Sual 10‼️Nəsiminin “Məndə sığar iki cahan,mən bu cahana sığmazam.Gövhəri laməkan mənəm,kövnü məkana sığmazam” mətləli qəzəlinin təhlili
“Sığmazam” Nəsiminin dünyagörüşü və yaradıcılığı üçün ən səciyyəvi əsərlərdən biridir. Başqa sözlə, bu şeir müəllifin hürufi görüşlə rini parlaq ifadə etdiyi kimi, sənətkarlıq məharəti barədə də aydın təsəvvür yaradır. Deməli, qəzəl şairin təriqət şeirlərindəndir.Şeirdə hürufiliyin əsas müddəalarından biri – insanin Allahla, eləcə də maddi və mənəvi aləm lə eyni olması fikri əksini tapmışdır. Əsər lirik qəhrəmanın monoloqu təsirini bağışlayır. O, əsas fikrin ifadəçisi yerində çıxış edir. Lirik qəhrəman gətiyyətlidir. Fikirlərinin doğru olduğuna əmindir. Elə buna görə də söylədiklərini hökm şəklində dilə gətirir. Bəyan edir ki, onda iki cahan – maddi və mənəvi aləm sığsa da, özü bu aləmə sığmır. Varlığa və məkana sığmadığının bir səbəbi də məkansız gövhər (bu, Allaha məxsus sifətdir) olmasıdır.0, mövqeyini çəkinmədən, qorxmadan müdafiə edir. Allaha və bütün yara dılmışlara aid nə varsa, hamısının özündə təcəlli etdiyini bildirir. Onu – insanı şərh etməyə çalışanlara susmaq, lal olmaq barədə xəbərdarlıq edir, çünki heç bir şərhə və bəyana sığmadığını (bu da Allaha məxsusdur) bilir.O, uludur. Başlangıcı zatla – varlığın sahibi ilə başlanır, bütün var olanlar onun əlamatidir və bu nişanla tanınır, lakin həmin nişana sığmır...Qəzəldə obrazlılığı, bədiiliyi təmin edən. Vasitələr çoxdur. Səslərin, xüsusən samitlə rin təkrarı (alliterasiya), bol-bol işlənmiş tək rir, təzad, eləcə də digər təsvir və ifadə vasitələri şeirin bədii keyfiyyətinin art masına əhəmiyyətli təsir etmişdir.Qəzəlin üzərində müşahidələrin dərinləşdirilməsi, şairin bədii sənətkarlığı ilə bağlı mənbələrdən öyrənilənlər bu deyilənlərin əsaslandırılma sina imkan yaradır.Qəzəl əruz vəzninin rəcəz bəhrindədir.
Dostları ilə paylaş: |