün
illik axım yay dövründə formalaşır.
Dostları ilə paylaş: |